Məhkəmə qərarları › İş №1(101)-1597/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1597/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1597/2024 02.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X13 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qazax şəhəri, N.Tusi küçəsi, ev 30 ünvanında qeydiyyatda olmaqla ünvan 1ında yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 7,952 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saat 20:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 22:00-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 7,952 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Elekspro” avtoyuma məntəqəsində yuyucu işləyir. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə istifadəçisi olmamışdır. Saxlanılarkən də üzərində narkotik vasitə olmamışdır. 31 yanvar 2024-cü il tarixdə saat 18:30-da Nərimanov rayonunda “Çanaqqala” restoranı ilə üzbəüz yerləşən ““Green Cafe” kafesində olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Həmin restorana dostu vasitəsilə tanış olduğu qızla getmişdir. Həmin qızın onu tutdurmasından şübhələnir. Polislər əvvəlcə onun oturduğu kabinetə daxil olmuş, onu qolundan tutaraq çölə çıxarmışlar. Bunların hamısı restoran işçilərinin gözü qarşısında baş vermişdir. Sonra mülki avtomobilə əyləşdirilmiş və döyülmüşdür. İdarədə 3 nəfər polis əməkdaşı tərəfindən döyülmüş və üstünə narkotik qoyulmuşdur. Döyüldükdən sonra polis əməkdaşları qarşısına silah və narkotik vasitə qoyub seçim etməsi üçün əmr etmişlər. Sonra polislər həmin silah və ya narkotik vasitəni boynuna götürməsə narkotik vasitələrin satıcısı olması barədə 2 qadının əleyhinə ifadə verəcəyi ilə hədələmişlər. Onlarla razılaşmasa dalağını partladacaqlarını, daha artıq çəkidə narkotik vasitəni boynuna qoyacağını demişlər. Silahla adam öldürüləcəyindən qorxduğu üçün narkotik vasitələri boynuna götürmüşdür. Döyülmə nəticəsində üzərində xəsarətlər əmələ gəlmişdir. Xəsarətlər barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə məlumat vermişdir. Həmin xəsarətlərə görə prokurorluq tərəfindən araşdırma aparılmışdır. Ekspertizadan keçərkən xəsarətlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Ekspert rəyində yazılanlar yalandır. Tutulmamışdan 3-4 gün əvvəl yıxılmamışdır. Həmçinin ondan götürülmüş sidik nümunəsindən narkotik vasitə aşkar edilməsi barədə ekspert rəyi də yalandır. Saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil nömrənin olduğu mobil telefon olmuşdur. Tutulduqdan sonra anası infarkt keçirmişdir. Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, “Green Cafe” restoranında saxlanılarkən üzərinə baxış keçirilməmişdir. Həmin kafedən idarəyə aparılması 3 dəqiqə çəkmişdir. İdarəyə aparıldıqdan sonra telefonla danışmamışdır. Videoçəkilişdən əvvəl cibinə narkotik maddə qoyulmuşdur. İdarəyə aparılarkən üzərində olan digər əşyaları şəxsi axtarış zamanı təqdim etməsini xatırlamamışdır. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Yalnız tutulduğu 31 yanvar 2024-cü il və həbs edildiyi 02 fevral 2024-cü il tarixlərdə və Bakı İstintaq Təcridxanasında olarkən müdafiəçisi ilə görüşmüşdür. Ona təqdim olunmuş cinayət işinin materiallarında olan bütün imzalar təcridxanada olarkən cinayət işi yekunlaşarkən onun tərəfindən çəkilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdirlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 03 ədəd ev açarını, 01 ədəd mobil nömrə qabını, 01 ədəd kağız parçasını, həmin şalvarının sol yan cibindən 7 manat pul, şalvarının sol arxa cibindən isə 01 ədəd “Samsung A12” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyub təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm polis əməkdaşı tərəfindən açıldıqda bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin olması müşahidə edilmişdir. O, həmin narkotik vasitə olan heroini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı ərazidən tapdığını və gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Çəkiliş davam etdirilərkən üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A12” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir. Çəkiliş zamanı həmin “Samsung A12” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra aşkar edilmiş 07 manat pul, 03 ədəd ev açarı, mobil nömrə qabı və kağız parçası onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə yaşadığı ərazidən tapdığını və gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən narkotik vasitə heroin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə yaşadığım ünvanın yaxınlığında olarkən yerdən tapmış və şəxsi istifadə məqsədi ilə götürüb üzərində gəzdirmiş, həmin maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyəti də olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tapdığını narkotik vasitə heroinin üzərindən götürməmişdir. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Hazırda bədəninin bir neçə nahiyəsində qızartı və ya göyərti yerləri olsa da, bu 3-4 gün əvvəl yıxılmağı nəticəsində yaranmışdır. Belə ki, yıxılandan sonra sağ ayağında, başında və boyun, qulaqlarında qızartı izləri yaranmışdır. Lakin bu xəsarətlərin hamısı 3-4 gün əvvələ aiddir. Heç biri saxlanılan zaman olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlaması və daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmiş, sonuncu saat 20:00 radələrində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 51-də müəyyən edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Baş İdarədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şiraza üzərində olan şəxsi əşyaları təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Şiraz əynində olan şalvarın sağ cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Sonuncu həmin narkotik vasitənin heorin olduğunu və yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Sonradan Şirazın narkotik vasitəni necə əldə etməsi, eləcə də, kimlərəsə narkotik vasitə satması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımış, ədavət və düşmənçiliyi yoxdur. 2024-cü ilin yanvarın 20-də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar. Şəxsin Şiraz olduğunu müəyyən etdikdən sonra saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Şiraz həmin vaxt küçədə piyada hərəkətdə, tək olmuş, əlində hər hansı əşya olub-olmamasını xatırlamamışdır. Baş İdarədə xidməti otaqların birində videoçəkiliş vasitəsilə Şirazın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şirazın üzərindən 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şiraz həmin narkotik vasitəni küçədən tapdığını demişdir. Sonradan sonuncunun evinə baxış keçirilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, vəzifəsi kiçik inspektordur. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd edilmişdir. Əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Saat 20:00 radələrində Nərimanov rayonu, Ağaoğlu küçəsində xarici əlamətlərinə görə Şiraza bənzəyən şəxsi görmüşlər. Sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və idarəyə dəvət etmişlər. İdarədə Şirazın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncu üzərindəki narkotik vasitəni təqdim edərək yerdən tapdığını bildirmişdir. Şiraz barəsində daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi barədə olsa da, sonradan əməliyyat yolu ilə kimlərəsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq edilməmişdir. 31 yanvar 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Şiraz” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. Müəyyən edilmişdir ki, “Şiraz” adlı şəxs xx xxxxxx 1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1ında yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 3) 31 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 21:30-da (faktiki saxlanılma saat 20:15-də) Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Natiq Əzimov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 20) 02 fevral 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 92-96) 31 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. (Cild 1 i.v. 28-29) 08 mart 2024-cü il tarixli “sms məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə baxış keçirərkən sübut əhəmiyyətli hər hansı mesaj aşkar edilməmişdir. 01 fevral 2024-cü il tarixli 3-16-16/2-6/627 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ..” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,952 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v. 39-43) 01 fevral 2024-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+) aşkar edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 138-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X12 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 15 fevral 2024-cü il tarixli 518/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. (Cild 1 i.v. 135- 137) Məhkəmə-tibbi ekspertizasının 13 fevral 2024-cü il tarixli 56/MEŞ saylı rəyindən görünür ki, Ş.H.İbahimovun bədən səthində aşkar edilmiş xəsarət-sağ baldırın sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir. Zərərçəkmiş şəxsin qeyd etdiyi tarixdən (Tutulduğu 31 yanvar 2024-cü il tarixdən 3-4 gün) əvvəl əmələ gələ bilərdi. (Cild 1 i.v.132-133) 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BMCMİnin əməkdaşları tərəfindən döymə, təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması xüsusiyyətləri öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edimişdir. (Cild 1 i.v.142-143) 09 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 7,902 qram olan narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v.148-158) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdam Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 ay azadlıqdan məhrum etmə, 06 ay şərti sınaq müddəti cəza növü seçilmişdir. (Cild 1i.v.109- 110) Cinayət işi materillarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı məhəllə sakinləri, ictimaiyyət tərəfindən Qazax şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazılıq daxil olmamışdır. (Cild 1 i.v. 113) “Green cafe” restoranından daxil olmuş məktubdan görünür ki, həmin restoranda daxili və xarici kameraların yaddaş qurğusunun həcmi son 12-14 gün ərzində saxlanıldığından həmin görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. (Cild 2 i.v. 52) “Green cafe” restoranından daxil olmuş məktubdan görünür ki, 31 yanvar 224-cccü il tarixdə “Green cafe” restoranında çalışan personal polis tərəindən kiminsə saxlanılmasını müşahidə etməmişdir. (Cild 2 i.v. 80) Cinayət işi materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2010-cu il təvəllüdlü X8 adında yetkinlik yaşına çatmayan övladı vardır. (Cild 1 i.v.144) Cinayət işi materillarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 şəhəri, N.Tusi küçəsi, ev 30 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda atası Təqsirləndirilən şəxs və nənəsi X4 ilə birlikdə yaşayır. (Cild 2 i.v.83) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “kokos” kimi tanıdığı 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən pul vəsaiti, arxa cibindən 01 ədəd mobil telefon, sağ yan cibindən açar, özünə məxsus şəxsiyyət vəsiqəsi və mobil telefon kartını təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə olan maddə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. O, üzərindən aşkar edilmiş maddənin içərsində narkotik vasitə olduğunu, 31 yanvar 2024-cü il tarixdə Nəsimi rayonu ərazisində yoldan tapdığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini, gələcəkdə istifadə etmək məqsədilə götürüb üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli Samsung markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 (yeddi) manat pul vəsaiti, 1 ədəd açar, mobil telefon kartı və kart məlumatlarının əks olunduğu 1 ədəd ağ kağız özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. Müdafiə tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə təqsirləndirilən şəxsin saxlanılmazdan əvvəl üzərində narkotik vasitə olub-olmadığını, olmadığı halda üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən edilən təzyqilər nəticəsində üzərinə qoyulub-qoyulmadığını araşdırmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin 06 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs döyülmə faktı təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə-tibbi ekspertizasının 13 fevral 2024-cü il tarixli 56/MEŞ saylı rəyindən də aydın olur ki, Şiraz İbahimovun bədən səthində aşkar edilmiş xəsarətlərin əmələ gəlməsi saxlanıldıqdan əvvəlki tarxiə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulmasını bildirmiş və ibtidai araşdırma zamanı heç bir sənədə imza atmadığını, cinayət işinin materiallarında olan imzaların hər birini Bakı İstintaq təcridxanasında olarkən cinayət işinin yeknunda imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin hissədə ifadəsi ilə bağlı müdafiə tərəfi vəsatət verərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı materialların Nərimanov Rayon Məhkəməsindən götürülməsi xahiş edilmiş, həmin vəsatət cinayət işinə obyektiv şəkildə baxılması məqsədi ilə məhkəmə tərəfindən təmin edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı materiallar tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin materialların 8-ci vərəqindəki şübhəli şəxsin tutulması barədə protokol, 9-10-cu vərəqlərindəki Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi protokolu onun tərəfindən imzalanmışdır. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədinin olmasını əldə edib saxladığı 7,952 qram narkotik vasitənin külli miqdar təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 7,952 qram heroin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 7,952 qram heroin çəkidə narkotik vasitə heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində olan bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyygn edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamaqla ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,902 qram heroin məhv edilməli, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamaqla ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,902 qram heroin məhv edilsin, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar