Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1596/2025 24.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının nümayəndələri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Vəkillər Kollegiyasının “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə4 iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (mülki cavabdeh) aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 Zərərçəkmiş şəxs istehsalat-kommersiya firmasının adına rəsmiləşdirdiyi “DAF FT XF 105.510” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə edilən **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini almaq istədiyini bildirib aralarında olan razılığa əsasən avtomobili öz adına keçirdikdən sonra banka girov qoyaraq bankdan götürdüyü kredit əsasında avtomobilin dəyəri olan 57.000 manatı ödəyəcəyinə dair yalandan vəd verib aldatma və etibarında sui-istifadə etməklə 2 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis idarəsinin İmtahan-Qeydiyyat məntəqəsində qeyd edilən avtomobili öz adına **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-RV-*** dövlət qeydiyyat nişanı altında rəsmiləşdirməklə ələ keçirib 19 aprel 2024-cü il tarixdə həmin yük avtomobilini X2 **-ZB- *** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanı altında alqısatqı yolu ilə sataraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maşın əslində Əsədə məxsus olsa da, rəsmi olaraq “Yenilik İKF” şirkətinin balansında idi. O, həmin maşının alınması ilə bağlı Əsəd ilə rəsmi olmasa da razılaşmışdır. Maşın rəsmi olaraq “Yenilik İKF” şirkətinə məxsus olduğu üçün rəsmiləşmə onunla şirkət arasında olmalı idi. Həmin vaxt da şirkətin direktoru Ələkbər Salahlı rəhmətə getmişdi. O, rəsmi olaraq razılaşmanı yeni direktor Şahid2 ilə həyata keçirmişdir. Bu vaxt maşını Naxçıvanlıların qarajında saxlayırdı. O, həmin maşının pulunu ödəmək üçün maşını banka girov qoyub pul götürəcəkmiş. Maşını aldıqdan sonra həmin maşına 3000 manat və 22.000 manat pul xərcləmişdi. Bundan sonra Əsəd maşının qarajda qaldığını görüb ona maşını reysə salmağını və onunla iş görməyini bildirmişdir. Bu vaxt əvvəl o, razılaşmasa da, sonradan onunla razılaşmışdır. Həmin vaxt maşını idarə edəcək sürücü yox idi. Bununla bağlı tanışı Amilə deyəndə, o, ortaq tanışları Zaurun sürücüsü olduğunu və maşını ona verməyini bildirmişdir. Bundan sonra maşının idarə olunması üçün baş etibarnamə vermiş və maşın reysə çıxmışdır. İlk reys kimi maşın Türkiyəyə getməli idi, ancaq maşın Gürcüstanda olan zaman matorunda problem yaranmışdır. Bu vaxt Zaurgil maşını geri Gəncəyə gətirmiş və maşına xərc çəkdikləri üçün onun xəbəri olmadan maşını Sənəm adlı qadının adına rəsmləşdirmişlər. Zaurgil maşının təmirinə 22.000 manat pul xərclədikləri üçün maşını Sənəm adlı qadının adına keçirmiş və maşının nömrəsini dəyişmişlər. Bütün bunları ona Əsəd demişdir. Sonradan Zaura zəng edib olanları danışanda o, hər şeyin qaydasında olduğunu və hər dəfə ondan baş etibarnamə almamaq üçün bunları etdiyini bildirmişdir. Sonradan Zaura maşına görə çəkdiyi 22.000 manatı verib maşını geri götürməyi desə də, sonuncu razılaşmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, maşın Əsədə məxsus olmuş, maşını banka girov qoya bilməmişdir. Maşını Sənəm adlı qadının adına Zaurgil keçirmişlər. Maşını Zaura verməyini Amil ona demişdir. Əsəd maşını rəsmi olaraq onun adına rəsmləşdirmişdir. O, etibarnaməni Zaurun sürücüsünün adına vermişdir. Əsəd maşının onun adında olduğunu fikirləşmiş və etibarnamə verdiyindən xəbəri olmamışdır. Maşına ümumilikdə 3.000 manat pul xərcləmişdir. Əsəd Zauru tanımır. Həmin maşın 5 gün Naxçıvanlıların qarajında qalmışdır. Maşının rəsmi olaraq satışı vaxtı Əsəd iştirak etməmişdir. Maşının başqa bir şəxsin adına keçirildiyini Əsəddən öyrənmişdir. Ölkəni tərk etmək üçün baş etibarnamə lazım olduğu üçün baş etibarnamə vermişdir. Maşının alğı-satqısı ilə bağlı şirkətə heç bir məbləğdə pul verməli deyildir. O, alğı-satqını şirkətin nümayəndəsi ilə etmişdir. Zərərçəkmiş şəxs şirkəti logistika sahəsində fəaliyyət göstərir və təsisçisi Ələkbər Salahlı idi. Əsəd ilə Əli dayıoğlu bibioğludur. Maşın şirkətin balansına keçməzdən əvvəl kimə məxsus olduğunu bilməmişdir. Maşının kim tərəfindən ölkəyə gətirilməsindən xəbəri yoxdur. Maşın “Daf” markalı idi. Maşın Əsədin sözünə görə ona məxsus idi. Maşının pulunu ödəmək üçün banka kredit üçün müraciət etmişdir. Zaurgilin onu aldatması barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Şahid8 vediyi ifadə tamamilə yanlışdır. Onunla Şahid8 arasında maşının satılması barədə telefon danışığı olmamışdır. Şahid8 şəxsən tanımamışdır. İbtidai istintaqda verdiyi ifadəni oxumadan imzalamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Yaşama rayonu, Yeni Yasamalda ailəsi ilə birlikdə yaşayır. Evlidir 3 övladı var. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.1 və 179.2.3-cü maddələri ilə barəsində Abşeron RPİ-də istintaq aparılmışdır. 2023-cü ildən etibarən "xxxx" MMC-nin direktorudur. 2015-ci ildən etibarən Əsədi tanıyır və onunla dostluq münaisbəti vardır. 2023-cü ilin mart ayında Əsədin özünə məxsus olan lakin Zərərçəkmiş şəxs İKF-nin balansında olan DAF XF 105.510 markalı, **- ZC-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini satdığını eşitmişdir. Əsədlə bir neçə dəfə çayxanada oturarkən həmin yük avtomobilini almaq qərarına gəldiyini bildirmişdir. Lakin o, Əsədə pulum olmadığını, avtomobili onun adına keçirməyi, o, həmin yük avtomobilini banka girov qoyub pul götürdükdən sonra isə avtomobilin dəyəri olan 57000 manatı düzəldib ona verəcəyini demişdir. Əsədlə bu barədə razılaşdıqdan sonra 3 aprel 2024-cü ildə “Meyvəli” ticarət mərkəzinin yaxınlığında yerləşən BDYPİ-nin qeydiyyat idarəsində avtomobili qoşqusu ilə birlikdə Əsəd onun adma rəsmiləşdirmişdir. Rəsmiləşdirmə zamanı avtomobil Zərərçəkmiş şəxs İKF-nin balansında olduğundan həmin şirkətin direktoru Əli adlı şəxs gəlmiş və rəsmiləşdirmə onların arasında olmuşdur. Həmin tarixdə yük avtomobili **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-RV-*** dövlət qeydiyyat nişanı altında onun adına rəsmiləşdirilmişdir. Bundan sonra o yük avtomobilini Masazır qəsəbəsində Əsəddən götürüb axşam saatlarında sürücüsü Azərlə birlikdə Biləcəri qəsəbəsində yerləşən “Naxçıvanlıların qarajı” kimi adlandırılan tır dayanacağına qoymuşdur. Aralarındakı razılaşmaya əsasən pul verilənə qədər yük avtomobili dayanacaqda qalacaqdı. Bir neçə gün sonra isə o, avtomobili Binəqədi rayonunda yerləşən “Bayramın qarajı” kimi adlandırılan tır dayanacağına yerləşdirmişdir ki, ustalar onun nasaz yerlərinə baxış keçirsinlər. Yük avtomobili dayanacaqda olarkən orada onun təmiri üçün 3000 manat pul xərcləmişdir. Təxminən 1 ay yük avtomobili dayanacaqda qalmışdır. Bu müddət ərzində o, avtomobili "xxxx"a girov qoymaq istəmişdir. Lakin bankdan yük avtomobili olduğu üçün hər hansı şirkətin adına keçirilməli olduğunu və bundan sonra banka girov qoyula biləcəyini bildirmişdir. O, yük avtomobilini şirkətin adına keçirmək üçün ABADA kimi adlanan beynəlxalq yük daşıma assosiasiyasına müraciət etmişdir. Lakin onların istədiyi sənədləri düzəltmək üçün 2 ay vaxt lazım idi. Onun isə bu qədər vaxtı yox idi. Bundan sonra o, “Respublika” bankına müraciət etmişdir. Lakin adında gecikmə olduğundan buradan da o, razılıq ala bilməmişdir. Əsəd isə bu müddətdə yük avtomobilinin dayanacaqda qalmamasını, reysə buraxmağı ona bildirmişdir. O, əvvəl qorxsa da sonradan yük avtomobilini dostu Raminin yoldaşı Sənəmin adına **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-RV-*** dövlət qeydiyyat nişanı altında rəsmiləşdirərək reysə buraxmışdır. Özü sürücü tapıb yük avtomobilini verməyə narahat olduğundan başqa şəxsin adına keçirmişdir ki, həmin şəxs sürücü tapsın. Bundan sonra yük avtomobili birinci reysində Gürcüstan Respublikasında mühərriki xarab olmuşdur. O, yük avtomobilini evakuatorun üzərinə qoyaraq Gəncə şəhərinə gətirmişdir. Buna görə 1000 manat pul vermişdir. Daha sonra Gəncə şəhərində 15000 manata yük avtomobili üçün işlənmiş mühərrik alaraq onu təmir etdirmiş və 2000 manat da ustaya zəhmət haqqı vermişdir. Bundan sonra o, bu barədə Əsədə bildirmiş və hətta təmir prosesini videoya çəkib Əsədə göndərmişdir. Lakin Əsəd bunun özünə heç bir aidiyyatı olmadığını, avtomobili ona saz vəziyyətdə verdiyini bildirmişdir. Bundan sonra aralarında yaranan problemlərə görə o, Əsədin pulunu verməmişdir (cild 1, iş vərəqi 269-271). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin həmin ifadələrini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hazırkı cinayət işi üzrə 57000 manat ziyan vardır. Alğı-satqı nisyə olaraq rəsmləşdirilmişdir. Ziyan Zərərçəkmiş şəxs şirkətinə ödənilməlidir. Faktiki olaraq həmin avtomobil Şahid1 məxsus olduğu üçün ilk olaraq o, şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə uzun müddət dostluq, yoldaşlıq münasibətləri olmuşdur. Cinayət işi üzrə sözügedən yük avtomobili dayısının şirkətinin adına olmuş, ancaq faktiki olaraq həmin yük avtomobili ona məxsus olmuşdur. Sadəcə olaraq yük avtomobili şirkətin adına qeydiyyatda olmuşdur. Bir gün o, Raminə həmin yük avtomobilini satmaq istədiyini bildirmiş və satma səbəbini ona izah etmişdir. Ramin yük avtomobilini almaq istədiyini bildirmişdir. Onlar sövdələşmə etmişlər. Sövdələşməyə əsasən o, həmin yük avtomobilini Raminin adına rəsmiləşdirməli idi, Ramin onun borcunu qaytarana qədər yük avtomobili duracaqda qalmalı idi, Ramin isə yük avtomobilini "xxxx" ASC-yə girov qoymalı və 15 gün ərzində ona borclu olan məbləği qaytarmalı idi. O, Raminlə uzun müddət dostluq etdiyinə görə ona etibar etmiş və şirkətin rəhbəri olan dayısıoğlundan həmin yük avtomobilini Raminin adına rəsmiləşdirməsini xahiş etmişdir. Ramin yük avtomobilini Binəqədi rayonunda yerləşən duracaqda saxlamışdır. Sövdələşmədən 15 gün keçdikdən sonra o, hər gün Raminlə əlaqə saxlayaraq pulun ödənilməsi barədə maraqlanmış, ancaq Ramin hər gün fərqli bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Bir müddət sonra ona yaxın olan, tanıdığı bir şəxs telefonla əlaqə saxlayaraq onu yük avtomobilini satmaq münasibəti ilə təbrik etmişdir. O, yük avtomobilini satdığını, ancaq pulu ala bilmədiyini bildirmişdir. Tanışı pulu almadığı təqdirdə hansı səbəbdən yük avtomobilin Qazax rayonunun gömrük postundan keçdiyini və Türkiyə Respublikasına tərəf getdiyini soruşmuşdur. Həmin vaxt o, Raminlə əlaqə saxlamış və hansı səbəbdən yük avtomobilinin Qazax rayonunun gömrük postundan keçdiyini soruşmuşdur. Ramin yük avtomobilinin duracaqda olduğunu, onun həmin yük avtomobilini Azər adlı şəxsin adına rəsmiləşdirdiyini və gələcəkdə bankdan pul vəsaiti götürərək onun borcunu qaytaracağını bildirmişdir. O, Raminə borcu qaytara bilməyəcəyi təqdirdə yük avtomobilini ona geri qaytarmasını bildirmişdir. Ramin narahat olmamağını, ona olan borcunu qaytaracağını bildirmişdir. Aprel ayının 3-də yük avtomobilinin Raminin adına rəsmiləşdirildiyi halda, həmin ayın 19-da onun yük avtomobilini başqa bir şəxsə satması ona sonradan məlum olmuşdur. O, Raminlə borc məsələsini həll etmək üçün dəfələrlə görüşmüş və bu barədə söhbət etmişdir. Ancaq Ramin hər dəfə fərqli bir bəhanə gətirərək səbrli olmağını və borcu ödəyəcəyini bildirmişdir. Məsələdən 1 il müddət keçməsinə baxmayaraq, Ramin ona borcla bağlı hər hansı ödəniş etməmişdir. O, hər dəfə yük avtomobilin vəziyyəti ilə maraqlananda, avtomobilin reysdə olduğunu öyrənmişdir. Şirkət yük avtomobilinin həbsə qoyulması ilə bağlı məhkəmə qaydasında vəsatət vermişdir. Ancaq həbsin qoyulmasına baxmayaraq, həmin yük avtomobili yenidən reyslərdə fəaliyyət göstərməyə davam etmişdir. Bu məsələni aydınlaşdırmaq üçün Gömrük Komitəsinə müraciət edilmişdir. Nəticədə yük avtomobili Gömrük Komitəsinə məxsus dayanacaqda saxlanılmışdır. Sonuncu dəfə Raminlə əlaqə saxladığı zaman ondan borcun ödənilməsini tələb etmiş və ona pislik etmək istəmədiyini bildirmişdir. Cavab olaraq Ramin məsələ ilə bağlı ona heç nə edə bilməyəcəyini bildirmişdir. Nəticədə məsələ barədə polis orqanlarına müraciət etmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, yük avtomobili Raminin adına rəsmiləşdirilməzdən qabaq Rusiya Federasiyasının “Volqoqrad” şəhərinə göndərilmiş və orada avtomobilin mühərrikində nasazlıq yaranmışdır. Mühərrikin yenidən quraşdırılması ilə əlaqədar o, həmin yerə 5000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Yük avtomobilinin ehtiyyat hissələrinin yenilənməsinə avtomobili satmazdan qabaq 1200 ABŞ dolları məbləğində pul vəsaiti xərcləmişdir. Yük avtomobili Raminin adına rəsmiləşdirilərkən saz vəziyyətdə olmuşdur. Yük avtomobilinin reyslərdə fəaliyyət göstərdiyi təxminən may ayında ona məlum olmuşdur. Həmin vaxta qədər Raminlə aralarında yük avtomobilinin reyslərdə iştirak edərək gəlir gətirməsi barədə söhbət olmamışdır. Yük avtomobilinin başqa şəxsin adına keçirilməsi ona məlum olduqdan sonra Raminlə görüşmüşdür. Görüş zamanı Ramin yük avtomobilinin mühərrikində nasazlıq yarandığını bildirmişdir. O, mühərriki bərpa edəcəyini bildirərək Raminə olan borcunun qaytarılmasını tələb etmişdir. Ramin yük avtomobilini Gəncə şəhərində yerləşən “57-lər” qarajında təmir etdiyini bildirmişdir. Ancaq o və qardaşı həmin qaraja gəldikdə işçilər son 1-2 ay ərzində hər hansı avtomobilin mühərrikini dəyişdirmədiklərini bildirmişlər. Yük avtomobili xaricdən şirkətin adına gətirilmiş, ancaq faktiki olaraq həmin avtomobil ona məxsus olmuşdur. Yük avtomobilini Raminin adına rəsmiləşdirmədə o, iştirak etməmişdir. Ancaq onun əvəzinə həmin prosedurda şirkətin nümayəndəsi iştirak etmişdir. Raminə etibar etdiyi üçün aralarında yalnız şifahi razılaşma olmuşdur. Bu məsələ ilə bağlı Raminlə hər hansı müqavilə bağlamamışdır. Raminlə aralarındakı sövdələşmə ilə bağlı “WhatsApp” sosial şəbəkəsi üzərindən keçirilən yazışmaları ibtidai istintaq dövründə cinayət işi materiallarına əlavə edilməsi üçün müstəntiqə təqdim etmişdir. Sövdələşmədə razılaşdıqları kimi 15 gün keçdikdən sonra o, Raminlə dəfələrlə əlaqə saxlamasına baxmayaraq, Ramin hər dəfə fərqli bəhanələr bildirərək ona olan borcunu qaytarmaqdan yayınmışdır. Artıq həmin məqamdan sonra Raminin ona qarşı dələduzluq etdiyini hesab etmişdir. Yük avtomobilinin onun adına keçirilməsi və daha sonra ona pulun ödənilməsi barədə Raminə təklifi o, etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs adına yük avtomobili rəsmiləşdirmişdir. O, pulun verilməsi mərhələsində iştirak etmişdir. Onlar ilk başda kafedə görüş təyin edərək pulun orada ödənilməsinə razılaşmışlar. Ancaq kafedə pul verilməmişdir. Sonra Ramin bankdan pul vəsaiti alaraq Şahid1 borcunu qaytaracağını bildirmişdir. Görüş təyin edildikdən sonra Şahid1 onunla əlaqə saxlayaraq təyin edilmiş görüşə gələ bilməyəcəyini və onun əvəzinə kafeyə gələrək Ramindən pulu almasını bildirmişdir. O, kafeyə gəlib xeyli müddət gözlədikdən sonra Şahid1la əlaqə saxlamış və Raminin hansı səbəbdən gəlmədiyini soruşmuşdur. Şahid1 Raminlə əlaqə saxlamaq istəsə belə, sonuncu telefon zənglərinə cavab verməmişdir. Daha sonra Ramin borcu yaxın bir zamanda ödəyəcəyini bildirərək Şahid1 vaxt istəmişdir. Belə hallar bir neçə dəfə təkrarlandığından Şahid1 məsələ barədə polis orqanlarına müraciət etmişdir. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şahid1la Raminin arasında olan sövdələşmənin şərtləri barədə məlumatı olmuşdur. Ancaq Ramin həmin şərtlərə əməl etməmişdir. Şahid1la Raminin arasında olan sövdələşmə zamanı o, iştirak etməmişdir. Sonradan kafedə onlarla birlikdə oturan zaman sövdələşmənin şərtləri ona məlum olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla dostu vasitəsi ilə tanış olmuşdur. Sonuncu yük avtomobilini satdığını bildirmişdir. Onlar yük avtomobilinin saz vəziyyətdə olub-olmamasını aydınlaşdırmışlar. Yük avtomobilini yoxlatdırdıqdan sonra satış qiyməti barədə Təqsirləndirilən şəxsla söhbət etmiş, 50000 AZN məbləğində pul müqabilində yük avtomobilini onlara satacağı, ilkin olaraq onların Təqsirləndirilən şəxs 20000 AZN məbləğində pul verəcəkləri və geridə qalan məbləği növbəti 2 ay ərzində ödəyəcəkləri barədə razılaşmışlar. Onlar ilkin ödənişi etdikdən sonra Təqsirləndirilən şəxs yük avtomobilini dostunun adına rəsmiləşdirmək üçün onlara etibarnamə vermişdir. Sonradan növbəti iki ay ərzində həmin yük avtomobilinin istifadəsi zamanı Gürcüstan Respublikasının sərhədini keçən zaman avtomobilin mühərrikində nasazlıq yaranmışdır. Nasazlıqla bağlı onlar Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq iradlarını bildirmiş və maşını ona qaytararaq verdikləri pulu geri götürmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs maşının satılan zaman saz vəziyyətdə olduğunu, həmin maşını borcunu qaytarmaq məqsədi ilə satdığını və ilkin ödəniş zamanı alınan məbləği xərclədiyi deyib pulu geri qaytara bilməyəcəyini bildirmişdir. O, maşını təmir edəcəyini, təmirinə xərclənən məbləği sonda ondan alacağını Təqsirləndirilən şəxs bildirmiş və o da bu təkliflə razılaşmışdır. Onlar maşının mühərrikini dəyişdirərək təmir etmiş, ancaq təmirinə xərclənən məbləği Təqsirləndirilən şəxs ala bilməmişlər. Şahid8 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, maşının Bakı şəhəri, Biləcəri rayonu ərazisində yoxlatdırmışlar. Onlar Təqsirləndirilən şəxs ümumilikdə 30500 AZN məbləğində pul vermişlər. Təqsirləndirilən şəxsla aralarında hər hansı borc olmamışdır. İlkin ödəniş verildikdən sonra yük avtomobilini dostunun adına rəsmiləşdirəcəkləri barədə Təqsirləndirilən şəxsla razılaşmışlar. Təqsirləndirilən şəxs verilən məbləğin bir qismini tanışları Amil adlı şəxs vasitəsi ilə vermişlər. Digər qismini isə Təqsirləndirilən şəxs onlara atdığı bank kartının hesabına yükləmişlər. Yük avtomobilini ölkədən çıxartmaq üçün baş etibarnamə tələb olunmamışdır. İstifadələrində olan bir neçə avtomobili sadə etibarnamə ilə ölkədən çıxartmışlar. Onlar yük avtomobilini Gəncə şəhərində yerləşən “2705” adlı qarajda təmir etmişlər. Təqsirləndirilən şəxs yük avtomobilini satmaq istəmədiyi barədə məlumatları olmamışdır. Kərəm adlı şəxs onun sürücüsü olmuşdur. Sonuncu Təqsirləndirilən şəxs pulun verilməsində iştirak etməmişdir. Kərəmə etibarnaməni Təqsirləndirilən şəxs vermişdir. O, sonradan maşını geri qaytaracağını bildirərək Təqsirləndirilən şəxs pulunun qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs verilən pul Şahid6 məxsus olmuşdur. Təqsirləndirilən şəxsla aralarında yük avtomobilinin alınması ilə bağlı telefon danışığı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid8 əmisioğludur. O, qazanc əldə etmək məqsədi ilə yük avtomobili almaq istəmişdir. Şahid8 bir yük avtomobilinin satışda olduğunu bildirmişdir. Həmin yük avtomobili yoxlatdırmaq məqsədi ilə 19 aprel 2024-cü il tarixdə Meyvəli bazarına getmişlər. Avtomobili yoxlatdırdıqdan sonra öz adına rəsmiləşdirmişdir. Maşını onlara təhvil verməyə Kərəm adlı sürücü gəlmişdir. Şahid8la aralarında haqq-hesab olmuşdur. Haqq-hesab səbəbindən yük avtomobilini Zaurun pulu ilə almışlar. Sonradan maşının mühərrikində nasazlıq yaranmışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlar yük avtomobili alan zaman avtomobil saz vəziyyətdə olmuşdur. Bir müddət avtomobili istifadə etdikdən sorna onun mühərrikində nasazlıq yaranmışdır. Avtomobilin mühərrikini təmir etdikdən sorna avtomobil üzərinə həbs qoyulduğundan sərhəddə saxlanılmışdır. X3 həyat yoldaşıdır. Kərəm adlı şəxs ona etibarnaməsini təqdim etmişdir. O, sənədi Meyvəli bazarında yerləşən YPİ-də yoxlatdırdıqdan sonra razılıqla maşını öz adına rəsmiləşdirmişdir. Yük avtomobilinin mühərrikinin təmirinə ümumilikdə 20000 AZN məbləğində pul xərclənmişdir. Yük avtomobilinin Gəncə şəhərinə aparılmasında və orada onun mühərrikinin təmirində iştirak etməmişdir. Təqsirləndirilən şəxsi tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə baş verən ərəfədə o, yük avtomobili sürücüsü kimi fəaliyyət göstərmişdir. Şahid8 bir qohumunun yük avtomobili almaq istədiyini bildirmiş, ondan “Naxçıvanlıların qarajı” adlanan yerə gedib həmin yük avtomobilinə baxış keçirməsini xahiş etmişdir. Yük avtomobilinə baxış keçirdikdən sonra avtomobilin təmiri üçün müəyyən xərclərin çəkiləcəyini Şahid8 bildirmişdir. Yük avtomobilinin qoşqusu olmuşdur. Sonra Şahid8 yük avtomobilini idarə etmək üçün ona etibarnamə veriləcəyini və avtomobili onun qohumu Ramin adlı şəxsin adına keçirməsini bildirmişdir. O da yük avtomobilini Yol Polis İdarəsində Ramin adlı şəxsin adına keçirmişdir. Sonradan həmin yük avtomobilinin bir neçə dəfə təmir olunduğu və Gürcüstan Respublikası ilə olan sərhəddə mühərrikinin xarab olduğu barədə məlumatı olmuşdur. Həmin yük avtomobili Gəncə şəhərində təmir olunmuşdur. Orada avtomobilin təmiri üçün təxminən 15000-20000 AZN pul xərclənmişdir. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər Ramin adlı şəxsi tanımamışdır. Etibarnamənin verilməsi üçün ona məxsus olan sənədləri işlədiyi şirkətin rəhbərinə təqdim etmişdir. Ramin adlı şəxs yük avtomobilinin onun adına keçirilməsi üçün Yol Polis İdarəsinin qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Yük avtomobilinin hansı qiymətə satıldığı barədə məlumatı olmamışdır. Yük avtomobili ona məxsus olmamışdır. Yük avtomobilinin Ramin adlı şəxsin adına keçirilməsi barədə göstərişi şirkətin rəhbəri Şahid8 vermişdir. Şahid8 Yol Polis İdarəsinə gəlməmişdir. Yol Polis İdarəsinə gələn zaman Ramin adlı şəxs onunla əlaqə saxlamış və maşını gətiribgətirmədiyi barədə maraqlanmışdır. Yük avtomobili Ramin adlı şəxsin adına keçdikdən sonra həmin avtomobili Lökbatan qəsəbəsində yerləşən dayanacaqda saxlayaraq həmin ərazini tərk etmişdir. Ümumiyyətlə həmin yük avtomobilinin alışı-satışı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən həmin yük avtomobilinin satılmasına dair göstəriş verilməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsi tanımamışdır. Sözügedən yük avtomobilinin təmirinə 15000-20000 AZN məbləğində pul vəsaiti xərcləndiyini ona şirkətdə təzə işə başlayan sürücülərdən biri demişdir. Həmin şirkətdə sürücü kimi fəaliyyət göstərmişdir. O, təqsirləndirilən şəxsə 20000 AZN məbləğində pul vəsaiti verməmişdir. Yük avtomobilinin sahibinin kim olduğu barədə məlumatı olmamışdır. Şahid8 əvvəllər işlədiyi şirkətin rəhbəri olmuşdur. Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 6lə birlikdə yaşayır. X7 2023-cü il tarixdə rəhmətə getdiyindən həmin tarixdən etibarən o, “Yenilik İKF” şirkətinin rəhbəri vəzifəsində çalışır. Həmin şirkət həm sendviç panel istehsalatı, həm də beynəlxalq yük daşımalarla məşğuldur. Qohumu Şahid1 atasının sağlığında özünə məxsus olan “DAF XF105” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini “Yenilik İKF” şirkətinin adına keçirmişdir. 2023-cü ilin mart ayından etibarən Əsəd həmin yük avtomobili satmaq qərarına gəlmişdir. Ona görə söhbət zamanı dostu olan Təqsirləndirilən şəxs adlı şəxs həmin avtomobili almaq qərarına gəlmiş və bu barədə sövdələşmişlər. Aralarındakı sövdələşməyə əsasən yük avtomobili Təqsirləndirilən şəxs adına keçirilməli, Təqsirləndirilən şəxs həmin avtomobili banka girov qoyduqdan sonra bankda götürdüyü kreditlə birlikdə Şahid1 ümumilikdə 57000 manat pul verməl idi. 3 aprel 2024-cü il tarixdə o, “Yenilik İKF” şirkətinin rəhbəri olaraq həmin avtomobili “Meyvəli” ticarət mərkəzinin yaxınlığında yerləşən BDYPİ-nin qeydiyyat idarəsində Təqsirləndirilən şəxs adına qoşqusunun nömrəsi **-YF-*** olmaqla, **-RV-*** dövlət qeydiyyat nişanı ilə rəsmiləşdirmişdir. Bundan sonra 57000 manat pul ödənilənə qədər həmin avtomobil Binəqədi rayonu ərazisində yerləşən dayanacaqda qalmalı idi. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək bir neçə həfətədən sonra həmin avtomobili Gəncə şəhərində yaşayan Sənəm Mehdiyeva adlı qadının adına qoşqusunun qeydiyyat nişanı **-ZB-*** olmaqla, **-EN-*** dövlət qeydiyyat nişanı ilə alqı-satqı müaviləsi əsasında rəsmiləşdirmişdir. Bundan sonra həmin yük avtomobili beynəlxalq yük daşımalarla məşğul olmuşdur. Bu müddət ərzində Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək avtomobilin dəyəri olan 57000 manat pulu Şahid1 ödəməmişdir. X8 Kərimova bu barədə bildirsə də o, həmişə müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Bu günə qədər Təqsirləndirilən şəxs Şahid1 bununla bağlı pul ödəməmişdir (cild 1, iş vərəqi 114- 115). Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 7 ünvanında yaşasa da, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Yarımca kəndində qeydiyyatdadır. 8 ilə yaxındır ki, yük avtomobili sürücüsü kimi faəliyyət göstərir. Təxminən 4 ilə yaxındır ki, Şahid1lə dostluq münasibəti var. Əsədin DAF XF 105 markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini satmaq istədiyini eşitmişdir. 2024-cü mart ayının əvvəllərində Masazır qəsəbəsində “Duz gölü” kafesində o, dostu Əsəd, Ramin, Natiq və Elşad birlikdə oturub çay içərkən Əsəd yük avtomobilini satmaq istədiyini bildirmişdir. Bu zaman Əsədin dostu Ramin DAF XF 105 markalı, **-ZC- *** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini almaq istədiyini bildirdi. Raminin şərti belə oldu ki, avtomobil Raminin adına rəsmiləşdirilməli idi, Ramin həmin avtomobili Unibanka girov qoyaraq oradan kredit götürüb, daha sonra çatışmayan pulu özü düzəldib yük avtomobilin qiyməti olan 57000 manatı ödəyəcəkdi. Lakin pul ödənilənə qədər yük avtomobili dayanacaqda qalacaqdı. Bundan sonra mart ayının 29-da Masazır qəsəbəsində kafedə o, Əsəd və Ramin görüşmüşlər. Danışıq zamanı Əsəd Raminlə razılaşdığından Ramin axşam saatlarında tıxac azaldıqdan sonra Ramin yük avtomobilini onun yaşadığı “Qurtuluş 93” ünvanında yerləşən ünvanından götürüb aparıb Binəqədi rayonunda dayanacağa qoyulacaqdı. Avtomobilin pulu olan 57000 manat ödənildikdən sonra avtomobili dayanacaqdan götürəcəkdi. Həmin gün saat 12 radələrində Ramin adını bilmədiyi sürücüsü ilə birlikdə yaşadığı ünvana gəlib ona zəng edərək yük avtomobilinin yanında olduğunu bildirmişdir. O, yük avtomobilindən öz əşyalarını götürmüş, sonra Əsədə zəng etmişdir. Təxminən yarım saat sonra Əsəd gəlmiş, o, Əsədin yanında avtomobili Raminə təhvil vermişdir. Daha sonra aprel ayının 3-də avtomobili Raminin adına keçirilmişdir. May ayının axırlarında o, “Qırmızı körpü” sərhəd keçid məntəqəsində sırada gözləyərkən həmin yük avtomobilinin keçdiyini görmüşdür. Lakin avtomobilin nömrəsi dəyişilmiş və **-EN-*** olmuşdur. Daha sonra o, Əsədə zəng etmiş və ona avtomobilin Qırmızı körpü səhrəd keçid məntəqəsində olduğunu bildirmişdir. Bu zaman Əsəd ona həmin avtomobilə yaxınlaşmağını istəmişdir. O, avtomobilin şəkillərini çəkib Əsədə göndərmişdir. Daha sonra sürücüyə yaxınlaşmış və bu avtomobili nə vaxtdan sürdüyünü soruşmuşdur. O isə ilk reysi olduğunu bildirmişdir. Sürücüdən texniki pasportun şəklini çəkib Əsədə göndərmişdir. Həmin avtomobili etibarnamə ilə Gəncə şəhərindən olan bir qadından götürdüyünü bildirmişdir. Həmin şəxsdən Ramin adlı şəxsi tanıyıb tanımadığı soruşduqda həmin sürücü Ramin adlı şəxsi tanımadığını bildirmişdir. Daha sonra o, işinə davam etmişdir. Əsəd bu hadisədən sonra dəfələrlə Raminlə görüşsə də sonuncu bu günə qədər ona məxsus 57000 manat pulu ödəməmişdir (cild 1, iş vərəqi 116-117). Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 10 ünvanında yaşasa da, Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. 10 ilə yaxındır ki, yük avtomobili sürücüsü kimi faəliyyət göstərir. Uşaqlıqdan etibarən Şahid1lə dostluq münasibəti var. Əsədin DAF XF 105 markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini satmaq istədiyini eşitmişdir. 2024-cü mart ayının əvvəllərində Masazır qəsəbəsində “Duz gölü” kafesində o, dostu Əsəd, Ramin, Natiq və Vüsal birlikdə oturub çay içərkən Əsəd yük avtomobilini satmaq istədiyini bildirmişdir. Bu zaman Əsədin dostu Ramin DAF XF 105 markalı, **-ZC- *** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini almaq istədiyini demişdir. Raminin şərti belə olmuşdur ki, avtomobil Raminin adına rəsmiləşdirilməli idi, Ramin həmin avtomobili "xxxx"a girov qoyaraq oradan kredit götürüb, daha sonra çatışmayan pulu özü düzəldib yük avtomobilin qiyməti olan 57000 manatı ödəyəcəkdi. Lakin pul ödənilənə qədər yük avtomobili dayanacaqda qalacaqdı. Bundan sonra müəyyən vaxtlarda Əsədlə söhbət edərkən o, avtomobili Raminin adına rəsmiləşdirdiyini, lakin pulu hələ vermədiyini bildirmişdir. Bundan sonra o, Əsəddən öyrənmişdir ki, Ramin yük avtomobilini başqa adam satmış və həmin yük avtomobilindən istifadə edirlər. Daha sonra Raminin Əsədə verməli olduğu avtomobilin pulu olan 57000 manatı vermədiyi ona məlum olmuşdur (cild 1, iş vərəqi 122-123). İş üzrə “baxış keçirilməsi barədə” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 “WhatsApp” ani mesajlaşma tətbiqinə “X11” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs tərəfindən mesaj göndərilmiş və onun tərəfindən “Esed yanımda qonağlar var danışa bilmirem sene bir söz deyirem men sabaha o pulu alıb vermesem menum ağzımı ves azerbaycan.......(nalayiq ifadə), Gecen xeyir, Sabaha görüşerik, Men onda gerek.......(nalayiq ifadə) olam sabaha o pulu alıb vermesem” məzmunlu mesajlar gəldiyi müəyyən edilmişdir. Bu yazışmadan Təqsirləndirilən şəxs avtomobilin dəyəri olan pulu qısa müddətdə Şahid1 ödəməyi öz öhdəsinə götürdüyü aydın görünür (cild 1, iş vərəqi 37). İş üzrə “baxış keçirilməsi barədə” 4 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN VMAS üzrə əldə edilmiş portal çıxarışa əsasən buraxılış ili 2011-ci il olan, şassi nömrəsi XLRTE47MS0E908091 olan, DAF FT XF 105.510 markalı, köhnə nömrə nişanı **-RV-***, yeni nömrə nişanı **-EN-*** olan yük avtomobili xx.xx.2024cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı ə/d, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 24 ünvanında qeydiyyatda olan X1. Həmçinin Azərbaycan Respublikası DİN VMAS üzrə əldə edilmiş digər portal çıxarışına əsasən buraxılış ili 2008-ci il olan, şassi nömrəsi WK0S**********378 olan, Koeger S24 markalı köhnə nömrə nişanı **-YF-***, yeni nömrə nişanı **-ZB-*** olan yarımqoşqu xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı ə/d, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 24 ünvanında qeydiyyatda olan X1 (cild 1, iş vərəqi 130). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 1 iyul 2025-ci il tarixli qərarından görünür ki, iş üzrə şahid qismində Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Şahid8 “WhatsApp” tətbiqi ilə əlaqə saxlanaraq video konfrans vasitəsi ilə dindirilən zaman çəkilmiş videogörüntü olan 1 ədəd «DVD» disk, Təqsirləndirilən şəxs və Şahid1 arasında olan “Whatsapp” tətbiqi vasitəsilə aparılan yazışma, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş DAT FT XF 105.510" markalı yük avtomobilin alış və satışına dair sənədlər və Qaradağ Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DAF FT XF 105.510” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs və Şahid1 arasında olan “WhatsApp” tətbiqi vasitəsilə aparılan yazışma, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş DAF FT XF 105.510 markalı yük avtomobilin alış və satışına dair sənədlər cinayət işinin materiallarına əlavə edilmiş, yük avtomobili isə Bakı Baş Gömrük İdarəsinin, X10 Terminalının dayanacağında saxlanılmışdır (cild 1, iş vərəqi 275-287). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, “Meyvəli” ticarət mərkəzinin yaxınlığında yerləşən DİN BDYPİ-nin Qeydiyyat-imtahan məntəqəsidir (cild 1, iş vərəqi 99-103). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli qərarı ilə DAF FT XF 105.510” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 1, iş vərəqi 155-156). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə “Yenilik İKF” arasında alıqsatqı sənədlərindən görünür ki, 2 aprel 2024-cü il tarixdə Koegel S4 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu 17000 manat, DAF FT XF 105.510” markalı, **-JC-*** markalı yük avtomobili isə 40000 manata Təqsirləndirilən şəxs satıldığından dəymiş maddi ziyan 57000 manat kimi hesablanmışdır (cild 1, iş vərəqi 135-152). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Kərimov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib ona 500 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2020-ci il tarixdə cərimə tam şəkildə ödənilmişdir (cild 1, iş vərəqi 209). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkdikdən 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs axtarışda olduğundan 22 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 160). Cinayət işinin materiallarında olan 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi: 202-203). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğundan 16 iyun 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 246). Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 254-257). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasına vurulmuş maddi zərərə görə 57.000 manat, əldən çıxmış fayda qismində 37.800 manat və mənəvi zərərə görə 5000 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində, ümumilikdə 100.100 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq 391 manat məbləğində rüsumun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının xeyrinə ödənilməsi, tutmanın DAF XF 105 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxs qismində tutulduğu 16 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş mülki iddia ərizəsini müzakirə edib bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki iddiaçının ərizəsində qeyd etdiyi əldən çıxmış fayda qismində 37.800 manat məbləğ heç bir sənədlə təsdiq olunmur. Bununla yanaşı, hüquqi şəxsin adından çıxış edən Şahid1 ilə təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən yük avtomobili və qoşqusunun hüquqi şəxs tərəfindən satılması və təqsirləndirilən şəxs tərəfindən 1 ay ərzində pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Şəxsin əmlakını satdıqdan sonra onun qiymətindən əlavə hansısa fayda əldə etməsi mümkün olmadığından mülki iddia həmin hissədə təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il qərarının 3-cü bəndindən görünür ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hazırkı iş üzrə isə zərərçəkmiş şəxs olaraq hüquqi şəxs tanındığından həmin hissədə mülki iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, 57691 (əlli yeddi min altı yüz doxsan bir) manat Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının xeyrinə tutulmalıdır. Bakı Baş Gömrük İdarəsinin X10 Terminalının dayanacağında saxlanılan DAF FT XF 105.510 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alıcısı vicdanlı olduğundan mülki iddia tutmanın həmin avtomobilə yönəldilməsi barədə hissədə də təmin edilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübutlar: -Bakı Baş Gömrük İdarəsinin X10 Terminalının dayanacağında saxlanılan DAF FT XF 105.510 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli qərarı ilə qoyulmuş həbs götürülməli, -iş üzrə şahid qismində dindirilmiş Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Şahid8 “WhatsApp” tətbiqi ilə əlaqə saxlanılaraq video konfrans vasitəsilə dindirilən zaman çəkilmiş videogörüntü olan 1 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs və Şahid1 arasında olan “Whatsapp” tətbiqi vasitəsilə aparılan yazışma, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş DAF FT XF 105.510 markalı avtomobilin sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin, 57691 (əlli yeddi min altı yüz doxsan bir) manat Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İstehsalat-Kommersiya firmasının xeyrinə tutulsun. İş üzrə maddi sübutlar: -Bakı Baş Gömrük İdarəsinin X10 Terminalının dayanacağında saxlanılan DAF FT XF 105.510 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli qərarı ilə qoyulmuş həbs götürülsün; -iş üzrə şahid qismində dindirilmiş Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Şahid8 “WhatsApp” tətbiqi ilə əlaqə saxlanılaraq video konfrans vasitəsilə dindirilən zaman çəkilmiş videogörüntü olan 1 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs və Şahid1 arasında olan “WhatsApp” tətbiqi vasitəsilə aparılan yazışma, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş DAF FT XF 105.510 markalı avtomobilin sənədləri cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1596/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1596/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver