Məhkəmə qərarları › İş №1(101)-1592/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1592/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1592/2025 09.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X26 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxxx 1954-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və iki nəfər şəxsin ölümünə səbəb olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

1. Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi "Kamaz- 5320" markalı, 10- EF-609 dövlət qeydiyyat nişanlı furqon tipli yük avtomobili ilə dairəyə Xocasən qəsəbəsi istiqamətinə dönmək üçün daxil olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək uzun dairəyə daxil olan zaman həmin yol ilə Lökbatan qəsəbəsi istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi "Toyota- Prius (Hibrid)" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "Toyota-Prius (Hibrid)" markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, sol əlin lll- İV daraq sümüklərinin çəp sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs4 hər iki baldırın topuq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın təpə-alın nahiyələrinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə l-ll qabırğaların sınıqları, sağ bazu sümüyünün aşağı 1/3-nin və sol said sümüyünün aşağı 1/3-nin yerinidəyişmiş sınıqları, sağ bazu nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldır nahiyəsinin sıyrığı, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti olmaqla baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın təpə-alın nahiyələrinin əzilmiş yaralarından xx.xx.2024-cü il tarixdə Kİiniki Tibbi Mərkəzdə ölməsinə, Zərərçəkmiş şəxs1 baş beyinin kəskin ödemi, baş beyinin alın payının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, alın sümüyünün burun əsasına keçən qapalı, qəlpəli sınığı, üz skelet sümüklərinin çoxsaylı sınıqları, Vİİ boyun fəqərəsinin çıxıntısının sınığı, hər iki ağciyər əzilməsi canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmayə aid bədən xəsarəti olmaqla sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmadan xx.xx.2024-cü il tarixdə Kİiniki Tibbi Mərkəzdə ölməsinə səbəb olaraq idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki nəfər şəxsin sağlamlığına az ağır xəsarət yetirmiş və iki nəfər şəxsin ölümünə səbəb olmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, 16 may 2024-cü il tarixdə saat 18:10-da RPİ-yə, Jaat 18:17-də DİN-nin "102" xidmətindən daxil olmuş məlumatda göstərilir ki, Lökbatan qəsəbəsindən Sədərək TM-nə gedən yolda Abşeron portun yaxınlığında Tayota Prius markalı Az **-XR-*** d.q.n-lı avtomobil ilə Kamaz m-lı Az **-EF-*** d.q.n-lı yük avtomobili ilə toqquşması 5 nəfərin xəsarət alması bildirildi. Tel: ***-***-**-**, hadisə yerinə YPX 256, müstəntiq R.Rəhimov göndərildi. Həmin gün saat 20:00-da Respublika xəstəxanasından t/b İmanova, KTM-dən əkim Qasımov RPİ-yə bildirdi ki, hadisədə Lökbatan qəsəbəsində yaşayanlar 8.02.1988-ci il təv. Zərərçəkmiş şəxs2 (Tel: ***-***-**-**) "Sol bud çanaq sümüyünün sınığı, Bədənin müştərək travması", xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, (Tel: ***-***-**-**) "sol göz və sol qolun əzilməsi", xx.xx.2005-ci il təv. Şahid2 Səfalı oğlu (Tel: ***-***-**-**) "Bədənin çox saylı kəsilmiş yaraları" və şəxsiyyəti naməlum sərnişin "başın açıq yarası tomotoz vəziyyət" xəsarətləri almışlar, xx.xx.2024-cü il tarixdə 00:10 rad. KTM-ən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən TM-də ölməsi bildirmişdir. xx.xx.2024-cü il tarixdə 01:30 rad. KTM-dən daxil olmuş məlumatda Naməlum şəxsin xx.xx.1994-cü il təv. X14 olması müəyyən olunmuşdur.

3. xx.xx.2024-cü il tarixli baxış keçririlməsi haqqında protokoldan (cild 01, iş vərəqə 4-5) görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda 2.5-ci kilometrliyində baş vermişdir. Həmin yol iki tərəfli olmaqla iki zolaqdan ibarət asfalt yoldur. Həmin yolun hər iki tərəfdən eni 11 metr, yolun kürə formalı dairənin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş eni 11 metrdir. Hadisə baş verən yolun Lökbatan qəsəbəsi istiqamətində Kamaz markalı yük avtomobili dairəsinin ortasında dayanmış vəziyyətdə, həmçinin Toyota-Pirius markalı avtomobilin dairənin ortasında dayanmış vəziyyətdə aşkar edildi. Hadisə baş verən yolun Lökbatan qəsəbəsi istiqamətində kənarından toqquşma yerinə kimi olan məsafə 8 metrdir. Toqquşma yerindən Toyota-Pirius markalı avtomobilin arxa təkərinə kimi olan məsafə 4.6 metrdir. Toqquşma yerindən Kamaz markalı yük avtomobilin arxa təkərinə kimi olan məsafə 8.3 metrdir. Hadisə baş verən dairənin ortasında dayanmış vəziyyətdə olan Toyota-Pirius markalı avtomobilə məxsus qırılmışparçalanmış ehtiyat hissələri aşkar edilmişdir. Hadisə baş verən yol asfalt örtüklü olmaqla quru vəziyyətdədir.

4. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ******* saylı protokoldan (cild 01, iş vərəqə 14-15) görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdədir.

5. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 22) görünür ki, Kamaz-5320 markalı fuqon tipli yük avtomobilinin arxa və qabaq tərəfləri, eləcə də sağ yan tərəfi deformasiyaya uğramamışdır. Lakin həmin avtomobilin sol yan tərəfində, benzin çəni deformasiyaya uğramışdır.

6. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 25-27) görünür ki, Toyoto-Pirius markalı **-XR-*** dqn avtomobilin arxa tərəfi deformasiyaya uğramamışdır, lakin həmin avtomobilin sol yan tərəfi, qabaq tərəfi və sağ yan tərəfi deformasiyaya uğramışdır.

7. xx.xx.2024-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərardan (cild 01, iş vərəqə 28) görünür ki, sürücü Zərərçəkmiş şəxs4 qan nümunəsi götürülmüşdür.

8. 18.05.2024-cü il tarixli arayışdan (cild 01, iş vərəqə 46) görünür ki, X22 Cərrahi Reanimasiya şöbəsində müalicə olunan xəstə X14 vəziyyətinin ağırlığı ilə əlaqədar dindirmək mümkün deyildir.

9. xx.xx.2024-cü il tarixli X3 ərizəsindən (cild 01, iş vərəqə 83) görünür ki, 16 may 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan Xocəsən yolunda yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə oğlu Zərərçəkmiş şəxs2 hadisə yerində ölmüş, həmin şəxs onun oğlu olduğu üçün onu oğlunun hüquqi varisi qismində tanınmasını xahiş etmişdir.

10. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması barədə qərardan (cild 01, iş vərəqə 85-86) görünür ki, X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması qərara alınmışdır.

11. 28.05.2024-cü il tarixli həkim Rəşidova tərəfindən verilən arayışdan (cild 01, iş vərəqə 93) görünür ki, X14 hazırda süni tənəffüs aparatındadır və dindirilməsi mümkün deyildir.

12. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır.

13. Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsinin 10 iyun 2024-cü il tarixli arayışından (cild 01, iş vərəqə 106-110) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 52A saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun arvadı X11, oğlu, X12 və X4 ibarət ailə tərkibi vardır, Suraxanı RİHBnın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

14. Məhkəmə-tibbi ekspertizasının 17 iyun 2024-cü il tarixli 46 nömrəli meyitin ekspertizası rəyindən (cild 01, iş vərəqə 116-119) görünür ki, 1.mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın təpə-alın nahiyələrinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə l-ll qabırğaların sınıqları, sağ bazu sümüyünün aşağı 1/3-nin və sol said sümüyünün aşağı 1/3-nin yerinidəyişmiş sınıqları, sağ bazu nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldır nahiyəsinin sıyrığı. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın təpə-alın nahiyələrinin əzilmiş yaralan olmuşdur. 3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü xx.xx.2024-ci il tarixdə, saat 00:10-də X23 baş vermişdir. 4. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1685/K saylı, xx.xx.2024-cü il tarixli AKT).

15. Məhkəmə-tibbi ekspertizasının 21 iyun 2024-cü il tarixli 332 nömrəli rəyindən (cild 01, iş vərəqə 120-122) görünür ki, 1.Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dəriaitı hematoması, sol əlin İİİ-İV daraq sümüklərinin çəp sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024- cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. 2. Vət. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.

16. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2024-cü il tarixli, 1674 nömrəli rəyindən (cild 01, iş vərəqə 133-134) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri alına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

17. Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 65 nömrəli meyitin ekspertizası rəyindən (cild 01, iş vərəqə 148-153) görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyinin kəskin ödemi, baş beyinin alın payının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və oişaları altına qansızma, alın sümüyünün burun əsasına keçən qapalı, qəlpəli sınığ\ üz skelet sümüklərinin çoxsaylı sınıqları, Vİİ boyun fəqərəsinin çıxıntısının sınığı, hər iki ağciyər əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə bir başa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. 2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, R.R. Hüseynovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il, saat 09:00-da) 4-6 saat əvvəl baş vermişdir. 3. Mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.

18. Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2024-cü il tarixli 475 nömrəli rəyindən (cild 01, iş vərəqə 159-161) görünür ki,1. Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - hər iki baldırın topuq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları (cərrahi əməliyyatla bərpası) bər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X29 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.

19. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in 16 avqust 2024-cü il tarixli 8/2186 nömrəli rəyindən (cild 01, iş vərəqə 163-165) müəyyən edilmişdir ki, 1.Kamaz markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Toyota Prius markalı **-XR-*** dvlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmadı. Sürücü A.E.X24 markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan (4 nəfər) artıq sayda (5 nəfər) sərnişin apardığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cü hissəsinin 2ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur

20. 03 sentyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 01, iş vərəqə 173-176) görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin baş verdiyi Lökbatan-Xocasən yolunun 2,5 kilometrliyində dairəyə daxil olduğu və yol nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani olaraq göstərmişdir.

21. AZ-İİ № 444016 saylı ölüm haqqında şəhadətnamədən (cild 01, iş vərəqə 184) görünür ki, Zərərçəkmiş şəxs1 12 iyul 2024-cü il də travmatik ödemi səbəbindən ölmüşdür.

22. 10.09.2024-cü il tarixli X5 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 185) görünür ki, oğlu X8 iş üzrə vəfat edən dostu Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmasını xahiş etmişdir.

23. 10.09.2024-cü il tarixli X15 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 189) görünür ki, qardaşı Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmasını xahiş etmişdir.

24. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli 8/2186 nömrəli rəyindən (cild 01, iş vərəqə 210-212) görünür ki,

1. Kamaz markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Toyota Prius markalı **-XR-*** dvlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmadı. Sürücü A.E.X24 markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan (4 nəfər) artıq sayda (5 nəfər) sərnişin apardığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cü hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

25. 14.11.2024-cü il tarixli ifadənin yerində yoxlanması barədə protokoldan (cild 01, iş vərəqə 215-218) görünür ki, ifadənin yerində yoxlanması üçün Zərərçəkmiş şəxs4 ilə birlikdə hadisə baş verən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində yerləşən, "Lökbatan-Xocasan" yolunun 2,5-ci km-nə getdim. Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində yerləşən, "Lökbatan-Xocasan" yolunun 2,5-ci km-dəki dairəni göstərib bildirdi ki, 16 may 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi Namiqi, Natiqi, Məmmədi, Romanı və Fərhadı Sədərək Ticarət Mərkəzindən götürüb Lökbatan qəsəbəsinə aparmaq üçün etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirmiş, həmin vaxt avtomobilin sol qabaq sərnişin oturacağında Namiq, arxa oturacaqda isə Natiq, Məmməd, Roman və Fərhad əyləşmişlər. Sədərək Ticarət Mərkəzindən çıxıb Meyvəli Ticarət Mərkəzinin dairəsindən Lökbatan-Xocasən yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt avtomobili 60 km/saat sürətlə hərəkət etdirirmiş. Hərəkətdə olduğu yolun sağ tərəfindən yerləşən "xxxx" MMC-yə gedən yola çatmağa az məsafə qalmış, təxminən 15- 16 metr aralı məsafədən Kamaz markalı avtomaşının anidən yolda olan dairəyə doğru hərəkət etdiyini görmüş, hadisədən yayınmaq istəsə də bu mümkün olmamışdır. Çünki Kamaz markalı avtomobilə çatmışdır və hərəkətdə olduğu yolda olan dairənin qarşısında Kamaz markalı avtomobilin sol hissəsinə avtomobilinin qabaq hissəsi arasında toqquşma baş vermişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs4 təklif edildi ki, Kamaz markalı avtomobilin dairəyə daxil olduğu zaman gördüyü yeri göstərsin. Zərərçəkmiş şəxs4 gördüyü yerdən toqquşma yerinə kimi olan məsafə 34.3 metr təşkil etdi. İfadənin yerində yoxlanılması təbii işıq şəraitində keçirildi və foto şəkillər çəkildi, istintaq əhəmiyyəti kəsb edən heç bir əşya, yaxud sənəd götürülmədi.

26. 15.11.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 219-226) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi, Kamaz-5320 markalı **-EF-*** dqn furqon tipli yük avtomobili və Toyoto-Pirius markalı **-XR-*** dqn avtomobillərin maddi sübut kimi tanınması və saxlanılması üçün sahiblərinə geri qaytarılmasının nəzərə alıması qərara alınmışdır.

27. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o həmin avtomobildə arxa oturacaqda, sol tərəfdə əyləşmişdir. Hadisə ilə əlaqədar başqa heç bir şey xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə Lökbatan ərazisində, Abşeron Ticarət Mərkəzinin qarşısında baş vermişdir. X34 markalı avtomobil ilə evə gedirmişlər. Avtomobili Zərərçəkmiş şəxs4 idarə edirdi. Hansı avtomobil ilə toqquşduqlarını tam xatırlamır. Xatırladığı qədəri ilə həmin avtomobil yük maşını idi. Həmin yük maşınını Təqsirləndirilən şəxs idarə edirdi. Firidun yaşlı kişi idi. Firidunun avtomobilində başqa şəxs olub-olmadığını xatırlamır. Hadisədən sonra ayılmışdır amma şokda olmuşdur. Baş verənləri xatırlaya bilmir. Avtomobili Zərərçəkmiş şəxs4 idarə etmişdir. Yük maşınını Təqsirləndirilən şəxs idarə edirdi. Firidunu əvvəllər tanımamışdır. Onu qəzadan sonra avtomobildən çıxararkən, Firidunu görmüşdür. Hadisə anını tam xatırlamır, lakin bəzi detalları xatırlayır. Avtomobildə sürücünün arxa tərəfində, solda əyləşmişdir. Qəza anından dərhal əvvəl Kamaz markalı avtomobili görmüşdür. Onlar Sədərək ticarət mərkəzindən Lökbatan istiqamətinə hərəkətdə olmuşlar. Anar, Məmməd, Roman ilə eyni avtomobildə olmuşlar. Digər 2 nəfər şəxsin adını xatırlamır. Zərərçəkmiş şəxs4 tanıyır. Anar ilə şəxsi münasibətləri yaxşı olmuşdur. O, Məmməd və Roman ilə arxada əyləşmişdir. Digər 1 nəfər arxada əyləşən şəxsin adını xatırlamır. Hadisədən əvvəl mobil telefon ilə məşğul olmuşdur. Başını telefondan qaldıraraq, qarşısında Kamaz markalı avtomobilin olduğunu görmüş və 1 saniyə ərzində qəza baş vermişdir. Həmin andan sonra baş verənləri xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisə zamanı xəsarət almışdır. Qolundan və alın nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi vardır. Təqsirləndirilən şəxslə barışmamışdır. İbtidai istintaq zamanı müstəntiq ona hadisə ilə əlaqədar hər hansı videogörüntü göstərməmişdir. Hadisə baş verən zaman 20 yaşı olmuşdur. Hərbi xidmətdə olmamışdır. Sağlamlıq problemi ilə əlaqədar hərbi xidmətə yollanmamışdır. Avtomobili idarə edən o olmamışdır. Toyota Prius və Kamazdan başqa, bu hadisəyə əlaqəsi olan 3-cü bir avtomobil yox idi. Təqsirləndirilən şəxsdən zərər çəkdiyinə görə tələbi mövcuddur. Hadisə ilə əlaqədar sığorta ödənişi almamışdır.

28. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixində, hər gün olduğu kimi Sədərək ticarət mərkəzindən Roman, Məmməd, Namiq, Anar və Rahim ilə birlikdə üzü Lökbatan istiqamətinə avtomobillə yollanmışlar. Avtomobil Lökbatan dairəsinə daxil olan zaman, solda hərəkətdə olan Kamaz markalı avtomobil ilə toqquşmuşlar. Qəzadan sonra huşunu itirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Lökbatan dairəsi uzunsov yoldur. Kamaz markalı avtomobilin anidən qarşısına çıxması nəticəsində qəza baş verib. Hər iki ayağında qırıq olmuş, qabırğaları sınmış və baldır nahiyəsi xəsarət almışdır. Ona dəymiş zərər ödənilməyib. Şikayət və tələbi vardır. Təqsirləndirilən şəxslə barışmamışdır. Avtomobili o idarə edirdi. Kamazı gördüyü anda 2 avtomobil arasında 15-16 metr məsafə var idi. Daha sonra ibtidai istintaq dövründə aparılan araşdırmalar Kamaz və Toyota Prius arasında 30-32 metr məsafənin olduğunu müəyyən etdi. Saatda 60 kilometr/saat sürətlə hərəkətdə etmişdir. Qəza anında əyləcdən istifadə edib-etmədiyimi xatırlamır. Hadisəyə aidiyyatı olan 3-cü bir avtomobil yox idi. Taksi fəaliyyəti ilə məşğul deyil. Tanışları olduğu üçün həmin şəxsləri avtomobilinə mindirmişdir. Toqquşma zamanı Kamaz markalı avtomobilin qabaq hissədən sol təkəri ilə yanacaq çəninin yerləşdiyi hissənin arasındakı boşluğa manevr edərək qəza törətmişdir. Qəza anından sonra baş verənləri xatırlamır. Hadisənin şahidləri toqquşmadan sonra Kamazın onun idarə etdiyi avtomobili müəyyən məsafədə sürüyüb apardığını bildirmişdir. O 60 kilometr/saat sürətlə hərəkətdə olmuşdur. Kamaz markalı avtomobil saatda 30 kilometr/saat sürətlə hərəkətdə idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir.

29. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, onun bu hadisə və cinayət işi ilə əlaqədar heç bir məlumatı yoxdur. Məhkəmədən tək xahişi bu işə haqq-ədalət ilə baxılmasıdır. Bu zamana qədər zərərçəkmiş tərəf olaraq hadisənin videogörüntüləri ilə tanış ola bilməmişlər. Bəlkə də onların uşaqlarını avtomobil vurmayıb, başqa formada həlak olublar, lakin bu məsələ onlara qeyri-müəyyən olaraq qalıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı heç bir videogörüntü ilə tanış olmamışdır. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Ona dəymiş ziyandan ödəniş olunmayıb. Sığorta ödənişi də almamışdır.

30. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ona ibtidai istintaq dövründə müstəntiq cinayət işinin gedişatı ilə əlaqədar heç bir məlumat verməyib. O hadisə zamanı qeydə alınmış videogörüntülər ilə dəfələrlə müstəntiqə zəng etmiş, onunla əlaqə saxlamağa çalışmışdır. Həmçinin Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna, Daxili İşlər Nazirliyinə videogörüntülər ilə onun tanış olmamağı barədə şikayət ərizələri yazmışdır. O həmin zaman çağırılaraq, ona video görüntü göstərilib, həmçinin görüntülərinin avto-ekspertizaya göndərildiyi ona bildirilib. Ona işin ibtidai istintaqını aparan müstəntiqin köməkçisi Rövşən isə video görüntülərini nə ondan, nə də məhkəmədən istəməməyi barədə xahiş etmişdir. Bunun səbəbini bilmir. İş materiallarında təqsirləndirilən şəxsin cinayətdən yayındığı qeyd olunmuşdur. Buna görə də 2 dəfə Təqsirləndirilən şəxs zəng etmişdir. İbtidai istintaq orqanları ona hər dəfə növbəti ayda sığorta pulunu ala biləcəyini bildirmişdilər. Halbuki daha sonra Mikayıl Rəhimov ona sığorta pulunu yalnız məhkəmə qərarı ilə ala biləcəyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona müstəntiqin otağında, köməkçisi Rövşən hadisənin video görüntülərini göstərmişdir. O video görüntülərdə avtomobillərin toqquşma anına şahid olmuşdur. X25 və Kamaz markalı avtomobillər, həmçinin ağ rəngli daha bir avtomobil var idi. Video görüntülərdə Kamaz markalı avtomobil Port-Abşeron istiqamətindən, körpüdən yoxuşun əksinə istiqamətdə hərəkət edirdi. Körpünün qoşulduğu yolda isə bir zolaqda Zərərçəkmiş şəxs4 idarə etdiyi Toyota Prius markalı avtomobil, həmin avtomobilin də sağında ağ rəngli başqa bir avtomobil hərəkətdə idi. Anar sağındakı zolaqda olan ağ rəngli avtomobili ötür, daha sonra isə yolun dairəvi istiqamətində Kamaz markalı avtomobil ilə toqquşur. Anarın idarə etdiyi avtomobilin hansı sürətlə hərəkət etməsi barədə məlumatı yoxdur. Ağ rəngli avtomobilin hadisəyə hər hansı aidiyyatı yoxdur. Hadisə zamanı sükan arxasında olan sürücüləri video görüntülərdə görməmişdir. Hadisə zamanı sükan arxasında olan sürücülərin kim olduğunu video görüntülərdə görməmişdir. Video görüntülər yuxarıdan aşağıya istiqamətlənmiş kameralar vasitəsilə çəkilmişdir. Həmin kamera təhlükəsiz şəhər kamerası deyildir. Həmin kameranın hansı təyinat və məqsədlə quraşdırıldığı ona məlum deyildir. Onun tələbi həmin kameranın ekpertə təhvil verilməsidir. Həmçinin kamera görüntülərini gizlədən şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edir. Avtomobili hansı sürücünün idarə etdiyini görməmişdir. Obyektiv həqiqətin müəyyən olunmasını xahiş edir və heç kimdən şikayət və tələbi yoxdur.

31. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə ilə əlaqədar heç nəyi xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı başından xəsarət alıb və 3 qabırğası sınıb. O, hadisə zamanı huşunu itirmiş və yalnız xəstəxanaya gətirildikdən sonra ayılmışdır. O, Toyota Prius markalı avtomobildə əyləşmişdir. O, avtomobildə arxa oturacaqda, sağ tərəfdə əyləşmişdir. Sədərək ərazisindən hərəkətə başlamışlar. Həmin andan Lökbatan dairəsini dönənə qədər baş verənləri xatırlayır. Yolu görmüş, lakin Kamaz markalı avtonəqliyyat vasitəsini gördüyünü xatırlamır. Sağ tərəfdən gələn avtomobillər var idi. Həmçinin Lökbatan dairəsi ətrafında çoxlu avtomobil var idi. Anarın avtomobili hansı sürətlə idarə etdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Kamaz markalı avtonəqliyyat vasitəsini gördüyünü xatırlamır.

32. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə zamanı huşunu itirdiyi üçün heç nə yadında qalmayıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisə zamanı nəqliyyat vasitəsində arxada əyləşmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisə anına qədər hər gün gedib-gəldiyi yol ilə hərəkət etmişlər. Qəza bir anda baş vermiş və daha sonra baş verənləri xatırlamır. O ortada əyləşmişdir. Yolu görürdü, lakin Kamaz markalı avtonəqliyyat vasitəsini gördüyünü xatırlamır. Hər gün avtomobilin arxa oturacağında 4-5 nəfər əyləşmirlər.

33. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş müstəntiq X19 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə həmin dövrdə müşahidə kameraları olmamışdır. Sonrakı dövrdə ona ətrafdakı mağazalardan birinin kameraları vasitəsilə qeydə alınmış görüntülər olan 01 ədəd video whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərilmişdi. Lakin həmin videoda da yol nəqliyyat hadisəsi barədə heç bir əhəmiyyətli görüntü yox idi. O, həmin videonu kompyuterinə yükləmişdir, lakin baş verən texniki nasazlıq səbəbindən həmin video daha sonra silinmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərəçəkmiş şəxsin hüquqi varisinə videogörüntünü hansı tarixdə göstərdiyini xatırlamır.

34. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilən zaman müşahidə kameralarının olmaması müəyyən olunaraq baxış protokolunda bu barədə müvafiq qeyd aparılmışdır. Həmçinin həmin ərazidə müşahidə kameralarının olubolmaması və olduğu halda hadisənin görüntülərinin qeydə alınıb-alınmaması barədə AR DİN X7 Xidmətinə sorğu verilsə də müsbət nəticə əldə olunmamışdır.

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Xidmətinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən sorğunun icrası mümkün olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır

36. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə adəti üzrə “Abşeron” ticarət mərkəzindən avtomobilinə mal yükləyib, Abşeron Portundan körpüyə qalxıb, Lökbatan-Xocasən yolu istiqamətində getmək istəmişdir. O, Lökbatan-Xocasən yoluna daxil olmaq üçün yol ayırıcında dayanıb, qarşıdan gələn avtomobilləri ötürüb manevr üçün uyğun vaxtı gözləmişdir. O artıq avtomobillərin hərəkətinin intensivliyinin azaldığını görüb, əsas yola daxil olmuşdur. Bu zaman sol tərəfdən gələn “Toyota Prius” avtomobilini görmüşdür. Hadisənin qarşısını almaq üçün dərhal dairəyə daxil olmağa cəhd etmişdir. Lakin bu ana qədər artıq “Toyota Prius” markalı avtomobil ilə toqquşmuşdur. “Toyota Prius” markalı avtomobil qəzanın təsirindən onun “Kamaz” markalı furqon avtomobilinin yanacaq çəninə dəymişdir. Daha sonra avtomobildən yaralıları çıxartmışlar, ardınca da polis əməkdaşları gəlmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Abşeron Portundan körpüyə qalxıb, Lökbatan-Xocasən yolu istiqamətində getmək istəmişdir. “Toyota Prius” markalı avtomobili ilk dəfə vizual müşahidə edərkən, aralarında təxminən 100 metr məsafə olmuşdur. O 100 metr məsafənin ötmə əməliyyatını həyata keçirmək üçün kifayət edə biləcəyini hesab etmişdir. Hadisə günü və hadisədən öncə spirtli içki və ya narkotik vasitə istifadə etməmişdir. Sürücülük vəsiqəsi BC kateqoriyalıdır. “Toyota Prius” markalı avtomobil ilə toqquşan zaman “Kamaz” markalı nəqliyyat vasitəsinin qabaq təkəri zərbənin təsirindən bardürün üzərinə çıxmışdır.

37. Məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

38. Məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi üçün onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

39. Məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Firidun Həmid oğlu tərəfindən onlara dəymiş maddi ziyan ödənilmiş, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur.

40. Məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Firidun Həmid oğlu ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur.

Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

41. Maddə 263.3 Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

43. Maddə 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.

44. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

45. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

46. Maddə 43.3. Nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir.

47. Maddə 45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.

48. Maddə 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

49. Maddə 56.1.1. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

50. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

51. Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, 59.2. cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

52. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi:

53. Maddə 15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

54. Maddə 67.2. Cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır.

55. Maddə 154.3. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

56. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır

57. Maddə 44.1.2 Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

58. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

59. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

60. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

61. Maddə 134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.

62. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

63. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

64. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

65. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu

66. Maddə 42. Hərəkətə başlama, manevr etmə İV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı

67. Bənd 17. Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPMnin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.

68. Bənd 21. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.

69. Bənd 22. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

70. Bənd 23. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır.

Məhkəmənin hüquqi dəyərləndirməsi

71. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda cinayətkarcasına özünəgüvənmə nəticəsində qanunun qeyd olunan tələblərinə əməl etməyərək uzun dairəyə daxil zaman həmin yol ilə Lökbatan qəsəbəsi istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi "Toyota-Prius (Hibrid)" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və bunun nəticəsində ehtiyatsızlıqdan iki nəfər şəxsin sağlamlığına az ağır xəsarət yetirmiş və iki nəfər şəxsin ölümünə səbəb olmuşdur.

72. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hadisəsinə təqsiri onda ifadə olunmuşdur ki, cinayət hadisəsinə səbəb onun tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-ci hissəsinin tələblərinin pozulması olmuşdur. Belə ki, o, yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməli olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 idarə etdiyi "Toyota-Prius (Hibrid)" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

73. Bununla da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. O, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

74. Təqsirləndirilən şəxs həmin cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.

75. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

76. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə tövsif edilmişdir.

77. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3.-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.

78. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 70 yaşdan yuxarı olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, sonuncuların ondan şikayət və tələblərinin olmamasını, dəymiş maddi ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.(qərarın 51-ci bəndi)

79. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

81. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır.

82. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 56-cı bəndi).

83. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 42,43,44,45-ci bəndi).

84. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsi hüququndan məhrum etmə cəzası və azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində Cinayət Məcəlləsinin 60-cı maddəsi nəzərə alınmaqla, yəni müvafiq maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla ona minimum həddə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

85. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətdiyi və ona 5 ildən artıq olmayan azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onun cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 49-cı bəndi).

86. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

87. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə ona təyin edilmiş əlavə cəza müddətinə şamil edilməli və cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə həvalə edilməlidir.(qərarın 46, 47, 48, 53 və 54-cü bəndləri)

88. İş üzrə məhkəmə xərci 254 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 65-ci bəndi).

89. İş üzrə maddi sübut qismində tanınmış Kamaz-5320 markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı furqon tipli yük avtomobili və Toyota-Prius (Hibrid) markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır.

90. İş üzrə mülki iddia olmaması və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyi nəzərə alınmalıdır.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin başlanğıcı onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və ona təyin edilmiş 5 il əlavə cəza müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış Kamaz-5320 markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı furqon tipli yük avtomobili və Toyota-Prius (Hibrid) markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar