Məhkəmə qərarları › İş №1(101)-1594/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1594/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1594/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib həmin narkotik vasitənin böyük hissəsini yaşadığı yerdə saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMB-nin və 35-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 iyun 2021-ci il tarxidə saat 14:05-də ünvan 2 ünvanda yerləşən 242 saylı uşaq bağçasının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,005 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, müvəqqəti məskunlaşdığı ünvan 2 ünvanında yerləşən 242 saylı uşaq bağçasındakı yaşayış yerinə baxış keçirilən zaman orada olan dolabdan iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış şəkildə ümumi çəkisi 7015,0 qram olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə satışı ilə məşğul olmamış, sadəcə olaraq narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində iki büküm var idi və onu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdı. Polis əməkdaşları tərəfindən evində olarkən saxlanıldı. Üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən vəkil iştirakı ilə videoçəkilişdən istifadə olunmuşdu, həmin anda evdə heç kəs yox idi, ona təqdim olunan sənədləri imzaladı. Üzərində olan iki bükümün umumi miqdarını bilmir, lakin o bükümləri iki dəfə siqaret halına salaraq çəkməyi düşünürdü, onda 7 kg narkotik vasitə olmayıb. Saxlanıldığı gün narkotik vasitə təsiri altında idi və buna görə də ona təqdim etdikləri sənədləri imzalamaqla 7 kg narkotik vasitənin ona aid olunduğunu təsdiqləmiş, lakin üzərində yalnız iki büküm olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 7 iyun saat 14 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitənin daşınması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdu. Bu barədə protokol tərtib olundu. Xətai rayonu, İsmayılov küçəsi ərazisində yerləşən 243 saylı uşaq bağçasının yanında xarici görünüşünün əlamətləri Təqsirləndirilən şəxs uyğun gələn şəxs tərəflərindən saxlanıldı. Ona əvvəlcə xidməti vəsiqələrini göstərərək, özlərini təqdim etdilər və daha sonra onu 35ci Polis bölməsinə dəvət etdilər. O da heç bir etiraz etmədən onlarla polis bölməsinə gəldi. Təqsirləndirilən şəxsı yol boyu əlini cibinə salmaması üçün müşahidə altında saxladılar. Polis bölməsində Təqsirləndirilən şəxsı təhqiqatçıya təhvil verdilər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçi dəvət edildi. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq gümüşü rəng siqaret kağızına bükülmüş bir ədəd bükümü təqdim etdi. Həmin bükümdə olan maddədən marixuana iyi gəlirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də 2 büküm narkotik vasitə olduğunu və onu iranlı şəxslə Whatsapp mobil tətbiqi ilə əlaqə saxlayaraq 400 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə müdafiəçinin iştirakı ilə baxış keçirildi və oradan da narkotik vasitə aşkar edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il 7 iyun tarixində daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olması təsbit olunmuşdu. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı və həmin qrupda o da iştirak edirdi. Xətai rayonu, İnqilab İsmayılov küçəsi ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı və onu polis bölməsinə apardılar. Orada müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarının cibindən bir ədəd kağıza bükülmüş bükümü təqdim etdi. Bundan sonra o bildirdi ki, məskunlaşdığı uşaq bağçasında da narkotik vasitə var. Həmin ünvana baxış keçirildi və 2 sellofan torba narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri tanımadığı iranlı şəxsdən aldığını bildirdi. O, bildirdi ki, əvvəlcə yaşadığı ünvanın yaxınlığında yerləşən Şərab evində yerləşən ödəmə terminalı ilə 300 manat ödəyib və bundan sonra satan şəxsin qoyduğu yerdən, yəni «Zeytunluq» adlanan ərazidən yanından götürüb. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən üç-dörd ay müddətində arabir olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuana və heroindən istifadə etmiş, lakin hazırda narkotik vasitələrdən heç bir asılılığı yoxdur. Təxminən üç ildir ki, 40 saylı xətt avtobusunda sürücü işləyir. Təqsirləndirilən şəxs da təxminən 3-4 ildir ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ehtiramı narkotik aludəçisi və narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyır. Təxminən iki ay bundan əvvəl 40 saylı xətt avtobusunun sonuncu dayanacağında Ehtiramdan bir dəfə 5 manatlıq və bir dəfə 10 manatlıq heroin almışdır. Ehtiramın narkotik vasitələri haradan əldə etməsini və Ehtiramın başqa kimə narkotik vasitələr satmasını bilmir. Ehtiram heroindən başqa qurudulmuş marixuana da satmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və onda7 kg narkotik vasitə olmamasına dair verdiyi ifadəsi özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, 06 iyun 2021-ci il tarixdə İsmayıl adlı tanışının vasitəsilə tanıdığı adını və digər anket məlumatlarını bilmədiyi X2 vətəndaşı ilə WhatsApp ani mesajlaşma proqramı vasitəsilə əlaqə yaradıb sonuncudan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxsdən 6 kq narkotik vasitə qurudulmuş marixuana almaq istəmişdir ki, həmin şəxs qiymətdə ona endirim etsin. Fikirləşmişdir ki, narkotik vasitəni çox alsın və lazım olanda istifadə edə bilsin. İranlıya 6 kq marixuana almaq istədiyini bildirmişdir. İranlı isə ona 6 kq narkotik vasitəni 3000 manata satacağını demişdir. Həmin şəxsə özündə belə bir məbləğin olmadığını, ilkin olaraq ona 400 manat pul göndərə biləcəyini, qalan məbləği isə hissəhissə ödəyə biləcəyini demişdir. İranlı ilkin ödəniş kimi 1000 manat istəmiş, lakin bu məbləğə imkanının olmadığını sonuncuya deyəndən sonra, iranlı etiraz etməmişdir. Onu da qeyd etmişdir ki, həmin şəxsdən əvvəllər bir-iki dəfə narkotik vasitə almışdır. Ona görə də iranlı ona inanmışdır. 06 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı yerin yaxınlığında yerləşən «Şərab evi»nin içərisində olan «Milli Ön» ödəmə terminalı vasitəsilə iranlının ona dediyi hesaba 400 manat pul göndərmişdir. Pulun göndərilməsini təsdiq edən qəbzin fotoşəkilini çəkib WhatsApp ani mesajlaşma proqramı vasitəsilə iranlıya göndərmişdir. Qəbzi isə cırıb tullamışdır. Təxminən bir saatdan sonra iranlı ona WhatsApp ani mesajlaşma proqramı vasitəsilə zəng edərək Naximov küçəsində yerləşən Hərbi Akademiyanın yaxınlığında olan zibil qutularının yaxınlığında narkotik vasitənin qoyulduğunu və gedib həmin narkotiki götürə biləcəyini demişdir. 07 iyun 2021-ci il tarixə keçən gecə iranlının dediyi yerə gedib oradan iki ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuananı götürüb yaşadığı ünvana gətirmiş və həmin torbaları otaqda dolabın içərisində gizlətmişdir. Hətta həmin narkotikdən bir az götürüb çəkmiş, bir az da götürüb siqaretin gümüşü kağızına qoymuşdur ki, çöldə lazım olanda çəkə bilsin. Həmin bükümü qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 07 iyun 2021 -ci il tarixdə saat 14 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onun Xətai rayonu ərazisində narkotik vasitələrindən istifadə etməkdə və narkotik vasitələri qanunsuz daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu saxlayıb 35-ci PB-ə gətirmişlər. Onu da qeyd etmişdir ki, polis əməkdaşları onu 35-ci polis bölməsinə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Polis bölməsində hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan həmin bükümün İçərisində olan maddənin nə olduğunu soruşanda bükümün içərisində narkotik vasitə «nəşə»nin olduğunu bildirmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni necə əldə etdiyini və yaşadığı ünvanda da narkotik vasitənin olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən İstifadə edilmişdir. Üzərindən aşkar edilmiş marixuana elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfdə qablaşdırılmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, özü və digər İştirakçılar protokolda imza etmişlər. Cinayət işində olan 07 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2021- ci il tarixli 7/528 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” yazılar və imzalar olan zərfdə bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 1,005 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində ".imza Abdullayev” yazılan olanüzəri skoçla bağlanmış birinci qara rəngli polietilen torbada təmiz çəkisi- 3500,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “........., imza Abdullayev” yazıları olan üzəri skoçla bağlanmış ikinci qara rəngli polietilen torbada təmiz çəkisi- 3515,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.İki ədəd qara rəngli polietilen torbada olan marixuanaların ümumi çəkisi - 7015,0 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdə gümüşü rəngli kağız bükümdə və 2 ədəd qara rəngli polietilen torbadakı marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın təmiz çəkisi 1,005 qram və 7015,0 qram, tətqiqata sərf edildi 0,15 qram(hər obyekdən 0,05 qram) qalıq 0,955 qram və 7014,9 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2021-ci il tarixli 1842 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 07 iyun 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan “Şəxsi axtarış və götürmə” haqqında protokola əlavə edilmiş bir ədəd CD-R diski, “baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında" protokola əlavə edilmiş bir ədəd CD-R diski və “baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılması nəzərə nəzərə alınmalı və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 7015,855 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66 (atmış altı) manat 46 (qırx altı) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66 (atmış altı) manat 46 (qırx altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan “Şəxsi axtarış və götürmə” haqqında protokola əlavə edilmiş bir ədəd CD-R diski, “baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında" protokola əlavə edilmiş bir ədəd CD-R diski və “baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi qalıq 7015,855 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar