Məhkəmə qərarları › İş №1(101)-160/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-160/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-160/2020 29.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, barəsində cinayət işi başlanılanadək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən,Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5B, mənzil 53-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq müqabilində edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək almışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun inspektoru kimi xidmətdə olarkən xx xxxx 2019-cu il tarixdə saat 14:39-da “Ford Tranzit” markalı, “X935MB799” qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonu, Xanoba kəndində yerləşən “Xanoba” gömrük postundan Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçən Rusiya Federasiyasının vətəndaşı Şahid1 xeyrinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncunun idarə etdiyi avtomobillə daşıdığı ərzaq, qeyriərzaq məhsullarını və digər məişət əşyalarını, habelə sərnişinləri hazırda və gələcəkdə növbədə olduğu gün ərzində gömrük postundan maneəsiz və qısa zaman ərzində keçməsinə şərait yaratmaqla Şahid1 xidmət üzrə ümumi himayədarlıq edəcəyi müqabilində 30000 (otuz min) Rusiya rublu, həmin dövrün məzənnəsi ilə 780 (yeddi yüz səksən) manat məbləğində pulu Xaçmaz rayonu, Xanoba kəndi ərazisində yerləşən “Xanoba” gömrük postunun həyətində gömrük yoxlanışını həyata keçirərkən şəxsən özü üçün birbaşa yolla rüşvət kimi istəmişdir. Şahid1 30000 (otuz min) Rusiya rublu məbləğində pulun olmamasını Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Şahid1 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pul verə biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1la 620 (altı yüz iyirmi) manat məbləğində pul barəsində razılaşmış və qeyd olunan pulu “Xanoba” gömrük postunun ərazisində fəaliyyət göstərən “xxxx” MMC-nin Xaçmaz rayon poçt filialının “Xanoba” poçt şöbəsinin rəisi vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan Şahid7 verməsini, pulu verərkən həmin pulun Təqsirləndirilən şəxs çatacağını deməsini Şahid1 tapşırmışdır. Şahid1 da “Xanoba” poçt şöbəsinə gedərək 620 (altı yüz iyirmi) manat məbləğində pulu poçt şöbəsinin rəisi vəzifəsində işləyən Şahid7 vermişdir. Bununla da, Təqsirləndirilən şəxs 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu məbləğində, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pulu Şahid1 şəxsən özü üçün birbaşa yolla rüşvət olaraq almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2007-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləməyə başlamışdır. O, əvvəlcə Heydər Əliyev adına Hava Limanında fəaliyyət göstərən gömrük orqanında inspektor işləmişdir. 2014-cü il tarixdən isə Xaçmaz rayonunda “Samux” gömrük postunda 2 il müddətində inspektor vəzifəsində işləmişdir. Sonra o, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda böyük inspektor vəzifəsinə təyin edilmişdir. Lakin o, həmin vəzifədə bir müddət işlədikdən sonra həmin gömrük postunda inspektor vəzifəsinə keçirilmişdir. O, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda həmin gömrük postunun rəisi Rinat Yolçuyevin tabeçiliyində işləmişdir. xx xxxx 2019-cu ildə Şahid1 idarə etdiyi “Ford Tranzit” markalı, mavi rəngli avtomobil ilə “Xanoba” gömrük postuna daxil olmuşdur. Nicat avtomobillə posta daxil olduqda tək olmuşdur. Avtomobildə Nicata məxsus 4-5 ədəd əl yükü olmuşdur. O, Nicata vahid pəncərəyə yaxınlaşıb yükünü bəyan etməsini bildirmişdir. Nicat vahid pəncərəyə yaxınlaşıb bəyannaməni götürdükdən sonra ona yaxınlaşmış və bəyannaməni götürdüyünü bildirmişdir. Bundan sonra Nicatın idarə etdiyi nəqliyyat vasitəsi skan ixrac aparatının olduğu yerə gətirilmişdir. Həmin vaxt Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Şahid4 növbədə olmuşdur. Avtomobil yoxlanılan zaman o, 2-3 dəfə Elçinə yaxınlaşmış və Elçinin avtomobili, eləcə də yükləri yoxlanışdan keçirdiyini görmüşdür. Sonda da o, Elçindən Nicatın idarə etdiyi nəqliyyat vasitəsində normadan artıq yükün və ya qadağan olunmuş yükün olub-olmadığını soruşmuşdur. Elçin Şahid1 normadan artıq və qadağan olunmuş yükün olmadığını ona bildirmişdir. Bundan sonra, o, Nicata yoxlamanın bitdiyini və yol vergisini ödədikdən sonra gedə biləcəyini demişdir. Sonra Nicat yol vergisini ödəmişdir. Nicat yol vergisini ödədikdən sonra o, heç bir sənədə möhür vurmamışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, hər hansı bir şəxsdə normadan artıq və qadağan olunmuş əşya və yük olmadığı halda, həmin şəxs yol vergisini ödədikdən sonra hər hansı bir sənədə möhür vurmaq onun xidməti vəzifəsinə aid edilməmiş və onun elə bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, Şahid1 idarə etdiyi avtomobildə normadan artıq və ya qeyri-qanuni yük aşkar olunmamış, o, ümumiyyətlə Şahid1 hər hansı məbləğdə pul istəməmiş və pul almamışdir. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq müqabilində edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində istəməsi cinayətini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda (rüşvətin istəməsində) özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “Ford Tranzit” markalı avtomobillə Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə sərnişin daşıma ilə məşğuldur. xx xxxx 2019-cu ildə “Xanoba” gömrük postuna çatdıqda onun idarə etdiyi avtomobildə olan sərnişinlər yüklərini götürüb avtomobildən düşdükdən sonra o, avtomobili rentgen yoxlanışına təqdim etmişdir. Bundan sonra həmin gün növbə rəisi olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb kalkulyatorda 30000 (otuz min) göstərmişdir. Təqsirləndirilən şəxs ona normadan artıq yük daşıdığını və 30000 (otuz min) Rusiya rublu məbləğində pul verdikdən sonra onun sərhəddən keçə biləcəyini bildirmişdir. O, qeyd edilən məbləğdə pul tapa bilməyib yenidən Təqsirləndirilən şəxs yanına qayıtmış və 30000 (otuz min) Rusiya rubl pulunun olmadığını Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs isə onun pul verməli olduğunu bildirmişdir. Bir qədər keçdikdən sonra o, Bayrama yaxınlaşıb 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pulun olduğunu, yalnız həmin məbləğdə pulu Bayrama verə biləcəyini demişdir. Bayram da onunla razılaşmış və pulu poçt şöbəsinə verməyini bildirmişdir. Sonra o, poçt şöbəsinə getmiş və 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pulu poçt şöbəsinin rəisinə vermişdir. O, pulu poçt şöbəsinin rəisinə verdikdə, poçt şöbəsinin rəisi pulun Bayrama çatıb-çatmayacağını ondan soruşmuşdur. O da həmin pulun Bayrama çatacağını bildirmişdir. Bundan sonra o, qəbzə möhür vurdurmaq üçün Bayrama yaxınlaşmışdır. Bayram da qəbzə möhür vurmuşdur. Sonra o, idarə etdiyi avtomobillə sərhədi keçmişdir. Bir qədər sərhəddən aralandıqdan sonra 2 (iki) avtomobil onun idarə etdiyi avtomobilin qarşısını kəsmiş və özlərini gömrük əməkdaşları kimi təqdim edərək avtomobili geriyə, gömrük yoxlama məntəqəsinə qaytarmalı olduğunu bildirmişlər. Onların qarşısını kəsən şəxslər hətta sərnişinlərin yüklərini boşaltmalarına da icazə verməmişlər. O da avtomobili sürərək gömrük yoxlama məntəqəsinə qayıtmışdır. Gömrük yoxlama məntəqəsində onun avtomobilində qaçaqmalın olub-olmadığını yoxlamaq məqsədilə bütün yüklər yenidən yoxlanılmış və avtomobildə qaçaqmal olmadığı müəyyən edilmişdir. Sonra avtomobili Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə aparmışlar. Sərnişinlər isə evlərinə qayıtmışlar. 3 (üç) gündən sonra sərnişinlərin yükləri özlərinə qaytarılsa da, onun avtomobili 4 (dörd) ay Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsində saxlanılmış və sonra ona təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə Rusiya Federasiyasının vətəndaşı Şahid1 idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə “Xanoba” gömrük postundan Azərbaycan Respublikası ərazisinə keçmək istəməsi, həmin avtomobildə şübhəli yüklərin olması ilə bağlı şöbə rəisi tərəfindən məxfi məlumat almışdır. Həmin məlumat əsasında ona əməliyyat tapşırığı verilmişdir. Məlumatın əsaslandırılması məqsədilə Şahid1 “Xanoba” gömrük postundan keçdikdən sonra o, digər əməliyyatçı Şahid6lə birlikdə Şahid1 idarə etdiyi avtomobili saxlatdırmış və avtomobil yenidən “Xanoba” gömrük postuna geri qaytarılmışdır. Avtomobil qaytarıldıqdan sonra yoxlanılmış və avtomobildə qaçaqmalçılıqla bağlı heç nə aşkarlanmamışdır. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs 30000 (otuz min) Rusiya rublu məbləğində pul istədiyini ona demişdir. Şahid1, həmçinin onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs 30000 (otuz min) Rusiya rublu istəməsinə baxmayaraq, Şahid1 gömrük postunu tez keçmək məqsədi ilə Təqsirləndirilən şəxs 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul vermişdir. Şahid, həmçinin ifadəsində göstərdi ki, Şahid1 həmin pulu Təqsirləndirilən şəxs çatdırmaq məqsədi ilə poçt şöbəsinə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə o, növbədə olmuşdur. Onun şöbə rəisi Taleh Abdullayev ona zəng vuraraq, “Xanoba” postunda olan avtomobillərin birində yük çox olduğuna görə “Xanoba” postuna getməyini bildirmişdir. O da iş yoldaşı Şahid5 zəng vuraraq “Xanoba” postuna gəlməsini demişdir. Onlar Şahid1 məxsus avtomobili “Xanoba” postunun çıxışında gözləmişlər. Avtomobillə bağlı bütün sənədləşmə işləri bitdikdən və avtomobil “Xanoba” postundan çıxdıqdan sonra onlar həmin avtomobili saxlatdırmışlar. Sərnişinlər avtomobildən düşürülmüş, lakin yüklər avtomobildə qalmış və bundan sonra avtomobil gömrük postuna qaytarılmışdır. Sonra onlar avtomobildə olan yükləri boşaltmışlar və bütün yüklərə baxış keçirmişlər. Sürücü Şahid1 onlara yaxınlaşaraq 4-5 saat gömrük postunda olduğundan sərhədi keçə bilmədiyini, incidildiyini və sərhəddən keçməsinə görə ödəniş etdiyini bildirmiş və hansı səbəbdən onun idarə etdiyi avtomobilin yenidən gömrük postuna geri qaytarıldığını onlardan soruşmuşdur. Onlar da Şahid1 nə baş verdiyini soruşmuşlar. Şahid1 poçt şöbəsinin rəisinə 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul verdiyini bildirmişdir. Onlar da rəisləri Taleh Abdullayevə sürücünün poçt şöbəsinə pul verməsi barədə məlumat vermişlər. Şöbə rəisi X8 və Təhqiqat şöbəsinin əməkdaşlarını göndərəcəyini və Şahid1 hadisə ilə bağlı izahat alınacağını onlara bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləyir və onun vəzifəsi “Xanoba” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına və əks istiqamətdə gələn və gedən nəqliyyat vasitələrinin və yüklərin, sürücülərin və sərnişinlərin gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. “Xanoba” gömrük postunda 3 (üç) ədəd skanlaşdırma aparatı olmuş və hadisə baş verən vaxt nəqliyyat vasitələrinin yüklərinin yoxlanılması üçün nəzərdə tutulmuş “X-RAY” rentgen aparatı nasaz vəziyyətdə olduğundan yüklər sərnişin ixrac xəttində olan digər rentgen aparatı vasitəsilə yoxlanılmışdır. xx xxxx 2019-cu il tarixdə “Xanoba” gömrük postunda növbədə olarkən Şahid1 məxsus avtomobil də yoxlanılmış və Azərbaycan Respublikasının ərazisinə buraxılmışdır. Sonradan Şahid1 məxsus avtomobil geri qaytarıldıqda o, Təqsirləndirilən şəxs yüklərin çox olduğuna görə Şahid1 pul istəməsini eşitmişdir. O, bunu eşitdikdə belə bir halın ola bilməyəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu ildə “Ford Tranzit” markalı avtomobil “Xanoba” gömrük postuna daxil olduqda o, nahar fasiləsində olmuşdur. Onun eşitdiyinə görə həmin avtomobil təxminən saat 14:00-15:00 radələrində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində idxal xəttinə daxil olmuşdur. Həmin avtomobildə normadan artıq yükün olması müəyyən edildikdən sonra həmin gün növbə rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs həmin avtomobilin sürücüsünü yüklərin yoxlanılması üçün ixrac sərnişin xəttinə dəvət etmişdir. Orada avtomobildə olan yüklər skan edilmiş və daha sonra Təqsirləndirilən şəxs icazəsi ilə həmin avtomobil Azərbaycan Respublikası ərazisinə buraxılmışdır. Təxminən 15-20 dəqiqə sonra həmin nəqliyyat vasitəsi yenidən Şimal Ərazi Baş Gömrük İdarəsinin əməliyyatçıları tərəfindən gömrük postuna qaytarılmış və avtomobilə yenidən baxış keçirilmişdir. Bundan başqa, şahid, həmçinin bildirdi ki, həmin gün növbə rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs “Ford Tranzit” markalı avtomobilin sürücüsü Şahid1 normadan artıq yükün buraxılmasına görə pul istədiyini, Şahid1 isə həmin pulu postun daxilində fəaliyyət göstərən poçt şöbəsinə verməsini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, atası ilə birlikdə Şahid1 idarə etdiyi avtomobillə sərnişin kimi Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Onlar “Xanoba” gömrük postuna çatdıqda, sürücü Şahid1 onlara və digər sərnişinlərə sərnişin ixrac xəttinə getməklərini bildirmişdir. O, atası və digər sərnişinlərlə birlikdə piyada keçid xəttinə getmişdir. Nicat isə idarə etdiyi avtomobillə birlikdə gömrük postuna daxil olmuşdur. O, atası və digər sərnişinlər özlərinə məxsus yüklərlə birlikdə problemsiz gömrük postunu və gömrük sərhədini keçmişlər və Azərbaycan Respublikası ərazisində Nicatı gözləmişlər. Təxminən 1-2 saat sonra avtomobil “Xanoba” gömrük postundan çıxdıqdan sonra onlar yüklərini avtomobilə yükləmişlər. Onlar “Xanoba” gömrük postundan təxminən 50 metr aralandıqdan sonra bir avtomobil onların olduğu avtomobilin qarşısını kəsmiş və Şahid1 avtomobili geriyə “Xanoba” gömrük postuna qaytarmalı olduğunu bildirmişlər. Nicatdan gömrük postuna geri qayıtmasını tələb edən şəxslər özlərini gömrük işçiləri kimi təqdim etmişlər və bu barədə xidməti vəsiqələrini Nicata göstərmişlər. Bundan sona onlar avtomobildən düşmüşlər, lakin onların yükləri avtomobildə qalmış və avtomobil “Xanoba” gömrük postuna qaytarılmışdır. O, atası və həmin avtomobildə olan digər sərnişinlər Azərbaycan Respublikasının ərazisində çayxanada bütün gecəni yüklərin verilməsini gözləmişlər. Onlar gecəni çayxanada keçirdikdən sonra avtomobilin yoxlanışdan çıxmadığını görüb taksi ilə evlərinə qayıtmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə o, Şahid1la birlikdə “Ford-Tranzit” markalı avtomobillə Moskva şəhərindən Azərbaycan Respublikasına gəlmək üçün yola çıxmışlar. Neytral zonaya qədər avtomobili o, idarə etmişdir. Neytral zonaya çatdıqda avtomobili Şahid1 idarə etməyə başlamışdır. Avtomobil Nicatın adına rəsmiləşdirildiyindən gömrük postundan Nicat özü keçməli olmuşdur. Şahid1 onun sərnişinlərdən yığdığı pulları verməyini bildirmiş və o, 20000 (iyirmi min) Rusiya rublu məbləğində pulu Şahid1 vermişdir. xx xxxx 2019-cu il tarixdə onlar Xaçmaz rayonunun ərazisində yerləşən “Xanoba” gömrük postuna çatdıqda Şahid1 ona və avtomobildə olan sərnişinlərə yüklərini götürüb piyada keçidindən keçməyi bildirmişdir. Sonra Şahid1 ondan üzərində milli valyuta ilə pulun olub-olmadığını soruşmuşdur. O da Şahid1 üzərində 100 (yüz) manat məbləğində pulun olduğunu bildirmiş və o, 100 (yüz) manat pulu Nicata vermişdir. Bundan sonra o və sərnişinlər yüklərini götürüb piyada keçidi ilə keçmişlər. Onlar gömrük sərhədini keçdikdən sonra “Xanoba” gömrük postunun qarşısında Nicatın idarə etdiyi avtomobili gözləmişlər. Bir qədər keçdikdən sonra avtomobil gömrük postundan çıxmış, o və sərnişinlər öz yüklərini avtomobilə yükləmişlər. Onlardan başqa Lənkəran rayonuna gedən daha 2 (iki) sərnişin də öz yüklərini avtomobilə qoymuşdur. Onlar avtomobilə əyləşib “Xanoba” gömrük postundan təxminən 300-500 metr aralandıqdan sonra “Mazda” markalı qara rəngli avtomobil onların olduğu avtomobilin qarşısını kəsib özlərini gömrük əməkdaşları kimi təqdim edərək Şahid1 avtomobildə qeyri-qanuni əşyanın olması barədə məlumat əldə etdiklərini bildirmişlər və bu səbəbdən avtomobili yenidən gömrük yoxlama məntəqəsinə qaytarmasını Nicatdan tələb etmişlər. O və avtomobildə olan başqa sərnişinlər yüklərini avtomobildə qoyaraq düşmüşlər və gömrük postunun qarşısında gözləməyə başlamışlar. Şahid1 da avtomobil ilə birlikdə gömrük postuna geri qayıtmışdır. 2 saatdan sonra onu və digər sərnişin Müqəddəs Canızadəni gömrük postuna çağırmışlar. O və Müqəddəs Canızadə içəri daxil olduqda çantalarının yerə qoyulduğunu görmüşdür. Onlar çantalarını götürmək istədiklərini bildirmişlər. Lakin gömrük əməkdaşları çantalara baxış keçirildikdən sonra çantaların qaytarılacağını onlara demişlər. Həmin gün gecə saat 03:00-a qədər onlar çantalarının və yüklərinin qaytarılmasını gözləmişlər. Saat 03:00-da onu gömrük postuna çağırmışlar. Orada gömrük əməkdaşları Şahid1 ondan aldığı pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişlər. O da Şahid1 verdiyi pulun ona deyil, Şahid1 özünə məxsus olduğunu və Şahid1 həmin pulu kimə verməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Sonra o, Şahid1 niyə onu bu məsələyə aid etdiyini soruşmuşdur. Şahid1 da ona narahat olmamağı, onluq heç bir şey olmadığını bildirmişdir. Səhər yuxudan oyandıqda o, Təqsirləndirilən şəxs yaxınlaşıb avtomobili niyə vermədiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs bu məsələ ilə bağlı heç bir şey edə bilməyəcəyini bildirmişdir. O da yeni avtomobil tutub Lənkəran rayonuna getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə sonradan adının Nicat olduğunu bildiyi sürücü onun işlədiyi poçt şöbəsinə gələrək 40 (qırx) ABŞ dolları məbləğində yol vergisi ödəmişdir. Nicat 40 (qırx) ABŞ dolları məbləğində yol vergisini ödədikdən sonra o, Nicata ödənişlə bağlı çek vermişdir. Təxminən 1 (bir) saat keçdikdən sonra Nicat yenidən poçt şöbəsinə gələrək onun otağına daxil olmuş və 20000 (iyirmi min) Rusiya rublu, 1 (bir) ədəd 100 (yüz) manat pul əskinaslarını onun qabağındaki masanın üstünə qoymuş, eləcə də tələsdiyini deyərək masanın üstünə qoyduğu pulu Təqsirləndirilən şəxs gəlib götürəcəyini bildirmişdir. O, Nicatdan pulu hansı məqsədlə Bayrama verdiyini soruşmamışdır. Təxminən 1-2 (bir-iki) saat sonra Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşları onun işlədiyi poçt şöbəsinə daxil olmuşlar və Nicat adlı sürücünün ona pul verib-vermədiyini soruşmuşlar. O da Nicatın ona pul verdiyini, həmin pula dəymədiyini, Nicatın verdiyi pulun masanın üstündə olduğunu bildirmişdir. Gömrük Komitəsinin işçiləri də Nicatın masanın üstünə qoyduğu pulu götürüb getmişlər. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o,2018-ci ilin dekabr ayının sonlarında qohumlarının dəvəti ilə Nicat və Asif adlı sürücülərin idarə etdiyi “Ford” markalı maşınla X4 şəhərinə qonaq getmişdir. Moskva şəhərinə çatdıqdan sonra o, Azərbaycan Respublikasına Nicatla qayıtmaq üçün Nicatın mobil nömrəsini özündə qeyd etmişdir.Şahid8 bundan başqa, ifadəsində göstərmişdir ki, təxminən 3 ay Moskva şəhərində qalmış, 2019-cu ilin mart ayının 14-də Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, Nicata zəng vurub bu barədə bildirmiş, Nicat problem olmadığını, ondan əlavə maşında 4 nəfər sərnişinin olacağını bildirmişdir. Onlar 2019-cu ilin mart ayının 14-də Azərbaycan Respublikasına yola düşmüşlər, maşında həqiqətən də ondan başqa Müqəddəs və Kənan adlı ata və oğul, həmçinin Nail və Zamin adlı şəxslər də olmuşdur. xx xxxx 2019-cu il tarixdə onlar Rusiya-Azərbaycan sərhədində “Xanoba” gömrük postuna çatdıqda, sürücü Nicat onlara və digər sürücü Asifə sərnişin ixrac xəttinə getmələrini bildirmişdir. Ona görə də o və digər sərnişinlər piyada keçid xəttinə yaxınlaşmışlar. Nicat özü isə maşınla birlikdə gömrük postuna daxil olmuşqur. O və digər sərnişinlər özlərinə məxsus yüklə birlikdə problemsiz şəkildə gömrük postunu və sərhədi keçərək Azərbaycan Respublikası ərazisində Nicatı gözləmişlər. Təxminən 1-2 saat sonra Nicat idarə etdiyi “Ford-Tranzit” markalı maşınla Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Nicata köməklik edən Asif adlı sürücü onların yüklərini maşına yükləmiş, bundan sonra onlar da maşına əyləşmişlər. Həmin vaxt 2 nəfər tanımadığı şəxs maşına yaxınlaşıb Asiflə bir qədər söhbət etdikdən sonra sonuncu onların yüklərini də maşına yükləmiş və həmin 2 nəfər şəxs maşına əyləşmişdir. Təxminən 100-200 metr sərhəddən aralandıqdan sonra 2 maşın onların qabağını kəsmiş, maşınlardan düşən tanımadığı şəxslər Nicatdan maşını təcili olaraq gömrük postuna qaytarılmasını tələb etmişlər. Onlar özlərinə məxsus yükləri götürmək istədikdə, həmin şəxslər yalnız özlərinin maşından düşə biləcəyini, yüklərin isə maşında qalacağını bildirmişlər. Ona görə də sərnişinlər, eləcə də Asif maşından düşmüş, Nicat isə sərnişinlərin və özünün yükləri ilə birlikdə maşını yenidən “Xanoba” gömrük postuna sürmüş, onlar postun qarşısında xx xxxx 2019-cu il tarixdə bütün günü Nicatı gözləmişlər.xx xxxx 2019-cu il tarixdə səhər vaxtı Nicat sərhədə yaxınlaşıb onlara məxsus yüklərin qaytarılmayacağını bildirmiş, onlar bunun səbəbini Nicatdan soruşsalar da, Nicat bunun səbəbini onlara izah etməmişdir. Ona görə də o və digər sərnişinlər öz evlərinə qayıtmışlar. xx xxxx 2019-cu il tarixdə Nicat ona zəng vurub “Xanoba” postuna gəlib özünə məxsus əşyaları götürməsini bildirmişdir. O, yenidən “Xanoba” gömrük postuna getdikdə digər sərnişinlərin və Asifin də orada olduqlarını, gömrük postuna daxil olduqda isə Nicatın da orada olmasını, sonuncuya məxsus maşının isə möhürlənmiş vəziyyətdə duracaqda saxlanıldığını görmüşdür. Gömrük əməkdaşları maşının yük hissəsini açmış, Asif orada olan yükəri boşaltmışdır. Bundan sonra maşında olan bütün yüklər siyahıya alınmış, yüklərdə olan ərzaq məhsulları - ət, yağ, sosiska, kolbasa yararsız vəziyyətdə olduğundan həmin ərzaq məhsulları atılmışdır. Daha sonra hər bir sərnişin özünə məxsus geyim və digər məişət əşyalarını götürmüşdür. Lakin onlar sərhədi keçdikdən sonra maşına yükləri qoyulmuş 2 şəxs orada olmadığından onlara məxsus yüklər maşında qalmışdır. O, özünə məxsus yükü götürüb gömrük postunu tərk etmişdir. Həmin vaxt o, dəfələrlə Nicatdan, Asifdən, eləcə də orada olan gömrük əməkdaşlarından nəyin baş verdiyini, nə səbəbdən ona məxsus əşyaların sərhəddə saxlanıldığını soruşsa da, heç kim ona bunun səbəbini izah etməmişdir. Gömrük postuna bəyan etdiyi yükü 1.5 litr araq, təxminən 30 kiloqram ərzaq məhsulu, yəni kolbasa, sosiska, ət, kərə yağı, konfet, həmçinin 4 bağlamada geyim əşyaları (ayaqqabı, qadın alt paltarları və üst geyimləri) olmuş, ona məxsus olan bağlamalardakı ərzağın çəkisi və digər əşyalara görə hər hansı pozuntu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018ci il tarixli 100/1220ş saylı əmrdən çıxarışdan (cild 1, iş vərəqə 127) görünür ki, Təqsirləndirilən şəxs Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən və həmin etibarnamənin azərbaycan dilinə tərcümə edilmiş surətindən (cild 1, iş vərəqə 73-76) görünür ki, “Ford Transit” markalı avtomobilin mülkiyyətçisi X10 tərəfindən Şahid1 1 (bir) il müddətinə “Ford Transit” markalı avtomobilə dair etibarnamə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli aktdan (cild 1, iş vərəqə 34-35) görünür ki, Şahid1 tərəfindən rüşvət qismində poçt şöbəsinin əməkdaşı Şahid7 verilmiş 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat xx xxxx 2019-cu il tarixdə akt əsasında götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Dövlət Gömrük Komitəsinin 1000/436Ş saylı əmrindən (cild 1, iş vərəqə 128) görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğunda barəsində araşdırma aparıldığından “Gömrük orqanlarında xidmət” haqqında Əsasnamənin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun “növbənin təhvil-təslim” barədə jurnalından (cild 1, iş vərəqə 129-130) görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs “Xanoba” gömrük postunda növbə rəisi əvəzi kimi növbəni təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 70) görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 14:35 radələrində Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olmuş Şahid1 idarə etdiyi avtomobil gömrük yoxlanışından keçdikdən və postun ərazisini tərk etdikdən sonra Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq posta geri qaytarılmış və nəqliyyat vasitəsində olan yüklərə baxış keçirilmişdir. Şahid1 idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildə qalan və Şahid1 məxsus yüklərin “Fizik şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 saylı qərarına əsasən normadan artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən də həmin yüklərin siyahısı tərtib edilmiş və protokol əsasında həmin yüklər götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan, ona əlavə edilmiş sənədlərdən və fotoşəkillərdən (cild 1, iş vərəqə 180-181) görünür ki, Şahid1 idarə etdiyi “Ford Tranzit” markalı, X935MB799 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxxx 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük idarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikası ərazisinə gəlişini əks etdirən vidogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şahid1 idarə etdiyi “Ford Tranzit” markalı X935MB799 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə saat 14:35-də Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikasının “Xanoba” gömrük postuna daxil olur. Həmin vaxt gömrük postunun əməkdaşı, daha sonra isə növbə rəisi Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə yaxınlaşıb yük yerində olan yüklərə vizual baxış keçirdikdən sonra əli ilə Nicata nəqliyyat vasitəsini sərnişin ixrac xəttinin qarşısına sürməyi bildirir. Daha sonra Şahid1 həmin nəqliyyat vasitəsini sərnişin ixrac xəttinin qarşısında saxlayıb nəqliyyat vasitəsinin yük yerində olan yükləri rentgen müayinə olunması üçün sərnişin ixrac xəttində olan “X-Ray” rentgen aparatına təqdim edir. Görüntülərdən də müşahidə edilir ki, Şahid1 və başqa bir şəxs qeyd edilən nəqliyyat vasitəsindən rentgen aparatına təxminən 15-16 bağlamanı təqdim edirlər. Lakin həmin vaxt başqa nəqliyyat vasitələri də rentgen aparatına yük təqdim etdiklərindən Şahid1 təqdim etdiyi yüklərin konkret sayını müəyyən etmək mümkün olmadı. Həmin baxış protokolundan, həmçinin görünür ki, Şahid1 idarə etdiyi “Ford Tranzit” markalı, X935MB799 qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan yüklər üçün sərnişin ixrac xəttində olan “X-Ray” rentgen aparatından keçirilir. Daha sonra Şahid1 postun inspektoru Təqsirləndirilən şəxsla söhbət edib postun ərazisində olan poçt şöbəsinə girir. Təxminən 1-2 dəqiqə sonra həmin poçt şöbəsindən çıxıb özünə məxsus maşına əyləşərək Azərbaycan Respublikası istiqamətində post ərazisini tərk edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 1, iş vərəqə 218-220) görünür ki, xx xxxx 2019-cu il tarixdə 1 (bir) Rusiya rublu 0.0260 manat təşkil etmiş və 20000 (iyirmi min) Rusiya rublu həmin tarixdə 520 (beş yüz iyirmi) manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 239-247) görünür ki, Rusiya Federasiyasının vətəndaşı Şahid1 idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 32 bağlamada olan mal-materialın mövcud orta bazar qiyməti 7639,765 manat, o cümlədən həmin malmaterialın içərisində ümumi çəkisi 252 kiloqram olan ərzaq və gida məhsullarının orta bazar qiyməti 3923,875 manat, məişət əşyaları, avtomobil hissələri, paltar və dərman preparatlarının orta bazar qiyməti 3715, 89 manat təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan (cild 2, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı X2, oğlu X5 və qızı Məmmədova Gözəl Bayram qızından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22228 nömrəli rəyindən (cild 2, iş vərəqə 59-61) görünür ki, təqdim edilmiş 1 ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il buraxılışlı C seriyalı 50411820 nömrəli 100-lük Azərbaycan manatı əskinası, 10 (on) ədəd “пэ 5913239, АК 0700056, АО 9584549, хч 3347720, кн 2148532, пн 0265668, чЬ 2031106, ЧА 7738112, ЬЬ 8309739, кг 51111101” seriya və nömrəli 1000-lik və 2 ədəd “ИЯ ******* və ИЛ 9733562” seriya və nömrəli 5000lik Rusiya rublu əskinasları mətbəə ofset çap üsulu ilə hazırlanaraq, eyni növ pul əskinasları üçün qəbul olunmuş standartlara uyğundur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22607 nömrəli rəyindən (cild 2, iş vərəqə 64-70) görünür ki, Rusiya Federasiyasının vətəndaşı Şahid1 idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 32 bağlamada olan malmaterialın mövcud orta bazar qiyməti 7639,765 manat, o cümlədən həmin mal-materialın içərisində ümumi çəkisi 252 kiloqram olan ərzaq və gida məhsullarının orta bazar qiyməti 3923,875 manat, məişət əşyaları, avtomobil hissələri, paltar və dərman preparatlarının orta bazar qiyməti 3715, 89 manat təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 2, iş vərəqə 74-75) görünür ki, 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul vəsaiti, eləcə də Şahid1 idarə etdiyi “Ford Transit” markalı, X935MB799 qeydiyyat nişanlı avtomobilin xx xxxx 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük idarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikasının ərazisinə gəlişini əks etdirən videogörüntülərin yazıldığı 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 76-100) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması, ona həmin maddə üzrə ittihamın elan edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi, eləcə də 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul vəsaitinin, eləcə də Şahid1 idarə etdiyi “Ford Transit” markalı, X935MB799 qeydiyyat nişanlı avtomobilin xx xxxx 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük idarəsinin “Xanoba” gömrük postundan Azərbaycan Respublikasının ərazisinə gəlişini əks etdirən videogörüntülərin yazıldığı 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 102- 104) görünür ki, həmin tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 2, iş vərəqə 133-134) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 131) görünür ki, xx xxxxxx 2007-ci il tarixdən gömrük orqanlarında xidmət keçən Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda növbə rəisi vəzifəsini əvəz edərkən həmin gün saat 14:39-da “Xanoba” gömrük postundan idarə etdiyi “Ford Tranzit” markalı, “X935MB799” qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçən Rusiya Federasiyasının vətəndaşı Şahid1 idarə etdiyi avtomobillə daşıdığı ərzaq, qeyri-ərzaq məhsullarını və digər məişət əşyalarını, habelə sərnişinləri xidmətdə olduğu gömrük postundan maneəsiz və qısa zaman ərzində keçməsinə şərait yaratmaq üçün Şahid1 xidmət üzrə ümumi himayədarlıq edəcəyi müqabilində şəxsən özü üçün birbaşa yolla rüşvət istəmişdir. Təqsirləndirilən şəxsla Şahid1 arasında əldə edilmiş razılığa əsasən rüşvətin məbləği 620 (altı yüz iyirmi) manat müəyyən edilmişdir. Şahid1 Təqsirləndirilən şəxs ondan rüşvət kimi istədiyi 620 (altı yüz iyirmi) manat məbləğində pulu 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu şəklində verməyi Təqsirləndirilən şəxs təklif etmişdir. Təqsirləndirilən şəxs Şahid1 təklifi ilə razılaşmış və ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində pulu “rüşvət” kimi “Xanoba” poçt şöbəsinin rəisi vəzifəsində işləyən və cinayətdən xəbərsiz olan Şahid7 verməsini Şahid1 bildirmişdir. Bundan sonra Şahid1 “Xanoba” gömrük postunun ərazisində fəaliyyət göstərən “Xanoba” poçt şöbəsinə gedərək Şahid7 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pulu vermişdir. Şahid1 Təqsirləndirilən şəxs rüşvət kimi verilməsi nəzərdə tutulan 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pulu Şahid7 verdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hər şeyin qaydasında olmasını Şahid1 demiş və Şahid1 gömrük postunu tərk etməsi üçün icazə vermişdir. Şahid1 da idarə etdiyi avtomobili sürərək gömrük postunu tərk etmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Şahid1 gömrük postunu tərk etdikdən sonra gömrük əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmışlar və Şahid1 təkrar yoxlanışa dəvət olunmuşdur. Təkrar yoxlanışda Şahid1 gömrük əməkdaşlarına artıq “məsələnin” Təqsirləndirilən şəxsla həll etdiyini bildirmiş və rüşvət şəklində ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində pulu Təqsirləndirilən şəxs çatdırılması üçün poçt şöbəsinin rəisi Şahid7 verdiyini bildirmişdir. Bundan sonra gömrük xidmətinin əməkdaşları Şahid7 işlədiyi poçt şöbəsinə yaxınlaşmışlar və Şahid1 Təqsirləndirilən şəxs çatdırmaq uçun ona pul verib-vermədiyini soruşmuşlar. Şahid7 da öz növbəsində Şahid1 ona 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pul verdiyini bildirmiş və həmin pulları könüllü şəkildə gömrük xidməti əməkdaşlarına təqdim etmişdir. Yuxarıda sadalan hallardan açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində “Xanoba” gömrük postunda növbə rəisi əvəzi kimi xidmət apararkən Şahid1 30000 (otuz min) Rusiya rublu məbləğində rüşvət istəmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs istədiyi rüşvətin məbləği ilə razılaşmamış və 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu məbləğində pulun verilməsini Təqsirləndirilən şəxs təklif etmişdir. Təqsirləndirilən şəxs da Şahid1 təklif etdiyi rüşvətin məbləği ilə razılaşmışdır. Bundan sonra Şahid1 “Xanoba” gömrük postunun ərazisində fəaliyyət göstərək poçt şöbəsinə gedərək Təqsirləndirilən şəxs çatdırmaq məqsədi ilə 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu, yəni həmin dövrün məzənnəsi ilə 520 (beş yüz iyirmi) manat, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində pulu həmin poçt şöbəsinin rəisi vəzifəsində işləyən Şahid7 vermişdir. Şahid7 həmin rüşvəti Təqsirləndirilən şəxs verməyə, Təqsirləndirilən şəxs isə Şahid7 həmin rüşvəti almağa macal tapmadan Təqsirləndirilən şəxs ifşa olunmuş və rüşvət kimi Şahid7 təqdim edilmiş pullar maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi həmin gün Şahid1 göstərəcəyi “xidmətə” görə rüşvət istəməsi və Təqsirləndirilən şəxs Şahid1la 100 (yüz) manat və 20000 (iyirmi min) Rusiya rublu məbləğində, ümumilikdə isə 620 (altı yüz iyirmi) manat məbləğində rüşvətin alınması barədə razılaşması birbaşa onu göstərir ki, Təqsirləndirilən şəxs Şahid1 rüşvət istəməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin qeyd edilənlərə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi əməlini dispozitiv şərtə əsasən düzgün olaraq Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə tövsif etsə də, onun törəfindən törədilmiş cinayət əməlinin törədilmə üsulunu düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış yazılı sübutlar (rüşvət kimi verilən pulların götürülməsi barədə akt və protokol) və şahid ifadələri əsasında Təqsirləndirilən şəxs rüşvət istəməsi sübuta yetirilsə də, verilmiş rüşvətin onun tərəfindən alınması, rüşvətin ona faktiki olaraq verilməsi və ya verilən rüşvət üzərində Təqsirləndirilən şəxs sərəncam vermək imkanının olması sübuta yetirilmədi. Lakin buna baxmayaraq, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs rüşvət istəyərək rüşvət alması nəticəsinə gəlmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs rüşvət alması nəticəsinə gəlsə də, onun tərəfindən rüşvət alınması məhkəmə istintaqında araşdırlmış sübutlar əsasında müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməli rüşvət istəmədə ifadə olunduğu halda, ibtidai istintaq orqanı səhvən onun törətdiyi əməli rüşvət alma kimi qiymətləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti, yəni rüşvət istəməsi mövcud olduğundan və həmin maddədə nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş - rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi kimi qiymətləndirməlidir və həmin əmələ nisbətdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə bir vacib məsələyə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs Şahid1 30000 (otuz min) Rusiya rublu məbləğində rüşvət istəməsi göstərilmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 da öz ifadəsində Təqsirləndirilən şəxs ondan 30000 (otuz min) Rusiya rublu məbləğində rüşvət istəməsini bildirmişdir. Lakin məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Şahid1 iddia etdiyi hal, yəni Təqsirləndirilən şəxs ondan 30000 (otuz min) Rusiya rublu məbləğində rüşvətin istəməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid1 göstərəcəyi “xidmətə” görə məhz 620 (altı yüz iyirmi) manat məbləğində rüşvət istəmişdir. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz vəzifələrinin icrası ilə əlaqədar Şahid1 rüşvət istəməsi mübahisəsiz haldır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan, evli və ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, hər iki valideyninin ölməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri və işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eləcə də işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyası həddində dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşayış yeri və işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət nəticəsində 620 (altı yüz iyirmi) manat məbləğində pulu sərəncamına qəbul etməməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü, onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi cinayət işinin materiallarında saxlanılan 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Eyni zamanda cinayət işinin materiallarında olan 1 (bir) ədəd disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 207 (iki yüz yeddi) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 207 (iki yüz yeddi) manat 16 (on altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 01 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan 20000 (iyirmi min) Rusiya rublu və 100 (yüz) manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Cinayət işinin materiallarında olan 1 (bir) ədəd disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 207 (iki yüz yeddi) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar