Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1600/2025 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, tərcüməçilər X6, X8 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X9, müdafiəçi- “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 988,7 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 17 fevral 2025-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əlində saxladığı bir ədəd qara rəngli torbanın içərisindən təmiz çəkisi 988,7 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportlarına, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara və 49- 2/Ə11/2025 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, X12 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 20:40 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında saxlanılmışdır. (Cild 1, iş vərəqi 3-7)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli və “Video yazıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri tərəfindən 17 fevral 2025-ci il tarixdə, saat 20:40 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında saxlanılmış, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlanılmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan paketin içərisindən üzəri skoçlanmış spesifik iyə məxsus qurudulmuş ot kütləsini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən bir ədəd “Realme” markalı mobil telefon aşkarlanmış, axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində gizlədilən yerlərdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini və bunun müqabilində 500 (beş yüz) manat alacağını bildirmişdir. (Cild 1, iş vərəqi 8-11; 48)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 11; 19)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/323 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs üzərində...” yazı və imzalar olan bir ədəd qara rəngli polietilen bağlamada bir ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 988,7 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi 988,7 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 988,65 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. (Cild 1, iş vərəqi 40- 41)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 53-54)
8. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-85/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, iş vərəqi 68-72).
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd təmiz çəkisi 988,7 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra qurudulmuş marixuananın ümumi 988,65 qram qalıq hissələri saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi barədə 17 fevral 2025-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqi 82-83)
10. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 (üç) ay 12 (on iki) gün müddətinə vaxtından əvvəl təyin edilmiş cəzadan azad edilmişdir. (Cild 1, iş vərəqi 137-139)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Realme» markalı mobil telefon aparatına baxış keçirilərkən həmin mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması, mobil telefona «Whatsapp» və «Whatsapp B» mobil tətbiqlərinin yüklənməsi, həmin tətbiqlərdə ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin istifadə edilməsi, telefonun «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan “+98 914 *** ** ** Mahamad”, “+98 905 *** ** ** Babək”, “+98 914 *** ** ** Baba”, “+98 919 *** ** ** Araş”, “+98 991 *** ** ** Akbar”, “+98 910 *** ** ** Xanım”, “+98 930 *** ** ** Babək İra”, “+98 901 *** ** ** Vahid”, “+98 914 *** ** ** Rasul Axı”, “+98 992 *** ** ** Nasir”, “+98 990 *** ** ** Eli Eli”, “+98 901 *** ** ** Vahid”, “+98 914 *** ** ** Rasul Exi”, “+98 901 *** ** ** Vahid”, “+98 *** *** ** **”, “+98 *** *** ** **” və “+98 *** *** ** **” olmaqla, cəmi 17 ədəd nömrənin mövcudluğu müəyyən edilmişdir. (Cild 1, iş vərəi 84-133)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan “10 manat tapdım nəgd . neyniyək? vızov at mənə danışaq,brat 15 manat var , neçə eliyək?, o nə idi ay emin mal idi o ? özüdə bidamcı uşaqlarla biabrçılıq oldu nebilim e nese ama mene düşmür axı mene bele, gelib qaqaş indi gördüm hecine inşallar 1 saata yıgaram, Süleyman canı beyaq 15 manat gelirdim evdən yalvar yaxar aldım qaytardım hirsimdən çetinə cırdım tökdüm yerə çünki mən bulara dünənki neceydi onu dimişdim bildin asdıq bu neidi heçne yox, tozkimi bidamcı sbor eledim birsözle giren mene girdi nebilim e, birdə patı istdiyen vardı cavab versen yaxşı olar amma, 10luq kola 5diy patı istdiyen var, bratuxa kak vstaneş naberi menya 20 manatlıq normal bir şey lazım olacaq ...” və sair kimi sms mətnlərinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. (Cild 1, iş vərəi 182)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 Ambulator X1 üzrə xx.xx.2025-ci il tarixli 1938 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 183- 184)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi materiallarından cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 190)
15. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında o, xidmət etdiyi polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Elmar Əhmədovdan ibarət əməliyyat qrupu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 35 ünvanında Təqsirləndirilən şəxs saat 20:40 radələrində saxlanılmışdır. Bundan sonra əməliyyataxtarış tədbirinin gedişində axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan 01 ədəd qara rəngli sellofan bağlamada narkotik tərkibli maddə olan marixuana aşkar olunmuş və həmin narkotik tərkibli maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd mobil telefon da aşkarlanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs könüllü şəkildə həmin narkotik tərkibli maddələri İran vətəndaşı olan “Baba” adlı şəxsdən əldə etdiyini və həmin qanunsuz maddələri “Baba” adlı şəxsin dediyi ünvanlara çatdırmaqla pul əldə edəcəyini bildirmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, o və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs polis idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin alış-satışı və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonunda İran vətəndaşı tərəfindən göndərilmiş fotoşəkillər mövcud olmuş, əməliyyat işi üzrə qeydiyyat polis əməkdaşları tərəfindən açılmış və həmin məlumat Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın qanuniliyinin yoxlanılıb-yoxlanılmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu tərəfindən saxlanılmış, sonuncunun saxlanılmasında 10-12 nəfər polis əməkdaşı iştirak etməmiş, heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs yaşadığı mənzilin elektrik sayğacından işıqları kəsmişdir. Təqsirləndirilən şəxs doğru ifadə vermir, sonuncuya qarşı hər hansı qeyriqanuni hərəkətlərə yol verilməmişdir. O, Təqsirləndirilən şəxs bu şəkildə ifadə verməsinin səbəbini bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədə olan imzalar ona məxsusdur. Təqsirləndirilən şəxs başqa digər şəxslərin sonuncunun saxlanılması zamanı iştirak edib-etmədiyini xatırlamır.
16. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1, o və Elmar Əhmədovdan ibarət əməliyyat qrupu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 35 ünvanında Təqsirləndirilən şəxs saat 20:40 radələrində saxlanılmış və orada sonuncunun əlində olan 01 ədəd qara rəngli sellofan bağlamaya baxış keçirilən zaman narkotik tərkibli maddə olan marixuana aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd mobil telefon da aşkar olunmuşdur. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs o və digər polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, tək olmuşdur. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq göstərilməmiş, əməliyyat məlumatı daxil olduğu gün Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə doğru deyil, sonuncuya qarşı polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs qaçmağa cəhd etməsini xatırlamır. O, Kamil və Oksana adlı şəxsləri tanımır. İran vətəndaşının saxlanılması üçün tədbirlər görülsə də, tapmaq mümkün olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədə olan imzalar ona məxsusdur. Təqsirləndirilən şəxs təqdim etməsi üçün əlavə heç bir kütlə verilməmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin elektrik sayğacını hər hansı polis əməkdaşı kəsməmiş, Təqsirləndirilən şəxs evinə polis əməkdaşları daxil olmamışlar. Təqsirləndirilən şəxs 7-8 nəfər polis əməkdaşı saxlamamışdır.
17. Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın qohumu, yəni oğlu olmaqla, sonuncu ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. 17 fevral 2025-ci il tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə evdə olarkən sonuncunun dostları Kamil və Oksana yaşadıqları mənzilə qonaq gəlmişlər. Bundan sonra hər üçü otağa keçərək orada oturmuş, o isə televizora baxmağa davam etmişdir. Qəflətən mənzilin işıqları sönmüş, bu zaman oğlu Emin elektrik sayğacında problem olub-olmadığını yoxlamaq məqsədilə qapını açdıqda birdən-birə 7-8 nəfər polis əməkdaşı mənzilə daxil olmuşlar. Daha sonra polis əməkdaşları hər kəsin üzərinə baxış keçirməyə, Oksana, Kamil və oğlu Emin ilə ayrılıqda söhbətlər etməyə başlamışlar. Danışıqlar bitdikdən sonra polis əməkdaşları hər üçünü polis idarəsinə aparmışlar. O, təcili şəkildə yaşadığı evin yaxınlığında yerləşməklə oğlu Eminin aparıldığı 13-cü Polis Şöbəsinə getmək məqsədilə həyətə düşdükdə, Oksananın geri qayıtdığını görmüş, sonuncudan nə baş verdiyini soruşduqda, Oksana heç bir məlumatının olmadığını və polis şöbəsindən qaçdığını söyləmişdir. O, polis şöbəsinin qarşısına getdikdə isə Kamilin polis şöbəsindən çıxdığını, lakin oğlu Təqsirləndirilən şəxs isə polis şöbəsindən buraxılmadığını görmüşdür. Bundan başqa hər hansı məlumatı yoxdur. Şahid X10 ifadəsində həmçinin bildirmişdir ki, polis əməkdaşı evə gələn zaman o, Emin, Oksana və Kamildən başqa evdə heç kim olmamış, polis əməkdaşlarının Təqsirləndirilən şəxs döydüklərini eşitmişdir. Oğlu Eminin heç bir İran vətəndaşı ilə əlaqəsi olmamış, oğlu ona polis əməkdaşlarının hədə-qorxusu nəticəsində həmin narkotik tərkibli maddələri üzərinə götürdüyünü demişdir. Oğlu Emin sürücü kimi işləmiş, əvvəllər məhkumluğu olmuşdur. Oğlu Emin narkotik tərkibli maddə istifadəçisidir. O, polis şöbəsinə aparılmamış, həmin vaxt Kamil və Oksananın üzərində mobil telefon olub-olmadığını bilməmişdir.
18. Məhkəmə istintaqı zamanı şahid X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla, sonuncu ilə aralarında ədavət və düşmənçilik yoxdur, əvvəllər olmamışdır. Hadisədən uzun müddət keçdiyindən baş verənləri dəqiq xatırlamır. Şahid X13 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 2025-ci ilin mart ayında görmüşdür. Eminin anası Elmira xanım xəstə olduğuna görə o, evi təmizləməyə Oksananı aparmış, Oksana adlı şəxs Elmira xanıma evi təmizləmək üçün kömək etmişdir. Həmin gün birdən-birə işıqlar söndüyünə görə Təqsirləndirilən şəxs elektrik sayğacına baxması üçün qapını açmış və bu zaman 4-5 nəfər polis əməkdaşı evə daxil olduqdan sonra o və digər şəxsləri ayrı-ayrılıqda hədələyərək danışdırmağa və döyməyə başlamışlar. Polis əməkdaşları ondan narkotik tərkibli maddələri üzərinə götürməyi ilə bağlı hədələsələr də, o qəbul etməmişdir. O və Oksana adlı şəxsin üzərinə baxış keçirildikdən sonra yaxın olduğundan piyada 13-cü Polis Şöbəsinə aparılmışlar. Həmin polis əməkdaşları evə də baxış həyata keçirsələr də, heç nə tapmamış, şöbəyə gətirildikdən sonra Oksana adlı şəxsi, saat 22 radələrində isə onu sərbəst buraxmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs döydüklərinə görə sonuncu imza çəkərək hər şeyi üzərinə götürmüş, saxlanılarkən üzərində mobil telefon olmuşdur. O, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Polis şöbəsində olarkən mobil telefonu ondan alınmış, qaytarılarkən mobil telefonu sönülü vəziyyətdə olmuşdur. O, narkotik tərkibli maddə istifadəçisidir, “kakos” (yəni heroin) adlı narkotik tərkibli maddə istifadə etmişdir. O, polis bölməsinə daxil olarkən qeydiyyat aparılmışdır. O, Təqsirləndirilən şəxs narkotik tərkibli maddə istifadəçisi olduğu barədə məlumatı olsa da, sonuncunun narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə bilməmişdir. Təqsirləndirilən şəxs üzərinə onun yanında baxış keçirilməmiş, o, heç vaxt Təqsirləndirilən şəxs narkotik tərkibli maddə əldə etməmişdir.
19. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, o, təxminən 6 ildən bəri narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğuldur. Buna görə əvvəllər məhkum da olmuşdur. O, rəsmi şəkildə heç bir yerdə işləmir, fəhləliklə məşğul olub özünü dolandırır. 2023-cü ilin oktyabr ayında həbsdən azad olunduqdan sonra yenə də narkotik vasitə heroinin istifadəsi ilə məşğul olmağa başlamış, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə heroini əldə etmək məqsədi ilə o, “whatsapp” mobil tətbiqi vasitəsi ilə özünü ona İran İslam Respublikasının vətəndaşı “Baba” kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxsdən o, bir neçə dəfə narkotik vasitə əldə edib istifadə etmişdir. “Baba” adlı şəxs ona müxtəlif hesabların nömrələrini atdıqda, o da həmin hesablara ödəmə terminallarından pul göndərmiş, “Baba” adlı şəxs isə pulu alandan sonra ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitələrin yerləşdiyi məkanları təqdim etmiş, o da həmin məkanlara gedib orada ona göndərilən gizlədilmiş narkotik vasitələri tapıb istifadə etmişdir. Təxminən bir il müddətindən çox müddətdə o, “Baba” ilə əlaqə saxlamış və sonuncudan öz istifadəsi üçün narkotik vasitə heroini aldığına görə aralarında inam yaranmışdır. “Baba” adlı şəxs onun işləmədiyini, pula ehtiyacı olduğunu bildiyindən, təxminən 14-15 fevral 2025-ci il tarixdə ona narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etdikdə, o, əvvəlcə razı olmamış, lakin “Baba” adlı şəxs onu bildirdi ki, ona “whatsapp” vasitəsi ilə ona lokasiyanı atacağını, onun isə həmin yerə gedib orada olan narkotik vasitəni götürüb üzərində saxlayacağını, sonra isə ona göndərilmiş lokasiyalara həmin narkotik vasitələri aparıb hissə-hissə paylayacağını, hər çatdırmaya görə ona 500 manat məbləğində pulu kart vasitəsi ilə göndərəcəyini dedikdə, o, maddi vəziyyəti pis olduğuna görə razılaşmışdır. “Baba” adlı şəxsə məxsus olan “+98 *** *** ** **” saylı mobil telefon nömrəsi ilə “whatsapp” mobil tətbiqi vasitəsi ilə danışmış, 17 fevral 2025-ci il tarixdə axşam saatlarında “Baba” adlı şəxs ona lokasiyanı göndərəcəyini, həmin yerə gedib bir ədəd torbada saxlanılan təxminən bir kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürüb özündə saxlamalı olduğunu, narkotik vasitəni götürdükdən sonra ona konkret ünvanların lokasiyalarını göndərəcəyini, həmin yerlərə deyiləcək miqdarda narkotik vasitələri qoyub çıxıb getməli olmasını və buna görə də 500 manat pulun veriləcəyini dedikdə, o, razılaşmışdır. Bundan sonra həmin tarixdə saat 20 radələrində “Baba” adlı şəxs “whatsapp” vasitəsi ilə ona lokasiyanı atmış, həmin yer Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşmişdir. O, həmin vaxt yaxınlıqda yaşadığına görə oraya gedib orada küçədə daşın kənarında qara rəngli torbanı görüb həmin torbanı götürmüş, oradan uzaqlaşmaq istəyəndə onu 3 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək adını soruşmuşlar. Həmin polis əməkdaşlarından biri onu mobil telefona çəkmişdir. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu bildirib onun üzərinə şəxsi axtarış keçirdərək əlində saxladığı torbaya baxdıqda orada narkotik vasitə qurudulmuş marixuana aşkarlanmış, o, polis əməkdaşlarına hadisənin necə baş verdiyini izah etmiş və ondan istifadə etdiyi “Realme” markalı mobil telefon aparatı da götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən ondan götürülmüş bir ədəd torbada saxlanılan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş və o, 13-cü Polis Şöbəsinə gətirilmiş, orada hüquq və vəzifələri ona izah edilmiş, o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmuş və o, aparılmış videoçəkiliş zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir.Verilən suallara cavab olaraq o, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən əldə etdiyini bildirmişdir. O bir ildən çoxdur ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələri istifadə edir. Polis bölməsinə gətirilən zamanı və polis əməkdaşları tərəfindən saxlanılan zamanı o, heç bir bədən xəsarəti almamış, onu polis bölməsində döyməmişlər.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü evdə 2 dostu və anası ilə birlikdə oturmuşlar. Birdən-birə yaşadıqları mənzilin işıqları sönmüş və bununla bağlı blokda olan elektrik sayğacına baxmaq üçün çölə çıxan zaman polis əməkdaşları tərəfindən qəflətən saxlanılmış, o və 2 dostu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmışlar. Şöbəyə gəldikdən 1 saat sonra onun dostları polis əməkdaşları tərəfindən sərbəst buraxılmış, o isə bilmədiyi, tanımadığı bir ünvana aparılmışdır. Polis əməkdaşları guya onu İran vətəndaşının tapşırığını yerinə yetirən zaman həmin ünvanda saxlanılmış kimi rəsmiləşdirəcəklərini demiş və bu formada rəsmiləşdirmə aparıldıqdan sonra o, yenidən polis şöbəsinə gətirilmiş və narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi, yəni alışısatışında təqsirli bilinməsi ilə bağlı rəsmiləşdirmə aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, polis əməkdaşları onu 17 fevral 2025-ci il tarixdə yaşadığı binanın blokunda saxlamışlar. Həmin vaxt nə onun üzərində, nə də yaşadığı mənzildə hər hansı narkotik tərkibli maddə olmuşdur. O, ünvan 5da anası ilə birlikdə yaşamışdır. O, axşam vaxtı, saat 20-21 radələrində saxlanılmış, saxlanıldığı yer düzgün qeyd edilməmişdir. Polis əməkdaşları bilə-bilə onun mobil telefonuna konum yollamış, polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmişdir. Onu 6-7 nəfər polis əməkdaşı saxlamış, 17 fevral 2025-ci il tarixdə yaşadığı binanın blokunda saxlanılmış, təxminən 6-7 nəfər polis əməkdaşı onu saxlamışlar. Çölə çıxmadıqlarına görə polis əməkdaşları elektrik sayğacından işığı söndürmüşdür. Həmin vaxt evdə Oksana, Kamil, o və anası olmuşdur. Polis əməkdaşları mənzili axtardıqdan sonra mobil telefonunu götürmüş, o, yaxın olduğuna görə piyada şəkildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmışdır. O, narkotik tərkibli maddə istifadəçisidir, lakin marixuana istifadə etmir. Polis şöbəsində o, fasiləsiz 2 saat döyülmüş, daha sonra onu yaşadığı evdən külli miqdarda narkotik tərkibli maddənin aşkarlanacağı ilə hədələnmişdir. Mobil telefonda olan konumu polis əməkdaşları göndərmiş, 7-8 nəfər polis əməkdaşı ilə birgə həmin konuma avtomobillə getmişlər. O, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə həqiqəti demiş, polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirmə aparılacağını desələr də, aldadılmışdır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. Lakin həmin mobil nömrələrə gələn mesajların ona aidiyyəti yoxdur, bunlar polis əməkdaşlarının işidir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq göstərilmiş, polis əməkdaşları onun yaşadığı evə qanunsuz daxil olmuşdur. O, Şahid2 onu döyüb-döymədiyini xatırlamır, Şahid1 isə onu döymüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
21. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
24. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
30. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
31. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
32. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
35. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
39. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
42. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
43. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
44. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
45. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
47. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
48. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
49. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
50. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
51. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
52. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
53. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
54. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı
55. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
56. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı
57. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
58. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
59. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
60. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.
61. Belə ki, Təqsirləndirilən şəxs 7-8 nəfər və ya daha çox polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il il tarixli, 49-2/Ə11/2025 nömrəli əmrinə əsasən, həmin əməliyyat-axtarış tədbirində sözügedən İdarənin 3 nəfər əməkdaşı, yəni Şahid1, X12 və Şahid2 iştirak etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər dindirilmiş, cinayət işinin materialları və digər sənədlərlə həmin əməliyyat tədbirində kənar şəxsin iştirak etməsi, təqsirləndirilən şəxsin başqa şəxslər tərəfindən saxlanılması müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.
62. Bundan başqa, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirməklə, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 35 ünvanında yox, ünvan 5da yerləşən evlərində saxlanıldığını iddia etmişdir. Bununla bağlı, dindirilmiş şahidlər X13 və X10 da məhkəmədə oxşar məzmunda ifadə vermişdir.
63. Həmin xüsusatla bağlı dindirilərkən əməliyyat axtarış-tədbirində iştirak etmiş şahidlərə dəqiqləşdirici suallar verilmiş, polis əməkdaşı olan şahidlər isə təqsirləndirilən şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 35 ünvanında saxlanıldığını, “Təqsirləndirilən şəxs, şahidlər X13 və X3 ünvan 5da yerləşən evlərinin içərisinə daxil olub oradan aparıldıqları ilə bağlı dediklərinin” həqiqəti əks etdirmədiyini bildirmişlər.
64. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə iclasında xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskə cinayət prosesi iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Hacıyev X15 rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 35 küçəsində tək, piyada şəkildə açıqlıq ərazidə qara rəngli sellofan torbanı götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Həmin videoçəkilişdə onun yanında hər hansı şəxsin olması müəyyən olunmur. Habelə, o, evində yox, ünvan 6 ünvanında saxlanılmışdır.
65. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş şahidlərlə bağlı onu qeyd edir ki, həmin şəxslərdən biri, yəni şahid Elmira Hacıyeva təqsirləndirilən şəxsin anası, şahid Kamil Xasıyev isə təqsirləndirilən şəxsin dostudur.
66. Məhkəmə obyektiv həqiqəti müəyyən etmək, təqsirləndirilən şəxs və müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş şahidlərin ifadələrində göstərdikləri xüsusatları aydınlaşdırmaq məqsədilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə sorğu ilə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2026-cı il tarixli, 49-2/2-1034 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs yanında Şahid4 və X11 saxlanılmamış və polis şöbəsinə gətirilməmişlər.
67. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan sənədləri və 01 ədəd DVD diskdəki məlumatları təhlil edib o nəticəyə gəlir ki, müdafiə tərəfinin həmin mövqeyi həqiqəti əks etdirmir, yəni Təqsirləndirilən şəxs ünvan 5da saxlanılması həqiqəti əks etdirmir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin şahid qismində dəvət etdiyi Şahid4 və X4 məhkəmədə verdiyi ifadələrini təqsirləndirilən şəxsin xeyrinə, sonuncunu məsuliyyətdən azad etmək və məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir və Şahid4 və O.V.Vlasovanın ifadəsini sübut kimi qiymətləndirmir.
68. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs göstərilən ünvanda şəxsi axtarış zamanı üzərindən ittihamda qeyd olunan narkotik vasitənin aşkar edilmədiyini, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir.
69. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3- 16-17/40/2-1097/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir.
70. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2/318/3-182750/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi və ya fiziki zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna hər hansı müraciət daxil olmadığından həmin xüsusatla bağlı sözügedən prokurorluqda araşdırma aparılmamışdır.
71. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında bildirmişdir ki, narkotik ona məxsus deyil, polis əməkdaşları onu evdən aparmışlar. Təqsirləndirilən şəxs həmin vaxt da ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılıq edildiyini bildirməmişdir.
72. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, fiziki və psixoloji təsirlə bağlı həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir.
73. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
74. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, mobil telefonuna “konum” polis əməkdaşları vasitəsilə göndərildikdən sonra Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsinə aparılmış və orada saxlanılmışdır. Habelə, müdafiəçi bu mövqeyi onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs mobil nömrəsi saat 17:00dan sonra aktiv olmamışdır.
75. Lakin məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, cinayət işinin materialları və şahid ifadələri ilə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsinə aparılması müəyyən edilməmiş, əksinə cinayət işinin materiallarında olan videoçəkilişə əsasən Təqsirləndirilən şəxs tək, sərbəst şəkildə həmin ünvanda hərəkət etməsi və polis əməkdaşlarının sonuncuya yaxınlaşıb səbəbi izah edilməklə saxlanılması müəyyən olunmuşdur.
76. Həmçinin Təqsirləndirilən şəxs də məhkəmədə verdiyi sərbəst ifadəsində polis əməkdaşları tərəfindən 17 fervarl 2025-ci il tarixdə saat 20-21 radələrində saxlanılmışdır.
77. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətə uyğun olmayan hesab edir.
78. Məhkəmə baxışı zamanı cinayət işinin materialları tədqiq edilərkən Təqsirləndirilən şəxs yalnız təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2025-ci il tarixli ifadəni imzalamış, daha sonra isə ona təqdim edilmiş istintaq hərəkəti protokolları imzalamaqdan imtina etmişdir.
79. Müdafiə tərəfi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ifadəni imzalamasıa səbəb kimi polis əməkdaşları tərəfindən edilmiş psixi və fiziki zorakılığı qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal müəyyən edilməmişdir.
80. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ifadəsini kənar təsirdən azad şəkildə vermişdir.
81. Bundan əlavə, müdafiə tərəfi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu iddia etmişdir.
82. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materialları tədqiq edilərkən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində hüquqları təmin edilmiş, ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olunmamışdır.
83. Belə ki, Təqsirləndirilən şəxs CPM-in 90.7.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə, yəni tutulduğu andan müdafiəçidən hüquqi yardım almış, həmin tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, müdafiəçisi Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış istintaq hərəkətində iştirak etmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış şübhəli şəxs və təqsirləndirilən şəxs qismində iştirakı ilə aparılmış bütün istintaq hərəkətlərində onun müdafiəçisi iştirak etmişdir.
84. Məhkəmə iclasında müdafiəçi bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-1327/2025 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasının xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə, ana dili və ya bildiyi dildən istifadə etmək hüquqları pozulmuşdur.
85. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin cinayət işi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində icraata qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilmiş, lakin o, müvafiq protokolu imzalamaqdan imtina etmiş, tərcüməçi isə həmin istintaq hərəkətində iştirak etməklə tərtib edilmiş sənədi imzalamışdır.
86. Bundan başqa, Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmiş, lakin o, müvafiq protokolu və digər istintaq hərəkəti protokollarını imzalamaqdan imtina etmiş, tərcüməçi və müdafiəçi həmin və digər bütün istintaq hərəkətlərində iştirak etməklə tərtib edilmiş sənədləri imzalamışdır.
87. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüququ, ana dili və ya bildiyi dildən istifadə hüquqları pozulmamışdır.
88. Bundan başqa, müdafiə tərəfi xx.xx.2025-ci il tarixdə müvafiq əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydada yoxlanılmadığını bildirib əməliyyat-axtarış tədbiri ilə əlaqədar materialın sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş etmişdir.
89. Bununla bağlı, məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” sözügedən Plenum Qərarının 31-ci bəndinə əsasən, CPM-in 137-ci maddəsində əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilməsi, “Əməliyyataxtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – 728-İQ nömrəli Qanun) 10-cu maddəsinin İ hissəsinin 1-18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilməsi qeyd olunmuşdur.
90. Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri isə CPMin 445.1-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən həmin maddənin İ hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “telefon danışıqlarına qulaqasma”, 4-cü bəndində nəzərdə tutulmuş “poçt, teleqraf və digər göndərişlərin yoxlanılması”, 5-ci bəndində nəzərdə tutulmuş “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması”, 8-ci bəndində nəzərdə tutulmuş “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə”, 9-cu bəndində nəzərdə tutulmuş müstəsna olaraq texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə həyata keçirildiyi halda, “yaşayış yerlərinin müşahidəsi”, habelə 10-cu bəndində nəzərdə tutulmuş “insanların güdülməsi” tədbirləridir.
91. 728-İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilən digər əməliyyat-axtarış tədbirlərinə münasibətdə CPM-in Lİİ fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər.
92. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyataxtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.
93. Odur ki, məhkəmə o nəticəyə gəlir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərar və toplanmış materiallar sübut kimi yol veriləndir.
94. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür.
95. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, “istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədilə” ittiham olunduğu narkotik vasitə marixuananı əldə etmişdir.
96. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir.
97. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
98. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır.
99. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
100. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədilə əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
101. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədilə əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir.
102. Bununla bağlı, məhkəmə bir halı da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitəni ona satmış şəxsi müəyyən etməmiş, habelə “Baba” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirilməmiş, kim olduğu müəyyən edilməmişdir. “Baba” adlı şəxsin şəxsiyyəti məhkəməyə bəlli olmamışdır.
103. Göründüyü kimi, həmin qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.
104. Təqsirləndirilən şəxs bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
105. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
106. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
107. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
108. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
109. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədilə əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
110. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş onun mobil telefonu və mobil nömrəsinə daxil olmuş məlumatlarla bağlı bildirmişdir ki, həmin mobil telefonuna gəlmiş mesajlar və digər yazılar ehtimal ki onun əmisi oğlu İlqar Hacıyevə məxsusdur, çünki hər ikisi eyni mobil nömrə və mobil telefondan istifadə etmişlər.
111. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, "xxxx" MMC-dən daxil olmuş diskə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə baxış zamanı “10 manat tapdım nəgd. neyniyək? vızov at mənə danışaq,brat 15 manat var , neçə eliyək?, o nə idi ay emin mal idi o ? özüdə bidamcı uşaqlarla biabrçılıq oldu nebilim e nese ama mene düşmür axı mene bele, gelib qaqaş indi gördüm hecine inşallar 1 saata yıgaram, Süleyman canı beyaq 15 manat gelirdim evdən yalvar yaxar aldım qaytardım hirsimdən çetinə cırdım tökdüm yerə çünki mən bulara dünənki neceydi onu dimişdim bildin asdıq bu neidi heçne yox, tozkimi bidamcı sbor eledim birsözle giren mene girdi nebilim e, birdə patı istdiyen vardı cavab versen yaxşı olar amma, 10luq kola 5diy patı istdiyen var, bratuxa kak vstaneş naberi menya 20 manatlıq normal bir şey lazım olacaq...” məzmununda yazının mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi, narkotik vasitənin istənilməsi ilə bağlı mesaj Emin adlı şəxsə, yəni Təqsirləndirilən şəxs gəlmişdir.
112. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş, saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş 20 fevral 2025-ci il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Whatsapp” mobil tətbiqi vasitəsilə müxtəlif şəxslər Emin adlı şəxsə, yəni Təqsirləndirilən şəxs “Ay Eminn ayrı-ayrı elədə qardaşımsan, uşaq çatır, çatsın atiram, sən gec gələrsən. Bəlkə balkondan atasan” məzmununda, daha sonra həmin şəxs “qaqa 14 versem 1 dənə 10 luq 1 dənə 5 alinar” məzmununda mesaj yazdıqda, Təqsirləndirilən şəxs “Ag elemede brat. 20 duzelte budefe qeweng bir wey verimde” cavabını vermiş, daha sonra həmin şəxs “1 dənə 10 luq. 1 dənə də 5lik alınar? 15 manat puldu” yazdıqda, Təqsirləndirilən şəxs “20 elede onu 2 sene 10 lug normanonvarda” məzmununda cavab vermiş, daha sonra həmin şəxs “qaqa 13 vursam 1 dənə 10luq 1 dənə də 5 lik alindira bilərsən? Ay Eminnn”, “Eminn 10luq torpaq alınar? Qaqa nəsə əmələ gələr? 10 luq” məzmununda, başqa şəxsin “Gagas polovinka pati lazimdi. Salam gagas. Emin salam” məzmununda və digər narkotik vasitənin istənilməsinə dair yazıların olması müəyyən edilmişdir.
113. Məhkəmə qeyd edir ki, müxtəlif tarixlərdə yazılmış həmin mətnlərdən də görünür ki, “Alyar”, “İlkin” adlı ilə, habelə digər adda mobil telefonun yaddaşına qeyd edilmiş şəxslər məhz Emindən, yəni Təqsirləndirilən şəxs “10 luq”, “5 lik”, “torpaq”, “pati” adı ilə narkotik vasitə və psixotrop maddələr istəmiş, Təqsirləndirilən şəxs də həmin narkotik vasitə və psixotrop maddənin təqdim edilməsinə dair cavablar yazmaqla, görüş yerini müəyyən etmişdir.
114. Məhkəmə Təqsirləndirilən şəxs mobil telefonundan əmisi oğlunun da istifadə etməsinə görə mesajların sonuncuya daxil olduğunu iddia etməsini həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli ifadə kimi qəbul edir.
115. Bundan əlavə, müdafiə tərəfi şahidlər Şahid1, X12 və Şahid2 ifadələrinin sübut qismində qiymətləndirilməsinin yolverilməz olduğunu iddia etmişlər.
116. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-in 95.1-ci maddəsinə əsasən, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
117. CPM-in 95.2-ci maddəsində isə konkret olaraq kimlərin şahid qismində çağırıla və dindirilə bilmədiyi qeyd edilmişdir. (azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər, müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər, cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər, cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər, arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər”.
118. Göründüyü kimi, əməliyyat-axtarış tədbirində iştirak etmiş şəxsin şahid qismində dindirilməsinin yol verilməzliyi cinayət-prosessual qanunvericiliyində qeyd edilməmiş, şahidlər Şahid1, X12 və Şahid2 ifadələrinin sübut kimi yol verilməz olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
119. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə qurudulmuş marixuananın 988,7 qram, yəni xeyli miqdarından təxminən 197,74 dəfədən, külli miqdarından isə 1,9774 dəfədən artıq olması, yəni narkotik vasitənin miqdarı, müxtəlif şəxslərin fərqli vaxtlarda narkotik vasitənin ondan istənilməsinə və satışına dair mobil telefonunda yazışmaların mövcudluğu, ibtidai istintaqda öz əməlini səmimi etiraf etməsi, əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
120. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
121. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
122. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 988,7 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 17 fevral 2025-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əlində saxladığı bir ədəd qara rəngli torbanın içərisindən təmiz çəkisi 988,7 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
123. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
124. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
125. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
126. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
127. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
128. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
129. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
130. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
131. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
132. Məhkəmədə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir.
133. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Həmin Amnistiya qərarının 7-ci bəndinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür.
134. Beləliklə, məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, CM-in 65.2-ci maddəsinin tələblərinə riayət edilməklə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
135. Təqsirləndirilən şəxs cinayətlərin residivi olduğundan, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
136. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün onun həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
137. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 17 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
138. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
139. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
140. İş üzrə maddi sübut olan, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 988,65 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
141. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
142. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 988,65 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi haqqında” 17 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova