Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1593/2024 30.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 19 yanvar 2024-cü il tarixdəşübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,498 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,842 qram olmaqla xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 yanvar 2024-cü il tarixdə, saat 21:55 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında Bakı şəhəri Baş Polis İdarəsinin X2rşı Mübarizə Şöbəsinin (bundan sonra: BPİ-nin KMNMŞ-nin) əməkdaşları tərəfindən saxlanılıb ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu siqaret qutusunun içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,807 qram, 0,838 qram və 0,853 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda - 2,498 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2,498 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,842 qram olmaqla xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 yanvar 2024-cü il tarixdə, saat 21:55 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri BPİ-nin KMNMŞnin əməkdaşları tərəfindən saxlanılıb ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18ci PŞ-nin inzibati binasına aparılmış, orada onun üzərində aparılan şəxsi axtarış nəticəsində əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı siqaret qutusunun içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,807 qram, 0,838 qram və 0,853 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 2,498 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən, yəni narkotik vasitələrin istifadəçisi olduğuna görə təqsirli bilərək ifadəsində göstərdi ki, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı işdə təsdiqini tapan hər hansı bir sübut yoxdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, həm «kakos» deyilən, həm də «patı» adlanan narkotik vasitədən istifadə etmişdir. Adətən tez-tez narkotik dalınca getməməsi üçün artıq miqdarda alıb istifadə etmişdir. Hər dəfə narkotiki eyni yerdən almış, narkotik alanda gedib gözləmiş, onunçün rahat olsun deyə, çox almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü, yəni 19 yanvar 2024-cü il tarixdə, saat 21-22 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində, «Nərimanov» parkının qarşısında saxlanılmış və 18-ci polis bölməsinə aparılmışdır. Şöbəyə aparılarkən üstündə həm metamfetamin, yəni patı və həm də «kakos», yəni narkotik vasitə heroin olmuşdur. O, saxlanılmazdan əvvəl Yasamal rayonu ərazisindən, təqribən 4 qram narkotik almış və hər bükümünə 50 manat olmaqla cəmi 200 manat pul vermişdir. Aldığı narkotik maddələri “Kent” markalı siqaret qutusunun içinə qoyub cibində saxlamışdır. Əldə etdiyi narkotik vasitə onun 10 günluk norması olmuş, narkotiki həmişə eyni şəxsdən alıb əldə etmişdir. Bölmədə üstünə videoçəkilişlə baxış keçirilmiş, 3 bükümdə kakos, 1 bükümdə isə metamfetamini “kent” markalı siqaret qutusu ilə birlikdə çıxarıb təqdim etmişdir. Üzərinə bölmədə şəxsi axtarış keçirilən zaman aşkar olunan maddələri özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarışdan sonra onu Nərimanov RPİ-nin MSY-nə aparmışlar. Saxlanılıb polisə gətirilərkən və ya daha sonra ona qarşı heç bir fiziki və psixi zorakılıq olmamsışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Bakıda Xutor adlanan yerdə moyka, yəni avtoyuma yeri işlətmiş, gündəlik qazancı 40-60 manat aralığında olmuşdur. Aldığı narkotik vasitəni heç kimə satmamış, heç kimə hədiyyə etməmişdir, ancaq özü gizli olaraq istifadə etmişdir. Ən yaxını, ailə üzvləri belə, onun narkotiklərdən istifadə etdiyini bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin KMNMŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə, saat 21-22 radələrində həmkarı - əməliyyat müvəkkili Şahid2la birlikdə xidmətdə olarkən Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 15 saylı ünvanın yaxınlığından keçən zaman bir nəfərin, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs təlaşlı vəziyyətdə ətrafa baxa-baxa hərəkətdə olduğunu görüb onun narkotik təsiri altında olmasından şübhələnmiş, ona görə də ona yaxınlaşmaq istədikdə Təqsirləndirilən şəxs qaçmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs saxlamış, onun şəxsiyyəti ilə maraqlandıqda sonuncu təkrarən qaçmağa cəhd etmişdir. Lakin buna imkan verməyib onu saxlamış və özünün deməsinə əsasən Təqsirləndirilən şəxs olmasını öyrənib bilmişlər. Seyidelgündən normal bir məlumat ala bilmədikdə onu ərazi üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs vəkillə təmin edilmiş, daha sonra onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçiriləçrkən təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “Kent” sözləri yazılmış siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu təhiqatçı tərəfindən açıldıqda siqaret qutusunun içərisindən 4 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş bükülü aşkar edilmişdir. Bükülülərin içərisinə baxış zamanı 3 ədəd bükülüdə ağ rəngli, kristalşəkilli heroin narkotik vasitəsinə oxşar maddə, 1 ədəd bükülüdə isə qəhvəyi rəngli, metamfetamin psixotrop maddəsinə oxşar maddə olduğu müəyyn edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni özünün istifadəsi üçün Yasamal rayonundan, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid1 ifadəsində, həmçinin göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs üzərində real olaraq şəxsi axtarış keçirilmiş, onun göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd mobil telefon, sol yan cibindən isə xatırlamadığı məbləğdə pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddələr qanuna müvafiq qablaşdırılmış, möhürlənmişdir. Yekunda protokol tərtib olunmuş, həmin protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Sonrakı əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs nakrkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin, onun narkotik və ya psixotrolp maddələrin satışı ilə məşğul olmasının və əlaqədə olduğu insanların dairəsinin müəyyənləşdirilməsi mümkün olmamışıdr. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istər 18-ci PŞ-nə aparılarkən və ya istərsə də 18ci PŞ-dəolarkən ona qarşı heç bir zor tətbiq olunmamış, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakışəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin KMNMŞ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 19 yanvar 2024-cü iltarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən üzərində saxladığı siqaret qutusunun içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,807 qram, 0,838 qram və 0,853 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda - 2,498 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəaşkar edilərək götürülmüş, qablaşdırılmış və möhürlənməklə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr çəkilməmiş və miqdarı müəyyənləşdirilməmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülünün birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 19 yanvar 2024-cü iltarixli tarixdə günorta saatlarında özünün istifadəsi üçün Yasamal rayonu ərazisində, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan iki ədəd “Samsung” markalı, bir ədəd “Nokia” markalı mobil telefonlar çıxarıb təqdim etmiş, həmin mobil telefonlar prosessual tələblərə riayət olunmaqla araşdırma üçün götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 26-27). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videolentə alınmış görüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir (iş vərəqə: 70). İbtidai istintaq orqanının müvafiq qərarına əsaksən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 120-128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/372 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 224” möhür əksi və “1) Təqsirləndirilən şəxs....” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,807 qram, 0,838 qram, 0,853 qram, ümumi təmiz çəkiləri 2,498 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 34-38). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq 01 ədəd bükümdə götürülmüş təmiz çəkisi 0,842 qram olan narkotik vasitə heroin və 03 ədəd bükümdə götürülmüş ümumi təmiz çəkisi 2,498 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0.842 qram çəkidə narkotik vasitə heroin və 2,378 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin anbarına təhvil verilmişdir götürülmüşdür(iş vərəqə: 34-38). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuluyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazıda abstinenslya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 104-105). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliklər müəyyən olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Qeyd olunanlara əsasən ekspertlər belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 106-108). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs götürülmüş, sonuncu tərəfindən təqdim edilmiş iki ədəd “Samsung” markalı və bir ədəd “Nokia ” markalı mobil telefonlara təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hər üç mobil telefonun onun özünə məxsus olduğunu təsdiq edərək bir ədəd göy rəngli, “Samsung” markalı mobil telefonda mobil nömrə olmadığını, həmin mobil telefonla “WhatsApp” mobil tətbiqi vastəsilə danışdığını, “Nokia ” markalı mobil telefon cihazında ***-***-**-** saylı GSM mobil nömrə işlətdiyini, bir ədəd boz rəngli, “Samsung J7” markalı mobil telefon cihazında ***-***-**-** saylı GSM mobil nömrə işlətdiyini, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-də üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən mobil telefonları çıxararaq təqdim etdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlarda baxış mərhələsində iş üçün əhəmiyyət kəsb edən hər hansaı hal aşkar edilməmişdir (iş vərəqə: 71). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" mobil şəbəkəsinə məxsus GSM kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" mobil şəbəkəsinə məxsus GSM kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs smslər vasitəsi ilə qarşı tərəfdən narkotik vasitələr istəməsi görünsə də, onun satış məqsədilə narkotik vasitələr əldə etməsi və ya konkret olaraq narkotik vasitə satması faktı müəyyən edilməmişdir. Tədqiq olunan sənədlə qeyd olunan faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmadığı müəyyən edilmişdir(iş vərəqə: 117-119). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən “Azercell” və "xxxx" mobil operatorlardan əldə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunan 02 ədəd CD formatlı disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 120-128). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş 21 fevral 2024-cü il tarixli, 50/2-1042 cavab məktublarının məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri satmış şəxsin, həmçinin sonuncunun narkotik vasitələri satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırıqlarına verilmiş 21 fevral 2024-cü il tarixli həmin cavab məktübündan, həmçinin görünür ki, mötəbər mənbələrdən daxil olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirir (iş vərəqə: 103). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin və narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* ayrılmışdır (iş vərəqə: 130-131, 134). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini və xeyli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2024-cü il tarixli protokol, həmin protokola əlavə edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 13 iyun 2023-cü il tarixli protokol, maddi sübut kimi tanınmış həmin «DVD» formatlı disk, Təqsirləndirilən şəxs saxlamış polis əməkdaşlarının şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/372 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 366 nömrəli və məhkəmə psixiatrik ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 142 nömrəli rəyləri, maddi sübut kimi tanınmış psixotrop maddə və narkotik vasitələr, və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan külli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi və xeyli miqdarda heroin narkotik vasitəsini əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və ya hər hansı məqsədlə qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələr əldə edib saxlaması və ya daşıması barə heç bir əməliyyat məlumatı mövcud olmamış, Təqsirləndirilən şəxs ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirilməmiş, sonuncu polis əməkdaşları tərəfindən narkotik vasitə istifadəçisi olmasından şübhəli bilindiyi üçün saxlanılıb polisə aparılmışdır. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində istər şübhəli və ya istər təqsirləndirilən şəxs qismində, istərsə də məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli bilərək ondan aşkar edilib 03 ədəd bükümdə götürülən psixotrop maddəni və bir ədəd bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını, daşıdığını, konkret olaraq kiməsə satdığını və ya əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 03 ədəd bükümün içərisindəki həmin maddənin “patı” kimi tanıdığı metamfetamin psixotrop maddəsi, bir ədəd bükümün içərisində «kakos» kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu, hər iki maddədən istifadə etdiyini, saxlanıldığı gün axşam saatlarında Yasamal rayonu ərzisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən hər bir bükümünə 50 manat olmaqla 04 büküm maddə üçün 200 manat verib şəxsi istifadəsi üçün alıb əldə etdiyini, tez-tez narkotik dalınca getməməsi üçün adətən artıq miqdarda alıb istifadə etdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamaı iş üzrə şahid qismində dindirilmiş əməliyyat işçiləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində deyil, tam təsadüfən sonuncunun özünü küçədə normal aparmaması və onun narkotik vasitələrin istifadəsində şübhəli olması əsası ilə saxlayıb Polis Şöbəsinə apardıqlarını, üzərinə şəxsi axtarış aparılarkən ondan aşkar olunan narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsini, sonrakı əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs nakrkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin, onun narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmasının və əlaqədə olduğu insanların dairəsinin müəyyənləşdirilməsinin mümkün olmadığını təsdiq etdilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən verilmiş cavabda aşkar edilib götürülən narkotik vasitəni (psixotrop maddə barədə qeyd yoxdur) Təqsirləndirilən şəxs satmış şəxsin və ya sonuncunun narkotik vasitəni satdığı şəxslərin müəyyənləşdirilmədiyi göstərilsə də, həmin tapşırığa cavabda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi qeyd olunmuşdur ki, bu zaman əməliyyat orqanı istintaqa verdiyi məlumatı əsaslandırmamış, məlumatın təsdiqi üçün hər hansı mötəbər və ya qeyri mötəbər sübut təqdim etməmiş, yalnız özünün fərziyələrinə əsaslanan qeyri-obyektiv cavabını vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda cinayət işi ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun bu qərarı ilə əlaqədar məhkəmə ilk növbədə baxılan iş üzrə aşkar olunub götürülmüş psixotrop maddənin miqdarı ilə bağlı məsələyəyə hüquqi qiymət verərkən qeyd edir ki, cinayətin predmeti olan metamfetamin psixotrop maddəsinin miqdarı yalnız satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə olunduqda, saxlanıldıqda və s. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi isə narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə olunmasına, saxlanılmasına və s. görə cinayət məsuliyyəti məsələsini nəzərdə tutur. Lakin məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni və narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Aşkar edilib götürülən psixotrop maddənin üç ədəd xırda bağlamalara bükülmüş vəziyyətdə olmasına gəldikdə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifaqəsində bu xüsusata aydınlıq gətirib, tez-tez narkotik vasitələr almaq üçün getməməsi məqsədilə adətən artıq miqdarda narkotik vasitələr və ya psixotrop maddələr alıb əldə etdiyini göstərmişdir ki, cinayət işinin istər məhkəməyədək icraatı və ya istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs bu xüsusatla bağlı gətirdiyi arqumenti inkar edə biləcək başqa sübut müəyyən edilməmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddənin və narkotik vasitənin növ müxtəlifliyinə münasibət bildirib qeyd edir ki, məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ifaqəsində həm «patı» və həm də «kakos» olaraq tanıdığı hər iki maddədən istifadə etdiyini bildirmiş və saxlanılan gün də hər iki maddədən üzərində olduğunu göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs həm opioidlərin və həm də psixostimuluyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı «Azercell» mobil şəbəkəsinə məxsus GSM kart nömrəsi ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində mobil operatordan əldə olunan və məhkəmə baxışı zamanı tədqiq olunan məlumatlarla bağlı qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən ittiham aktında göstərildiyi kimi, tədqiq olunan mobil nömrədən ötürülən smslər vasitəsi ilə Təqsirləndirilən şəxs qarşı tərəfdən narkotik və ya psixotrop maddələr istəməsi müəyyən olunsa da, sonuncunun ötürdüyü smslərin məzmununda narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilməsinə və ya konkret olaraq satılmasına dəlalət edən mətn müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokolda, protokola əlavə olunan videogörüntülərdə belə, Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni və narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, maddi sübut olaraq tanınmış narkotik vasitə və ya psixotrop maddələrin özləri, müxtəlif formatlarda olan disklər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edə sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş xeyli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun üç ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini və bir ədəd bükümdə aşkar edilib götürülmüş xeyli miqdarda heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən üç ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,498 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 19 yanvar 2024-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 2,498 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəşəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 96). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 366 saylı rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da, lakin hal-hazıda onda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, onun öz vəziyyətinə tənqidi münasibətinin olması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, amma ərazi narkolojdi dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2024-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 yanvar 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından işüzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, işüzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,842 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,842 qram hissəsi və 03 ədəd bükümdə aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 2,498 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,378 qram hissəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” və "xxxx" və «Azercell» mobil operatorlarından əldə olunmuş 02 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,842 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,842 qram hissəsi və 03 ədəd bükümdə aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,498 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,378 qram hissəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” və "xxxx" və «Azercell» mobil operatorlarından əldə olunmuş 02 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1593/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1593/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver