Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1605/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il yanvarın 01-də Zərdab rayonunun Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonunun Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2022-ci il aprelin 27-də saat 17 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı X4 öldürülməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin cinayət işi üzrə şahid qismində iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşıb baş vermiş hadisənin təfərrüatları, yəni hadisə zamanı orada digər şahidlərin olub-olmamasını soruşarkən sonuncu onun verdiyi suallara cavab verməyərək kobud formada X4 ölümünün onun üçün maraqsız olduğunu deməklə uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs məhkəmənin inzibati binasının qarşısından kənara keçməyi və başqa şəxslərin olmadığı yerdə danışmağı təklif etmiş, onlar Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 188 ünvanında yerləşən «Grandmart» mağazasının yaxınlığında söhbət edərkən Zərərçəkmiş şəxs onun suallarına yenidən cavab verməyib əli ilə onu itələyəndə aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə vaxtı əvvəlcə yumruq və təpik zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya qarın nahiyəsinin cırılmış, sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs ona doğru gəlməyə davam etdiyini gördükdə isə gücü çatmayacağını düşünüb üzərindəki istintaqa məlum olmayan bıçağı cibindən çıxarmaqla Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmiş, bununla da sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz etməyib bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, qarın nahiyəsinin ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Daşkarxanası deyilən yerdə qardaşı X7 ilə birlikdə yaşayır. 2021-ci il sentyabrın 14-də onun qardaşı X6 Bakı şəhəri Sabunçu rayonunun ərazisində X2 adlı şəxs tərəfindən xuliqanlıq niyyəti ilə bıçaqla vurularaq öldürülmüşdür. Göstərilən hadisə ilə bağlı 2022-ci il aprelin 27-də saat 17 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi qurtardıqdan sonra o, məhkəmə iclasında şahid qismində iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşmış, qardaşının ölümü ilə bağlı digər hansı şahidlərin olmasını soruşanda Akif ona kobud formada cavab vermək istəmədiyini, qardaşının ölümünün artıq maraqsız olduğunu deməklə uzaqlaşmağa çalışdıqda o, Akifə məhkəmənin qarşısından kənara çəkilməsini, yəni sakit bir yerdə söhbət etməyi təklif edib başqa şəxslərin olmadığı əraziyə Akiflə birlikdə keçərək sonuncudan qardaşının ölümünün necə baş verdiyini yenidən soruşmuş, həmin zaman Akif əli ilə onu itələmiş, o da yumruqla sonuncunun sifətinin sol hissəsinə, sonradan isə təpiklə ayaqqabısının daban hissəsi ilə Akifin qarın nahiyəsinə bərk zərbə vuranda sonuncu yerə oturmuş, lakin ayağa qalxmaqla onun üstünə gəlməyə davam etdiyini gördükdə Akifə gücü çatmayacağını başa düşüb üzərində olan bıçağı çıxararaq Akifin qarın nahiyəsinə endirdiyi bıçaq zərbələrinin birindən sonuncunun köynəyi deşilmiş, digər iki zərbənin təsirindən Akif qarnını tutmaqla əyiləndə dərhal hərəkətlərini dayandırmış, sonuncuya xəsarətlər yetirdiyinə görə artıq dərəcədə peşman olmuşdur, Akifi yerdən qaldırıb tibbi mərkəzlərin birinə aparmaq üçün çağırdığı, məhkəmənin yaxınlığında olan qardaşı Şəmsi ilə köməkləşərək yaralanan şəxsi Sabunçu rayonundakı 3 saylı xəstəxanaya aparmışlar. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır, fəhləlik etməklə ailəsini dolandırır. 2021-ci il sentyabrın 14-də Sabunçu rayonunun ərazisində X2 adlı tanışı onunla birlikdə olan vaxt X6 ilə mübahisə edərkən sonuncunu bıçaqla vurub öldürməsi bağlı 2022-ci il aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsindəki məhkəmə iclası qurtardıqdan sonra həmin tarixdə saat 17 radələrində o, prosesdən çıxarkən yolda mərhumun qardaşı Təqsirləndirilən şəxs yaxınlaşaraq ölüm hadisəsinin necə baş verdiyini soruşduqda o, məhkəmədə ifadə verdiyini və bir daha təkrarlamaq istəmədiyini söyləmiş, lakin Ceyhun eyni suallarını davam etdirdiyindən o, əsəbiləşmiş və əli ilə Ceyhunu itələmişdir ki, ondan əl çəksin, mübahisə zamanı Ceyhun yumruqla sifətinin sol nahiyəsinə təpiklə, ayaqqabısının daban hissəsi ilə isə qarnına zərbə endirmiş, o da Ceyhunu vurmaq üçün üstünə getmiş, göstərilən zaman Ceyhunun əlindəki bıçaq əvvəlcə onun köynəyini cırmış, sonra isə zərbələrin biri qarnına, digəri döş qəfəsinin sol hissəsinə dəymişdir. O, qarnını tutmaqla yerə yıxılsa da qalxıb çöməlmiş vəziyyətdə oturmuşdur, Ceyhun harasa gedərək 1-2 dəqiqə ötmüş qardaşı X7 ilə qayıtmaqla onu yerdən qaldırıb yoldan keçən taksi ilə Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya apararaq həkimlərə təhvil vermişlər. İş üzrə şahid qismində dindirilən X7 təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs ilə uyğun ifadə verdi. İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atasına məlumat vermək hüququ təmin edilmişdir (iş vərəqi 19). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 aprel tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən «Grandmart» mağazasının yaxınlığındakı hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotoşəkil protokola əlavə olunmuşdur (iş vərəqi 27-29). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən «Grandmart» mağazasının yaxınlığını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 31-33). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 aprel tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək götürülmüşdür (iş vərəqi 37). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 aprel tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs göstərilən maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 38-39). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 29 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 27-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 60-62). İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş 2022-ci il 11 may tarixli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddiası yoxdur (iş vərəqi 68). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il mayın 30-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 71-72). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 20 may tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə iclası zalında həbsdən azad edilməklə barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 74-78). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin 2022-ci il 25 may tarixli 286/2022-MTBŞ №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0-/İ/ olub tədqiqata təqdim edilən sonuncuya məxsus bir ədəd köynək üzərindəki ləkələrdə aşkarlanan insan qanının qrupu AB0 sistemi üzrə təyin edildikdə H antigeni və alfa, beta aqqlyutininləri alınmışdır, bu ləkələr AB0 sistemi üzrə 0-/İ/ qan qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqi 83-85). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 06 iyun tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (iş vərəqi 87-89). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini ekspertizasına dair 2022-ci il 10 iyun tarixli 558 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qarın nahiyəsinin ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin), qarın nahiyəsinin cırılmış yarası, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2022-ci il aprelin 27-nə uyğun gəlir, qarın nahiyəsinin ön divarının qarın boşluğuna nüfuz edən və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 91-92). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin 2022-ci il 10 iyun tarixli 233/2022 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus puloverin ön səthinin sol yarısındakı iki ədəd və sağ yarısındakı bir ədəd deşilmiş-kəsilmiş zədələr küpü, ülgücü olan, yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi, puloverin sağ qoltuqaltı tikiş nahiyəsində aşkarlanan sökülmə zədəsi küt yaranma mexanizminə malik olmaqla gərilib dartılması nəticəsində əmələ gələ bilərdi (iş vərəqi 97- 98). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2022-ci il 03 iyun tarixli 1413 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs adaptiv və ünsiyyətcil olmaqla özünə məxsus mövqeyə və prinsipə malikdir (iş vərəqi 101-103). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 iyul tarixli qərarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək maddi sübut kimi tanınmışdır (iş vərəqi 107). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 29 iyul tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və 2022-ci il 30 iyul tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120-ci, 126.2.4.-cü, 221-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd köynək saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 108-113 və 115-116). Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 08 iyun tarixli hökmünün surətindən görünür ki, X2 xuliqanlıq niyyəti ilə X5 qəsdən öldürdüyünə görə Azərbaycan Respublikasının CM-nin 102.2.2.-ci maddəsi ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiqlənmiş 2022-ci il 29 avqust tarixli ərizədən görünür ki, vurulmuş ziyan ödənildiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmaqla sonuncuya qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 30 aprel tarixli Qərarının 2.21.-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 2022-ci il aprelin 27-dən 2022-ci il sentyabrın 16-dək həbsdə və ev dustaqlığında saxlanmışdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gəlməklə barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 34 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 204 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 204 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1605/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1605/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver