Məhkəmə qərarları › İş №1(101)-1606/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1606/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1606/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Prestij” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 iyun 1996-cı ildə ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 iyun 2024-cü il tarixdə, saat 14:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yaxınlığındakı telefon mağazasından aldığı hər biri 2700 manat olmaqla ümumilikdə 10800 manat dəyərində 4(dörd) ədəd “İphone 14 pro max” markalı mobil telefonları 25 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında sonuncudan götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

2. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya “İphone 14 pro max 1TB” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs2 tanışı Şahid4 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yaxınlığındakı telefon mağazasından alaraq 1 may 2023-cü il tarixdə onun göstərişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində məlum olmayan tanışına təqdim etdiyi hər biri 3500 manat olmaqla ümumilikdə 35000 manat dəyərində “İphone 14 pro max 1TB” markalı mobil telefonları həmin şəxsdən götürüb ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya ilkin olaraq 50000 manat pul verdiyi təqdirdə “İphone” markalı mobil telefonlar alıb baha qiymətə sataraq 20000 manat və sonradan 56000 manat pul verdiyi təqdirdə 35000 manat gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 29 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 50000 manat, 10 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall” ticarət mərkəzində 56000 manat pulunu alaraq ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 106000 (bir yüz altı min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi təqdim edib sonuncuya 18000 manat dəyərində “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verəcəyi təqdirdə həmin telefonları baha qiymətə satıb əlavə 4000 manat gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyası yaxınlığındakı telefon mağazasından aldığı hər biri 2571 manat 50 qəpik olmaqla ümumilikdə 18000 manat 50 qəpik dəyərində “İphone 14 pro max” markalı mobil telefonları 14 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “ART” hotelin qarşısında sonuncudan götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 18000 (on səkkiz min) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 sonuncuya məxsus “İphone 12 mini” markalı mobil telefonu 1500 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 26 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qorqud” hoteldə Zərərçəkmiş şəxs5 1250 (bir min iki yüz əlli) manat dəyərində “İphone 12 mini” markalı mobil telefonu götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir.

6. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 sonuncuya məxsus “İphone 14 Midnigt” markalı mobil telefonu 3900 manata satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 5 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində onun göstərişi ilə həmin yerə gəlmiş məlum olmayan tanışına verdiyi 2731 (iki min yeddi yüz otuz bir) manat 50 (əlli) qəpik dəyərində “İphone 14 pro Midnight” markalı mobil telefonu məlum olmayan vaxtda və yerdə həmin şəxsdən götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq dələduzluq etmişdir.

7. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 sonuncuya məxsus “İphone 13 pro max” markalı mobil telefonu telefon alış-satışı ilə məşğul olan tanışları vasitəsilə 1650 manata sata biləcəyinə inandırıb etibarından suiistifadə etməklə aldadaraq bu adla 6 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının qarşısında onun göstərişi ilə həmin yerə gəlmiş məlum olmayan tanışına verdiyi 1650 (bir min altı yüz əlli) manat dəyərində “İphone 13 pro max” markalı mobil telefonu məlum olmayan vaxtda və yerdə həmin şəxsdən götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir.

8. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 tanışına 1150 manat pul ödədiyi təqdirdə həmin şəxsdən əlavə pul götürərək əvvəlcədən ələ keçirdiyi “İphone 14 pro Midnight” markalı mobil telefonun satışından əldə etdiyi 3900 manat pulu da qaytaracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 15 avqust 2023cü il tarixdə, saat 19:31-də ünvan 2 ünvanında yerləşən “Araz” supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun adına olan 4098-5844-6501-9915 nömrəli bank kartının hesabına göndərdiyi 1150 manat pulu və tanışından guya pul götürmək üçün əlavə 650 manat da ödəməli olduğunu bildirməklə həmin gün saat 21:31də Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən “Bravo” supermarketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun qeyd olunan bank kartının hesabına göndərdiyi 650 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir.

Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

9. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) Cild 1, 115-117; Cild 2, 13-16; 156-160;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Yasamal Mall” ticarət mərkəzinin arxa hissəsində yerləşən “X-Servis” telefon aksesuarları mağazasını işlətmiş, daha sonra Şahid1 ilə şərikli olaraq “ER” telecom mağazası açmışlar. Onlar orada telefon aksesuarları və telefonlar satmışlar. Onların əsas məqsədi kreditə telefonlar vermək olmuşdur. O özü əvvəllər də bu işlərlə məşğul olmuş, lakin Elməddin bu işə təzəlikcə başlamışdır. Onlar yeni və işlənmiş telefonlar alaraq kreditə vermiş və həmin şəxslər pulları ödədikdə onlar həm öz gəlirlərini götürmüş, həm də telefon sahiblərinin pullarını qaytarmışlar. Sonradan kreditə verdikləri şəxslər götürdükləri telefonların pullarını gecikdirdiyindən və ümumi Respublikada olan böhranla bağlı işləri zəifləmiş və borca düşmüşlər. Həmçinin həmin ərəfədə Elməddinin ümumiyyətlə işlərlə məşğul olmaması, pulları sağa-sola dağıtması onları daha çox borca salmışdır. Ona ittiham verilmiş epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə xeyli müddət telefon alqı-satqısı ilə məşğul olmuş və həmin şəxslərin pullarını vaxtı-vaxtında ödəmişdir. Həmçinin aralarında olan alqı-satqıların dəyəri onların göstərdikləri qiymətlərdən də artıq olmuş, həmin pulların hər birini vaxtı-vaxtında ödəmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 ilə əvvəllər dəfələrlə mobil telefon alıb satmış, Muradla birlikdə gəlir əldə etmək üçün sonuncu ona işlənmiş və yeni telefonlar gətirmiş, o da həmin telefonları kreditə vermiş, alınan puldan ikisi də gəlir əldə etmişlər. Bununla Murad ilə dəfələrlə aralarında belə alqı-satqı olmuşdur. Sonuncu dəfə Murad 25 aprel 2023-cü il tarixdə işlədiyi mağazaya gələrək 4 ədəd ümumi 10800 manat dəyərində “İphone 14 pro max” markalı mobil telefonlar gətirmişdir. O həmin telefonları kreditə verməklə əldə olunan gəlirdən əlavə 800 manat pul verəcəkdi. Murad da əvvəlki alqısatqılardan bilmişdir ki, o, telefonları kreditə verir və pul gəldikcə onlara pullarını qaytarır. Sonradan ona borclu olan şəxlər pullarını qaytarmadığından, Muradın pulununun ödənilməsində gecikmə olmuş və pulunu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə də xeyli müddət telefon alqı-satqısı ilə məşğul olmuş və pullarını da vaxtıvaxtında ödəmişdir. O, Elmanın pulunu ya mağazası ilə üzbəüzdə yerləşən “Dost” adlı marketə qoymuş və sonuncu həmin pulu oradan götürmüş, yaxud da özünə məxsus “Leobank” bank kartından Elmana məxsus bank kartına ödəmişdir. Sonuncu dəfə 1 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının yaxınlığında 10 ədəd hər biri 2800 manat olan ümumilikdə 28000 manat dəyərində “İphone 14 pro max 256" markalı mobil telefonlar vermişdir. Elmanla həmin telefonları kreditə verərək əldə olunan gəlirdən aralarında bölüşdürəcəklərini razılaşdırmışlar. Həmin telefonların kreditindən gələn gəlirdən Elmanın özünə 4000 manat pul ödəmişdir. Elman telefonlar kreditə verildiyindən pullar ödənildikcə onun pulunun verildiyini bilmişdir. Sonradan telefonları kreditə verdiyi şəxslərin borclarını verməməsi və onun avqust ayında hazırkı cinayət işi üzrə tutulması səbəbindən Elmanın pulunu qaytara bilməmişdir. Onun telefonları kreditə verdiyi şəxslərin məlumatlarını qeyd etdiyi dəftəri isə Elmir və qardaşı tərəfindən götürüldüyündən, həmin şəxslərin kimlər olduğunu xatırlamadığından, kiməsə pulların alınmasını tapşıra bilməmişdir. Kreditə verdikləri şəxslərdən vaxtı-vaxtında pulu ödəyən şəxslər də çox olmuşdur. Həmin şəxslərin o, tutulduqdan sonra həmin pulları Elməddinə ödədiyini düşünür. Lakin Elməddin bunu etiraf etmir. O, Zərərçəkmiş şəxs3 qardaşı Elməddinə görə tanımışdır. Elmir bir neçə dəfə ona telefon alqı-satqısı ilə məşğul olmalarını təklif etmiş, o da Elmirə qardaşı Elməddinin onun şəriki olduğunu, təklifi qardaşına etməli olduğunu söyləmişdir. Elmir isə həmin ərəfədə qardaşı ilə münasibətinin olmadığını, həmçinin qardaşının həmin ərəfədə Fəridə adlı qıza qoşulduğundan evə gəlmədiyini, pulları “sağa-sola dağıtdığını”, onu da ziyana salacağını söyləmişdir. Elmir qardaşına etibar etmədiyindən təklifi ona etdiyini bildirmişdir. 29 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə gedib Bakı şəhəri, Nəsimi rayonu 28 May metrostansiyasının yaxınlığında “Telefon univermağı” adlı mağazadan 50000 manat dəyərində 19 ədəd “İphone 14 pro max" markalı mobil telefon almışlar. O həmin telefonları da eyni qaydada baha qiymətə, kreditə verərək gəlir edərək həmin gəlirdən Elmirə də pul verməyi nəzərdə tutmuşdur. Elmir də ona əlində olan pulun xərclənməməsinə görə telefon kreditinə qoymaq istədiyini bildirmişdir. Elmir bundan sonra onda əlavə pul olduğunu, lazım olduqda yenə verə biləcəyini söyləmişdir. Həmin gündən təxminən 7-8 gün sonra o, Elmirə yenidən zəng vuraraq ucuz qiymətə yeni “İphone 14 pro max” markalı 256 yaddaşa malik telefonlar gəldiyini, həmin telefonları alaraq kreditə verə biləcəklərini söyləmişdir. 6 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında 12500 manat nağd pul almışdır. Həmçinin Elmirin anası da 15000 manat pul verərək həmin telefonları da Elməddinin əvəzinə işə qoymağını xahiş etmişdir. Çünki Elməddinin başı qıza qarışdığından evə getməmiş və ev ilə danışmamışdır. O da Elmirə telefonları kreditə verəcəklərini, pullar gəldikcə pulu verəcəyini söyləmişdir. Elmir isə ona həmin pulunun xərclənməməsi üçün bu işə qoyduğunu, problem olmadığını söyləmişdir. O, tutulana qədər həmin telefonlardan əldə etdiyi gəlirdən Elmirə məxsus bank kartına göndərmişdir. Həmçinin o, əvvəllər Zərərçəkmiş şəxs4 ilə də dəfələrlə mobil telefon alıbsatmışdır. Zərərçəkmiş şəxs4 sonuncu dəfə 14 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “ART Hoteldə” 7 ədəd hər biri 2571 manat 50 qəpik olan ümumi 18000 manat dəyərində “İphone 14 pro max” markalı mobil telefonlar vermişdir. O həmin telefonları kreditə vermiş və bəzilərini də satmışdır. Həmin telefonlardan əldə olunan puldan da Nicatdan əvvəl pul verməli olduğu adamların pulunu vermişdir. Daha sonra tutulduğundan Zərərçəkmiş şəxs4 telefonlarını satdığı şəxslərdən pulunu ala bilmədiyindən Nicatın pulunu ödəyə bilməmişdir. Eyni zamanda, 20 iyun 2023cü il tarixdə Zərərçəkmiş şəxs1 təkrarən ona zəng vuraraq özünə məxsus “İphone 13 pro max” markalı mobil telefonu olduğunu və onu satmaq istədiyini bildirmişdir. Lakin o, Murada əvvəlki borcunu qaytara bilmədiyindən telefonu götürə bilməcəyini, başqa yerə aparıb satmasını söyləmişdir. Murad isə ona onsuz da gec-tez telefonlardan əldə olunan puldan pulunu qaytaracağını, bunu da götürməyini xahiş etmişdir. O, Murada başqa telefon alqı-satqısı ilə məşğul olan adam nömrəsini vermişdir. Murad aparıb telefonu həmin şəxsə satmışdır. Daha sonra Murad ona zəng edərək onsuz da borclu olduğunu, həmin şəxdən də telefonun pulunu götürməyini, digər pullarla birlikdə qaytarmağını söyləmişdir. Murad həmin ərəfədə onun ziyanda olduğunu bilmiş və həmişə də pulunu vaxtında verdiyindən ona əsas ziyandan çıxmağını söyləmişdir. Sonradan o, tutulduğundan Muradın pullarını qaytara bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 ilə də dəfələrlə mobil telefon alıb-satmışdır. Mübariz 26 iyun 2023-cü il tarixdə ona 1 ədəd 1250 manat dəyərində “İphone 12 mini” markalı mobil telefonu vermişdir. O, Mübarizə həmin mobil telefonu baha qiymətə sataraq əlavə pul verəcəyini bildirmişdir. Həmin mobil telefon satıldıqdan sonra onun borcları olduğu üçün əldə etdiyi pulu öz borclarına vermiş, gələcəkdə Mübarizin pulunu qazanıb qaytaracağını düşünmüşdür. Bundan başqa, o, Mübarizin vasitəsi ilə Zərərçəkmiş şəxs6 ilə tanış olmuş, həmin şəxs özünə məxsus “İphone 14 256 GB Midnight” markalı mobil telefonu olduğunu və satdığını bildirmişdir. O həmin mobil telefonu 10 gün müddətinə satıb Kamrana əlavə olaraq 3900 manat pul verəcəyini bildirmişdir. Həmin mobil telefonu kuryer göndərərək 5 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində Kamrandan almışdır. Həmin mobil telefonu sataraq öz borclarını bağlamışdır. Bundan sonra, Kamran ona tez-tez zəng vurub pulunu istəmişdir. O, Kamranla danışan zaman 15 avqust 2023-cü il tarixdə Kamrana ona məxsus karta 1150 manat pul göndərməsini 20 dəqiqə müddətində həm 3900 manat pulunu, həm də göndərdiyi 1150 manat pulu geri göndərəcəyini demişdir. Bundan sonra Kamran onun kartına 1150 manat pul göndərmişdir. Həmin vaxtdan 1-2 saat sonra Kamran ondan pulu göndərməyini istədikdə o, əlavə olaraq 650 manat da pul göndərməsini, bundan sonra həm borclu olduğu 3900 manat pulu, həm də onun kartına atdığı 1150 və 650 manat pulu geri qaytaracağını demişdir. Həmin vaxt ucuz telefon olduğundan o həmin telefonları alıb sataraq Kamranın pulunu qaytaracağını və özü də gəlir əldə edə biləcəyini düşünmüşdür. Daha sonra o, tutulduğundan pulunu qaytara bilməmişdir.

10. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, telefon alqı-satqısı ilə təxminən 10 ilə yaxın məşğul olmuş və həmişə də işləri yaxşı getmişdir. Onun işləri əsasən Elməddinlə şərik olduqdan sonra pisləşməyə başlamışdır. Ölkədə bütün telefon mağazalarında nağd satışla kreditlə satış arasında qiymət fərqi olmuşdur. Həmin şəxslər telefonu kreditə verdiyindən qiyməti nağd qiymətdən baha qoyurlar. O da telefonları kreditə verdiyindən qiymətini aldığı qiymətdən baha qoymuşdur. İbtidai istintaq isə əsassız olaraq ona telefonları baha qiymətə qoyduğundan dələduzluq etdiyinə dair ittiham vermişdir. Belə olanda halda, ölkədə olan bütün, o cümlədən məşhur “Kontakt Home” və “İrshad Telecom” da dələduzluq edir. Onların etdiklərinə alqı-satqı, onun etdiyinə isə dələduzluq deyilir. Bu isə əsassızdır. Onun ümumiyyətlə heç bir zaman hansısa şəxsi aldatmaq fikri və niyyəti olmamışdır. O, yalnız alqı-satqı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs qismində tanınmış bütün şəxslərlə dəfələrlə yüksək məbləğdə aralarında alqı-satqı olmuş və o da onların pullarını vaxtıvaxtında ödəmişdir. Tarixlərdən göründüyü kimi, həmin şəxslərə olan borcları tutulduğundan 3-4 ay əvvələ aiddir. Hansı ki, o, tutulmasaydı həmin şəxslərin pullarını qaytarmaqla öz işlərini də qaydasına qoyacaqdı. Hal-hazırda kreditə telefon verdiyi şəxslər o, tutulduğundan və həmin şəxslərin məlumatları olan dəftər olmadığından həmin şəxslərdən pulları da ala bilmir. Lakin zərərçəkmiş şəxslərə borclu olduğunu anlayır və onların pullarını qaytaracaqdır. Aralarında olan münasibətlər yalnız mülki xarakterli münasibət olmuş və o hər hansı dələduzluq cinayəti törətməmişdir. Zərərçəkmiş şəxs3 ümumilikdə 62500 manat pul almış, 15000 manat Zərərçəkmiş şəxs3 anasından almışdır. Bu zamana Elmirə məxsus bank kartına 4000 manat pul ödəmişdir. Əldə etdiyi pulların hamısına “İphone 14 pro max” markalı mobil telefonlar almış və həmin mobil telefonları müxtəlif şəxslərə kredit yolu ilə satmışdır. Sonradan tutulması ilə əlaqədar pulları yığıa bilmədiyindən, həmin şəxslərə borclu qalmışdır. Mobil telefonların alışını və kredit yolu ilə satdığı mobil telefonları hansısa bir sənədlə rəsmiləşdirməmiş, lakin həmin şəxslərin məlumatlarını öz dəftərində qeyd etmişdir. Hal-hazırda həmin dəftər yoxdur və Elmir və Elməddin qardaşları tərəfindən yox edilmişdir. Zərərçəkmiş şəxs3 50000 manat pula mobil telefon alıb ona verən zaman, həmçinin 12500 manat pulu ona verən zaman yanlarında heç kim olmamış, həmin vaxtı tək olmuşdur. Təxminən 4000 manat Zərərçəkmiş şəxs2 pul qaytarmışdır. Zərərçəkmiş şəxs3 ona yalnız 62500 manat pul vermişdir. Elmir əlavə 56000 manat pulu da qardaşı ilə Elməddin ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Zefir Mall” yaxınlığında verdiyini bildirmişdir. Lakin Elmirin ifadəsində göstərdiyi tarixdə o, “Zefir Mal”ın yaxınlığında ümumiyyətlə onlarla görüşməmişdir. Həmçinin həmin ərəfədə ümumiyyətlə Elməddin Elmirlə danışmamışdır. İbtidai istintaq zamanı üzləşdirmə zamanı Elmir konkret tarix və yer göstərərək ona həmin tarixdə və yerdə 56000 verdiyini bildirməklə tamamilə yalan söyləmişdir. Elməddin həmin ərəfədə evli ola-ola başqa qadına qoşulmaqla həmin qadınla yaşamış, ümumiyyətlə işə gəlməmişdir. O, sonradan həmin qızın Türkiyə Cümhuriyyətinə getdiyini eşitmiş və bu barədə başqa məlumatı yoxdur. Onun telefon mağazası olan yerin ətrafında başqa bir obyekt olmamış, yalnız “Dost” adlı market olmuşdur. Elmanın pulunu bir hissəsini həmin marketdə işləyən ayrı-ayrı şəxslərə Elmanın gəlib götürməsi üçün vermişdir. Lakin hazırda həmin mağaza bağlanmış və orada işləyən şəxslər barəsində isə məlumatı yoxdur.

11. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, təxminən 7-8 ildir telefon alqı-satqısı ilə məşğul olmaqla birinci növbədə Xaçmaz rayonunda, daha sonra isə Bakı şəhəri, Yeni Yasamal ərazisində mağaza açmış, orada bir müddət tək işlədikdən sonra Zərərçəkmiş şəxs3 qardaşı Şahid1 ilə “ER” telecom adlı şərikli mağaza açmışlar. O, Elməddinlə birlikdə 8-9 ay birlikdə işləmiş, fəaliyyətləri zamanı 90 faiz telefonu kreditlə verib 1-3 ay ərzində üzərinə faiz əlavə etməklə gəlir əldə etmiş, telefonları götürərkən telefonu vermiş şəxslərə pulların qaytarılmasında 5-10 gün gecikmə ola biləcəyi barədə məlumat vermiş, zərərçəkmiş şəxslərə borclu olduğu pulları tutulmasına görə ödəyə bilməmişdir. Elməddinlə işlədiyi dövrdə sonuncu qazanılan pulları xərcləmiş, o, tutulduqdan sonra isə Elməddin mağazada olan malları və digər bütün əşyaları aparmış, həmin proseslərə onun işçisi şahid olmuşdur. Onun Elmirlə ittihamda göstərildiyi kimi 105 min manat deyil, 62500 manat pul məsələsi olmuş, həmin puldan 4000 manatı ödəmişdir. Belə ki, 2023-cü ilin iyun ayında Elmirlə 28 mayda telefonların univermağına getmiş, bu zaman Elmirin üzərində pul dollarla olmuş, orada dolları qəbul etmədiklərindən dolları gedib manata çevirmiş, telefonları özü (Elmir) götürüb daha sonra ona vermişdir. O, Elmirdən əvvəl Elmanla telefonları kreditə verməklə bağlı işləmiş, sonuncuya 35000 manat, Zərərçəkmiş şəxs1 ittihamda göstərilən miqdarda, yəni 10800 və 1600 manat, Zərərçəkmiş şəxs4 18000 manat, Zərərçəkmiş şəxs5 1250 manat, o cümlədən Zərərçəkmiş şəxs6 də ittihamda göstərilən miqdarda, yəni 2731 manat 50 qəpik və 1800 manat borcu olmuşdur. Bütün borclarını ödəyəcəkdir. Elməddin və Elmir hadisə baş verən vaxtlarda danışmadıqlarından onun (Təqsirləndirilən şəxs) “Zefir Mall”da sonunculardan pul alması mümkün deyildir. O, zərərçəkmiş şəxslərlə iş görmüş, onun həmin fəaliyyətlə məşğul olmasını təsdiq edən “VÖEN”i olmuş, sonunculardan aldığı pulu rəsmi mühasibatlıqda qeyd etməsə də, mühasibatlıq məsələlərini qeyd etdiyi qeyri-rəsmi dəftəri olmuşdur. O, Şahid1 ilə birlikdə 25 apreldə aldıqları pulu 2-3 ay sonra qaytarmalı olmuş, zərərçəkmiş şəxslər də aldıqları telefonların pulunu 3 aya kimi ödəyəcəklərini bildirmiş, lakin aprel ayında aldığı həmin pulları ziyan düşdüyü üçün qaytara bilməmişdir. Onlar Elməddinin pulları boş yerə xərcləməsi səbəbindən borca düşmüş, sonuncunun bu hərəkətlərindən şikayət etmişdir.

12. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, telefonları yalnız şəxsiyyət vəsiqəsi ilə 2-3 aylıq kreditə vermiş, kreditə verilmiş hər telefonun üzərindən 400-500 manat gəlir qazanmalı olmuşdur (qazanacağını düşünmüşdür). Onun Zərərçəkmiş şəxs2la 35000 manatlıq alış-verişi olmamış, sonuncu ona 7 ədəd mobil telefon verməklə 25000 manat pul vermiş, həmin pulun 4000 manatını geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 aldığı telefonu satıb kreditə vermiş, kreditin pulunu 20-25 gün müddətində almış, lakin sonuncu ilə alış-veriş etməsinə dair aralarında hər hansı müqavilə və ya başqa sənəd olmamışdır. O, Zərərçəkmiş şəxs1 gətirdiyi telefonlardan 2 ədədinin pulunu, yəni aralarında olan 15000 manatlıq alış-verişdən 4000 manatını ödəmiş, sonradan işlərində yaranmış ziyanla əlaqədar qalıq borcu ödəyə bilməmiş, sonuncuya ittihamda göstərilən miqdarda borcunun olmasını etiraf edir. O, Zərərçəkmiş şəxs3 106000 manat deyil, 62500 manat almış, həmin puldan 4000 manat ödəmiş, aldığı 50000 manata isə telefon alıb kreditə vermişdir. Elmir verdiyi pulu vaxtından əvvəl, yəni pulu verdikdən 15 gün sonra tələb etmiş, o da vaxt verməsini, pulunu 1 aya qaytaracağını bildirmişdir. Bundan sonra o, iyun ayın 26-da Elməddin, Elmir və sonuncuların İlkin adlı dostu tərəfindən qaçırılmış, qolunda xəsarətləri yaranmış, bu barədə müvafiq orqana şikayət etmişdir. Onun Elmirlə arasında alış-verişə dair hər hansı müqaviləsi olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq niyyəti olmadığını, himayəsində iki azyaşlı uşağı olduğunu, zərərçəkmiş şəxslərlə iş gördüyünü, lakin ziyana düşdüyündən və Elməddinin onu borca salması səbəbindən borclarını ödəyə bilmədiyini, zərərçəkmiş şəxslərlə aralarındakı münasibətlərin mülki xarakterli olmasını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

13. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

14. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

15. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin dekabr ayında o, “Tap.az” internet saytına özünə məxsus “İPhone X” markalı mobil telefonun 400 manata satışı ilə bağlı elan yerləşdirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona zəng vuraraq həmin mobil telefonu ondan 600 manat pul müqabilində alacağını, lakin ödənişi 10 gün müddətində edəcəyini bildirmişdir. Həmçinin Ramin özünə məxsus şirkətin olduğunu və telefonların satışını həyata keçirdiyini bildirmişdir. Bundan sonra o həmin “İphone X” markalı mobil telefonu Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, “Yasamal Mall” ticarət mərkəzinin arxa hissəsində yerləşən telefon mağazasında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 10 gün müddətində onun satdığı “İPhone X" markalı mobil telefonu baha qiymətə sataraq onun satdığı qiymətdən 200 manat baha, yəni 600 manat ona pulunu qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxslə şəxsi tanışlığı və inamı yaranmışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında ona “İPhone” markalı mobil telefonların satışı ilə məşğul olduğunu, əgər “İPhone” markalı mobil telefonlar alıb verərsə həmin mobil telefonları baha qiymətə sataraq əlavə gəlir əldə edə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs bu iş üçün ilkin olaraq 10 ədəd “İPhone 14 Pro Max” markalı mobil telefon almalı olduqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dediklərinə inanmış və 14 iyun 2023-cü il tarixdə o, 18000 manata hər biri 2571 manat 50 qəpik olan 7 ədəd "İPhone 14 Pro Max" markalı mobil telefon almışdır. Həmin mobil telefonları Təqsirləndirilən şəxslə danışıb xx.xx.2023cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "ART" hoteldə Raminə vermişdir. Təqsirləndirilən şəxs ona 25 gün gözləmək lazım olduğunu və həmin verdiyi 18000 manat pulun əvəzinə ona 22000 manat verəcəyini bildirmişdir. Həmin vaxtdan 25 gün sonra isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək ona pulları verməkdən yayınmışdır. Sonda isə mobil telefonları söndürərək zənglərə cavab verməmiş və icarə əsasında işlədiyi mağazanı bağlayaraq çıxıb getmişdir. Həmin vaxtdan sonra bir daha Təqsirləndirilən şəxslə görüşmək mümkün olmamışdır. Raminin bu hərəkətindən sonra o, aldadıldığını başa düşmüş və polisə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 18000 manat məbləğində maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs verdiyi 18000 manat dəyərində mobil telefonların əvəzində Ramin ona xeyir kimi, qazanc kimi hansısa məbləğ verməmişdir. Təqsirləndirilən şəxs telefonları aldıqdan sonra telefonlarını söndürüb əlaqəni kəsmişdir. O, 18000 manat dəyərində 7 ədəd “İPhone 14 Pro Max” markalı mobil telefoları Raminə verən vaxtı yanlarında heç kim olmamışdır. Lakin Təqsirləndirilən şəxs həmin 18000 manat dəyərində mobil telefonları almasını təsdiq edən “Whatsapp” proqramı vasitəsi ilə aralarında aparılmış yazışmalar və Raminin ona göndərdiyi səs yazılarını ibtidai istintaq orqanına təqdim etmişdir.

16. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxslə 2 il əvvəl tanış olmuş, sonuncu ilə 4-5 dəfə telefon alış-verişi etməklə ilk dəfə 1 ədəd telefon, daha sonra 3-4 ədəd telefon vermiş, ən çox verdiyi məbləğ isə 5 min manat olmuş, həmin vaxtlarda Ramin pulu 10-15 gün müddətinə qaytarmış, lakin sonradan zəng edib ondan böyük məbləğdə pul istəməklə ona telefon gətirməsini, həmin telefonlar vasitəsilə alver etmələrini təklif etmiş, o da bu təklif əsasında 4000 manat qazanc əldə etmək müqabilində sonuncuya 14 iyun 2023-cü il tarixdə 28 May metrostansiyası yaxınlığında yerləşən mağazalardan 18000 manat dəyərində 4 ədəd telefon alıb vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ona verilən 18000 manat pulu 15 gün sonra qaytarmalı olsa da, sonuncu onun mesaj və zənglərinə cavab verməmiş, sonradan onun tutulması barədə eşitmişdir. Təqsirləndirilən şəxs ona işlərində sıxıntıları olması ilə əlaqədar pulunu qaytara bilmədiyini bildirmiş, lakin bu zaman şəriki Şahid1 pulları xərcləməsi barədə hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs ona 2-3 günə pulu qaytaracağını bildirib qaytarmamasına görə onu aldadaraq dələduzluq etdiyini hesab etdiyindən ondan şikayət etmişdir. O, Təqsirləndirilən şəxs Yeni Yasamalda yerləşən mağazasını görmüş, sonuncu həmin mağazada tək olmuş, böyük mağazaya keçdikdə isə özündən əlavə bir nəfər də işçisi olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə axşam vaxtı ona zəng edib yanına çağırmış, sonuncu ilə 600 manatlıq alverdən sonra aralarında bir neçə dəfə də alış-veriş olmuşdur. O, Təqsirləndirilən şəxs telefonları verərkən hər hansı sənədə imza çəkməmiş, aralarında alqı-satqıya dair hər hansı müqavilə bağlanmamış, lakin verdiyi telefonlarla bağlı bəzi sənədləri vardır. İfadəsinin sonundan Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs telefonları hoteldə verdiyini, sonuncunun ona dəymiş ziyanı ödəmədiyini və ondan pulunu tələb etdiyini bildirərək məhkəmədən ona vurulmuş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etdi.

17. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayından telefon alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. İlk dəfə Raminə “Samsung S22” markalı mobil telefon satmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ona mobil telefon alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. O, Raminə maksimum üç telefon alıb satmaq üçün verə biləciyini bildirmişdir. Ramin isə onu mobil telefon alıb verdiyi halda həmin telefonları baha qiymətə sataraq ona əlavə pul qazandıracağını inandırmışdır. Bundan sonra Ramin ona 10 ədəd “İPhone 14 Pro Max 1 TB" markalı mobil telefonlar alıb verməyini, 10 gün müddətində həmin telefonları sataraq ona əlavə olaraq 10000 manat pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs vədinə inanıb borc alıb 1 may 2023-cü il tarixdə sonuncuya Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının yaxınlığında 10 ədəd hər biri 3500 manat olan ümumilikdə 35000 manat dəyərində “İPhone 14 Pro Max 1 TB” markalı mobil telefonlar vermişdir. Həmin mobil telefonları Ramin ondan alan zaman ona həmin mobil telefonları müxtəlif şirkətlərə paylayacağını və ona 35000 manatdan əlavə olaraq 10000 manat gəlir verəcəyini bildirmişdir. Bundan sonra Ramin ona 4000 manat pul qaytarmışdır. Lakin nəinki ona 10000 manat gəlir vermək heç ondan aldığı 35000 manat dəyərində mobil telefonların pulunu ona geri ödəməmişdir. Buna görə də o, Raminə zəng vurduqda sonuncu telefonları söndürərək edilən zənglərə cavab verməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu “Yasamal Mall” ticarət mərkəzinin arxasında yerləşən telefon mağazasına getdikdə orada onu Elmir adlı şəxs qarşılamış və söhbət zamanı Təqsirləndirilən şəxs Elmiri və əlavə olaraq 3-4 nəfər şəxsi də telefon alqı-satqısı adı ilə aldadaraq dələduzluq etdiyini bilmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 35000 manat məbləğində maddi ziyan dəymişdir. Ramin həmin puldan 4000 manatını ona geri ödəmişdir. O, 35000 manat dəyərində mobil telefonları Təqsirləndirilən şəxs verən zaman yanlarında Şahid4 olmuşdur.

18. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o, “Tap.az” saytında telefon elanı yerləşdirdikdən sonra Ramin ona zəng edərək telefonu alacağını, lakin telefonun pulunu 2 həftə sonra, onun oğurluq telefon olub-olmadığını müəyyənləşdirdikdən sonra verəcəyini bildirdikdə Raminlə razılaşıb telefonu vermişdir. Təqsirləndirilən şəxslə sonradan 2-3 telefon alverləri olmuş, bu zaman sonuncu onun pulunu vaxtında qaytarmışdır. Sonuncu dəfə 2023-cü ilin may ayında Raminə 10 ədəd telefon vermiş, bu zaman o həmin telefonları borc alıb vermişdir. 1 may 2023-cü il tarixdə iş yerində olduğu üçün dostu Ələkbər vasitəsi ilə Raminə telefonları vermiş, sonuncu sənədləri ona daha sonra verəcəyini bildirmişdir. Ramin may ayının sonunda 20 min manat borcu olduğunu bildirdikdə o, sonuncuya 10 min manat verməsini, qalıq pulu isə sonra verə biləcəyini bildirmiş, buna görə Raminə 4 ay vaxt vermiş, lakin o, borcunu geri qaytarmamışdır. Ona qaytarılmış 4000 manat pulu da çox çətinliklə hissə-hissə olmaqla almışdır. O, əvvəllər də Raminlə hər dəfə 2-3 telefon verməklə 5-6 dəfə alver etmiş, bu zaman ən çox məbləğ 10-12 min manat olmuşdur. Ramin ona şirkətlərlə işlədiyini, telefonları kreditə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə aralarındakı razılaşmaya əsasən ona verilməli pulun yarısını may ayının 15-də, qalan yarısını isə may ayının sonunda verməli olmuşdur. Təqsirləndirilən şəxs ona əldə etdiyi telefonları hansısa şirkətə verdiyini demişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona 31000 manat məbləğində ödənilməmiş ziyanı qaldığını bildirərək məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.

19. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin mart ayında “Lalafo” internet elan saytında özünə məxsus “İPhone X” markalı mobil telefonu 390 manata satması barədə elan yerləşdirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona zəng vuraraq həmin mobil telefonu 480 manata ondan alacağını, lakin pulunu 10 günə verəcəyini bildirmişdir. O həmin şəxslə razılaşmış və mobil telefonu Raminin işlədiyi mağazada sonuncuya vermiş və 10 gün sonra Ramin söz verdiyi kimi onun 480 manat pulunu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əlavə mobil telefonlar olarsa həmin mobil telefonları da alıb baha qiymətə sataraq ona pulunu verə bilər. Bundan sonra o, borc alaraq 4 ədəd hər biri 2700 manat olan ümumi 10800 manat dəyərində olan “İPhone 14 Pro Max” markalı mobil telefon almışdır. Həmin mobil telefonları 2023-cü ilin aprel ayının 25-də Təqsirləndirilən şəxs işlədiyi mağazada sonuncuya vermişdir. Təqsirləndirilən şəxs yenə həmin mobil telefonları sataraq 10 gün müddətində ona hər bir mobil telefon üçün 3500-3600 manat pul verəcəyini bildirmişdir. Halbuki, o həmin mobil telefonların yenisini qutuda ağzı açılmamış vəziyyətdə 2700 manata almışdır. Həmin vaxtdan təxminən 2-3 ay müddətində Ramin ona müxtəlif bəhanələr gətirərək onun pulunu qaytaracağına dair söz vermişdir. O isə Raminin pulunu qaytarmasını gözləmişdir. Bundan sonra o özünə məxsus “İPhone 13 Pro Max” markalı mobil telefonu da satmaq istəmişdir. Lakin Raminə artıq inanmadığı üçün ona satmamışdır. Telefonu satmaq üçün adam axtaran zaman Raminə zəng vuraraq ona verdiyi 4 ədəd 10800 manat dəyərində "İPhone 14 Pro Max" markalı mobil telefonun pulunu geri istəmişdir. Ramin pulu qısa müddətdə qaytaracağını demişdir. Bu zaman o, Raminə özündə "İPhone 13 Pro Max" markalı mobil telefon olduğunu və satmaq istədiyini demişdir. Ramin ona bildirmişdir ki, tanış adamı vardır, mobil telefonu ona inanmırsa həmin şəxsə versin, həmin şəxs də mobil telefonu satıb onun pulunu qaytarsın. Bundan sonra Təqsirləndirilən şəxs ona mobil nömrə vermişdir. O həmin şəxslə əlaqə saxlamış və həmin şəxslə Bakı şəhəri Nəsimi rayonu ərazisində 28 May metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin şəxs hər hansı bir telefon mağazası işlətməmişdir. Həmin şəxsə o, 1650 manat dəyərində "İPhone 13 Pro Max" markalı mobil telefon vermişdir. Həmin şəxs 4-5 saata telefonu satıb pulunu ona verəcəyini demişdir. O da həmin şəxsə inanmışdır. Telefonu həmin şəxsə verdikdən 4-5 saat sonra isə o həmin şəxslə əlaqə saxladıqda sonuncu ona Raminin zəng vurduğunu, guya onun Raminin kuryeri olduğunu dediyini və mobil telefonun pulunu Raminə göndərməyini istədiyi üçün mobil telefonun pulunu Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng vurub satılan mobil telefonunun pulunu istədikdə sonuncu həm satılan mobil telefonunun pulunu, yəni 1650 manatı, həm də əvvəl Raminə satdığı 4 ədəd 10800 manat dəyərində mobil telefonların pulundan ona 4000 manatı gün ərzində verəcəyini demişdir. Bundan sonra isə telefonları söndürərək edilən zənglərə cavab verməmişdir. Həmin pul da bu günə qədər ödənməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək ona pulları verməkdən yayınmışdır. Sonunda isə mobil telefonları söndürərək telefonlara cavab verməmiş və icarə əsasında işlədiyi mağazanı bağlayaraq çıxıb getmişdir. Həmin vaxtdan sonra bir daha Təqsirləndirilən şəxslə görüşmək mümkün olmamışdır. Raminin bu hərəkətindən sonra o, aldadıldığını başa düşmüş və polisə məlumat vermişdir. Ramin tərəfindən ona ümumilikdə 12450 manat məbləğində maddi ziyan vurulmuşdur. Onun Təqsirləndirilən şəxs verdiyi mobil telefonların əvəzində sonuncu ona qazanc kimi hansısa məbləğ verməmişdir. Təqsirləndirilən şəxs telefonları aldıqdan sonra telefonlarını söndürüb əlaqəni kəsmişdir. O, 10800 manat dəyərində 4 ədəd “İPhone 14 Pro Max” markalı mobil telefonları Təqsirləndirilən şəxs verən zaman yanında Ruslan adlı dostu olmuşdur. Təqsirləndirilən şəxs hər mobil telefon üçün ona 3500-3600 manat pul verəcəyini ona deyərək inandırmışdır.

20. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, o, mobil telefonunu 380 manata elan saytında satışa qoymuş, bu zaman Təqsirləndirilən şəxs ona zəng edərək telefonu pulunu 10 gün ərzində verəcəyi şərti ilə 480 manata ala biləcəyini bildirmiş, o, əvvəlcə Raminin bu təklifi ilə razılaşmasa da, sonuncunun mağazasının olmasını, habelə gəlib baxa biləcəyini bildirməsi əsasında həmin mağazaya getmiş və orada telefonu verib pulunu 10 gün sonra almışdır. Təqsirləndirilən şəxs ona müxtəlif şəxslər tərəfindən telefonların verilməsi əsasında hər ay 2-3 min manat pul qazandığını, həmin şəxslərin pulunu isə 15 gün müddətində qaytardığını bildirmişdir. Bundan sonra o, “İphone 8” və başqa markalı mobil telefonlarını da Raminə aparıb vermiş, müvafiq olaraq 10 və 15 gün ərzində pulunu almışdır. Ramin ona daha böyük məbləğlərdə telefon verməsini, bununla da daha çox məbləğdə, habelə ***-**** manat pul qazana biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs mağazasının olması onda sonuncuya qarşı inam yaratmış, bu səbəbdən 28 may ərazisindən aldığı “İphone 14 pro max” markalı telefonunu ona vermiş, 1 ay keçməsinə baxmayaraq Ramin onun pulunu qaytarmamış, əlavə olaraq 1 ədəd də telefon gətirməsini, hər iki telefonun pulunu artıqlaması ilə qaytaracağını bildirmiş, o da borca girməklə yeni telefon alıb Raminə vermişdir. O, Ramindən necə qazanc əldə etməsini soruşduqda sonuncu ona telefonları kreditə verdiyini bildirmişdir. Yeni telefon almasından 20 gün sonra Ramin ona zəng edərək təcili olaraq 2 ədəd “İphone 14 pro max” telefon lazım olduğunu, həmin telefonları 5 günə qaytaracağını bildirmiş, lakin sonradan onun telefonlarına zəng çatmamış, zənglərə cavab verdikdə isə ona yalan vədlər verməklə yubadaraq 5-10 günə qaytaracağını bildirmişdir. O, telefonların birini 2700 manata almış, hər telefona görə ona 400 manat pul qalmalı olmuşdur. 4 ədəd telefondan başqa dostunun onun adına “Word Telecom”dan aldığı telefonu satarkən Raminlə əlaqələndirmiş, telefonu aparıb şəxsi telefonu olduğunu, habelə sonuncuya pulun ona məxsus olmasını bildirsə də, Ramin telefonu satdığı şəxsə onun (Zərərçəkmiş şəxs1) kuryer olduğunu, telefonun pulunun Raminə çatacağını bildirmişdir. O həmin şəxsdən pulu tələb edərkən sonuncu pulu Raminin aldığını bildirmişdir. Ramin tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ramin ilk dəfə telefonu ondan alarkən müqaviləyə oxşar sənəd təqdim etsə də, sonrakı alış-verişlərdə hər hansı sənəd təqdim etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi.

21. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə qardaşı Elməddinin arasında dostluq münasibətləri olduğu üçün tanımış, sonradan onun da Raminlə dostluq münasibəti yaranmağa başlamışdır. Ramin Bakı şəhəri “Yasamal Mall” ticarət mərkəzinin arxasında mobil telefon satışı mağazası işlətmiş, o da Ramin onun dostu olduğu üçün ara-sıra Raminin işlədiyi mağazaya gedib söhbətləşmişdir. 28 may 2023-cü il tarixdə yenə o, Raminin mağazasında olan zaman sonuncu ona mobil telefon alqı-satqısında yaxşı pul olduğunu 28 May metrostansiyasının yaxınlığında “telefon univermağı” adlı mağazada ucuz “İPhone” markalı mobil telefonlar satıldığını, həmin mağazadan ucuz qiymətə “İphone” markalı mobil telefonlar sifariş edəcəyini, telefonların bir həftə müddətində təhvil veriləcəyini və hər bir mobil telefondan 200 manat gəlir əldə edəcəyini bildirmişdir. Bundan sonra Ramin ona bildirmişdir ki, “bu işdən yaxşı gəlir əldə etmək olar”. Ramin ona guya telefonları sifariş vermək üçün 50000 manat pul verməyini 20 gün müddətində həmin telefonları gətirib sataraq verdiyi 50000 manatdan əlavə 20 000 manat da qazanc verəcəyini bildirmişdir. O da Raminə inanıb həmin günün səhəri 29 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs “28 Mall” ticarət mərkəzinin yanında 50000 manat pul vermişdir. Ramin ona 20 gün müddətində “İphone” markalı mobil telefonları sifarişlə gətirib satıb 20000 manat gəlir əldə edəcəklərini bildirmişdir. Həmin gündən təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq əlinə yaxşı fürsət düşdüyünü, 1 terabayt yaddaşa sahib “İphone” markalı mobil telefonların gəldiyini həmin telefonları alıb sataraq ondan daha çox gəlir əldə edə biləcəyini bildirmiş və həmin iş üçün 56000 manat əlavə pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs verdiyi 50000 manat puldan əldə edilən gəliri ona verməsini, bundan sonra yenidən pul verə biləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona belə fürsətin qaçırılmayacağını, 56000 manat puldan 35000 manat gəlir əldə edə biləcəklərini bildirmişdir. O da evdə qardaşı Elməddinlə danışıb belə bir fürsətin olduğunu, 56000 manat pul müqabilində 35000 manat gəlir əldə edə biləcəklərini bildirmiş və ondan borca pul istəmişdir. Qardaşı Elməddindən 40000 manat borc almış və özündə olan 16000 manat pulu da cəmləyib 56000 manat pul düzəldib Raminə zəng vurmuşdur. 10 iyun 2023-cü il tarixdə, təxminən saat 14:30 radələrində o, qardaşı Elməddin və Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. O, orada Raminə qardaşının yanında 56000 manat da əlavə pul vermişdir. Bundan sonra Ramin işlətdiyi telefon mağazasını bağlamış və mobil telefonları söndürərək edilən zəngələrə cavab verməmişdir. Raminin bu hərəkətindən sonra o, aldadıldığını başa düşmüş və polisə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 106000 manat məbləğində maddi ziyan dəymiş və hər hansı məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra telefonlarını söndürüb əlaqəni kəsmişdir. O, Təqsirləndirilən şəxs 50000 manat pulu verən zaman yanlarında heç kim olmamışdır. 56000 manat pulu verən zaman isə qardaşı Elməddin yanında olmuşdur.

22. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə edərək göstərdi ki, o, əvvəllər Raminlə dostluq münasibətlərində olmuşdur. 28 may 2023-cü il tarixdə Ramin ona zəng edib evin arxa tərəfinə keçməyini xahiş etmiş, orada “İphone 14 pro max” 256 gb yaddaşlı mobil telefonları 2650 manata alıb 2850 manata sataraq qazanc əldə edə biləcəklərini bildirməklə ondan 50000 manat pul istəmiş, o həmin işin necə baş tutacağı barədə maraqlandıqda Ramin ona aldığı telefonları 1 saata satacağını, əldə etdiyi pulların dövriyyəsindən isə ona 20000 manat pul qazandıracağını söyləmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqdan sonra növbəti gün, 29 may 2024-cü il tarixdə 28 May metrostansiyası qarşısında onunla görüşüb 50 min manat pulu ona vermiş, təxminən 7-10 gün sonra sonuncu ona yeni şansının yarandığını, 1 TB yaddaşlı “İphone 14 pro max” markalı mobil telefonların ucuz qiymətə satıldığını, həmin telefonları alması üçün isə yenidən pul verməsini təklif etmişdir. O, “Zefir Mall”un qarşısında qardaşı Elməddinlə birgə Raminlə görüşüb ona 56000 manat pul vermiş, həmin vaxt sonuncu görüşdükləri əraziyə **-TP-*** markalı “Land Rover” markalı avtomobillə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun telefonlarına cavab verməmiş, mağazasını bağlamış, aldığı pulları isə geri qaytarmamışdır. O, Raminin atasının yanına getdikdə sonuncu Raminin bir neçə dəfə eyni hadisələri törətdiyini, habelə “onu sildiyini”, əmisi isə Raminin həmin hərəkətlərindən bezdiyini bildirmişdir. O, Raminin atasına Ramini polis verəcəyəni bildirmiş, sonradan atası onu (Zərərçəkmiş şəxs3) polisə verməklə 29-cu Polis bölməsinə guya Ramini qaçırıb hədələmələri ilə bağlı şikayət etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə istintaq orqanından gizlənmiş, restoran bağladıb orada istirahət etmiş, habelə icarəyə “BMW” markalı maşın götürüb gəzmiş, sonradan Qusarda aldatdığı pullarla istirahət edərkən tutulmuşdur. Təqsirləndirilən şəxs onunla olan dostluq münasibətlərindən, habelə etibarından sui-istifadə etməklə onu aldatmış, 50000 manat pulu 15-20 günə qaytaracağını, 56000 manat pulu isə 12-15 gün ərzində qaytaracağını demiş, lakin ona hər hansı məbləğdə pul qaytarmamışdır. X6 arasında dostluq münasibətləri olmuş, lakin hər hansı şəriklikləri olmamışdır. O və qardaşı Elməddin Raminin mağazasına gedib oranı dağıtmamışlar. Ramin “Land Rover”dən başqa “Prado” markalı avtomobil də sürmüş, maşınları Xəyal adlı şəxsdən Yasamal rayonunda telefon mağazasının yanından icarəyə götürmüş, Raminin həmin şəxsə də 15000 manat borcunun olduğunu eşitmişdir. O, Raminin telefon mağazasının açılışında iştirak etməmiş, habelə sonuncu ilə aralarındakı münasibətlərə dair hər hansı müqavilə və ya sənəd olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini və vurulmuş ziyanı ödəmədiyini, ödəmək üçün də hər hansı hərəkət etmədiyini bildirərək məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və ona vurulmuş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etdi.

23. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs dostu Mübarizin vasitəsi ilə tanımışdır. Mübarizlə söhbət əsnasında Mübariz ona Ramin adlı bir şəxslə tanış olduğunu, həmin şəxsin telefon mağazası işlətdiyini və mobil telefonları dəyərindən baha sataraq əlavə qazanc verdiyini bildirmişdir. Mübariz özü də Təqsirləndirilən şəxs “İphone” markalı mobil telefon satması üçün verdiyini, sonuncunun həmin mobil telefonu sataraq Mübarizə pul verməli olduğunu demişdir. O, Mübarizdən Təqsirləndirilən şəxs nömrəsini götürmüşdür. Mübariz Təqsirləndirilən şəxs nömrəsini verdikdən sonra 5 avqust 2023-cü il tarixdə o, Raminlə danışmış və sonuncu onu inandırmışdır ki, bu işdə çoxlu gəlir əldə etmək olar. O da Təqsirləndirilən şəxs özünə məxsus “İPhone 14 256 GB Midnight” markalı **********36009 İMEİ kodlu mobil telefon olduğunu, həmin mobil telefonu təxminən 2 ay öncə aldığını və həmin telefonu neçəyə sata biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona həmin mobil telefonu 3900 manat pul müqabilində sata biləcəyini bildirmişdir. O isə həmin telefonu 18 iyun 2023-cü il tarixdə “Kontakt Home” mağazalar şəbəkəsindən 2731,05 manata ilkin ödəniş 300 manat aylıq 162,07 manat olmaqla 15 aylıq kredit yolu ilə almışdır. Ramin onu tam olaraq əmin etmişdir ki, 10 gün müddətində həmin mobil telefonu 3900 manata satacaqdır. O da düşünmüşdür ki, həmin mobil telefonun satışından 3900 manat gəlir əldə edib, həm kredit borcunu bağlayar, həm də yeni telefon ala bilər. 5 may 2023-cü il tarixdə o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs ondan mobil telefonu götürməsi üçün yanına adam göndərmiş və o, Təqsirləndirilən şəxs göndərdiyi adama 2731,05 manata aldığı “İPhone 14 256 GB Midnight" markalı **********36009 İMEİ kodlu mobil telefonu vermişdir. Ramin ona bildirmişdir ki, həmin mobil telefonu sataraq 10 gün müddətində ona 3900 manat pul ödəyəcəkdir. Həmin vaxtdan 10 gün müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona telefonu satdığını, lakin əlində hazırda pul olmadığını, bir nəfər şəxsə 1150 manat pul ödəməli olduğunu, həmin pulu ödədikdən sonra əlavə pul götürəcəyini deyib, əgər o, 1150 manat pulu ödəyərsə 20 dəqiqə müddətində həm telefonun satışından əldə edilən 3900 manat pulu, həm də indi göndərdiyi 1150 manat pulu ona göndərəcəyinə söz vermiş və and içmişdir. O yenə Təqsirləndirilən şəxs dediklərinə inanmış və 15 avqust 2023-cü il tarixdə saat 19:31-də Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi “Leo bank” tərəfindən verilmiş Təqsirləndirilən şəxs öz adına olan 4098-5844- 6501-9915 saylı bank kartına yaşadığı ünvan 2 ünvanında yerləşən "Araz" marketdəki "MilliÖn" terminalından 1150 manat pul göndərmişdir. Həmin ödənişin qəbzini də istintaqa təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona mobil telefon üçün 3900 manat və yeni atdığı 1150 manat pulun qaytarmasını 20 dəqiqə gözləmişdir. Lakin Təqsirləndirilən şəxs həmin 20 dəqiqə müddətində pulları qaytaracağını desə də həmin pulu qaytarmamışdır. Həmin vaxtı aralarında olan “Whatsapp” yazışmaları və danışıqlarının da səs yazılarını istintaq təqdim etmişdir. O, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda Təqsirləndirilən şəxs ona pulu ödəniş etməyi üçün cəmi 650 manat çatmadığını, həmin 650 manatı əgər ödəsə əlavə yenə pul əldə edə biləcəyini və onun 3900 manat pulunu, əlavə olaraq onun göndərdiyi 1150 manat və 650 manat pulu 15-20 dəqiqdəyə onun bank kartına atacağını bildirmiş və and içmişdir. O yenə də Təqsirləndirilən şəxs inanmışdır. 15 avqust 2023-cü il tarixdə saat 21:31 radələrində, yəni 1150 manat pulu Təqsirləndirilən şəxs göndərdikdən 2 saat 11 dəqiqə sonra Təqsirləndirilən şəxs adına olan 4098-5844-6501-9915 saylı bank kartına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən "Bravo marketdə" yerləşən "MilliÖn" terminalından 650 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonları söndürərək edilən zənglərə cavab verməmiş və ondan aldığı mobil telefonu və pulları geri qaytarmamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4531 manat 5 qəpik məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs həmçinin ondan başqa dostu Mübarizdən də mobil telefon satacağı və gəlir verəcəyi adı ilə “İphone” markalı mobil telefon almış və Mübarizi də aldatmışdır. Raminin bu hərəkətindən sonra o, aldadıldığını başa düşmüş və polisə məlumat vermişdir. Onun Təqsirləndirilən şəxs verdiyi puldan və mobil telefondan Ramin ona hər hansı bir məbləğ və ya əvəzində mobil telefon geri qaytarmamışdır. Təqsirləndirilən şəxs pulu və telefonu aldıqdan sonra telefonlarını söndürüb əlaqəni kəsmişdir. O, mobil telefonu Təqsirləndirilən şəxs göndərdiyi adama verən zaman onun yanında orada olan sexdə motorist işləyən Cəmaləddin adlı şəxs və elektrik işləyən Canur adlı şəxslər olmuşdur. O, Təqsirləndirilən şəxs mobil telefonu alması üçün göndərdiyi adamı tanımır. O, Təqsirləndirilən şəxslə danışmış, Təqsirləndirilən şəxs ona demişdir ki, telefonu götürmək üçün adam göndərir. Bundan sonra həmin şəxs ona yaxınlaşanda demişdir ki, Təqsirləndirilən şəxs göndərdiyi şəxs odur. O, telefonu həmin şəxsə verdikdən sonra Təqsirləndirilən şəxslə danışan zaman Təqsirləndirilən şəxs mobil telefonun çatdığını bildirmiş və telefonu satıb 10 gün müddətində ona 3900 manat ödəyəcəyini demişdir.

24. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs6 ifadəsinə əlavə edərək göstərdi ki, onun Raminlə arasında 2 dəfə alış-veriş olmuş, birinci alış-verişləri baş tutsa da, ikinci alışverişlərində onun pulunu qaytarmamışdır. O, sonuncu dəfə Raminə bir ədəd “İphone 14” markalı mobil telefonu başqa yerdən alıb vermiş, telefonu verdikdən sonra həmin məbləği qaytara bilməsi üçün əlavə olaraq pul da vermiş, verdiyi ümumi məbləğ 4300 manat olmuş, Ramin ondan aldığı həmin pulu 20 gün müddətində qaytaracağını bildirsə də, qaytarmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya tələbi olmadığını, onunla barışdığını və şikayətini geri götürdüyünü bildirərək məhkəmədən onun hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsini xahiş etdi.

25. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin iyun ayının 26-da Təqsirləndirilən şəxs ondan 1250 manat dəyərində “İPhone 12 mini” markalı mobil telefonu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qorqud” hoteldə alaraq həmin mobil telefonu 1500 manata satacağı və 12 iyula qədər həmin pulu ona qaytaracağını bildirmiş, həmin mobil telefonu ələ keçirərək onun pulunu verməmişdir. O, Təqsirləndirilən şəxslə əvvəllər dəfələrlə mobil telefon alıb-satmış, bu zaman heç vaxt Ramin onu aldatmamış, lakin sonuncu dəfə Raminə verdiyi mobil telefonun pulunu ona verməmişdir. Baş vermiş hadisə nəticəsində ona 1250 manat məbləğində maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs verdiyi 1250 manat puldan və mobil telefonun satışından Təqsirləndirilən şəxs ona qazanc kimi hansısa məbləğ verməmiş, sonuncu pulu və telefonu aldıqdan sonra telefonlarını söndürüb əlaqəni kəsmişdir. Belə ki, 2023-cü il tarixdə atası vəfat etdikdən sonra telefonlarını satıb Raminlə bir neçə dəfə alış-veriş etmiş, lakin 4-cü dəfə ona “İphone 12” markalı mobil telefon verdikdə sonuncu pulunu qaytarmayaraq onunla əlaqəni kəsmişdir. Ramin ona həmin mobil telefon üçün 15 gün müddətində 1250 manat, gecikməyə görə isə 1500 manat verəcəyini vəd etmişdir. O, Raminin tutulduğunu öyrəndikdən sonra sonuncudan pulunu qaytarmağını tələb edərək polisə gedib şikayət edərək ifadə vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməməsinə baxmayaraq, ondan hər hansı şikayəti və ya tələbi olmadığını, onunla barışdığını bildirmişdir.

26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs3 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs ilə isə dostluq münasibəti olmuşdur. Elmir Təqsirləndirilən şəxslə onun vasitəsi ilə tanış olmuş və onların da aralarında dostluq münasibəti yaranmışdır. 2023-cü may ayında qardaşı Elmir evdə olan zaman söhbət əsnasında ona Təqsirləndirilən şəxs telefon ticarəti etmək üçün 50000 manat pul verdiyini bildirmiş və bu iş üçün 50000 manatdan əlavə 20000 manat da gəlir əldə edəcəyini bildirmişdir. O və qardaşı Elmir Ramini tanıdıqları üçün heç biri Ramindən şübhələnməmişlər. 2023-cü ilin iyun ayının 9-da evdə olduğu zaman qardaşı Elmir ona Raminin ona zəng edərək yaxşı iş fürsəti olduğunu, 1 terabaytlıq yaddaşa malik mobil telefonlar gətirildiyini və həmin mobil telefonları sifariş verib gətirib sataraq yaxşı qazanc əldə edə biləcəklərini bildirmişdir. Bu iş üçün Təqsirləndirilən şəxs ondan 56000 manat pul istədiyini, özündə yalnız 16000 manat pul olduğunu, lakin 40000 manat pulunun çatmadığını bildirmiş və ondan 40000 manat pul borc istəmişdir. O həmin məbləğdə pulu qardaşı Elmirə vermişdir. 2023-cü ilin iyun ayının 10-da saat 14:30 radələrində o və qardaşı Elmir Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüş və qardaşı Elmir onun yanında Təqsirləndirilən şəxs 56000 manat da əlavə pul vermişdir. Bundan sonra Ramin işlətdiyi mağazanı bağlamış və mobil telefonları söndürməyə başlamışdır. Onlar artıq aldadıldıqlarını başa düşdükləri üçün polisə məlumat vermişlər. Qardaşı ümumilikdə Təqsirləndirilən şəxs 106000 manat pul vermişdir.

27. Verilən suallara cavab olaraq şahid Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə edərək göstərdi ki, 9 iyun 2023-cü il tarixdə gecə vaxtı qardaşı Elmirlə söhbət edərkən sonuncu bir iş üçün 40000 manat pul lazım olduğunu bildirmiş, bu zaman Elmir ona hansı işlə məşğul olacağını deməmiş, lakin sonuncuya həmin pulu vermişdir. 10 iyun 2023-cü il tarixdə, saat 3 radələrində qardaşı Elmirlə birlikdə “Zefir Mall”un yanında Raminlə görüşmüş, bu zaman Ramin qara rəngli “Range Rover” markalı maşınla gəlmiş, onlar sonuncunun maşınına minmiş, bundan sonra Elmir Raminə 56000 manat pul vermişdir. Təqsirləndirilən şəxs telefon mağazasına gedib-gəlmiş, lakin onunla hər hansı şərikliyi olmamış, sonuncu ilə münasibətləri olduğundan mağazasına satılması üçün telefon qoymuşdur. O, 40000 manat pulu qardaşına vermiş, pulu aldıqdan sonra Ramin onlarla görüşməyə gəlməmiş, habelə Elmirə sonradan hər hansı məbləğdə pul verilməmişdir. O və qardaşı Ramini oğurlamamış, bu sonuncunun məsuliyyətdən qurtarmaq üçün uydurduğu cəfəngiyyatdır.

28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından etibarən işləmək üçün Bakı şəhərinə gəlmiş və Bakı şəhəri Yasamal rayonu ərazisində telefon alqı-satqısı mağazası açaraq işlətməyə başlamışdır. Ondan əvvəl Ramin Xaçmaz rayonunda da mobil telefon alqı-satqısı mağazası açaraq işlətmişdir. Ramin işlərini böyütmək üçün Bakı şəhərinə getmiş və ara-sıra yaşadıqları Xaçmaz rayonuna gəlmişdir. Təqsirləndirilən şəxs işlədiyi işlə bağlı ona məlumat verməmişdir. Sadəcə əlaqə saxladıqları zaman işlərinin qaydasında olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs nə qədər qazanması və nə qədər xərcləməsi ilə bağlı onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qazancı ilə bağlı onlara məlumat verməmiş, qazandığı pullardan onlara heç nə göndərməmişdir. Eyni zamanda o da Təqsirləndirilən şəxs heç bir məbləğdə pul göndərməmişdir. Təqsirləndirilən şəxs Bakıda yaşayıb, işləyərək özü-özünü dolandırmışdır. Raminin Bakıda kimlərlə hansı işi görməsini bilmir, lakin Raminin telefon və telefon aksesuarları ilə məşğul olmasını hər kəs bilmişdir. 25 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 adlı şəxs Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs ona 64000 manat pul borclu olduğunu, birlikdə iş gördüklərini, lakin Təqsirləndirilən şəxs pulunu vermədiyini bildirmişdir. Bu zaman o, qardaşı Şahid2 zəng vurmuş və Elşəni Elmirlə danışdırmışdır. Zərərçəkmiş şəxs3 həmin vaxtı qardaşı Şahid2 da Təqsirləndirilən şəxs Elmirə 64000 manat pul borclu olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, Elmirlə bir alış-verişləri olmamışdır. Təqsirləndirilən şəxs də ona heç vaxt pul göndərməmişdir. O, Təqsirləndirilən şəxs belə bir söz deyəcəyini də ehtimal etmir. Bu deyilənlər Elmirin Lətifzadənin onu və qardaşını da ləkələyib incitmək üçün dediyi bir yalan olduğunu güman edir. Zərərçəkmiş şəxs3 özü Təqsirləndirilən şəxslə arasında olan münasibətin borc münasibəti olduğunu dəfələrlə ona və qardaşına eşitdirmiş və Ramin pulu vermədiyi təqdirdə sonuncunu ləkələyərək şikayət edəcəyini bildirmişdir. Onların haqqında dediklərinin də həmin yalanlardan biri olduğunu bildirmişdir. O, Elmiri əvvəlcədən tanımamışdır. Lakin 25 iyun 2023-cü il tarixdə Elmirin və qardaşının onlara zəngindən və onlara hədə qorxu gəlməsindən sonra tanımışlar. Elmirin hərəkətləri ilə əlaqədar 29-cu Polis şöbəsinə şikayət etmiş, həmin polis şöbəsində və Bakı şəhəri Yasamal rayon prokurorluğundan onun şikayətlərinə baxılmışdır. O, Elmir və qardaşından heç bir məbləğdə pul almamış, onlarla aralarında hər hansı bir sövdələşmə və ya razılaşma olmamışdır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və ya qardaşı Elməddin arasında olan alqı-satqıdan, o cümlədən hər hansı alış-verişdən ümumiyyətlə heç bir məlumatı olmamışdır.

29. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, 25 iyun 2023-cü il tarixdə Elmir Xaçmaz rayonunda işlədiyi mağazaya gəlib Raminlə dost olduqlarını, habelə sonuncunun ona 62-63 min manat borcu olduğunu bildirmiş, o da Elmirə vəziyyətlərinin yaxşı olmadığından pulunu qaytara bilməyəcəklərini demiş, Elmir isə onları hədələyərək pulu başqa cür də ala biləcəyini, Ramini polisə verəcəyini, tutulduqdan sonra onlara məlumat verəcəyini, bundan sonra sonuncunun borcunu qaytaracağını bildirmişdir. Elmir qardaşı Elməddinin də pullarını dağıtdığını, tez-tez polisə düşdüyünü demişdir. Bundan sonra 26 iyun 2023-cü il tarixdə Elmir ona zəng edərək Ramini tutduqlarını, axşam saat 10-a kimi pulu onlara çatdırmasını demişdir. O, Raminlə Elməddinin mağaza açılışında olan şəkillərini görmüş, Elmirin Raminə pul verməsinin şahidi olmamışdır. O, Raminin hərəkətlərindən bezdiyini deməmişdir. Sentyabr ayında Zərərçəkmiş şəxs4 ona zəng edib 30 min manat pul borclu olduğunu bildirmişdir. Raminin işlətdiyi mağazanın adı “Gold Telecom” olmuşdur.

30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 ildən çoxdur Elmanla dostluq edir. 1 may 2023-cü il tarixdə dostu Elman onunla əlaqə saxlayaraq özünün işdə olduğu üçün çıxa bilmədiyini, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Telefon Univermağı” mağazasından 10 ədəd müxtəlif markalı “İphone” markalı mobil telefonları götürərək Elmanın vasitəsilə tanıdığı Ramin adlı şəxsə verməyini xahiş etmişdir. O, təxminən saat 16 radələrində mağazadan telefonları götürmüş və Raminlə əlaqə saxlamışdır. Telefon söhbəti zamanı Ramin özünün gələ bilməyəcəyini və telefonları dostuna verməyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra əvvəllər tanımadığı bir nəfər şəxs özünü Raminin dostu kimi təqdim edərək ona yaxınlaşmış, həmin şəxsin telefonu vasitəsilə o, Raminlə əlaqə saxlamış, Ramin həmin şəxsin dostu olduğunu, telefonu həmin şəxsə verməsini xahiş etmiş, o da telefonları həmin şəxsə vermişdir. Telefonları həmin şəxsə verdiyini Elmana bildirmiş və sonuncu Raminlə əlaqə saxladıqda Ramin telefonları dostundan götürdüyünü təsdiq etmişdir.

31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs3 və Şahid1 onun oğullarıdır. Təqsirləndirilən şəxs qiyabi olaraq tanımış, sonuncu ilə heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu Elməddin ilə dostluq münasibətində olmuşdur. Oğlanlarının deməsindən Raminin telefon mağazası işlətdiyini bilmişdir. 2023-cü ilin iyun ayında oğlu Elmirin Təqsirləndirilən şəxs mobil telefon alqı-satqısı ilə məşğul olmaq üçün ümumilikdə 106000 manat pul verdiyini öyrənmişdir. Elmir Təqsirləndirilən şəxs ona mobil telefon alıq-satqısından yaxşı gəlir əldə edəcəklərini bildirdiyini, buna görə də Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda qeyd olunan məbləğdə pulları verdiyini demişdir. Onun əvvəlcədən bundan məlumatı olmamışdır. X10 Ağayevin onu aldatdığını və pulunu ələ keçirdiyini, bununla bağlı polisə məlumat verdiyini bildirmişdir. O, Raminə hər hansı məbləğdə pul verməmişdir. Ramin yalandan Elmirdən 62500 manat, ondan isə 15000 manat aldığını deyir. O, Təqsirləndirilən şəxs oğlu Elməddinlə dost olduğunu bilmiş, lakin sonuncuların şərik olması barədə hər hansı məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs düz yola qayıtması və oğlunun ondan şikayət etməməsi üçün oğlunun zənglərinə cavab verməsi barədə mesaj yazmışdır. Onun böyük oğlu dizayner kimi, kiçik oğlu isə mühafizəçi kimi fəaliyyət göstərir.

32. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid2 qardaşı Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verməsi müəyyən edilmişdir.

33. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

34. “Cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 tanışı Təqsirləndirilən şəxs onun (Zərərçəkmiş şəxs3) etibarından sui-istifadə edərək 106.000 manat pulunu dələduzluqla ələ keçirməsinə dair toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə (bundan sonra mətndə-Yasamal RPİ-nin İŞ) göndərilmiş və həmin şöbənin müstəntiqi, polis kapitanı Mehralı İmamverdi tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, i. v. 1;34;).

35. Zərərçəkmiş şəxs3 sosial şəbəkələr vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış 20 iyul 2023-cü il tarixli müraciəti və həmin müraciətlə əlaqədar tərtib olunmuş müvafiq arayışlardan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 106.000 (bir yüz altı min) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik və göstəriş verilməsini xahiş etmiş, həmin müraciət araşdırılması üçün Yasamal RPİ-yə göndərilmişdir (Cild 1, i.v. 6-9;17-23;).

36. “Baxış keçirilməsi haqqında” 4 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldadaraq sonuncunun 56000 manat məbləğində pulunu aldığı yer ünvan 6 ünvanında (“MİDA” yaşayış kompleksində yerləşən “Zefir Mall” ticarət mərkəzisinin yaxınlığı) yerləşir (Cild 1, i.v.12- 15;).

37. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 24 avqust 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 35;).

38. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin qərar əsasında 25 avqust 2023-cü il tarixdə Yasamal RPİ-də 91682/23 nömrəli axtarış işi açılmışdır (Cild 1, i.v. 46; 48;)

39. “Axtarışda olan şəxsin tutulması barədə” 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayonunda saxlanılaraq Yasamal RPİ-yə gətirilərək müvəqqəti saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 51;).

40. “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərardan və həmin qərara əlavə edilmiş toplanmış materialdan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/1033 nömrəli araşdırma materialı istintaq aparılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Materialdan görünür ki, Zərərçəkmiş şəxs2 8 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” Zəng Xidmətinə zəng etməklə və 10 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etməklə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsini bildirərək ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir (Cild 1, i.v. 71-96;).

41. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 31 avqust 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 98;).

42. “Üzləşdirmə” 31 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs3 dediklərinin yalan olduğunu, sonuncudan 62500 manat və anasından isə 15000 manat pul aldığını, heç kimdən qaçmadığını, sadəcə olaraq Bakı şəhərindən kənarda olduğunu, atası ilə danışıb pulu qaytarmağa çalışacağını bildirmişdir(Cild 1, i.v. 118-120;).

43. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 4(004)- 649/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda göstərilən əməl (Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar) üzrə özünü təqsirli bilmədiyini, telefon alıb kreditə verdiyini, lakin telefonlar verildikdən sonra telefon sahibinin kreditə pul götürüb faizə düşdüyünü bildirərək pulları təcili tələb etdiyini, bu səbəbdən də qaytara bilmədiyini, ittihamda göstərilən məbləğdən aşağı məbləğlər olduğunu, təqdimatın təmin edilməsinə etiraz etdiyini bildirdi.” (Cild 1, i.v.131-132;).

44. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ərizəsi əsasında sonuncu hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 140-142;).

45. “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən 20 sentyabr 2023-cü il tarixdə istintaq orqanına təqdim edilməklə müvafiq qaydada götürülərək iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd CD diskdəki səs yazılarına müstəntiq X4 tərəfindən Təqsirləndirilən şəxs və onun məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin səs yazılarının aşağıdakı məzmunda olması müəyyən olunmuşdur: 1-ci səs yazısı “Abi başımız bir dene şeydədi, Şövqi məsələsində, ona görə telefonlara cavab verə bilmirəm. Səbirli ol.”, 2-ci səs yazısı “Heç bir şey qardaşım. Sən mənə dediyin şey var ey, Allahhaqı, yəni bu boyda şey işləmişik, nə isə brat ürəyin istəyir bağlatdır, heç bir şey, Allah canını sağ eləsin.”, 3-cü səs “Neynəyirsən ürəyim nətərsən, ola bilsin, şeydi, sən kiməsə nəsə verməlisənsə 13-ü sənə biraz az verəcəm pul, yarısı da zad”, 4-cü səs “Qardaşım kanala getsin, kanala girib neyniyəcək ki, lap deyəcəklər şeydi, lap versin polisə, deyəcəm ayda 10 manata, 20 manata, 100 manata gücüm çatır. Səbirli olmaq lazımdı Nicat, Allaha and olsun, yəni bu işin üstündəyəm”, 5-ci səs “Nicat belə deyim də, belə onsuzda yoxdu, yəni alıram, desin istəyirsən polisə ver, istəyirsən şey elə, polisə ver qayda qanun var, deyir ki, məsəlçün ayda 10 manata, gücüm çatır. 1000 manata gücüm çatır, hər şey qaydadı, istəyirsən nə bilim ey, hara istəyirsən şey elə prosta bax and ola Allaha, bax yenidən deyirəm ki, bunu həll eləmişəm, yəni mən, mənim özümə nəsə pul qalır deyə mənim özümə cib xərcliyi qalır. Qurana and olsun üstündən bir gün 10 gün 15 gün keçir, bidənə də yığım, yəni, mən bilirəm də neynirəm, yəni ona görə, belə alınmır, Allah canını sağ eləsin, neynəyirsən elə, heç birşey. Öpürəm, var ol indi olub, vəziyyət bura gəlib, indi belə olub, bunu da dedim ki, budu da, belə bir şey eləmişəm ki, istəyirsən səslər var ey səsimi saxla, deyirəm bax balamın canı üçün, o pul gələndən sonra 2 saat, uzağı 3 saat içində o telefonlar sənin əlindədi. Guya mənə xoşdu?”. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, səs yazılarında danışan şəxs onun özüdür. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş vatsap mobil tətbiqində aparılmış danışıqlara dair çıxarışlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 tərəfindən vatsap mobil tətbiqində Təqsirləndirilən şəxs dəfələrlə pulunun qaytarılması ilə bağlı mesajlar göndərilmiş, həmin mesajlara cavab olaraq Təqsirləndirilən şəxs hər dəfə Zərərçəkmiş şəxs4 gözləməsini və pulu tezliklə verəcəyini, başqa şəxsin telefon gətirdiyini və həmin telefonları pula çevirib pulunu verəcəyini bildirmişdir (Cild 1, i.v. 142-151; Cild 2, 88-89;).

46. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 23 sentyabr 2023-cü il tarixli qərar və digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs6 ərizəsi əsasında sonuncu hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona ətraflı olaraq hüquq və vəzifələri izah edilmişdir Həmin ərizəsində Zərərçəkmiş şəxs6 Yasamal RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq cəmi 4500 manat məbləğində ona maddi ziyan vurulması ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmiş, ərizə müvafiq qaydada qeydə alınmışdır (Cild 1, i.v. 169-171;).

47. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixli qərarla Zərərçəkmiş şəxs6 istintaq orqanına könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs pul göndərməsi ilə bağlı iki ədəd qəbz və mobil telefona dair sənədin surətləri birincidən götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 tərəfindən ünvan 7 ünvanda yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə ********** əməliyyat nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə, saat 19:31də 1150 manat pul Təqsirləndirilən şəxs adına olan ********65019915 nömrəli bank kartına göndərilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs6 tərəfindən ünvan 8 ünvanda ödəmə terminalı vasitəsilə 22362 nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə saat 21:42-də 650 manat pul Təqsirləndirilən şəxs adına olan ********65019915 nömrəli bank bank kartına göndərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 təqdim etdiyi “İphone 14 256 GB Midnight” markalı telefonun “Kontakt Home” mağazalar şəbəkəsindən alması barədə sənəddən görünür ki, həmin mobil telefon 18 iyun 2023-cü il tarixdə 10815224 nömrəli müqavilə əsasında 300 manat ilkin ödəniş edilməklə, 2731 manat 05 qəpiyə alınmışdır (Cild 1, i.v. 180-185;).

48. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 29 sentyabr 2023-cü il tarixli qərar və digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs5 ərizəsi əsasında sonuncu hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona ətraflı olaraq hüquq və vəzifələri izah edilmişdir Həmin ərizəsində Zərərçəkmiş şəxs5 Yasamal RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq ona məxsus mobil telefonu alıb 12 gün müddətində satıb pulunu verəcəyi adı ilə ələ keçirib ona maddi ziyan vurulması ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmiş, ərizə müvafiq qaydada qeydə alınmışdır (Cild 1, i.v. 194-200;).

49. “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan və həmin qərara əlavə edilmiş toplanmış materialdan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış HK-1/4121 nömrəli araşdırma materialı hərtərəfli, tam, obyektiv və vaxtında istintaq aparılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmişdir (Cild 1, i.v. 203-213;).

50. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 18 oktyabr 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 219;).

51. “Üzləşdirmə” 9 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs6 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs6 dedikləri ilə tam razı olduğunu, ona 4531 manat 5 qəpik verməli olduğunu, Kamrandan bir dəfə mobil telefon alıb pulunu verdiyini, həbsdə olduğu üçün pulunu qaytara bilmədiyini, onu aldatmaq fikrinin olmadığını, aldığı pulları və mobil telefonu qaytarmaq fikrinin olduğunu, lakin qaytara bilmədiyini bildirmişdir(Cild 1, i.v. 239-242;).

52. “Üzləşdirmə” 9 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs5 dedikləri ilə tam razı olduğunu, ona 1250 manat verməli olduğunu, dəfələrlə Mübarizdən mobil telefon alıb pulunu verdiyini, onu aldatmaq fikrinin olmadığını, aldığı pulları və mobil telefonu qaytarmaq fikrinin olduğunu, lakin qaytara bilmədiyini bildirmişdir(Cild 1, i.v. 242-245;).

53. “Üzləşdirmə” 9 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs5 dedikləri ilə tam razı olduğunu, ona 18000 manat verməli olduğunu, dəfələrlə Nicatdan mobil telefon alıb pulunu verdiyini, onu aldatmaq fikrinin olmadığını, aldığı pulları və mobil telefonu qaytarmaq fikrinin olduğunu, lakin qaytara bilmədiyini bildirmişdir(Cild 1, i.v. 245-248;).

54. Üzləşdirmə” 10 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş təkrarən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs3 dediklərinin yalan olduğunu, sonuncudan 50000 manat məbləğində telefon və 12500 manat nağd pul olmaqla, aralarında cəmi 62500 manat alışveriş olduğunu, Zərərçəkmiş şəxs3 anasından 15000 manat pul aldığını, qardaşı Elməddinlə ikisi birlikdə 25000 manat pul qoymaqla telefon mağazası açdıqlarını, Elmirə olan borcundan 2500 manatı qaytardığını, anasından aldığı 15000 manat və Elməddinlə birgə qoyduqları 25000 manatı isə mağazaya xərclədiyini, həmin puldan Elməddinə 4000 manat ödəniş etdiyini, həbsdə olduğu üçün ödəyə bilmədiyini, aldığı pulu qaytaracağını, aldatmaq fikrinin olmadığını, birlikdə iş qurmaq istədiklərini, lakin alınmadığını bildirmişdir (Cild 1, i.v. 249-252;).

55. “Üzləşdirmə” 10 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs1 dedikləri ilə tam razı olduğunu, ona 10800 manat verməli olduğunu, dəfələrlə Muraddan mobil telefon alıb pulunu verdiyini, onu aldatmaq fikrinin olmadığını, aldığı mobil telefonu qaytarmaq fikrinin olduğunu, lakin qaytara bilmədiyini bildirmişdir(Cild 1, i.v. 253-255;).

56. Üzləşdirmə” 10 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş təkrarən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs3 dediklərinin yalan olduğunu, qardaşı Elmirdən 56000 manat məbləğində pul almadığını, Elmirdən 50000 manat dəyərində mobil telefon və 12500 manat nağd pul aldığnı, Elməddin mağazaya 25000 manat deyil, 40000 manat pul xərclədiyini, heç kimi aldatmaq fikrinin olmadığını, birlikdə iş qurmaq istədiklərini, lakin alınmadığını bildirmişdir (Cild 1, i.v. 249-252;).

57. “Üzləşdirmə” 10 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 öz ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs2 dedikləri ilə qismən razı olduğunu, ondan 10 ədəd deyil, 8 ədəd mobil telefon aldığını, Elmandan ümumilikdə 35000 manat deyil, 28000 manat dəyərində mobil telefon aldığını, həmin borcundan 4000 manat qaytardığını, Elmana 28000 manatdan əlavə 10000 manat da pul verəcəyini bildirdiyini, dəfələrlə Elmanda mobil telefon alıb pulunu verdiyini, onu aldatmaq fikrinin olmadığını, aldığı mobil telefonu qaytarmaq fikrinin olduğunu, lakin qaytara bilmədiyini bildirmişdir (Cild 1, i.v. 259- 261;).

58. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 2, i.v. 27-31;).

59. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 33-34;).

60. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 4(004)- 609/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə uzadılmışdır (Cild 2, i.v.48-53;).

61. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 29 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 2, i.v. 55;).

62. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2024-cü il tarixli, 4(103)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə dair apellyasiya şikayəti təmin edilməmişdir (Cild 2, i.v. 58-64;).

63. “Təqsiriləndirilən şəxsin ifadəsinin yerinə yoxlanılmasından imtina etməsi haqqında” 23 fevral 2024-cü il tarixli protokol və ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etməkdən imtina etdiyini bildirmişdir (Cild 2, i.v. 85-86;).

64. “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən istintaq orqanına təqdim edilmiş bir ədəd DVD diskdəki videogörüntüyə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə müstəntiq S.N.Qəşəmli tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntüdə orta yaşlı, qara saçlı, qara saqqallı, kök bədən quruluşlu bir nəfər şəxs hərəkət edə-edə “Zərərçəkmiş şəxs3 pul almışdım 63400 manat, iş üçün, onu şey eliyə bilmədim, onu verməliyəm. Şahid1 40000 manat verməliyəm. Onu da iş üçün şey eləmişdim” deyə bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu, həmin videonun Elmir və Elman qardaşlarının onu məcbur qaçırdıqları zaman çəkdiklərini, həmin sözləri deməyini məcbur etdiklərini, hətta sağ qolunun həmin vaxt kəsildiyini, bununla bağlı araşdırma aparıldığını, həmin videoda deyilənlərin hamısı məcburi şəkildə olduğundan yalan olduğunu göstərdi. Məhkəmədə proses iştirakçılarının iştirakı ilə həmin video görüntüyə baxış zamanı həmin video görüntünün 14 saniyə müddətində davam etməklə Təqsirləndirilən şəxs özü tərəfindən özünün çəkilməsi ilə qeydə alınması və onun hər hansı fiziki və ya psixi təsirə və ya təzyiqə məruz qalmasının əlamətlərinin olması müəyyən edilməmişdir (Cild 1, i.v. 33; Cild 2, i.v. 87;).

65. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 4(006)-101/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 29 mart 2024-cü il tarixədək uzadılmışdır (Cild 2, i.v.110-113;).

66. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli, 4(103)-212/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərarın ləğv edilməsi və ya həbs qətimkan tədbirinin digər qətimkan tədbirilə əvəz edilməsinə dair apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-101/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərar ləğv edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (Cild 2, i.v. 114-123;).

67. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 5 mart 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində müstəntiq Süleyman Qəşəmli tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmişdir (Cild 2, i.v. 124-126;128;).

68. “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, ********** və 22362 nömrəli ödəmə qəbzlərinin, Zərərçəkmiş şəxs3 təqdim etdiyi içərisində videogörüntü olan 1 (bir) ədəd diskin, Zərərçəkmiş şəxs4 təqdim etdiyi içərisində səs yazıları olan 1 (bir) ədəd diskin və vatsap mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarının çıxarışlarının maddi sübut kimi tanınmaqla iş materiallarında saxlanılması qərara alınmışdır (Cild 2, i.v.124-146;).

69. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 19 mart 2024-cü il tarixli müstəntiq Süleyman Qəşəmlinin qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 2, i.v. 148-150;).

70. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Süleyman Qəşəmli tərəfindən tərtib edilmiş ittiham aktı 27 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, 190-211;).

71. Zərərçəkmiş şəxs6 8 may 2024-cü il tarixdə məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarında olan münasibətlər mülki hüquq münasibətləri olmuş, ona qarşı dələduzluq etməmiş, ondan hər hansı şikayət və tələbi yoxdur. Onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsini xahiş edir (Cild 3;).

72. Zərərçəkmiş şəxs5 10 may 2024-cü il tarixdə məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur (Cild 3;).

73. Müdafiəçi tərəfindən vəsatətlə məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Samir Balakişiyev tərəfindən Şahid2 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Şahid2 1 iyul 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng edərək və ərizə ilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edərək Elşən adlı şəxsin ona zəng edərək oğlu Raminin girov götürülməsi və "xxxx" MTK-da saxlanması barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs 1 iyul 2023-cü il tarixdə həmin polis şöbəsinə ərizə ilə müraciət edərək əvvəllər tanıdığı və dost münasibətlərində olduğu Elməddin və qardaşı Elmir ilə birgə iş qurmaq üçün onlardan borc pul aldığını, sonradan borcunu qaytara bilmədiyi üçün 26 iyun 2023-cü il tarixdə onlarla arasında münaqişə baş verdiyini, valideynlərinin bundan xəbərdar olması və onun telefonunu isə müəyyən müddətə söndürməsi ilə əlaqədar atasının narahat olaraq 102 xidmətinə zəng edərək onun girov götürlməsi barədə məlumat verdiyini, həqiqətdə isə heç kim tərəfindən girov götürülmədiyini, həyatına heç bir təhlükə olmadığını, bununla bağlı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 və Şahid1 oxşar məzmunlu izahatlar vermişlər (Cild 2;).

74. Müdafiəçi tərəfindən vəsatətlə məhkəməyə təqdim edilmiş bir diskə baxış zamanı həmin diskdəki bir ədəd foto və iki ədəd videoda “ER” telecom mağazasının açılışı zamanı çəkilmiş foto və video görüntülərin olması müəyyən edilmişdir (Cild 2;).

75. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs X7 ilə nikahda olmaqla himayəsində 2016-cı il təvəllüdlü Nihad Ağayev və 2018-ci il təvəllüdlü Yağmur Ağayeva adlı iki azyaşlı uşağı vardır. Həmin məlumatlardan həmçinin Təqsirləndirilən şəxs adına müxtəlif mobil operatorlara məxsus olan və müxtəlif prefiksli 51(əlli bir) ədəd mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər:

76. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

78. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

79. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

80. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə görə dələduzluq təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddələr ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

81. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

82. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

83. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

84. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

85. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

86. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi).

87. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə 8 (səkkiz) epizod üzrə 6 (altı) zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək, onlardan 1 (bir) epizod üzrə 1 (bir) zərərçəkmiş şəxsə münasibətdə külli miqdarda ziyan vurmaqla və 3 (üç) epizod üzrə 3 (üç) zərərçəkmiş şəxsə münasibətdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı ona verilmiş ittihamı ümumiyyətlə qəbul etməməsinə baxmayaraq, zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən əsasən ittihamda göstərilən məbləğlərdə pul vəsaitini almasını etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 10800 manat dəyərində 4 (dörd) ədəd “İphone 14 pro max” markalı mobil telefonu və 1650 manat dəyərində 1 (bir) ədəd “İphone 13 pro max” mobil telefonu aldığını, Zərərçəkmiş şəxs4 18000 manat 50 qəpik dəyərində mobil telefonları aldığını, Zərərçəkmiş şəxs5 1250 manat dəyərində mobil telefonu aldığını və Zərərçəkmiş şəxs6 2731 manat 50 qəpik dəyərində 1 (bir) ədəd mobil telefonu və 1800 manat məbləğində pulu aldığını təsdiq etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 35000 manat dəyərində deyil, 28000 manat dəyərindən mobil telefonları aldığını və Zərərçəkmiş şəxs3 106000 manat məbləğində pulunu deyil, 62500 manat məbləğində pulunu aldığını etiraf etmişdir. Müdafiə tərəfi təkidlə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən Təqsirləndirilən şəxs aldığı mobil telefonları və pul vəsaitlərinin həmin şəxslərlə aralarında olan razılığa görə iş görmək, yəni mobil telefon alaraq daha baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəklərini və əldə etdikləri gəlirdən həm ona verilən əsas məbləği, həm də yaxşı qazanc verəcəyini bildirməklə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə aralarındakı münasibətlərin mülki hüquq münasibətlərindən yarandığını qeyd etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Müdafiə tərəfi həmin arqumenti irəli sürərkən təqsirləndirilən şəxsin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə əvvəllər də bir neçə dəfə oxşar qaydada iş gördüyünü, həmişə onların pullarını vaxtı-vaxtında qaytardığını, lakin Şahid1 ilə şərikli iş görməyə başlayaraq mağazasını və işlərini böyütdükdən sonra sonuncunun işlərlə maraqlanmaması və əldə edilmiş pulları “dağıdaraq” işlərinə ziyan vurduğunu, bu səbəbdən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmədiyini, sonradan hazırkı cinayət işi üzrə həbs olunduğuna görə mağazasından kreditlə verdiyi telefonlarla bağlı qeydiyyat apardığı dəftərinin Elmədin və Zərərçəkmiş şəxs3 qardaşları tərəfindən götürülməsi ilə əlaqədar həmin şəxslərdən pulları toplaya bilmədiyini, nəticədə borcunu ödəyə bilmədiyini göstərmişdir. Həmçinin müdafiə tərəfi Təqsirləndirilən şəxs işlərinin pis getməsi, habelə 26 iyun 2023-cü il tarixdə Elmir və Şahid1, həmçinin sonuncuların dostları tərəfindən qaçırılaraq hədə-qorxuya məruz qalması ilə əlaqədar heç kəslə görüşmədiyini, sonradan həbs olunması ilə əlaqədar işlərinin tamamilə pozulması, borc dəftərləri və kimlərə kredit verməsi haqqında məlumatların itməsi ilə əlaqədar həmin şəxslərdən borclarını ala bilmədiyindən digər şəxslərə də borclarını qaytara bilmədiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 62500 manat məbləğində pul, Zərərçəkmiş şəxs2 isə 28000 manat dəyərində mobil telefon aldığını, Zərərçəkmiş şəxs3 ona 50000 manat məbləğində pul verməsindən sonra 56000 maant məbləğində pul vermədiyini, ümumiyyətlə həmin məbləğdə pulun verildiyi ərazidə olmadığını, həmin halın istifadəsində olmuş mobil telefonların anten dairəsinin götürülməsi ilə təsdiq edilə biləcəyini qeyd etmişdir.

88. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

89. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

90. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 dörd ədəd cəmi dəyəri 10800 manat olan mobil telefonları götürərək qısa müddətdə həm əsas məbləği, həm də əlavə olaraq 800-900 manat, yəni 2700 manat dəyərində olan mobil telefonu təxminən 3500- 3600 manatdan baha qiymətə satmaqla qazanc verəcəyini vəd verib aldadaraq, əvvəllər aralarında bir neçə dəfə daha aşağı məbləğdə eyni qaydada iş görmələri ilə əlaqədar bağlı yaranmış inam və etibardan da sui-istifadə edərək onun əmlakını dələduzluqla ələ keçirmiş, həmçinin Zərərçəkmiş şəxs1 mobil telefonunu satıb pulunu bir neçə saat ərzində vermək adı ilə götürərək ona maddi ziyan vurmuşdur. Eyni qaydada Zərərçəkmiş şəxs2 35000 manat və Zərərçəkmiş şəxs4 18000 manat 50 qəpik məbləğində əmlaklarını ələ keçirməklə dələduzluq etmişdir. Zərərçəkmiş şəxs5 mobil telefonunu baha qiymətə satıb pulunu verməklə, Zərərçəkmiş şəxs6 həm mobil telefonunu baha qiymətə satıb pulunu verməklə, həm də həmin mobil telefonun satılmasından əldə ediləcək məbləği də qaytarmaq adı ilə əlavə olaraq dələduzluqla pulunu da ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 isə həm qardaşı Elməddinlə aralarında olan dostluq münasibətindən, həm də özünün digər şəxslərə də verdiyi kimi şirnikləndirici vədləri ilə aldadaraq ümumilikdə 106000 manat məbləğində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə hər hansı öhdəlik götürmək və ya götürdüyü öhdəliyi yerinə yetirmək məqsədi ilə deyil, özünün şəxsi ehtiyaclarına istifadə etmək üçün məhz qısa müddət ərzində ayrı-ayrı şəxslərin müxtəlif məbləğlərdə əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxslərə şirnikləndirici vədlər vermişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə verdiyi vədləri yerinə yetirmək üçün hər hansı hərəkət etməmiş, onları hər dəfə müxtəlif bəhanələrlə aldadaraq ondan şikayət etməmələrinə və pullarını geri tələb etməmələrinə cəhd etmiş, hətta aldığı məbləğlərdən cüzi hissəsini təkidlə ondan pullarını tələb edən zərərçəkmiş şəxslərdən birinə ödəməklə (Zərərçəkmiş şəxs1 4000 manat) onda pulunun veriləcəyi ümidi yaratmağa nail olmağa çalışmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən əldə etdiyi ümumilikdə 177232 manat məbləğdə əmlakla bağlı verdiyi vədlərin yerinə yetirilməsi üçün hansı hərəkətləri etməsini, konkret olaraq nələr etməsi, kimlərin kreditə götürdüyü telefonların pulunu gecikdirməsi (hətta bir nəfər də belə bir şəxsin olmasını göstərə bilmədi) və sair halları nəinki izah etməyə çalışmış, əksinə guya dəftərlərinin itməsi ilə əlaqədar borclarını yığa bilməməsini göstərmişdir. Halbuki zərərçəkmiş şəxslərlə danışıq və yazışmalarında Elmir və Elməddin qardaşları ilə aralarında hər hansı münaqişənin olmasını, işlərinin pis getməsini, sonrakı zərərçəkmiş şəxslərdən pul və ya əmlak götürərkən borclarının olmasını və sair halları bildirməmişdir.

91. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hər dəfə zərərçəkmiş şəxslərdən mobil telefon və ya pullarını ələ keçirməkdən ötrü zərərçəkmiş şəxslərə yalandan “İphone” markalı mobil telefonların alqı-satqısından yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd vermiş, həmçinin mobil telefonlarını ələ keçirdiyi şəxslərə isə onlara məxsus mobil telefonları daha baha qiymətə satacağına dair yalan vəd verib zərərçəkmiş şəxsləri aldatmış və ələ keçirdiyi pulları və mobil telefonların satışından əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə əvvəllər aralarında olmuş daha aşağı məbləğlərdə və dəyərdə olan alqı-satqı münasibətlərindən və əvvəlki kiçik ölçüdə olan mağazasının daha geniş mağaza ilə qısa müddət ərzində əvəzləməsi görüntüsü yaratmaqla zərərçəkmiş şəxslərin daha çox məbləğdə əmlaklarını və pullarını ələ keçirmək üçün onlarda inam və etibar yaratmaqdan ötrü istifadə etmişdir. Müdafiə tərəfinin Zərərçəkmiş şəxs3 56000 manat pulunun dələduzluqla ələ keçirilməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs mobil telefon nömrəsinin anten dairəsinin götürülməsi halında inkar ediləcəyinə dair mövqeyi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs3 həmin vaxt Təqsirləndirilən şəxslə vatsap vasitəsi ilə danışaraq görüşdüklərini vurğulamışdır. Belə olan halda, vatsap danışıqlarının anten dairəsinin götürülməsinin mümkün olmaması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı da müəyyən edildi ki, hökmün 75-ci bəndində də göstərildiyi kimi Təqsirləndirilən şəxs adına müxtəlif mobil operatorlara məxsus müxtəlif prefiksli 51(əlli bir) ədəd mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə müdafiə tərəfinin həmin iddialarının da işin faktiki halları ilə tam inkar edildiyini vurğulamaqla Təqsirləndirilən şəxs həmin mövqeyini ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

92. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 178.3.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

93. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

94. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

95. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

96. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

97. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

98. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə aralarında olan münasibətlərin borc münasibətləri olması, zərərçəkmiş şəxslərə olan borcunu ödəmək istəməsini, lakin ziyana düşməsi səbəbindən ödəyə bilməməsi, onlara qarşı hər hansı dələduzluq niyyətinin olmaması, Zərərçəkmiş şəxs3 ittihamda göstərilən miqdarda deyil, 62500 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 28000 manat məbləğində borcunun olması, Şahid1 ilə şərik olması, sonuncunun onu ziyana salması səbəbindən zərərçəkmiş şəxslərin borcunu ödəyə bilməməsi, habelə qeyd dəftərinin Şahid1 tərəfindən götürülməsi, Zərərçəkmiş şəxs3 və Şahid1 qardaşları tərəfindən oğurlanıb pullarının tələb edilməsi və ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

99. Məhkəmə eyni zamanda şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələri ilə bağlı qeyd edir ki, Rafiq Ağayev Təqsirləndirilən şəxs əmisi, Şahid2 isə doğma atası olmaqla ifadələrində işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hər hansı əhəmiyyət kəsb edən məlumat olmadığından, Elmir və Elməddi Lətifzadə qardaşları tərəfindən Təqsirləndirilən şəxs qaçırılmaqla girov götürlməsi barədə göstərdikləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən hökmün 73-cü bəndində göstərilmiş sənədlə də tam inkar edilir. Həmin halları nəzərə alaraq məhkəmə haqlı olaraq qeyd edilən şahidlərin ifadələrinə təndiqi yanaşılmalı olduğunu hesab edir.

100. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

101. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2 -ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

102. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

103. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

104. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

105. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6lə barışıq əldə etməsini, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (Zərərçəkmiş şəxs2 münasibətdə 4000 manatın ödənilməsi), habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onlara vurulmuş ziyanın ödənilməsini tələb etməmələrinə dair müraciətlərini, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və 28 yaşında olmaqla cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

106. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

107. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

108. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

109. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

110. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

111. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə tutulmuş, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2023 və 28 fevral 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 mart 2024-cü il tarixədək uzadılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

112. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 5 mart 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 5 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməli və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır.

113. Zərərçəkmiş şəxslərə vurulan maddi ziyan ödənilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması onlara izah edilməlidir.

114. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

115. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir.

116. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla ********** və 22362 nömrəli ödəmə qəbzləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi içərisində videogörüntü olan 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi içərisində səs yazıları olan 1 (bir) ədəd disk və vatsap mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarının çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır.

117. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.

118. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

119. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

120. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 5 mart 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 5 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülsün. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış ödəmə qəbzləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi içərisində videogörüntü olan 1(bir) ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi içərisində səs yazıları olan 1(bir) ədəd disk və vatsap mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmaların çıxarışları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə izah edilsin ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar