Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1597/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Ağdaş şəhəri, Vaqif küçəsi, ev 15-də qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhərində yaxın münasibətlərdə olan, eləcə də başqa şəxslə faktiki nikah münasibətlərində olan Şahid2 ailəsini tərk edib onunla ər-arvad kimi yaşamasını təkidlə tələb etməsi ilə əlaqədar, sonuncunun əri Zərərçəkmiş şəxs bu məsələyə aydınlıq gətirmək niyyətilə görüşmək barədə təklifini qəbul edib, yaşadığı evdə istifadə olunan 1 (bir) ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağını özü ilə götürərək 08 mart 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı Metropoliteninin “Nəriman Nərimanov” metro stansiyasının çıxışında yerləşən “Ağ Çiçəyim” adlı gül mağazasının qarşısında görüşüb, əvvəlcə “Nəriman Nərimanov” adına olan istirahət parkında, daha sonra isə Mirzəbala Əhmədzadə, Əlicabbar Orucəliyev və Təbriz küçələrində, nəhayət Təbriz küçəsində yerləşən 173 saylı binanın həyətində Şahid2 ilə münasibətlərinin olubolmaması ilə bağlı Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına “şərəfsiz və namussuz” sözlərini işlədib onu döydükdən sonra ayrılıb uzaqlaşdığını gördükdə, Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürmək məqsədilə sonuncunun arxası ilə qaçaraq bel hissəsində gizlətdiyi bıçağı çıxararaq Zərərçəkmiş şəxs zor tətbiq edib sonuncunun bel nahiyəsindən vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sağ bel nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, bundan sonra öz hərəkətlərini davam etdirib əlində tutduğu bıçaqla ona tərəf dönmüş Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin böyük əyriliyinin zədələnməsi və kəskin qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs ondan uzaqlaşıb qaçdığını gördükdə öz cinayətkar əməlini başa çatdırmaq niyyətilə çoxsaylı müəssisələrin, ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdiyi, nəqliyyatın və vətəndaşların hərəkət etdiyi ictimai yerlərdə uca səslə Zərərçəkmiş şəxslə mübahisə etməklə kənardakı şəxslərin diqqətini özlərinə cəlb edib vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edən ətrafda olan insanlara məhəl qoymayaraq, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq hərəkətləri etməklə Təbriz küçəsi ilə təxminən 150 metr əlində bıçaqla Zərərçəkmiş şəxs təqib edib sonuncu avtomobil yolunun mərkəzi hissəsində yıxıldığından yenidən bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmək istədikdə, Zərərçəkmiş şəxs bıçaq zərbəsindən yayınaraq ondan kənarlaşıb yolu keçərək həmin küçədə yerləşən avtobus dayanacağının sağ tərəfində olan torpaq əraziyə yıxıldığını görüb yenidən sonuncuya yaxınlaşıb bıçaqla həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs alının sağ yarısının tüksüz hissəsində sağ qaş üstü nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən kəsilmiş yarası xəsarəti, sağ saidin orta üçdə birinin iç səthinin 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin ön səthinin 1 (bir) ədəd, sağ sağrı nahiyəsinin aşağı kvadratının iç səthinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərini yetirmiş, zərbələrin təsirindən əlində tutduğu bıçaq dəstəyi hissəsindən qırıldığından və hadisə yerində olmaqla onun qanunsuz hərəkətlərinin qarşısını alan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin maliyyə üzrə mühasibi, polis serjantı Şahid1 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiyindən Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid2 Dərnəgüldə yeni tikilən “Bravo” marketin qarşısında gül satan zaman görmüşdür. O, həmin vaxt Səmaya “Bravo” marketin qarşısında gül satmağa icazə verilmədiyini demişdir. O, Səmaya başqa söz deməmiş, eləcə də Səmanı təhqir etməmişdir. 08 mart 2021-ci il tarixdə axşam vaxtı onun xatırlamadığı nömrədən ona zəng gəlmişdir. O, telefonu açdıqda bir nəfər Tərxanın bacısı Elnarənin əri Fərid kimi özünü ona təqdim etmişdir. Əvvəllər Fəridlə onun arasında dostluq münasibətləri olmuşdur. O, özünü Fərid kimi təqdim edən şəxslə danışdığı zaman həmin şəxsin Fərid olmaması ilə bağlı şübhələri yaranmışdır. Həmin şəxs onunla işi olduğunu bildirərək ondan “Xutorda” olan dəmir körpünün yanına gəlməyini istəmişdir. O isə həmin gün ora gedə bilməyəcəyini və sabah görüşə biləcəyini demişdir. Həmin vaxt o, kirayədə yaşadığı evdə olmuş və yorğun olduğundan görüşmək istəməmişdir. Bir neçə dəqiqədən sonra yenidən həmin nömrədən ona zəng gəlmiş və o, telefonu açdıqda zəng edən şəxs yenidən özünü Fərid kimi təqdim edərək onunla danışmağa başlamışdır. Həmin şəxs ona təkidlə “Nərimanov” metro stansiyasının yanında olan “Ağ Çiçəyim” gül mağazasının yanına gəlməyini bildirmişdir. O, həmin şəxslə razılaşaraq “Nərimanov” metro stansiyası tərəfə gələcəyini bildirmişdir. Həmin zəngdən sonra o, artıq telefonda danışan şəxsin Fərid olmadığında əmin olmuş və hansısa pis hadisənin olacağını güman edərək evdə istifadə etdiyi mətbəx bıçağını özü ilə götürmüşdür. Onun mətbəx bıçağını özü ilə götürməkdə məqsədi hadisə olacağı təqdirdə özünü müdafiə etmək olmuşdur. O, “Nərimanov” metro stansiyasının çıxışında olan vaxt həmin nömrədən yenə ona zəng gəlmişdir. O, telefona cavab verdikdə Tərxan və bir nəfər şəxsin “Ağ Çiçəyim” gül mağazasının qarşısında dayandıqlarını görmüşdür. Bundan sonra o, Tərxangilə yaxınlaşmışdır. Həmin vaxt Tərxanın yanında olan şəxs Fərid olmamışdır. Sonradan o, Tərxanın yanında olan şəxsin adının Rəfail olduğunu bilmişdir. O, Tərxangilə yaxınlaşaraq salamlaşmışdır. O, Tərxana “xeyir ola, nə yaxşı çağırmısan məni” deyə soruşmuşdur. Tərxan da ona “bilmirsən, gəl mən sənə başa salacam nə olub” deyə cavab vermişdir. Bu vaxt o, Rəfaildən “məni Fərid adı ilə sən çağırmısan?” deyə soruşmuşdur. Rəfail də ona Fərid adı ilə onu çağırdığını bildirmişdir. Sonra o, Tərxana demişdir ki, “burada adam çoxdur, gəl biraz kənara keçək”. Tərxan da onunla razılaşmış və onlar kənara keçmişlər. Rəfail isə orada qalaraq onlarla getməmişdir. O, Tərxanla parkın içi ilə söhbət edə-edə gəzməyə başlamışdır. Tərxan həmin vaxt onunla kobud danışmağa başlamışdır. Onlar birlikdə bir qədər gəzmişlər. Sonra Tərxan onu heç kəsin olmadığı yerə aparmışdır. Orada Tərxan ona “Səmanı kimdənsə soruşmusan?” deyərək sual vermişdir. O isə Tərxana Səmanı heç kəsdən soruşmadığını, eləcə də belə bir söhbətin olmadığını bildirmişdir. Tərxan ona yenidən əsəbi formada “gəl bura, səni başa salacam” demişdir. Həmin vaxt hava qaranlıq olmuş və orada heç kəs olmamışdır. Sonra Tərxan onu söyməyə başlamışdır. O, Tərxana söyüş söyməməsini bildirmişdir. Tərxan isə bu vaxt onu çiynindən itələyərək yerə yıxmış və onun sifət nahiyəsindən, habelə sinəsindən yumruqla vurmuşdur. O, Tərxanı itələyərək kənarlaşdırmağa çalışsa da, Tərxan onu buraxmamışdır. Sonra o, bir təhər ayağa qalxaraq Tərxandan aralanmışdır. Tərxan ona hədə-qorxu gələrək hər yerdə onu pis vəziyyətə salacağını bildirmişdir. Bundan sonra onlar yol kənarına tərəf piyada hərəkət etməyə başlamışlar. Tərxan ondan bir addım qabaqda getmiş və yenə ona hədə-qorxu gəlməyə davam etmişdir. O, Zərərçəkmiş şəxs arxası ilə gedərək “bu nə hərəkətdir edirsən” demişdir. Bu vaxt Tərxan ona tərəf dönərək onun sifətindən itələmişdir. Tərxanın bu hərəkəti onu daha da əsəbiləşdirmişdir. Bundan sonra o, Tərxanın arxasınca gedərək özü ilə gətirdiyi bıçağı çıxarıb Tərxana tərəf getmiş və sonuncunun bel tərəfindən bir dəfə bıçaqla vurmuşdur. Bu vaxt Tərxan ona tərəf dönmüş və onun üstünə gəlməyə başlamışdır. O, bundan sonra yenə bıçaqla Tərxanın qarın nahiyəsinə vurmuşdur. Tərxan onun əlində bıçaq olduğunu gördükdən sonra qaçmağa başlamışdır. O da Tərxanın arxasınca qaçmışdır. O, Tərxanın arxasınca qaçdığı vaxt Tərxan birdən yolda yerə yıxılmışdır. Bu zaman o da yerə yıxılmışdır. Onlar yerə yıxıldıqları vaxt yerdə əlbəyaxa olmuşlar. Lakin o, Tərxanı yerdə bıçaqla vura bilməmişdir. Sonra Tərxan ayağa qalxaraq qaçmağa çalışmışdır. Tərxan qaçmaq istədikdə o, əlində olan bıçaqla Tərxana bir dəfə də zərbə endirmişdir. Lakin bıçaq Tərxana dəyməmişdir. Sonra Tərxan ayağa qalxaraq yolu keçmişdir. Tərxan yolu keçdikdə avtobus dayanacağından sağ tərəfdə torpaq ərazidə yenidən yerə yıxılmışdır. O, Tərxanın yerə yıxıldığını görüb Tərxanın üzərinə gedərək əlində olan bıçaqla yenə Tərxanı vurmağa çalışmışdır. Lakin həmin zərbələr Tərxana dəyməmişdir. Həmin vaxt orada olan şəxslərdən kimsə onu aralaşdırmışdır. O, Tərxandan aralaşmaq istəməsə də, onu aralayan və mülki geyimdə olan şəxs özünün xidməti vəsiqəsini çıxararaq polis olduğunu bildirmişdir. O, bundan sonra biraz sakitləşmiş və əlində olan bıçağı mülki geyimdə olan həmin polisə təqdim etmişdir. Sonra o, bir qədər də sakitləşmişdir. Sonra polislər hadisə yerinə gələrək onu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini, eləcə də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, bunun əksinə olaraq özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməməsi və xuliqanlıq cinayətini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək kimi niyyətinin olmaması, sonuncunu qəsdən öldürməyə cəhd etməməsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərinin yalan olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir. O, Cabiri uşaqlıqdan tanıyır. Şahid2 isə onun arvadıdır. Səma hələ yetkinlik yaşına çatmadığından onlar nikaha daxil olmamışlar. Onların yeni doğulmuş bir körpə övladı var. O, Səmanı sevib ailə qurmuşdur. Onun bildiyinə görə əvvəllər Cabir Səmanı sevmiş və ailə qurmaq istəmişdir. Lakin Səma ona qoşularaq qaçmışdır. Ona görə də Cabir Səmadan incimişdir. O, Səma ilə ailə həyatı qurduqdan sonra onlar Ağdaş rayonundan işləmək üçün Bakı şəhərinə gəlmişlər. O, fəhləlik etmişdir. Səma isə “Bravo” marketin qarşısında səyyar şəkildə gül satmışdır. Bir gün Səma ona demişdir ki, “Bravo” marketin qabağında Cabiri görmüşəm”. Səma, həmçinin ona demişdir ki, “Cabir bir neçə dəfədir ki, mənə yaxınlaşaraq söhbət edir, məndən niyə onunla evlənməməyimi soruşur, ona qoşularaq qaçmağımı təklif edir”. O da Səmadan Cabirə nə cavab verdiyini soruşmuşdur. Səma isə Cabirə üz vermədiyini, Cabirdən uzaqlaşmaq istəsə də, Cabirin əl çəkmədiyini ona demişdir. Eyni zamanda onlarla eyni rayondan olan və “Bravo” marketin qarşısında işləyən şəxslər də ona demişlər ki, onların həmyerlisi olan Cabir onun arvadı Səmaya yaxınlaşaraq narahat etmişdir. Bu məsələ onu çox narahat etmişdir. Səma bunu ona danışdıqdan sonra o, əsəbiləşmiş və Cabirin onda olan mobil nömrəsinə zəng edərək Cabirə görüşmək istədiyini demişdir. Əvvəllər o, Cabirlə eyni rayonda yaşadığından və sonuncu ilə normal münasibəti olduğundan Cabirin nömrəsini bilmişdir. O, Cabirə zəng edərək özünü Fərid kimi təqdim etmişdir. Belə ki, o, Cabirə Tərxan olduğunu desəydi, Cabir onunla görüşə gəlməyəcəkdi. O, Cabirlə telefonla danışdıqdan sonra onlar “Nərimanov” metrosunun yanında olan “Ağ Çiçəyim” gül mağazasının yanında görüşməyə qərar vermişlər. O, Cabirlə telefonla danışdığı zaman onların arasında heç bir mübahisə yaranmamışdır. 08 mart 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində onlar “Ağ Çiçəyim” gül mağazasının qarşısında görüşmüşlər. Orada adam çox olduğundan onlar bir qədər kənara çəkilmək istəmişlər. Həmin vaxt onun yanında Rəfail adlı dostu da olmuşdur. Lakin o, Cabirlə kənara çəkildikdə Rəfail onlarla gəlməmiş, əksinə kənarda qalmışdır. Rəfail sonradan onların arasında olan hadisəni görməmişdir. O, Cabirlə adamların olmadığı yerə çəkildikdən sonra Cabirdən hansı səbəbdən Səmanın arxasınca düşməsini və narahat etməsini soruşmuşdur. Cabir isə ona Səmadan yalnız bir kəlmə “niyə onunla (Tərxanla) qoşulub qaçdığını” soruşduğunu demişdir. Həmin vaxt o, əsəbi olmuşdur. Cabirin Səmaya qoşulub qaçması barədə etdiyi təklif onu özündən çıxarmışdır. Sonra o, Cabirə “sən şərəfsiz və namussuzsan. Bir də Səmanın arxasınca gəlsən və narahat etsən, yaxud da ona yaxınlaşsan məndən incimə” demişdir. Bundan sonra Cabir onun əlindən tutmuş və onlar əlbəyaxa olaraq yerə yıxılmışlar. O, yerə yıxıldıqdan sonra yumruq ilə Cabirin üzündən vurmuşdur. Həmin vaxt Cabir də ona qarşılıq verərək onu vurmuşdur. Onlar bir qədər əlbəyaxa olduqdan sonra ayağa qalxmışlar. O, Cabirə irad bildirərək birdə belə hadisənin baş verməməsini demiş və üzünü döndərib oradan uzaqlaşmaq istəmişdir. O, təxminən on addım atmışdır ki, birdən Cabir onu arxadan çağırmış və ona “bu nə hərəkətdir edirsən” demişdir. O, arxaya dönərək Cabir tərəfə getmiş və sonuncunu itələmişdir. Sonra o, öz yoluna davam etmişdir. Cabir isə onun arxasınca gələrək anidən onun belindən zərbə vurmuşdur. O, həmin vaxt belinə nə olduğunu başa düşməmişdir. O, Cabir tərəfə döndükdə Cabirin əlində bıçaq olduğunu görmüşdür. Bu vaxt Cabir yenidən onun qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Cabir onu iki dəfə bıçaqladıqdan sonra yenidən ona bıçaq zərbəsi vurmaq istəmişdir. O, bunu görüb qorxmuş və Cabirin əlindən qaçmaq istəmişdir. Yoxsa Cabir onu öldürəcəkmiş. Bundan sonra o, qaçmağa başlamışdır. Cabir isə onu təqib edərək onun arxasınca qaçmışdır. Cabirin əlində bıçaq olmuşdur. O, təxminən 100-150 metr qaçdıqdan sonra halsız olduğundan avtomobil yolunun ortasında yerə yıxılmışdır. O, Cabirin ona çatdığını görmüş və bir təhər ayağa qalxmışdır. Cabir isə bu vaxt ona çataraq bıçaqla vurmaq istəmiş, lakin bıçaq ona dəyməmişdir. O, Cabirin sakitləşmədiyini görüb yolu qaçaraq keçmiş və yenidən yerə yıxılmışdır. Ondan çoxlu qan axmışdır. Cabir onun yerə yıxıldığını görüb yenə ona tərəf qaçaraq üzərinə çıxmış və yenidən bıçaqla ona zərbələr endirməyə başlamışdır. Bu vaxt o, var gücü ilə özünü müdafiə etməyə çalışmışdır. Həmin vaxt onların yanında çoxlu sayda adam olmuşdur. Cabirin hərəkətləri və qışqırması adamların diqqətini cəlb etmişdir. Cabir onun qarın nahiyəsindən bıçaqlamaq istəsə də, o, özünü müdafiə etdiyindən bıçaq zərbələri onun əllərinə və qollarına dəymişdir. Cabirin endirdiyi ən möhkəm bıçaq zərbəsi isə onun sağ əlinə dəymişdir. Həmin vaxt zərbədən bıçaq əyilmişdir. Cabir yenidən bıçağı düzəldərək onu vurmaq istəmişdir. Bu zaman orada olan şəxslər Cabiri itələmişlər və onları aralaşdırmışlar. Orada dayanmış maşınlardan birinin sürücüsü onu avtomobilinə mindirərək xəstəxanaya aparmışdır. Hal-hazırda o, özünü normal hiss edir. O, hazırda Təqsirləndirilən şəxsla barışmış, onun Cabirə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, Tərxan onun əridir. O, Tərxana qoşulub qaçmamışdan əvvəl Cabir ona sevdiyini demiş və onunla evlənmək istəmişdir. Lakin Cabir onun xoşuna gəlmədiyindən o, Cabirlə evlənmək istəməmişdir. Onun Tərxandan xoşu gəldiyindən o, Tərxana qoşularaq qaçmışdır. Hazırda onların balaca körpəsi var. O, 18 yaşına çatmadığından Tərxanla rəsmi nikaha daxil olmamışdır. O, Tərxanla ailə qurduqdan sonra işləmək üçün onlar Ağdaş şəhərindən Bakı şəhərinə gəlmişlər. Tərxan müxtəlif yerlərdə işləmiş, o isə “Bravo” marketin qarşısında nərgiz güllərini səyyar şəkildə satmışdır. O, gül satan zaman bir dəfə təsadüfən orada Cabiri görmüşdür. Həmin vaxt Cabir orada corab satmışdır. O, Cabiri tanısa da, sonuncu onu həmin vaxt tanımamışdır. Ona görə də o, Cabirdən bir qədər uzaqlaşmışdır. Növbəti gün o, yenidən Cabiri orada görmüşdür. Bu dəfə Cabir onu gördükdə tanımış və ona yaxınlaşaraq danışmağa başlamışdır. O, Cabirlə danışmaq istəməsə də, sonuncu onun arxasınca düşmüş və ondan niyə özünü (Cabiri) seçməyərək Tərxanla ailə qurduğunu soruşmuşdur. O da öz növbəsində Tərxanı sevərək ailə qurduğunu Cabirə demiş və ondan əl çəkməsini Cabirdən istəmişdir. Lakin Cabir ondan əl çəkməyərək onu narahat etmişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. O, Cabirin bu hərəkətlərindən bezərək əri Tərxana Cabirin hərəkətləri və Cabirə qoşulub qaçmaq barədə təklif etdiyini bildirmişdir. Tərxan bundan çox hirslənmiş və ondan Cabirin nömrəsini istəmişdir. O da Cabirin nömrəsinin onda olmadığını Tərxana bildirmişdir. X26 zəng edərək danışmış və görüş təyin etmişdir. Sonra Tərxan çıxıb getmişdir. Həmin gün axşam vaxtı onlar bilmişlər ki, Tərxan Cabirlə görüşmüş və Cabir görüşə bıçaqla gəlmiş, sonra Cabirlə Tərxanın arasında dava-dalaş olmuş və həmin vaxt Cabir bir neçə dəfə Tərxana bıçaqla zərbə endirmişdir. Onun baş vermiş hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 08 mart 2021-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mağazaları gəzmişdir. O, mağazada ətirlərə baxan zaman birdən çöldən səs-küy gəlmişdir. O, səs-küyün səbəbini öyrənmək üçün mağazadan küçəyə çıxmışdır. Bu vaxt o, yolun qarşı tərəfində yerləşən avtobus dayanacağının sağ tərəfində olan otluq ərazidə bir nəfərin yerdə kürəyi üstə yıxılmış vəziyyətdə, digərinin isə həmin şəxsin üzərində olduğunu görmüşdür. O, çölə çıxmamışdan əvvəl səsin sol tərəfdən gəldiyini, bir nəfərin səki ilə qaçdığını, digər şəxsin isə səki ilə qaçan şəxsin arxasınca qaçdığını eşitmişdir. Həmin vaxt zərərçəkmiş şəxs mağazanın yerləşdiyi səki ilə qaçaraq yolu keçmiş və həmin yerdə hadisə baş vermişdir. Çünki o, mağazadan küçəyə çıxmamışdan əvvəl səs yaxından gəlmişdir. O, hadisənin baş verdiyi yerə baxdıqda, ora avtobus dayanacağı olduğuna görə orada 10-12 nəfər adam olmuşdur. Orada toplaşan insanlar səs-küyə gəlmişlər. Lakin orada olan şəxslərdən heç kəs dalaşan şəxsləri kənarlaşdırmamışdır. O, baş vermiş hadisənin qarşısını almaq üçün mağazadan hadisənin baş verdiyi yerə, yəni yolun digər tərəfinə keçmişdir. Sonradan o, adı Cabir olan şəxsin əlindəki bıçaqla adı Tərxan olan şəxsə zərbələr endirdiyini görmüşdür. O, tez Cabirlə Tərxanın yanına catmış və dərhal Cabiri itələyərək sonuncunu Tərxandan kənarlaşdırmışdır. Həmin vaxt Cabir yerə yıxılmışdır. O, Cabirin üzərinə gedərək Cabiri zərərsizləşdirmək istəmiş və bu məqsədlə Cabirin əllərindən və sinəsindən tutmuşdur. O, Cabiri tutduqdan sonra sonuncu onun əlindən çıxaraq Tərxana tərəf getmiş və Tərxana yenidən xəsarət yetirmək istəmişdir. O, çox çətinliklə Cabiri tutub saxlamışdır. Sonra o, Cabirin qarşısını almaq məqsədilə xidməti vəsiqəsini Cabirə göstərərək polis olduğunu bildirmişdir. Həmin vaxt Cabir şokdan ayılmış və biraz sakitləşmişdir. O, xidmətdən kənar olduğu üçün hadisə baş verən zaman mülki geyimdə olmuşdur. O, Cabiri saxlayan zaman orada olan digər şəxslər Tərxanı avtobus dayanacağının qarşısına aparıb avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Sonra o, Cabirdən bıçağı verməsini istəmiş, Cabir də bıçağı ona vermişdir. Cabir bıçağı ona verən zaman bıçağın dəstəyi olmamışdır. Sonra o, Cabiri səkinin üzərində otuzdurmuş və qaçmamasını təmin etmək məqsədilə Cabirin əlindən tutmuşdur. Sonra o, DİN-nin “102” çağrı mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, polis əməkdaşlarının gəlməsini gözləyən zaman Cabirin Tərxanı vurduğu yerə baxdıqda bıçağın dəstəyini aşkar etmişdir. Qısa müddətdən sonra 18-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər və onlar həmin polis əməkdaşları ilə birlikdə 18-ci Polis bölməsinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində işləyir. O, 08 mart 2021-ci il tarixdə Şahid4 ilə birlikdə xidmət aparmışdır. Onlar həmin gün xidməti avtomobil ilə ərazidə hərəkət edən zaman efir vasitəsilə Təbriz küçəsində bir nəfərin bıçaqla vurulması barədə məlumat almışlar. Daxil olmuş məlumat əsasında onlar həmin əraziyə getmişlər. Onlar hadisə yerinə çatdıqda adının sonradan bildiyi Tural adlı polis əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və hadisəni törədən Cabiri ona və Şahid4 təqdim etmişdir. Onlar gəldikdə Təqsirləndirilən şəxs artıq sakitləşmişdir. Təqsirləndirilən şəxs orada olan mülki geyimli polis əməkdaşı Şahid1 sakitləşdirmişdir. Həmin vaxt artıq səs-küy olmamışdır. Onlar hadisə yerində olduqları zaman zərərçəkmişin avtomobil ilə xəstəxanaya aparıldığı onlara məlum olmuşdur. Hadisənin törədildiyi bıçaq həmin vaxt Şahid1 əlində qırılmış və qulpundan qopmuş vəziyyətdə olmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis bölməsinə aparmışlar və oradaki səlahiyyətli şəxslərə təqdim etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 2 (iki) nəfər şəxsin münaqişə etməsi nəticəsində onlardan birinin digərinə bıçaqla xəsarət yetirməsini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Zərərçəkmiş şəxs döş qəfəsinin və kürəyinin kəsilmiş xəsarəti ilə 3 saylı Sabunçu xəstəxanasına müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 7) görünür ki, Şahid1 həmin gün təxminən saat 20:20 radələrində Təbriz küçəsi 100 ünvanında 1 (bir) nəfər şəxsin digər şəxsə bir neçə dəfə bıçaqla xəsarət yetirdiyini görmüş, onlara yaxınlaşmış və bıçaqlayan şəxsi saxlayaraq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 61) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 81-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 08 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 86-91) görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi və sonuncuya bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin üsulunu və mexanizmini əyani şəkildə hadisə yerində göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli əşyanın təqsirləndirilən şəxsə tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 92-93) görünür ki, 4 (dörd) ədəd bıçaq 1,2,3,4 rəqəmləri ilə işarələnərək Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs bıçaqları nəzərdən keçirərək 2 rəqəmi ilə işarələnmiş bıçağın hadisə zamanı istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli paltarların götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 95) görünür ki, Zərərçəkmiş şəxs paltarlarının 3 saylı ŞKX-dan götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2021-ci il tarixli paltarların götürülməsi haqqında potokoldan (cild 1, iş vərəqə 95) görünür ki, 3 saylı ŞKXda tibb bacısı işləyən X7 Zərərçəkmiş şəxs məxsus geyim əşyalarını təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin 139 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş sol və sağ əlin V barmaqlarının və sol baldırın sıyrıqlarıküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 08 mart 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin 143 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 133-135) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin böyük əyriliyinin zədələnməsi və kəskin qanaxma ilə müşahidə olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, alının sağ yarısının tüksüz hissəsində sağ qaşüstü nahiyənin 1 (bir) ədəd səthi kəsilmiş yarası, sağ saidin orta üçdə birinin iç səthinin 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin ön səthinin 1 (bir) ədəd, sağ bel naniyəsinin 1 (bir) ədəd, sağ sarğı nahiyəsinin aşağı kvadratının iç səthinin 1 (bir) ədəd, cəmi 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 08 mart 2021-ci il tarixdə və şəraitdə eskpertizaya təqdim edilmiş bıçağın (eləcə də o tip bıçaqların) tiyəsinin təsirindən əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin böyük əyriliyinin zədələnməsi və kəskin qanaxma ilə müşahidə olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddir. Sağ saidin orta üçdə birinin iç səthinin 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin ön səthinin 1 (bir) ədəd, sağ bel nahiyəsinin 1 (bir) ədəd, sağ sarğı nahiyəsinin aşağı kvadratının iç səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alının sağ yarısının tüksüz hissəsində sağ qaş üstü nahiyənin 1 (bir) ədəd səthi kəsilmiş yara isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd poliver, 1 (bir) ədəd teniska (köynək), 1 (bir) ədəd mayka və 1 (bir) ədəd cins şalvarın üzərində aşkar edilmiş zədə lokalizasiyasına görə Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər ilə üst-üstə düşür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin Ambulator X1 1204 nömrəli rəyindən (cild 1, iş vərəqə 136-137) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən, habelə narkotik maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadoldan istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 ambulator məhkəmə-psixiatrik ekspertizasının 750 nömrəli rəyindən (cild 1, iş vərəqə 139-140) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 118-119) görünür ki, hadisə baş verən günədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs münasibətlərinin yoxlanılması, Təqsirləndirilən şəxs və Şahid2 səyyar şəkildə gül satışı ilə məşğul olduqları ərazidə görüşübgörüşməmələri, onların arasında hansı məzmunda söhbət olmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs və Şahid2 görüşməsi və söhbət etmələri barədə Zərərçəkmiş şəxs məlumat verən şəxsin müəyyən edilməsi və dindirilməsi üçün İstintaq şöbəsinə təqdim edilməsi istiqamətində əməliyyat tapşırıqları verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 120) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 241-243) görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs təyin edilmiş cəza şərti hesab edilmiş və ona 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan (cild 1, iş vərəqə 128) görünür ki, baş vermiş hadisənin şahidlərini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 165-172) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.2-ci maddəsinə tövsif edilməsi, cinayət işinin aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, 1 (bir) ədəd mətbəx bıçağının, eləcə də hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan geyim əşyalarının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 182-183) görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan münasibətlərin aydınlaşdırılması, görüşüb-görüşməmələri, görüşdükləri halda kimin buna təşəbbüs göstərməsi və harada görüşmələri, Şahid2 Təqsirləndirilən şəxs zəng edib-etməməsi, zəng etdiyi halda hansı nömrə ilə zəng etməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hansı nömrə ilə zəng etməsi, Şahid2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid5 məxsus mobil nömrələr müəyyən edilməklə qeyd olunan xüsusatlarla bağllı telefon məlumatlarının götürülməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşü zamanı həmin yerə kiminlə gəlməsi istiqamətində əməliyyat tapşırıqları verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 188-194) görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin 355/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 2, iş vərəqə 38-42) görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrup göstəricisi: B(İİİ) (3 saylı Şəhər Klinik Xəstəxanasının Klinink Laboratoriyasından verilmiş qan analizinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək, uzunqol sviter, bir ədəd cins şalvar və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2021-ci il tarixli ərizələrdən (cild 1, iş vərəqə 240) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2021-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 244-261) görünür ki, Zərərçəkmiş şəxs 08 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi və bıçaqla xəsarət aldığı yeri hadisə yerində, yəni ünvan 1 ünvanında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin 250/2021-MTKŞ nömrəli ekspertiza rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəqə 44-47) görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində 1 (bir) ədəd, qolsuz maykanın ön səthində sağda 1 (bir) ədəd, arxa səthinin sağ aşağı nahiyəsində 2 (iki) ədəd, qısaqol maykanın ön səthində sağda 1 (bir) ədəd, arxa səthinin sağ aşağı nahiyəsində 2 (iki) ədəd, jaketin ön səthində sağda 1 (bir) ədəd, sol qolunun ön səthinin aşağı nahiyəsində 1 (bir) ədəd və arxa səthinin sağ aşağı nahiyəsində 2 (iki) ədəd dekilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətləri) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 23-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə, yəni 09 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməliyyat tapşırığına verdiyi cavab məktubundan (cild 2, iş vərəqə 93) görünür ki, əməliyyat tapşırıqları ilə bağlı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 2, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası X5, anası X3, bacısı X8 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 96) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 2, iş vərəqə 97) görünür ki, Zərərçəkmiş şəxs ailə tərkibi - atası X6, anası X4, faktiki nikah münasibətində olduğu arvadı Şahid2 və 2020-ci il təvəllüdlü oğlu X9 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 99) görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli təqdimatdan (cild 2, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2015-ci il tarixli 289 nömrəli əmrlə uzun müddət dərslərdə iştirak etmədiyindən 8-ci sinifdən məktəbdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin 375/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 2, iş vərəqə 103-105) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin, qısaqol maykanın və qolsuz maykanın ön səthində sağda aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnının ön divarında olan, jaketin, qısaqol maykanın və qolsuz maykanın arxa səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ bel nahiyəsində olan, jaketin, qısaol maykanın və qolsuz maykanın arxa səthinin sağ yuxarı nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onu bədəninin sağ sağrı nahiyəsində olan, jaketin sol qolunun ön səthinin aşağı nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol saidin üçdə birinin ön səthində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər-alının sağ yarısının tüksüz hissəsində sağ qaş üstü nahiyədə bir ədəd səthi kəsilmiş yarası və sağ saidin orta üçdə birinin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bunu da alının sağ yarısının tüksüz hissəsində sağ qaş üstü nahiyədə olan yaranın bədənin açıq nahiyəsində yerləşməsi, sağ saidin orta üçdə birinin iç səthində olan yaranın isə jaketin yerdəyişməsi nəticəsində öz əksini tapmaması ilə izah etmək olar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2021-ci il tarixli təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 115-123) görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə mübahisə edib sonuncuya bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin üsulunu və mexanizmini bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 124-147) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1 və 221.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçağın, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd qolsuz maykanın, 1 (bir) ədəd ağ rəngli qısaqol maykanın, 1 (bir) ədəd jaketin maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov rayon prokurorluğunun maddi sübutların saxlanılması üçün nəzərdə tutulmuş otağında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 150-152) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 29,120.1 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 234) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, eləcə də müxtəlif vəsatətlər vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs şəxsən və seçdiyi müdafiəçi vasitəsilə onun əleyhinə olan sübutlara dair etiraz edərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən bir neçə il əvvəl Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs Ağdaş rayonunda yaşamışlar. Təqsirləndirilən şəxs əvvəllər Şahid2 sevmiş, lakin sonuncu Təqsirləndirilən şəxs sevgi münasibətlərində qarşılıq verməmiş və Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq faktiki ər-arvad münasibətlərinə daxil olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Hadisədən bir müddət əvvəl Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhərindən Bakı şəhərinə gələrək işləməyə başlamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində fəaliyyət göstərən (Dərnəgüldə) “Bravo” marketin qarşısında səyyar şəkildə corab satmağa başlamış və 2021-ci ilin mart ayının əvvəllərində qeyd edilən marketin qarşısında corab satarkən təsadüfən həmin yerdə səyyar şəkildə gül satan Şahid2 görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 yaxınlaşaraq, sonuncudan onların arasında keçmişdə olan münasibətlərə, yəni hansı səbəbdən Şahid2 onu seçmədiyini, onun əvəzində Zərərçəkmiş şəxs seçərək ailə həyatı qurması səbəblərini aydınlaşdırmaq istəmişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs bir neçə dəfə Şahid2 ilə danışmış və sonradan o, Şahid2 ona qoşularaq qaçmasını təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Şahid2 artıq Zərərçəkmiş şəxslə ailə həyatı qurduğunu, habelə Səma ilə Tərxanın yeni doğulmuş övladının olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Şahid2 bir neçə dəfə onunla qoşularaq qaçmasını təklif etsə də, sonuncu bu məsələdə də Təqsirləndirilən şəxs qarşılıq verməyərək sonuncunun təklifini rədd etmişdir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs hərəkətləri və əxlaqsız təklifi barədə əri Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxsla görüşərək sonuncudan Şahid2 qarşı sərgiləmiş hərəkətlərinə aydınlıq gətirmək istəmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs görüşə çağırmışdır. Görüşün təşəbbüskarı Zərərçəkmiş şəxs olmuşdur. Cabir Tərxanla görüşə evdən götürdüyü mətbəx bıçağı ilə silahlanaraq getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə görüşə gedərkən bıçaqla silahlanması cinayət işinin mübahisəsiz halıdır. Tərəflər arasında görüş vaxtı 08 mart 2021-ci il tarix, saat 20:00, görüş yeri isə “Nəriman Nərimanov” metro stansiyasının çıxışında yerləşən “Ağ Çiçəyim” adlı gül mağazasının qarşısı müəyyən edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs göstərilən tarixdə, vaxtda və yerdə görüşmüşlər. Lakin həmin vaxt orada çoxlu sayda insan kütləsi olduğundan onlar həmin yerdən bir qədər kənarda olan və insanların az olduğu yerə getmişlər. Cabirlə Tərxanın insan kütləsinin çox olduğu yerdən bir qədər kənara, ələlxüsus da insanların olmadığı yerə getməsi ona dəlalət edir ki, onlar həmin görüşə faktiki olaraq dava-dalaş etmək üçün gəlmişlər. Əgər onların dalaşmaq kimi niyyəti olmasaydı, onlar aralarında yaranmış narazılığı elə görüşdükləri həmin yerdə həll edərdilər. Onlar bir qədər kənara çəkildikdən sonra Tərxanla Cabir arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisəyə səbəb Cabirin Tərxanın arvadı olan Səmaya özü ilə qoşulub qaçmaq barədə etdiyi əxlaqsız təklif olmuşdur. Tərxanla Cabir arasında sözlü mübahisə yarandıqdan sonra X16rşı sərgiləmiş olduğu xoşagəlməyən hərəkətlərdən əsəbiləşərək Cabirin ünvanına “şərəfsiz və namussuzsan” sözlərini demişdir. Bu sözlərdən sonra onların arasında bir qədər əvvəl yaranmış sözlü mübahisə real dava-dalaşa çevrilmiş və onlar bir-birinə qarşı həmin vaxt zor tətbiq etmişlər. Sonradan onlar bir qədər sakitləşmişlər və Zərərçəkmiş şəxs çevrilib həmin yerdən uzaqlaşmaq istəmişdir. Cabir Tərxanın uzaqlaşdığını görüb sonuncunun arxasınca qaçaraq və bel hissəsində gizlətdiyi bıçağı çıxararaq Zərərçəkmiş şəxs zor tətbiq edib sonuncunun bel nahiyəsindən vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sağ bel nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəf döndükdə sonuncu öz hərəkətlərini davam etdirib əlindəki bıçaqla ona tərəf dönmüş Zərərçəkmiş şəxs yenidən qarın nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin böyük əyriliyinin zədələnməsi və kəskin qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yarası xəsarətini yetirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona bir neçə dəfə bıçaqla xəsarət yetirdiyini görüb qorxmuş və Cabirdən uzaqlaşaraq qaçmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçdığını görərək daha da aqressivləşmiş və öz cinayətkar əməlini başa çatdırmaq niyyətilə xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs Təbriz küçəsi ilə təxminən 150 metr əlində bıçaqla təqib etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaçdığı vaxt aldığı xəsarətlərin nəticəsində avtomobil yolunun mərkəzi hissəsində yerə yıxılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonadək təqib etmiş və sonuncunun yerə yıxıldığını görüb yaxınlaşaraq əlindəki bıçaqla yenidən Zərərçəkmiş şəxs xəsarət yetirmək istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaq zərbələrindən yayınaraq yenidən sonuncudan uzaqlaşaraq qaçmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs həmin vaxt taqəti olmadığından o, qaçmağa müvəffəq olmamış və həmin küçədə yerləşən avtobus dayanacağının sağ tərəfində olan torpağın üstünə yıxılmışdır. Təqsirləndirilən şəxs Tərlan Rzayevin yıxıldığını görüb yenidən sonuncuya yaxınlaşaraq əlindəki bıçaqla həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs alının sağ yarısının tüksüz hissəsində sağ qaş üstü nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən kəsilmiş yarası xəsarəti, sağ saidin orta üçdə birinin iç səthinin 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin ön səthinin 1 (bir) ədəd, sağ sağrı nahiyəsinin aşağı kvadratının iç səthinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərini yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən zərbələrin təsirindən əlindəki bıçaq dəstəyi hissəsindən qırılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələrini vurduğu vaxt həmin əraziyə mülki geyimdə olan polis əməkdaşı Şahid1 yaxınlaşmış və xidməti vəsiqəsini Təqsirləndirilən şəxs göstərərək sonuncudan qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs törətdiyi əməllərinin mahiyyətini və nəticəsini başa düşərək “ayılmış” və əlindəki qırılmış bıçağı Şahid1 təhvil verilmişdir. Bundan sonra hadisə yerinə digər polis əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs Polis bölməsinə apararaq istintaq orqanına təhvil vermişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin tövsifi məsələsinə gəldikdə, məhkəmə bir neçə məsələni xüsusilə vurğulamağı zəruri hesab edir. Birinci məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə görüşə gedərkən bıçaqla silahlanmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxslə adi qaydada söhbət etmək üçün getdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən məsələ ilə bağlı ifadəsini inandırıcı saymır. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu hal həqiqət olsaydı, onun bıçaqla silahlanıb Zərərçəkmiş şəxslə görüşə getməsinə lüzum olmazdı. Təqsirləndirilən şəxs məhz bıçaqla silahlanaraq Zərərçəkmiş şəxslə görüşə getməsi ona dəlalət edir ki, o, Zərərçəkmiş şəxs onun əxlaqsız hərəkətlərindən, yəni arvadı Şahid2 qarşı əxlaqsız təkliflər etdiyindən xəbərdar olduğunu dərk etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs görüş vaxtı dava-dalaşın olacağını güman edərək özü ilə bıçaq götürmüşdür. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. İkinci məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçaq zərbəsini onlar faktiki olaraq əlbəyaxa olquqları vaxt deyil, əksinə sonuncu oradan uzaqlaşmaq istəyərkən arxadan endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu üçün gözlənilməz halda, anda və şəraitdə bıçaqla xəsarət yetirməsi bilavasitə Təqsirləndirilən şəxs niyyətini nümayiş etdirən vacib haldır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçaq zərbəsini endirərkən onun niyyəti sonuncudan qisas alaraq qəsdən öldürmək olmuşdur. Üçüncü məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla xəsarət yetirdikdən sonra sonuncu Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, əksinə iki dəfə Təqsirləndirilən şəxs qaçdığı halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təqib edərək (sonuncu dəfə təxminən 150 metr məsafə) yenidən ona bıçaqla xəsarət yetirməyə macal tapmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs əlindəki bıçaq (cinayətin aləti) qırıldığından, habelə hadisə yerinə çoxlu sayda insan toplaşdığından və nəhayət Şahid1 adlı polis əməkdaşı onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs araladığından Təqsirləndirilən şəxs özündən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edə bilməmiş, yəni öz cinayətkar əməlini başa çatdıra bilməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs həqiqətən də silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, eləcə də qəsdən adam öldürməyə, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri mövcuddur, həmin cinayətlər həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətlərin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə (maddi tərkibli cinayət əməli olduğundan) nisbətdə başa çatmamış cinayət, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə (formal tərkibli cinayət əməli olduğundan) nisbətdə isə başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən o, Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, hər bir cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə iki müstəqil cinayət əməlini törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət əməlini törətmiş, həmçinin o, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu olduğundan ona Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri ilə ayrıayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzalar Cinayət Məcəlləsinin 63.3 və 66.3-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən- cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 09 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin Ambulator X1 1204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadoldan istifadə edilməsi nəticəsində asılılıq sindromu olan narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd qolsuz mayka, 1 (bir) ədəd ağ rəngli qısaqol mayka və 1 (bir) jaket məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd qolsuz mayka, 1 (bir) ədəd ağ rəngli qısaqol mayka və 1 (bir) jaket məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1597/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1597/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver