Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1603/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Rahib Vaqif oğlu Salmanov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1998-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Astara şəhəri Nizami küçəsi, ev 134-də qeydiyyatda olmaqla, ünvan 4-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa İran İslam Respublikasının vətəndaşı «Ağa» adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunsuz olaraq külli miqdarda 405,282 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və külli miqdarda 308,815 qram çəkidə psixotrop maddə-metamfetamini 17 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Dəmiryol stansiyasının yaxınlığında «Ağa» adlı həmin şəxsin gizlətdiyi yerdən satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində gizlətmiş, 17 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul xidməti bölüyünün əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası zamanı şübhəli davranışlarına görə saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparılıb üzərində şəxsi axtarış və götürmə keçirilərkən həmin külli miqdarda olan narkotik vasitə-heroin maddəsinin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 24,010 qram və 21,272 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 45,282 qram, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan hissəsi və həmin külli miqdarda psixotrop maddə metamfetaminin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 7,510 qram və 6,305 qram, ümumi təmiz çəkisi külli miqdarda 13,815 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan hissəsi əynində olan qara rəngli cins şalvarın sol yan cibindən, qalan hissəsi isə həmin tarixdə tədbirin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağındakı çarpayının altında olan bir ədəd bağlamada, üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitəheroin maddələri ilə eynilik təşkil edən, külli miqdarda 360 qram çəkidə narkotik vasitəheroin, digər bir ədəd bağlamada isə üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetamin maddələri ilə eynilik təşkil edən, külli miqdarda 295 qram çəkidə psixotrop maddə-metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir ildən çoxdur ki, narkotik vasitə marixuana, heroin, tiryək və metadon həblərindən istifadə edir. Tutulmamışdan 2-3 ay əvvəl «İnstagram» sosial şəbəkəsində «Ağa» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. 16 aprel 2022-ci il tarixdə «Whastapp» ani mesajlaşma sistemində Ağa ona Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Dəmiryol stansiyasının yaxınlığına içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlama yerləşdirəcəyini, həmin bağlamanı götürüb, içərisindəki narkotik vasitə və psixotrop maddələri deyəcəyi ünvanlara çatdıracağı halda 250 manat pul verəcəyini bildirmişdir. Ağanın dedikləri ilə razılaşmışdır. 17 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində deyilən yerə gedib içərisində heroin, metamfetamin və bir ədəd elektron tərəzi olan qara sellofan bağlamanı götürüb, kirayə yaşadığı ünvan 3-də yerləşən fərdi yaşayış evinə aparmışdır. Yaşadığı evdə Ağa ilə əlaqə saxlamış və sonuncu ona «Whatsapp»da müxtəlif ünvanların şəkillərini göndərib, əldə etdiyi maddələri həmin yerlərə çatdırmasını tapşırmışdır. Həmin gün saat 02 radələrində evdən çıxıb, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Ərəblinka» adlanan ərazidə «Vedi» marketin yaxınlığında üç ədəd bükümü üç müxtəlif yerə qoyub oradan uzaqlaşmışdır. Ağa ilə «Whastapp»da əlaqə saxlayıb məlumat vermiş, sonuncu qalan bükümləri yerləşdirəcəyi ünvanlar barədə ona məlumat verəcəyini demişdir. Həmin gün saat 05 radələrində Bakıxanov qəsəbəsi Dostoyevski küçəsində gəzərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb, orada niyə dayandığını soruşub, şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. O, üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Həmin vaxt cibində narkotik vasitə və psixotrop maddə olduğundan polis əməkdaşlarından yayınmaq istəmiş, bu zaman polislər onu saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Orada şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən «Redmi Note 9 Pro» markalı mobil telefonu, sol yan cibindən isə iki ədəd bükümdə təxminən 45 qram olan narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı narkotik vasitəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu Ağa adlı şəxsin vasitəsi ilə Bakıxanov Dəmiryol stansiyasının yaxınlığından götürdüyünü, üç ədəd bükümü sonuncunun tapşırığı ilə müxtəlif yerlərə qoyduğunu, iki ədədini təqdim etdiyi, bu işin müqabilində Ağanın ona 250 manat vəd etdiyini bilirmişdir. Daha sonra onun yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilinə baxış keçirilmiş, evdən narkotik vasitə və psixotrop maddə tapılmamış, orada yalnız elektron tərəzi olmuşdur. İttiham aktında göstərilənlərlə razı deyildir. Onun mənzilindən heroin və metamfetamin aşkar edilməmişdir. 13-cü PB-də polis əməkdaşları ona təzyiq göstərmiş, bu barədə prokurorluğa şikayət etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 17 aprel 2022-ci il tarixdə saat 05 radələrində iş yoldaşları Həsənov Davud Şahid oğlu və Şahid2 ilə 13-cü PB-nin inzibati ərazisində xidmət aparmışlar. Bu vaxt Təqsirləndirilən şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Dostoyevski küçəsində gəzdiyini görmüşlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsi olmadığını deyib, müxtəlif bəhanələr gətirərək onlardan yayınmaq istəmişdir. Həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan və üzərində də narkotik vasitə gəzdirməyindən şübhələnərək onu 13-cü PBnə aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı Azər Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Onların təklifi ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Redmi Note 9 Pro» markalı mobil telefonu, sol yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olan iki ədəd bükümü, içərisində ağ kristalşəkilli maddələr olan ki ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və başqa predmet aşkar edilməmişdir. Aşkar edilmiş dörd ədəd bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Ağa» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisindən götürərək əvvəlcədən təyin edilmiş yerlərə 250 manat müqabilində apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 aprel 2022-ci il tarixində, saat 05 radələrində işlədiyi Sabunçu RPİ-nin 13-cü PB-də olan zaman Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən bir nəfər şəxs polis bölməsinə gətirilmişdir. Bölmədə aşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. O da şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Təhqiqatçının təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Redmi Note 9 Pro» markalı mobil telefonu, sol yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olan iki ədəd bükümü və içərisində ağ kristalşəkilli maddələr olan iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş dörd ədəd bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı «Ağa» adlı şəxsin ona bildirdiyi Bakıxanov qəsəbəsi ərazisindən götürərək əvvəlcədən təyin edilmiş yerlərə 250 manat müqabilində apardığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Evə baxış keçirilərkən bölmənin əməliyyat müvəkkili Şahid4 da iştirak etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə evin yataq otağındakı çarpayının altından içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü, içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini götürərək təqdim etmişdir. Evdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkilidir. 17 aprel 2022-ci il tarixdə bölmə rəisi tərəfindən ona Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına keçiriləcək baxışda iştirak etmək barədə göstəriş verilmiş və o, həmin ünvana baxış və götürmə keçirilməsində iştirak etmişdir. Evə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan edilən hər hansı bir predmetin olub-olmadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayının altından içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü, içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Evə baxış davam etdirilmiş və iş üçün əhəmiyyət kəsb başqa predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, eləcə də elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzən proses iştirakçıları tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2022-ci il tarixli 6/2195 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün № 176» dairəvi möhür əksi olan iki ədəd zərfdə: - üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəksi 24,010 qram, 21,272 qram ümumi təmiz çəkisi 45,282 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,510 qram, 6,305 qram ümumi təmiz çəkisi 13,815 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəksi 360,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 295,0 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop madə metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 4243 saylı, 03 avqust 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 25-26-cı vərəqlərindəki 17 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdən əvvəl ona qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümlərin ikisinin içərisində narkotik vasitə «kokos» olduğunu, digər iki bükümün içərisində isə «şüşə» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxsdən əldə etdiyini, həmin şəxsə kuryerlik etdiyini, narkotik vasitəni «Whatsap» vasitəsi ilə ona bildirilən yerdən götürərək digər yerə qoyduğunu, bunun müqabilində 250 manat pul aldığını bildirmişdir. Eləcə də, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Redmi» markalı «Note 9 Pro» modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm və bir ədəd «Redmi» markalı «Note 9 Pro» modelli mobil telefonu bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. İşin 33-34-cü vərəqlərindəki 17 aprel 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağındakı çarpayının altında heroin və metamfetamin olduğunu bildirmiş, həmin çarpayının altından içərisində ağ rəngli kristal halında maddələr olan bir ədəd şəffaf sellofan bükümünü, bir ədəd içərisində heroinə bənzər kütlə olan şəffaf sellofan bükümünü və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxsdən əldə etdiyini, həmin şəxsə kuryerliyini etdiyini, narkotik vasitəni «Whatsapp» vasitəsi ilə ona bildirilən yerdən götürərək digər yerə qoyduğunu, bunun müqabilində 250 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bir ədəd içərisində ağ rəngli kristalik maddələr olan şəffaf sellofan bükümü, bir ədəd içərisində heroinə bənzər kütlə olan şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə həmin protokol tərtib edilmişdir. İşin 95-96-cı vərəqlərindəki Təqsirləndirilən şəxs 17 aprel 2022-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, mənzilinə keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd "Redmi» markalı «Note 9 Pro» modelli mobil telefonunu, həmin şalvarın sol yan cibindən isə şəffaf yapışdırıcı lentlə sarılmış dörd ədəd şəffaf sellafon bükümlərini çıxarıb təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi və başqa əşya aşkar edilməməsi, ondan təqdim etdiyi bükümlərdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərin ikisində narkotik vasitə heroin, ikisində isə psixitrop maddə metamfetamin olduğunu, onları «İnstagram» sosial şəbəkəsində tanış olduğu Ağa adlı İran İslam Respublikası vətəndaşının ona izah etdiyi yerdən götürdüyünü, kuryerlik edərək Ağa adlı şəxsin bildirdiyi yerlərdə gizlətdiyini, bunun müqabilində 250 manat qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd bükümlər açıldıqda iki bükümün içərisində ağ rəngli kristal maddələr, iki bükümün içərisində qəhvəyi rəngli kütlələrin olduğu aşkar edilmiş, həmin dörd ədəd bükümlərin götürülərək bir ədəd kağız zərfə, mobil telefonun isə başqa bir kağız zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və zərfin möhür əksi ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvanda da heroin və metamfetamin saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış aparılmamışdan əvvəl yaşadığı ünvanda qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evə dəvət etmişdir. Mənzilin bir otaqdan, mətbəxt və sanitar qovşağından ibarət olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının altından iki ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzini götürərək həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddələri Ağa adı ilə «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının ona izah etdiyi yerdən götürdüyünü, yaşadığı ünvana gətirib elektron tərəzidə müxtəlif çəkilərdə çəkərək Ağanın göstərdiyi yerlərdə gizlətdiyini bildirmiş, bundan sonra mənzilə axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər açıldıqda bir bükümün içərisində ağ rəngli kristal maddələr, bir bükümün içərisində isə qəhvəyi rəngli kütlələrin olmasının aşkar edilmiş, həmin iki ədəd bükümlər və bir ədəd elektron tərəzi götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və zərfin möhürlənmişdir. İşin 109-cu vərəqindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya xəstəxanası» Publik Hüquqi şəxsin 16 iyun 2022-ci il tarixli 5361 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İşin 126-137-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında 4 avqust 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 17 aprel 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-də şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 45,282 qram və yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 360,0 qram, ümumilikdə 405,282 qram heroin, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 13,815 qram və yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 295,0 qram, ümumilikdə 308,815 qram psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin yaşadığı ünvana keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edilmiş 0,15 qram nəzərə alınmaqla qalan 405,132 qram heroin, tədqiqata sərf edilmiş 0,15 qram nəzərə alınmaqla qalan 308,665 qram metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir. İşin 110-111-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ndən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 15-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs və yaşadığı mənzildən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkisi 45,282 qram və çəkisi 360,0 qram olmaqla ümumilikdə 405,282 qram heroinin tədqiqatdan sonra qalan 405,132 qram hissəsi, iki ədəd bükümdə ümumi təmiz çəkisi 13,815 qram və təmiz çəkisi 295,0 qram olmaqla ümumilikdə 308,815 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 308,665 qram hissəsi və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin yaşadığı ünvana keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs və yaşadığı mənzildən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkisi 45,282 qram və çəkisi 360,0 qram olmaqla ümumilikdə 405,282 qram heroinin tədqiqatdan sonra qalan 405,132 qram hissəsi, iki ədəd bükümdə ümumi təmiz çəkisi 13,815 qram və təmiz çəkisi 295,0 qram olmaqla ümumilikdə 308,815 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 308,665 qram hissəsi və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin yaşadığı ünvana keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1603/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1603/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver