Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1595/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində beş azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 12 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 14 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 549 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib əlində daşıyaraq üzərində saxlamış, həmin gün saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində Binəqədi RPİ, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 43-cü Polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli selofanda təmiz çəkisi 549 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iki ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Binəqədi qəsəbəsi, Axundov küçəsində İran vətəndaşlarının narkotik vasitə olan qurudulmuş marixuana satdığını eşitdiyindən, özü istifadə etmək üçün qurudulmuş marixuana almaq məqsədilə 12 may 2021-ci il tarixdə səhər saatlarında oraya getmişdir. Həmin küçədə bir az gəzişmiş, xarici görünüşündən İran vətəndaşına bənzətdiyi bir nəfəri görüb ona yaxınlaşmış, həmin şəxsə narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Həmin şəxs də selofan torbada olan marixuananı 700 manata təşkil edə biləcəyini demiş, onunla razılaşmışdır. Bundan sonra həmin şəxs ona gözləməyi tapşırmış, təxminən 5-10 dəqiqə sonra saat 12 radələrində həmin şəxs onun yanına qayıdıb əlindəki qara rəngli selofan torbada olan qurudulmuş marixuananı ona vermişdir. Özü isə həmin şəxsə narkotik vasitə üçün 700 manat pul ödəmişdir. Bundan sonra oradan uzaqlaşmış, piyada Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi ilə hərəkət edərkən saat 12:30 radələrində məscidin yaxınlığında iki nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlamışlar. Polis işçiləri onda narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman əlində olan qara rəngli selofan bükülünü, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən iki ədəd bir manatlıq əskinası çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra qara rəngli selofan bükülü təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldıqda, həmin bükülünün içərisindən yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı həmin qurudulmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitəni həmin gün saat 12:00 radələrində Binəqədi qəsəbəsi, Axundov küçəsində adını bilmədiyi İran vətəndaşından 700 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin selofan torba içərisindəki kütlə ilə birlikdə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra protokola imza etmişlər. Həmçinin həmin tarixdə öz razılığı ilə yaşadığı evinə də baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə və qanunsuz digər əşyalar aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 11 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunmuş, məlumatın yoxlanılması məqsədilə onun və Binəqədi RPİ, 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 12 may 2021-ci il tarixdə saat 12:30 radələrində daxil olmuş məlumat əsasında Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında əvvəlcədən alınmış məlumatda Ramiz adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli selofan bükülünü, əynində olan şalvarın cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və iki ədəd bir manatlıq əskinası çıxarıb masanın üzərinə qoymuşdur. Həmin selofan bükülü açıldıqda içərisində yaşıl rəngli, quru halda, kəskin iyli kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitəni həmin gün saat 12:00 radələrində Binəqədi qəsəbəsi, Axundov küçəsində adını bilmədiyi İran vətəndaşından 700 manata aldığını bildirmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilirək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 112-113). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs əlində daşıdığı bir ədəd qara rəngli selofan bükümdə yaşıl rəngli, quru halda, kəskin iyli, ilk baxışdan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir (cild 1, iş vərəqi 30-32, 55). İbtidai istintaq orqanının 21 may 2021-ci il tarixli 059-17396-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 01 iyun 2021-ci il tarixli 49791 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə müvafiq əməliyyat tapşırığı verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, narkotik vasitəni satdığı şəxslərin, eləcə də narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 96,104). Məhkəmə-bioloji ekspertizasının 12 may 2021-ci il tarixli 7/454 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “1. Təqsirləndirilən şəxs imza ...” sözləri yazılmış kağız paketdə bir ədəd qara rəngli selofanda təmiz çəkisi 549,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 37-40). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1353 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 139-141). Məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli 2283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür (cild 1, iş vərəqi 142-143). Cinayət işində olan 14 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan və 19 avqust 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 548,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, 1 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 144-152, 173). İş materiallarına əlavə edilmiş 21 yanvar 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahından himayəsində 11.02.2012-ci il təvəllüdlü Firuzə Dadaşzadə, 29.12.2014-cü il təvəllüdlü Cahid Dadaşov, 11.12.2016-cı il təvəllüdlü Abgül Dadaşov, 08.06.2019-cu il təvəllüdlü Damla Dadaşova və 08.06.2019-cu il təvəllüdlü Yağmur Dadaşova olmaqla beş uşağı vardır (cild 1, iş vərəqi 121- 126). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 97). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində beş azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 548,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 89 (səksən doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli 2283 №-li rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 548,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1595/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1595/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver