Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1596/2024 01.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Zabux kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxsin sifarişi və 500 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 8 kq 40 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə saat 22:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq əlində saxladığı 01 ədəd çanta ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib 08 yanvar 2024-cü il tarixdə saat 00:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 01 ədəd çantanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4005 qram və 4035 qram olmaqla ümumilikdə təmiz çəkisi 8040 qram (8 kq 40 qram) olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, bir nəfər maşınının xarab olması ilə bağlı ona yaxınlaşmış, o da maşınını düzəltmək üçün getmişdir. Yanına gedərək köməklik etmiş və maşını “xoda” düşmüşdür. Daha sonra da həmin şəxs ona beş manat yanacaq pulu vermişdir. O, gündəlik gördüyü işlərini dəftərinə qeyd etmişdir. Sonra əlində nə isə olan bir nəfərin gəlib keçdiyini görmüş, onu cəlb etmişdir ki, “bu şəxsdə nə ola bilər ki, özünü belə şübhəli aparır”. Həmin şəxsi gözləmiş, binaların arasına keçəndən sonra yanına düşüb getmişdir. Həmin şəxsi gözləyərkən telefonla oynamış, bir də həmin şəxsin orada olmadığını, çantanı da ağacın yanına qoyub getdiyini görmüşdür. Çantaya yaxınlaşarkən onu tutmuşlar və tutan kimi telefonu qulağına qoyaraq “Rəfizadə Nazimi tutduq” demişdir. Bu zaman o, Nazim olmadığını, Təqsirləndirilən şəxs Şahid oğlu olduğunu bildirmişdir. Sonra telefonda əlaqə saxlayaraq “bu Təqsirləndirilən şəxsdır” demiş, telefondakı onu pis söymüş, nəyə görə onu söydüklərini soruşmuş, həmin vaxt “gedək aydınlaşdıraq, oradan buraxarıq, çıxıb gedərsən, günahsızsan” demişlər. Onlarla gedib ağ rəngli “Hyundai Elantra” maşına oturmuş və həmin iki nəfər şəxsdən əlavə iki nəfər də gələrək arxaya oturmuşdur. Onunla söhbət etməyə başlayaraq “nə iş görürsən, nəçisən” soruşmuşlar. Həmin anda onu döyməmişlər. Ondan üzərində bıçaq, silah, nə isə olub-olmadığını soruşmuşlar, cavabında onda nə isə olmadığını bildirmişdir. Sonra onu “banditizm”ə apararaq “ sən bizim əməliyyatımızı zay gününə saldın, səni yox başqa şəxsi tutmalıydıq, burnun girməyən yerə başını niyə salırsan” demişlər, o da “insanam mənə də maraqlı gəldi, məni buraxın gedim onda, yetim uşağam” demişdir. Sonra ondan narkotik olduğunu görüb nə edəcəyini soruşmuşlar, o da 102-yə yığacağını bildirmişdir. Sumkanın içərisində nə olduğunu bilməmişdir. Çəkiliş zamanı vəkil olmuş, ondan sonra onu liftlə bir otağa düşürərək orada döyməyə başlamışlar. Həmin vaxt “məni niyə döyürsüz, mən əməliyyat olmuşam” demiş, sonra atasını söymüşlər, bu zaman “söyməyin rəhmətə gedib” demiş, lakin yenə də söymüşlər. Ona “bu sənindir, bunu deməlisən” demişlər, həmin vaxt o, deyəndən sonra nə olacağını soruşmuş, cavabında ona dörd ay iş veriləcəyini, sonra buraxılacağını bildirmişlər. Məhkəməyə aparanda ona “sənə dörd ay iş veriləcək, dörd ay sonra çıxacaqsan, orada da denən ki, özümü qismən günahkar bilirəm” demişlər. Təcridxanaya gedəndən sonra ifadəsini öz bildiyi kimi yazmışdır. İfadəsində diqqətini cəlb etdiyindən yaxınlaşdığını və onu tutduqlarını bildirmişdir. Bu işlə bağlı hansısa iranlını tanımamış və iranlı ilə bağlı heç kimlə danışığı olmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 08 yanvar 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur. Laçın rayonu, Zabux kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Təxminən 3-4 gün əvvəl bir nəfər İran vətəndaşı ilə Whatsapp vasitəsiylə tanış olmuşdur. Anket məlumatlarını bilmədiyi İran vətəndaşı ilə aralarında olan razılaşmaya əsasən İran vətəndaşının dediyi ünvandan narkotik vasitəni götürüb başqa yerə aparmaq qarşılığında İran vətəndaşı ona 500 manat pul verəcəkdi. Özü narkotik tərkibli maddələrdən istifadə etməmişdir. İlkin olaraq həmin şəxs onun etimadını yoxlamaq istəmişdir. Bu səbəbdən həmin şəxs ona təxminən 2-3 ədəd kibrit qutusunda “nəşə” olaraq tanıdığı maddəni yerləşdirdiyi yerin şəklini göndərmişdir. Bu maddələri əldə etdikdən sonra həmin şəxsə inanmış və onunla birlikdə işləyib pul qazana biləcəklərini düşünmüşdür. Əldə etdiyi narkotik maddələri isə istifadə etməyəcəyi üçün zibillik əraziyə tullamışdır. Daha sonra 07 yanvar 2024-cü il tarixdə həmin anket məlumatlarını bilmədiyi İran vətəndaşının Whatsappla ona göndərdiyi ünvandan gedib içərisində narkotik vasitə “nəşə” olaraq tanıdığı kütlə olan çantanı Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürüb oradan bir qədər uzaqlaşanda Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin iranlı şəxslə olan razılaşmalarına əsasən o həmin maddələri götürüb başqa bir yerə yerləşdirməli və bu yerin şəklini çəkib həmin İran vətəndaşına göndərməli imiş. İran vətəndaşı isə bunun qarşılığında ona 500 manat göndərəcək imiş. Daha sonra polis əməkdaşları ondan özlərini təqdim etməyini xahiş etmişdirlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı çantada narkotik vasitə olan “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdirlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə əlindəki çantayla Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində və əlindəki çantada narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əlində saxladığı çantada narkotik vasitə “nəşə” olduğunu bildirib çantanı masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd çantada olan 02 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Sorğu zamanı o, təxminən 3 gün əvvəl İran vətəndaşı ilə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsiylə tanış olduğunu, aralarında olan razılaşmaya əsasən İran vətəndaşının göndərdiyi ünvandan narkotik vasitəni götürüb başqa yerə aparmaq qarşılığında ondan 500 manat pul alacağını, özünün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuna olan 02 ədəd bağlamanın olduğu 01 ədəd çanta qablaşdırılmışdır. Daha sonra əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən isə 01 ədəd plastik bank kartı və siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş siqaret qutusu isə polis əməkdaşı tərəfindən onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitəni 07 yanvar 2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran vətəndaşının göndərdiyi ünvandan başqa ünvana aparmaq məqsədilə götürdüyünü bildirmişdir. Əlində olan çantanın içərisində olan 2 ədəd bağlamada narkotik vasitə “nəşə” aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Yasamal rayonu ərazisində İran vətəndaşının ona bildirdiyi yerdən götürmüş olmasını, məqsədinin həmin kütləni başqa bir ünvana yerləşdirib, buranın fotoşəklini çəkərək həmin iran vətəndaşına göndərməkdən ibarət olmasını, həmin şəxsin isə bunun qarşılığında ona 500 manat pul verəcək olmasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürmədiyini, qeyd olunan çantada narkotik vasitə olmasından heç kimin xəbərinin olmadığını, yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, hazırda üzərində heç bir xəsarətinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini, istifadəsində olan mobil nömrələrin ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmasını, İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən ilkin olaraq əldə etdiyi 2-3 ədəd kibrit qutusunda olan, “nəşə” olaraq tanıdığı maddələri də Yasamal rayonu ərazisində əldə etdiyini, bu maddələri elə Yasamal rayonunda da zibillik əraziyə atdığını, özünün isə heç bir zaman narkotik tərkibli maddələrdən istifadə etmədiyini, yalnız pul qazanmaq üçün İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı, adını bilmədiyi həmin şəxsin xx.xx.2024-cü il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqindən ona göndərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedib onun bura yerləşdirdiyi “nəşə” olaraq tanıdığı kütlələri götürüb başqa ünvana yerləşdirmək istədiyini bildirmişdir (İ cild, səh. 72-76). 5.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 11 mart 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində, ilkin verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib etdiyini, özünü təqsirli bilmədiyini, ilkin ifadəsini təzyiq altında olaraq verdiyini, heç bir iranlını tanımadığını və onunla danışmadığını, idarə etdiyi evakuator ilə hərəkətdə olan zaman bir nəfərin əlində tuduğu 01 ədəd paketi ağacın dibinə qoymasını gördüyünü, bunun onun diqqətini çəkdiyini, həmin şəxsin getməsini gözlədikdən sonra evakuatordan düşüb ağaca yaxınlaşmasını, ağacın dibində olan paketi açıb baxmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmasını, polis əməkdaşlarının ondan paketin içində nə olduğunu soruşduqlarını, onun isə cavabında nə olduğunu bilmədiyini dediyini, bundan sonra polis əməkdaşlarının paketin içində narkotik vasitə olmasını və bu səbəbdən onu tutacaqlarını dediklərini, tutulmamaq üçün ondan paketi kimdən əldə etdiyini soruşduqlarını, buna görə yalan ifadə verib paketin hansısa bir iranlıya məxsus olmasını dediyini, bu cür ifadə versə polis əməkdaşlarının onu tutmayacaqlarını düşündüyünü, daha sonra polis idarəsinə gətirildiyini, burada onun üzərinə videoçəkiliş ilə keçirilən şəxsi axtarış zamanı da saxlanılarkən bildirdiyi ifadələri bir daha təkrar etdiyini bildirmişdir (İ cild, səh. 195-198). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, məlumat qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi və daşıması barədə olmuşdur. Məlumat Baş İdarənin rəhbərliyinə məruzə edilmiş, bundan sonra həmin gün, yəni 07 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs olacağı ehtimal olunan Yasamal rayonu, Əsəd Əhmədov küçəsinə gedərək orada bir qədər gözləmişlər, əməliyyatda üç nəfər iştirak etmişlər, ondan başqa əməliyyatda Namiq Məcidov və İlkin Babayev iştirak etmişdir. Qış vaxtı qaranlıq məhəllələr olmuşdur. Soltana bənzər bir nəfər şəxsin məhəllələrə girdiyini görmüşlər, qaranlıq olduğundan ardınca həmin şəxsi görə bilməmişlər, təxminən 10-15 dəqiqə sonra həmin şəxsin əlində artıq bir çanta ilə çıxdığını görmüşlər, şəxs özünü şübhəli aparmışdır. Sonra ona yaxınlaşaraq özlərini təqdim edərək anket məlumatlarını öyrənib Baş İdarəyə gətirmişlər. Baş İdarədə müdafiəçinin iştirakı ilə təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir şey aşkar olunmamışdır. Əlində olduğu çantanı təhqiqata təqdim etmiş, həmin çantanın içərisindən iki bağlama çıxmış və özünün dediyinə görə nəşə kimi tanıdığı qurudulmuş marixuana olmuşdur. Üç gün əvvəl internet vastəsilə İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu və həmin vətəndaş vasitəsilə əldə etdiyini, əldə etməsinin səbəbinin İran İslam Respublikasının vətəndaşının dediyi konumlara hissə-hissə kuryerlik edəcəyini və bunun müqabilində də pul əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq plastik kart və telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin arxa tərəf məhlələrində saxlanılmış, həmin əraziyə ən yaxın Yasamal Rayon Mühafizə İdarəsi olmuş, məhəllədən çıxanda artıq çanta əlində çıxmış, girdiyi məhəllə başqa, çıxdığı məhəllə başqa olmuşdur. Rəfizadə Nazim adlı hansısa şəxsi tanımır, Rəfizadə adında kiminsə adını çəkməmişlər, məlumatları da Təqsirləndirilən şəxsla bağlı olmuşdur. Məlumat iranlı ilə əlbir olması barədə yox, sadəcə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, iranlı ilə bağlı heç bir məlumat olmamış, əlbirliklə bağlı heç bir şey aşkar etməmişlər. Saxlanılan zaman və idarəyə gətirildikdən sonra hansısa Təqsirləndirilən şəxs zor və təzyiq göstərilməmiş, polis əməkdaşları tərəfindən döyülməmiş, həmçinin saxlanılan zaman da özü də sakit olmuş və hansısa müqaviət göstərməmişdir. 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 3-16-16-2-7/27 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan sintetik çantadakı 02 (iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 4005 qram, 4035 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 8040 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 39-42). 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 26 fevral 2024-cü il tarixli 1269 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 157-158). 9.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 yanvar 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop kütlələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd çantada narkotik vasitə nəşə olduğunu bildirərək əlindəki çantanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çantanın içində olan 02 ədəd bağlamada narkotik vasitə olan nəşə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çantada olan 02 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təxminən 3 gün əvvəl İran vətəndaşı ilə Whatsapp vasitəsiylə tanış olmasını, aralarında olan razılaşmaya əsasən İran vətəndaşının dediyi ünvandan narkotik vasitəni götürüb başqa yerə aparmaq qarşılığında ondan 500 manat pul alacağını bildirmişdir. Daha sonra dünən, yəni 07 yanvar 2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran vətəndaşının göndərdiyi ünvandan gedib içərisində narkotik vasitə olan 02 ədəd bağlamanın olduğu çantanı götürüb başqa ünvana aparmaq məqsədi ilə daşıdığını, özünün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 02 ədəd bağlamanın olduğu 01 ədəd çanta cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən isə 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda onun üzərindən aşkar edilmiş və üzərində “Sobranie” sözü yazılmış siqaret paçkası iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (İ cild, səh. 27-28). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 17 yanvar 2024-cü il tarixli, 702 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 119). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 18 yanvar 2024-cü il tarixli, 1/174 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 7 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (İ cild, səh. 183). 12.«Maddi sübut hesab edilməsi haqqında» 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8039,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 94-95). 13.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 09 mart 2024cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 159-171). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ dizin ön səthində, sol saidin ön, sol əlin arxa səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 15.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19). 16.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 4(005)- 16/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 87-91). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 117). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 22.Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 23.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ciil tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 24.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 25.İstintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan, İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 26.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 27.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə əldə etmə, saxlama və daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 28.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 29.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərəkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 31.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 32.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 37.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 38.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 40.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 42.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 43.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 44.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 45.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 46.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 47.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 48.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 51.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 53.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 54.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 55.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8039,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 33 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 198 (yüz doxsan səkkiz) manat təşkil edir. 70.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 198 (yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 07 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 198 (yüz doxsan səkkiz) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8039,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev