Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1595/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Tərtər rayonunun Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli - himayəsində iki nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Hüsənli ərazi dairəsi, Hüsənli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yeni yaşayış massivində kirayədə yaşamış, 29 mart 2023-cü il tarixdə tutulmuş, 31 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələri külli miqdarda əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum vaxt və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseyn küçəsində yerləşən körpünün yaxınlığında olan zibil qabının yanından sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,764 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:30-da Bakı şəhəri, Binəqədi PRPİ-nin 6-cı PBnin əməkdaşlarının keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən “N” saylı hərbi hissənin qarşısnda saxlanılaraq ünvan 1 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, saat 00:25-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,764 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 2,764 qram olan qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən “N” saylı hərbi hissənin qarşısnadək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra: PRPİ-nin 6-cı PB-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da yuxarıda qeyd edilən ünvanda, yəni Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsində yerləşən “N” saylı hərbi hissənin qarşısnda Bakı şəhəri, Binəqədi PRPİ-nin 6-cı PB-nin inzibati binasına aparılmış, orada xx.xx.2023-cü il tarixdə, saat 00:25-də üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,764 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Biləcəridə «Mars» LLC zavodunda rəsmi əmək müqaviləsi əsasında fəhlə işləmişdir. Hadisə günü, yəni mart ayın 29-u günorta işdə ayağına turba düşmüş, ayağından zədə aldığından icazə alıb evə getmək istəmişdir. Bu hadisə ilə bağlı heç bir sənədləşmə aparılmamışdır. İşdən çıxıb gedərkən Biləcəridə «abidənin kuruqu» adlanan yerdə, evinə yaxın hissədə, təxminən 70 mert məsafədə saxlanılmışdır. Onu iki nəfər mülki formada olan polis əməkdaşı saxlamış, Binəqədi RPİ-yə aparmışlar. O, ittihamda göstərildiyi kimi gecə yox, günorta tutulmuş, tutulma vaxtı protokolda və ittihamda səhv göstərilmişdir. Binəqədi RPİ-də olduğu vaxt mülki geyimdə olan bir əməkdaş gəlib onu 6-cı bölməyə verməyi tapşırmış, orada «qolunu-ayağını qırsınlar» demişdir. 6-cı bölmədə isə ona «narkotiki götürməlisən» kimi bir tapşırıq verilmişdir. Baxış zamanı onun üzərindən heç nə çıxmayıb, ittihamda göstərilən narkotik ona sonradan yüklənmişdir. O, ümumiyyətlə narkotik vasitəyə yaxın gedən adam olmamış, nə də istifadə etməmişdir. Polis Bölməsində video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, video çəkiliş zamanı ona «satansan, istifadə edirsən?» kimi suallar verildikdə o, «xeyir» demişdir. Hardan əldə etməsi soruşulduqda isə onlara «siz deyən kimi yoldan tapmışam» cavabını vermişdir. Polisin elədiyi variantla videoçəkiliş zamanı narkotik vasitə onun üzərindən aşkarlanmışdır. Əvvəlcədən ona təhdid və hədə olduğu üçün o, polisin dediyi kimi etmiş, yoldan tapdığını bildirmişdir. Ona əvvəlcədən razılaşmayacağı təqdirdə evinə baxış keçiriləcəyini, evindən narkotik vasitə aşkarlayıb sənədləşdirəcəklərini bildirmişlər. Onun Tərtər rayonundakı evinə narkotik atacaqları ilə hədələmişlər. Evdə isə anası, ailəsi və qardaşı yaşadığından təklifi qəbul etmişdir. Onun evinə baxış keçirilməmişdir. O, başına gələnləri müstəntiqə demiş, lakin o, protokola heç nə yazmamışdır. Müstəntiqin yazdıqlarını oxusa da, savadsızlığından imza etmişdir. Yalnız müqavilə ilə olan müdafiəçi işə çıxandan sonra, o, müdafiəçinin iştirakı ilə müstəntiqə ifadə verməmiş və həqiqəti danışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında, həmçinin göstrdi ki, o, ilk dəfə məhkəməyə gedərkən hədələrdən qorxduğu üçün orada heç nə deməmiş, yoldan tapdığını demişdir. Lakin hazırda daha güvənli olduğuna görə düzünü demişdir. O, sənədlərdə işsiz kimi göstərilmişdir, hansı ki, o, işlədiyini onlara demiş, maaş kartı da polis tərəfindən götürmüşdür. Onun xəsarəti ayağında olmuş, həmin xəsarəti İstintaq Təcridxanasında xəsarətləri qeydiyyata alınmışdır. Xəsarətlərlə bağlı dövlət orqanlarına şikayət yazmaq istəmiş, lakin dustaq yoldaşları ehtiyac olmadığını demişlər. Ona görə də heç hara şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu 22 və 23 iyun 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadələrində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitəni öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Sadəcə olaraq üzərindən aşkarlanmış həmin narkotik vasitəni ürəyi istəyən zaman istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs mahiyyəti üzrə tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseyn küçəsində körpünün yaxınlığında olan zibil qabının yanından piyada hərəkət edən zaman yerdə 01 ədəd şəffaf sellofan büküm görmüş, həmin sellofan bükümü götürərək içinə nəzər saldıqda içindəkinin heroin olduğunu görmüşdür. O, narkotik vasitələrin istifadəçisi olduğu üçün həmin büküm heroini əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün, saat 23:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən hərbi hissənin qarşısnda piyada hərəkət edərəkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları olduqlarını qeyd edərək özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya maddə olması, olduğu təqdirdə təqdim etməsi onun nəzərinə çatdırıldıqdan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı, içində narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi həmin büküm polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, onun iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla imzalanmışdır(iş vərəqə: cild İİ, səh 69-72). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PBnin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri daşıması, gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə o, rəhbərliyə məruzə etmiş, razılıq alındıqdan sonra müvafiq qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 6-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 qrupun üzvü təyin olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “N” saylı hərbi hissənin qarşısında olduğu müəyyən edilmiş, saat 23:30-da onların keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, onlar özlərini təqdim etmiş, həmin şəxsə də özünü təqdim etməsini bildirilmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu qeyd etikdən sonra həmin şəxsə üzərində narkotik vasitələrin saxlanması və dövriyyəsi ilə məşğul olmasında şübhəsi olmasını qeyd edərək sonuncunu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş, polis idarəsinə gətirildikdən sonra həmin gün, saat 00:25-də onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı, içində narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümdə heroini masanın üzərinə qoymuş, bundan sonra həmin aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Şahid1 ifadəsində, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs onlar barəsində dedikləri doğru deyildir. Gecə vaxtı olduğuna görə o, saxlanılarkən üzərində xəsarət görməmiş, onun yerişində axsamaq hiss olunmamışdır. O, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsində əvvəldən axıradək iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı qeyri-qanuni heç bir hərəkət edilməmiş, ona qarşı fiziki və ya psixoloji təsir tətbiq olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə 29 mart 2023-cü il tarixdə, saat 23:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən “N” saylı hərbi hissənin qarşısnda saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə bölmənin təhqiqatçısı Rövşən Məmmədovun icraatında onu saxlamış polis əməkdaşlarının iştirakı ilə video çəkiliş müşaiyəti altında şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə heroin narkotik vasitəsinə şübhəli maddəni çıxarıb təqdim etmiş, təqdim olunan bir ədəd bükümdəki maddəyə baxış keçirildikdən sonra büküm əvvəlki vəziyyətinə gətirilərək bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, qablaşdırmanın üzəri bütün iştirakçılar, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, təhqiqatçı tərəfindən ünvanlanmış suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki maddəni saxlanıldığı gün, yəni 29 mart 2023-cü il tarixdə, axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində, Y.Hüseyn küçəsində körpünün yaxınlığında olan zibil qabının yanından keçən zaman yerdə şəffaf rəngdə, dolu vəziyyətdə olan bağlamanı gördüyünü və götürərək üzərində saxladığını göstərmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesi «Panasonic» markalı videokameradan istifadə olunmaqla videolentə alınmışdır (iş vərəqə: cild İ, səh. 23-28). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin qeydə alınmış videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, dskdə olan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolun məzmununu tam əhatə edir və prosessual pozuntulara yol verilməsi müəyyən edilməmişdir (iş vərəqə: 49). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 6/1825 nömrəli rəyindən görünür ki, aparılan ekspertiza tədqiqatı ilə tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...“ yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə olan maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması və təmiz çəkisinin 2,764 qram olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 37-42). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsaasən təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,764 qram narkotik vasitə heroin tərəfimdən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,664 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 128-132). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 aprel 2023-cü il tarixli, 2409 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 117-118). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixatrik Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliklə bağlı Respublika Psixatriya Xəstəxanasında qeydiyyatda olmamışdır (iş vərəqə: cild İİ, səh. 119). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi naməlum şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamağa, daşımağa və satmağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs özünün və polis əməkdaşları olan şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına əməliyyat xidmətinin cavabları və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni qabaqcadan əlbir olan naməlum şəxslə cinayət əlaqəsinə girib satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlama, daşıma və satma cinayətini törətməsi üçün qeyriləri ilə cinayət əlaqəsinə girməsini, həmçinin qabaqcadan əlbir olan naməlum şəxslə satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasını, daşımasını və satmasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 6cı PB-nin Cinayət Axtarış üzrə (bundan sonra: CA) əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 29 mart 2023-cü il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs saxlanılıb Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 29 mart 2023-cü il tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə etməsi, daşıması, istifadəsi və satması barədə olmuşdur (iş vərəqə: cild İ, səh 3, 4-5, 7). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 30 və 31 mart 2023-cü il tarixli ifadələrində ondan aşkar edilib bir bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 01 ədəd sellofan bükümdə təqdim etdiyi olan narkotik maddəni saxlanıldığı 29 mart 2023-cü il tarixdə, axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində, Y.Hüseyn küçəsində körpünün yaxınlığında olan zibil qabının yanından keçən zaman yerdə şəffaf rəngdə, dolu vəziyyətdə olan bağlamanı gördüyünü və götürərək üzərində saxladığını göstərmiş, məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərdiklərini inkar etmiş, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki və psixoloji təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi izahat və ifadələrinin heç birində, saxlanıldıqdan sonra videomüşaiyət altında şəxsi axtarış aparılması və götürmə prosesində narkotik və ya psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunmasını, daşınmasını, saxlanılmasını və ya satmasını təşkil etmək məqsədilə məlum və ya naməlum şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi, narkotik vasitələri satması və ya eyni cinayət əməlini təkbaşına törətməsi barədə heç nə göstərməmiş, əməliyyat orqanı tərəfindən isə Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməklə törətməsi, o gümlədən aşkar edilmiş narkotik vasitəni satması barədə mötəbər və ya qeyri-mötəbər məlumat əldə olunmamış, yoxlanılmamış və iş materiallarına əlavə olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Əməliyyat xidmətinin həmin tapşırığa verdiyi cavab məktubunun məzmunundan görünür ki, əməliyyat tapşırığına yalnız Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilmədiyi barədə cavab verilmiş, istintaq orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olub-olmaması, qeyd olunan cinayətlərin törədilməsi zamanı qeyriləri ilə cinayət əlaqəsinə girib-girməməsi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilməsi məqsədilə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış, qərarın qanuniliyinə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlarna əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin onun qabaqcadan əlbir olduğu qeyriləri ilə cinayət əlaqəsinə girib satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə ilkin əməliyyat məlumatında göstərilənlər, Azərbaycan Respublikası Qanunlarına uyğun əldə olunmadığından, Cinayət Məcəlləsinin tələblərinə uyğun əməliyyat tapşırığını verən istintaq orqanına təqdim edilmədiyindən və istintaq yolu ilə yoxlanılmadığından cinayət təqibi üzrə sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin 6cı PB-nin əməliyyat müvəkkilləri ifadələrində Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməklə və ya təkbaşına satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə konkret fakt göstərə bilməmişlər. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin, həmçinin sonuncunun qabaqcadan əlbir olduğu şəxsin şəxsiyyətinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda da Təqsirləndirilən şəxs un ondan aşkar edilib götürülən narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, üzərində daşımasını, həmçinin satmasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və satmasını təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.1234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,764 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 29 mart 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin miqdarının 2,764 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər və nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə, məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 92). Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2409 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulsa da, o, faktiki 29 mart 2023-cü il tarixdə saxlanılmış və onun azadlığı qeyd olunan tarixdən məhdudlaşdırılmışdır. 31 mart 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri BPİ-nin Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,664 qram narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki saxlanıldığı 29 mart 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri BPİ-nin Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,664 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1595/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1595/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver