Məhkəmə qərarları › İş №1(101)-1601/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1601/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1601/2021 30.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Pentesiar Xidmətinin 3 saylı İstntaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi halda 05 mart 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi çəkisi 3210,205 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi 1,893 qram psixotrop maddə metamfetamin alaraq əldə edib daşıyaraq əynindəki tünd yaşıl rəngli gödəkcənin sağ yan cibində və yaşadığı ünvan 1 ünvanında saxlamış, 06 mart 2021ci il tarixdə səhər saat 10:30-da Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində saxlanılıb ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək inzibati otaqların birində üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qram, 2,361 qram və 2,360 qram olmaqla ümumi təmiz çəkisi 6,711 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış həyata keçirilən zaman evdən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,111 qram və 1,072 qram olmaqla ümumi təmiz çəkisi 3,494 qram və bir ədəd sellofan torbada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,266 qram, 0,416 qram və 0,082 qram, yəni 1,010 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərindən və evindən ümumi təmiz çəkisi 1,893 qram metamfetamin, habelə evindən bir ədəd üzərində metamfetaminin izləri olan tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaşadığı ünvan 5 ünvanında olarkən Suraxanı RPi-nin əməkdaşları qanunsuz olaraq mənzilə daxil olmaqla baş hissəsinə qara torba keçirməklə onu idarəyə aparmışlar. Üzərinə baxış zamanı narkotik vasitələr və qanunsuz hər hansı vasitə aşkar edilməməsinə baxmayaraq, polis əməmkdaşları tərəfindən ona işgəncələr verilmiş və ona AR CM-in 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması ilə bağlı tapşırıq olduğunu bildirmişlər. O, israrla narkotik vasitələrdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını bildirsə də, AR DİN-dən 70 nəfərlik siyahı gəldiyini və onun da əvvəllər məhkum olunmuş şəxs kimi həmin siyahıda adının olmasını bildirmişlər. Üzərinə narkotik vasitə qoymaqla videoçəkiliş aparmışlar. Daha sonra isə ona sənədi imzalatmaqla yaşadığı ünvanda əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və guya ona məxsus narkotik vasitələr aşkarlanmışdır. Lakin, onun üzərində və ya evində hər hansı narkotik vasitələr olmamış, həmin vasitələr polis əməkdaşları tərəfindən üzərinə və mənzilinə yerləşdirilmişdir. Narkotik vasitələrdən istifadə etmir və heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən cinayət işinin ədalətli araşdırılaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyir, polis baş leytenantıdır. 06 mart 2021ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 42, mənzil 2-də qeydiyyatda olan, faktiki ünvan 9-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir. Ona görə də daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə bağlı Suraxanı RPİ-nin rəisinin adına yazılı raportla müraciət etmişdir. Həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar Suraxanı RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Suraxanı RPİ-nin NMBnin rəisi, polis mayoru Anar İbrahimov 06 mart 2021-ci il tarixli protokolla Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili kimi ondan və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaratmışdır. 06 mart 2021-ci il tarixdə saat 10:30 dəqiqədə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs Bağırov X3 rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi ev 125-in qarşısında saxlanılaraq Suraxanı RPİnə gətirilmiş, şübhəli şəxsin paltarında, əşyalarında, bədənində olması ehtimal olunan narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar edilərək götürülməsi üçün müvafiq tədbirlərin görülməsi Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevə tapşırılmışdır. Suraxanı RPİ-nin inzibati binasında inzibati otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qram, 2,361 qram və 2,360 qram olmaqla ümumi təmiz çəkisi 6,711 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış həyata keçirilmişdir. Axtarış zamanı onun evindən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,111 qram və 1,072 qram olmaqla ümumi təmiz çəkisi 3,494 qram və bir ədəd sellofan torbada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,266 qram, 0,416 qram və 0,082 qram, yəni 1,010 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərindən və evindən ümumi təmiz çəkisi 1,893 qram metamfetamin, habelə evindən bir ədəd üzərində metamfetaminin izləri olan tərəzi aşkar edilərək götürülmüş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmiş, onun özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, üzərində və evində olmuş psixotrop maddə olan metamfetamin və narkotik maddə olan mariuxananı təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Abidin oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyir. 06 mart 2021-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 42, mənzil 2-də qeydiyyatda olan, faktiki ünvan 9-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir. Ona görə də daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə bağlı Suraxanı RPİ-nin rəisinin adına yazılı raportla müraciət etmişdir. Həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar Suraxanı RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov 06 mart 2021-ci il tarixli protokolla Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili kimi ondan və əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaratmışdır. 06 mart 2021-ci il tarixdə saat 10:30 dəqiqədə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəli Bağırov X3 rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi ev 125-in qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. Orada şübhəli şəxsin paltarında, əşyalarında, bədənində olması ehtimal olunan narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar edilərək götürülməsi üçün müvafiq tədbirlərin görülməsi Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevə tapşırılmışdır. Suraxanı RPİ-nin inzibati binasında inzibati otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qram, 2,361 qram və 2,360 qram olmaqla ümumi təmiz çəkisi 6,711 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış həyata keçirilən zaman evdən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,111 qram və 1,072 qram olmaqla ümumi təmiz çəkisi 3,494 qram və bir ədəd sellofan torbada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,266 qram, 0,416 qram və 0,082 qram, yəni 1,010 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərindən və evindən ümumi təmiz çəkisi 1,893 qram metamfetamin, habelə evindən bir ədəd üzərində metamfetaminin izləri olan tərəzi aşkar edilərək götürülmüş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmiş, onun özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, üzərində və evində olmuş psixotrop maddə olan metamfetamin və narkotik maddə olan mariuxananı təqdim etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2021-ci il tarixli 6/925 nömrəli rəyi ilə də müəyyən olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs üzərindən götürülmüş" yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs üzərindən götürülmüş" yazısı olan zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,266 qram, 0,416 qram və 0,082 qram, ümumi təmiz çəkisi 1,010 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1,893 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi" yazısı olan bir ədəd tərəzinin üzərində metamfetaminin izləri vardır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasıının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin "Azərbaycan Respublikasıının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir». (iş 43-47) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2021-ci il tarixli 7/249 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitələr..." yazılar və imzalar olan 1 nömrəli kağız paketdə 2 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qram, 2,361 qram və 2,360 qram olmaqla ümumi təmiz çəkisi 6,711 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəyə bənzər ot kütləsi" yazılar və imzalar olan 2 nömrəli kağız paketi açdıqda 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,111 qram və 1,072 qram olmaqla ümumi təmiz çəkisi 3,494 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. “Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəyə bənzər ot kütləsi" yazılar və imzalar olan sarı rəngli sellofan torbada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş götürülmüş mariuxanalar tərkiblərinə görə eynidir. Həmin mariuxanaların ümumi çəkisi -3210,205 qramdır. (iş vərəqə 51-53) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10.06.2021-ci il tarixli, 1824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhər görülür. (iş vərəqə 151-152) İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 06 mart 2021-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qram, 2,361 qram və 2,360 qram olmaqla ümumi təmiz çəkisi 6,711 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda axtarış həyata keçirilən zaman evdən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,111 qram və 1,072 qram olmaqla ümumi təmiz çəkisi 3,494 qram və bir ədəd sellofan torbada təmiz çəkisi 3200,0 qram olan bitki mənşəli kütlələr, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram, 0,266 qram, 0,416 qram və 0,082 qram, yəni 1,010 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərindən və evindən ümumi təmiz çəkisi 1,893 qram metamfetamin, habelə evindən bir ədəd üzərində metamfetaminin izləri olan tərəzi aşkar edilib götürülməklə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Habelə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. (iş vərəqə 28- 29; 33) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsdən və 2 saylı Klinik Psixiatriya xəstəxnasından alınmış cavablardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən 2 xəstəxanaya müraciət etməmiş və qeydiyyata alınmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, ümumiyyətlə üzərində, mənzilində narkotik vasitələrin olmaması, narkotik vasitələrdən istifadə etməməsi və satışı ilə məşğul olmaması, polis əməkdaşlarının ona işgəncə vermələri nəticəsində təqsirli olmasını etiraf etməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı həm şübhəli şəxs və həm də təqsirləndirilən şəxs qismində ifadələri, ekspert rəyləri, şəxsi-axtarış, götürmə və baxış protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində bildirmişdir ki, ünvan 5 ünvanda yaşayır. Təxminən 5 ildir ki, narkotik maddə olan metamfetamini inyeksiya və çəkmək yolu ilə və marixuananı çəkmək yolu ilə istifadə etmişdir. Narkotik maddə marixuana və metamfetamini almaq üçün 05 mart 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 2 ədəd kibrit qutusunun içərisində, 1 ədəd şəffaf sellofanda marixuananı və 1 ədəd siqaret kağızı bükümündə metamfetamin, ümumi 100 manat dəyərində almışdır. 06 mart 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Razılaşaraq və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə getmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O isə etiraz etməmiş və əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunun içərisində, 1 ədəd şəffaf sellofanda marixuananı və 1 ədəd siqaret kağızı bükümündə metamfetamin olan narkotik vasitələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulmuşdur. O da həmin bükümlərin içərisində narkotik maddə marixuana və metamfetamin olduğunu, onu Xəzər rayonu, Bilgəh qəsəbəsində, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra yuxarıda göstərilən narkotik vasitələr götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Sonra isə ona yaşadığı evdə axtarış keçirilməsi barədə icazə almışlar, etiraz etməmiş və evinə baxış keçirilməsi üçün razılıq vermişdir. Onun iştirakı ilə yaşadığı evinə, yəni ünvan 9 ünvanında yerləşən evə polis əməkdaşları və vəkilin iştiraki ilə baxış keçirilmişdir. Yaşadığı evininin qonaq otağında güzgülü dolabın içərisində 4 ədəd siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər ağ rəngli kristal şəkilli narkotik vasitələr, həmin dolabın içərisində 1 ədəd tərəzi və həmin dolabın içərisində olan göy rəngli sellofan torbasından 3 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər narkotik vasitə və yaşadığı evin qonaq otağında oturacaq kreslonun arxasında sarı rəngli şəffaf sellofon torbada olan marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəyə bənzər maddələr və tərəzi qablaşdırılaraq o və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. O narkotik maddə olan marixuana və metamfetamini istifadə edir, lakin narkotik maddələrin satışı ilə məşğul olmur. Marixuana və metamfetamini üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün almış və istifadə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər hansı təzyiqə məruz qalması ilə bağlı hər hansı orqana müraciət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 5(010)-88/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə AR DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin X1 rəisinin 06.03.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (iş vərəqə 102) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli, 1(010)-37/2019 nömrəli hökmündən və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Bağırov X3 rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vərəqə 145-150; 114-116) İş materiallarında olan AR ƏN Bakı şəhər Probasiya İdarəsinin 11.11.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü 03.04.2019-cu il tarixdə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, Təqsirləndirilən şəxs 05.04.2019-cu il tarixdə şöbədə qeydiyyata düşmüş və 08.03.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixədək ona təyin edilmiş cəzanın 01 il 11 ay 27 gününü çəkmiş, 05 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. AR Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 05 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1,893 qram olan 0,2 qramı tədqiqata sərf edildikdən sonra, qalıq çəkisi 1,693 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, ümumi çəkisi 3210,205 qram olan 0,14 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3210,065 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə maruxana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 180,46 (yüz səksən manat qırx altı qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10.06.2021-ci il tarixli, 1824 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 06 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08.03.2021-ci tarixli, 4(010)- 101/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 05 ay 29 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ümumi qalıq çəkisi 1,693 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi qalıq çəkisi 3210,065 qram olan kustar üsulla hazırlanmış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 180, 46 (yüz səksən manat qırx altı qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar