Məhkəmə qərarları › İş №1(101)-1596/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1596/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1596/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X12 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı, 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 31də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxslə naməlum tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd qara rəngli sellofan paketdə ümumi təmiz çəkisi 24,827 qram olan külli miqdarda qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 14,955 qram olan külli miqdarda ağ rəngli kristallik kütlə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üzərində “Methadone 40” yazısı olan, təsir maddəsinin miqdarı 1,92 qram külli miqdar təşkil edən 48 ədəd narkotik vasitə metadon dərman həbini, ümumi təmiz çəkisi 100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, aralarında olan cinayətkar razılığa görə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq həmin çəkidə narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun digər üzvü vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerə çatdırdıqdan sonra o, 03 aprel 2022-ci il tarixdə, təxminən saat 22.00 radələrində Bakı şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitə və psixotrop maddələri, eləcə də metadon dərman həblərini üzərində daşıyaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində və yaşadığı qohumu Şahid1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində nömrəsiz evdə saxlamış, 04 aprel 2021-ci il tarixdə, saat 17.30 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, etibarnamə əsasında “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçələrinin kəsişməsində idarə etdiyi vaxt saxlanılaraq ünvan ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və həmin gün saat 19:50 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı onun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə külli miqdarda 3,780 qram hissəsi, ağ rəngli, kristallik kütlə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə 1,935 qram hissəsi əynində olan qara rəngli şalvarının sağ yan cibindən, davam etdirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 05 aprel 2022-ci il tarixdə, saat 00:50 dəqiqədə onun və mənzil sahibi Şahid1 icazəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində nömrəsiz evə keçirilmiş baxış zamanı mənzildə onun yaşadığı otaqdakı paltarların arasından satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,863 qram və 18,184 qram olmaqla, ümumi təmiz çəkisi 21,047 qram külli miqdar hissəsi, ağ rəngli, kristallik kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd bükümdə, 13,020 qram külli miqdar hissəsi, üzərində “Methadone 40” yazısı olan, təsir maddəsinin miqdarı 1,92 qram külli miqdar təşkil edən 48 ədəd narkotik vasitə metadon dərman həbi və 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də narkotik vasitələrin satış məqsədi ilə ayrı-ayrı bükümlərə bölünməsi və qəbulu prosesində istifadə edilən, üzərində heroin izləri olan 1 (bir) ədəd metal çay qaşığı və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, o, polis əməkdaşları tərəfindən tutulduğu zaman onun üzərində narkotik vasitə olmamışdır. Polislər onun barəsində əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlamaq istəmişlər. Çünki o, həbs edilməmişdən əvvəl 2 (iki) dəfə polislər tərəfindən tutulmuşdur. Birinci dəfə polislər onu 1 (bir) həftə X9 saxlamışlar. Ona qarşı heç bir sübut əldə edə bilmədikdən sonra polislər onu buraxmışlar. Sonradan isə polislər onu yenidən 03 aprel 2022-ci il tarixdə saxlamışlar və yenidən Polis bölməsinə aparmışlar. Həmin vaxt ona qarşı təzyiq göstərilmişdir. Onun üzərinə baxış keçirilmiş və həmin vaxt guya onun üzərindən, yəni şalvarının sağ cibindən narkotik vasitələr aşkar edilmişdir. Həmçinin polis əməkdaşları onun avtomobilində də guya narkotik vasitələr aşkar etmişlər. O, bir daha bildirir ki, polislər tərəfindən saxlanıldığı zaman onun üzərində narkotik vasitə olmamışdır. Polislər onu boş olaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində polislər tərəfindən ona təzyiq edilmişdir. Polislər onu döyərək ittiham aktında qeyd edilən narkotik vasitəni boynuna almasını ondan tələb etmişlər. O da polislərin təzyiqinə dözməyərək həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. O, cinayət işi üzrə sənədləri imzalayan zaman da ağrıdan əziyyət çəkmişdir. Həmin vaxt narkotik vasitənin vaxtı çatdığından o, özündə olmamışdır. Buna görə də o, hansı sənədlərə imza çəkdiyini bilməmişdir. O, istintaq zaman bütün sənədləri oxumadan imzalamışdır. X1 gördüyü işgəncələr nəticəsində o, bədəninin bir neçə yerindən xəsarət almışdır. Ona görə də o, Bakı İstintaq Təcridxanasına təhvil verildiyi zaman oranın səlahiyyətli şəxsləri onu qəbul etmək istəməmişlər. Onun barəsində olan cinayət işi tamamilə saxtadır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qadağan edilmiş narkotik vasitə və psixotrop maddələrin olmaması, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. O, Binəqədi rayonunda “Zəngəzur” şadlıq sarayına yaxın ərazidə yaşayır. Bir müddət əvvəl Təqsirləndirilən şəxs onun yanına gəlib evsiz olduğunu, 2-3 günə kirayəyə yeni ev tutacağını bildirərək həmin vaxta kimi onun evində yaşamasına icazə verməsini ondan xahiş etmişdir. Onun evi iki mərtəbəli və böyük evdir. Ona görə də o, Zaura onun evində müvəqqəti yaşamasına icazə vermişdir. Həmin ərəfə Ramazan ayına təsadüf etmişdir. Günlərin birində 2 (iki) nəfər mülki geyimli şəxs onun yaşadığı evə gələrək xidməti vəsiqələrini göstərib polis işçiləri olduqlarını bildirmişlər. Bundan sonra həmin polislər ona bildirmişlər ki, Zaur müvəqqəti olaraq onun evində qaldığı vaxt evə narkotik vasitələr gətirib orada gizlətmişdir. Həmçinin polis əməkdaşları ona bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə görə polis əməkdaşları tərəfindən saxlanılmış, Zaur onun evində narkotik vasitələr gizlətdiyini bildirmiş və ona görə də evə baxış keçirilməlidir. O da məsələnin ciddi olduğunu görüb polis əməkdaşlarına onun evinə daxil olmalarına icazə vermişdir. Sonra hər iki şəxs evə daxil olmuş və Zaurun ailəsi ilə birlikdə yaşadığı otağa baxış keçirmişlər. Həmin vaxt Zaurun yaşadığı otaqdan sellofan torba aşkar edilmişdir. Sonra polis əməkdaşları həmin torbanın içindəkilərini ona da göstərmişlər. Həmin torbanın içərisində elektron tərəzi və bir neçə büküm olmuşdur. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər. Bir müddətdən sonra həmin polislər ikinci dəfə onun yaşadığı evə gəlmişlər. Bu vaxt polis əməkdaşları polis formasında olmuşlar, eləcə də polislər Təqsirləndirilən şəxs özləri ilə birlikdə evə gətirmişlər. Polis əməkdaşları evdən aşkar edilmiş əşyaları Zaura göstərmişlər və həmin vaxt Zaur başını aşağı salaraq, həmin əşyaların özünə məxsus olduğunu, eləcə də bu hərəkətlərinə çox peşman olduğunu bildirmişdir. Torbada bükümlər, həblər, eləcə də tərəzi olmuşdur. Təqsirləndirilən şəxs torbada olanların nə olduğunu soruşulduqda, Zaur deyəsən torbada metamfetamin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə Azadlıq prospektində maşınla hərəkət edən zaman saxlayıb 4-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Zaurun əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, üzərində olan narkotik vasitənin qalan hissəsini müvəqqəti yaşadığı və dayısına məxsus evdə saxlamışdır. Sonra onlar Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə gedərək evə baxış keçirmişlər. Evə baxış keçirilən zaman evdə külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. Həmçinin evdən psixotrop maddə metamfetamin də aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə və psixotrop maddələri iranlı kimi tanıdığı “Baba” adlı şəxsin göndərdiyini, az hissəsini istifadə etdiyini, qalan hissəsini isə “Baba” adlı şəxsin dediyi yerlərə qoyacağını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs iranlı “Baba” adlı şəxsin sifarişi ilə müəyyən yerlərdən narkotik vasitə və psixotrop maddələr götürdüyünü və sonradan “Baba” adlı şəxsin dediyi yerlə qoyduğunu, bunun müqabilində “Baba” adlı şəxsin Zaura pul, hərdən də öz istifadəsi üçün narkotik vasitə göndərdiiyni bildirmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsində cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, işlədiyi 4-cü Polis şöbəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, 1985-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün 4-cü Polis şöbəsinin rəhbərliyinə raportla məlumat edilmiş və rəhbərliyin icazəsindən sonra onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə onun rəhbərliyi altında 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid3, 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasını təmin etmək məqsədi ilə o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə 04 aprel 2022-ci il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində idarə etdiyi vaxt saxlamışlar. Daha sonra onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək 4-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs 4-cü Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və şübhəli şəxs ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan üzərində axtarış aparılmasına etirazı olmadığını bildirmişdir. Polis şöbəsində xidməti otaqların birində 4-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6, əməliyyat qrupunun üzvləri 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid4, narkotik vasitənin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli şalvarın sol cibindən «Samsung» və «Redmi» markalı mobil telefonları, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükülünü, əynində olan qara rəngli pencəyin sol iç cibindən 1 (bir) ədəd tibbi maskanı və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin bükümə baxan zaman üzərinə “2 kol 1 patı” yazısı yazılması müəyyən olunmuşdur. Həmin bükümü açan zaman bükümün içərisindən 2 (iki) ədəd göy rəngli sellofona bükülmüş başqa bükümlər aşkar olunmuşdur. Həmin bükümləri açan zaman birinin içərisində tünd qəhvəyi rəngli toz şəkillə narkotik vasitə “heroinə” bənzər kütlə olması, digər birinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə “metamfetaminə” bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içində narkotik vasitə olan “heroin”, digərinin isə psixotrop maddə “metamfetamin” olduğunu, üzərindən çıxan narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan «Baba» adlı şəxsən əldə etidyini, həmin şəxs ilə +**********56 saylı mobil nömrə ilə əlaqə saxladığını, İran İslam Respublikasının vətəndaşı olan «Babanın» Zaura “Votsap” vasitəsilə narkotik vasitə və psixotrop maddələri qoyduğu yerin şəklini və olduğu yeri göndərdiyini, bundan sonra həmin ünvana gedib oradan narkotik vasitə və psixotrop maddələri götürdüyünü, İran İsiam Respublikasının vətəndaşının Zaura göndərdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində həmin iranlı şəxsin istədiyi yerlərə qoyduğunu, sonra iranlının Zaura göndərdiyi narkotik vasitə və psixotrop maddələrdən 1-2 qramını şəxsi istifadəsi üçün öz üzərində saxladığını, bundan başqa, müvəqqəti yaşadığı və dayısı Şahid1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi tikilmiş evdə narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sol iç cibindən aşkar olunmuş tibbi maska və şəxsiyyət vəsiqəsi maddi sübut kimi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Samsung» və «Redmi» markalı mobil telefonlar maddi sübüt əhəmiyyətinə malik olduğundan onlar tərəfindən qablaşdırılmış, əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə, psixotrop maddəyə bənzər kütlələr, «Samsung» və «Redmi» markalı mobil telefonlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 3 (üç) ədəd kağız zərfdə qablaşdırılıb üzərləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Pirus” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sağ qapısını açaraq avtomaşında olan əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomaşının qapısını açaraq baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Avtomaşına baxış keçirilən zaman oturacaqlar arasına quraşdırılmış sürət qutusunun altında yerləşdirilmiş saxlanc yerindən üzərinə «Xazaroil» yazısı həkk olunmuş kart və taxta diş çöpü, iki oturacaq arasında quraşdırılmış dirsəklikdən qara rəngli USB kabel, sağ tərəfdə olan saxlanc yerindən tünd qəhvəyi rəngli gözlük, içərisində sürücülük vəsiqəsi və plastik kartlar olan qara rəngli pul qabı, tibbi maska və qara rəngli USB kabel, sürət qutusunun altında siqaret dənəsi, alışqan, qapı kartı və qara rəngli ətir qapağı, arxa sağ ayaq altında göy rəngli tibbi maska, baqaj hissədə göy rəngli yağ qabı aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet və ya əşya aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş əşyalar maddi sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı və dayısı Şahid1 məxsus evə baxış keçirilməsini etiraz etmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı, əməliyyat qrupu, şübhəli şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs göstərməsinə əsasən 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək qapını döydükdə qapını açan şəxsə özlərini təqdim edərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək qapını açan şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra qapını açan şəxs özünü təqdim edərək xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasında doğulmuş, ali təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində nömrəsiz evdə yaşayan Şahid1 olduğunu bildirmişdir. Bundan sonra onlar tərəfindən Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirməklə, Təqsirləndirilən şəxs həmin qanunsuz əşyaların xeyli hissəsini Şahid1 məxsus evdə Təqsirləndirilən şəxs müvəqqəti yaşaması üçün ayırdığı otaqda saxladığını bildirməsini, bu səbəbdən də evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda, Şahid1 özünə məxsus evə baxış keçirilməsinə etirazının olmadığını şifahi bildirməklə, yanaşı bu barədə ərizə yazmışdır. Daha sonra həmin evin Təqsirləndirilən şəxs yaşadığı otağına baxış keçirilərkən otaqda olan paltarların arasından içərisində narkotik vasitə heroinə bənzər maddə olan 2 (iki) ədəd büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 (bir) ədəd büküm, üzərində “Methadone 40” yazısı olan 48 ədəd dərman həbi və içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər maddə olan 1 (bir) ədəd büküm və 1 (bir) ədəd metal çay qaşığı aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, dayısı Şahid1 məxsus mənzildə özünün yaşadığı otağından baxış zamanı aşkar olunmuş maddələrdən 2 (iki) ədəd bükümdəki qəhvəyi rəngli maddələr narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə ağ kristallik formada olan maddələr psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə qurudulmuş ot şəklində maddə narkotik vasitə qurudulmuş marixuana, 48 ədəd dərman həbləri narkotik vasitə olan «Metadon» həbləri olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri Polis bölməsində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ilə birlikdə İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsdən sonuncunun bildirəcəyi yerlərə qoymaq üçün əldə etdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən Şahid1 aşkar olunmuş maddələr barədə xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra keçirilmiş baxışın nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində idarə etdiyi “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 7) görünür ki, həmin gün saat 17:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qənbərov küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq 4-cü Polis şöbəsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd “Samsung” markalı, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd tibbi maska, şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd büküm aşkar edilmişdir. Daha sonra həmin 1 (bir) ədəd bükümün içərisindən 2 (iki) ədəd göy rəngli sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs “Baba” adlı iranlı şəxsin ona narkotik vasitə və psixotrop maddələr göndərdiyini, onun da iranlı şəxsin dediyi yerlərə gedərək həmin kütlələri oradan götürdüyünü, daha sonra iranlı şəxsin bildirdiyi ünvanlara çatdırdığını, bunun müqabilində isə iranlı şəxsin ona pul göndərdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 37) görünür ki, Şahid1 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 39-42) görünür ki, həmin gün Şahid1 məxsus evə baxış keçirilmiş və həmin vaxt evdə Təqsirləndirilən şəxs yaşadığı otaqdakı paltarların arasından 2 (iki) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə, 13,020 qram külli miqdar hissəsi, üzərində “Methadone 40” yazısı olan, təsir maddəsinin miqdarı 1,92 qram külli miqdar təşkil edən 48 ədəd narkotik vasitə metadon dərman həbi və 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə üzərində heroin izləri olan 1 (bir) ədəd metal çay qaşığı və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1835 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 58-62) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs....” və sair yazılar olan 3 (üç) ədəd kağız paketdən ikisindəki (1 və 2 nömrəli paketlərdəki) ayrı-ayrılıqda təmiz çəkiləri 3, 780 qram, 2,863 qram, 18,184 qram, ümumi təmiz çəkiləri 24,827 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 1 və 2 nömrəli paketlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 1,935 qram, 13,020 qram ümumi təmiz çəkiləri 14,955 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamindir, 2 (iki) bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, üzərlərində «Methadone 40» yazısı olan ümumilikdə 48 tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,92 qram olan narkotik vasitə metadon olması müəyyən edildi. Qaşığın üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/323 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 65-66) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 79-80) görünür ki, həmin gün şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün kifayət qədər sübutlar olmadığından o, MSY-dən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1862 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 100-101) görünür ki, tədqiqata təqdim edilmiş, 05 aprel 2022-ci il tarixli 6/1835 nömrəli rəyə əsasən 1 nömrəli kağız paketdəki vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1,935 qram ağ rəngli kristaşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 3,780 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 nömrəli paketdəki vətəndaş Təqsirləndirilən şəxs mənzlindən götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,863 qram, 18,184 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 13,020 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-matamfetamindir, üzərlərində «Methadone 40» yazısı olan ümumilikdə 48 tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,92 qram olan narkotik vasitə-metadon müəyyən edildi. 3 nömrəli paketdəki metal çay qaşığının üzərində heroin izləri müəyyən edildi. Qaşığın üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, heroin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 93-94) görünür ki, Təqsirləndirilən şəxs məxsus 4 (dörd) ədəd mobil telefona (üç ədəd “Samsung” markalı, bir ədəd “Redmi” markalı mobil telefon) baxış keçirilmiş və həmin telefonlara quraşdırılmış “Votsap” sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının milli mobil operatoruna məxsus +**********56 və +**********87 mobil nömrələri arasında çoxlu sayda (15 zəng, 11 yazılı mesaj) danışıqların aparılması müəyyən edilmişdir. Habelə qeyd edilən iran mobil nömrələrindən Təqsirləndirilən şəxs “Votsap” vasitəsi ilə Bakı şəhərində olan müxtəlif məkanların şəkilləri göndərilməklə yanaşı, həmçinin “şeylərin” həmin ərazilərə qoyulması, eləcə də “şeylərin” həmin ərazidən götürülməsi barədə mesajlar göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 110-120) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 123-125) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.41 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-364/2022 saylı qərarından (cild 1, iş vərəqə 150-155) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 162-169) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı 1 (bir) ədəd mobil telefonun, “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı otaqdan aşkar edilmiş təmiz çəkisi 24,827 qram narkotik vasitə heroinin, təmiz çəkisi 14,955 qram psixotrop maddə metamfetaminin, təmiz çəkisi 100 qram qurudulmuş marixuananın, üzərində “Methadone 40” yazısı olan, təsir maddəsinin miqdarı 1,92 qram təşkil edən 48 ədəd narkotik vasitə metadon dərman həbinin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə axtarış, baxış istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin, üzərində heroin izləri olan 1 (bir) ədəd metal çay qaşığının, 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması, “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi, digər maddi sübutların isə Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli izahatdan (cild 2, iş vərəqə 72-73) görünür ki, Təqsirləndirilən şəxs barəsində döyülməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğuna vermiş olduğu izahatında nə polis əməkdaşları, nə də digər şəxslər tərəfindən döyülmədiyini, qəddar, qeyri-insani rəftar və cəzaya məruz qalmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2769 nömrəli rəyindən (cild 1, iş vərəqə 186-187) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 1440 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 189-191) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. - Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparmasına imkan verir. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 192-212) görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, ümumi təmiz çəkisi 24,827 qram təşkil edən narkotik vasitə heroinin, ümumi təmiz çəkisi 14,955 qram təşkil edən psixotrop maddə metamfetaminin, ümumi təmiz çəkisi 100 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 48 ədəd narkotik vasitə metadonun Binəqədi RPİ-nin saxlanc otağında saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 560 nömrəli Binəqədi RPİ-nin MSY-dan daxil olmuş şəxsi işdən (cild 2, iş vərəqə 37-41) görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə, saat 10:20 radələrində tibb-sanitar hissəsində baxış keçirilən zaman sol gözaltı nahiyəsində sarımtıl-bənövşəyi rəngli qançır izləri, kürəyinin sağ tərəfində və sol dirsək nahiyəsində isə qərtməkli yara xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 93- 95) görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş çıxarışdan (cild 2, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası - 1965-ci il təvəllüdlü X2, atası – 1957-ci il təvəllüdlü X11, qızları – 2006-ci il təvəllüdlü X7, 2010-cu il təvəllüdlü X8, oğlu – 2016-cı il təvəllüdlü X4 ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 04 aprel 2021-ci il tarixdə, saat 17.30 radələrində Təqsirləndirilən şəxs 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində etibarnamə əsasında “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçələrinin kəsişməsində idarə etdiyi vaxt saxlanılaraq 4-cü Polis şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda, 3,780 qram narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə 1,935 qram psixotrop maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 05 aprel 2022-ci il tarixdə, saat 00:50 radələrində Təqsirləndirilən şəxs müvəqqəti olaraq ailəsi ilə birlikdə yaşadığı və dayısı Şahid1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən nömrəsiz evə hər ikisinin razılığı əsasında baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı otaqdan həmin otaqda olan paltarların arasından 2 (iki) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 21,047 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə, külli miqdarda, 13,020 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” yazısı olan, təsir maddəsinin miqdarı 1,92 qram külli miqdar təşkil edən 48 ədəd narkotik vasitə metadon dərman həbi və 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 100 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də 1 (bir) ədəd metal çay qaşığı və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri realizə etmək məqsədi ilə İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil nömrələr vasitəsi ilə (Votsap sosial şəbəkəsi) danışıq aparması, yəni Bakı şəhərində yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri olduqları yerdən götürüb başqa yerlərə qoyulması, qeyd edilən hərəkətlərlə bağlı dəqiqləşdirmələr aparılması, habelə qeyd edilən məqsədlə istiqamətverici müxtəlif yerlərin şəkillərinin göndərilməsi, eləcə də şərti olaraq narkotik vasitə və psixotrop maddələrin “şey” adı ilə istifadə edilməsi ona məxsus mobil telefonda aşkarlanmış sübutlar əsasında təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı evdən müxtəlif bükümlərdə olan külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin aşkar edilməsini, üzərindən aşkar edilmiş vasitənin və maddənin yaşadığı evdən aşkar edilmiş vasitələrlə və maddələrlə eyni tərkibli olmasını, elektron tərəzinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitələrin müxtəlif növdə olmasını, eləcə də həmin narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin istifadə dozasından həddən artıq çox olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək saxlanılarkən üzərində qadağan edilmiş hər hansı əşyanın olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə Polis şöbəsinə aparılarkən, orada onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl və sonraki müddətdə polis əməkdaşlarının təzyiqinə məruz qaldığını və ona qarşı zorakılıq edilməsini iddia etdiyindən, bu məsələlər isə öz növbəsində ciddi hüquqi nəticələrə səbəb ola biləcəyindən məhkəmə istintaqında irəli sürülmüş ittihamla yanaşı, həmçinin bu məsələlər də ciddi şəkildə araşdırılmışdır. Bu məqsədlə məhkəmə tərəfindən yeni sübutların əldə edilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına sorğular verilərək yeni sübutlar əldə edilmiş, daha sonra isə əldə edilmiş yeni sübutlar məhkəmə istintaqında həm ayrı-ayrılıqda, həm də cinayət işinə əlavə edilmiş digər sübutlarla məcmu halda araşdırılmış və təhlil edilmişdir. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, 06 aprel 2022-ci il tarixdə ittiham irəli sürülməsi üçün sübutlar kifayət etmədiyindən saxlanıldığı MSY-dən azad olunmuş, xx.xx.2022-ci il tarixdə isə yeni sübutlar əsasında ona ittiham irəli sürülməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ardınca isə məhkəmə qaydasında barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad olunsa da, həmin gün, yəni azad olunduğu gün polis əməkdaşlarının zorakılığına məruz qalması barədə səlahiyyətli orqanlara müraciət etməmiş, halbuki onun iddia etdiyi halları həmin gün və ya həmin ərəfədə təsdiq etmək daha ağlabatan olardı. Lakin məhkəməyə aydın olmayan səbəblərdən təqsirləndirilən şəxs qeyd edilən müddət ərzində zorakılığa məruz qaldığını mübahisələndirməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə, saat 10:20 radələrində tibb-sanitar hissəsində baxış keçirilən zaman sol gözaltı nahiyəsində sarımtıl-bənövşəyi rəngli qançır izləri, kürəyinin sağ tərəfində və sol dirsək nahiyəsində isə qərtməkli yara xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt aşkarlanmış xəsarətlərlə bağlı bildirmişdir ki, o, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Qeyd edilən xəsarətlərlə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin izahatı ilə yanaşı, onun iddia etdiyi hallarla bağlı aidiyyəti şəxslərin izahatları alınmış və sair prosessual hərəkətlər keçirilmişdir. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs yazılı izahat verərək və xx.xx.2022-ci il tarixdə göstərdiyi halları təqzib edərək bildirmişdir ki, o, nə polis əməkdaşları, nə də digər şəxslər tərəfindən döyülməmiş, qəddar, qeyri-insani rəftara və cəzaya məruz qalmamışdır. Nəticədə isə Binəqədi rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və bu qərar əsasında Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Qeyd edilən hissədə məhkəmə bir daha qeyd edir ki, təqsirləndirilən şəxs tutularkən və bundan sonraki müddət ərzində polis əməkdaşları tərəfindən döyülməsini və sair zorakılığa məruz qalmasını məhkəmə istintaqında iddia etdiyindən, bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmış və nəticədə müəyyən edilmişdir ki, həqiqətən də onun üzərində bir neçə xəsarət aşkar edilmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə həmin xəsarətlərin hansı şəraitdə və kimin tərəfindən ona yetirilməsini müəyyən etməkdir. Təəssüf ki, döyülmə faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılan zaman Təqsirləndirilən şəxs əvvəlki izahatında iddia etdiyi halları təqzib edərək polis əməkdaşları tərəfindən döyülmədiyini və sair üsulla zorakılığa məruz qalmadığını bildirmiş, nəticədə Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd eidlməsi barədə qərar qəbul edilmiş, sonraki məhkəməyədək icraat zamanı qeyd edilən qərar istər prokuror nəzarəti, istərsə də məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində xəsarət izləri aşkar edilmiş, lakin məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi nəticəsinə gəlmək mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonraki müddət ərzində döyülməsi və sair formada işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə tam şəkildə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı, 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, ələlxüsus onun üzərindən və müvəqqəti yaşadığı evdən aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin müxtəlif növdə olmasını, həmin vasitə və maddələrin çəkisini, insan orqanizminə ziyanını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs oğluna Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək cəzaya daxil edilməklə həmin cəzadan çıxılmalı, onun üzərində saxlanılacaq cəzanın əvvəli isə onun tutulduğu vaxtdan, yəni 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 3 (üç) ədəd “Samsung” markalı və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı otaqdan aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,707 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 99,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq şəkisi 14,855 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 46 ədəd təşkil edən üzərində “Methadone 40” yazısı olan narkotik vasitə metadon dərman həbi, üzərində heroin izləri olan 1 (bir) ədəd metal çay qaşığı və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə axtarış, baxış istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, habelə “Toyota Prius” markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməsi üçün heç bir əsas olmadığından həmin avtomobilin saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınmaqla qeyd edilən avtomobil sahibinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 292 (iki yüz doxsan iki) manat manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 292 (iki yüz doxsan iki) manat manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzaya daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılmış 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 3 (üç) ədəd “Samsung” markalı və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,707 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 99,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq şəkisi 14,855 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 46 ədəd təşkil edən üzərində “Methadone 40” yazısı olan narkotik vasitə metadon dərman həbi, üzərində heroin izləri olan 1 (bir) ədəd metal çay qaşığı və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə axtarış, baxış istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “Toyota Prius” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınmaqla, qeyd edilən avtomobil sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 292 (iki yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar