Məhkəmə qərarları › İş №1(101)-160/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-160/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-160/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X2, X12, X21 və X17, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X14, X23, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-476/2021 nömrəli hökmünə əsasən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1705/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsi tətbiq olunmaqla, cəzası 06 (altı) ay azaldılaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(008)- 291/2022 nömrəli qərarına əsasən cəzasının çəkilməmiş 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 oktyabr 2024-cü il tarixdə, saat 10:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram ümumi təmiz çəkisi 0,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram ümumi təmiz çəkisi 0,300 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 21 iyun 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası kimi tanınan ərazidə tanışı Şahid9 40 manat müqabilində satmışdır. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əmisi oğlu Yunus Məmmədli ondan Bakı İstintaq Təcridxanasına sovqat aparmaq üçün kömək istədiyindən, o, avtomobili ilə köməklik məqsədilə gəlmiş, şəxsiyyət vəsiqəsi olmadığına görə təcridxanaya sovqatı özü apara bilmədiyindən, həmin sovqatı içəriyə tanışı Şahid9 keçirməsini qərarlaşdırmış və bu səbəbdən Yunus Məmmədli ilə birgə sonuncunun dediyi ünvana getmişlər. Həmin yerdə taksi sifariş verib Şahid9 təhvil verərək sovqatı avtomobilə yerləşdirdikdən sonra oradan uzaqlaşmışdır. Onun barəsində axtarış verildiyindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, həbs olunduqdan sonra həmin sovqatın içərisində narkotik vasitə olduğunu öyrənmişdir. Ondan əmisi oğlu Yunus Məmmədlinin olduğu yer tələb edilsə də, bilmədiyini dediyindən, qərəzli şəkildə ibtidai istintaq aparılaraq ona müvafiq maddələrlə ittiham irəli sürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunub 15 mart 2022-ci il tarixdə cəzadan vaxtından əvvəl azad edildiyini, əmisi oğlu Yunus Məmmədlinin isə məhkum olunmadığını, Yunus Məmmədlinin həmin sovqatı kimə göndərdiyini bilmədiyini, ona hansısa qazi dostuna göndərdiyini söylədiyini, şəxsiyyət vəsiqəsi olmadığına görə sovqatın göndərilmək üçün Şahid9 verildiyini, sonuncunun da həmin sovqatın içərisində nə olduğunu bilmədiyini, onun həmin sovqatın içərisinə kimin narkotik vasitə qoymasından məlumatsız olduğunu, cəzadan azad edildikdən sonra da narkotik vasitədən istifadə etdiyini, narkotik vasitə heroini internet vasitəsi ilə onlayn qaydada “zaklatka” yolu ilə 20-25 manata aldığını, ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, həmin mobil nömrə ilə narkotik vasitələrin alışına dair yazışmalarının olduğunu, lakin kiminlə danışdığını xatırlamadığını, həmin narkotik vasitələrin satışına dair hər hansı yazışmalarının olmadığını, polis əməkdaşlarının onu “Montin” deyilən ərazidə yerləşən “Funda” klinikasının yanında 17 oktyabr 2022-ci il tarixdə saxlayıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə, oradan da həmin polis idarəsinin 18-ci Polis Bölməsinə apardıqlarını, polis bölməsində gecələdiyini, orada üzərinə baxış keçirildiyini, yenidən 15-ci Polis Bölməsinə, oradan da yenidən polis idarəsinə aparıldığını, getdiyi yerlərdə üzərinə baxış keçirilsə də, qanunla qadağan edilən hər hansı predmet aşkarlanmadığını, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini, sovqatda aşkarlanmış narkotik vasitə ilə bağlı hər hansı əlaqəsinin olmadığını, məhkəmədə obyektiv araşdırılacağına əmin olduğuna görə ibtidai istintaq zamanı ona təqdim edilmiş sənədləri imzaladığını, müdafiəçisinin 2-3 dəqiqə ərzində müvafiq sənədləri imzaladığı vaxt, habelə videoçəkiliş aparılarkən orada olduğunu, tutulduqdan 3-4 gün sonra gətirilmiş sənədləri müdafiəçisinin iştirakı olmadan imzaladığını, hətta həmin otaqda saxlanılmış digər şəxsin müdafiəçisinin ondan vəkilinin iştirakı olmadan sənədləri imzalamamasını tövsiyyə etdiyini, o isə heç bir problem olmadığını bildirib müvafiq sənədləri imzaladığını, heç kimə narkotik vasitə satmadığını, barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə aparılmazdan əvvəl polis əməkdaşının ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini desə də, məhkəmədə fərqli məzmunda, yəni sovqatda narkotik vasitə aşkarlanmasını söylədiyini, Şahid9 narkotik vasitə vermədiyini, lakin birgə narkotik vasitədən istifadə etdiklərini, polis əməkdaşları tərəfindən zorakılıq edilməsi ilə bağlı məhkəməyə bildirmədiyini, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yaşadığı ərazidə narkotik vasitə aludəçiləri olduğuna görə narkotik vasitədən istifadə etdiyini, Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər olsa da, qeydin aparılmadığını, gündəlik narkotik vasitə olan heroin və narkotik vasitə olan nəşə, yəni marixuanadan istifadə etdiyini, lakin psixotrop maddə olan metamfetamin istifadə etmədiyini, həftədə bir dəfə narkotik vasitə istifadə etdiyini, işləmədiyini, narkotik vasitə üçün lazım olan pulu atasından aldığını, mobil nömrəsində aşkarlanmış mesajların iki narkotik vasitə aludəçisi arasında baş verən dialoq olduğunu, həmin mesajlarda binanın blokunda gizlədilmiş narkotik vasitə heroinin yerinin yazıldığını, mobil telefonunda “Kazino” oyununu oynadığından bank kartları ilə bağlı çeklərin həmin oyunla əlaqədar olduğunu, mobil nömrəsində aşkarlanmış “0,5 qoyuram 20 manat göndər” məzmunun nə barədə olduğunu bilmədiyini, belə mesaj göndərmədiyini xatırlamadığını, “kola” kimi yazılan sözün narkotik vasitə olan heroin, “P” kimi yazılan sözün isə psixotrop maddə olan metamfetamin olduğunu, dostunun ondan narkotik vasitə istədikdə, o, özündə olmadığını söylədiyini, bəzi şəxslərin ondan narkotik vasitə istədiyini, onun mobil nömrəsindən yazılan “sms”-ləri özünün yazdığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, Şahid9 5 ildən bəri tanıyır, sonuncu ilə təsadüfən kafedə tanış olmuş, aralarında dostluq münasibəti vardır. X18 onun əmisinin oğludur, münasibətləri yaxşıdır. Yunus Məmmədli də onun kimi 2 ildən bəri narkotik vasitədən istifadə edir. Yunus Məmmədlinin atası, yəni Ramiz Məmmədov Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin satışı ilə əlaqədar saxlanılıb həbs edilmiş və barəsində müvafiq hökm çıxarılmışdır. 21 iyun 2022-ci il tarixdə Yunus Məmmədli ona atası Ramizə sovqat göndərməli olduğunu, lakin sənədi olmadığını dedikdə, o da «sən bilirsən ki mənim də sənədim yoxdur, vəsiqəmi itirmişəm» cavabını vermiş, bu vaxt Şahid9 onun yanına gəlmişdir. O, Şahid9 2 ədəd bükümdə heroin və 2 ədəd bükümdə metamfetamini 40 manata satmış, söhbət əsnasında elə onların məhəlləsində Şahid9 həm o, həm də Yunus Kürdəxanıya aparmaq üçün sovqat olduğunu demişlər. Pərviz etiraz etməmiş, o da aparmaq üçün taksi sifariş edəcəyini söyləmişdir. Pərviz razılıq verdikdən sonra idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığını, ağ rəngli “Kia Cerato” markalı avtomobilin yük yerində sovqat olduğunu Yunus Məmmədli demiş, sonra isə Yunus Məmmədli “189” taksi şirkətinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib sifariş vermiş, həmin yerə sonradan adı ona məlum olan Rasim adlı sürücü “Toyota Prius” markalı “**- NZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, onlar sovqatı Yunusun idarə etdiyi avtomobilin yük yerindən həmin avtomobilin yük yerinə boşaltmış, sonra isə Pərviz gəlib şəxsiyyət vəsiqəsini tapa bilmədiyini, lakin bibisi Hədiyyənin vəsiqəsi ilə aparıb verə biləcəyini dedikdə o və Yunus minnətdarlıq etmişlər. Həmin vaxt Yunus hansısa səbəbdən həmin vaxt atasının deyil, Kənan adlı şəxsin anket məlumatlarını və 30 manat pulu Pərvizə vermiş, Yunusun Pərvizə atasının deyil, Kənan adlı şəxsin anket məlumatlarını deməsi onda şübhə yaratsa da, bir söz deməmiş, Pərviz sovqatı apardıqdan sonra növbəti gün sonuncu və bibisi saxlanılmış, aparılan sovqatın, yəni «Chocobis» markalı şirniyyat paketinin içərisində narkotik vasitə olmuşdur. O, Yunusa bu barədə deyəndə Yunus boynundan qaçırmağa başlasa da, sonradan «Chocobis» markalı şirniyyat paketinin içərisinə narkotik vasitə yerləşdirib atasına göndərmək istədiyini boynuna almış, lakin bunu bacarmamışdır. O, Yunusun bu sözündən sonra mübahisə edib dalaşmış və əlaqəni kəsmişdir. Pərvizlə isə utandığından görüşməmiş, baş verənlərdən qorxduğu üçün qaçıb gizlənmiş, polis əməkdaşlarının onu tutacağını anlamışdır. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Muxdar” adlı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə 2 il əvvəl tanıdığını, həmin şəxsdən xeyli miqdarda, hissə-hissə olmaqla narkotik vasitə heroin və psixoloji maddə metamfetamin aldığını, narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan “Muxdar” adlı şəxsin dediyi yerlərdən götürüb pulu sonuncunun istifadəsində olan bank hesabına göndərdiyini, əmisi oğlu Yunus Məmmədli də eyni şəxsdən, yəni “Muxdar” adlı şəxsdən narkotik vasitə əldə etdiyini, Şahid9 “Muxdar” adlı şəxsi tanımadığını, Şahid9 satdığı heroin və metamfetamini “Muxdar” adlı şəxsdən xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində 3 büküm heroin və 3 büküm metamfetamini 50 manata Babək prospektindəki yerdən götürdüyünü, Şahid9 ondan narkotik vasitə istədiyi üçün sonuncuya xx.xx.2022-ci il tarixdə 2 bükümdə heroin və 2 bükümdə metamfetamini 40 manata evlərinin yanında satdığını, Yunus Məmmədlinin xx.xx.2022-ci il tarixdə Kənan adlı şəxsə göndərdiyi sovqatın içərisinə narkotik vasitəni nə zaman qoyması və həmin sovqatı haradan alması barədə məlumatının olmadığını, Yunusun yanına gəldikdə artıq avtomobilinin yük yerində sovqatın olduğunu, Yunusun verdiyi sovqatın içərisində narkotik vasitə olmasını o və Şahid9 bilmədiyini, sonuncuya 3 və ya 4 dəfə narkotik vasitə olan heroinin 01 bükümünü 15 və ya 20 manat olmaqla satdığını bildirmişdir. (Cild 1, iş vərəqə 163-165) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. O, Rusiya Federasiyasından Azərbaycan Respublikasına sənədlərini düzəldib geri qayıtmaq üçün gəlmişdir. Ailəsi isə Rusiya Federasiyasında yaşamışlar. O, ölkədə olduğu müddət müvəqqəti olaraq qardaşının evində qalmış, qardaşı oğlu Şahid9 onu aldadıb sanatoriyaya, yəni istirahət mərkəzinə kömək məqsədilə əşyalar aparacağını deyib ondan şəxsiyyət vəsiqəsini istəmiş və birgə getmişlər. O, Şahid9 əsl məqsədini bilsə idi, heç vaxt sonuncu ilə getməzdi. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 qardaşı oğlu Şahid9 ona cəzaçəkmə müəssisəsinə gedəcəklərini demədiyini, avtomobil ilə 2 nəfər şəxsin gəlib əşyaları onların gedəcəyi taksi avtomobilinə qoyduqlarını, qardaşı oğlunun şəxsiyyət vəsiqəsi olmadığı üçün getməyini xahiş etdiyinə görə razılaşdığını, hərbi geyimli şəxsləri gördükdən sonra getdikləri yerin cəzaçəkmə müəssisəsi olduğunu başa düşdüyünü, şəxsiyyət vəsiqəsini verdikdən sonra onu çağırdıqlarını, əşyaların içərisindən narkotik vasitə çıxdığını, onu saxlayan əməkdaşların hərbi geyimdə olan 2-3 nəfər şəxs olduğunu, içəridə mülki geyimdə şəxslərin olub-olmadığını dəqiq xatırlamadığını, gətirdiyi məhsul olan şirniyyatın içərisindən narkotik vasitənin aşkarlandığını, məhsulların içərisi yoxlanılan zaman içəridə gözlədiyini, məhsullar yoxlanıldıqdan sonra onu çağıran şəxslər içərisində həm mülki geyimdə, həm də xidməti geyimdə şəxslərin olduğunu, orada heç kim tərəfindən ona hüquq və vəzifələri barədə məlumat verilmədiyini, birbaşa rəisin otağına aparıldığını, məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ibtidai istintaq zamanı ifadə verdiyini, həmin ifadəsini təsdiqlədiyini, həmin ifadəsini oxuyub imzaladığını, lakin hazırda xatırlamadığını bildirdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkməklə, həmin təcridxananın Təssərüfat briqadasında sovqat şöbəsinin əməkdaşı kimi işləmişdir. Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Vəzifəsinin icrası ilə əlaqədar təcridxanaya kənardan təqsirləndirilən şəxslər üçün gətirilmiş sovqatların, əşyaların müvafiq təqsirləndirilən şəxslərə çatdırılmasına köməklik etmişdir. Daxil olan predmetlərə şöbənin əməkdaşları baxış keçirib içərisində qadağan olunmuş əşyaların olub-olmamasını yoxlamış, axtarış aparıldıqdan sonra təyinat ünvanına, əgər ərzaqların içərisində qadağan olunmuş əşya tapıldığı təqdirdə isə əməliyyat şöbəsinə göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 sovqata əməkdaşlar tərəfindən baxış keçirilən zaman həmin işçilərin yanında durduğunu, axtarışın yekununda hər hansı qanunsuz bir əşya aşkar olunmadıqda yoxlanılmış ərzaqları torbaya yığıb apararaq ünvanına, yəni malın yiyəsinə çatdırdığını, orada rəsmi işçi kimi əmək haqqı aldığını, Bakı İstintaq Təcridxanasında 1 il müddətində cəza çəkdiyini, orada cəza çəkdiyi dövrdə 10 ay müddətinə şöbədə sovqat daşıyan kimi işlədiyini, hər gün iş fəaliyyətinə başlayarkən şöbənin əməkdaşları, əməliyyatçılar tərəfindən hüquq və vəzifələrinin izah edildiyini, hər gün gördüyü predmetləri müvafiq sənədə qeyd etdiyini, hazırki cinayət işi üzrə hadisəni xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, müvafiq imzaların ona məxsus olduğunu, həmin vaxt hansısa şirniyyatın içərisində narkotik vasitə heroinin aşkarlandığını, 50-55 yaşında bir qadının həmin sovqatı gətirdiyini, Ruslan adlı əməkdaşın narkotik vasitəni həmin şirniyyatın içərisindən aşkar etdiyini, şirniyyatın içindən qanunsuz əşya aşkar olunanda həmin otaqda olduğunu, vəzifəsini yerinə yetirdiyini, əşyaların yoxlanılmasını gözlədiyini, qaimə-faktura ilə həmin əşyaları ünvanına çatdırdığını, həmin əşyalar ünvanına çatdırılana qədər məsuliyyət daşıdığını, faktura ilə təhvil verdiyini, imza ilə əşyaları qəbul etdiyini, bu hadisənin öz vəzifəsini yerinə yetirərkən təsadüfən şahidi olduğunu, axtarış aparılarkən həmin qadının otaqda olmadığını, ərzaqların arasından qanunsuz əşya aşkar olunduqdan sonra həmin qadını otağa dəvət etdiklərini, qadının həmin sovqatın içərisində nə olmasından xəbərinin olmadığını bildirdi. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, aralarında ədavət və düşmənçilik yoxdur. Məhkəmə verilən suallara cavab olaraq Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində hökm çıxarılması ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkdiyi müddətdə 2022-ci ilin istənilən dövründə hər hansı torbadan qanunsuz əşyanın çıxarılmasında hal şahidi qismində iştirak etmədiyini, ibtidai istintaq zamanı onun adından yazılmış ifadədə qeyd edilmiş imza və yazıların ona məxsus olmadığını, təcridxananın əməkdaşları ondan köməklik istədikdə sovqatın daşınmasında köməklik etdiyini, özünün barəsində olan cinayət işindən başqa heç vaxt hər hansı müstəntiqə ifadə vermədiyini bildirdi. Məhkəmədə ittiham tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, müvafiq istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru vəzifəsində işləmişdir. Belə ki, 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsə gətirilən sovqatın içərisində narkotik vasitə aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid8 müvafiq istintaq hərəkətinə dair tərtib edilmiş protokolda adlarının qeyd olunduğu hal şahidlərinin hər birinin iştirak etdiyini, həmin istintaq hərəkətində təxminən 4-5 nəfər şəxsin olduğunu xatırladığını, hal şahidlərinin kim olmasının yadında qalmadığını, hal şahidlərinin həqiqətən də sovqatın içərisində olan predmetləri təsdiqləmək üçün iştirak etdiklərini, hal şahidlərinin növbə ilə bütün gün orada olduğunu, hal şahidi kimi iştirak edən şəxslərə əvvəlcədən hüquq və vəzifələrinin izah olunduğunu, onun isə heç kimə hüquq və vəzifələrini izah etmədiyini, protokoldakı imzaların hal şahidlərinin imzalarının olduğunu, Şahid4 həmin hadisədə hal şahidi qismində çıxış etdiyini, imzaları Şahid4 çəkdiyini, Şahid4 Təqsirləndirilən şəxs çəkindiyinə görə yalan ifadə verdiyini, həmin prosesdə Şahid4 hüquq və vəzifələri ilə bağlı izah vermədiyini bildirdi. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. 21 iyun 2022-ci il tarixdə Hədiyyə Əsgərovanın Bakı İstintaq Təcridxanasında saxlanılan Kənan İsmayılova gətirdiyi sovqatın içərisindən bir bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 narkotik vasitəyə bənzər maddə olan bir bükümün şirniyyatın içərisinə qoyulduğunu, hər hansı sual verməyib əməliyyatçıya təqdim etdiklərini, sovqatların əl ilə kustar üsulla yoxlanıldığını, bükümün əməliyyatçılara təqdim edildiyini, həmin əməliyyatçılar tərəfindən yoxlanıldıqdan sonra sovqatın içərisində aşkarlanan predmetin narkotik vasitə olduğunu, müvafiq istintaq hərəkətində əməliyyat şöbəsinin işçiləri və qadının iştirak etdiyini, orada hansısa məhkumun olmadığını bildirdi. Məhkəmədə Şahid5 və Şahid2 ifadələrində Şahid6 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 ildən bəri tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid9 ibtidai istintaq vaxtı ifadə verdiyini, özünün barəsində olan cinayət işi ilə bağlı müvafiq sənədləri imzaladığını, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıdığını, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik tərkibli maddə almadığını, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində dindirilmədiyini, Təqsirləndirilən şəxs ondan hansısa ünvana sovqat göndərilməsini xahiş etmədiyini, Şahid1 onun qohumu olduğunu, sonuncunun sovqatın içərisində nə olmasından məlumatının olmadığını, Şahid1 şəxsiyyət vəsiqəsi olduğuna görə sovqatı aparması üçün sonuncuya verdiyini, həmin sovqatın göndərilməsində Təqsirləndirilən şəxs heç bir rolunun olmadığını, Şahid1 Bakı İstintaq Təcridxanasına apardığı sovqatı ona Yunusun verdiyini, onun sovqatın içərisində nə olduğunu bilmədiyini, özü üçün narkotik vasitəni müxtəlif yerlərdən aldığını, sovqatın aparıldığı Kənan adlı şəxsi tanımadığını, sadəcə Yunus qazi olan dostuna sovqat aparılacağını dediyinə görə həmin sovqatı apardığını, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığına görə, həmçinin onun da şəxsiyyət vəsiqəsi olmadığına görə öz bibisi olan Şahid1 xahiş etdiyini, sovqatın içərisinə narkotik vasitənin Yunus tərəfindən qoyulduğunu, həmin sovqatın aparılmasında Təqsirləndirilən şəxs heç bir iştirakı olmadığını, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulduğunu, təqdim edilmiş ifadədəki imzaların ona məxsus olduğunu, lakin ifadədə bəzi mətnlərin səhv yazıldığını, Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışıqlarını dəqiq xatırlamadığını, təqdim edilmiş mobil nömrənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitənin alışı ilə bağlı yazılan sms mətnlərini xatırlamadığını, Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə aldığını bildirdi. Şahid9 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid9 həmin ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birgə yaşamaqla, evlidir, himayəsində iki azyaşlı övladı vardır. O, gündəlik restoranlarda ofisant kimi işləməklə ailəsini saxlayır. 02 il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən, bəzən isə Təqsirləndirilən şəxs şəxsən alaraq istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu Yunus Məmmədli ilə yaşadığı məhəllədə görüşmüş və orada 40 manat verərək şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs 02 bükümdə narkotik vasitə heroin və 02 bükümdə psixotrop maddə metamfetamin almış, həmin vaxt Yunus Məmmədli ailəsində problem olduğu üçün vaxt çatdıra bilmədiyini, Bakı İstintaq Təcridxanasında saxlanılan Kənan İsmayılov adlı tanışına sovqat aparmaqda kömək etməsini ondan xahiş etmişdir. Yunus ailəsi barədə söhbət etdiyi üçün heç nə deməmiş, söhbət Yunusun ailəsindən getdiyindən, habelə yazıq formada xahiş etdiyi üçün üz vurmamış, Rail də içəridən (azadlıqdan məhrumetmə yerindən) yeni çıxdığı üçün bir neçə dəfə söhbət zamanı şəxsiyyət vəsiqəsinin olmadığını dediyi üçün, ayrılıb yaşadığı evə getmiş, təxminən bir saat sonra həmin şəxslərlə yenidən məhəllədə görüşmüş və Yunus 189 taksi xidmətinə zəng edərək çağırdığı “Toyota Prius” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillə məhəlləyə gəlmiş, sürücü, sonradan adını bildiyi Rasim Bakı İstintaq Təcridxanasına 20 manata aparıb-gətirəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Cerato” markalı dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobildən Kənan adlı şəxs üçün gətirdikləri bazarlıq sovqatlarını boşaldıb sonradan adını və anket məlumatlarını bildiyi Rasim adlı sürücünün idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün onunla qohumu, yəni bibisi Şahid1 gəlməsini xahiş etmiş, Rail həmin sovqatı Kənana çatdırmaq üçün 20 manat yol pulu və 10 manat pulu da sellofan paketə qoymuşdur ki, Kürdəxanıda qapıda dayananlara versin. Birlikdə Bakı İstintaq Təcridxanasına gedib Kənan adlı şəxs üçün göndərilmiş əşyaları təcridxananın girişinə, buraxılış məntəqəsinin qarşısına boşaltdıqdan sonra bibisi Şahid1 şəxsiyyət vəsiqəsini qapıda dayanmış nəzarətçilərə təqdim etmiş və qeydiyyat aparana qədər növbədə dayanmışlar. Bu vaxt həmin yerdə dayanmış əvvəllər tanımadığı, hazırda anket məlumatlarını bilmədiyi hansısa dustağın yanına gələn qadının bir neçə gün bundan qabaq toyuğun içindən narkotik vasitə çıxdığını dedikdə, bu söz onda şübhə yaratdığından, gətirilən sovqatı axtarmış, göndərilən sovqatın içərisində “Kent 4” markalı siqaret, “Rothman” markalı siqaret, kolbasa, sosiska, kərə yağı, şor, pendir, ketçup, mayonez, kağız dəsmal, tuman, köynək, qabyuyan, kartof, soğan, çay, qənd, şəkər və s. əşya olmaqla fabrik üsulu ilə qablaşdırılmış şirniyyatlar olmuşdur. O və bibisi bütün mallara baxsalar da, şirniyyat paketləri zavod üsulu ilə qablaşdırılmış halda olduğu üçün o qədər də şübhələrini çəkməmiş, bundan bir neçə dəqiqə sonra bibisi nəzarətçi çağırdığı üçün içəri daxil olmuş, o isə gedib gəldiyi taksidə əyləşmişdir. Həmin gün Raildən aldığı və üzərində daşıyaraq saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini şalvarının cibində evə gedəndən sonra istifadə etməsi üçün saxlamışdır. Bu vaxt onu nəzarətçilərdən biri çağırdığından, o, avtomobildən düşüb gedən zaman üzərində olan 04 bükümdə narkotik tərkibli maddələri çıxarıb avtomobilin ayaqaltısındakı içərisində “CocaCola” və “Bonaqua” suları olan sellofanın içərisinə atdıqdan sonra həmin nəzarətçinin yanına getmiş, bu zaman hadisə yerinə yaxınlaşan polis əməkdaşları özlərini təqdim edərək «Toyota Prius» markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyini bildirmiş və həmin polis əməkdaşları ilə birgə polis bölməsinə gedəcəklərini dedikdə, o və Rasim etiraz etməmişdir. O, polis əməkdaşları ilə birgə avtomobilə yaxınlaşmış, həm ona, həm də Rasimə hüquq və vəzifələri izah edildikdən sonra avtomobilə baxış keçirilmiş, təhqiqatçı onun az öncə arxa ayaqaltına atdığı narkotik tərkibli maddələri aşkar etdikdən sonra ona məxsus olduğunu demiş, aşkar edilmiş narkotik tərkibli vasitələr qablaşdırılıb zərfə qoyularaq imzalamışdır. 15-ci Polis Bölməsinə gətiriləndən sonra dövlət büdcəsinin vəsaiti hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra öz istəyilə ərizə yazıb üzərində aparılacaq axtarış və götürmə aparılması zamanı vəkilin iştirak etməsini istəməmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin hər hansı bir əşya və ya dəlil aşkar edilməmişdir. Ona narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sonradan bilmişdir ki, Rail və Yunusun bizə verdiyi sovqatın içərisində «Chocobis» sözləri yazılmış şirniyyat paketinin içərisindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər iş üzrə Təqsirləndirilən şəxs ilə dost olduğu üçün sonuncunun adını çəkməmişdir. O, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri 40 manat pul ödəməklə almışdır. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında olan yazışmalarla bağlı verilmiş suallara cavab olaraq Railin ona verdiyi narkotik vasitənin pulunu sonuncunun kartına göndərdiyini, Təqsirləndirilən şəxs pul göndərməsi üçün ona kart hesabının atdığını, kartına pul atdıqdan sonra Railin ona narkotik vasitəni verdiyini, Yunusdan heç vaxt narkotik vasitə almadığını, Rail və Yunusun narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Muxdar” adlı şəxsdən aldığını bildiyini bildirmişdir. (Cild 1, iş vərəqə 140-143) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X6 yanına sovqat gətirmiş X3 gətirdiyi sovqata həmin tarixdə baxış keçirilən zaman sovqatın içərisindəki üzərində “Chocobis” sözləri yazılmış şirniyyatın altında gizlədilmiş 01 ədəd şəffaf sellofan bükülüdə olan qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüş, sorğu zamanı Şahid1 xx.xx.2022-ci il tarixdə qardaşı oğlu Şahid9 həmin gün saat 15:00 radələrində telefonla zəng edib ona Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı, həbs olunmuş X1 vermək istədiyini, lakin şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən sovqat verməyə köməklik etməyi xahiş etdiyini bildirdikdə razılaşdığını, təxminən saat 17:15 radələrində təcridxana daxilində xüsusi ayrılmış otaqda hal şahidlərinin iştirakı ilə gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisindəki üzərində “Chocobis” sözləri yazılmış şirniyyatın altından 01 ədəd şəffaf sellofan bükülüdə olan içərisində qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürüldüyünü, sovqatın içərisindən aşkarlanmış 01 ədəd şəffaf sellofan bükülüdə olan qəhvəyi rəngli, xüsusi iyə malik maddədən xəbərinin olmadığını söyləmişdir. Götürülmüş 01 ədəd şəffaf sellofan bükülüdə olan içərisində qəhvəyi rəngli maddə tərkibini və çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilməsi üçün hal şahidlərinin və Şahid1 iştirakı ilə qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 7) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3471 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi, “...Həbs olunmuş şəxs X1 gətirən vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilərkən üzərində “Chocobis” sözləri yazılmış şirniyyatın altında gizlədilmiş 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli... maddə” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd təmiz çəkisi 3,725 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 3,725 qram olmuş, 0,10 qram tədqiqata sərf edildikdən sonra 3,625 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 29-30) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3604 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Arayış 6/3471...” sözlər yazılmış qəhvəyi rəngli kağız paketin içərisində, üzərində “xx.xx.2022-ci il tarixdə Bakı İT-da saxlanılan həbs olunmuş şəxs X1 gətirən vətəndaş X3 gətirdiyi sovqatın...” sözləri yazılmış bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,625 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş üzərində “Arayış 6/3471...” sözləri yazılmış qəhvəyi rəngli kağız paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,625 qram olan heroinlə üzərində “Ekspert rəyi 6/3480...” sözləri yazılmış qəhvəyi rəngli kağız paketin içərisində 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,300 qram olan heroinlər xarici görünüşünə və kimyəvi komponent tərkibinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 nömrəli obyekt üzrə heroinin təmiz çəkisi 3,625 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 3,575 qram qalıq qalmış, 2 nömrəli obyekt üzrə heroinin ümumi təmiz çəkisi 0,300 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 0,200 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 59-62) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3480 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan, “Vət. X15 məxsus Toyota Prius...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram, 0,285 qram ümumi təmiz çəkisi 0,40 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram, 0,095 qram ümumi təmiz çəkisi 0,30 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər və 2 (iki) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında bir-biri ilə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,30 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 0,20 qram qalmış, heroinin ümumi təmiz çəkisi 0,40 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 0,30 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 64-66) xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, 12503/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk elektron maqnit daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD diskdə olan 4 ədəd «SMS_Tarixçəsi********************323» adlı 361 KB həcmində, «SMS_Tarixçəsi********************323» adlı 453 KB həcmində, «Zənglərin_Detallaşması ********************323_10.10487» adlı 2948 KB həcmində, «Zənglərin_Məxsusluq__Tarixçələri ********************323_NAR_10.10487» adlı 79KB həcmində adlanan telefon danışıqları aparılan nömrələrə aid zənglərin məxsusluğuna və detallaşdırılmasına dair fayllara baxış keçirərək iş üzrə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-** saylı mobil nömrədə aşağıdakı məlumatların olmasını müəyyən edilmişdir: Çıxan SMS-lər və tarixçəsi **********3114 -707352323 1-04-2022 19:57:01 xx-xx-2022 01:00:18 1.1.**********23 1.1.**********77 Menem Rail.Elaqe saxla menle mutleq. Gözləyirəm seni. xx-xx-2022 18:41:40 xx-xx-2022 18:41:40 1.1.**********23 1.1.**********41 Yetka dedim telesmeyekde bir azda keçsin bir yerde kayf edek 1 gun. Doyunca derdlewe bilek de hec olmasa. xx-xx-2022 19:17:25 1.1.**********23 1.1.**********41 Qaqa ikimiz olaq. Bir gunumuzu kecirek. İndi evde olariq bağda olariq otelde olariq ferq yoxdu. Sende iwde gucde olursan deye problem yaranmasin. xx-xx-2022 00:24:49 xx-xx-2022 00:24:50 1.1.**********23 1.1.**********88 4169 7385 7649 9671 Qaqa imkan varsa gönder bu karta. Allah razi olsun her wey ucun. Cox sagol brat. xx-xx-2022 01:47:22 xx-xx-2022 01:47:22 1.1.**********23 1.1.**********88 Canin sag olsun brat. Allah razi olsun.Opurem seni var ol qaqa. xx-xx-2022 12:42:40 xx-xx-2022 12:42:40 1.1.**********23 1.1.**********41 Brat əslində mən qalmışam yolda inqlabdayam pulum yoxdu. 10 m ver bro xx-xx-2022 16:38:21 1.1.**********23 1.1.**********31 Daniwdim qaqaw. Həll edə bilərik. Elinde pul var senin xx-xx-2022 20:31:30 xx-xx-2022 20:31:30 1.1.**********23 1.1.**********29 Falqa tutsan gotur 02 xx-xx-2022 20:20:41 1.1.**********23 1.1.**********75 4098-5844-6060-3721 At amma ceki skrin ele qalsin xx-xx-2022 23:55:46 1.1.**********23 1.1.**********88 4127-2093-0414-1796 ABB bank Azərbaycan beynəlxalq bank nazenin olm xx-xx-2022 00:06:05 1.1.**********23 1.1.**********88 5404-0852-3826-5724 Kapital xx-xx-2022 00:44:27 xx-xx-2022 00:44:28 1.1.**********23 1.1.**********75 5404- 0852-3826-5724 Kapital bankdi xx-xx-2022 19:59:54 xx-xx-2022 19:59:54 1.1.**********23 1.1.**********75 4169- 7385-7649-9671 Səmanın kartidi bura vur. Amma xəbər elə vuranda xx-xx-2022 23:42:35 xx-xx-2022 23:42:36 1.1.**********23 1.1.**********75 Atam qız çatır uje. Qapını bağlıyıb duwub magazine. 5-10 dəq həll ed xx-xx-2022 00:11:10 1.1.**********23 1.1.**********75 20L su qabının dalına atdım.balacadi işıq sal bir saniyə tap get xx-xx-2022 13:48:28 1.1.**********23 1.1.**********15 LiyoBank 50444490 H. 05-2022 00:41:03 1.1.**********23 1.1.**********75 Salam şirin neynirsen ? Saldın meni poxa. Sema səni görüb ordan çıx xx-xx-2022 21:27:17 xx-xx-2022 21:27:17 1.1.**********23 1.1.**********75 4169-7385- 2098-2517 G...... A xx-xx-2022 16:34:20 1.1.**********23 1.1.**********75 4189-8000-8371-2768 Rabitə bank Vur çəkidə at mene. Göndərim uwagdan ? xx-xx-2022 16:46:14 xx-xx-2022 16:46:14 1.1.**********23 1.1.**********75 Sen 20 manatı vur başqa wey fikirlewerdim mən. xx-xx-2022 16:48:31 1.1.**********23 1.1.**********75 Öpürəm çatdı. Gelirsen ya nece xx-xx-2022 22:10:25 xx-xx-2022 22:10:25 1.1.**********23 1.1.**********88 Mən bir saata gəlirəm inwAllah. Biraz tema var məndə onuda versək ela xx-xx-2022 03:05:16 1.1.**********23 1.1.**********15 Brat imkan daxilində veziyet rus dilindədir. Mən 40 manat atimde nolar xx-xx-2022 04:24:49 1.1.**********23 1.1.**********07 4098-5844-6253-8164 Leo bank Xelifeyov Rovwen xx-xx-2022 07:38:38 1.1.**********23 1.1.**********13 Salam sabahınız xeyir. Mənəm Rail (Sema, Pərviz) Sizlə daniwmaq istəyirdim 1-2 söz soruşmaq istəyirdim əgər etiraz etmirsənsə. xx-xx-2022 00:46:22 1.1.**********23 1.1.**********75 5213-6751-5265-8754 AzerTurkbank xx-xx-2022 00:46:22 xx-xx-2022 00:46:22 1.1.**********23 1.1.**********75 5213- 6751-5265-8754 AzerTurkbank xx-xx-2022 19:14:01 xx-xx-2022 19:14:01 1.1.**********23 1.1.**********07 Qulluq sahibi oi. 05 qoyuram. 20 manat at 5404-0852-3826-5724 Çeki atarsan xx-xx-2022 21:49:49 xx-xx-2022 21:49:50 1.1.**********23 1.1.**********77 4169-7385-7649-9671HSE....Ama denen tez elesinler xx-xx-2022 01:45:23 1.1.**********23 1.1.**********91 Brat kola yoxdu alınmadı. Məndə sen gundeyem. Yalandan p qoyuram Gələn SMS-lər və tarixçəsi **********3116 - 707352323 **********88 1.1.**********23 Salam exi qadan alaram gor ne qeder imkan var.exilerden.3/3 de olsa pas ata mene.qalxaq bu veziyetden xx-xx-2022 16:57:09 xx-xx-2022 16:57:10 1.1. **********31 1.1.**********23 Kola var de xx-xx-2022 19:20:37 xx-xx-2022 19:20:37 1.1.**********75 1.1.**********23 Salam qaqas ecemideyem deyirdim alinirsa koko goturerdim 1 dene 30 a olarmi alesinide bir list xx-xx-2022 21:56:57 1.1.**********75 1.1.**********23 Rail senden xais ediremde ele vacib adamdir menim üçün ekoya desen getirmez ya men gelim özüm 40 manatda batirdim oda onun idi ama ortaya hec ne cixarda bilmedim xx-xx-2022 23:44:19 1.1.**********75 1.1.**********23 Yavaş-yavaş gelimde oyana sen canı normal ver seher pul göndererem xx-xx-2022 00:11:14 xx-xx-2022 00:11:14 1.1.**********75 1.1.**********23 20L su qabının da Rail alinmirsa denen işimi bilimde agriyiram ozumde xx-xx-2022 20:39:32 1.1.**********77 1.1.**********23 Rail 60 manatim var basqa siqarete bele yoxdur sen 10 qoyub üstüne goture bilirsen. Baxış keçirilməsi başa çatdıqdan sonra "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, 12503/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edildiyindən həmin məlumatlar sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 74-76) xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov rayonunda tutularaq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib aidiyyəti üzrə həmin polis idarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 116) xx.xx.2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 126; 127) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid9 şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Müvafiq istintaq hərəkətinin aparılmasına dair videoçəkiliş protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 144-147) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi və cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 152-153) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrinə tövsif edilməsi qərara alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlər sübut kimi qiymətləndirilmiş, 3,725 qram miqdarda narkotik vasitə heroin, Şahid9 aşkar edilərək götürülmüş 0,400 qram heroin və 0,300 qram metamfetamin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə məsul saxlanca verilmişdir. (Cild 1, iş vərəqə 234-247) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 249-250) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 264-265) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X25 xx.xx.2022-ci il tarixli, 7019 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 280-281) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya, məhkəməyədək icraat zamanı ona edilmiş fiziki və psixi zorakılıqla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmədə elan edilib tədqiq olunmuş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-2319/2023 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “inkar edir” yazısı, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “sol dirsək nahiyədə köhnə çapıq toxumalar” yazısı qeyd edilmişdir. Məhkəmədə elan edilib tədqiq olunmuş Bakı şəhəri Sabunçu rayon prokurorluğunda qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfinin şikayəti əsasında ləğv edilmiş, yenidən araşdırma aparılmaqla həmin prokurorluqda xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Sonuncu araşdırma zamanı tərtib edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13” X25 Sabunçu rayon şöbəsinin 32/TS nömrəli, xx.xx.2024-cü il tarixli tibbi sənəd əsasında təyin olunmuş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tərtib edilmiş məhkumun tibbi kitabçasında onda müayinə vaxtı sol dirsək nahiyəsində köhnə çapıq toxuması müəyyən olunması qeyd edilmişdir. Qeyd edilmiş çapıq toxumasının təsviri (rəngi, konsistensiyası, xarakteri və s.) qeyd olunmadığından çapığın törənmə müddəti və törədən (əşya) alət barədə hər hansı fikir söyləmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir. Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında icraatın mövcud olması hazırki cinayət mühakimə icraatına baxılmasına və müvafiq yekun qərarın çıxarılmasına maneçilik törətmir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə müvafiq istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və müvafiq istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Funda” klinikasının yaxınlığında saxlanılaraq bir neçə polis bölməsinə aparıldığını, sonda Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinə aparılaraq orada üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirildiyini desə də, cinayət işinin materiallarının 116-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, barəsində Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid Əhmədovun xx.xx.2022-ci il tarixli qərarı əsasında həmin polis idarəsi tərəfindən 51295 nömrəli axtarış işi olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov rayonunda tutularaq 15-ci Polis Bölməsinə gətirilmiş və Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda olduğundan xx.xx.2022-ci il tarixli, 7580 nömrəli vəkil orderi ilə müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə müdafiəçinin təqdim olunması barədə”, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında”, “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında”, “Şübhəli şəxsin “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları barədə Bildiriş”, “Şübhəli şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə Bildiriş”, “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi, ona CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişin surətlərinin verilməsi haqqında”, “Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair” protokol, “Şübhəli şəxsin dindirilməsi haqqında” protokol və digər sənədləri Təqsirləndirilən şəxs və müdafiəçisi X19 imzalamışlar. Habelə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən daha əvvəl tutulması ilə bağlı cinayət işinin materiallarında hər hansı məlumat yoxdur, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi bu halı mübahisələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-maddələri ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşıyıb satmış, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmisi oğlu X18 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması, habelə istintaq təcridxanasında saxlanılan qohumlarına ötürülməsi barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 4,125 qram külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,300 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 iyun 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası kimi tanınan ərazidə tanışı Şahid9 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram ümumi təmiz çəkisi 0,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram ümumi təmiz çəkisi 0,300 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 40 manata satmış, həmçinin 3,725 qram külli miqdarda narkotik vasitə heroini üzərində «Chocobis» sözləri yazılmış şirniyyatın altına bağlamanın içərisinə qoyaraq cinayətkar niyyətlərindən məlumatsız olan Şahid9 və Şahid1 verdiyi sovqatın içərisinə yerləşdirməklə 21 iyun 2022-ci il tarixdə saat 17 radələrində qadağan olunmuş əşya hesab olunan qeyd edilən narkotik vasitəni yoxlamadan gizlətməklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan cinayətdən xəbərsiz X8 ötürülməsinə nail olmaq istəmiş, lakin həmin sovqat Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən müəssisənin Nəzarət buraxılış məntəqəsində yoxlanılaraq təmiz çəkisi 3,725 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmiş, BİT-dən daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Təcridxananın Nəzarət buraxılış məntəqəsinin yaxınlığında Şahid9 Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, az öncə həmin ünvana sərnişin qismində gəldiyi «Toyota Prius» markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşınının arxa sağ sərnişin oturacağının ayaqaltısına qoyduğu ondan 40 manata satın aldığı şəffaf sellofan torbanın içərisində ümumi təmiz çəkisi 0,400 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,300 qram psixotrop maddə metamfetamin avtomaşının salonuna polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə görə, həmin Məcəllənin 234.2, 234.3 və 234.3- 1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, Cinayət Məcəllənin 234.4.3-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətini yaradır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlini törətmiş şəxs cinayət məsuliyyətini daşıyır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əsasən, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə görə, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi cinayət məsuliyyətini yaratmaqla, həmin əməli törətmiş şəxsin min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşıyıb satması, istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1 və 29,317-1.1-ci maddələri ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi üzrə məhkəmə qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, barəsində olan məhkəmə hökmünün icrası ilə əlaqədar Bakı İstintaq Təcridxanasında cəza çəkdiyi vaxt hər hansı cinayət işi üzrə hal şahidi qismində iştirak etmədiyini, 2022-ci il ərzində hər hansı torba və ya qutudan qanunsuz əşyanın çıxarılmasında iştirak etmədiyini dediyindən, onun cinayət işinin materiallarının 7-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli “Baxış” protokolundakı hal şahidləri qrafasındakı, 26-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli izahatdakı və 89-91-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli ifadədəki müvafiq imzalar təqdim edildikdə həmin imzaların özünə məxsus olmadığını bildirmişdir. Şahid4 ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları, yəni xx.xx.2022-ci il tarixli baxış protokolundakı, həmin tarixli izahatındakı və xx.xx.2022-ci il tarixli ifadəsindəki imzaları mübahisələndirdiyindən, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı olduğundan müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/2045 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, cinayət işinin 7-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli protokolun 1-ci səhifəsinin alt hissəsindəki ilk imza, arxa tərəfində “Hal şahidləri” qrafasında “Şahid4” yazıları qarşısındakı imza, xx.xx.2022-ci il tarixli izahatda (i.v 26) “İmza” qrafasındakı imza və xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi haqqında (i.v 88-91) “İmza” qrafalarındakı imzaların Şahid4 tərəfindən imzalanmadığı, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu qeyd edilmişdir. CPM-in 124.2.2-ci maddəsinə əsasən ekspert rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Cinayət işinin materiallarının 7-ci vərəqində olan xx.xx.2022-ci il tarixli protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin protokol Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin əməkdaşı tərəfindən tərtib edilməklə, Cinayət-Prosessual Məcəlləsinin 244-246-cı maddələrinin tələblərinə uyğun olaraq həmin istintaq hərəkəti aparılmış və hazırki iş üzrə Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisindəki “Chocobis” sözləri yazılmış şirniyyatın altında gizlədilmiş 01 ədəd şəffaf sellofan bükülüdə olan qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin istintaq hərəkətində Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində göstərilən hüquq və vəzifələri izah edilmiş 2 hal şahidi, yəni Şahid3 və Şahid4 iştirak etməsi qeyd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 244.1-ci maddəsinə əsasən, axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 245.2-ci maddəsinə əsasən, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinə əsasən, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Axtarış və götürmə istintaq hərəkətində 2 hal şahidinin iştirakı tələbi pozulmuşdur, habelə iş materiallarında videoçəkiliş də yoxdur. Cinayət işinin materiallarından həmçinin görünür ki, axtarış və götürmənin aparılmasına dair qərar tərtib edilməmiş, xx.xx.2022-ci il tarixli müvafiq protokol tərtib olunarkən Şahid1 iştirakı təmin olunmamışdır. Göründüyü kimi, CPM-in 244.1, 245.2, 234.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Həmçinin məhkəmə bir halı qeyd edir ki, Şahid8 məhkəmədə Şahid4 xx.xx.2022-ci il tarixdə axtarış və baxış istintaq hərəkətində iştirak edib protokolu imzaladığını bildirsə də, Şahid8 həmin istintaq hərəkəti protokolunu tərtib edən şəxs olduğunu nəzərə alıb qeyd edilən xüsusatla bağlı ifadəsinə məhkəmə tənqidi yanaşır. Bundan başqa, məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən Şahid1 Bakı İstintaq Təcridxanasına apardığı sovqatla Təqsirləndirilən şəxs əlaqəsi müəyyən edilməmişdir. Belə ki, məhkəməyədək icraat zamanı ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əmisi oğlu Yunus Məmmədli ona atası, CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş Ramiz Məmmədova sovqat göndərməli olduğunu deyib şəxsiyyət vəsiqəsi olmadığından ondan köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Şahid9 onun yanına gəldiyindən o, Şahid9 2 bükümdə heroin və 2 bükümdə metamfetamini satmış, söhbət əsnasında o və Yunus Pərvizə sovqatı Bakı İstintaq Təcridxanasına aparmasını xahiş etmişlər. Sovqatı Pərvizə təhvil vermiş, sonradan həmin sovqatın içərisində narkotik vasitə olmasını eşitmişdir. Bundan sonra o, Yunusla dalaşıb əlaqəni kəsmişdir. “Chocobis” markalı şirniyyat paketinin içərisinə narkotik vasitəni o qoymamış, bunu Yunus etmişdir. X9 barəsində xx.xx.2023-cü il tarixdə hazırki cinayət işindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Yunis Məmmədlinin barəsində xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsi tərəfindən 51296 nömrəli axtarış işi açılmış, onun olduğu yer müəyyən edilməmişdir. Məhkəmədə ifadəsində və Təqsirləndirilən şəxs ilə ibtidai istintaq zamanı üzləşdiriləndə Şahid9 müvafiq sovqatı ona Yunus Məmmədlinin verdiyini, Təqsirləndirilən şəxs həmin prosesdə hər hansı rolunun olmadığını bildirdi. Məhkəməyədək icraat zamanı ifadəsində Şahid9 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs və əmisi oğlu Yunus Məmmədli ilə görüşdükdən sonra, o, Təqsirləndirilən şəxs 40 manat verərək 02 bükümdə heroin və 02 bükümdə metamfetamin almış, həmin vaxt Yunus ona ailəsində problem olduğunu, BİT-də saxlanılan Kənan İsmayılov adlı tanışına sovqatın aparılmalı olduğunu dedikdə razılaşmışdır. Sovqat yerləşdirildikdən sonra Təqsirləndirilən şəxs 20 manat pulu Kənana çatdırması üçün ona vermişdir. Daha sonra o, bibisi Hədiyyə Əsgərovadan sovqatı BİT-ə aparmasını xahiş etmiş və orada sovqatın içərisində narkotik vasitə heroin aşkarlanmışdır. Göründüyü kimi, Şahid9 sovqatı götürüb Bakı İstintaq Təcridxanasına bibisi Şahid1 vasitəsilə keçirilməsini çalışsa da, bu mümkün olmamış, Şahid9 sovqatın içərisindəki əşyaların içərisində nə olmasından bixəbər olduğundan ona haqlı olaraq Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülməmişdir. Lakin, Təqsirləndirilən şəxs da müvafiq sovqatın içərisindəki əşyaların içərisində nə olmasından bixəbər olsa da, ona Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs, Şahid9 və digər şahidlərin ifadələrinin təhlilindən, cinayət işinin materiallarının tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs həmin sovqatın içərisində nə olmasından xəbəri olmamış, o, əmisi oğlunun xahişi ilə bağlı şəkildə olan sovqatın Şahid9 verməkdə köməklik etmişdir. İbtidai istintaq orqanı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılaraq əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, istintaq hərəkəti protokolu kobud pozuntularla tərtib edilmiş, ittiham tərəfi həmin hissədə ittihamı sübuta yetirə bilməmiş, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri təkzib edə bilə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı verilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 29,317- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmədə ifadə olunan Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, ona verilmiş ümumi ittihamdan həmin maddə ilə verilmiş ittiham üzrə Cinayət- Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq plenum qərarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əmisi oğlu X18 ilə narkotik vasitənin satışında qabaqcadan əlbirliyini sübuta yetirməmiş, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Şahid9 2 ədəd bükümdə narkotik vasitə heroin və 2 ədəd bükümdə psixotrop maddə metamfetamini satması dəqiqləşdirilsə də, həmin satışda Yunus Məmmədlinin rolu və Təqsirləndirilən şəxs ilə sonuncunun qabaqcadan əlbirliyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq X18 ilə nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşıyıb satma”-nı göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanı hansısa mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bundan başqa, xx.xx.2022-ci il tarixli, 6/3604 nömrəli ekspert rəyinə əsasən Bakı İstintaq Təcridxanasına daxil olarkən aşkarlanmış 3,725 qram olan heroinlə Şahid9 üzərindən aşkarlanmış 0,300 qram heroinlərin xarici görünüş və kimyəvi komponent tərkibləri eynidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində əmisi oğlu Yunus Məmmədli və o, narkotik vasitə və psixotrop maddəni eyni şəxsdən, yəni “Muxtar” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Habelə Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində verilən suala “Mən bilirəm ki, Rail və Yunus narkotik vasitəni bəzən olur ki, İran İslam Respublikasının vətəndaşı Muxtar adlı şəxsdən alır. Mən həmin Muxtar adlı şəxsi tanımasam da, bu barədə Raillə danışan zaman özü mənə demişdir” (Cild 1, i.v 143) məzmununda cavab vermişdir. Bunun əksini sübut edən hər hansı məlumat cinayət işinin materiallarında yoxdur və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, təcridxanaya keçirilməsinə cəhd edilən narkotik vasitə heroinlə Şahid9 üzərində aşkarlanmış narkotik vasitə heroinin tərkiblərinin eyni olması ağlabatandır. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan verilmiş ümumi ittihamdan X18 ilə qabaqcadan əlbirliyi üzrə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirilən zaman cinayət işinin 1-ci cildinin 74-76-cı vərəqlərində olan, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, 12503/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış protokolu elan olunub tədqiq edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:11:10-da ***-***-**-** saylı mobil nömrəyə “20L su qabının dalına atdım. Balacadi işıq sal bir saniye tap get” məzmununda, həmin tarixdə saat 13:48:28-də “LiyoBank 50444490H” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 21:27:17-də ***-***-**-** saylı mobil nömrəyə “Rabitəbank Vur çekidə at mene. Göndərim uşaqdan?” məzmununda, həmin tarixdə saat 16:46:14-də ***-***-**-** saylı mobil nömrəyə “Sen 20 manatı vur başqa wey fikirlewerdim mən” məzmununda, həmin tarixdə saat 22:10:25-də ***-***-**-** saylı mobil nömrəyə “Mən bir saata gəlirəm İnwallah. Biraz tema var məndə onuda versək ela” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 04:24:49-da ***- ***-**-** saylı mobil nömrəyə “4098-5844-6253-8164 Leo bank Xelifeyov Rovwen”, xx.xx.2022-ci il tarixdə saat 00:46:22-də ***-***-**-** saylı mobil nömrəyə “5213-6751- 5265-8754 AzerTurkbank”, xx.xx.2022-ci il tarixdə saat 19:14:01-də “Qulluq sahibi ol. 05 qoyuram. 20 manat at 5404-0852-3826-5724 Çeki atarsan”, məzmununda, xx.xx.2022-ci il tarixdə saat 01:45:23-də “Brat kola yoxdu alınmadı. Məndə sen gundeyem. Yalandan p qoyuram” məzmununda yazışmaların olması müəyyən edilmişdir. Bundan başqa, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Salam exi qadan alaram gor ne qeder imkan var.exilerden. 3/3 de olsa pas ata mene. Qalxaq bu veziyyetden” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 16:57:09-da ***-***-**-** saylı mobil nömrədən “Salam qaqas ecemideyem deyirdim alinirsa koko goturerdim 1 dene 30 a olarmi aliseinide bir list” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 21:56:57-də ***-***- **-** saylı mobil nömrədən “Rail senden xais ediremde ele vaxib adamdir menim üçün ekoya desen getirmez ya men gelim özüm 40 manatda batirdim oda onun idi ama ortaya hec ne cixarda bilmedim” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 00:11:14-də ***-***-**- ** saylı nömrədən “20L su qabının da Rail alinmirsa denen işimi bilimde agriyiram ozumde” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 20:39:32-də ***-***-**-** saylı mobil nömrəyə “Rail 60 manatim var basqa siqarete bele yoxdur sen 10 qoyub üstüne goture bilirsen” məzmununda yazışmaların olması müəyyən edilmişdir. Həmin protokol tədqiq edildikdən sonra məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs “***-***-**-** saylı mobil nömrə mənə məxsusdur”, “bu mesajlar mənim mobil nömrəmdən göndərilib, bu danışıqlar iki narkotik istifadəçisinin dialoqudur, biz bir-birimizə narkotik vasitə gətirirdik. Ola bilər ki, mən blokda narkotik vasitə olan heroini gizlədirdim, sonra dostuma yazırdım ki, səhəri gün gizlətdiyim yerdən götürüb mənə gətirsin, çünki mən həmin ünvanda olmurdum”, “bank kartları barədə onu deyim ki, ümumiyyətlə biz telefonla “Kazino” oyunu oynayırdıq, çeklər də onun üçündür”, “0,5 qoyuram 20 manat göndər” söhbəti dəqiq bilmirəm nə barədədir, ola bilər ki, belə mesaj göndərmişəm”, “kola” narkotik vasitə olan heroin deməkdir”, “P” psixotrop maddə olan metamfetamin deməkdir, yəni narkotik vasitə olan heroin olmayıb, dostum məndən istəyib, mən də olmadığını demişəm”, “bəzi şəxslər məndən narkotik vasitə istəyib, 2 narkotik istifadəçisinin dialoqudur”, “mənim mobil nömrəmdən yazılan “sms” bildirişlərini özüm yazmışam” cavablarını vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsində ona verilmiş suallara cavab olaraq həmin mobil nömrələrin sahibləri ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladığını, onda narkotik vasitə olduğunu, həmin mobil nömrələrin sahiblərinin mesaj yazıb ondan narkotik vasitə istədiyini, özündə olanda verdiyini, olmayanda vermədiyini, mesajlaşdığı şəxslərin kim olmasını bilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 275-279) Göründüyü kimi, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin özünə məxsus olduğunu bildirməklə, həmin mobil nömrəyə daxil olan mesaj mətnlərinin ona göndərildiyini, çıxan mesaj mətnlərinin isə onun tərəfindən göndərildiyini söyləmiş və mətnlərin mövcudluğunu mübahisələndirməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmədə verdiyi ifadəsində Şahid9 hər hansı narkotik vasitə və psixotrop maddə satmadığını, lakin birgə istifadə etdiklərini söyləmişdir. Lakin Təqsirləndirilən şəxs həmin xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında”, xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə dindirilmə haqqında” (Şahid9 və şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir), xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarda 21 iyun 2022-ci il tarixdə 2 ədəd bükümdə heroin və 2 ədəd bükümdə metamfetamini Şahid9 satdığını bildirmişdir. Müvafiq üzləşdirmə istintaq hərəkəti videoçəkilişlə aparılmış, həmin istintaq hərəkəti protokolu və əlavə edilmiş videoçəkilişi özündə əks etdirən disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı Şahid9 2 ədəd bükümdə heroin və 2 bükümdə metamfetamini Təqsirləndirilən şəxs 40 manat müqabilində aldığını demiş, Təqsirləndirilən şəxs də eynilə həmin narkotik tərkibli maddələri Şahid9 satdığını təsdiqləmişdir. Həmin üzləşdirmə istintaq hərəkətində Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Bundan əlavə, müdafiə tərəfi Şahid9 barəsində Sabunçu Rayon Polis İdarəsində aparılan ********* nömrəli cinayət işinin materiallarının surətlərini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmünü məhkəməyə təqdim edib həmin materiallarda və müvafiq hökmdə Şahid9 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,400 qram olan narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram olmaqla, ümumi təmiz çəkisi 0,300 qram olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs alması ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdir. Məhkəmə istintaqında həmin sənədlər tədqiq edilmiş və müəyyən olunmuşdur ki, həmin iş üzrə təqsirləndirilən şəxs Şahid9 ifadəsində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,400 qram olan narkotik vasitə heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram və 0,095 qram olmaqla, ümumi təmiz çəkisi 0,300 qram olan psixotrop maddə metamfetamini 19 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını 40 manat müqabilində bildirmişdir. Həmin cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə “Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul edilmiş və cinayət işinin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmçinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmü ilə müvafiq narkotik vasitə və psixotrop maddələrin istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, Şahid9 həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmiş, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 324.3.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəmə iclasında verilmiş suallara cavab verməyə borclu olmadığını, həmin Məcəllənin 324.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin suala cavab verməkdən imtina etməsinin onun ziyanına şərh edilə bilinməyəcəyini qeyd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. Göründüyü kimi, Şahid9 barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olduğundan, verdiyi ifadəyə və izahata görə məsuliyyət qoyula bilmədiyindən, o, öz hüququndan istifadə edərək narkotik vasitə və psixotrop maddəni ələ etdiyi şəxsin adını verməmişdir. Lakin, Şahid9 Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirildiyindən, ona ifadə verməzdən əvvəl Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş biləbilə yalan ifadə verməyə görə və həmin Məcəllənin 298-ci maddəsində nəzərdə tutulmuş ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. (Cild 1, iş vərəqə 141) Cinayət Məcəlləsinin 297-ci maddəsinə görə şahid və ya zərərçəkmiş şəxs məhkəmədə və ya ibtidai istintaqda yalan ifadə verdikdə, həmin Məcəlləsinin 298-ci maddəsinə görə şahid və ya zərərçəkmiş şəxs ifadə verməkdən imtina etdikdə, cinayət məsuliyyətini yaradır. Cinayət məsuliyyəti barədə xəbərdar olunduqdan sonra Şahid9 xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən və həmin tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən 02 ədəd bükümdə narkotik vasitə heroini və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini 40 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Habelə, Təqsirləndirilən şəxs və Şahid9 məhkəmədə ifadələrində polis əməkdaşları tərəfindən edilmiş zorakılıq nəticəsində həmin üzləşdirmə istintaq hərəkətində həmin sözləri işlətdiklərini desələr də, Şahid9 özü barəsində olan cinayət işinin materiallarında və müvafiq hökmdə polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edildiyini bildirməmiş, habelə Təqsirləndirilən şəxs hər hansı zorakılıq olunması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə həmin xüsusat üzrə verdiyi ifadəsini özünümüdafiə xarakterli, Şahid9 isə hazırda məhkum olunması və Təqsirləndirilən şəxs ilə tanış olması səbəbdən, sonuncunu müdafiə etmək xarakterli verilən ifadə kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri bilir ki, Şahid9 özü barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra, yəni 19 oktyabr 2022-ci il tarixdə şahid qismində dindirilərkən müstəntiqin “Nə üçün siz bundan qabaq ittiham edildiyiniz iş üzrə ifadə verəndə sizə aid 02 bükümdə heroin və 02 bükümdə metamfetamini xx.xx.2022-ci il tarixdə tanımadığınız şəxsdən 40 manata aldığınızı demişdiniz. Hazırda isə məlum olur ki, narkotik vasitələri Raildən 40 manata almısınız. Bu barədə nə deyə bilərsiniz? sualına “Mən Raillə dostam, ona görə də istəmirdim onun adını çəkim, hazırda isə başa düşürəm ki, mən baş vermiş hadisəni olduğu kimi danışmalıyam, çünki artıq yalan danışmağın yeri yoxdur, Raildən narkotik vasitəni 40 manat ödəməklə almışam” məzmununda cavab vermişdir. Göründüyü kimi, Şahid9 Təqsirləndirilən şəxs 02 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini 40 manat müqabilində alması xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanına məlum olmuş və həmin tarixdən əvvəl Şahid9 barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi aşkardır. Məhkəmə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmünün hazırki cinayət işi üzrə preyudisial olub-olmaması məsələsini nəzərdə keçirməklə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)- 798/2022 nömrəli hökmü çıxarıldığı şəxsin dairəsi ilə, yəni Şahid9 ilə məhdudlaşır. Həmin iş üzrə cinayət təqibi aparılarkən hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə bağlı təqsirlilik məsələsinə hüquqi qiymət verilməmiş, həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm ilə Təqsirləndirilən şəxs təqsirliyi və ya təqsirsizliyi müəyyən edilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs barəsində cinayət təqibi aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Müvafiq plenum qərarının müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs istehlakçı Şahid9 ilə əvvəlcədən razılığa gəlməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, müxtəlif şəxslərin fərqli vaxtlarda ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəməsi, onun narkotik vasitə heroin və psixotrop maddə metamfetamini müxtəlif yerlərə yerləşdirməsi, narkotik vasitə və psixotrop maddələrin alışı və satışına dair mesaj mətnlərinin mövcudluğuna əsasən, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması və Şahid9 müvafiq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs və Şahid9 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, şahidlərin məhkəmədə verdikləri ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışına dair mesajlarının mövcudluğunu, istehlakçı Şahid9 ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və iş materiallarında olan digər sübutlar Təqsirləndirilən şəxs məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir, satdığı narkotik vasitə və psixotrop maddənin miqdarı külli miqdar təşkil etmədiyinə görə Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərini rəhbər tutmaqla, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2022-ci il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-476/2021 nömrəli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1705/2021 nömrəli qərarından və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 7(008)-291/2022 nömrəli qərarından görünür ki, həmin tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib üzərində 01 il 09 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sözügedən qərarı ilə hökm dəyişdirilməklə 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-i il tarixli qərarının 4-cü hissəsi tətbiq olunaraq təyin edilmiş cəza 06 ay azaldılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş qalan 04 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (Cild 1, iş vərəqə 108; 199-205; 206-215; 216-218) Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin tarixdən azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl azad olunduğu dövrdə, 04 ay 27 gün müddəti keçmədən, yəni 21 iyun 2022-ci il tarixdə yeni cinayət törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 17 gün müddətinə uzadılmışdır. (Cild 1, iş vərəqə 173-179; 309-312) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 7019 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,575 qram olan narkotik vasitə heroinlə bağlı epizod üzrə hazırki iş üzrə bəraət verildiyindən, müvafiq araşdırmanın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmaqla, narkotik vasitə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmalı, 02 ədəd bükümdə 0,300 qram narkotik vasitə heroin və 02 ədəd bükümdə 0,200 qram psixotrop maddə metamfetaminin isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, iş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən xx.xx.2022-ci il tarixli 6/3471 nömrəli ekspert arayışına görə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixli, 4/2045 nömrəli ekspert rəyinə görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, xx.xx.2022-ci il tarixli, 6/3480 nömrəli ekspert rəyinə görə 55 (əlli beş) manat məbləğində ekspertiza xərcinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmü ilə Şahid9 tutulması nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli, 6/3604 nömrəli ekspert rəyinə görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunsun və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-476/2021 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1705/2021 nömrəli qərarına əsasən təyin edilməklə üzərində saxlanılmış azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(008)-291/2022 nömrəli qərarı ilə cəzadan şərti olaraq azad edilməklə çəkilməmiş 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,575 qram olan narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmü ilə 02 ədəd bükümdə 0,300 qram narkotik vasitə heroin və 02 ədəd bükümdə 0,200 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən xx.xx.2022-ci il tarixli 6/3471 nömrəli ekspert arayışına görə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixli, 4/2045 nömrəli ekspert rəyinə görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. xx.xx.2022-ci il tarixli, 6/3480 nömrəli ekspert rəyinə görə 55 (əlli beş) manat məbləğində ekspertiza xərcinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-798/2022 nömrəli hökmü ilə Şahid9 tutulması nəzərə alınsın. xx.xx.2022-ci il tarixli, 6/3604 nömrəli ekspert rəyinə görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Namazov Hakimlər: Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar