Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1593/2022 19.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 1,307 qram, 1,517 qram, 1,070 qram, 1,092 qram, 0,827 qram, olmaqla ümumilikdə 05 ədəd bükümdə ümumi təmiz çəkisi 5,813 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd arxa hissəsində “open” yazı əlavəsi qeyd edilmiş gümüşü metalik rəngli elektron tərəzi əldə edib daşıyaraq üzərində gizlədərək saxlaması və 11 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri ünvan 2ndə nömrəsiz fərdi yaşayış evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 1,307 qram, 1,517 qram, 1,070 qram, 1,092 qram, 0,827 qram, olmaqla ümumilikdə 05 ədəd bükümdə ümumi təmiz çəkisi 5,813 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd arxa hissəsində “open” yazı əlavəsi qeyd edilmiş üzərində heroin izləri olan gümüşü metalik rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olsa da uzun müddət imiş ki, istifadə etmirmiş. 2021-ci ilin 10 dekabr tarixində azadlığa çıxmışdır, 2022-ci ilin mayında isə yenidən tutulmuşdur, həmin müddət aralığında heç vaxt narkotik istifadə etməmişdir. Onu polis əməkdaşları evinə girərək, zorla götürüb polis bölməsinə aparmışlar, üzərində heç bir narkotik vasitə olmamışdır. Bölmədə həmin narkotiki üzərinə yerləşdirmişlər və öz üzərinə götürməyini istəmişlər. Polis bölməsində videoçəkilişlə üzərinə baxış keçirilən zaman məcbur qaldığı üçün boynuna götürmüşdür. Nə evində, nə üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində narkotiki boynuna götürmə səbəbini demək istəmir. Narkotik istifadə etməsindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şabanov küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində həmin ərazi üzrə əməliyyat müvəkkilinə əməliyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması ilə bağlı imiş. Əməliyyat məlumatı bölmənin digər əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur, o da əməliyyat qrupunun tərkibində imiş. Əməliyyat tədbiri qurulmuş və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmış və tərəflərindən bölməyə dəvət olunmuşdur. Ona qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitə daşıması, gəzdirməsi və inzibati ərazidə oğurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şöbənin rəisinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır və onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və özü üzərində olan narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına və satışı ilə məşğul olmamasına dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində bildirmişdir ki, Xəzər rayon məhkəməsinin hökmü və sonuncu dəfə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşam. Xeyli müddət olar narkotik vasitə olan heroini qəbul edir. Həmin narkotik maddələri adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Əhmədli metrosunun yaxınlığında adını bilmədiyi şəxsdən 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə heroin kimi tanıdığı narkotik maddəni öz şəxsi istifadəsi üçün ümumillikdə 100 (yüz) manata almış, sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 dəqiqədə yaşadığı ünvan 2 ünvanında fərdi nömrəsiz evin yaxınlığında olan zaman iki nəfər biri mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan Polis şöbəsinə gətirərək təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O buna etiraz etməmişdir. Onun hüquq və vəzifələri izah olundu, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Ona üzərində yəni əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamaqla daşıdığı 05 ədəd şəffaf rəngli selofandan ibarət bükümlərdə olan heroin kimi tanıdığı narkotik maddəni və qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 01 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümlərə baxış keçirilərkən heroin kimi tanıdığı narkotik maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr olan ümumilikdə 05 (beş) ədəd büküm və 01 (bir) ədəd tərəzi polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Sonra yaşadığı evdə baxış-axtarış keçirilmiş və hər hansı qadağan olunmuş əşya aşkar olunmamışdır. Cinayət işində olan 11 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci il tarixli protokolundan görünür ki, 11 aprel 2022-ci il tarixdə saat 15:10-dən 15:25dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə X2 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 05 ədəd büküm və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd arxa hissəsində “open” yazı əlavəsi qeyd edilmiş üzərində heroin izləri olan gümüşü metalik rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Aparılan istintaq hərəkəti videoçəklişə CD diskdə qeydə alınmışdır. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli 6/2030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairvi möhür əksi və “şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Murvət oğlunun üzərindən aşkar olunmuş 5 ədəd şəffaf selofana bükülmüş maddi sübut; iştirak etdilər-imzalar, Şübhəli şəxs. Təqsirləndirilən şəxs – imza; Tərtib etdi: Şəhriyar Babayev-imza” yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 5 (beş) ədəd bükümlərdəki təmiz çəkiləri 1,307 qram, 1,517 qram, 1,070 qram, 1,092 qram, 0,827 qram, ümumi təmiz çəkisi 5,813 qram olan qəhvəyi rəngli toz şəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat obyekti üzərində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzi; iştirak etdilər-imzalar; Şübhəli şəxs. Təqsirləndirilən şəxs- imza; Tərtib etdi: Şəhriyar Babayevimza” yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd arxa hissəsində “open ...” yazı əlavəsi qeyd edilmiş gümüşü metal rəngli elektron tərəzi üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və digər heroinlərlə eyniliyini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vəsitələrin”in siyahısına (Siyahı İ) daxildir. Heroinlərin ümumi təmiz çəkisi 5,813 qram, hər birinin təmiz çəkisi (1,307 qram, 1,517 qram, 1,070 qram, 1,092 qram, 0,827 qram) tədqiqata sərf edildi 0,2qram (hər birindən 0,04 qram) qalıq 5,613 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 23 iyun 2022-ci il tarixli 3452 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 14 may 2022-ci il tarixli 1200 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb biçmək ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən anlaqlı olduğu halda həmin vaxtı ondan psixikanını pozxulması baş vermişdirsə psixikanın pozulması nəticəsində o, öz əməlinin faktiki xarakterini və içtimai təhlükəsizliyini tam dərk etmək. Onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyətdli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2020-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ilə endirilərək, həbsdən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 11 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 11 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin istifadə etməsində qismən təqsirli hesab etməsini, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq 5,613 qram heroin, “open” yazı əlavəsi qeyd edilmiş üzərində heroin izləri olan gümüşü metalik rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93- 1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs aid olan ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat ondan alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6\2030 nömrəli məktubdan görünür ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 aprel 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq 5,613 qram heroin və “open” yazı əlavəsi qeyd edilmiş üzərində heroin izləri olan gümüşü metalik rəngli elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1593/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1593/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver