Məhkəmə qərarları › İş №1(101)-1599/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1599/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1599/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X23 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4, Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X5 və Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Naxçıvan MR-nın Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin 13 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabunçu rayon məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ona təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə görə tam toplamaq yolu ilə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə cəzası 3 (üç) il 9 (doqquz) ay müddətə endirilmiş və 14 noyabr 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, 29 avqust 1995-ci ildə Naxçıvan MR-nın Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Nizami küçəsi, ev 25, mənzil 2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 15-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxx 1998-ci ildə Rusiya Federasiyası, Nijnevartovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, İmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə özgənin əmlakını ələ keçirərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq tanınmamaq üçün qrup üzvü Təqsirləndirilən şəxs4 bədən və sifətini örtüb gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib geyinmiş, Təqsirləndirilən şəxs3 isə icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı avtomobilin **-PZ-*** dövlət qeydiyyat nişanının “PZ” seriya hərflərinin “RZ” hərfləri kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli yapışqanlı lent yapışdırmış və 26 aprel 2021-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 birlikdə sonuncunun idarə etdiyi həmin avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına gəlmiş və aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 avtomobildə qrup üzvlərini gözləmiş, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə birlikdə qeyd olunan evin 12-ci mərtəbəsində yerləşən 135 saylı mənzilin qarşısına gəlib orada o, Təqsirləndirilən şəxs2 ilə bir qədər kənarda dayanıb qapının açılmasını gözləmiş, Təqsirləndirilən şəxs4 isə qapını döyərək mənzildə yaşayan Zərərçəkmiş şəxs guya Ramazan ayı ilə əlaqadar “Qurban payı” gətirdiyini yalandan bildirərək sonuncunun qapını açmasına nail olduqda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girdikdən sonra Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 gözlədiyi avtomobilə qayıtmış, Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla zərbə endirib yerə yıxmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ təpə nahiyəsinin yumşaq toxumasının qansızması, sağ gözaltı nahiyəsinin, sol dodaq burun üçbucağının burun altı nahiyəsinin sıyrıqları, üst dodağın iç səthinin kiçikölçülü qansızmaları ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs mənzilin yataq otağına aparıb əlində olan bıçağı nümayiş etdirərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmiş, Təqsirləndirilən şəxs2 isə mənzilin digər yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan, cəmi dəyəri 1.000 manat təşkil edən gümüş sırğanı, gümüş üzüyü, gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib Təqsirləndirilən şəxs1 ilə birlikdə mənzildən çıxaraq Təqsirləndirilən şəxs4 gözlədiyi və Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə birlikdə hadisə yerini tərk etməklə ümumilikdə Zərərçəkmiş şəxs 1.000 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış və heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs3 uşaqlıqdan Şərur şəhərində qonşuluqda yaşayan vaxtdan tanımışdır. Kənan ilə aralarında yaxın dost münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs4 Kənanın vasitəsilə təxminən 6-7 ay əvvəl tanımışdır. Kənanın Dilbərlə bir yerdə qeyrirəsmi yaşadığını bilmişdir. Təqsirləndirilən şəxs2 təxminən 7-8 ildir ki, tanıyır. Kamranla Rusiya Federasiyasında olan zaman tanış olmuşdur. Aralarında yaxın dostluq münasibətləri olmuşdur. Ətrafında olan şəxslərin hamısı ona “Seymur” deyə müraciət etmişlər. Təxminən 2021-ci ilin yanvar ayında hazırda xatırlamadığı müxtəlif şəxslərlə söhbətlər zamanı maraqlanıb Naxçıvan şəhərinin keçmiş icra başçısı X2 Bakı şəhərində yaşadığı evin yerini öyrənmişdir. Vüqar əvvəllər icra başçısı işlədiyindən onun mənzilində çoxlu nağd pul olduğunu fikirləşmişdir. Təxminən 3 ay ərzində həmin əraziyə baxış keçirərək mənzilə basqın etməyi planlaşdırmışdır. Bu barədə Təqsirləndirilən şəxs2 demiş, sonuncu da onunla birlikdə mənzilə basqın etməyə razılaşmışdır. 2021-ci ilin aprel ayının 26-da saat 10 radələrində Kamranla “Gənclik” metrostansiyasının yaxınlığında görüşmüşdür. O, Kamranın idarə etdiyi ağ rəngli dövlət-qeydiyyat nişanını xatırlamadığı “Hyundai Sonata” markalı avtomobilə əyləşmişdir. Bir qədər söhbət edib şəhərdə müxtəlif yerlərə getdikdən sonra saat 12 radələrində Kənanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” proqramı ilə öz istifadəsində olan +38***-***-**-** mobil nömrəsindən zəng edib Dilbər ilə danışmaq istədiyini bildirmişdir. Kənan telefonu Dilbərə verdikdə ona qeyri-rəsmi nikah münasibətində olduğu qızla dalaşdığını, barışmaq istədiyini, lakin qızın mənzilin qapısını açmadığını bildirib həmin mənzilə gedərək mənzildə olan qızı aldadıb qapını açmağına köməklik etməsini xahiş etmiş, Dilbər də etiraz etməmişdir. Bir müddətdən sonra yenidən Kənana zəng edib idarə etdiyi avtomobil ilə Dilbəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gətirməsini demişdir. Özü isə Kamranın idarə etdiyi avtomobil ilə həmin yerə yollanmışdır. Bir qədər keçdikdən sonra Kənan icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Dilbər ilə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Mc Donalds” restoranının yaxınlığına gəlmişdir. O, Kamranın avtomobilindən düşərək gəlib Kənanın avtomobilinə yaxınlaşaraq qabaq tərəfdə sağ sərnişin oturacağına əyləşmişdir. Dilbər isə həmin avtomobildə arxa oturacaqda əyləşmişdir. Dilbərə geyim əşyalarını dəyişməsini, gedəcəkləri yerdə nəzarət-müşahidə kameraları olduğundan onun həmin kameralar vasitəsilə tanınmasını istəmədiyini demişdir. Təxminən 1 saat “Memar Əcəmi” metrostansiyasının yaxınlığında işi olduğunu, onlara isə yaşadıqları Masazır qəsəbəsinə getmələrini, Dilbər geyim əşyalarını dəyişdikdən sonra zəngləşib yenidən görüşəcəklərini demişdir. Bundan sonra Kənan idarə etdiyi avtomobillə oradan getmiş, o isə geri qayıdıb Kamranın avtomobilinə əyləşmişdir. Avtomobil ilə təxminən 1 saat şəhərdə gəzdikdən sonra Masazır qəsəbəsinə yollanmışdır. Orada yenidən Kənana zəng edib Masazır qəsəbəsində yerləşən “Uğur Palace” restoranının qarşısında olduğunu, Kənanın da Dilbərlə birlikdə oraya gəlməsini demişdir. Kənan da idarə etdiyi avtomobillə Dilbər ilə birlikdə “Uğur Palace” restoranının qarşısına gəldikdə orada Kamranla Kənanı tanış etmişdir. Bundan sonra Kənanın idarə etdiyi avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmiş və birlikdə Masazır qəsəbəsinə “Qurtuluş” yaşayış massivinə getmişlər. Kənana avtomobilinin dövlət-qeydiyyat nişanını dəyişməyi təklif edib bildirmişdir ki, qızgilin məhləsində ora gedib qayıtdığını heç kim bilməsin. Bu məqsədlə Kənandan sahibsiz nömrə yeri bilib-bilmədiyini soruşmuşdur. Kənan belə bir nömrə yeri bilmədiyini deyib qara rəngli izolyasiya lenti ilə nömrədə dəyişiklik etməyi təklif etmişdir. “Qurtuluş” yaşayış sahəsində Dilbər ilə avtomobildən düşmüş və Dilbərə hicab alması üçün pul vermiş, o da mağazadan hicab almışdır. Dilbərə qeyri-rəsmi nikah münasibətində olduğu qızın hicablı qadın görsə qapını açacağını demişdir. Dilbər avtomobilin içərisində arxa oturacaqda hicabı geyinmiş, Kənan isə onun dediyi kimi avtomobilinin hər iki dövlət qeydiyyat nişanındakı “P” hərfinin üzərinə lent yapışdıraraq “R” hərfinə oxşatmışdır. Bundan sonra “Uğur Palace” restoranının qarşısına qayıtmışlar. Onları orada gözləyən Kamrana avtomobilini onların arxasınca sürməsini demişdir. Kamran da avtomobili arxalarınca sürmüş və Masazır qəsəbəsinin çıxış hissəsində olan “Sion” marketin arxasına gəlmişlər. Kamran avtomobilini orada saxlayıb onların əyləşdiyi avtomobilə gələrək qabaq sağ oturacaqda oturmuşdur. O isə arxa oturacağa keçib Dilbərin yanında əyləşmişdir. Kənan avtomobili idarə edərək onun dediyi kimi Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Oradan yolu göstərmiş və birlikdə “İnterturan” mebel mağazasının qarşısından yuxarı istiqamətdə qalxmışlar. Orada məktəbə oxşar binanın yaxınlığında Kənana avtomobili saxlamağını dedikdə Kənan avtomobili kənara sürüb saxlamışdır. Bundan sonra o, Kamran və Dilbər avtomobildən düşüb getmişlər. Vüqarın yaşadığı yeni tikili 16-17 mərtəbəli binanın qarşısına gəlmiş, giriş bağlı olduğundan bir qədər gözləmişlər. Orada yaşayan şəxs gəlib giriş qapını açıb keçdikdə o, Dilbər ilə birlikdə həmin şəxsin arxasınca girişə daxil olmuşdur. Həmin sakin getdikdən sonra bir qədər pilləkənlərin yanında dayanmış, sonra isə giriş qapısını açıb Kamranı da içəri buraxmışdır. Bundan sonra hər üçü birlikdə liftə daxil olub 12-ci mərtəbəyə qalxmışlar. Liftdən çıxdıqdan sonra Dilbərlə birlikdə Vüqarın mənzilinin qapısının qarşısına gəlmişdir. Dilbər qapının qarşısında, o isə qapıdan bir qədər aralıda dayanmışdır. Kamran isə kənarda dayanmışdır. Dilbər qapının zəngini çaldıqda mənzildən bir qadın kim olduğunu və nə istədiyini soruşmuşdur. Dilbər qonşuluqda yaşadığını, onlara “Qurban payı” gətirdiyini demişdir. Qadın qapını açdıqda o, Dilbəri kənara çəkib mənzilə daxil olmuş və sonuncudan düşüb getməsini istəmişdir. Mənzildə olan qadının sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ağzını əli ilə tutaraq onu otağa tərəf aparmışdır. Dilbər isə artıq getmişdir. Pilləkənlərin yanında dayanan Kamran da onun arxasınca mənzilə daxil olmuşdur. O, qadına həyat yoldaşının Naxçıvanda olduğunu bildiyini, ona heç bir xəsarət yetirməyəcəklərini, mənzildə olan qızılların və pulların yerini deməsini istəmişdir. Bu zaman mənzilin qapısı döyülmüş, Kamran qapıya tərəf getmiş, geri qayıdıb qapının qarşısında bir qadın və bir kişi olduğunu bildirmişdir. Qadından həmin şəxslərin kim olduğunu soruşduqda qardaşı və anası olduğunu demişdir. O, üzərində olan bıçağı çıxarıb Səfiyəyə nümayiş etdirərək mobil telefonu ilə evə gələn qardaşına həkimdə olduğu barədə mesaj yazmasını demişdir. Qadın mesaj yazsa da, həmin şəxslər qapının qarşısında dayanıb söhbət etməyə davam etmişlər. Bundan sonra Səfiyədən qardaşına zəng edib aşağı düşmələrini deməsini tələb etmişdir. Səfiyə də öz mobil telefonu ilə qardaşına zəng edib aşağı düşmələrini dedikdə mənzilə gələn qadınla oğlan aşağı düşmüşdür. Kamran mənzildə olan əşyaları dağıdaraq axtarış etməyə başlamış və qızıl-zinət əşyaları aşkar etmişdir. Həmin əşyaları götürüb giriş qapısına yaxınlaşmış, gözlükdən baxıb qapının qarşısında heç kimin olmadığına əmin olduqdan sonra mənzili tərk etmişlər və qayıdıb Kənanın avtomobilində arxa oturacağa əyləşmişlər. Kənan avtomobili idarə etdikdən sonra oradan uzaqlaşmışlar. Avtomobildə olarkən mənzildə törətdikləri cinayət barədə Kənan və Dilbərə danışmışdır. Birlikdə “Masazır” qəsəbəsinə gəlib Kamranın avtomobilinin yanında avtomobili saxlamışlar. Bundan sonra Kamranla o, avtomobildən düşüb Kamranın avtomobilinə əyləşmişlər. Kənan isə Dilbərlə birlikdə oradan getmişdir. Ertəsi gün mənzilin sahibinin şikayəti ilə bağlı axtarıldıqlarını bildikdə Kənana zəng edib ev sahibinin şikayət etdiyini, bir müddət gizlənmək lazım olduğunu demişdir. Kənan pulunun olmadığını bildirdikdə ödəmə terminalı vasitəsilə Kənanda olan tanışı Əli adlı şəxsin adına sənədləşdirilmiş “Kapital Bank”ın plastik kartına 1.000 manat pul köçürmüşdür. Bundan sonra Kamranla birlikdə yolda saxlatdıqları taksi ilə Gürcüstan sərhəddi istiqamətində getmişlər. Bu ərəfədə Samux rayonu ərazisində gecələmişlər. Bir neçə gün sonra, yəni 7 may 2021-ci il tarixdə axşam saatlarında özlərini Nizami RPİ-nin 25-ci PŞ-nin və Samux RPŞ-nin əməkdaşları kimi təqdim edən şəxslər onları saxlamışlar. Bu vaxt Kamran üzərində olan bıçaqla bir neçə dəfə qarın nahiyəsindən vuraraq özünə xəsarət yetirmişdir. Buna görə Kamranı tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Onu isə may ayının 8-də gecə saatlarında Bakı şəhəri Nizami RPİ-nə gətirmişlər. Mənzildə təxminən 40-50 min manat pul olduğunu fikirləşmiş, lakin bu barədə nə Kənana, nə də Dilbərə bildirməmişdir. Mənzilə basqın edərkən Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, ola bilsin ki, Səfiyənin qışqırmaması üçün əli ilə ağzından tutan zaman xəsarət almışdır. Lakin o, Səfiyəni vurmamış və ona xəsarət yetirmək istəməmişdir. Hətta mənzildə olarkən dəfələrlə Səfiyədən üzr istəmişdir. Mənzildən gümüş sırğanın bir tayını, gümüş üzük, gümüş qolbağı və bir cüt qızıl sırğa götürmüşlər. Mənzildən əldə etdikləri qızıl-zinət əşyaları bijuteriya olduğundan heç bir dəyəri olmadığını anlayıb hazırda xatırlamadığı ərazidə avtomobilin pəncərəsindən atmışlar. Mənzilə basqın edən zaman üzərində olan bıçaq kiçik ölçülü qatlanan bıçaq olmuşdur. Bıçağı mənzili tərk etdikdən sonra Kənanın avtomobili ilə hadisə yerindən gedərkən xatırlamadığı yerə atmışdır. Yolda olarkən, yəni Masazır qəsəbəsindən Nizami rayonu ərazisinə gələrkən heç kimdən ona zəng gəlməmişdir. Onlar qızılların yerini deməsi üçün Zərərçəkmiş şəxs hədəqorxu gəlsələr də, qızının adını deməmişlər. Səfiyənin qızının adının Nəzrin olduğunu ilk dəfə eşitmişdir. Cinayət hadisəsi törədən ərəfədə +3-8***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. Mənzildən heç bir məbləğdə pul əldə etməmişlər. O, 2021-ci ilin may ayının əvvəllərində Orxan adlı tanışından 4.000 manat borc pul alıb Türkiyəyə işləməyə getdiyini, qayıdanda verəcəyini bildirmişdir. Həmin pulun bir qismini yolda xərcləmiş, yerdə qalan pullar isə Təqsirləndirilən şəxs2 cibində olmuşdur. Həmin pullar Samux rayonunda saxlanılan zaman Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmişdir. Həmin pul tanışı Orxana məxsus olmuşdur. Bakı şəhərində quldurluq cinayəti törətdikləri barədə heç kimə bildirməmişlər. Dilbərə, Kənana və Kamrana həmin mənzilə getməyi o təklif etmiş, mənzilin ünvanını o tapmışdır. Mənzilə əsl getmək səbəbini Dilbərə və Kənana deməmişdir. Həmin mənzilə orada pul olduğunu düşündüyü üçün getmişdir. Mənzilə gedən zaman qadının evdə tək olduğunu bilməmişlər. Mənzilə daxil olduqdan təxminən 2-3 dəqiqə sonra qapı döyülmüşdür. Qadından mənzildə olan pulların və qızılların yerini deməsini tələb etmişlər. Bıçaq onun əlində olmuşdur. Şahid2 tanımır. Şahid4 çoxdan tanıyır və onunla tez-tez görüşmüşlər. Şahid4 maşın satışı ilə məşğul olmuşdur. Şahid3 tanımır. Mənzildə olan zaman qadına heç bir xəsarət yetirməmişlər. Götürdükləri əşyaları mənzildə özləri axtarıb tapmışlar. Mənzilə əvvəlcə o, sonra isə Kamran daxil olmuşdur. Kənanın onun cinayət törədəcəyindən xəbəri olmamışdır. Baş verənləri Kənana mənzildən çıxdıqdan sonra danışmışdır. Qeyri-rəsmi nikah münasibətində olduğu qızın yaşadığı binada hansı maşınla gəldiyini bilməmələri üçün maşının nömrəsini dəyişməsini Kənana demişdir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış və heç bir yerdə işləməmişdir. “Seymur Naxçıvanski” ləqəbli Təqsirləndirilən şəxs1 7-8 ildir ki, tanıyır. Firudinlə Rusiya Federasiyasında olan zaman sosial şəbəkədə tanış olmuş, lakin görüşməmişdir. Firudinlə son 2-3 ayda görüşməyə başlamış, aralarında yaxın dost münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bir dəfə hadisə günü görmüş, onları Firudinin vasitəsilə tanımışdır. Həmin vaxt Kənanın Dilbərlə bir yerdə qeyri-rəsmi yaşadığını bilmişdir. 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 ona Naxçıvan şəhərinin keçmiş icra başçısı X2 Bakı şəhərində yaşadığı mənzilində nağd pul olduğunu və həmin mənzilə basqın etməyi planlaşdırdığını bildirmişdir. O da Firudin ilə birlikdə mənzilə basqın etməyə razılaşmışdır. 2021-ci ilin aprel ayının 26-da saat 10 radələrində Firudinlə “Gənclik” metrostansiyasının yaxınlığında görüşmüşlər. Firudin onun idarə etdiyi ağ rəngli **-PX-*** dövlət-qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilə əyləşmişdir. Bir qədər söhbət edib şəhərdə müxtəlif yerlərə getdikdən sonra saat 12 radələrində Firudin Kənanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” proqramı ilə öz istifadəsində olan +38***-***-**-** mobil nömrəsindən zəng edib Dilbər ilə danışmaq istədiyini bildirmişdir. Kənan telefonu Dilbərə verdikdə Firudin ona qeyri-rəsmi nikah münasibətlərində olduğu qızla dalaşdığını, barışmaq istədiyini, lakin qızın mənzilin qapısını ona açmadığını deyərək Dilbərdən həmin mənzilə gedib mənzildə olan qızı aldadıb qapını açmasına köməklik etməsini xahiş etmiş, Dilbər də etiraz etməmişdir. Bir müddətdən sonra Firudin yenidən Kənana zəng edib idarə etdiyi avtomobil ilə Dilbəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gətirməsini istəmişdir. Firudin isə onun idarə etdiyi avtomobil ilə həmin yerə getmişdir. Bir qədər keçdikdən sonra Kənan icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Dilbər ilə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Mc Donalds” restoranının yanına gəlmişdir. Firudin onun avtomobilindən düşərək piyada gedib Kənanın avtomobilində qabaq tərəfdə sağ sərnişin oturacağına əyləşmişdir. Dilbər isə həmin avtomobildə arxa oturacaqda əyləşmiş, onların həmin vaxt nə danışdıqlarını bilməmişdir. Bir qədər keçdikdən sonra Firudin geri qayıdıb onun avtomobilinə əyləşmiş və avtomobil ilə təxminən 1 saat şəhərdə gəzdikdən sonra Masazır qəsəbəsinə yollanmışlar. Orada Firudin yenidən Kənana zəng edərək Masazır qəsəbəsində yerləşən “Uğur Palace” restoranının qarşısında olduqlarını deyib onun da Dilbərlə birlikdə oraya gəlməsini bildirmişdir. Kənan da idarə etdiyi avtomobil ilə Dilbər ilə birlikdə “Uğur Palace” restoranının qarşısına gəlmiş və orada Firudin Kənanla onu tanış etmişdir. Bundan sonra Firudin Kənanın idarə etdiyi avtomobilə əyləşib onlarla birlikdə Masazır qəsəbəsinə “Qurtuluş” yaşayış massivinə getmiş, o isə öz avtomobilində onları gözləmişdir. Bir qədər sonra onlar geri qayıtmış və görmüşdür ki, Dilbər avtomobilin içərisində hicab paltarı geyinib oturub, Kənan isə avtomobilin üzərində olan hər iki dövlət qeydiyyat nişanındakı “P” hərfinin üzərinə lent yapışdıraraq “R” hərfinə oxşadıb. Bundan sonra avtomobilini onların arxasınca sürmüş və onlar Masazır qəsəbəsinin çıxış hissəsində olan “Sion” marketin arxasına gəlmişlər. Avtomobilini orada saxlayıb Firudingilin avtomobilinə gəlmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Firudin isə arxa oturacağa keçib Dilbərin yanında əyləşmişdir. Kənan avtomobili idarə edərək Firudinin dediyi kimi Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Oradan Firudin yolu göstərmiş və onlar birlikdə “İnterturan” mebel mağazasının qarşısından yuxarı istiqamətdə qalxmışlar. Orada məktəbə oxşar binanın yaxınlığında Firudin Kənana avtomobili saxlamasını dedikdə Kənan avtomobili kənara sürüb saxlamışdır. Bundan sonra o, Firudin və Dilbər avtomobildən düşüb getmişlər. Firudinin dediyi Vüqar adlı şəxsin yaşadığı yeni tikili 16-17 mərtəbəli binanın qarşısına gəlmişlər. Giriş bağlı olduğundan bir qədər gözləmiş və orada yaşayan şəxs gəlib giriş qapısını açıb keçdikdə Firudin Dilbər ilə birlikdə həmin şəxsin arxasınca girişə daxil olmuşdur. Həmin sakin getdikdən bir qədər sonra o, girişə yaxınlaşdıqda Firudin giriş qapısını açıb onu da içəri buraxmışdır. Bundan sonra hər üçü birlikdə liftə daxil olub 12-ci mərtəbəyə qalxmışlar. Liftdən çıxdıqdan sonra Firudin Dilbərlə birlikdə sağ tərəfdə yerləşən, Firudinin əvvəllər müəyyən etdiyi Vüqarın mənzilinin qapısının qarşısına gəlmişdir. Dilbər qapının qarşısında, Firudin isə qapıdan bir qədər aralıda dayanmışdır. O isə pilləkənlərə gedən qapının qarşısında dayanmışdır. Dilbər qapının zəngini çaldıqda mənzildən bir qadın kim olduğunu və nə istədiyini soruşmuşdur. Dilbər qonşuluqda yaşadığını, onlara “Qurban payı” gətirdiyini demişdir. Həmin vaxt Dilbərin əlində avtomobildən götürdüyü qara sellofan torba olmuşdur. Qadın qapını açdıqda Firudin Dilbəri kənara çəkib mənzilə daxil olmuş, Dilbər isə oradan getmişdir. Firudin mənzildə olan qadının, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ağzını əli ilə tutaraq otağa tərəf aparmışdır. O da Firudinin arxasınca mənzilə daxil olmuşdur. Firudin qadına həyat yoldaşının Naxçıvanda olduğunu bildiyini, ona heç bir xəsarət yetirməyəcəklərini, mənzildə olan qızılların və pulların yerini deməsini tələb etmişdir. Bu zaman mənzilin qapısı döyülmüş, o da qapıya tərəf getmiş və geri qayıdıb qapının qarşısında bir qadın və bir kişi olduğunu bildirmişdir. Firudin qadından həmin şəxslərin kim olduğunu soruşduqda qadın həmin şəxslərin qardaşı və anası olduğunu demişdir. Firudin üzərində olan bıçağı çıxarıb Səfiyəyə nümayiş etdirərək mobil telefonu ilə evə gələn qardaşına həkimdə olduğu barədə mesaj yazmasını demişdir. Qadın mesaj yazsa da, həmin şəxslər qapının qarşısında dayanıb söhbət etməyə davam etmişlər. Bundan sonra Firudin Səfiyədən qardaşına zəng edib aşağı düşmələrini deməsini tələb etdikdə qadın öz mobil telefonu ilə qardaşına zəng edərək aşağı düşmələrini demişdir. Bundan sonra mənzilə gələn qadınla oğlan aşağı düşmüşlər. O, mənzildə olan əşyaları dağıdaraq pul axtarmağa başlamışdır. Bir müddətdən sonra mənzildən aşkar etdiyi qızılzinət əşyalarını götürüb giriş qapısına yaxınlaşmışlar. Gözlükdən baxıb qapının qarşısında heç kimin olmadığına əmin olduqdan sonra mənzili tərk etmiş və qayıdıb Kənanın avtomobilində arxa oturacağa əyləşərək oradan uzaqlaşmışlar. Avtomobildə olarkən Firudin mənzildə törətdikləri cinayət barədə Kənan və Dilbərə danışmışdır. Firudin həmçinin onlara mənzildən pul tapmadıqlarını, bir neçə gümüş-zinət əşyaları əldə etdiklərini demişdir. Onlar Masazır qəsəbəsinə gəldikdə Kənan avtomobili onun avtomobilinin yanında saxlamışdır. O, Firudinlə avtomobildən düşüb öz avtomobilinə əyləşmişdir. Kənan isə Dilbərlə birlikdə oradan getmişdir. Ertəsi gün Firudin mənzilin sahibinin şikayəti ilə bağlı axtarıldıqlarını bilib ona xəbər vermişdir. Firudin həmçinin Kənana zəng edərək ev sahibinin şikayət etdiyini, bir müddət gizlənmək lazım olduğunu demişdir. Kənan pulunun olmadığını bildirdikdə Firudin ödəmə terminalı vasitəsilə Kənanda olan tanışı Əli adlı şəxsin adına sənədləşdirilmiş “Kapital Bank”ın plastik kartına 1.000 manat pul köçürmüşdür. Bundan sonra Firudinlə birlikdə yolda saxlatdıqları taksi ilə Gürcüstan sərhəddi istiqamətində getmiş və bir neçə gün kəşfiyyat aparmışlar. Bu ərəfədə Samux rayonu ərazisində gecələmişlər. Bir neçə gün sonra, yəni 7 may 2021-ci il tarixdə axşam saatlarında özlərini Nizami RPİ-nin 25-ci PŞ-nin və Samux RPŞ-nin əməkdaşları kimi təqdim edən şəxslər onları saxlamışlar. Saxlanılan zaman üzərində olan qara rəngli qatlanan təxminən 10 sm uzunluğunda cib bıçağı ilə bir neçə dəfə qarın nahiyəsindən vuraraq özünə xəsarət yetirmişdir. Buna görə onu tibbi yardım göstərilməsi üçün xəstəxanaya, Firudini isə Bakı şəhərinə Nizami RPİ-nə aparmışlar. Şəmkir xəstəxanasında müalicə olunduqdan sonra 17 may 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları onu Bakı şəhərinə gətirmişlər. Firudin mənzildə təxminən 40-50 min manat pul olduğunu demişdir. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, Firudinin də xəsarət yetirdiyini görməmişdir. Ola bilsin ki, Səfiyənin qışqırmaması üçün Firudin əli ilə onun ağzından tutan zaman Səfiyə xəsarət almışdır. Mənzildən gümüş sırğanın bir tayını, gümüş üzük və gümüş qolbağı götürmüşlər. Mənzildən əldə etdikləri qızıl-zinət əşyaları bijuteriya olduğundan heç bir dəyəri olmadığını anlayıb xatırlamadığı ərazidə avtomobilin pəncərəsindən atmışlar. Mənzilə basqın edən zaman Firudinin üzərində olan bıçaq kiçik ölçülü, qatlanan bıçaq olmuşdur. Bıçağı mənzili tərk etdikdən sonra Kənanın avtomobili ilə hadisə yerindən gedərkən Firudin xatırlamadığı yerdə tullamışdır. Onlar qızılların yerini deməsi üçün Zərərçəkmiş şəxs hədə-qorxu gəlsələr də, qızının adını çəkməmişlər. Səfiyənin qızının adının Nəzrin olduğunu ilk dəfə eşitmişdir. Cinayəti törətdikləri mənzildə pul və ya qızıl-zinət əşyalarının olduğunu Firudinə kimin dediyini bilməmişdir. Cinayət hadisəsi törədən ərəfədə Amerika nömrəsi ilə ancaq “WhatsApp” proqramından istifadə etmişdir. Firudin isə Türkiyə nömrəsi işlətmiş, lakin həmin nömrə yadında qalmamışdır. Telefonunu nömrə ilə birlikdə xatırlamadığı yerə atmışdır. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. Basqın etdikləri mənzildən heç bir məbləğdə pul əldə etməmişlər. Üzərindən aşkar olunmuş 3.662 manat pul Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Firudin tanımadığı tanışından 4.000 manat borc pul almış və Türkiyəyə işləməyə getdiyini, qayıdanda verəcəyini bildirmişdir. Həmin pulun bir qismini yolda xərcləmişlər, yerdə qalan pullar isə cibində olmuşdur. Həmin pullar Samux rayonunda saxlanılan zaman üzərindən aşkar edilmişdir. Bakı şəhərində quldurluq cinayəti törətdikləri barədə heç kimə bildirməmişlər. Mənzilə nə məqsədlə getdiklərini Firudin ona demişdir. Mənzilə Dilbərin köməkliyi ilə girmişlər. Həmin mənzilə orada pul olduğunu düşündükləri üçün getmişlər. Mənzilə gedən zaman qadının evdə tək olduğunu bilməmişlər. Mənzilə daxil olduqdan təxminən 2-3 dəqiqə sonra qapı döyülmüşdür. Qadından mənzildə olan pulların və qızılların yerini deməsini tələb etmişlər. Mənzildə olan zaman qadına heç bir xəsarət yetirməmişlər. Götürdükləri əşyaları mənzildə özləri axtarıb tapmışdır. Kənanın cinayət törədəcəklərindən xəbəri olmamışdır. Firudin baş verənləri Kənana və Dilbərə mənzildən çıxdıqdan sonra danışmışdır. Firudin Kənana və Dilbərə mənzilə getmək səbəblərinin qeyri-rəsmi münasibətdə olduğu qadınla barışmaq olduğunu demişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan, Şərur şəhərində qonşuluqda yaşadığı vaxtadan tanımışdır. Firudinə hər kəs “Seymur” deyə müraciət etmişdir. Firudin ilə aralarında yaxın dost münasibətləri olmuşdur. 2021-ci ilin aprel ayının 26-da saat 12 radələrində Firudin istifadəsində olan mobil telefona “WhatsApp” proqramı ilə öz istifadəsində olan +38***-***- **-** mobil nömrəsindən zəng edib 4 ildir ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı Təqsirləndirilən şəxs4 ilə danışmaq istədiyini bildirmiş, o da telefonu Dilbərə vermişdir. Dilbər Firudin ilə danışdıqdan sonra Firudinin qeyri-rəsmi nikah münasibətində olduğu qızla dalaşdığını, barışmaq istədiyini, lakin qızın mənzilin qapısını ona açmadığını bildirdiyini, onunla həmin mənzilə gedərək mənzildə olan qızı aldadaraq qapını açmasına köməklik etməsini xahiş etdiyini demişdir. Dilbərlə o buna etiraz etməmişlər. Bir müddət keçdikdən sonra Firudin yenidən ona zəng edib idarə etdiyi avtomobil ilə Dilbəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gətirməyini demişdir. O da icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Dilbəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Mc Donalds” restoranının yanına gətirmişdir. Bir qədər keçdikdən sonra Firudin piyada gələrək onun avtomobilinə yaxınlaşıb qabaq tərəfdə sağ sərnişin oturacağına əyləşmişdir. Dilbər isə həmin vaxt avtomobildə arxa oturacaqda əyləşmişdir. Firudin Dilbərdən qeyri-rəsmi nikah münasibətlərində olduğu qızın onu tanımaması üçün hicab geyinməsini istəmişdir. Dilbər də onunla razılaşmışdır. Firudin təxminən 1 saat “Memar Əcəmi” metrostansiyasının yaxınlığında işi olduğunu, onların da yaşadıqları Masazır qəsəbəsinə getmələrini, Dilbər geyim əşyalarını dəyişdikdən sonra zəngləşib yenidən görüşəcəklərini demişdir. Bundan sonra idarə etdiyi avtomobillə Dilbər ilə birlikdə yaşadıqları evə gəlmişlər. Təxminən 1 saat sonra Firudin zəng edib Masazır qəsəbəsində yerləşən “Uğur Palace” restoranının qarşısında olduğunu, onların da oraya gəlmələrini demişdir. O da Dilbər ilə birlikdə idarə etdiyi avtomobillə “Uğur Palace” restoranının qarşısına gəlmişdir. Firudin həmin yerə əvvəllər tanımadığı, sonradan Firudinin “Kamran” kimi təqdim etdiyi şəxsin idarə etdiyi ağ rəngli “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. X1 bildirmişdir. Bundan sonra Firudin onun idarə etdiyi avtomobildə qabaq sağ sərnişin oturacağına əyləşmiş və onlar birlikdə Masazır qəsəbəsinə “Qurtuluş” yaşayış massivinə getmişlər. Firudin ondan sevgilisinin yaşadığı binada onun hansı maşınla gəldiyini bilməmələri üçün maşınının nömrəsini dəyişməsini istəmiş, bu məqsədlə sahibsiz nömrə yeri bilib-bilmədiyini soruşmuşdur. O da belə bir nömrə yeri bilmədiyini, nömrə dəyişməyə ehtiyac olmadığını, avtomobilin üzərində olan nömrə nişanına qara izolyasiya lenti yapışdırmaqla dəyişiklik edə biləcəyini demişdir. “Qurtuluş” yaşayış sahəsində Firudin mağazadan Dilbər üçün hicab, oradan bir qədər kənarda olan mağazadan isə yapışqanlı lent və 1 ədəd qara rəngli izolyasiya lenti almışdır. Dilbər avtomobilin içərisində arxa oturacaqda hicabı geyinmiş, o isə Firudinin dediyi kimi avtomobilinin üzərində olan hər iki dövlət qeydiyyat nişanındakı “P” hərfinin üzərinə lent yapışdıraraq “R” hərfinə oxşatmışdır. Bundan sonra birlikdə “Uğur Palace” restoranının qarşısına qayıtmışlar. Firudin Kamrana avtomobilini onların arxasınca sürməsini demiş, Kamran da onun avtomobilinin arxasınca sürərək birlikdə Masazır qəsəbəsinin çıxış hissəsində olan “Sion” marketin arxasına gəlmişlər. Kamran avtomobilini orada saxlayıb onun avtomobilinə gəlmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Firudin isə arxa oturacağa keçib Dilbərin yanında əyləşmişdir. Bundan sonra yola düşmüşlər. O, avtomobili Firudinin dediyi kimi Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına sürmüş, oradan Firudin yolu göstərmiş və onlar birlikdə “İnterturan” mebel mağazasının qarşısından yuxarı istiqamətdə qalxmışlar. Orada məktəbə oxşar binanın yaxınlığında Firudin ona avtomobili saxlamağını dedikdə o, avtomobili kənara sürüb saxlamışdır. Bundan sonra Firudin, Kamran və Dilbər avtomobildən düşüb getmişlər. Firudin, Kamran və Dilbərin hansı binaya, hansı girişə girdiklərini görməmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Dilbər geri qayıdıb avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmiş və qadını aldadaraq qapını açdırdığını, Kamran və Firudin mənzilə daxil olduqdan sonra geri qayıtdığını demişdir. Təxminən yarım saat keçdikdən sonra Firudin və Kamran da avtomobilə yaxınlaşıb arxa oturacaqda əyləşmişlər. Bundan sonra avtomobillə oradan uzaqlaşmışlar. Firudin avtomobilə əyləşdikdən sonra mənzildə baş verənləri danışaraq pul tapmadıqlarını, bir neçə gümüş-zinət əşyaları əldə etdiklərini demişdir. Sonra onlar birlikdə Masazır qəsəbəsinə gəlmiş, o, avtomobilini Kamranın avtomobilinin yanında saxlamış və Firudinlə Kamran avtomobildən düşüb Kamranın avtomobilinə əyləşmişlər. O isə öz avtomobilini idarə edərək Dilbərlə birlikdə oradan getmişdir. Həmin axşam Masazır qəsəbəsində “Sion” marketin arxasında saxlayıb maşında gecələmişlər. Ertəsi gün Firudin ona zəng edərək ev sahibinin şikayət etdiyini, bir müddət gizlənmək lazım olduğunu demişdir. O da Firudinə basqında iştirak etmədiyini, nəyə görə gizlənməli olduğunu bildirmişdir. Sonra isə Firudinə pulunun olmadığını demiş və Firudin ödəmə terminalı vasitəsilə onda olan, tanışı Əli adlı şəxsin adına sənədləşdirilmiş “Kapital Bank”ın plastik kartına 1.000 manat pul köçürmüşdür. Həmin pulla 300 manat ödəməklə kirayə mənzil götürmüşdür. Bundan sonra 100 manat ödəyərək “20 yanvar” metrostansiyasının yaxınlığında olan lombarda girov qoyduğu “Xiomi Note 8” markalı mobil telefonunu götürmüşdür. Qalan pula bazarlıq edərək kirayə tutduqları evə gəlmişlər. 29 aprel 2021-ci il tarixdə kirayə yaşadıqları mənzilə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gəlib onu və Dilbəri polis şöbəsinə, oradan isə Nizami RPİ-nə gətirmişlər. Firudin ona və Dilbərə qeyrirəsmi nikah münasibətində olduğu qızla dalaşdığını, barışmaq istədiyini, lakin qızın qapını açmadığını və onların da ona kömək etmələrini istədiyini demişdir. Firudin Dilbərdən qeyrirəsmi nikah münasibətlərində olduğu qızın onu tanımaması üçün hicab geyinməsini istəmişdir. Firudin ondan sevgilisinin yaşadığı binada onun hansı maşınla gəldiyini bilməmələri üçün maşınının nömrəsini dəyişməsini istəmişdir. Kamranla onu Firudin tanış etmişdir. Dilbər mənzilin qapısı açıldıqdan sonra içəri daxil olmadığını demişdir. Firudin mənzilə getməyi əvvəlcə Dilbərə təklif etmişdir. Mənzilə yalnız Firudinlə sevgilisini barışdırmaq üçün getmişlər. Hadisəni Firudin mənzildən çıxıb avtomobildə onlara danışdıqda bilmişlər. Maşınının cəriməsi olduğu üçün nömrəsini tez-tez qara lentlə dəyişdirmişdir. Polis əməkdaşları onu qardaşı vasitəsilə tapmışlar. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, idarə etdiyi avtomobillə Dilbər ilə birlikdə “Uğur Palace” restoranının qarşısına gəlmişdir. Firudin həmin yerə əvvəllər tanımadığı, sonradan Firudinin ona Kamran kimi təqdim etdiyi şəxsin idarə etdiyi ağ rəngli “Hyundai-Sonata” markalı dövlət-qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Bundan sonra Firudin onun idarə etdiyi avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmiş və onlar birlikdə Masazır qəsəbəsinə “Qurtuluş” yaşayış massivinə getmişlər. Yolda olarkən Firudin onunla Dilbərə gedəcəkləri mənzilin sahibinin məsul vəzifədə işlədiyini, rüşvət aldığına görə Naxçıvanda həbs olunduğunu danışmış, həmin şəxsin mənzilində yaxın tanışının olduğunu, evdə olan uşaq məktəbə getdikdə ona məlumat verəcəyini, mənzildə bir qadının tək qalacağını demişdir. Həmin mənzildə nağd pul olduğunu, Dilbərin Ramazan bayramı ilə bağlı pay gətirmək adı ilə qadını aldadıb qapını açdırdıqdan sonra onun avtomobilinə qayıdacağını, özünün isə Kamranla birlikdə mənzilə daxil olaraq pulları götürəcəyini planlaşdırdığını danışmışdır. Həmin şəxs rüşvət aldığına görə həbs olunduğundan mənzilindən pul aparılması barədə hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinəcəyini bildirmişdir. Əldə etdikləri puldan onun avtomobilinin kirayəsini tam ödəyəcəyini və yaşamaq üçün kirayə mənzil götürmək məqsədilə əlavə olaraq pul verəcəyini vəd vermişdir. Bu işdən sonra normal həyat yaşaya biləcəklərini demişdir. O və Dilbər də Firudinlə razılaşmışlar. Firudin ona avtomobilinin dövlət-qeydiyyat nişanını dəyişməyi təklif etmiş və bu məqsədlə sahibsiz nömrə yeri bilib-bilmədiyini soruşmuşdur. O da belə bir nömrə yeri bilmədiyini dedikdə Firudin qara rəngli izolyasiya lenti ilə nömrədə dəyişiklik etməyi təklif etmişdir. “Qurtuluş” yaşayış sahəsində Firudin mağazadan Dilbər üçün hicab, oradan bir qədər kənarda olan mağazadan isə yapışqanlı lent və 1 ədəd qara rəngli izolyasiya lenti almışdır. Dilbər avtomobilin içərisində arxa oturacaqda hicabı geyinmiş, o isə Firudinin dediyi kimi avtomobilinin üzərində olan hər iki dövlət-qeydiyyat nişanında olan “P” hərfinin üzərinə lent yapışdıraraq “R” hərfinə oxşatmışdır. Bundan sonra onlar “Uğur Palace” restoranının qarşısına qayıtmışlar. Firudin Kamrana avtomobilini onların arxasınca sürməsini demiş, Kamran da onun avtomobilinin arxasınca sürərək birlikdə Masazır qəsəbəsinin çıxış hissəsində olan “Sion” marketin arxasına gəlmişlər. Kamran avtomobilini orada saxlayıb onun avtomobilinə gəlmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Firudin isə arxa oturacağa keçib Dilbərin yanında əyləşmişdir. Onlar yola düşmüş və saat 15:30 radələrində Firudinin telefonuna zəng gəlmiş, Firudin telefonla danışıb uşağın artıq məktəbə getdiyini bildirmişdir. O, avtomobili idarə edərək Firudinin dediyi kimi Nizami rayonu ərazisinə “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Oradan Firudin yolu göstərmiş və onlar birlikdə “İnterturan” mebel mağazasının qarşısından yuxarı istiqamətdə qalxmışlar. Orada məktəbə oxşar binanın yaxınlığında Firudin ona avtomobili saxlamasını demiş, o da avtomobili kənara sürüb saxlamışdır. Firudin, Kamran və Dilbər avtomobildən düşüb getmişlər. O, Firudin, Kamran və Dilbərin hansı binaya, hansı girişə girdiklərini görməmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Dilbər geri qayıdıb avtomobildə qabaq sağ sərnişin oturacağına əyləşmiş və qadını aldadaraq qapını açdırdığını, Kamran və Firudin mənzilə daxil olduqdan sonra geri qayıtdığını danışmışdır. Təxminən yarım saat keçdikdən sonra Firudin və Kamran da avtomobilə yaxınlaşmışlar. Onlar hər ikisi arxa oturacaqda əyləşmiş, o da avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Firudin mənzildən pul tapmadıqlarını, bir neçə gümüş-zinət əşyalan əldə etdiklərini danışmışdır. Birlikdə Masazır qəsəbəsinə gəlmişlər. Kamranın avtomobilinin yanında avtomobilini saxlamış, Firudin və Kamran avtomobildən düşüb Kamranın avtomobilinə əyləşmişlər. O isə öz avtomobilini idarə edərək Dilbərlə birlikdə getmişdir. Həmin axşam Masazır qəsəbəsində “Sion” marketin arxasında saxlayıb maşında gecələmişlər. Ertəsi gün Firudin ona zəng edərək ev sahibinin şikayət etdiyini, bir müddət gizlənmək lazım olduğunu demişdir. Sonra isə onun pulu olmadığını bildiyindən ödəmə terminalı vasitəsilə onda olan tanışı Əli adlı şəxsin adına sənədləşdirilmiş “Kapital Bank”ın plastik kartına 1.000 manat pul köçürmüşdür. Həmin pulla o, 300 manat ödəməklə kirayə mənzil götürmüş, 100 manat ödəyərək “20 yanvar” metrostansiyasının yaxınlığında olan lombarda girov qoyduğu “Xiomi Note-8” markalı mobil telefonunu götürmüşdür. Qalan pula bazarlıq edərək kirayə tutduqları evə gəlmişdir. 29 aprel 2021-ci il tarixdə kirayə yaşadıqları mənzilə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gələrək onu Dilbər ilə birlikdə polis şöbəsinə, oradan isə Nizami RPİ-nə gətirmişlər (cild 1, iş vərəqə 59-62; 93- 96). Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ifadə verməkdən imtina etdiyindən elan edilmiş ibtidai araşdırma zamanı verdiyi ifadələrində göstərmişdir ki, 4 ildir tanıdığı qeyri-rəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 ilə Masazır qəsəbəsində ünvanını bilmədiyi evdə kirayə yaşamışdır. 6-7 ay olar ki, Kənanın uşaqlıq dostu Şərur şəhərində onunla qonşuluqda yaşamış Təqsirləndirilən şəxs1 tanımışdır. Aralarında Firudinə “Seymur” deyə müraciət etmişlər. 2021-ci ilin aprel ayının 26-da saat 12 radələrində Firudin Kənanın istifadəsində olan mobil telefona zəng edərək onunla danışmaq istədiyini bildirmiş, Kənan telefonu ona vermişdir. Firudin ona qeyri-rəsmi nikah münasibətində olduğu qızla dalaşdığını, barışmaq istədiyini, lakin qızın mənzilin qapısını ona açmadığını, Firudinlə həmin mənzilə gedərək mənzildə olan qızı aldadaraq qapını açmasına köməklik etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Bir müddətdən sonra Firudin yenidən zəng edib Kənana idarə etdiyi avtomobil ilə onu “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gətirməsini demişdir. Kənan icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onunla birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Mc Donalds” şəbəkəsinin yanına gəlmişdir. Bir qədər keçdikdən sonra Firudin piyada gələrək avtomobilə yaxınlaşmış və qabaq tərəfdə sağ sərnişin oturacağına əyləşmişdir. O isə həmin avtomobildə arxa oturacaqda əyləşmişdir. Firudin ona geyim əşyalarını dəyişməsini, gedəcəkləri yerdə nəzarət-müşahidə kameraları olduğundan həmin kameralar vasitəsilə tanınmasını istəmədiyini deyərək təxminən 1 saat “Memar Əcəmi” metrostansiyasının yaxınlığında işi olduğunu, onların da yaşadıqları Masazır qəsəbəsinə getmələrini, o, geyim əşyalarını dəyişdikdən sonra zəngləşib yenidən görüşəcəklərini bildirmişdir. O, Kənanla avtomobillə Masazıra yaşadıqları evə gəlmişdir. Təxminən 1 saat sonra Firudin Kənana zəng edərək Masazır qəsəbəsində yerləşən “Uğur Palace” restoranının qarşısında olduğunu, onun da Kənanla birlikdə oraya gəlməsini demişdir. Kənanın idarə etdiyi avtomobillə “Uğur Palace” restoranının qarşısına gəlmişdir. Firudin həmin yerə əvvəllər tanımadığı sonradan Firudinin “Kamran” kimi təqdim etdiyi şəxsin idarə etdiyi ağ rəngli “Hyundai Sonata” markalı avtomobili ilə gəlmişdir. Bundan sonra Firudin onların avtomobilinin qabaq sağ sərnişin oturacağına əyləşmiş və onlar birlikdə Masazır qəsəbəsinə “Qurtuluş” yaşayış massivinə getmişlər. Yolda olarkən Firudin onunla Kənana gedəcəkləri mənzilin sahibinin məsul vəzifədə işlədiyini, rüşvət aldığına görə Naxçıvanda həbs olunduğunu, həmin şəxsin mənzilində yaxın tanışının olduğunu, evdə olan uşaq məktəbə getdikdə ona məlumat verəcəyini, mənzildə bir qadının tək qalacağını, həmin mənzildə nağd pul olduğunu, o, Ramazan bayramı ilə bağlı pay gətirmək adı ilə qadını aldadıb qapını açdırdıqdan sonra avtomobilə qayıdacağını, Firudin isə Kamranla birlikdə mənzilə daxil olaraq pulları götürəcəyini planlaşdırdığını demişdir. Həmin şəxsin rüşvət aldığına görə həbs olunduğundan mənzilindən pul aparılması barədə hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinəcəyini bildirmişdir. Əldə etdikləri puldan Kənanın avtomobilinin kirayəsini tam ödəyəcəyini və yaşamaq üçün kirayə mənzil götürmək məqsədilə əlavə olaraq onlara pul verəcəyini vəd vermiş, bu işdən sonra normal həyat yaşaya biləcəklərini demişdir. O və Kənan da Firudinlə razılaşmışlar. Firudin Kənanın avtomobilinin dövlət-qeydiyyat nişanını dəyişməyi təklif etmiş və bu məqsədlə sahibsiz nömrə yeri bilib-bilmədiyini soruşmuşdur. Kənan da belə bir nömrə yeri bilmədiyini dedikdə Firudin qara rəngli izolyasiya lenti ilə nömrədə dəyişiklik etməyi təklif etmişdir. “Qurtuluş” yaşayış sahəsində Firudin ona 20 manat pul vermiş və o, avtomobildən düşüb mağazadan hicab almışdır. Oradan bir qədər kənarda olan mağazada Firudin və Kənan avtomobildən düşmüş və mağazadan yapışqanlı lent və 1 ədəd qara rəngli izolyasiya lenti almışlar. O, avtomobilin içərisində arxa oturacaqda hicabı geyinmiş, Kənan isə Firudinin dediyi kimi avtomobilin üzərində olan hər iki dövlət qeydiyyat nişanında olan “P” hərfinin üzərinə qara izolyasiya lenti yapışdıraraq “R” hərfinə oxşatmışdır. Bundan sonra onlar “Uğur Palace” restoranının qarşısına qayıtmışlar. Firudin Kamrana avtomobilini onların arxasınca sürməsini demiş, Kamran da onların avtomobilinin arxasınca sürərək birlikdə Masazır qəsəbəsinin çıxış hissəsində olan “Sion” marketin arxasına gəlmişlər. Kamran avtomobilini orada saxlayıb onların avtomobilinə gəlmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Firudin isə arxa oturacağa keçib onun yanında əyləşmiş və yola düşmüşlər. Saat 15:30 radələrində Firudinin telefonuna zəng gəlmiş, Firudin telefonla danışıb uşağın artıq məktəbə getdiyini bildirmişdir. Onlar avtomobil ilə Firudinin dediyi kimi Nizami rayonu ərazisinə “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan Firudin yolu göstərmiş və onlar birlikdə “İnterturan” mebel mağazasının qarşısından yuxarı istiqamətdə qalxmışlar. Orada məktəbə oxşar binanın yaxınlığında Firudin avtomobili saxlamağı demiş, Kənan avtomobili kənara sürüb saxlamışdır. Firudin, Kamran və o, avtomobildən düşüb getmişlər. Yeni tikili olan 16-17 mərtəbəli binanın qarşısına gəlmişlər. Giriş bağlı olduğundan onlar bir qədər gözləmiş, orada yaşayan şəxs gəlib giriş qapısını açıb keçdikdə o və Firudin həmin şəxsin arxasınca içəri daxil olmuşlar. Həmin sakin getdikdən sonra onlar bir qədər pilləkənlərin yanında dayanmışlar. Sonra isə Firudin giriş qapısını açıb Kamranı da içəri buraxmışdır. Bundan sonra hər üçü birlikdə liftə daxil olmuş və 12-ci mərtəbəyə qalxmışlar. Liftdən çıxdıqdan sonra Firudinlə o, sağ tərəfdə yerləşən mənzilin qapısının qarşısına gəlmişlər. O, qapının qarşısında, Firudin isə onun yanında qapıdan bir qədər aralıda dayanmışdır. Kamran isə pilləkənlərə gedən qapının qarşısında dayanmışdır. O, qapının zəngini çalmış, mənzildən bir qadın kim olduğunu və nə istədiyini soruşmuşdur. O, qonşuluqda yaşadığını, onlara Qurban payı gətirdiyini demişdir. Həmin vaxt əlində avtomobildən götürdüyü qara sellofan torba olmuşdur. Qadın qapını açmış, bu zaman Firudin onu kənara çəkib mənzilə daxil olmuşdur. Mənzildən qadının qışqırıq səsini eşitmiş və dərhal pilləkənlərə tərəf getmişdir. Pilləkənlərin qapısında dayanmış Kamran da Firudinin arxasınca mənzilə daxil olmuşdur. Bundan sonra o, pilləkənlərlə aşağı düşüb binadan çıxaraq qayıdıb Kənanın avtomobilində qabaq sağ sərnişin oturacağına əyləşmiş və qadını aldadaraq qapını açdırdığını, Kamran və Firudinin mənzilə daxil olduqdan sonra geri qayıtdığını Kənana danışmışdır. Təxminən yarım saat keçdikdən sonra Firudin və Kamran da avtomobilə yaxınlaşmışlar. Onlar hər ikisi arxa oturacaqda əyləşmişlər. Kənan avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Firudin mənzildən pul tapmadıqlarını, bir neçə gümüş-zinət əşyaları əldə etdiklərini demişdir. Birlikdə Masazır qəsəbəsinə gəlib Kamranın avtomobilinin yanında avtomobili saxlamışlar. Firudin və Kamran avtomobildən düşüb Kamranın avtomobilinə əyləşmiş, onlar isə oradan aralaşmışlar. Həmin axşam Masazır qəsəbəsində “Sion” marketin arxasında saxlayıb maşında gecələmişlər. Ertəsi gün Firudin Kənana zəng edərək ev sahibinin şikayət etdiyini, bir müddət gizlənmək lazım olduğunu demişdir. Sonra isə Kənan pullarının olmadığını bildirmiş, Firudin ödəmə terminalı vasitəsilə Kənanda olan tanışı Əli adlı şəxsin adına sənədləşdirilmiş “Kapital Bank”ın plastik kartına 1.000 manat pul köçürmüşdür. Həmin pulla Kənan 300 manat ödəməklə kirayə mənzil götürmüş, 100 manat ödəyərək “20 yanvar” metrostansiyasının yaxınlığında olan lombarda girov qoyduğu “Xiomi Note-8” markalı mobil telefonunu götürmüş, qalan pula bazarlıq edərək kirayə tutduqları evə gəlmişlər. 29 aprel 2021-ci il tarixdə kirayə yaşadıqları mənzilə gəlmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları onu Kənan ilə birlikdə polis şöbəsinə, oradan isə Nizami RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 mənzilə basqın etməyi təklif edərkən ona heç bir hədə-qorxu gəlməmiş, öz istəyi İlə Firudinin təklifi ilə razılaşmışdır. Törətdikləri cinayət əməli barədə heç kimə bildirməmiş, tutduğu əməldən peşmandır. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona qaşı hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs4 digər ifadəsində göstərmişdir ki, mənzilə basqın etmək barədə Firudin əvvəlcədən ona heç bir söz deməmişdir. Firudin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Kənanın maşınına oturan zaman qeyri-rəsmi nikah münasibətlərində olduğu qızla dalaşdığı üçün ona qapını açmadığını bildirmiş və qızın qapını açması üçün ona kömək etməsini xahiş etmişdir. Firudin demişdir ki, qeyri-rəsmi nikah münasibətlərində olduğu qız onu tanımamaq üçün hicab geyinməlidir, o da razılaşmışdır. Sonra isə Firudin Kənana bildirmişdir ki, sevgilisinin yaşadığı binada onun hansı maşınla gəldiyini bilməmələri üçün maşının nömrəsini dəyişsin. Kənan isə nömrə dəyişməyə ehtiyac olmadığını, avtomobilin üzərində olan nömrə nişanına qara izolyasiya lenti yapışdırmaqla dəyişiklik edə biləcəyini demişdir. Firudin törətdiyi cinayət barədə basqın etdiyi mənzili tərk edib Kənanın idarə etdiyi avtomobilə qayıtdıqdan sonra onlara danışmışdır (cild 1, iş vərəqə 79-82, iş vərəqə 111-114, cild 3, iş vərəqə 76-80). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 cild 1, iş vərəqə 79-82 və cild 1 iş vərəqə 111-114-də olan ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla da təsdiq edildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində evdə tək olduğu zaman mənzilin giriş qapısının zənginin çalındığını eşidib qapıya yaxınlaşmış və gözlükdən baxdıqda qapının arxasında bir nəfər çarşablı qadının dayandığını görmüşdür. Qadından kim olduğunu soruşduqda qonşu olduğunu, Ramazan hədiyyəsi gətirdiyini bildirmişdir. O, qapını açan kimi 2 nəfər cavan oğlan mənzilə soxulmuşlar. Oğlanlardan biri mənzilə daxil olan kimi onu yumruqla burun nahiyəsindən vurmuşdur. Hər 2 oğlan birlikdə onu yerə yıxdıqdan sonra ağzını əlləri ilə tutaraq yataq otağına aparmışlar. Yataq otağında olarkən həmin 2 oğlan bıçaqla onu hədələyərək azyaşlı qızı Nəzrinin əllərində oduğunu, həyat yoldaşının Naxçıvanda olduğunu bildiklərini, mənzildə olan qızılların və pulların yerini deməyini tələb etmişlər. Bu zaman mənzilin qapısı döyülmüş və onlardan biri qapıya tərəf gedib qapının qarşısında bir qadın və bir kişi olduğunu demişdir. O həmin şəxslərin bu evin adamları olduğunu demişdir. Oğlanlardan biri mobil telefonu ilə evə gələn qardaşı Füzuli Həsənova həkimdə olduğu barədə mesaj yazmışdır. Bundan sonra oğlanlardan biri bıçağı boğazına dayayaraq qardaşına zəng edib aşağı düşmələrini deməyini tələb etmişdir. O da qorxduğu üçün məcbur qalıb qardaşına zəng edərək aşağı düşmələrini demişdir. Mənzilə basqın edən oğlanlardan biri mənzildə olan əşyaları dağıdaraq axtarmağa başlamışdır. Bir müddətdən sonra onlar mənzildən aşkar etdikləri qızıl-zinət əşyalarını götürüb giriş qapısına yaxınlaşaraq gözlükdən baxıb qapının qarşısında heç kimin olmadığına əmin olduqdan sonra mənzili tərk etmişlər. Bundan sonra qardaşı və anası evə gəldikdə baş vermiş hadisə barədə onlara danışmışdır. Sonra isə qaynı Şahid1 zəng edib hadisə barədə məlumat vermişdir. Vüsal isə bu barədə “102” mərkəzi zəng xidmətinə məlumat vermişdir. Həmin ərəfədə istifadə etdiyi mobil telefon nömrəsi ***-***-**- ** olmuşdur. Hadisə zamanı burun və baş nahiyəsindən xəsarət almışdır. Mənzilə basqın etmiş şəxslər mənzildən gümüş sırğanın bir tayını, gümüş üzük, gümüş qolbağı və bir cüt qızıl sırğa aparmışlar. Gümüş sırğanın bir tayı evdədir. Həmin qızıl-zinət əşyalarını 4-5 il bundan əvvəl müxtəlif mağazalardan təxminən 1.000 manata almışdır. Qızıl-zinət əşyaları ona məxsus olmuşdur. Hadisə nəticəsində ona təxminən 1.000 manat maddi ziyan dəymişdir. Mənzilə basqın edən şəxslərdən biri heç danışmamış, digəri isə ondan evdə qızıl-zinət əşyalarının və pulların yerini soruşmuşdur. Qatlanan cib bıçağı mənzilə basqın etmiş şəxslərin birinin əlində olmuşdur. Evdə tək olduğunu Nuranə Seyidovaya telefonda danışarkən bildirmişdir. Evə daxil olan şəxslər evdəki əşyaları dağıdıb pul və qızıl-zinət əşyaları tapmağa çalışmışlar. Mənzilə daxil olan şəxslər burun nahiyəsinə yumruqla vurub ağzını əlləri ilə bağlamışlar. Hicablı qadın mənzilə daxil olmamışdır. Təqsirləndirilən şəxslər qızıl-zinət əşyalarını qaytarmamışlar. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 2015-ci ildən tanıyır. Onunla birlikdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra da aralarında yaxın tanış münasibətləri olmuş, arabir telefonla əlaqə saxlamışlar. 28 aprel 2021-ci il tarixdə saat 00:03-də Kənan istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan nömrəyə “WhatsApp” proqramı vasitəsilə zəng edərək bacısının adına olan, lakin onun istifadə etdiyi “Kapital Bank”ın plastik kartının nömrəsini ona göndərməyini deyərək pul göndəriləcəyini, avtomobili olmadığından evdən çıxa bilmədiyini bildirmiş və karta göndəriləcək pulu kartdan çıxarıb ona verməyini xahiş etmişdir. Bir qədər keçdikdən sonra Kənan yenidən ona səs göndərərək kartın nömrəsini tez göndərməyini xahiş etmişdir. O da aralarında olan yaxın münasibəti nəzərə alaraq heç bir ehtiyat etmədən kartın nömrəsini saat 00:04-də Kənana göndərmişdir. Bundan sonra həmin karta pul göndərilmişdir. Kənana karta göndərilmiş puldan 10 manat komissiya tutulacağını, qalan 990 manatı çıxarıb ona verəcəyini bildirmiş, Kənan da etiraz etməmişdir. Bir qədər sonra Kənan dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Xırdalan şəhərinə gəlib onu evdən götürmüş və birlikdə Xırdalan şəhərində olan “Kapital Bank”ın filialına getmişlər. Orada bankomatdan 990 manat nağd pul çıxarıb Kənana vermişdir. Bundan sonra Kənan onu geri gətirmişdir. Həmin gün saat 00:34-də telefonuna pul çıxarışı barədə mesaj gəlmişdir. Kənanın əmin olması üçün həmin mesajı ona göndərmişdir. Bundan sonra Kənanla əlaqə saxlamamışdır. 1.000 manat pulun Təqsirləndirilən şəxs3 kim tərəfindən və hansı məqsədlə göndərildiyini bilməmişdir. Kənan da bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 20 ilə yaxındır ki, “Seymur” adı ilə tanıyır. Seymur 2013-cü ildə tutularaq 1 saylı İstintaq Təcridxanasına yerləşdirildikdə onunla bir kamerada qalmışdır. Bundan sonra aralarında yaxın münasibət yaranmışdır. O, İstintaq Təcridxanasından çıxdıqdan sonra Seymurun yanına gəlib ona sovqat gətirmişdir. Seymur azad olunduqdan sonra Türkiyə Cümhuriyyətində yaşamışdır. Həmin ərəfədə Seymurla zəngləşib danışmış, Seymur Bakı şəhərinə gəldikdə isə onunla görüşmüşdür. Seymur ilə sonuncu dəfə 2021-ci ilin aprel ayının əvvəllərində görüşmüşdür. X8 ilə şəxsi tanışlığı yoxdur, lakin Seymurun həmin şəxsin evinə basqın etdiyini bilmişdir. Şahid2 da bir neçə ildir ki, tanıyır. Dəfələrlə Mirafərdən avtomobil ehtiyat hissələri almışdır. Mirafərlə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Uzun illər ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. ***-***-**-** mobil nömrəsini isə təxminən 3 aydır ki, işlədir. Son günlər həmin telefon nömrəsi bağlanmışdır. Həmin mobil nömrələr onun istifadəsində olmuş, onları başqa şəxsə verməmişdir. Seymurun istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə dost kimi zəng etmişdir. Ola bilsin ki, həmin ərəfədə avtomobil ehtiyat hissələri almaq üçün Şahid2 da istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vurmuşdur. Zənglər təsadüfən eyni gündə və eyni saatlarda olmuşdur. Vüqar Səfərovu tanımır. Seymur tutulanda ona zəng etmişdir. Şahid2 təxminən 7-8 ildir ki, tanıyır. Seymurun Mirafərlə tanış olub-olmadığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi olaraq avtomobil ehtiyat hissələrinin satışını həyata keçirir. X8 atasının doğma bibisi oğludur. Arabir Vüqar ailəsi ilə birlikdə onların evinə gəlmiş, o da ailəsi ilə birlikdə Vüqarın evinə getmişdir. Vüqar əvvəllər Naxçıvan şəhərinin İcra Başçısı vəzifəsində xidmət etmişdir. Vüqarın maddi imkanı çox yaxşı olmuş, lakin o, işdən çıxarıldığından bütün pulları xərclənib qurtarmışdır. Həmyerlisi, yəni Şərur rayonundan olan Təqsirləndirilən şəxs1 barəsində təxminən 4-5 il əvvəl eşitmişdir. Firudini “Seymur Naxçıvanski” adı ilə tanımış və sözü keçən bir şəxs olduğunu bilmişdir. Lakin Firudin ilə heç bir əlaqəsi olmamış və heç vaxt görüşməmişdir. 8 may 2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə orada ona məlum olmuşdur ki, Firudin 26 aprel 2021-ci il tarixdə Vüqarın yaşadığı evə basqın etmişdir. Əsasən, ***-***-**-** mobil nömrəsindən istifadə edir, istifadəsində ***-***-**-** mobil nömrəsi də var. Həmin nömrədən, əsasən, işlə bağlı istifadə edir. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsini bilməmişdir. X2 mənzilinə basqın edilməsi barədə məlumatı ona Vüqarın qardaşı Vüsal vermişdir. Belə ki, 27 aprel 2021-ci il tarixdə Vüsal ona zəng vurduqda həyəcanlı olduğunu hiss edib səbəbini soruşduqda Vüsal axşam saatlarında görüşüb söhbət etməyi təklif etmiş, o da etiraz etməmişdir. Həmin gün axşam saat 20:30 radələrində Vüsal ilə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşən zaman Vüsal 26 aprel tarixdə Vüqarın evinə basqın edildiyini demişdir. 26 aprel 2021-ci il tarixdə səhər saat 10:00-dan 18:00-dək olan müddət ərzində işlədiyi Xətai rayonu, Babək prospektində yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasında olmuşdur. Həyat yoldaşı X6 ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Hadisədən 27 aprel 2021-ci il tarixdə məlumatı olmuşdur. Vüsal 27 aprel 2021-ci il tarixdə ona kiminsə mobil telefon nömrəsini soruşmaq üçün zəng etmişdir. Firudin ilə heç bir əlaqəsi olmamış və onunla heç vaxt görüşməmişdir. Digər təqsirləndirilən şəxslərlə də heç bir əlaqəsi olmamışdır. Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının giriş qapısını hadisə yeri kimi göstərərək 26 aprel 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və X12 ilə həmin girişin qarşısına gəldiklərini, giriş bağlı olduğundan bir qədər gözlədiklərini, binanın sakinlərindən biri giriş qapısını açıb keçdikdə o və Dilbər həmin sakinin arxasınca girişə daxil olduqlarını, sakin getdikdən sonra bir qədər pilləkənlərin yanında dayandıqlarını, sonra isə giriş qapısını açıb Kamranı da içəri buraxdığını, bundan sonra hər üçünün birlikdə liftə daxil olub 12-ci mərtəbəyə qalxdıqlarını, liftdən çıxdıqdan sonra o, Dilbərlə sağ tərəfdə yerləşən mənzilin qapısının qarşısına gəldiyini, Dilbər qapının qarşısında, o isə onun yanında qapıdan bir qədər aralıda, Kamran isə pilləkənlərə gedən qapının qarşısında dayandığını, Dilbər qapının zəngini çaldıqda mənzildə olan bir qadının kim olduğunu və nə istədiyini soruşduğunu, Dilbər qonşuluqda yaşadığını, Qurban payı gətirdiyini dediyini, qadın qapını açdıqda Dilbəri kənara çəkib onun maşına gedib onları gözləməsini dediyini, o isə Kamranla birlikdə mənzilə daxil olduğunu, mənzildə olan qadını saxlayaraq pul və qızılları tələb etdiyini, Kamranın isə digər otaqda pul və qızıl axtardığını, evdə pul və qızıl tapa bilmədiklərini görüb mənzili tərk edərək Kənan və Dilbərin gözlədikləri avtomobilə yaxınlaşdıqlarını və Kənanın avtomobili idarə edərək oradan uzaqlaşdıqları barədə istintaqa verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 225-226). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 101-103). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 97-98). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 7 ünvanının giriş qapısını hadisə yeri kimi göstərərək 26 aprel 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə həmin girişin qarşısına gəldiklərini, giriş bağlı olduğundan bir qədər gözlədiklərini, binanın sakinlərindən biri giriş qapısını açıb keçdikdə o və Firudinin həmin sakinin arxasınca girişə daxil olduqlarını, sakin getdikdən sonra bir qədər pilləkənlərin yanında dayandıqlarını, sonra isə Firudinin giriş qapısını açıb Kamranı da içəri buraxdığını, bundan sonra hər üçünün birlikdə liftə daxil olub 12-ci mərtəbəyə qalxdıqlarını, liftdən çıxdıqdan sonra o, Firudinlə sağ tərəfdə yerləşən mənzilin qapısının qarşısına gəldiyini, o, qapının qarşısında, Firudin isə onun yanında qapıdan bir qədər aralıda, Kamran isə pilləkənlərə gedən qapının qarşısında dayandığını, o, qapının zəngini çaldıqda mənzildə olan bir qadının kim olduğunu və nə istədiyini soruşduğunu, o, qonşuluqda yaşadığını, Qurban payı gətirdiyini dediyini, qadın qapını açdıqda Firudinin onu kənara çəkib mənzilə daxil olduğunu, mənzildən qadının qışqırıq səsini eşitdiyini və dərhal pilləkənlərə tərəf getdiyini, pilləkənlərin qapısında dayanmış Kamranın da Firudinin arxasınca mənzilə daxil olduğunu, o isə pilləkənlərlə aşağı düşüb binadan çıxdığını, qayıdıb onları gözləyən Kənanın ünvan 8 ünvanında, 118 saylı uşaq bağçasının hasarının kənarında saxladığı avtomobildə qabaq sağ sərnişin oturacağına əyləşdiyini və qadını aldadaraq qapını açdırdığını, Kamran və Firudinin mənzilə daxil olduqdan sonra geri qayıtdığını Kənana danışdığını, təxminən yarım saat keçdikdən sonra Firudin və Kamranın da avtomobilə yaxınlaşıb hər ikisinin arxa oturacaqda əyləşdiklərini, Kənan avtomobili idarə edərək oradan uzaqlaşdıqları barədə istintaqa verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 115-120). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin 30 aprel 2021-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin yumşaq toxumasının qansızması, sağ gözaltı nahiyəsinin, sol dodaq-burun üçbucağının, burun altı nahiyəsinin sıyrıqları və üst dodağın iç səthinin kiçikölçülü qansızmaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26.04.2021-ci il tarixdə alınması mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törədilə bilərdi, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də alınması mümkündür (cild 2, iş vərəqə 220-221). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 24 iyul 2021-ci il tarixli 1582 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü və intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslığı, emosional qeyri-sabitliyi aşkar olunur. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, qıcığa qarşı həssaslıq, kobudluq, tez özündən çıxmaq, hövsələsizlik və emosional qeyri-sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 intellektual imkanları nəzərə alınmaqla cinayət əməlini törədən zaman öz hərəkətinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs1 intellektual imkanları nəzərə alınmaqla əməli törədərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs1 sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə olunmamışdır (cild 2, iş vərəqə 227-229). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 24 iyul 2021-ci il tarixli 1583 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü və intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslığı, emosional qeyri-sabitliyi aşkar olunur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xətəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayətlər Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, eqosentrizm, emosional qeyri-sabitlik, emosional reaksiyalara meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 intellektual imkanları nəzərə alınmaqla cinayət əməlini törədən zaman öz hərəkətinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs2 intellektual imkanları nəzərə alınmaqla əməli törədərkən öz hərəkətini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs2 sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə olunmamışdır (cild 2, iş vərəqə 230-232). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 18 iyun 2021-ci il tarixli 1314 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı onda psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs3 idrak prosesləri, dünyagörüşü və intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs3 cinayəti törədərkən hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs3 ünsiyyətçilik, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanlarına görə cinayət əməlini törədən zaman öz hərəkətinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 sensor-perseptiv (duyğu, qavrama) proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq belə qənaətə gəlinir ki, o, iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilməmişdir (cild 2, iş vərəqə 223-225). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 3 avqust 2021-ci il tarixli 1692 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs4 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs4 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olub gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs4 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olub gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqidir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 qeyd olunan cinayəti törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs4 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs4 ekstraversiya və intraversiya şkalasında ekstravert olduğu müəyyən olunur (Ayzenkin şəxsiyyət sorğusu testi). Ünsiyyətçilik, inadkarlıq, məsuliyyətsizlik və biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs4 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs4 əqli imkanlarına uyğun olaraq öz hərəkətinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs4 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs4 idrak proseslərində normadankənar hallara rast gəlinmədiyindən belə nəticəyə gəlmək mümkündür ki, o, hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli hallan düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs4 başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmişdir (cild 2, iş vərəqə 234-237). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanında quraşdırılmış nəzarət-müşahidə kamerasında 26 aprel 2021-ci il tarixdə saat 16:45-də qeydə alınmış videogörüntülərin 1 ədəd DVD diskinə 29 aprel 2021-ci il tarixdə Nizami RPİ-nin İŞ-nin 311 saylı inzibati otağında cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs4 iştirakı ilə “HP” markalı kompüter vasitəsilə baxış zamanı Təqsirləndirilən şəxs4 görüntülərdə olan hicablı qadının özü olduğunu, yanındakı 2 nəfər şəxsin isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Həmin DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 83). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 qeyd olunan nəqliyyat vasitəsinin ön dövlət qeydiyyat nişanını göstərərək nömrənin üzərində olan “P” hərfinin “R” kimi görünməsi üçün sağ tərəfdən “P” hərfinin aşağısına qara rəngli izolyasiya lenti yapışdırdığını bildirmişdir. Ön dövlət qeydiyyat nişanında “P” hərfinin sağ tərəfinin aşağı hissəsində izolyasiya lentinin yapışqan qalıqlarının izi açıq aydın müşahidə olunmuşdur. Odur ki, həmin avtomaşın iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və avtomobilin sahibi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqə 99- 101). Cinayət işinin materiallarından görünür ki, X3 Təqsirləndirilən şəxs3 ilə birlikdə kirayə yaşadıqları X9 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış sahəsi, İnteqral, bina 2, mənzil 5-ə Təqsirləndirilən şəxs4 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Dilbər Hacıyevə 26 aprel 2021-ci il tarixdə cinayət əməlini törədərkən əynində olmuş açıq çəhrayı rəngli şalvar və yasəmən rəngli köynəyi, habelə həmin gün Firudin və Kamran adlı şəxslərin cinayət yerində istifadə etmək üçün aldıqları 2 ədəd şəffaf yapışqanlı lent rulonlarını təqdim etmişdir, həmin əşyalar götürülərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş və saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 123-125 və cild 3, iş vərəqə 96-121). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon məhkəməsinin 13 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Sabunçu rayon məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ona təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum cəzasını Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə görə tam toplamaq yolu ilə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə cəzası 3 (üç) il 9 (doqquz) ay müddətə endirilmiş və 14 noyabr 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 245-247). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 248-251). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X12 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X7 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X12 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur (cild 4). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını məqsədəuyğun hesab edir. İş materiallarında olan Nizami rayon məhkəməsinin 8 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 may 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 241-244). İş materiallarında olan Nizami rayon məhkəməsinin 18 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 111-113). İş materiallarında olan Nizami rayon məhkəməsinin 1 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 152-154). İş materiallarında olan Nizami rayon məhkəməsinin 1 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 155-157). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X7 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 may 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 may 2021-ci il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və X3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 29 aprel 2021-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar: -Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs4 əynində olmuş açıq çəhrayı rəngli şalvar və yasəmən rəngli köynək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yerində istifadə etmək üçün aldıqları 2 ədəd şəffaf yapışqanlı lent rulonları məhv edilməli; -ünvan 4 ünvanında quraşdırılmış nəzarət-müşahidə kamerasından əldə olunmuş görüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalı; -Hadisə zamanı Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 7 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

4. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs4 əynində olmuş açıq çəhrayı rəngli şalvar və yasəmən rəngli köynək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yerində istifadə etmək üçün aldıqları 2 ədəd şəffaf yapışqanlı lent rulonları məhv edilsin; -ünvan 4 ünvanında quraşdırılmış nəzarət-müşahidə kamerasından əldə olunmuş görüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın; -Hadisə zamanı Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Çanqan” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X7 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar