Məhkəmə qərarları › İş №1(101)-1600/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1600/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1600/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda “Kubinka” adlanan ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 9,531 qram təşkil edən şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 29 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 18:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq baş idarəyə gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 9,531 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qimən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitədən istifadə etməsə də, tutulmamışdan 2 ay əvvəldən narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitə olan heroini «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən almış, sonuncu dəfə tutulmamışdan təxminən 3 gün əvvəl bir qramı 25 manata olmaqla ümumilikdə 250 manata 10 qram heroin almışdır. Heroini aldıqdan sonra onu öz yaşadığı ünvan 3 ünvanında saxlamış, tutulana kimi az bir hissəsini istifadə etmiş, qalanını harasa gedəndə üzərində götürmüşdür ki, ailə üzvləri görməsinlər. 2021-ci ilin yanvar ayının 29-da saat 17 radələrində heroini üzərində götürüb marketə getmək üçün yaşadığı evdən çıxmışdır. Binanın yaxınlığında onu 2 nəfər - Elman və Anar adlı polis əməkdaşları saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. İdarədə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirməyə başlanılmış, çəkiliş zamanı könüllü olaraq əynində olan gödəkçənin cibindən 1 bükümdə narkotik vasitə heroini, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, «Bakı kart» və 1 manat 40 qəpik pulu, əynindəki şalvarın cibindən «Honor markalı» mobil telefonu könüllü olaraq təqdim etmişdir. Sonra da bir nəfər qadının iştirakı ilə üzərində axtarış aparılmış, qeyd edilənlərdən başqa əşya aşkar olunmamışdır. Ona məxsus olan «Honor» markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, 1 manat 40 qəpik pul və «Bakı kart» özünə qaytarılmışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Hazırda əməlindən səmimi olaraq peşimandır. Hökmün təsviri hissəsində göstərilən cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini vəzifəsində xidmət aparır. ünvan 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Nəsimi rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Baş idarə rəhbərliyi tərəfindən müvafiq sənədləşmələr aparılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin günü saat 18 radələrində o, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı R.Behbudov küçəsi 64 saylı binanın qarşısına gəlmişlər. Saat 18:30-da Təqsirləndirilən şəxs yaşadığı binadan çıxaraq hərəkət etdiyini görüb Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra bildirmişlər ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək Nəsimi rayon ərazisində satışı ilə məşğul olmasında şübhəlidir, ona görə də Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Səbinə də onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gəlmiş və orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 1 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütləni, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, «Bakı kart» və 1 manat 40 qəpik pulu, əynində olan tünd göy rəngli şalvarın cibindən «Honor markalı» mobil telefonu təqdim etmişdir. Heroinə bənzər kütlə çəkilmiş və 13 qram olması müəyyən edilmişdir. Daha sonra kütlə ağ rəngli zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən oxunduqdan sonra imzalanmışdır. Həmçinin «Honor» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, 1 manat 40 qəpik pul və «Bakı kart» sonucuya qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş heroini İran İslam Respublikasının vətəndaşı «Cəngiz» adlı şəxsin vasitəsi ilə «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında gizlədilən yerdən satış məqsədi ilə əldə etmiş, bundan əlavə də Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı mənzildə də narkotik vasitə saxlayır, həmin ünvana baxış keçiriləcəyinə etirazı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, R.Behbudov küçəsi ev 64, 24 saylı mənzilə gəlmişlər. Həmin mənzilə çatdıqda Təqsirləndirilən şəxs özündə olan açarla mənzili açaraq içəri daxil olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qəbul edilmiş qərar elan edilmiş, təklif edilmişdir ki, mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək əşyaları və sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın içərisində gizlətdiyi 1 ədəd kağız torbanı təqdim etmişdir. Torba otaqda olan stolun üzərinə qoyulmuşdur. Həmin torbanın içərisində 1 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütələlər, 2 ədəd elektron tərəzi və 500 AZN pul aşkar edilmişdir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 551 qram olması müəyyən edilmişdir. Heroinə bənzər kütlə çəkilmiş və 109 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər heroin, psixotrop maddəyə bənzər metamfetamin, 2 ədəd tərəzi və 500 manat pul ayrı-ayrılıqda zərflərdə qablaşdırılaraq götürülmüşdür. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılan zərflər üzərində müvafiq qeydlər aparıldıqdan sonra imzalar çəkilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı «Cəngiz» adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etdiyini, heroinm qramını 20 manata, metamfetaminin qramını 30 manata satdığını, aşkar olunmuş 500 AZN pulu narkotik vasitələrin satışından əldə etdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə əllavə şahid qismində dindiriş təhqiqat qrupunun təhqiqatçısı Şahid3 Şahid2la eyni məzmunlu ifadə verərək əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, R.Behbudov küçəsi 64 saylı evin 24 saylı mənzilinə baxış keçirməyə gələrkən Təqsirləndirilən şəxs mənzilin kandarında olan xalçanın altından açarı götürərək qapını açmış, onlar da girişdən başlayaraq videoçəkiliş aparmaqla mənzilə daxil olmuşlar. Cinayət işinin 33 vərəqlərində olan qərardan görünür ki, Nəsimi rayonu, R.Behbudov küçəsi 64 saylı evin 24 saylı mənzilinə baxış və götürmə aparılmasına dair qərar qəbul olunsa da, cinayət işinin 34-36-cı vərəqlərində olan protokolda da qeyd edilən ünvan göstərilsə də təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla 24 saylı mənzilə yox, 16 saylı mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı 24 saylı mənzil 64 saylı binanın yuxarı mərtəbəsində olduğu halda, 16 saylı mənzil aşağı mərtəbədədir. Halbuku bütün qərarlarda Təqsirləndirilən şəxs yaşadığı ünvan kimi 24 saylı mənzil göstərilir Cinayət işinin 28-30-cu vərəqlərində olan 29 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X1 üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində Sahibə Məmmədova adlı qadının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin sağ yan cibində 1 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 13 qram olan qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Həmin protokolda da göstərilir ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərində aşkar olunmuş qurudulmuş heroinini İran İslam Respublikası vətəndaşı “Cəngiz” adlı şəxsin vasitəsilə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında gizlədilən yerdən satış məqsədi ilə əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada olan narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Sahibə Məmmədova tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da onun təqdim etdiklərindən başqa digər əşya, o cümlədən açar aşkar olunmamışdır. Cinayət işinin 34-36-cı vərəqlərində olan Prokolda mənzilə videoçəlişlə baxış kecirilməsi qeyd edilsə də, bu çəkilişi əks etdirən disk cinayət işinə əlavə oıunmamış, məhkəmə baxışında isə əldə olunaraq tədqiq edilib cinayət işinin materiallarına əlavə olunmuşdur. Qeyd edilən protokolda göstərilir ki, mənzildən 2 ədəd elektron tərəzi, 500 AZN pul, 551 qram metamfetaminə bənzər kütlə, 109 qram heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, yaşadığı evdə aşkar olunmuş heron, metamfetaminin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı “Cəngiz” adlı şəxsin vasitəsilə satmaq üçün əldə etdiyini, heroinin qramını 20 manata, metamfetaminin qramını 30 manata satdığını, aşkar olunmuş 500 AZN pulu narkotik vasitələrin satışından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət işinin 41-43-cü vərəqlərində olan izahatından görünür ki, o, yuxarıda qeyd edilən protokolda göstərilən məzmunda izahat vermişdir. Cinayət işinin 44-48-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2021-ci il tarixli, 6/420 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,531 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «..şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ....» sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 100,762 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz şəkisi 545 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bundan sonra, 30.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonra dindirilərkən yuxarıda qeyd edilən məzmunda ifadə vermişdir. Daha sonra isə həbsdə saxlanmasının əvvəli 29.01.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-99-cu vərəqlərində olan 27.02.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası X7 istintaq orqanına müraciət edərək göstərmişdir ki, R,Behbudov küçəsindəki 64 saylı evin 3 otaqlı mənzilində oğlu Zaur Axundov, gəlini Gülzar Axundova, 3 nəvəsi və qızı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Sonradan bildiyinə görə 29.01.2021-cil tarixdə saat 16:30 radələrində qızı Təqsirləndirilən şəxs yaşadıqları evin yaxınlığında saxlanılaraq üzərində narkotik aşkar olunmuşdur. Bildirir ki, həmin vaxt o, evdə olmuş, mənzilləri 3-cü mərtəbədədir. Gəlini paltar çəkərkən görüb ki, bir neçə nəfər mülki geyimli şəxs Səbinənin qolundan tutub pilləkənlə qalxaraq Rusiyada yaşayan qaynı Adil Axundovun 2-ci mərtəbədə olan mənzilinə daxil oldular. Gəlini bu barədə ona bildirmiş, bu zaman Anar və Elman adlı polis əməkdaşları onun mənzilinə gələrək Səbinənin hansı otaqda yatdığını soruşmuşlar, o, göstərəndən sonra hər iki şəxs Səbinənin yatağını, otağı, rəfləri axtarmışlar, lakin heç nə tapmamışlar. Bir neçə dəqiqədən sonra həmin şəxslər qaynının evinə gedərək ondan tələb etmişlər ki, evdən çıxmasın. Ancaq o, aşağı düşərək qapını açanda Səbinəni və daha 3 nəfər mülki geyimli polis əməkdaşlarının olduğunu görmüşdür. Onlar Səbinə ilə birlikdə çıxmışlar, o da qapını açarla bağlayıb mənzilinə qayıtmışdır. Təxminən 2-3 saat sonra Anar adlı əməkdaş gələrək ondan qaynının mənzilinin açarını istəmiş, o da tez açarı vermiş, dalıncaq çıxmaq istəsə də, Anar tələb etmişdir ki, çıxmasın. Yuxarıdan baxıb görmüşdür ki, Anar, iş yoldaşı, özünü Nəcəf kimi təqdim edən başqa əməkdaşla qapını açıb içəri daxil oldular. Təxminən 10-15 dəqiqədən sonra görmüşdür ki, 2 nəfər mülki geyimli şəxs pilləkənlə Sşbinəni gətirir. İçəridən qapı açılmış, onlar qaynının mənzilinə daxil olmuşlar. Bayırda gözləmiş, təxminən 10-15 dəqiqədən sonra mənzildən çıxıb Səbinə ilə getmişlər. Sonradan bilmişdir ki, qaynının evində Səbinənin çantasından külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Səbinə çantasında aşkar olunan narkotik vasitələrdən xəbəri olmadığını, polis əməkdaşları tərəfindən çantasına qoyulduğunu bildirmişdir. Polis əməkdaşları, onun da, qaynının da mənzilinə icazəsiz daxil olub axtarış aparıblar, həmin mənzildən çıxdıqdan 2 saat sonra qayıdıb ondan açarı alaraq onu mənzilə buraxmamışlar, özləri mənzildə 10-15 dəqiqə olduqdan sonra Səbinəni gətirib çəkiliş aparmışlar. Cinayət işinin 102-ci vərəqində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs 28.02. 2021-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edir ki, xəbəri olmadan əl çantasına polis əməkdaşları tərəfindən narkotik vasitələr yerləşdirilmişdir, xahiş edir ki, ətraflı ifadə verməsi üçün yenidən dindirilsin. Cinayət işinin 156-159-cu vərəqində olan protokoldan görünür ki, bu ərizələrdən üç ay yarımdan da çox müddət keçəndən sonra 16.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqı aparan şəxs tərəfindən dindirilir. O, bu zaman ifadəsində bildirir ki, iş üzrə şübhəli şəxs və təqsirkləndirilən şəxs qismində dindirlərkən verdiyi ifadələri təsdiq etmir. Belə ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən aldadılmışdır. Hazırki ifadəsində hadisənin necə və hansı şəraitdə baş verdiyini dəqiqliklə bildirəcək. Belə ki, ailə üzvləri ilə birlikdə R,Behbudov küçəsindəki 64 saylı evin 24 saylı mənzilində yaşamışdır. Həmin ev yaşayış binasının 3-cü mərtəbəsində yerləşmiş, həmin binanın 2-ci mərtəbəsində əmisi Adil Axundova məxsus 16 saylı mənzil yerləşir. Əmisi 10 ildir ki, Rusiyada yaşayır, bu müddət ərzində mütəmadi olaraq həmin mənzildə müxtəlif şəxslər kirayənişin olaraq yaşamışlar və sonuncu kirayənişin dekabr ayında çıxmışdır. heroini İran İslam Respublikasının vətəndaşı «Cəngiz» adlı şəxsi tanımır, polis əməkdaşları onu aldadaraq ona heroni «Cəngiz» adlı şəxsdən «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında gizlədilən yerdən satış məqsədi ilə əldə etdiyini, Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. O, heç vaxt əmisinə məxsus 16 saylı mənzildə yaşamamışdır, hesab edir ki, ona məxsus çantaya heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Cinayət işinin 167-170-ci vərəqlərində olan protokoldan görünür ki, ərizə verdikdən 4 aya yaxın bir müddət keçdikdən sonra 22.06.2021-ci il tarixdə Gülsüm Axundova istintaq orqanı tərəfindən didirilərkən ərizəsində göstəriklərini bir daha ifadəsində ətraflı şəkildə nəql edərək əlavə olaqr göstərir ki, qızı Şəbinə polis əməkdaşları ilə birlikdə gedərkən ona demişdir ki, saat 22 radələrinə kimi evdə olacaq. Sonradan bilmişdir ki, ikinci dəfə polis əməkdaşları gəldikdən sonra qaynı Adil Axundova məxsus 16 saylı mənzildən baxış keçirilən zaman adını bilmədiyim narkotik vasitələr aşkar edilmişdir, onlar narkotik vasitələri özləri mənzilə qoymuşlar, əgər həmin mənzildə narkotik vasitə var idisə saat 16:40-da ilk dəfə polis əməkldaşları həmin evə baxış keçirən zaman aşkar olunardı. Halbuki, ilk dəfə polis əməkdaşları onun yaşadığı 24 saylı mənzildə, həmçinin Adil Axundova məxsus 16 saylı mənzilə gəlib baxış keçirmişlər onlar hər yeri axtarmışlar. Video görüntü ilə 24 saylı mənzilə baxış keçirilməmişdir. Cinayət işinin 172-175-ci vərəqlərində olan protokoldan görünür ki, şahid Axundova Gülzar Rasim qızı qaynanası olan şahid Gülsüm Axundova ilə eyni məzmunlu ifadə verərək həmin xüsustları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 177-179-cu vərəqlərində olan protokoldan görünür ki, 16 saylı mənzillə eyni mərtəbədə olan 20 saylı mənzildə yaşayan şahid X2 ifadəsində göstərir ki, “X9 mənim qonşumdur. X15 rayonu, R.Behbudov küçəsi ev 64, mənzil 24 ünvanında, mən isə ev 64, mənzil 20 ünvanında yaşayıram. Şəbinə qeyd etdiyim mənzildə ailə üzvüləri ilə birlikdə yaşamışdır. Mən yaşadığım mənzil 64 saylı evin 2-ci mərtəbəsində yerləşir. 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində evdə olarkən Səbinənin Rusiya Federasiyasında yaşayan əmisi Adil Axundova məxsus olan 16 saylı mənzilin qapısının açıldığını eşitdim. Eyni mərtəbədə yaşadığımdan mən bayıra çıxdıqda gördüm ki, 3-4 nəfər mülki geyimli şəxs və Şəbinə mənzilə daxil oldular. Fikirləşdim ki, həmin şəxslər kimdirsə yəqin ki, Səbinənin qohumlarıdır. Təxminən 20- 25 dəqiqədən sonra həmin şəxlər mənzili tərk edib getdilər. Mən də maraq oyandığına görə 3-cü mərtəbəyə qalxaraq Səbinənin anası Gülsümdən həmin şəxslərin kim olduğunu soruqda dedi ki, onlar polis əməkdaşlarıdır, Səbinəni hansı səbəbdənsə saxlayıb, qaynı Adilə məxsus 16 saylı mənzilə və öz yaşadıqları 24 saylı mənzilə polis əməkdaşları tərəfindən öaxış keçirmişlər, lakin heç bir şey tapa bilməmişlər. Bundan sonra mən evə gəldim, təxminən saat 22 radədlərirndə dəhlizdən səs gəldiyini eşitdjim, bayıra sıxdıqda gördüm ki, Şəbinə 3-4 nəfər mülki geyimli şəxslərlə birlikdə 16 saylı mənzilin qarşısında gözləyir, həmin şəxslər mülki geyimdə idilər. Təxminən 2 dəqiqə sonra 2 nəfər mülki geyimli şəxs 3-cü mərtəbədən 2-ci mərtəbəyə gəldilər və onlarda olan açarla 16 saylı mənzilin qapısını açıb içəri daxil oldular. Mən bildim ki, 2 nəfər mülki geyimli polis əməkdaşları yəqin ki, mənzilin açarını Səbinənin anası Gülsümdən götürüb mənzilin qapısını açmışlar. Daha sonra mən evdə oldum, həmin şəxslərin Şəbinə ilə birlikdə 16 saylı mənzildə hansı müddətdə qaldıqlarından xəbərim olmamışdır. Mənim bildiklərim bu qədərdir”. Cinayət işinin 181-185, 186-190-cı vərəqlərində olan protokollardan görünür ki, əməliyyatda iştirak edən Şahid2 və Şahid1 ibtidai istintaqda da məhkəmədə verdiklərii ifadə ilə eynu məzmunda ifadə verərək əlavə olaraq bildirirlər ki, Şəbinə Axundova və Gülsüm Axundovanın dedikləri yalandır. Konkret olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin kimə satması barədə məlumatları olmayıb. Cinayət işinin 1191-194-cü vərəqlərində olan protokoldan görünür ki, əməliyyatda X10 şahid qismində didirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılan zaman orada iştirak etməmiş, mənzilə baxış keçirilərkən orada iştirak etməmiş, Səbinənin dedikləri şər və böhtandır. Cinayət işinin 196-204-cü vərəqlərində olan protokollardan görünür ki, Gülsüm Axundova ilə əməliyyatı keçirmiş polis əməkdaşları Şahid2 və X10 arasında üzləşmə istintaq hərəkəti keçirilərkən hər biri şahid qismində verdikləri ifadələrlə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir-birinin üzünə demişdir. Cinayət işinin 212-225-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə əməliyyatı keçirmiş polis əməkdaşları Şahid2 və X10 arasında üzləşmə istintaq hərəkəti keçirilərkən hər biri şahid qismində verdikləri ifadələrlə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir-birinin üzünə demişdir. Cinayət işinin 226-252-ci vərəqlərində olan qərarda göstərilir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ifadələrində təqsirləndirilən şəxs Şəbinə Axundova yaşadığı evin yaxınlığında saxlanılarkən birbaşa BNMİ-yə aparılmaqla orada üzərinə şəxsi axtarış keçirildiyini və məhz bundan sonra sonuncunun yaşadığı mənzilə baxış keçirildiyini, mənzilin açarını da Şəbinə Axundovanm özünün təqdim etdiyini göstərsələr də, faktiki olaraq Şəbinə Axundovanm üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir açarın aşkar olunması tərtib olunmuş protokolda qeyd olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, təhqiqatçı Şahid3 tərəfindən tərtib olunmuş mənzilə baxış keçirilməsi haqqında protokolda Şəbinə Axundovanm yaşadığı mənzil kimi Rəşid Behbudov küçəsi, ev 64, 24 saylı mənzil olduğu göstərilsə də, faktiki olaraq baxış keçirilmiş mənzil 64 saylı binanın 16 saylı mənzili olmuşdur. İstintaq təqsirləndirilən şəxs X1 əlavə ifadəsində göstərdiyi xüsusatları, həmin xüsusatlar üzrə ifadələri alınmış şahidlərin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının ifadələrini, həmçinin iş materiallarında olan prosessual sənədlərlə istintaq zamanı alınmış ifadələr arasında yaranmış ziddiyətləri nəzərə alaraq belə nəticəyə gəlir ki, X11ina sonuncunun əmisinə məxsus ünvan 7 ünvandan aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və evdən aşkar olunmuş digər pul və əşyalar ilə bağlı ittihamın irəli sürülməsi mümkün deyildir. Belə ki, faktiki olaraq Şəbinə Axundovanm əmisinə məxsus və sonuncunun ailə üzvlərinin istifadəsində olan mənzildən aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzinin Şəbinə Axundovaya məxsus olmasım təsdiq edən hər hansı bir sübut növü müəyyən edilmir. Şəbinə Axundovanm ilkin istintaq zamanı verdiyi ifadəsinə istinad olunmaqla sonuncuya həmin heroin və metamfetaminlə bağlı ittihamın irəli sürülməsi isə qeyrimümkündür. Həmçinin alınmış ifadələrdən Şəbinə Axundovanm əmisinə məxsus və sonuncunun ailə üzvlərinin istifadəsində olan mənzildən aşkar olunmuş pulun Şəbinə Axundovanm narkoitik vasitələrin satışından əldə etdiyi pul deyil, özünə məxsus pul olması müəyyən edilmişdir. X6 elan olunmuş ittihamdan ünvan 8 ünvandan aşkaı olunmuş 100,762 qram çəkidə narkotik vasitə olan heroin, 545 qram çəkidə psixotrop madds olan metamfetamin və 2 ədəd elektron tərəzi ilə bağlı olan xüsusat çıxarılmaqla, təqsirləndirilən şəxs X1 barəsində həmin xüsusat üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilərək bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilməsi; ünvan 8 ünvandan aşkar olunmuş 100,762 qram çəkidə narkotik vasitə olan heroin, 545 qram çəkids psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzinin kimə məxsus olmasının müəyyən edilməsi, o cümlədən təqsirləndirilən şəxs Şəbinə Axundovanm üzərindən aşkar olunan narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi ilə bağlı hazırki cinayət işi materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılrılır və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahid2, baş əmliyyat müvəkkilləri Şahid1, X3 əməllərinə hüquqi qiymət verilməsindən ötrü müvafiq araşdırma aparılması üçün hazırki cinayət işi materiallarından material ayrılaraq aidiyyəti üzrə Nəsimi rayon prokurorluğuna göndərilməsi; Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 64, mənzil 16 saylı ünvandan aşkar olunmuş 500 manat pulun cinayət yolu ilə əldə olunması istintaq zamanı sübuta yetirilmədiyindən həmin pulun təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərarda istintaq orqanı qeyd edir ki, “istintaq zamanı təqsirləndirilən şəxs X1 narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir şəxslə əlbir olması, hər hansı bir şəxslə razılığa gəlməsi ilə əlaqədar olaraq hər hansı bir sübut növü müəyyən edilməmişdir”. İstintaqın bu nəticəyə gəldiyi qərar hazırda da qanuni qüvvədədir. Pradoks ondadır ki, istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir şəxslə əlbir olması, hər hansı bir şəxslə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut növü müəyyən etmədiyi qənaətinə gəldiyi halda, yenə də ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş, bununla da sübutlara istinad edərək gəldiyi nəticəni öz subyektiv mülshizəsinə əsaslanaraq inkar etmişdir. İstintaq orqanı Şəbinə Axundovada narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, müayinə zamanı Şəbinə Axundovanın narkomaniya xəstəliyindən əzab çəkmədiyini, yəni narkotik vasitələrin aludəçisi olmadığı halda üzərində şəxsi istifadəsi üçün külli miqdarda narkotik vasitə heroin gəzdirməsinə, saxlamasına həmin heroini məhz satış məqsədilə saxlamasına dəlalət edən sübut qismində istinad etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, istintaq orqanı sübutlara istinad edərək qərara gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir şəxslə əlbir olması, hər hansı bir şəxslə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut növü müəyyən edilməmişdir. Cinayət işinin 160-161-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2021-ci il tarixli, 1445 nömrəli rəyində göstərilmişdir ki, X4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu rəydən də görünür ki, Təqsirləndirilən şəxs qan nümunəsi götürülmədən onunla aparılmış şifahi sorğu nəticəsində ekspertlər qed edilən nəticəyə gəlmişlər. Əgər Təqsirləndirilən şəxs qan nümunələri götürülərək laborator müayinə üzrə rəy verilsəydi bəlkə də rəy başqa məzmunda olacaqdı. Digər tərəfdən, şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün onun narkomaniya xəstəliyindən əzab çəkib-çəkməməsi tələb olumur, bu hal iş üçün önəmli deyil. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanının ambulator məhkəmə-narkoloji ekspertizasının qeyd edilən rəyinə istinad edərək təqsirləndirilən şəxsin üzərində aşkar olunan narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirməsi qənaətinə gəlməsi əsassız olmaqla onun subyektiv mülahizəsindən başqa bir şey deyil. Cinayət işinin 207-210-cu vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli, 1246 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsnm məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Aktivlik, səthilik, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxsnm əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxsnm əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin 226-245-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ekspertiza tədqiqatından sonrakı 9,481 qram qalığı maddi sübut hesab edilmiş və saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 5-ci bəndinə görə 2 qram heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə-satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilsə də məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlama və daşıması barədə ittiham verilməsinə baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən sübut aşkar olunmamışdır. Cinayət işinin 109-cu vərəqində olan 16 mart 2021-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman özünün təqdim etdiyi “Honor” markalı mobil telefonuna baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin 117-ci vərəqində olan 13 aprel 2021-ci il tarixli "xxxx" MMC-nin mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 055 233-45-13 GSM nömrəsinə daxil olan SMS, digər şəxslərlə SMS yazışmaları, həmçinin telefon zənglərində iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin 121-ci vərəqində olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin 07.05.2021-ci il tarixli, ***-*******63 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin satması hazırkı vaxta qədər müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin yalnız külli miqdarda – 9,531 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda qeyd edilən Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxsnun üzərində aşkar edilən narkotik vasitənin qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, satışı ilə məşğul olması ilə əlaqədar iş materiallarında üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olması barədə heç bir sübut irəli sürülməmişdir. Yuxarıda şərh olunan protokollardan görünür ki, Təqsirləndirilən şəxs məsxus mobil telefona və mobil telofona nömrəsinə daxil olan çıxan SMS və zəngələrə baxış zamanı iş üçün əhəmiyyətli heç bir məlumat aşkar edilməmiş, mobil telefonda olan SMS mətnlərində, habelə danışıqlarda narkotik vasitələrinin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olmamışdır. Eyni zamanda, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tutulması zamanı bilavasitə iştirak etmiş polis əməkdaşları da ifadələrində göstərirlər ki, onlarda konkret olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin kimə satması barədə məlumat olmayıb. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyindən və təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib daşıdığına görə onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18-29 və 77-80-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş diplomdan görünür ki, Təqsirləndirilən şəxs ali təhsilli olmaqla Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini bitirmişdir. Məhkəməyə təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həyət sakinləri yükək fikirdədir, onu savadlı, mədəni qız olduğunu deyirlər. Əvvəllər məhkum olunmaması, ali təhsilli filoloq olması, əməlindən səmimi olaraq peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasmdan ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanm məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxan hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına, görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkarr şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasmda və məsuliyyətin differensiasiyasmda ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcəl də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayəti qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qammunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan! Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü i bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... ləhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkann şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə amalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliyini, xarakterini, onun şəxsiyyətini. barəsində cəzanı yüngülləşdirən halları, törədiyi əməlin az ağır cinayətlər katerqoriyasına aid edilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında ən ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzanın məqsədlərini təmin edə bilməz. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət işinin materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə” qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 29 yanvar 2021ci il tarixdən 26 avqust 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmək qənatinə gəldiyinə görə hesab edir ki, onun həbsdə olduğu 6 (altı) ay 28 (iyirmi səkkiz) gün CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə hesablanaraq 1 (bir) il 1(bir) ay 26 günə bərabər tutulmaqla təyin edilən cəzaya hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 9,481 qram olan narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilsin. 29 yanvar 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 6 (altı) ay 28 (iyirmi səkkiz) gün CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə hesablanaraq 1 (bir) il 1(bir) ay 26 günə bərabər tutulmaqla təyin edilən cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 1(bir) il 10(on) ay 2(ki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs saat 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhəri və Abşeron rayonu ərazisində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin, cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 9,481 qram olan narkotik vasitəheroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar