Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1599/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi i iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Behzat" adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Behzat» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 7095 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1830 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1520 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 1370 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qoyulan yerdən «Behzat» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitələrin külli miqdarda 7095 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1830 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1520 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 330 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı ünvan 2, mənzil 58-də yerləşən evinə daşıyıb gizlətməklə saxlamış, qalan külli miqdarda 1040 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 iyun 2022-cİ il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02.50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5N-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 04.40-da üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd qəhvəyi rəngli sellofan torbadan külli miqdarda 1040 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 11 iyun 2022-ci il tarixdə saat 06.15-də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2, mənzil 58-də yerləşən evin yataq otağından taxta konustruksiyalı divanın yanında gizlətdiyi iki ədəd çantada olan yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram, 975 qram, 970 qram, 1035 qram, 1085 qram, 1020 qram və 1040 qram olmaqla ümumilikdə külli miqdarda 7095 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə külli miqdarda 1520 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 660 qram, 155 qram və 1015 qram olmaqla ümumilikdə külli miqdarda 1830 qram çəkidə kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, bir ədəd bükümdə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda 330 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər tekstil mağazasında işləyirmiş. Mütəmadi işinin olduğunu, aylıq qazancının 300 manat olduğunu bildirmişdir. Karantin dövründə iri ticarət mərkəzləri bağlandığına görə həmin vaxtdan işsiz olmuş, gündəlik işlərdə işləyirmiş. O, tutulmamışdan əvvəl təxminən 5-6 ay olarmış ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyini bildirmişdir. Hadisədən təxminən 1 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı "Behzat" adlı şəxslə tanış olmuş və “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışmağa başlamışdır. O, şəxsi istifadəsi üçün 90 manat müqabilində 10 qram “kakos” kimi tanıdığı narkotik vasitə heroin almışdır. O, narkotik vasitə heroini iyləmək yolu ilə gündə bir dəfə qəbul edirmiş. Aldığı “kakos” 10-15 günlük istifadəsi üçün imiş. 10 iyun 2022-ci il tarixdə axşam vaxtlarında “Behzat” adlı şəxs “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb aldığı 10 qram “kakos” kimi tanıdığı narkotik vasitə heroini Bakı şəhəri Qaradağ rayonu ərazisində gizlətdiyini və gedib götürməsini bildirmişdir. O da yalnız özü taksi ilə həmin gün saat 23 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində “Aqrovest” deyilən yerə gedib gizlədilmiş narkotik vasitə olan heroini götürmək istədikdə, ona deyilən yerdə qara böyük çanta olduğunu görmüş və hiss etmişdir ki, həmin çanta onu tutmaq üçün buraya qoyulmuşdur. Çanta onu şübhəyə saldığı üçün açıb baxmadığını bildirmişdir. Nə çantanı, nə də içindəkiləri götürməmiş, həmin çantaya toxunmadığını, evə qayıtdığını bildirmişdir. "Behzat"a ona dediyi yerdə niyə çanta olduğunu yazıb soruşmuş, o da cavabında onun aldığı malın həmin çantanın içərisində olduğunu bildirmişdir. O, artıq onunla yazışan şəxsin "Behzat" olmadığından şübhələnməyə başlamış, kim olduğunu soruşmuşdue, lakin cavabını görə bilməmişdir, çünki o evə daxil olduqdan bir müddət sonra 10-15 nəfər polis əməkdaşları qapını qıraraq evə daxil olduqlarını bilirmişdir. İlk əvvəl qardaşını döydüklərini, ona təzyiq göstərmişlər, atasını, qardaşını narkotik vasitə ilə yükləyəcəklərini bildirib hədələmişlər, o da dayana bilməyib bütün məsələnin onunla bağlı olduğunu bildirmişdir. Polis əməkdaşları tapança ilə başına vurmuşlar, atəş açmadıqarını bildirmişdir. Evə daxil olan polis əməkdaşlarından hansısa içərisində narkotik vasitə və psixotrop maddə olan çantanı evə qoyduğunu, amma onu hansı polis əməkdaşının kim olduğunu dəqiq bilmədiyini bildirmişdir. İttihamda göstərilən narkotik vasitə və psixotrop maddələr həmin çantadan çıxmışdır. Daha sonra onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarənin əməkdaşı onu dindirmiş bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 3 ünvanına yollanmışlar. Anası Şahid4 iştirakı ilə həmin mənzilin polis əməkdaşlarının gizlətdiyi qara çantanı tapmışlar. Həmin çantanın içindən narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Sonradan BMCMİ-nin müstəntiqi isə təcridxanaya gəlib sənədləri onun qabağına qoyub imzalamağını bildirmişdir. Ona demişdir ki, imzalasa da imzalamasa da nəticə eyni olacaq. O da imzalamışdır. Məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən 6 gün imiş ki, yatmadığından və narkotik vasitənin təsiri altında olduğundan polis əməkdaşlarının zor tətbiqi və onu ailəsilə hədələmələrini bildirmək imkanım olmadığını, xəstəliyi olduğu üçün yuxu pozuntuları olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 10 iyun 2022ci İl tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 11 iyun 2022-ci il tarixdə, saat 02:50-də ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 iyun 2022-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qəhvəyi rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən “Huavei” markalı mobil telefon, bir ədəd açar və 20 AZN pul aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1 kiloqram 67 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür, bir ədəd açar və 20 manat pul vəsaiti sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş maddələri İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb əvəzində istifadə etmək üçün narkotik maddə əldə etmək məqsədi ilə götürdüyünü, “Behzaf ’ adlı şəxslə sosial şəbəkədə tanış olduğunu, müxtəlif növ narkotik maddələrdən və həblərdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, əlavə olaraq Bakı şəhəri, Qaradağ rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən yaşadığı ünvan 2, mənzil 58-ə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Qeyd olunan ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 11 iyun 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə anası Şahid4 iştirakı ilə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, anası Şahid4 iştirakı ilə həmin mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağındaki taxta konustruksiyalı divanın yanında gizlətdiyi iki ədəd çantanı təqdim etmişdir. Həmin çantaların içindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər, üç bükümdə narkotik vasitə heroinə bənzər, bir bükümdə tiryəkə bənzər, yeddi bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 334 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 883 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 533 qram oldu. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 8 kq 205 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət edən hər hansı əşya, predmet maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Behzat’ adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb şəxsi istifadəsi üçün narkotik maddə və həb əldə etdiyini, həmin mənzildə narkotik maddə saxlamasından anası Səidənin və ya digər bir şəxsin məlumatı olmadığını bildirmişdir. Bundan sonra Baş İdarədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış, İbrahim heç bir narkotik vasitələri qəbul etməmiş, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. İbrahim əvvəllər ev təmiri usta köməkçi işləmişdir. Son vaxtlar heç bir yerdə işləməmişdir. Oğlu İbrahimin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadıqları mənzildə həmin maddələri saxlaması barədə məlumatı və xəbəri olmamışdır. Polis əməkdaşları yaşadıqları mənzilə “basqın” edərcəsinə evə daxil olmuşlar. Evdəki hər kəsə təzyiq göstərdikdən sonra oğlu İbrahimi apardıqlarını, bir müddət sonra yenidən evə qayıtdıqda əllərində torba gətirib, baxış keçirdikdən sonra İbrahimi yenidən özləri ilə apardıqlarını bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/609 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş ağ üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” sözləri yazılmış qara rəngli çantada 07 (yeddi) ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 970,0 qram, 975,0 qram, 970,0 qram, 1035 qram, 1085 qram, 1020 qram və 1040 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümimi çəkisi- 7095 qramdır (7kq 95,0 qram). Tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. (iş vərəqə 48-52) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3279 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən... ” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1040 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir ; üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən... ” və s. yazıları olan çantadakı 01 ədəd bükümdə təmiz çəkisi 330 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 660 qram; 155 qram; 1015 qram; ümumi təmiz çəkiləri 1830 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 1520 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qalıq: 7094,65 qram - qurudulmuş marixuana, 1519,9 qram - tiryək, 1829,88 qram heroin və 1369,9 qram – metamfetamin Heroin və tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İİ) daxildir. (iş vərəqə 53-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 4033 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə 01 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən burun vasitəsi ilə nəfəsinə çəkib iyləməklə istifadə edir. (iş vərəqə 180-182) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 177-179) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”, eləcə də “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 5N-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd torbadan külli miqdarda 1040 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 11 iyun 2022-ci il tarixdə saat 06:15-də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2, mənzil 58-də yerləşən evin yataq otağından iki ədəd çantada olan yeddi ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1970 qram, 975 qram, 970 qram, 1035 qram, 1085 qram, 1020 qram və 1040 qram olmaqla ümumilikdə külli miqdarda 7095 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd büküm külli miqdarda 1520 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 660 qram, 155 qram və 1015 qram olmaqla ümumilikdə külli miqdarda 1830 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 330 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (iş vərəqə 33-35, 39-41) İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(002)-144/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 10 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. (iş vərəqə 129-130) İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 008-6257-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi “Behzat” adlı şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitə və psixotrop maddələri əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırıqda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 145- 146) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huavei” markalı mobil telefonun yaddaşının “Kişiler" bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (930) ***-**-** nömrəsinin “Behzad” adı altında və +98(919) ***-**-** nömrəsinin “İii” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa telefonda aşkar edilmiş “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə: - 31.05.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “Behzad” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (930) ***-**- ** nömrəsi ilə 189 telefon danışığının olması, - 10.06.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “İii” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (919) ***-**- ** nömrəsi ilə 3 telefon danışığının olması, - 10.06.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (914) ***-**-** nömrəsi ilə 20 telefon danışığının olması, - həmin telefon nömrələri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin gətirilməsi və müxtəlif ünvanlara çatdırılması ilə bağlı tapşırıqların verilməsi ilə bağlı çoxsaylı səsli mesajların və həmin ərazilərin fotoşəkillərin göndərildiyi müəyyən edilmişdir. (iş vərəqə 138- 140) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 28 iyul 2022-ci il tarixli 10872/22 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon nömrələri ilə telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. (iş vərəqə 173-175) İş üzrə xx.xx.2022-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərara əsasən, iki ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 7094,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1519,9 qram çəkidə narkotik vasitə tiryək, 1829,88 qram çəkidə narkotik vasitə heroin və 1369,9 qram çəkidə psixotrop maddə metamfetamin, 30 iyul 2022-ci il tarixli qərara əsasən isə bir ədəd “Huavei” markalı mobil telefon cihazı və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (iş vərəqə 117-118, 182-190) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilsə də, onun AR CM-in 32.5, 206.3.2-ci maddəsinə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, dayanacaqda olan çantanı şübhələndiyi üçün ümumiyyətlə götürməməsi, içərisində narkotik vasitə olan çantanın evinə polis əməkdaşları tərəfindən yerləşdirilməsi, polis əməkdaşlarının ona və ailəsinə zor tətbiq etmələri barədə verdiyi ifadələrinə qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”, eləcə də “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokollar, xx.xx.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 10 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarının qanuni və əsaslı hesab edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(002)-144/2022 nömrəli qərarı və digər sənədlərlə tam təkzib olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik edərək cinayət törətmişdir. Lakin məhkəmə istintaqında aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində köməkçi qismində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki,Təqsirləndirilən şəxs əslində bütövlükdə narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməmiş, narkotik vasitəni və psixotrop maddəni bəlli bir yerdə qəbul etməkdən – satışda yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə qəbul etmə ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız “İnstaqram” sosial şəbəkəsi və “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə köməkçi qismində iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə narkotik vasitənin və psixotrop maddənin satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ona görə də Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törətməkdə köməkçi kimi iştirak etməsi ilə ittiham edilməsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X7 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X7 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd torbadan külli miqdarda 1040 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2, mənzil 58-də yerləşən evin yataq otağından iki ədəd çantada olan yeddi ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1970 qram, 975 qram, 970 qram, 1035 qram, 1085 qram, 1020 qram və 1040 qram olmaqla ümumilikdə külli miqdarda 7095 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd büküm külli miqdarda 1520 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 660 qram, 155 qram və 1015 qram olmaqla ümumilikdə külli miqdarda 1830 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 330 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda Dövlət ittihamçısı çıxışında AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş AR CM-in 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. AR DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-90/2018 tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3500 manat cərimə cəzası 400 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. (iş vərəqə 147-149, 165-167) 17 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.9-cu bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. (iş vərəqə 168) Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 280 və 281 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi atası X1, anası Şahid4 və qardaşı X3 ibarətdir. (iş vərəqə 151-153) İş materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 279 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 154) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-688/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 24, 96-100) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4033 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 199 (yüz doxsan doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7094,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1519,9 qram çəkidə narkotik vasitə tiryək, 1829,88 qram çəkidə narkotik vasitə heroin və 1369,9 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Huavei” markalı mobil telefon cihazı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Universal” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 7094,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1519,9 qram çəkidə narkotik vasitə tiryək, 1829,88 qram çəkidə narkotik vasitə heroin və 1369,9 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Huavei” markalı mobil telefon cihazı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 199 (yüz doxsan doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1599/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1599/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver