Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1604/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Dövlət ittihamçısı1, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 2003-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Füzuli Hərbi Məhkəməsinin 11 dekabr 2023- cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1, 333.2, 333.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 ( altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı cəzaçəkmə Müəssisəsində cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “instaqram” sosial şəbəkəsindən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə 24 avqust 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanda yerləşən mənzilin otağında xx xxxxxx 2009- cü il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmayacağı halda öldürməklə hədələyərək onu döyüb, ona sağlamlığa zərər vurmayan sol said nahiyəsinin sıyrığı, boyun nahiyəsinin dörd ədəd qançırı xəsarətlərini yetirib zor tətbiq etməklə müqavimətini qıraraq, onun razılığı olmadan Zərərçəkmiş şəxs anal keçəcəyindən qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə Fatimənin ona yazması nəticəsində tanış olmuşlar. Zərərçəkmiş şəxs Masallı rayonunda yaşayırdı, Fatimənin nənəsi onu evdən qovmuşdu, onunla danışan zaman Bakı şəhərinə gələcəyini dedikdə o da ona gəlməsini demişdir. Səhərisi gün Fatimə şəhərə çatdıqda “Avtovağzal” Kompleksində onu qarşılamış, sonra Fatimənin qız dostu ilə birlikdə “Dənizkənarı Bulvar” tərəfə getmişlər. Daha sonra onlar birlikdə Fatimə ilə onun dostuna ev kirayələmək üçün Sabunçu rayonuna getmişlər. Evi kirayələdikdən iki gün sonra Fatimənin nənəsi zəng edib Fatiməni qaytarmasalar polisə xəbər edəcəyini bildirdi. O da həmin günün axşamı Fatiməni Masallı rayonuna yola salmışdır. Fatimə ora getdikdən iki gün sonra yenidən Bakı şəhərinə qayıtdı. O da “20 Yanvar” ərazisində 3-cü mikrorayon dairəsi yaxınlığına gedib Fatiməni qarşılamışdır. Həmin yerdə də o, Masallı rayonunun polis bölməsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Fatimə ilə ilk öncə dost kimi danışmışdılar. Fatimə Bakı şəhərinə gələn zaman işləmirdi, bura gələndə ona 15 manat pul vermişdir. Fatimənin telefonunu satdıqdan sonra Sabunçu rayonunda evi kirayələmişlər. Fatiməni telefonunu satması üçün məcbur etməmiş, könüllü formada özü satmışdır. Fatiməni Bakı şəhərinə gəlməyə o, məcbur etməmiş, özü gəlmişdir. Fatiməyə Bakı şəhərində evin olmadığını deməmiş, ev tapa biləcəyini demişdir. Fatiməgilə Sabunçu rayonundan ev kirayələmişdir. Həmin gün evdə Fatimə ilə tək olmuşlar, eyni yataqda yatmışdılar. Həmin gün ayrı yataqda yata bilərdi, lakin Fatimə özü gəlib onun yanında uzanmışdır. Həmin gün “Baltika 7” adlı bir ədəd alkollu içki içmiş, ona təsir etməsə də, həmin içki Fatiməyə təsir etmişdir. Həmin alkoqollu içkini o, almışdır. Evdə onlardan başqa heç kim olmamış, Fatimənin qız dostu başqa oğlanla getmişdir. Fatimə özü ona cinsi əlaqəda olmaqlarını təklif etməyib, lakin özü onun yanına çağırmışdır. Fatiməyə qarşı heç bir zor tətbiq etməmiş, hadisə onun da könüllü razılığı ilə baş vermişdir. Həmin gün divanda uzanmış, Fatimə də gəlib onun yanında uzanmışdır. Fatimənin üzərində ev paltarı var idi, onun üzərindəki paltarları özü çıxarmışdır. Fatimə ilə 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Fatimə qeyri-təbii yolla cinsi əlaqəda olmağı özü istəmişdir. Hadisədən sonra nənəsi zəng edib Fatiməni evə göndərməyini bildirmişdir. Fatimə 18-20 yaşlı qızlara oxşayırdı, boyu da kiçik deyildi. Fatimənin yaşını müstəntiq onun şəxsiyyət vəsiqəsini göstərikdə, yəni ibtidai istintaq zamanı öyrənmişdir. Hadisə zamanı Fatiməyə heç bir zor tətbiq etməmiş, könüllü baş vermişdir. Fatimə hadisəni nənəsinə dedikdən sonra onun barəsində polisə şikayət edilmişdi. “İnstagram” sosial şəbəkəsi vasitəsilə Fatimə ilə danışarkən 18 yaşı olduğunu demişdi. Barəsində cinayət işi açıldıqdan sonra Fatimənin yaşının 18-dən az olduğunu öyrənmişdir. Fatimə ilə cinsi əlaqədə olmuş, lakin təbii və ya qeyri-təbii olması ilə bağlı məlumatı yoxdur. Fatimə ilə evlənmək niyyəti olub, buna görə onu evlərinə aparmış, valideynləri yaşının az olması səbəbilə istəməmişdilər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası ilə birlikdə ünvan 1-də qeydiyyatda olmaqla orada yaşamışdır. Sonradan, təxminən 4 ay bundan əvvələ kimi, yəni həbs olunmamışdan qabaq Bakı şəhərində kirayədə yaşamışdır. Bakı şəhəri Binəqədi rayonu ərazisində avtoyuma məntəqəsində işləmişdir. Zərərçəkmiş şəxs təxminən 2023-cü ilin avqust ayının əvvəllərində “instaqram” sosial şəbəkəsindən tanımışdır. O, xatırlamadığı bir “Aysu” adlı profildən özü ona yazıb tanış olmaq istədiyini demiş və o da razı olmuşdur. Bir müddət “instaqram” sosial şəbəkəsində danışdıqdan sonra Fatimə ona valideynlərinin boşanmasını və nənəsi ilə birlikdə yaşadığını, nənəsinin onunla yola getmədiyini, evdən çıxıb getmək istədiyini demişdir. Təxminən 2023-cü ilin avqust ayının 10-u və ya 12-si tarixlərində Fatimə ilə danışarkən o onunla birlikdə qalmaq üçün Cəlilabad rayonuna gəlmək istədiyini demiş və o da etiraz etməmişdir. O, Cəlilabad rayonuna gəlmiş və o da Fatiməni qarşılayıb, evinə apararkən anası buna etiraz etdiyi üçün onu yenidən avtomobillə geriyə Masallı rayonuna, nənəsinin yanına yola salmışdır. Həmin vaxtı o təsadüfən Cəlilabad rayonuna gəlmişdir. Bir müddət sonra yenə Fatimə ilə danışarkən o evdə qalmaq istəmədiyini, evdən çıxıb Bakı şəhərinə gəlmək istədiyini bildirmişdir. O isə söhbət zamanı onun 14 yaşının olmasını özündən eşitsə də Fatimə buna baxmayaraq Bakı şəhərinə gələcəyini demişdir. O isə ona etiraz etməmiş və Bakı şəhərinə gəlməsini, özünün onu qarşılayacağını bildirmişdir. Bundan sonra Fatimə xx.xx.2023-cü il tarixdə səhər saatlarında nənəsinin ziyarətgaha getməsini bildirib özünün taksi ilə Bakıya gəldiyini demişdir. O, Fatiməni Bakı şəhərində “20 yanvar dairəsi” deyilən yerdə qarşılamış və onlar metro ilə Sahil metrostansiyasına gedib oradan dənizkənarı bülvara getmişlər. Bir qədər orada gəzdikdən sonra isə oradan Binəqədi rayonunda yerləşən iş yerinə getmişlər. İşlədiyi avtoyuma məntəqəsinin üzərindəki kafedə Fatimə həmin gün axşam saatlarına qədər işləmişdir. O isə avtoyuma məntəqəsində avtomobilləri yumaqla məşğul olmuşdur. Axşam saatlarında isə oradan çıxıb yenidən dənizkənarı bulvara getmişlər. Səhər saatlarına qədər onlar bulvarda gecələmişlər. Növbəti gün dənizkənarı bülvarda olarkən Fatimənin sosial şəbəkədən tanış olduğu rəfiqəsi Rüqəyya adlı qız, yanında bir nəfər Zaur adlı oğlanla dənizkənarı bulvara gəlmişlər. Həmin gün onlar kirayə ev tutmaq məqsədi ilə Rüqəyya öz mobil telefonu və öz üzüyünü satmaq qərarına gəlmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri Nizami rayonu Nefitçilər metrosu ərazisinə gələrək orada Rüqəyyanın mobil telefonunu telefon dükanlarından birinə satmışlar. Daha sonra isə isə Rüqəyya barmağından qızıl üzük çıxaraq ona vermişdir ki, həmin qızıl üzüyü də lombarda qoyub pul əldə etsinlər. Belə ki, Rüqəyyanın 18 yaşı tamam olmadığı üçün o qızıl üzüyü, həmçinin telefonu satmağı ona tapşırmışdır. Bundan sonra o həmin ərazidə olan lombardların birində Rüqəyyanın qızıl üzüyünü 80 manata satdıqdan sonra onlar əldə etdikləri pul ilə kirayə ev tutmaq qərarına gəlmişlər. Bundan sonra Rüqəyyanın yanında gələn tanımadığı Zaur adlı oğlanın vasitəsi ilə onlar birlikdə kirayədə qalmaqları üçün Bakı şəhəri Sabunçu rayonu ərazisindən ev tutmuşlar. Həmin ev 2 otaqdan ibarət olmuş və xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu ərazisində, Xəstəxana yaxınlığındakı həmin kirayə tutduqları evdə Rüqəyya və sevgilisi digər otaqda olarkən o da Fatimə ilə öz otaqlarında olmuşlar. Həmin vaxt Fatimə özü ona onunla qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş və o da razılaşıb, onun könüllü istəyi ilə bir dəfə qeyri təbii yolla Fatimə ilə cinsi əlaqədə olmuşdur. Onun tərəfindən Fatiməyə heç bir zor tətbiq edilməmişdir. Onlar cinsi əlaqədə Fatimənin könüllü istəyi ilə olmuşlar. Bundan sonra növbəti gün Rüqəyya ilə o, ərzaq ehtiyaclarını qarşılamaq üçün birlikdə Fatimənin razılığı ilə ona məxsus ekranı sınmış mobil telefonu və 1-2 qramlıq qızıl qolbağını, həmçinin onun özünün sınıq mobil telefonunu Sabunçu rayonundakı, Sabunçu dairəsi deyilən yerdə tanımadığı lombardda qolbağı 15 manata və öz sınıq mobil telefonu ilə Fatimənin sınıq mobil telefonu isə ehtiyat hissəsi kimi hərəsini 6 manat pula Sabunçu dairəsindəki telefon dükanlarından birinə aparıb satmışlar. Əldə etdikləri pulla ərzaq almışlar. İki gün ərzində həmin evdə qaldıqdan sonra o, Fatimənin itkin düşməsi ilə bağlı polisə məlumat verildiyini öyrənmişdir. Bundan sonra o xx.xx.2023-cü il tarixdə Fatiməni “20 yanvar” dairəsindən Masallı rayonuna yola salmışdır. O, Fatimə ilə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu ərazisində Sabunçu Xəstəxanası yaxınlığındakı kirayə tutduqları evdə onun könüllü istəyi ilə bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, Fatimə ilə cinsi əlaqədə olarkən onu vurmamış, döyməmiş və onu öldürməklə hədələməmişdir. Zərərçəkmiş şəxs bədənindəki xəsarətlərin harada necə yaranmasım bilmir. İş üzrə keçirilmiş ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin otağıdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdr ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Rahimlə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Sonra Rahim ona həmin sosial şəbəkə vasitəsilə yazmışdır. Rahim mesajlaşanda onu istədiyini demişdir. O,Rahimə on dörd yaşının olduğunu demişdir. Rahim də onun on dörd yaşı olduğunu bilmişdir. Rahimin onu bir dəfə araxadan zorlayıb. Təqsirləndirilən şəxs onun mobil telefonunu da satıb. O, mobil telefonunu Rahimə könüllü erməmişdir. Rahim onun telefonunu satıb yemək aldı. Üzük rəfiqəsinə məxsus olmuşdur. O, Rahim ilə birlikdə divanda yatmışdır. Rahim onu özü çağırdı deyə, onun birlikdə divanda yatmışlar. Onun paltarını əynindən Rahim çıxartmışdır. O qışqırmış, Rahim isə ondan paltarını çıxartmamasını demişdir. O,razı olmamışdır. Rahim bundan sonra zorla onun paltarını çıxarıb onunla bir dəfə arxadan cinsi olmdu. Rahim onun bakirə olduğunu bilirdi, ona görə də qeyri-təbii yolla onunla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonralar Rahim yenə onunla cinsi əlaqədə olmaq istəmiş, lakin o, qoymamışdır. O birinci dəfə də məcbur olub Rahimin yanına getmişdir. Rahim ona bir dəfə sillə vurub. O, Rahimin evinə getməzdən əvvəl özünü maşının altına atmaq istəmişdir. O, Rahimlə barışmaq istəyir, lakin nənəsi icazə vermir. Rahimin anası dəfələrlə onların qapılarına gəlib, oğlunu bağışlamağını istəyib. Təqsirləndirilən şəxs ona təcavüz edib. O, Rahimə onunla arxadan cinsi əlavqədə olmağa razılıq verməyib. Rahim ona onunla evlənəcəyini deməmişdir. Onun lüt şəklini Rahim nənəsinə atmışdır. Sonra nənəsi onu döymüş və evdən qovmuşdur. Qolunda siqaret izlərinin olma səbəbi Rahim siqaret çəkəndə əli qoluna dəyməsi olub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Samir Məmmədovla anası Aynur Bal boşandıqdan sonra kiçik qardaşı anası ilə, o isə ana nənəsi Şahid1 ilə birlikdə Masallı rayonunun Musaküçə kəndində yaşayır. Atasının harada olmasını, nə etməsini bilmir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində “İnstaqram” sosial şəbəkəsində Cəlilabad rayonundan olan “Rahim” adlı şəxslə tanış olmuşdur. Bundan sonra aralarında sevgi münasibəti yaranmış və onlar yazışmağa başlamışlar. 2023-cü ilin avqust ayının əvvəllərində Rahim onu Cəlilabad rayonuna çağırmışdır. O da evdə nənəsinə məlumat vermədən avtomobillə Cəlilabad rayona getmişdir. Orada Rahim onu qarşılamış və evinə aparmışdır. Lakin orada onun anası onun yaşının az olmasını demiş və narazılıq olduğu üçün Rahim elə həmin gün onu Masallı rayonuna yola salmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Rahimlə “whatsap” sosial şəbəkəsində ***-***-**-** saylı mobil nömrəsi ilə danışarkən Rahim ona öz geyim əşyalarını da götürüb taksiyə minərək Bakı şəhərinə gəlməyini demişdir. Bundan sonra o, Bakı şəhərinə getmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında nənəsinin Bakı şəhərinə ziyarətgaha getməsindən sonra nənəsinin əl çantasından öz şəxsiyyət vəsiqəsini və dolabdan geyim əşyalarını yığıb Masallıda yerləşən “Təzə bazar” adlanan yerə gəlmişdir. Tanımadığı Masallı-Bakı marşutu üzrə işləyən taksilərindən birinə əyləşərək Bakı şəhərinə getmişdir. Bakı şəhərində “20 yanvar dairəsi” deyilən yerdə Təqsirləndirilən şəxs onu qarşılamış və onlar metro ilə Sahil metrostansiyasına gedib oradan dənizkənarı bulvara getmişlər. Bir qədər orada gəzdikdən sonra isə oradan Rahimin Binəqədi rayonunda yerləşən iş yerinə getmişlər. Rahim Binəqədi rayonu ərazisində yerləşən kafenin altında olan avtoyuma məntəqəsində işləmişdir. Rahim əvvəlcədən müdiri ilə onun da kafedə işləməyi ilə bağlı razılığa gəlmişdir. Buna görə də onlar ora getdikdən sonra o kafedə xidmətçi kimi işləmişdir. Axşam saatlarında isə oradan çıxıb yenidən dənizkənarı bülvara getmişlər. Həmin gecə orada qalmışlar. Növbəti gün dənizkənarı bülvarda olarkən o mobil telefonu ilə rəfiqəsi “Rüqəyya” ilə əlaqə saxlamışdır. Hazırda Rüqəyyanın mobil nömrəsini və onun başqa anket məlumatlarını bilmir. Rüqəyya həmin nömrəsini özü ona vermişdir. Telefonu isə nənəsi almışdır. Rüqəyya isə bir nəfər oğlanla dənizkənarı bülvara gəlmişdir. Həmin oğlanın adı isə “Zaur” olmuşdur. Həmin vaxt kirayə ev tutmaq məqsədi ilə Rüqəyya öz mobil telefonu və öz üzüyünü satmaq qərarına gəlmişdir. Rüqəyyanı da “Tik Tok” şəbəkəsindən tanımışdır. Bundan sonra onlar birlikdə Bakı şəhəri Nizami rayonu Neftçilər metrosu ərazisinə gələrək orada Rüqəyyanın mobil telefonunu telefon dükanlarından birinə satmışlar. Daha sonra isə isə Rüqəyya barmağından qızıl üzük çıxaraq Rahimə verib həmin qızıl üzüyü də lombarda qoyub pul əldə etməsini demişdir. Belə ki, Rüqəyyanın 18 yaşı tamam olmadığı üçün qızıl üzüyü satmağı Rahimə tapşırmışdır. Bundan sonra Rahim həmin ərazidə olan lombardda qızıl üzüyü də satdıqdan sonra onlar əldə etdikləri pul ilə kirayə ev tutmaq qərarına gəlmişlər. Bundan sonra Rüqəyyanın yanında gələn tanımadığı Zaur adlı oğlan onlarla birlikdə kirayədə qalmaqları üçün Bakı şəhəri Sabunçu rayonu ərazisində ev tutmalarına kömək etmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin evdə Rüqəyya və sevgilisi Zaur evdə olmamışlar. Bu zaman Rahim ona, onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, Rahimə etiraz etmişdir. Lakin Rahim onun üz, boğaz, boyun, qol nahiyələrindən dırnaqları ətinə sıxaraq bərk tutub, vuraraq və bədən nahiyələrinə, arxa hissəsinə sillə vuraraq, cinsi əlaqədə olmasa onu öldürəcəyini demişdir. Lakin onu öldürməklə bağlı hər hansı hərəkət etməmişdir. Bundan sonra o, qorxaraq ona cinsi əlaqədə olmağa imkan vermiş və Rahim zorla onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmaqları təxminən 5 dəqiqə davam etmişdir. O, arxa nahiyəsindən şiddətli ağrı hiss eləmişdir. Bundan sonra növbəti gün Rahim və rəfiqəsi Rüqəyya onların ərzaq ehtiyaclarını qarşılamaq üçün birlikdə ona məxsus ekranı sınmış mobil telefonunu və qolunda olan qızıl qolbağını aparıb satmışlar. Bu onun razılığı ilə olmuşdur. Rahim guya onunla evlənəcəyini və birlikdə işləyərək bir yerdə yaşayacaqlarını demişdir. Lakin iki gün ərzində Rahim, Rüqəyya və Rüqəyyanın sevgilisi olan tanımadığı oğlanla həmin evdə qaldıqdan sonra Rahim nənəsinin onun itkin düşməyi ilə bağlı polisə məlumat verildiyini öyrənmişdir. Bundan sonra Rahim xx.xx.2023-cü il tarixdə onu “20 yanvar" dairəsindən Masallı rayonuna yola salmış və o Masallı rayonuna geri qayıtmışdır. Təqsirləndirilən şəxs onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman ona müqavimət göstərsə də qorxduğu üçün səsini çıxara bilməmişdir. O, əvvəllər heç kimlə qeyri təbii yolla cinsi əlaqədə olmamış və onda “qəbizlik” xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olan vaxt yanlarında başqa hər hansı şəxs olmamışdır. Aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək ifadəsini təsdiq etməklə sonuncunun əməlini bir daha ifşa etmişdir. Qanuni nümayəndə və Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Fartimə Məmmədova onun qızının uşağıjır. xx xxxxxx 2009-cu ilə anadan olub. Fatimə onun nəvəsidir. Ona Fatimə ilə bağlı mobil telefonuna zəng gəlmişdir. Hadisə günü o, “Mirmöhsüm” ağanın qəbrini ziyarət etmək üçün getmişdir. Fatiməyə isə o gələnə qədər evdə gözləməsini demişdir. O, evə qayıtdıqda Fatimənin evdə olmadığını görmüşdür. Bununla bağlı DİN-in 102 xidmətinə və Masallı RPŞ-yə ərizə yazıb şikayət etmişdir. Sonra Fatimə polislər tərəfindən Rahimlə birlikdə tapılmışdır. Fatimə müayinə olunduqdan sonra, ekspertiza rəyinə əsasən məlum oldu ki, Fatimə qeyri-təbii yolla zorlanmışdır. Fatimənin qollarında siqaret izləri var idi. Polis bölməsində Fatimədən ona bunun kim tərəfindən edildiyi soruşulanda Rahimin etdiyini demişdi. İnd idə bunun təsadüfən olduğunu dedi. Fatimə Rahimin ona qarşı zorakılıq etdiyiyni bildirdi. O,bildiyinə görə, Fatimə hamamdan çıxarkən lüt şəkildə videogörüntüsünü çəkiblər. Əlavə olaraq lüt formada şəkillərini çəkiblər. Başqa deyəcəyi bir sözü yoxdur. O, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və eləcə də Masallı RPŞ-nə o müraciət etmişdir. Fartimə Məmmədova onun qız övladının nəvəsidir. xx.xx.2009-cu il təvəllüdlüdür. Fatimənin valideynləri 2011-ci ildə rəsmi qaydada boşanmışlar. Fatimənin atası Masallı rayon sakini olan X6r. O, üçüncü dəfə ailə həyatı quraraq Zövlə kəndində yaşayır. Fatimənin heç bir məsələsi ilə maraqlanmır, heç nəyə cavabdeh olmur. Fatimənin anası, yəni onun qızı X10 5 il Bakı şəhərində yaşamış və hazırda Türkiyə Respublikasına getmişdir. Fatimənin valideynləri ona sahib çıxmadığı üçün nəvəsini 2011-ci ildən indiyədək Masallı rayonu Musaküçə kəndində öz evində saxlayır. Özü MKTİB-də süpürgəçi işləyir. İndiyədək Fatimə ilə arasında hər hansı bir mübahisələri baş verməmişdir. Son zamanlar Fatimə “Tiktok” və “İnstagram” sosial şəbəkəsində müxtəlif şəxslərlə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs Cəlilabad və ya Masallı rayon sakini olan “Rahim” adlı şəxsi sevdiyini, həmin şəxslə Tiktok sosial şəbəkəsində tanış olduğunu, Rahimlə ailə həyatı quracağını deyirmiş. Rahimlə “Tiktok” vasitəsilə əlaqə saxlayarkən bir-birilərinə şəkillərini də göndərmişlər. xx.xx.2023-cü ildə səhər saatlarında o, Bakı şəhərində yerləşən “Mirmöhsüm” ağanın qəbrini ziyarət etmək üçün getmişdir. Saat 19 radələrində evə qayıtdıqda Fatimənin evdə olmadığını aşkar etmiş və evə baxış keçirdikdə stolun üzərində Fatimə tərəfindən yazı yazılmış kağız tapmışdır. Kağızın üzərində “Mən gedirəm, sağolun, özünüzə yaxşı baxın, Fatimə”. Evə baxdıqda Fatimənin öz geyim əşyalarını, şəxsiyyət vəsiqəsini və 260 manat pul götürdüyünü də aşkar etmişdir. Həmin kağızı zibilə atmışdır. Bundan sonra Fatimənin evdən xəbərsiz şəkildə getməsinə əmin olmuş və DİN-in 102 xidməti zəng mərkəzinə və Masallı RPŞ-yə ərizə yazıb şikayət etmişdir. Sonradan ***-***-**-** saylı mobil nömrənin adını deməyən sahibi “Vatsapla” onunla əlaqə saxlamış, özünü ziyalı ailənin övladı kimi təqdim edib bildirmişdir ki, Fatimə Qazax rayonundan olan “Anar” adlı şəxslə danışır, onunla birlikdə getmişdir. Fatimə azyaşlı olduğu üçün o, Fatimənin Anarla getməsini qəbul edə bilmir, guya onunla əlaqə saxlamağı özünə borc bilmişdir. O, həmin şəxsdən adını deməsini istədikdə həmin şəxs ad və soyadını ona deməmişdir. Daha sonra həmin şəxs guya Fatimə ilə Anarın Tiktokda bir-birləri ilə yazışmalarını və bir-birlərinə atdıqları şəkilləri ona göndərmişdir. Fatimə əvvəllər “Anar” adlı Qazax rayon sakini ilə sevgili kimi danışmış və sonradan onunla ayrılmışdır. Rahim də guya Fatimənin həmin Anarla danışmasını bildirmişdir. Fatimə “Tiktok” sosial şəbəkəsindəb “Aysun” adı ilə istifadə etmişdir. Fatimə evdən gedərkən ona hər hansı bir zor tətbiq etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 Qiyas oğlu ifadəsində göstərmişdir ki, qeydiyyatla yaşadığı ünvan 4 ünvanının alt mərtəbəsini, yəni ev 21 ünvanını kirayə vermişdir. Təxminən xx.xx.2023-cü il tarixdə birinin adının sonradan “Rahim” olmasını bildiyi iki nəfər cavan oğlan evinə gəlib, Nərimanov rayonunda üniversitetə qəbul olunmalarını, kirayə ev axtardıqlarını demişlər. O həmin şəxslərdən şəxsiyyət vəsiqəsi istədikdə onlar şəxsiyyət vəsiqələrinin valideynlərində olmasını, ay sonunda valideynlərinin gələcəyini və vəsiqələrini gətirəcəyini bildirmişlər. O, onlara evini kirayə vermək istəmədikdə onlar küçədə qalacaqlarını, onlara evini kirayə verməyini xahiş etmişlər. O da həmin şəxslərin yaşları dəqiq bilmədən, valideynləri ilə də danışmadan evini onlara 200 manat pul müqabilində kirayə verə biləcəyini demişdir. Onlar onunla razılaşmış, lakin 150 manat pulları olmasını, ay sonunda valideynləri gələndə isə qalan 50 manatı verə biləcəklərini demişlər. O da onlarla razılaşmış və 150 manat pulu alaraq ay sonunda da onların valideynlərindən qalıq qalan 50 manatı alarkən kirayə müqaviləsi bağlayacağını düşünmüş və həmin cavan uşaqlarla razılaşıb və evin açarını onlara vermişdir. Onlar, yəni həmin iki nəfər cavan oğlan 3 və ya 4 gün evində qaldıqdan sonra o, artıq onların evə gəlmədiyini aşkar etmiş və bir müddət də onları görmədikdən sonra onların nə səbəbə görəsə çıxıb getmələrini düşünmüşdür. Bu hadisədən 1-2 ay keçdikdən sonra iki nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxsin həmin Rahim adlı şəxsi və yanında bir nəfər azyaşlı olmasını bilinən tanımadığı qızı evinə gətirmələrini görmüş və həmin şəxslər ondan evin şəkillərini çəkmək üçün icazə istədikdə o buna etiraz etməmişdir. Orada ona məlum olmuşdur ki, həmin cavan oğlanlar onu aldatmış və özlərini tələbə kimi qələmə verib, ondan razılıq aldıqdan sonra gecə saatlarında, ondan gizlin şəkildə özləri ilə kirayə verdiyi evə “qız” gətirmiş və Rahim də həmin qızlardan birini döyüb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Rahim yanındakı oğlanla evində 3-4 gün qalmış və o onların yanında qız olmasını bilməmişdir. Belə ki, bu barədə o özü görmüş və ya qonşulardan nəsə eşitmiş olsa idi, əlbəttə ki onları evində saxlamazmış. Görünür Rahim həmin qızı gecə saatlarında evə gizlin gətirmişdir. Rahim və yanındakı oğlana inanmış və problem olmayacağını düşünüb, evini şifahi müqavilə ilə kirayə vermişdir. O, evini şifahi müqavilə əsasında kirayə verir. O, ailə üzvləri və qonşuları sadəcə həmin iki cavan oğlanı görmüşlər. Həmin 2 nəfər qızın oğlanlarla evində qalmasını bilmiş olsa idi dərhal onları evindən çıxararmış. Bu barədə heç bir halda məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxana küçəsində yerləşən fərdi yaşayış evidir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 819 nömrəli ekspert rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs sol said nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırları (dörd ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3- 5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Vət.Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) vardır. Düz bağırsağın girəcək hissəsində və selikli qişasında hər hansı bir xəsarət aşkar olunmadığından müddəti müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli 2836 nömrəli rəyindən görünür ki, Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs yuxarıda göstərilən hadisə baş verən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs yuxarıda göstərilən hadisə baş verən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hadisə zamanı və hadisədən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa və yalan danışmağa meyillilik əlamətləri müəyyən edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli 3583 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, ünsiyyətçillik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri, düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs hadisə zamanı qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və yalan danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, Zərərçəkmiş şəxs hər hansı bir zor tətbiq etməmiş, onun on dörd yaşı olmağını bilməmişdir. Onların aralarında olan qeyri-təbii yolla cinsi əlaqə Zərərçəkmiş şəxs razılığı ilə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən onun bu ifadələri öz təsdiqini tapmamış və həmin ifadələri təsdiq edən sübut müəyyən olunmamışdır. Məhkəmənin bu qənaəti Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq edilməsini təsdiq edən Zərərçəkmiş şəxs özünün ifadələri, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxsın üzərində sol said nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırları (dörd ədəd) olmasını, həmin xəsarətlərin küt əşyanın (əşyaların) təsirindən törənməsini, törənmə müddəti müayinədən 3- 5 gün əvvələ, yəni hadisənin baş verdiyi tarixə uyğun gəldiyiyni təsdiq edən məhkəmə tibbi ekspertizasının 28 avqust 2023-cü il tarixli 819 nömrəli ekspert rəyi və iş üzrə təqdim edilmiş sair sübutlar baxımından da əsaslıdır. Məhkəmədə araşdırılan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr avqust ayında Zərərçəkmiş şəxs evlənmək adı ilə Cəlilabad şəhərində yerləşən valideynlərinin evinə gətirmiş, lakin onun anası Zərərçəkmiş şəxs 14 yaşı olduğunu bilib, buna razılıq verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Masallı rayonuna yola salmışdır. Həmin ildə həmin ayın 26-da o, yenidən Zərərçəkmiş şəxs ilə Bakı şəhərində görüşüb sonuncu ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun on dörd yaşı olmasını bilmədiyi barəsindəki iddialarını faktiki əsası olmayan təqsirləndirilən şəxsin ifadə verməkdə sərbəstlik hüququndan yanlış yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir zor tətbiq etmədiyi və aralarında olan qeyri-təbii yolla cinsi əlaqə Zərərçəkmiş şəxs razılığı ilə olması barəsindəki ifadələrini işin faktiki halları ilə müzakirə edib hesab edir ki, həmin ifadələr məhkəməyə təqdim olunmuş ittihamı təsdiq edən sübutlarla və işin faktiki halları ilə təsdiqini tapmamışdır. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ilkin tanışlıq, görüşlər könüllü olmuş və onlar könüllü mənzil kirayə edib eyni otaqda qalmışlar. Bu halı həm tərəflər, həm də işin faktiki halları təsdiq edir, lakin tərəflər arasında qeyri-təbii yolla cinsi əlaqədə olmağın könüllü qarşılıqlı razılaşma əsasında olmasını Təqsirləndirilən şəxs başqa bəyan edən ifadə və başqa sübut müəyyən olunmadı. Zərərçəkmiş şəxs isə könüllü olmasını inkar edib, ona zor göstərildiyini və məcbur olub sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu göstərdi. Zərərçəkmiş şəxs bu ifadələri ona zor göstərilməsini təsdiq edən yuxarıda təsvir olunan məhkəmə tibbi ekspertizasının 28 avqust 2023-cü il tarixli 819 nömrəli ekspert rəyi baxımından da əsaslıdır. Məhkəmə sübutlara kreativ yanaşma hüququndan istifadə edib qeyd edir ki, yetkinlik yaşına çatmış şəxsin dərk etmə qabiliyyəti ona planlaşdırdığı hərəkətlərinin həyata keçirilməsi zamanı baş verəcəkləri və onların nəticələrini dərk edib idarə etməyə şərait yaradır. Bu səbəbdən də könüllü hərəkət etməyə səlahiyyətləndirilməmiş şəxsin, hazırkı halda isə on dörd yaşına çatmamış şəxs Zərərçəkmiş şəxs qeyri-təbii yolla Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmağa yönələn hərəkətləri könüllü olsaydı belə yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs belə «könüllülüyü» qəbul etməyə sələhiyyətli olmayacaqdır. Çünki o, törətdiyi əməlin yol verilməzliyini bilirdi. Məhkəmənin bu qənaəti məhkəmə psixiatrik ekspertizasının 23 dekabr 2023-cü il tarixli 3583 nömrəli rəyi ilə aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməsi, Zərərçəkmiş şəxs özündən uydurmağa və yalan danışmağa meyilli olmamasını təsdiq edən məhkəmə psixiatrik ekspertizasının 09 oktyabr 2023-cü il tarixli 2836 nömrəli rəyləri baxımından da əsaslıdır. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə bir otaqda yatması könüllü olsa da, o, cinsi əlaqədə olmağa razılıq verməmiş və yaranmış şəraitin qurbanı olub, ona qarşı edilən fiziki və psixi təsirlərin fonunda məcbur olub təqsirləndirilən şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bu səbəbdən də məhkəmə, irləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla könüllü cinsi əlaqədə olması barəsində bu iddialarını özünün emosiyalarına əsaslanan obyektiv həqiqətin təhrif olunmuş qavrayışının nəticəsi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə göstərmiş olduğu 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat vəsaitin Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilməsini, Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməldən səmimi peşman olması, törətdiyi cinayət əməli barəsində qismən etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədi əsasında müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 332.1, 333.2, 333.4-cü maddələrini həbs olunmuşdur. Füzuli Hərbi Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1, 333.2, 333.4-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 06 ( altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu qaydasında ona təyin olunacaq cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən həbsdə saxlanılması nəzərə alınmışdır. Füzuli Hərbi Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdən həbsdə saxlanılır. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində Füzuli Hərbi Məhkəməsinin hökmü nəzərə alınmaqla qətimkan tədbirinin seçilməməsi səbəbindən barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərə alıb hazırda onun barəsində qətiman tədbiri qismində həbs seçilməsini və hökm qüvvəyə minənə qədər qətimkan tədbirinin qüvvədə qalmasını əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Füzuli Hərbi Məhkəməsinin 11 dekabr 2023cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən ona bu iş üzrə təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 10 (on) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 03 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1604/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1604/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver