Məhkəmə qərarları › İş №1(101)-1594/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1594/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1594/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, Mir Cəlal küçəsi, ev 131, mənzil 9-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib ünvan 1 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 5,482 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə, saat 16:55-də yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 20:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağı və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,482 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün əvvəlcə evdə olmuş, sonra dostu Şahid1 ona zəng edərək çay içməyə çağırmışdır. O da, dostu Hüseyn ilə birlikdə çay içməyə getmişdir. Onlar çay içməyə başladıqdan təxminən 10-15 dəqiqə sonra birdən obyektin işıqları sönmüş və onların oturduqları otağa 15 nəfər daxil olmuşdur. Həmin şəxslər onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və orada qarşılarına narkotik vasitələr qoyaraq həmin narkotik vasitələrin onlara məxsus olduğunu bildirmişlər. O, həmin şəxslərə qarşılarına qoyulmuş narkotik vasitələrin onların olmadığını bildirmişdir. Həmin şəxslər tərəfindən tutulduqları zaman onlar (Təqsirləndirilən şəxs və tanışları) obyektdə 8 (səkkiz) nəfər olmuşlar. Saxlanılan 8 (səkkiz) nəfərdən o da, daxil olmaqla dördünə əlbirliklə ittiham verilərək cinayət məsuliyyətinə cəlb etmişlər, digər dörd nəfəri isə məsuliyyətdən azad edərək buraxmışlar. Saxlanılan səkkiz nəfərdən dördünün barəsində cinayət işi açılmışdır. Digər dörd nəfər isə polis əməkdaşları tərəfindən buraxılmışdır. Çünki o da, daxil olmaqla cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə polislər demişlər ki, “narkotik vasitəni boynunuza götürməsiniz qalan dörd nəfəri də sizə qoşacayıq”. Onlar da, məcbur qalaraq həmin “yükü”, yəni narkotik vasitə olan “patını” (metamfetamini) boyunlarına götürmüşlər. İttiham aktında yazılıb ki, güya onu 65 nömrəli marşrutun dayanacağında tutmuşlar. Lakin o, çayxanada çay içərkən tutulmuş, həmin obyektin kamera görüntüləri də var, kamera görüntüləri onun tutulduğu yeri təsdiq edə bilər. Onu narkotik vasitələrlə “yükləmişlər”. Ona görə də o, günahsız yerə tutulmuşdur. Ondan silahı da boynuna götürməsini tələb etmişlər. Polis əməkdaşları ondan tələb etmişlər ki, “ya silahı böynuna götür, ya da ki, narkotik vasitəni boynuna götür, yoxsa sənin digər dostlarını da səninlə birlikdə məsuliyyətə cəlb edəcəyik”. Boynuna götürməsini tələb etdikləri silah “Makarov” tipli odlu silah olmuşdur. İstintaq zamanı müstəntiq onun yanına istintaq təcridxanasına gələrək barəsində olan cinayət işindən onunla əlbir olmuş şəxslərin işini ayıracağını demişdir. O, müstəntiqdən bunun səbəbini soruşduqda, müstəntiq bəraət almaq ehtimalı olduğunu ona bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu və dostlarını 8 (səkkiz) nəfər olaraq Polis İdarəsinə aparmışlar, həmin vaxt onlar çayxanada 8 (səkkiz) nəfər oturub çay içmişlər, çayxanada onlardan başqa digər şəxslər də olmuş, həmin şəxslər onların məhəllə uşaqları olmuşlar, birdən obyektin işıqları sönmüş, otağa 15 nəfər daxil olmuş, bir nəfər ona arxadan silah dirəmiş, sonra onlara qandal vuraraq Polis İdarəsinə aparmışlar, çayxanada olan başqa şəxslərdən heç kəsi Polis İdarəsinə aparmamışlar, onlar saxlanılarkən heç birinin üzərində narkotik vasitə olmamış, niyə tutulduqları onlara bildirilməmiş, onu çayxanaya dəvət edən dostunun adı və soyadı Şahid1dir, sonuncu təxminən 2 (iki) həftə əvvəl tutulmuş, sonradan buraxılmış, onun üzərində şəxsi axtarış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilmiş, üzərindən çıxan bıçağı da polislər orada onun üzərinə qoymuşlar, bunu inkar edəcəyi təqdirdə təzyiqlərin davam edəcəyi ilə hədələmişlər, polis əməkdaşları onu döymüşlər, dostlarını da ona “qoşacaqları” ilə hədələmişlər, polis əməkdaşları tərəfindən döyülərkən xəsarət almış, lakin xəsarət alması ilə əlaqədar heç bir dövlət orqanına şikayət etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, ondan başqa saxlanılan digər 7 (yeddi) nəfərin adı Şahid2, Şahid8, Şahid1, Ramil, Bəhram, Elmar olmuş, həmçinin bir nəfər də onun dostunun dostu olmuş, lakin sonuncunun adını xatırlamır, Elmar, Nihad, Bəhram və adını xatırlamadığı şəxs Polis İdarəsindən buraxılmış, polis əməkdaşları ondan pul tələb etmişlər, onun pulu olmadığına görə pul verə bilməmiş, bu səbəbdən də polis əməkdaşları onu narkotik vasitə ilə “yükləyərək” cinayət məsuliyyətinə cəlb etmişlər. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanılarkən üzərində soyuq silah və külli miqdarda psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ondan qanunsuz şəkildə pul tələb edilməsi, eləcə də polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki və psixoloji təzyiqə məruz qalaraq ona məxsus olmayan külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmasını etiraf etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmədə ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə saxlanılmamışdan əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 (iki) həftə əvvəl də saxlanılmışdır. Lakin bir müddət sonra onu buraxmışlar. Bundan 2-3 həftə sonra o, Kamran, Sənan, Bəhramla birlikdə kafedə oturduğu vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları içəri girərək onların əllərini qandallayıb həmin İdarəyə aparmışlar. Onları əvvəlcə ayrı-ayrı otaqlarda döymüşlər, sonra isə onları bir yerdə döyməyə başlamışlar. Adil adlı şəxs onunla eyni məhəllədə yaşamışdır. Adilin Təqsirləndirilən şəxs aidiyyatı olmamışdır. Həmin ərəfədə Adil axtarışda olmuşdur. Belə ki, Adil “oğru aləmini” təbliğ etmişdir. Adilin dediyinə görə axtarışda olmuşdur. O, dava-dalaşa görə tutulmuşdur. Onun telefonlarına 1-2 həftə zəng gəlmişdir. O, həmin dövrdə Bəhramla birlikdə olmuşdur. Bundan sonra o, Kamran, Sənan və Turalla birlikdə kafedə görüşmüşdür. Sonra onların oturduqları yerə Bəhramgil də gəlmiş və onlar 8 (səkkiz) nəfər olmuşlar. Ona bu vaxt kimsə zəng etmişdir. O, telefonu açdıqda, zəng edən şəxs onunla söyüşlə danışmağa başlamışdır. Həmin vaxt o, həmin şəxsin polis əməkdaşı olduğunu bilməmiş və ona görə o da, həmin şəxsi söymüşdür. Onunla danışan şəxs ondan yerini soruşmuşdur. O da, həmin şəxsə öz yerini demişdir. Sonra o, zəngi sonlandırmışdır. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları onların olduğu kafeyə girərək onları tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün rayondan Bakı şəhərinə gəlmiş və dostları ilə görüşüb kafedə çay içmişdir. Bu vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həmin kafeyə daxil olaraq onları saxlamışlar. Polis əməkdaşları onları saxladıqdan sonra döyüb demişlər ki, “siz Kürdəxanıya getməlisiniz”. Onlar da, məcbur qalıb onlara məxsus olmayan şeyləri boyunlarına götürmüşlər. Adil barədə deyə bilər ki, o, Adili elə də yaxından tanımır. O, Adilin nə işlə məşğul olduğunu bilmir. Həmçinin o, Kamranın Adil ilə nə əlaqəsinin olduğunu bilmir. O, Kamranın polis əməkdaşları tərəfindən vurulması və döyülməsinin şahidi olmamışdır. Onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kafedə saxladıqları zaman orada onların üzərinə baxmışlar. Lakin həmin vaxt onların üzərində qadağan olunmuş heç bir əşya olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün əvvəlcə evdə olmuşdur. Kamrangil isə “Flame” kafedə oturmuşlar. Şahid2 da, həmin kafeyə getmişdir. Bundan sonra o, həmin kafeyə getmişdir. Onlar təxminən həmin kafedə 10-15 dəqiqə oturmuşlar. Bu vaxt 2 (iki) nəfər gələrək onlara baxıb getmişdir. O, həmin şəxsləri kiməsə oxşatmışdır. Təxminən 3-4 dəqiqə sonra 10-15 nəfər içəri daxil olmuşdur. Həmin şəxslər Kamranla onun başının üstündən salto (idman hərəkəti) atmışlar. Sonra içəri daxil olan şəxslər onların başlarına silah dayamışlar. Həmin vaxt onun cibində bıçaq olmuşdur. O, həmin şəxslərin kim olduğunu bilməmişdir. Çünki həmin şəxslər özlərini təqdim etməmişlər. Bütün bunlara görə o, özünü itirmişdir. O, başa düşmüşdür ki, kafeyə daxil olan şəxslər çox böyükdürlər və həmin şəxslərlə dalaşa bilməyəcək. Bundan sonra kafeyə daxil olan şəxslər qandal çıxarıb demişlər ki, polis əməkdaşlarıdırlar. O da, bundan sonra həmin vaxt cibində olan bıçağı yerə tullamışdır. Bundan sonra onları maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Polislər orada onlara demişlər k, “43-cü Polis bölməsinə gedirik”. Lakin o, görmüşdür ki, aparıldığı yer 43-cü Polis bölməsinə oxşamır. Ona görə də o, polis əməkdaşlarından onları apardıqları yerin hara olduğunu soruşmuşdur. Polislər də, demişlər ki, “bura Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir”. Həmin İdarəyə çatdıqda, onları içəri salmışlar. Növbətçi hissədə onların adlarını qeyd etmişlər. Sonra onları 2-ci mərtəbəyə, oradan isə 3-cü mərtəbəyə qaldırmışlar və onlardan haradan gəldiklərini soruşmuşlar. O da, demişdir ki, “Kafedə çay içirdim, məni əlimdə çay stəkanı ilə birlikdə tutublar. Çay içməyin günah olduğunu bilsəydim, heç çay içməzdim”. Əvvəlcə onları hansı səbəbə görə tutduqlarını deməmişlər. Onlara bir neçə nəfərin adını saymışlar. O da, həmin şəxslərin adlarını bilmədiyini bildirmişdir. Bundan sonra onu təhqir etməyə başlamışlar. Həmçinin onun qulağını da burmuşlar. O da, bilmədən söyüş söymüşdür. Bundan sonra onu Kamrangil ilə birlikdə sıraya düzmüş və onları vura-vura hansısa otağa aparmışlar. Sonra qarşılarına narkotik vasitələr qoymuşlar və onlardan 4 (dörd) nəfərin çölə çıxmasını məsləhət bilmişlər. O, əlini heç nəyə vurmamışdır. Sonra onun cibinə narkotik vasitə qoyub demişlər ki, “bu sənindir”. O da, demişdir ki, “bu mənim deyil”. O, polis əməkdaşından soruşmuşdur ki, “bu nədir”. Polis əməkdaşı da, ona həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı ona vəkilin gələcəyini deyib ondan vəkilə və narkotik vasitəyə etiraz etməməsini tələb etmişdir. Həmin vaxt o, polislərdən soruşmuşdur ki, “buradan necə çıxmaq olar?”. Polislər də, ona demişdir ki, “dörd nəfər Kürdəxanıya dincəlməyə gedəcəksiniz, buradan çıxmaq mümkün deyil”. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Polislər bir daha demişlər ki, “şüşə”, yəni “patı” onundur. O, qarşısına qoyulmuş maddənin “patı” olduğunu bildikdən sonra həmin maddəni öz üzərinə götürməyəcəyini bildirmişdir. Həmçinin o, orada olan rəisə demişdir ki, “mənim üzərimə dava-dalaş maddəsi qoyun, amma üzərimə narkotik maddə qoymayın”, Sonra onları bir neçə dəfə döymüşlər. Bundan sonra isə onları videoçəkilişə aparmışlar. O, vəkilinə göz-qaş edərək döyüldüyünü bildirmişdir ki, vəkil onun canını oradan qurtarsın. Sonra o, sağa-sola baxmış və orada 6-7 nəfər polisin əyləşdiyini görmüşdür. Videoçəkilişi polislər çəkmişlər. Gecə saat 02:00-05:00 radələrində Kamranı, sonra isə onu 3-cü mərtəbəyə qaldırmışlar. Onlardan bir çox məsələni soruşmuşlar, yəni çox adamın adını soruşmuşlar. O, həmin şəxsləri tanımadığını bildirmişdir. Həmçinin onun telefonunda qeyd edilmiş bir neçə şəxsin adını soruşmuşlar. O da, telefonunda qeyd edilmiş şəxslərin iş yerini deyə biləcəyini və həmin şəxslərin sakit adamlar olduqlarını bildirmişdir. Bundan sonra isə ona və Kamrana lazım olan adamların adlarını verməyi bildirmişlər. O da, həmin şəxsləri tanımadığını bildirmişdir. Bundan sonra Kürdəxanıya dincəlməyə göndəriləndən sonra orada düzələcəklərini onlara demişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla birlikdə tutulmuşdur. Onlar tutulan zaman 8 (səkkiz) nəfər olmuşlar. Hamısı dostluq edirlər. O, dostları ilə birlikdə çayxanada tutulmuşdur. O, hadisədən əvvəl 6-7 dəqiqə olarmış ki, çayxanaya getmişdir. Birdən içəri polis əməkdaşları daxil olaraq onları tutub Polis İdarəsinə aparmışlar. Onlar Polis İdarəsinə aparılan zaman üzərlərində qadağan edilmiş heç bir əşya olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla birlikdə tutulmuşdur. Onlar kafedə oturmuşlar. Birdən polis əməkdaşları kafeyə daxil olmuşlar. Polis əməkdaşları kafeyə daxil olduqdan sonra hər birinin üst-başını yoxlamışlar. Sonra isə onları maşına mindirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onları bir qədər orada yuxarıda saxlamışlar. Bundan sonra onların üzərlərinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmişdir. Onlara üzərlərində olan hər hansı bir qanunsuz əşya varsa, təqdim etmələrini bildirmişlər. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar edildiyini görməmişdir. Bundan sonra onları istintaq şöbəsinə aparmışlar. Orada videoçəkiliş həyata keçirilmişdir. Sonradan onları bir-birindən ayırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, hadisə günü saxlanılmış şəxslərdən ancaq Şahid3 tanıyır. Şahid3 onun əsgər yoldaşı olmuşdur. Hadisə baş verən gün o, Şahid3, Təqsirləndirilən şəxs və daha 5 (beş) nəfər ilə birlikdə bir kafedə çay içmişdir. Digər 5 (beş) nəfər şəxs Şahid3 məhəllədən olan dostları olmuşdur. Həmin vaxt birdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları onu, Şahid3, Təqsirləndirilən şəxs və digər 5 (beş) nəfəri saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış həmin şəxslərdən o da, daxil olmaqla, ümumilikdə 4 (dörd) nəfər buraxılmış, qalan 4 (dörd) nəfər isə həbs edilmişdir. O, bu hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılmış digər 7 (yeddi) nəfərin polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi barədə məlumatsızdır. Həmçinin o, özü polis əməkdaşları tərəfindən döyülməmişdir. Sadəcə olaraq polis əməkdaşları onun və digər 7 (yeddi) nəfərin qoluna-ayağına yumruq zərbələri endirərək sakit olmalarını tapşırıb hədə-qorxu gəlmişlər. O və digər 7 (yeddi) nəfər polis əməkdaşları tərəfindən saxlanılan vaxt əlləri qandallı bir şəkildə şəxsi axtarışa məruz qalmışlar və heç birinin üzərindən hüquqa zidd predmet aşkar edilməmişdir. İkinci şəxsi axtarış isə artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hadisə ilə bağlı deyə bilər ki, bu iş üzrə tutulan Hüseyn adlı şəxsin dostu olmuşdur. O, Hüseynin yanına getmiş və həmin yerdə onunla birlikdə tutulan şəxsləri də birinci dəfə iki, orada görmüşdür. Onlar çayxanada oturduqları yerdə polis əməkdaşları ora daxil olaraq onları tutmuşlar. Onları tutan şəxslərin sayı çox olmuş, təxminən 10 nəfər olmuşlar. Onları sayı isə 08 nəfər olmuşdur. Onları tutaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onların barəsində araşdırma aparılmış, sonra 08 nəfərdən 04 nəfər buraxılmış, qalan 04 nəfər isə saxlanılaraq həbs edilmişdir. Onun heç kiminlə danışıqları və əlaqəsi olmamışdır. O, ancaq Hüseyni tanımışdır. O, digər şəxslər kimi əsassız yerə tutulmuşdur. Onu 3 gündən çox saxlamışlar, sonradan isə onu buraxmışlar. O, nəyə görə buraxıldığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ümumilikdə 4 (dörd) nəfər barəsində daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmişdir. O da, əməliyyat qrupuna daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxsla birlikdə ümumilikdə 08 nəfəri saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Kamranın üzərindən metamfetaminə bənzər maddə və 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 21 noyabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərin adları Kamran, Tural, Sənan və Hüseyn olmuşdur. Onlar göstərilən şəxslərin barəsində 21 noyabr 2023-cü ildə günorta təxminən saat 16:00-17:00 radələrində əməliyyat tədbiri keçirmişlər. Onlar həmin şəxsləri 9-cu Mikrorayon ərazisində saxlamışlar. Barələrində əməliyyat məlumatı daxil olan şəxslər 04 nəfər olmuş, həmçinin həmin şəxslərin yanında da təxminən 3-4 nəfər olmuşdur. Onlar həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş idarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bıçaq aşkar edilmişdir. Həmçinin digər şəxslərin də üzərindən psixotrop maddə metamfetamin və bıçaq aşkar edilmişdir. Sonra həmin bükümlər və bıçaqlar qablaşdırılmış və ekspertizaya təqdim edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, “Hüseyn”, “Tural”, “Sənan” və “Kamran” adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda psixotrop maddələr və narkotik vasitələri əldə edib saxlamaqla daşımaları barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 10-11) görünür ki, Şahid1, Şahid2, Şahid8 və Təqsirləndirilən şəxs Zülqədar oğlunun qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 85) görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1, Şahid2, Şahid8 və Təqsirləndirilən şəxs həmin gün saat 16:55-də ünvan 1 ünvanının yaxınlığında tanışları Şahid3, Şahid9, Şahid5 və Şahid4 ilə birlikdə olduqları zaman saxlanılaraq BMCMİ-nə aparılmışlar, orada göstərilən şəxslərin üzərlərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli predmet, Şahid8 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və şəxsiyyət vəsiqəsi, sağ yan cibindən “İphone” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet, Şahid2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, sağ yan cibindən “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet, Şahid1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, sağ yan cibindən “Redmi” markalı mobil telefon, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmişdir. Aşkar edilmiş maddələr və bıçaqlar qablaşdırılaraq götürülmüşdür. Şahid3, Şahid9, Şahid5 və Şahid4 üzərinə baxış keçirilən zaman onların üzərlərindən qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxs tərəfindən verilmiş 7655 nömrəli ekspertiza rəyindən (cild 3, iş vərəqə 71-72) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6107 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 144-149) görünür ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan 4 ədəd zərfdə olan; üzərində “Şahid1 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,668 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şahid2 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,047 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şahid8 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,506 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,482 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 76-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1609/2023 saylı qərarından (cild 2, iş vərəqə 137-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2534/2023 saylı qərarından (cild 1, iş vərəqə 171-175) görünür ki, Şahid1, Şahid2, Şahid8 və Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 165/2023 saylı qərarından (cild 1, iş vərəqə 152) görünür ki, 21 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1986 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən (cild 3, iş vərəqə 44-48) görünür ki, tədqiqata təqdim edilən və üzərində “Şahid2 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən və üzərində “Şahid1 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yaralıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən və üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən və üzərində “Şahid8 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 tərəfindən verilmiş 4284/K nömrəli ekspertiza rəyindən (cild 3, iş vərəqə 74-76) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tramadol aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrarayon, M.Cəlal küçəsi, 131 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır və yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 187) görünür ki, bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında telefon danışıqları və SMS yazışmalarının olması müəyyən edilsə də, həmin məlumatlar iş üzrə əhəmiyyət kəsb etmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 tərəfindən verilmiş 489/MEŞ nömrəli ekspertiza rəyindən (cild 3, iş vərəqə 54-56) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər hər iki əlin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın təsirindən əmələ gəlmişdirlər, zərərçəkmiş şəxsin qeyd etdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 3, iş vərəqə 89-90) görünür ki, Şahid2, X8 və Təqsirləndirilən şəxs hər birindən ayrı-ayrılıqda aşkar edilərək götürülmüş soyuq silah hesab edilən ümumilikdə 3 (üç) ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 112-138) görünür ki, Şahid2, Şahid8 və Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cu maddəsindən həmin Maəcəllənin 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilərək həmin şəxslərə yeni məzmunda ittiham elan edilməsi, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, X6, Şahid2 oglu, Şahid8 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4-1-ci maddələri ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid5, Şahid9, Şahid4 və Şahid3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işinin materiallarından psixotrop maddələrin əldə edilmə mənbələrinə görə ayrıca icraata materialın ayrılması, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi tanınması, qalıq çəkisi 7,618 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmasının nəzərə alınması, Şahid2 barəsində ayrılacaq cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk, qalıq çəkisi 4,997 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçağın maddi sübut kimi tanınması, Şahid8 barəsində ayrılacaq cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk, qalıq çəkisi 6,456 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçağın maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində ayrılacaq cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş özündə əks etdirən 01 ədəd CD disk, qalıq çəkisi 5,432 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçağın maddi sübut kimi tanınması qərara alınmışdır. 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 3-16-17/40/2- 3217/2024 saylı cavab məktubundan (cild 4, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına aparılaraq orada ilkin tibbi müayinədən keçirilmiş, həmin vaxt onun bədən səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs aid tibbi kitabçadan (cild 4, iş vərəqə 43-46) görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 2022-ci ildə vərəm dispanserində müalicə almış, tutularkən xəsarət almamış, 1 ay olar ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməllərinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 5 aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “patı kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmiş, həmin maddələrin aludəçisi deyil və arabir istifadə edir, təxminən 1 (bir) ay əvvəl “Sədərək” bazarından bıçaq alaraq öz müdafiəsi üçün üzərində daşımış, eləcə də xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon ərazisində, 65 nömrəli marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında olan zibilqablarının yanında piyada hərəkət edən zaman yerdə 1 (bir) büküm diqqətini çəkmiş, həmin bükümə nəzər salan zaman içərisində “patı olduğunu müəyyən edib həmin bükümü cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 16:55-də ünvan 2 ünvanının yaxınlığında Şahid1, Şahid2, Şahid8, Şahid3, Şahid9, Şahid5 və Şahid4 ilə birlikdə olduğu zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşaraq saxlamış, həmin vaxt o, Şahid1, Şahid2, Şahid8 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etmişlər ki, üzərlərində psixotrop maddə metamfetamin və bıçaq var, Baş İdarədə onun üzərindən psixotrop maddə və bıçaq aşkarlanmış, Şahid3, Şahid9, Şahid5 və Şahid4 üzərindən qadağan edilmiş heç bir predmet aşkar edilməmiş, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, habelə saxlanılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən döyülməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tamamilə başqa mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən üzərində psixotrop maddə metamfetamin və bıçaq olmadığını, şəxsi axtarış keçirilən zaman onun cibindən aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, həmin maddənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu və fiziki/psixoloji təzyiqə məruz qaldığından şəxsi axtarış zamanı könüllü şəkildə həmin psixotrop maddəni və bıçağı çıxararaq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Lakin qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə araşdırma aparılmış və nəticədə müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı onun barəsində məhkəmə-tibbi ekspertiza keçirilərək bu məsələyə aydınlıq gətirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 tərəfindən verilmiş 489/MEŞ nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki əlin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın təsirindən əmələ gəlmişdirlər, zərərçəkmiş şəxsin qeyd etdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Onun üzərində başqa xəsarət izi aşkar edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yumruq və təpiklə döyüldüyünü və bunun nəticəsində üzərində xəsarət izi olduğunu məhkəmədə bildirsə də, ekspertiza keçirilərkən onun iddia etdiyi xəsarət izi aşkar edilməmişdir. Əksinə onun üzərində iddia etmədiyi hər iki əlin səthi kəsilmiş yaraları aşkar edilmişdir. Bu yaraların isə polis əməkdaşları tərəfindən yetirilməsi inandırıcı deyil. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən deşici-kəsici alət/alətlər vasitəsi ilə zorakılığa məruz qaldığını ümumiyyətlə bildirməmişdir. Belə olduğu təqdirdə isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmasını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsla birlikdə eyni gündə saxlanılmış və məhkəmədə dindirilmiş şəxslər polis əməkdaşları tərəfindən döyüldüklərini və saxlanılan zaman üzərlərində qadağan edilmiş predmet/predmetlərin olmadığını bildirsələr də, iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı kifayət qədər ziddiyyətli məlumatlar vermişlər. Halbuki həmin şəxslər ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verməklə baş vermiş cinayət hadisəsi barədə dəqiq məlumatlar bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək narkotik vasitə və psixotrop maddələr istifadə etmədiyini iddia etsə də, ibtidai araşdırma zamanı keçirilmiş yoxlama nəticəsində müəyyən edilmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan digər şəxslər məhkəmədə ifadə verərək eyni məkanda, eyni gündə və eyni şəraitdə polis əməkdaşları tərəfindən 8 (səkkiz) nəfər olaraq saxlanıldıqlarını, həmin vaxt onların üzərlərində qadağan edilmiş predmetlərin olmadığını, saxlanıldıqdan sonra etirafedici ifadə vermə məqsədi ilə polis əməkdaşları tərəfindən döyüldüklərini bildirsələr də, saxlanılmış 8 (səkkiz) nəfərdən 4 (dörd) nəfər azad edildikdən sonra döyülmələri və xəsarətləri barədə heç bir səlahiyyətli orqana, o cümlədən tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, məsuliyyətdən azad olunmuş 4 (dörd) nəfər şəxs iddia etdikləri kimi polis əməkdaşlarının qanunsuz hərəkətlərini mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, istər azad olunan 4 (dörd) nəfər şəxs, istərsə də məsuliyyətə cəlb edilmiş 4 (dörd) nəfər şəxs (o cümlədən Təqsirləndirilən şəxs) xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən bir-birilərini tanımışlar, faktiki isə dostluq münasibətlərində olmuşlar. Bu səbəbdən də onlar məhkəmədə ifadə verərək və həqiqəti gizlətməklə bir-birinə kömək etmək istəmişlər, bununla da məsuliyyətə cəlb edilmiş şəxslərin xeyrinə ifadə verməklə sonuncuların məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Bundan başqa, məhkəmədə dindirilmiş 2 (iki) polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edib şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd ov bıçağının aşkar edildiyini təsdiq etmişlər, habelə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və saxlanılmış digər şəxslərə qarşı fiziki və psixoloji təzyiq edilməsini inkar etmişlər. Beləliklə, məhkəmədə təsdiq edilmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə, saat 16:55-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 5,482 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə və soyuq silah hesab edilən bıçaq ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə və soyuq silah hesab edilən bıçaq əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə, saat 16:55-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında saxlanılması, BMCMİ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 5,482 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirinə şübhə ilə yanaşması üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2534/2023 saylı qərarı və xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-165/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, Şahid1, Şahid2, Şahid8 və Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2023cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də 1 (bir) ədəd ov bıçağı və 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 5,482 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olsa da, sonradan onun kiməsə psixotrop maddə satması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və BMCMİ-nin inzibati binasına aparıldıqdan sonra onun üzərindən külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd soyuq silah hesab edilən bıçağın aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsini və onun həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə bu hissədə irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayətlər daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 Mərkəzinin 7655 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,432 qram təşkil edən psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd ov bıçağı məhv edilməli, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,432 qram təşkil edən psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd ov bıçağı məhv edilsin, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar