Məhkəmə qərarları › İş №1(101)-1602/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1602/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1602/2025 04.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, təhsilsiz, subay, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, S.Qəhrəmanov küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda mobil telefonların tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib X3 Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2022-ci ilin oktyabr ayının 20-dən 22-dək olan müddət ərzində BƏƏ-nin Dubay şəhərində bacısı oğlu X18, tanışı X12 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Dubay şəhərində bir ədədinin dəyəri 2400 manat olmaqla 17 ədəd “İphone 14 Pro 128GB” markalı, bir ədədinin dəyəri 2500 manat olmaqla 13 ədəd “İphone 14 Pro 256 GB” markalı, bir ədədinin dəyəri 2550 manat olmaqla 3 ədəd “İphone 14 Pro Max 128 GB” markalı və bir ədədinin dəyəri 2750 manat olmaqla 7 ədəd “İphone 14 Pro Max 256 GB” markalı mobil telefonlardan ibarət, ümumilikdə xeyli miqdarda, cəmi 100200 manat dəyərində 40 ədəd mobil telefonun 20 ədədini cinayətkar qrupun üzvü Ayxan Əzimliyə, 20 ədədini isə cinayətkar qrupun digər üzvü Həmidə Rəfiyevaya əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından tranzit keçməklə X3 Azərbaycan Respublikasına gətirilib cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması üçün təhvil vermiş, Ayxan Əzimli və Həmidə Rəfiyevanın xx.xx.2022-ci il tarixdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından tranzit keçməklə X3 Azərbaycan Respublikasına birlikdə gəlmələrinə, həmin gün saat 5 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X17 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda qeyd edilən mobil telefonların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmələrinə nail olmuş və həmin gün “Terminal-1” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində Ayxan Əzimlinin müşayiət etdiyi əl yükündən 8 ədəd “İphone 14 Pro 128 GB” markalı, 8 ədəd “İphone 14 Pro 256 GB” markalı və 4 ədəd “İphone 14 Pro max 256 GB” markalı mobil telefonlar, Həmidə Rəfiyevanın müşayiət etdiyi əl yükündən isə 9 ədəd “İphone 14 Pro 128 GB” markalı, 5 ədəd “İphone 14 Pro 256 GB” markalı, 3 ədəd “İphone 14 Pro max 256 GB” markalı və 3 ədəd “İphone 14 Pro Max 128 GB” markalı mobil telefonlar aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kimlə əlaqəsi olmamışdır. Mobil telefonları bacısı oğlu Ayxana və tanışı Həmidəyə vermiş və «Qırmızı kanal» buraxılış sistemindən keçməyi və bəyan etməyi tapşırmışdır. Başqa heç nə deməmişdir. X21 tutmuşlar. Ayxanla Həmidə «Qırmızı kanal» buraxılış sisteminə daxil olmuşlar və orada onları saxlamışlar. O, hadisəni necə olduğunu görməmişdir, amma necə deyiblərsə elə deyir. Sonra mobil telefonlarla bağlı cərimə ödəmişlər və telefonları götürmüşdür. Başı çıxmadığı üçün mobil telefonları onun adına çıxartmışlar. Mobil telefonlar ona məxsus olmuşdur. X23 tutulduqları üçün mobil telefonda onların adına çıxardılmalı idi. O, suallara cavab olaraq bildirmişdir ki, Dubayda mobil telefonların satışı ilə məşğul olmuşdur. Tutulan şəxslərdən biri bacısı oğlu, digəri isə tanışı idi. 40 ədəd mobil telefon ağır olduğu üçün hamısını bacısı oğlu götürə bilməzdi. Ona görə telefonları iki hissəyə bölmüşdür. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, mobil telefonlar ona məxsus olmuşdur. Məqsədi mobil telefonları qanuni yolla ölkəyə keçirtmək olmuşdur. Məqsədi mobil telefonları ölkəyə keçirdib qazanc əldə etmək olmuşdur. Qanuni yolla mobil telefonları keçirdən də rüsum ödəməli olmalı idi. Daha artıq qazanc əldə etmək üçün mobil telefonları bəyan etmədən keçirtmək istəmişlər. Tutulan şəxslərə keçə bilsəz keçin, keçə bilməsəz bəyan edərsiz demişdir. O etdiyi əməldən peşman olmasının nəzər alınmaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini. ədalətli, obyektiv qərar çıxarılmasını xahiş edirəm. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ildən BƏƏ-nin Dubay şəhərində yaşayaraq işləmiş, orada “Deyra” deyilən ərazidə telefon alqı-satqısı ilə məşğul olmuşdur. Ad soyadı 2017-ci ilədək Alıyev Xəyal olmuşdur. Rusiyadan deport olunduğu üçün ad familiyasını dəyişdirmişdir. 2022-ci ilin oktyabr ayının təxminən əvvəllərində dəqiq yadında qalmayan tarixdə bacısı oğlu Ayxana zəng vurub Dubaya 2 günlük istirahətə gəlməsini, bütün xərclərin onluq olmasını, geri qayıdanda da Bakıya göndəriləsi telefonları olduğunu, telefonları onun üçün aparmalı olduğunu demiş, Ayxan da razılaşmışdır. Ayxanın adına onlayn qaydada Dubaya gediş və dönüş biletini almış, bundan başqa həmin vaxt tanışı Rəfiyeva Həmidəyə də zəng vurub əlaqə saxlayaraq ona da Dubaya gəlib telefonları aparmağı, qarşılığında pul verəcəyini təklif etmiş, Həmidə də razılaşmışdır. Həmidənin də adına onlayn qaydada bilet almışdır. 18 okyabrda Həmidə, 20 oktyabr 2022-ci il tarixdə isə Ayxan Bakıdan Dubaya gəlmişdir. Onların hər ikisi üçün oteldə nömrə sifariş etmiş, oteldə Ayxanla Həmidəni də tanış etmiş və Ayxana geri qayıdanda həmin qadınla birlikdə qayıdacaqlarını demişdir. xx.xx.2022-ci il tarixdə Ayxangilin qaldıqları otel nömrəsində Ayxanla və Həmidə ilə söhbət edərək 40 ədəd mobil telefonun Bakıya aparmalı olduqlarını demiş, onlar necə olacağını soruşduqda şübhə çəkməməsi üçün 2 nəfərin aparmasının daha yaxşı olduğunu, hərəsinin 20 ədəd telefonu çantasında keçirə biləcəklərini, Dubay gömrüyündə problem olmayacağını, heç kəsin onları yoxlamayacağını, əsas Azərbaycan gömrüyünün olmasının, oraya da çatanda şübhə çəkməməsi üçün bir-birlərindən aralı ayrı-ayrılıqda gömrüyü keçmələrini, içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirmələrini, məcbur qaldıqları halda, telefonu bəyan etmək istəyəcəyini demələrini bildirmiş, amma əslində həmin telefonları bəyan etmədən keçirmək istəmişlər. Bundan sonra markaları tam dəqiq yadında qalmamış 20 ədəd İphone mobil telefonu Ayxana, 20 ədəd İphone markalı mobil telefonları da Həmidəyə vermiş, onlar da əl çantalarına qoymuşlar. Həmidəyə telefonları aparmağının müqabilində 2000 manat pul verəcəyini söz vermişdir. Onlara “gömrüyü keçməzdən əvvəl telefonları əl yükü kimi keçirərsiz, çünki çamadan bunkerdən keçəndə artıq rentgen çamadanı yoxladığı üçün və üzərinə qırmızı lent yapışdırdıqları üçün gömrükçülər çamadanı yükünü yoxlayırlar” demiş və bundan sonra onlar üçün taksi çağırıb aeroporta yola salmışdır. Təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçə bilsəydilər telefonları Ayxan özündə saxlayacaq, özü Bakıya gedib ondan təhvil alaraq Bakıda satacaqdı. Ayxana “telefonları keçirə bilsəz mənə zəng edərsən, kimə çatdırmaq lazım olacağını deyəcəm” bildirsə də əsl niyyəti həqiqətdə özünün Bakıya gedib telefonları götürərək satmaq olmuşdur. Çünki Bakıda heç bir tanışı olmamış, bu işlə əlaqədar da üçündən başqa heç kimin məlumat və iştirakı olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında Ayxan zəng vurub malları gömrükdən bəyan etmədən keçirə bilmədiklərini, gömrük əməkdaşlarının onu və Həmidəni saxlayıb telefonları götürərək araşdırma apardıqlarını demiş, o, Ayxana “madəm tutulmusuz, həqiqəti deyin, qalan məsələlər yəqin ki həll olar” deyə cavab vermişdir. Bundan sonra Ayxan və Həmidə barəsində iş məhkəməyə getmişdir. Barəsində təqsirləndirilməyi ilə bağlı qərar çıxarılması və axtarışda olmağını bilsə də Dubayda şirkətə borcu olması səbəbindən oradan çıxışına qadağa qoyulduğu üçün istintaqa gələ bilməmişdir. Ayxan və Həmidənin işi məhkəmədə yekunlaşdıqdan sonra məhkəmənin qərarı ilə telefonların qaytarılması qənaətinə gəlinmiş, nümayəndəsinin vasitəsilə həmin telefonları rəsmiləşdirərək götüzdürmüş və Bakı şəhərində satmışdır. 2025-ci ilin may ayının axırlarında Dubayda borcunu tam şəkildə ödədiyi üçün oradan çıxma qadağası götürülmüş, vəkilinə zəng edib “iyun ayının 2-də Bakıya getmək üçün bilet almışam, bu barədə sən istintaqa məlumat ver, qoy xəbərləri olsun” demiş, bundan sonra da könüllü olaraq Dubay-Bakı reysi ilə gəlib saat 17:05-də X17 Hava Limanına düşmüşdür. Aeroportda onu saxlayıb istintaq orqanına gətirib təhvil vermişlər. Təqsirini etiraf etməklə yanaşı, əməlindən səmimi peşmançılıq çəkir, şəkərli diabet xəstəsi olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü onunla birgə çalışan Ceyhunə adlı xanım mobil telefonların tutulduğunu demişdir. 1 nəfər xanımın əl çantasında 20 ədəd mobil telefon olmuşdur. Hətta öz-özlüyündə bir insan nə qədər ağılsız ola bilər ki, bu qədər mobil telefonu əlində gətirər demişdir. Gömrük əməkdaşı 1 nəfər onun və Ceyhunə xanımın şahid kimi lazım olduğunu demişdir. O da gördükləri ilə bağlı imza etmişdir. Onun yanında əl çantasına baxış keçirilmişdir. Çantanın üst qismində xanıma məxsus paltarlar, alt hissədə isə mobil telefonlar olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hal şahidi kimi əl çantasına baxış keçirilməsində iştirak etmişdir. Baxış keçiriləndən sonra protokol tərtib olunmuş və imza etmişdir. Bu günə qədər də həmin xanımın üzü beyninə həkk olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, cinayət işi üzrə ilkin istintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəni təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından gömrük orqanlarında xidmətə qəbul edilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xidməti vəzifələrini icra edir. xx.xx.2022-ci il tarixdə “Terminal 1 X22” gömrük postunun gəliş zalında xidmətdə olan zaman saat 5-6 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi Hava Limanına endikdən sonra “Qırmızı Kanal”da dayanaraq vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilən mallar üzərində gömrük nəzarətini həyata keçirərkən əməliyyatçı kimi işləyən Pənah adlı gömrük əməkdaşı sonradan ad və soyadının Ayxan Əzimli olduğunu öyrəndiyi şəxsin çantalarına daha dəqiq gömrük yoxlaması həyata keçirməyi və həmin baqajı rentgen qurğusundan keçirməyi işarə etmişdir. Bundan sonra şifahi göstərişi əsasında həmin vətəndaş bel çantasını rentgen qurğusuna yerləşdirib, özü ilə daşıdığı əl arabasına qoyduğu baqaj yükü ilə birgə metal axtaran çərçivədən keçmək üçün yaxınlaşan zaman Ayxan adlı vətəndaşa arabanın üzərində olan baqaj çantasını da rentgen qurğusundan keçirməli olduğunu bildirmişdir. Ayxan adlı şəxs orada sağa-sola baxaraq bir müddət gözlədikdən sonra yenidən arabada olan baqaj yükünü, ona bildirildiyi halda rentgen qurğusunun lentinin üzərinə deyil, metal axtaran çərçivənin kənarından keçirmək istədikdə təkrarən ona baqaj yükünü də rentgen qurğusundan keçirməsini bildirmişdir. Ayxan bundan sonra rentgen qurğusuna yaxınlaşıb baqaj yükünü rentgen qurğusuna qoymaq istəyərkən onun arxasından gələn digər vətəndaş da öz baqaj yükünü rentgen qurğusuna yerləşdirmək istədikdə həmin vətəndaşa onun baqaj yükü yoxlandığı üçün rentgen qurğusundan keçirməyə ehtiyac olmadığını, yalnız əl yükünü rentgen qurğusuna qoymasını demişdir. Ayxan adlı şəxs bundan istifadə edərək təkrar ona məxsus baqaj yükünü əl arabasının üzərinə qoyaraq çərçivəyə yaxınlaşıb, orada quraşdırılan iki ədəd metal axtaran çərçivənin arasından keçmək istəyərkən, onu yenidən saxlayaraq baqaj yükünü rentgen qurğusuna qoymağını bildirmiş, bu zaman kənardan Pənah adlı gömrük əməkdaşı da yaxınlaşaraq həmin baqaj yükünün rentgen qurğusuna qoymalı olduğunu bildirmişdir. Belə olan halda Ayxan adlı vətəndaş ölkə ərazisinə gələrkən əvvəlcədən bəyan etmədiyi yüklərin aşkar olunacağını görüb metal axtaran çərçivədən keçdikdən sonra baqaj çantasında gömrük orqanına bəyan olunası 20 ədəd mobil telefonu olduğunu bildirmişdir. Bundan sonra vətəndaş Pənah adlı gömrük əməkdaşı tərəfindən baqaj yükünə yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuşdur. Ayxan “Qırmızı Kanal”a daxil olan zaman əvvəlcədən gömrük orqanına bəyan olunası hər-hansı bir malının olması barədə məlumat verməmiş, baqaj yükündə olan malları bəyan etmək fikrində olmamış, ona məxsus baqaj yükləri rentgen qurğusunun üzərinə qoyulduqdan sonra artıq mallarının aşkar olunacağını görüb çıxılmaz vəziyyətdə qalıb malları barədə, metal axtaran çərçivəni keçdikdən sonra məlumat vermişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, cinayət işi üzrə ilkin istintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəni təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixində xidməti vəzifəsini “Terminal-1 X22” gömrük postunun gəliş zalında yerinə yetirərkən saat 5 radələrində Əməliyyat şöbəsinin əməkdaşı Şahid3 TK 338 saylı İstanbul- Bakı aviareysi ilə gələn, adını və soyadını sonradan bildiyi, Azərbaycan Respublikasının vətəndaşı X7 nəzarətə götürdüyünü bildirmişdir. Beləliklə, Həmidə Rəfiyeva hava limanında 1-ci Terminalın gəliş zalında yerləşən sanitar qovşağında olan zaman həmin sərnişinin oraya nəsə qoyub-qoymadığını yoxlamaq, həmçinin onun hərəkətlərinə diqqət etmək üçün sanitar qovşağına tərəf getmiş, bu zaman, Həmidə Rəfiyeva oradan çıxaraq, baqaj lentinin yanında olan oturacaqda əyləşmişdir. Bir müddət keçdikdən sonra, həmin şəxs bir daha sanitar qovşağına getmiş, onun arxasınca oraya daxil olmuşdur. Sanitar qovşağının içərisində bir müddət gözlədikdən sonra sərnişinin oradan çıxmadığını görüb, sanitar qovşağından çıxmış və “Yaşıl kanal”la “Qırmızı kanal”ın arasında rentgen aparatının yanında dayanmışdır. Bir müddətdən sonra Həmidə sanitar qovşağından çıxaraq, baqajını lentin kənarından götürmüşdür. Həmidə Rəfiyeva sanitar qovşağına gedərkən ona məxsus baqaj lentin üzərində deyil, lentin kənarında yerə qoyulmuşdur. Həmin vətəndaş sanitar qovşağından çıxıb baqajını lentin yanından götürüb onların dayandığı yerə tərəf gəlib uzaqdan “Sizi bir dəqiqə olar? Mənim bəyan ediləsi əşyalarım var” sözlərini demiş, bu zaman Şahid3 onu çağırıb sanitar qovşağını yenidən yoxlamağını bildirmişdir. Yenidən sanitar qovşağına getmiş, oranı yoxlamış, amma heç bir əşyanın olmadığını müəyyən etmişdir. Bundan sonra “Terminal-1 X22” gömrük postunun yoxlama otağına getmiş, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə yoxlama keçirmiş, yoxlama zamanı Həmidə Rəfiyevaya məxsus tünd yaşıl rəngli, üzərində “Giordana” yazısı olan çantanın içərisində üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisində qutu və aksesuarları ilə birlikdə 3 ədəd “İphone 14 Pro Max 256 gb” markalı, 3 ədəd “İphone 14 Pro Max 128 gb” markalı, 5 ədəd “İphone 14 Pro 256 gb” markalı, 9 ədəd “İphone 14 Pro 128 gb” markalı olmaqla umumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkar olunmuşdur. Daha sonra Həmidə Rəfiyevaya məxsus üzərində “Miine” yazısı olan narıncı rəngli çantaya baxış keçirmiş və orada qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar etməmişdir. Aşkar olunan mobil telefonlar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, cinayət işi üzrə ilkin istintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəni təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən gömrük orqanlarında xidmət edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin oktyabr ayının sonlarında şöbəyə, bir qrup şəxsin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə mobil telefon gətirməsi barədə məlumat daxil olmuşdur. Məlumata əsasən həmin şəxslər mobil telefonları əl yükü kimi təyyarənin salonunda gətirməyi, X17 Aeroportunda müşayiət olunan baqajlarını təhvil alandan sonra, baqaj bunkerində rentgen aparatından keçirilən və içərisində ancaq şəxsi əşyaları olan baqajlarına yenidən yerləşdirib gömrük nəzarətindən yayındırmaqla keçirməyi planlaşdırmışlar. Odur ki, 23 oktyabr 2022-ci il tarixdə saat 5 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili X4 ilə birlikdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn X14 və X7 nəzarətə götürmüşlər. X17 Aeroportunun “Terminal 1” gəliş zalında Əzimli Ayxanın baqaj yükünü götürdükdən sonra sanitar qovşağa getdiyi, orada bir müddət qaldığı, oradan çıxdıqdan sonra “Qırmızı kanal” buraxılış sistemində bel çantasını rentgen qurğusunun lenti üzərinə qoyduğu, gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşı Şahid1 Ayxan Əzimliyə bir neçə dəfə baqaj yükünü rentgen qurğusuna qoymağı deməsinə baxmayaraq, onun baqajını rentgen qurğusuna qoymadan gömrük nəzarətindən keçmək istədiyini müşahidə etmişlər. Ayxan baqajını rentgen aparatına qoymadan “Qırmızı kanal” buraxılış sistemində quraşdırılan iki stasionar metalaxtaran detektorların arasından keçdikdə, gömrük əməkdaşı Şahid1 yenidən təkidlə ondan geri qayıtmağı və baqaj yükünü rentgen qurğusundan keçirməyi tələb etmişdir. Bu zaman Ayxan Əzimliyə yaxınlaşıb baqaj yükünə rentgen qurğusu vasitəsi ilə baxış keçiriləcəyini deyib baqaj yükünü rentgen qurğusuna yerləşdirməyi tələb etmişdir. Bundan sonra təkidlə vətəndaşın baqaj yükü rentgen qurğusundan keçirmək üçün lentin üzərinə qoyulduqdan sonra, Ayxan Əzimli çıxılmaz vəziyyətdə qalıb çamadanda bəyan olunası malının olması barədə gömrük əməkdaşına şifahi formada məlumat vermişdir. Ayxan Əzimliyə məxsus baqaj yükü rentgen qurğusundan keçirilən zaman monitorda çoxlu sayda mobil telefonların təsviri əks olunmuş və o, yoxlama keçirilməsi üçün saxlanılmışdır. Eyni qaydada, X17 Aeroportunun “Terminal 1” gəliş zalında baqaj yükünü götürdükdən sonra sanitar qovşağa gedib, orada bir müddət qaldıqdan sonra baqaj lentinin yanında gözləyən X12, onunla eyni reyslə gələn Əzimli Ayxan gömrük əməkdaşları tərəfindən rentgen qurğusunun yanında saxlanıldıqdan sonra, çıxılmaz vəziyyətdə qalıb, özü gömrük əməkdaşına yaxınlaşıb onda mobil telefonlar olduğu barədə məlumat vermişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Ayxan Əzimliyə məxsus boz rəngli baqaj yükünün içərisindən 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisində qutu və aksesuarları ilə birlikdə 4 ədəd “İphone 14 pro max 256 gb” markalı, 8 ədəd “İphone 14 pro 128 gb” markalı, 8 ədəd “İphone 14 pro 256 gb” markalı olmaqla umumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra Ayxana məxsus üzərində “Stargold” yazısı boz rəngli bel çantasına baxış keçirilmiş, lakin həmin çantanın işərisindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə tərtib etdiyi protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmidə Rəfiyevanı xanım gömrük əməkdaşı Şahid2 yoxlama otağına dəvət etmiş və yoxlamadan sonra onun da çantasından qutusu və aksesuarları ilə birlikdə 3 ədəd “İphone” 14 pro max 256 gb markalı, 3 ədəd “İphone” 14 pro max 128 gb markalı, 5 ədəd “İphone” 14 pro 256 gb markalı, 9 ədəd “İphone” 14 pro 128 gb markalı olmaqla umumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkar olunaraq götürüldüyü məlum olmuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə saat 8 radələrində X17 Aeroportunda iş yerində olarkən, bir nəfər gömrük əməkdaşı gömrük yoxlamasında hal şahidi qismində iştirak etməyi təklif etmiş, etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Bundan sonra T1 terminalının gəliş zalına gəlmiş və gömrük orqanının xidməti otağına daxil olmuşdur. Gömrük əməkdaşı əvvəllər tanımadığı bir şəxsi təqdim edərək həmin şəxsin TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X12 olduğunu, onun mallarına gömrük yoxlaması keçiriləcəyini bildirmişdir. Gömrük əməkdaşı hal şahidi kimi qanunvericilikdə göstərilən hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Bundan sonra keçirilən yoxlama zamanı Həmidə Rəfiyevaya məxsus tünd yaşıl rəngli çantanın içərisində olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisindən qutu və aksesuarları ilə birlikdə 3 ədəd “İphone” 14 pro max 256 gb markalı, 3 ədəd “İphone” 14 pro max 128 gb markalı, 5 ədəd “İphone” 14 pro 256 gb markalı, 9 ədəd “İphone” 14 pro 128 gb markalı olmaqla umumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra Həmidə Rəfiyevaya məxsus narıncı rəngli çantaya baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunan mobil telefonlar qablaşdırılaraq, protokol əsasında götürülmüşdür. Yoxlamanın nəticəsi barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra həmin sənədin düzgünlüyünü imzalarıyla təsdiq etmişlər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə saat 7 radələrində X17 Aeroportunda iş yerində olarkən, bir nəfər gömrük əməkdaşı gömrük yoxlamasında hal şahidi qismində iştirak etməyi təklif etmiş, etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Bundan sonra T1 terminalının gəliş zalına gəlmiş və gömrük orqanının xidməti otağına daxil olmuşdur. Gömrük əməkdaşı əvvəllər tanımadığı bir şəxsi təqdim edərək həmin şəxsin TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X18 olduğunu, onun mallarına gömrük yoxlaması keçiriləcəyini bildirib hal şahidi kimi qanunvericilikdə göstərilən hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Bundan sonra keçirilən yoxlama zamanı Ayxan Əzimliyə məxsus boz rəngli bagaj yükünün içərisindəki 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketin içərisindən qutu və aksesuarları ilə birlikdə 4 ədəd “İphone 14 pro max 256 gb” markalı, 8 ədəd “İphone 14 pro 128 gb” markalı, 8 ədəd “İphone 14 pro 256 gb” markalı olmaqla, ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra həmin şəxsə məxsus boz rəngli bel çantasına baxış keçirilmiş, lakin həmin çantanın işərisindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunan mobil telefonlar qablaşdırılaraq, protokol əsasında götürülmüş, yoxlamanın nəticəsi barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra həmin sənədin düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməməsi, verdiyi ifadəni təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid6 verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və qeyriləri barəsində, eləcə də digər xüsusatlar haqqında CM-in 206.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (l cild i.v. 1-2) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 5) Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X18 gömrük orqanına əvvəlcədən bəyan etmədiyi mallara yoxlama keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunmuş, yoxlama zamanı vətəndaşa məxsus boz rəngli baqaj yükünün içərisindən üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketdən qutu və aksessuarları ilə birlikdə 4 ədəd “İphone” 14 pro max 256 gb” markalı (İmei **********17879, imei **********19131, imei **********88144, imei **********87565), 8 ədəd “İphone” 14 pro max 128 gb” markalı (imei **********13236, imei **********19831, imei **********18657, imei **********56274, imei **********24869, imei **********47190, imei **********28003, imei **********20299), 8 ədəd “İphone” 14 pro max 256 gb” markalı (imei **********62483, imei **********50891, imei **********74820, imei **********90780, imei **********73161, imei **********66370, imei **********57249, imei **********18359) olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra üzərində “Stargold” yazısı olan boz rəngli bel çantasına baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş mallar qablaşdırılaraq götürülmüşdür. (l cild i.v. 10-11) Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X12 ona məxsus çantaları yoxlama keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunmuş, yoxlama zamanı tünd yaşıl rəngli üzərində “Giordana” yazısı olan çantasının içərisindən üzərində “İ UAE” yazılı olan 2 ədəd iç-içə yerləşdirilmiş sellofan paketdən qutu və aksessuarları ilə birlikdə 3 ədəd “İphone” 14 pro max 256 gb” markalı (imei **********16955, imei **********80616, imei **********77101), 3 ədəd “İphone” 14 pro max 128 gb” markalı (imei **********46471, imei **********62878, imei **********09275), 5 ədəd “İphone” 14 pro 256 gb” markalı (imei **********86698, imei **********87897, imei **********31105, imei **********36091, imei **********63946), 9 ədəd “İphone” 14 pro 128 gb” markalı (imei **********43285, imei **********29674, imei **********84059, imei **********36143, imei **********61510, imei **********41061, imei **********22592, imei **********98644, imei **********65770) olmaqla ümumilikdə 20 ədəd “İphone” markalı telefonlar aşkarlanmışdır. Daha sonra vətəndaşa məxsus üzərində “Miine” yazısı olan narıncı rəngli çantaya baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş mallar qablaşdırılaraq götürülmüşdür. (l cild i.v. 13-14) X13 xx.xx.2022-ci il tarixdə gömrük nəzarəti prosedurundan keçməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə gömrük nəzarəti prosedurundan keçməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti araşdırma zamanı müəyyən edilmiş Ayxan Əzimli xx.xx.2022-ci il tarixdə, saat 05:28 radələrində sərhədi keçdiyi və pasport yoxlanışından sonra “Terminal 1 X22” gömrük postunun gəliş zalına doğru hərəkət edir. Ayxan Əzimlinin baqaj lentinin ətrafında hərəkət etdiyi, ona məxsus baqajla birlikdə “Terminal 1 X22” gömrük postunun gəliş zalında yerləşən sanitar qovşağa doğru getdiyi və 5 dəqiqədən sonra oranı tərk etdiyi müşahidə olunur. Saat 06:15-də Ayxan Əzimli “Qırmızı Kanal” buraxılış sisteminə doğru hərəkət etdiyi görünür. Ayxan Əzimli ona məxsus qara rəngli əl çantasını rentgen qurğusunun lentinə yerləşdirdiyi zaman gömrük əməkdaşı gömrük yoxlamasının keçirilməsi üçün ondan baqaj yükünü də rentgen qurğusundan keçirməyi tələb edir. Video görüntülər səssiz rejim icra olunduğu üçün şəxslər arasında aparılan danışıqları eşitmək mümkün deyildir. Daha sonra Ayxan Əzimlinin baqaj yükünü götürdüyü, lakin gömrük əməkdaşının həmin vaxt ərzində digər vətəndaşlar gömrük nəzarətini keçirdiyindən diqqəti yayındığı üçün baqaj yükünü rentgen qurğusunun lentinin üzərində yerləşdirmədiyi və yüklərin daşınması üçün nəzərdə tutulmuş olan arabaya qoyaraq stasionar metalaxtaran detektorun yanından keçdiyi, özünün isə stasionar metalaxtaran detektorun altından keçmək üçün gözlədiyi müşahidə olunur. Daha sona Ayxan Əzimli gömrük nəzarəti zonasında gözləməyə davam edir və saat 06:22-dən etibarən isə gömrük əməkdaşları Ayxan Əzimlinin iştirakı ilə həmin baqaj yükünə baxış keçirir. (l cild i.v. 18-23) X5 xx.xx.2022-ci il tarixdə gömrük nəzarəti prosedurundan keçməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsiyyəti araşdırma zamanı müəyyən edilmiş X12 xx.xx.2022-ci il tarixdə, saat 05:27 radələrində sərhədi keçdiyi və pasport yoxlanışından sonra liftdən istifadə etməklə “Terminal 1 X22” gömrük postunun gəliş zalına doğru hərəkət edir. Həmidə Rəfiyevaya məxsus olan baqaj yükünün “Baqaj axtarış bölməsi”-nin əməkdaşları tərəfindən lentin üzərindən götürülərək kənara qoyulduğu, təqribən 14 dəqiqədən sonra Həmidə Rəfiyevanın baqaj yükünü götürmək üçün oraya yaxınlaşdığı, götürdükdən sonra isə baqaj lentinin kənarında olduğu, daha sonra isə ona məxsus olan baqajla birlikdə “Terminal 1 X22” gömrük postunun gəliş zalında yerləşən sanitar qovşağa hərəkət etdiyi və təqribən 10 dəqiqədən sonra oranı tərk etdiyi müşahidə olunur. Saat 06:42-də Həmidə Rəfiyevanın gömrük nəzarəti zonasına doğru hərəkət etdiyi və gömrük əməkdaşlarına yaxınlaşaraq nəsə dediyi görünür. Video görüntülər səssiz rejim icra olunduğu üçün şəxslər arasında aparılan danışıqları eşitmək mümkün deyildir. Daha sonra isə Həmidə Rəfiyeva gömrük orqanı əməkdaşlarının göstərişi ilə ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirir və özü də stasionar metalaxtaran detektorun altından keçir. Bu zaman X13 da gömrük nəzarəti zonasında olduğu müşahidə olunur. Saat 06:42-də Həmidə Rəfiyevanın gömrük orqanı əməkdaşı ilə birlikdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün nəzərdə tutulan xidməti otağa doğru hərəkət etdiyi görünür. (l cild i.v. 24-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1333 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli, on altı ədəd "İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, on üç ədəd “İPhone 14 Pro (256 GB həcmli) markalı “A2892” modelli, üç ədəd “İPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli və yeddi ədəd “İPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonlar halhazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş on dörd ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, on iki ədəd “İPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli, üç ədəd “İPhone 14 Pro Max (128 GB həcmli) markalı “A2896" modelli və yeddi ədəd “İphone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonları “https://checkcoverage.apple.com” rəsmi internet resursunda seriya nömrəsinə görə axtarış verildikdə həmin smartfonların texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur - yəni işə salınaraq internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş bir ədəd “İPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli “P9WYWNJ06F” seriya nömrəli, iki ədəd “İPhone 14 Pro" (128 GB həcmli) markalı “A2892” modelli “W93KQFN906”, “NCY5CYH9GK” seriya nömrəli və bir ədəd “İPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli “JVKP7MQ2CJ” seriya nömrəli mobil smartfonlar aktiv edilmişdirlər. (l cild i.v. 39-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/151 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, miqdarı yeddi ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro Max 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2750, ümumi qiyməti 19250, miqdarı on yeddi ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2400, ümumi qiyməti 40800, miqdarı on üç ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro 256 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2500, ümumi qiyməti 32500, miqdarı üç ədəd olan üzərində “Designed by Apple in California Assembled in China” markalanma göstəricisi olan “İphone 14 Pro Max 128 GB” markalı mobil telefon tam komplektli 1 ədədinin qiyməti 2550, ümumi qiyməti 7650 olan ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti olmayan mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə olan bazar qiyməti təxminən 100200.00 manat müəyyən edilir. (l cild i.v. 70-73) xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, X10 götürülmüş 16 ədəd “İphone 14 Pro” və 4 ədəd “İphone 14 Pro max” markalı, X2 isə götürülmüş 14 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün DGK-nin “Azərterminalkompleks” Birliynə təhvil verilməsi nəzərə alınmışdır. (İ cild, i.v. 76) Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildən etibarən Rusiya Federasiyası, Çin Xalq Respublikası və X9 gedib-gəlmiş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X6 Dubay şəhərindən Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2022-ci il tarixdə X6 Əbu-Dabi şəhəri istiqamətində Azərbaycan Respublikasından getmişdir. (l cild i.v. 89-93) X15 məxsus “İphone 11" markalı mobil telefona baxış keçirilməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X18 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp Messenger" mesajlaşma proqramı vasitəsilə dayısı Təqsirləndirilən şəxs istifadə etdiyi +86-186-7065-7591 nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aşağıda qeyd olunmuş məzmunda iş üçün əhəmiyyət kəsb edəcək mesajlar göndərərək danışıqlar aparmış, həmin danışıqların məzmunu: xx.xx.2022 +86-186-7065-7591: Ayxan, işdəsən yoxsa evdəsən? Bu vəkilin nömrəsidi.Vəkilnən danış nətəri olub hamısını deyirsən vəkilə obşim bu işləri görmək üçün, oldu? Pulun zadın da danış, oldu? Denən Anar müəllim verib sizin nömrənizi; Ayxan: Hə, yaxşı danışaram, yox, işdəyəm.;+86-186-7065-7591: Uzatma haa, görüşginən ki, onnan başa düşdün? Görüş şeyləginən ona davernus zad ver pulu zadı nədir mənə de verəcəm o, sənin işlərinin hamsmı görsün; Ayxan: Hə yaxşı, “prosta” indidən vəkili niyə şeyliyirikki? Hələ bir qızın işi nə yerdədi, dayı? Qızın işi, vəkil tutub də onda nə səviyyədədir, nə yerdədir onu bir denən ona uyğun eliyək də. Məsələn vəkili qızı tutub, vəkil qızın işlərini görür, İndi nə səviyyədədir, nə yerdə qalıb o iş, orda nə iş görürlər?; +86- 186-7065-7591: Vəkili qız tutmayıb e, mən tutmuşam, Ayxan, qız kimdiki vəkil tuta? “Kaneşna”, qızın işini uje görüb qurtarıblar, ehh..deyir...ə, indidən düşməlisən da, biri var gedə cinayətə, nəbilim rüsuma gedə, başa düşdün, Ayxan? Bu lazımdı də bunun pulunu mən verirəm də sən vəkilnən danış, bir dəfə gedəssən də ora başa düşdün? Ondan qalan işləri hamısını vəkil özü görəcək.; Ayxan: Onu bilirəm e sən tutubsan, söhbət gedibgəlməkdən də getmir. Qızın deyirsən işi qurtarıb. Qızın telefonlarını alıbsız yoxsa yox? Dayı, məndən deməkdi, mən vəkilnən də görüşərəm də, pulunu da öyrənərəm, deyərəm sənə filan filan şey. Nədə lazımdısa onsuzda eliyirəm.Anna sora axırda gelib yenə cəriməyə düşəndə olan sənə olacaq da, vəkil də burdan yeyəcək o da ordan yeyəcək, sənin üçün deyirəm.; +86-786-7065-7591: Ayxan, qoy vəkil görsün ki bu işi. Sən gedirsən ora, bir kəlmə sənə belə eliyən kimi pramoy atırsan “zadnıya”, başdün, vəkil lazımdı, vəkil. Solmazdan soruş, atadan soruş sənə deyəcək, bu işi vəkil görür, hamısını bilir. Sən bu hansısa qanun- qaydanı bilmirsən, amma vəkil bilir hamısını. Di gedəydin də, neçə gündü gedib gəlirsən dalınca? Yox. Ə, bə mən də istiyirəm ki, vəkili şeyliyəm ki, Ayxan, cəriməyə düşməsin, cəriməyə, başa düşdün?; Ayxan: “Zadnıya atanda deyəndə nəyi “zadnı”ya atmışamki? Orda nə qədər üstümə gəliblər, heç nə deməmişəm. “Zadnı”ya atsaydım çoxdan cərimədəydik. Özdə şeyə görə deyirəm, mən yenə deyirəm e, gedib danışaram, sən nə deyirsənsə, yaxşı, o olsun, mənim üçün şey deyil. Mən onu deyirəm ki, qız indi vəkilnən işi görür, elə deyilmi? Ortada nəticə var? Telefonu verirlər, alırlar? Deyirəmki, əgər bunu alırlar, dəqiq verirlərsə, fsyo da biz də düşək üstünə niyə düşmürəmki? Özdə ki, sən mənə onu öyrən de görüm, qız vəkillə gedib, nə iş görüb, iş nə yerdədir, ondan sonra mən sənə deyəcəm. A kişi, səni aldadırlar, vəkil- məkil deyə deyə. Vəkil o vaxt işə düzələr ki, onlar qərar çıxardar ki, burda bəs belə-belə iş var, iş gedir cinayətə, sən də həmin çıxan o qərara qarşı məhkəmə apelyasiyasına şikayət edərsənki, mən qərarla razı deyiləm. Baş düşürsənmi, çıxarılan qərarla, bax elə. Əgər qız, beləcənə gedib vəkillə iş görürsə, onda gedib vəkil orda danışmalıdı, deməlidi ki, siz belə-belə qanunsuzsuz.Onlar uje sən deyən “zadnı”ya atmalıdı, göndərməlidilər karqoya, sənədsünəd işinə, obşim rüsuma getməlidi həmin gün. Yoxsa əgər bu gedibsə qız, mənə o çatmır, mənə onu izah elə görüm, qız vəkillə gedibsə nə iş qalıb orda? Ona görə deyirəm, bir bax gör telefonun birini 100 faiz çıxara bilirsən, çıxart bir bax gör rüsumla çıxartdınmı? Ondan sonra ikinci telefonları da çıxaraq. Mən sənə deyirəm, bax, vəkil də pul yeyəcək, “o” da yeyəcək, axırda cərimə də yazılacaq belə getsə. Sən də mənə deyirsən, elə görmək lazımdı belə görmək lazımdı. Ordan gələndə də deyirdin bəs, tutulsan əgər, rüsuma yazdır, fsyo çıxardassan. Amma görürsən elə olmadı, sən deyənlə olmur.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, bax, vəkilin bu nömrəsinə zəng edərsən, o biri nömrəsi pastayannı işləmir, bax bu nömrəsinə zəng edərsən, denən ki, Anar müəllim verib Eyvazov, oldu? Anar müəllimdəki, məhkəmədə, baş məhkəmədə işləyir haa, yəni böyük adamdı. Bax bu nömrəyə zəng edərsən, oldu, Ayxan?; Ayxan: Oldu, bildim, vəkilin adı nədi?; +86-186-7065-7591: Bilmirəm, Ayxan, adı nədir. Sən obşim yığarsan da . Bax atanla get ha ora.; xx.xx.2022- Ayxan: Danışa bilmirəm, səs at.; +86-186-7065-7591: Ayxan, şeylə da, əminin şalvarını apar axşam həm də bir az dərdinnən danış ona, gör bəlkə sənnən arası yaxşıdı. Gör nə deyir, denən məni yola ver. Denənki ta buralıağa heçnə eləmir, ancaq çerez Moskva oldu? Denən konkret qurtarıb da. Denən mənim işimə görə onu danış buraxsınlar. Rüsum ödüyüm götürüm; Ayxan: Yaxşı, prosta, o həll eliyə biləcək ki özü? Neynədi, vəkillə danışdı o? Nə deyəcək vəkilə?; +86-186-7065-7591: Mən sənə deyəcəm e, sən arxayın ol cinayətə zada düşmür, ondan arxayın ol. Yüzə yüz.Bir dənə əminin axşam apar şalvarını ver, orda da görüş özüynən, başa düşdün?; Ayxan: Ora getməyə vaxtım yoxdu e, dayı. Yol uzaqdı, taksiyə verəcəm aparıb versin. Bir dənə o kafedə oturan kişi var idi ee onun yanına. Onu nömrəsini atarsan mənə verərəm taksiyə aparıb verər.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, nağayrdın, getdin ora yoxsa yox? Mənə bir xəbər elə görüm; Ayxan: Yox, işdəyəm. Gedəndə deyəcəm sənə. Vaxd eliyəndə gedəcəm narahat olma, ən pis halda gələn həftə içərisində aparıb verəcəm.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, kartı, at mənə 100 manat vurum, onu çıxardıb verərsən nənəyə. Anaya verərsən, ana verər nənəyə.; xx.xx.2022 - Ayxan: Ay dayı, nə var nə yox nətərsən?13 Pro max 516-dı nədi, ən yuxarısı da yaddaş, o var burda? Varsa da bir də qiyməti neçiyədi?; +86-186-7065-7591: Yox, Ayxan orda yoxdu 512, orda yoxdu. 13 pro max 512 orda yoxdu, burda var amma; Ayxan: Neçəyədi qiymət, dayı, birdən ordan bura nə vaxta gəlib çıxar?; xx.xx.2022- +86-186-7065-7591: Qoy Ayxan, sabahın xeyir, deyəcəm sənə bu gün axşamtərəfi amma. Elə bil axşamtərəfi açacam dükanı, öyrənib sənə deyəcəm, oldu?; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan nə var nə yox, nətərsən? Ayxan, o malları saxladılar e səndə, səni tutanda, sənə bir akt-kağız veriblər?; Ayxan: Hər vaxtın xeyir, dayı, yaxşıyam sənə nətərsən? Yox, bir şey verməyiblər. Nədiki?; +86-186- 7065-7591: Hes zad, hes zad, hes zad.; xx.xx.2022 - +86-186-7065-7591: Ayxan, nə deyirdin? Səs at görüm nə deyirsən?; Ayxan: Deyirdim, dayı, o dəfə akt-makt soruşurdun, nə məsələdi, nəsə təzə xəbər zad var? Birdəki noldu bu işin axırı ümumiyyətlə, nə yerdədir? Nə qədər çəkəcək bu işin axırı? Ekspertizada qiymət yoxlayırlar. Qiyməti bunlar çıxarmamışdılar rüsumu 15000. Day nəyi hesablayırlar?; +86-186-7065-7591: Çağıracaqlar da, qoy ekspertizadan gəlsin. Onda get, denən mən bəyan eləmişəm, obşim şeydi, yanı, desələr ki, cərimə denən, yox mən cərimə ödəmirəm denən. Mən sənə deyəcəm də neynəmək lazımdı; Ayxan; Onu bildik ee. Deyirəm ki, bu sorğunu niyə uzadıblar? O vaxtı deyirdilər ki, nə bilim Dubaya sorğu göndərəcəyik nə bilim nə nə. Deyirəm ki birdən bunlar birdən Dubaya zada sorğu göndərərlər kamera zad istiyərlər, videogörüntü zad istiyərlər qıznan mənimkini. Çağırarlar deyərlərki siz bir olmusuz, əlbir zad eliyərlər, birləşdirərlər, o vaxtı sən özün də deyirdin. Deyirəm gərə elə olsa, bunlar birləşdirsələr, nəticə elə çıxsa 5 ildən 8 ilə qədər iş düşür e əlbir görülən işə. Bə indicə demirsən 15000 düşür onun rüsumuna. 15000 düşürsə malın qiymətini deməli 42000 çıxarıblar. 42000 dəki cinayət düşmür. Bunlar əgər birləşdirsələr, eləsələr, əlbir deyə buna vapşe iş düşür e elə. Ona görə üstünə düşmək lazımdı, bunlar neynəmək istiyirlər.; +86- 186-7065-7591; Ə, Ayxan, “....” yeyirlər, onlar Dubaya vapros yollayırlar, səndə? Ta mən burda dükanda özüm oturmuram? Vapros yollasalar baxaram da. Onlar sizi qorxuzurlar, “..” yeyirlər hamısı. Ayxan; Dükana yox e, Dubayın aeroportuna. Dubayın aeroportuna göndərsələr ki, videogörüntüləri zadı göndərin, nəbilim nə nə..belə sorğu göndərsələr orda görəcəklər ki taksiylə bir gəlmişik də biz onu deyirəm. Onu sən hardan biləssən? Sən qıza o vaxt vəkil tutmuşdun. O vəkil nə deyir, deyirdiki çıxartmağa. Özüdə ki vəkilin haqqı var da ekspertizaya baxsın görsün ki bi nədi, nə yerdədi, harda gedir?; +86-186-7065-7591: Ayxan, cındırın biridi, “…” biridi. İndi qoy o şeydən gəlsin, mal ekspertizadan əgər şey olmasa vəkil tutub verəcəm sənə.; Ayxan: Əgər bunu eksertizadan birləşdirib göndərsələr, qərarı elə çıxartsalar, məhkəməyə də elə göndərsələr ki, bunlar əlbirdi o uje ciddi problemdi o, onu heç o qərar gəlmədən həll eləmək lazımdı helə belə. İndi bilmirəm nətəri? Qanuni ya qeyri qanuni məsələni həli eləmək lazımdı. İçəridə təhqiqatdan kimləsə danışmaq lazımdıki bax belə-belə bunları birləşdirmək riski nə qədərdi, elə cavab gələ bilərmi? Bunlar özlərindən söz deyə çıxarmayacaqlar ki, nəsə sübut gətirəcəklər, başa düşürsən?; +86-186-7065-7591: Ayxan, heç bir sübut yoxdu, nə sübut ola bilər ey orda? Sənin onda nə sübutun ola bilərki adamı əsəbləşdirirsən? Ə, sən daşıyıcı deyilsən e, denən mən özümə gətirmişəm bunu. Mən denən dəvə zad deyiləm e, denən özümə gətirmişəm satıb 5 manat çörək qazanmağa, bunu da qazana bilmədik.; Ayxan: Sübut dedim də nə ola bilər. Dedim ondan mən qorxuram ki, Dubaya birdən sorğu göndərərlər Dubayın aeroportuna deyərlərki ordan bəs görüntüləri istiyirik. Görüntüləri göndərəcək görəcəklərki, qızla görüntülərimiz birdi, taksidən bir düşürük.; +86-186-7065-7591: Ayxan, bunlar Dubaya zapros yolluya bilmirlər, onu yalandan deyirlər, heç zad yolluya bilmirlər bura. Ə, sizi qorxuzmağa görə edirlər, narahat olma da ə, dayın ölüb? Dayınlıqdı hamısı. Gəlib onların hamısının (nalayiq söyüşlər). Mənə də deyirdilər ki, gələn kimi səni tutacaqlar, niyə tuta bilmədilər gəldim də getdim də (nalayiq söyüşlər); Ayxan: Fsyo da, mən də ondan narahatam elə bir şey olmasın, bağla da bağla nətəri eliyirsən bağla görüm nə olur. (l cild i.v. 94-98) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 118) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 206.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl CM-in 206.3.2-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 123-124) Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X12 BƏƏ-nin Dubay şəhərində mobil telefonları qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına aparması üçün vermiş Təqsirləndirilən şəxs tanımışdır. (İ cild, i.v. 147-150) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 156-157) xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, X13 istifadəsində olmuş və könüllü olaraq istintaqa təqdim etdiyi “İphone 11” markalı mobil telefonda iş üçün əhəmiyyətli yazşmalar olduğu üçün maddi sübut kimi tanınmış, həmin telefon saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. (İ cild i.v. 197) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyriləri barəsində, eləcə də digər xüsusatlar haqqında ********* nömrəli cinayət işinin materiallarından CM-in 206.3.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (İ cild i.v. 198- 216) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1324/2023 nömrəli hökmündən görünür ki, X18 CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X15 təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. X12 CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X8 təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. (İ cild i.v. 241- 252) xx.xx.2023-cü il tarixli təhvil-təslim edilməsi haqqında aktdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1324/2023-cü il nömrəli icra vərəqinin icrası ilə əlaqədar olaraq 30 ədəd “İphone 14 Pro” markalı və 10 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar X11 (Təqsirləndirilən şəxs nümayəndəsi) təhvil verilmişdir. (İİ cild i.v. 10-11) xx.xx.2025-ci il tarixli şəxsin təhvil verilməsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də Əməliyyat-İstintaq baş İdarəsinə təhvil verilmişdir. (İİ cild i.v. 22) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-248/2023 saylı qərarından görünür ki Təqsirləndirilən şəxs barəsində 02 ay 02 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(004)-444/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlama müddətinin sonunadək yəni, xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. (İ cild i.v. 173-175, İİ cild i.v. 52-58) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X10 götürülmüş 16 ədəd “İphone 14 Pro” markalı və 4 ədəd “İphone 14 Pro max” markalı, X2 isə götürülmüş 14 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “İphone 14 Pro max” markalı mobil telefonların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1324/2023 nömrəli hökmü əsasında Təqsirləndirilən şəxs nümayəndəsi tərəfindən təhvil alınması nəzərə alınmış, X13 istifadəsində olmuş və könüllü olaraq istintaqa təqdim etdiyi “İphone 11” markalı mobil telefon qeyd edilən hökm əsasında özünə qaytarılması nəzərə alınmışdır. (İİ cild i.v. 64-80) xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 88) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 206.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcribəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və CM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 206.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların mövcud olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini məqsədə uyğun hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların mövcud olmamasını törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Odur ki, CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1324/2023 nömrəli hökmü əsasında müştərək qaydada X18 və X2 tutulmaları nəzərə alınmalıdır. Məhkəmə, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış X10 götürülmüş 16 ədəd “İphone 14 Pro” markalı və 4 ədəd “İphone 14 Pro max” markalı, X2 isə götürülmüş 14 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “İphone 14 Pro max” markalı mobil telefonların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1324/2023 nömrəli hökmü əsasında Təqsirləndirilən şəxs nümayəndəsi tərəfindən təhvil alınması nəzərə alınmalı, X15 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1324/2023 nömrəli hökmü əsasında özünə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 357.0.3, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: X10 götürülmüş 16 ədəd “İphone 14 Pro” markalı və 4 ədəd “İphone 14 Pro max” markalı, X2 isə götürülmüş 14 ədəd “İphone 14 Pro” markalı və 6 ədəd “İphone 14 Pro max” markalı mobil telefonların Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1324/2023 nömrəli hökmü əsasında Təqsirləndirilən şəxs nümayəndəsi tərəfindən təhvil alınması nəzərə alınsın. X15 məxsus 01 ədəd “İphone 11” markalı mobil telefon Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1324/2023 nömrəli hökmü əsasında özünə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1324/2023 nömrəli hökmü əsasında müştərək qaydada X18 və X2 tutulmaları nəzərə alınsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar