Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1606/2025 18.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, lİl dərəcəli əlil, Oğuz rayonu, Oğuz şəhəri, A.Əliyev küçəsi, ev 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsi, nömrəsiz fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa tam məlum olmayan “Babək” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11.990 (on bir min doqquz yüz doxsan) qram narkotik vasitələr qurudulmuş marixuananı və külli miqdarda 970 (doqquz yüz yetmiş) qram çəkidə narkotik vasitə həşiş qatranını əldə edib özündə saxlamaqla daşımışdır. O, Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 20:23-də ünvan 1 ünvanının qarşısında tutularaq saxlanılmışdır. Sonuncunun üstü yoxlanılan zaman əlində olan sellofan torbanın içərisindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.330 qram, 2.490 qram, 2.155 qram, 2.980 qram və 2.035 qram olmaqla ümumi təmiz çəkisi 11.990 (on bir min doqquz yüz doxsan) qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 bükümdə təmiz çəkisi 970 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə həşiş qatranı aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:23də ünvan 2 ünvanının qarşısında yaxınlaşdıqları Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşduqda sonuncu əlində saxladığı torbanın içərisində narkotik vasitə olduğunu demiş, onlar da Təqsirləndirilən şəxs video çəkilişlə üstünün yoxlanmasının zəruri olduğunu izah etmişlər. Sonuncu etiraz etməyərək video çəkiliş zamanı həmin torbanı təqdim etmiş, torbanın ağzı açıldıqda içərisində 05 ədəd qara rəngli sellofan büküm və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmış, üstündə 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi və 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefonun olması müşahidə edilmişdir. Pul kisəsinin içərisinə baxılan zaman özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul, ABB tərəfındən verilmiş dediyinə görə özünə məxsus “tam” kart və ABB tərəfindən verilmiş, Təqsirləndirilən şəxs özünün bildirdiyinə görə sonuncuya məxsus pensiya kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükümlərin içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisindəki kütlənin isə narkotik vasitə həşiş qatranı olduğunu, İİR vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə hər bükümə görə 500 manat məbləğində pul əldə edəcəyi şərti ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində deyiləcək ünvanlara qoymaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin bükümlər açılıb baxılmış, daha sonra isə qablaşdırılmış, qablaşma imzalarla təsdiq edilmişdir. 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul özünə qaytarılmışdır. ABB tərəfindən verilmiş “tam” kart, pensiya kartı, 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılanda özü könüllü olaraq üzərində olan bağlamaları təqdim etmişdir. Sonuncu həmin bükümləri İİR vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə hər bükümə görə 500 manat məbləğində pul əldə edəcəyi şərti ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində deyiləcək ünvanlara qoyacağını bildirmişdir.
4. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:23-də ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmış, digər polis əməkdaşları ilə özlərini təqdim edib əvvəlkinin şəxsiyyətini dəqiqləşdirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuş, sonuncu əlində saxladığı torbanın içərisində narkotik vasitə olduğunu bildikdə onlar Təqsirləndirilən şəxs video çəkilişlə üstünün yoxlanmasının zəruri olduğunu izah etmişlər. Sonuncu video çəkiliş zamanı könüllü olaraq həmin torbanı təqdim etmiş, torbanın ağzı açıldıqda içərisində 05 ədəd qara rəngli sellofan büküm və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmış, üstündə 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi və 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefonun olması müşahidə edilmişdir. Pul kisəsinin içərisinə baxılan zaman özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul, Azərbaycan Beynəlxalq Bankı tərəfındən verilmiş dediyinə görə özünə məxsus “tam” kart və ABB tərəfindən verilmiş, Təqsirləndirilən şəxs özünün bildirdiyinə görə sonuncuya məxsus pensiya kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs onlara qara rəngli sellofan bükümlərin içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisindəki kütlənin isə narkotik vasitə həşiş qatranı olduğunu, İİR vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə hər bükümə görə 500 manat məbləğində pul əldə edəcəyi şərti ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində deyiləcək ünvanlara qoymaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin bükümlər açılıb baxılmış, qablaşdırılmış və qablaşma imzalarla təsdiq edilmişdir. 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, ABB tərəfindən verilmiş “tam” kart, pensiya kartı, 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirilmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən video çəkilişlə qablaşmaya baxış keçirilmiş və yenidən qablaşma edilmiş, daha sonra isə həmin qablaşma imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilinin olubolmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, sonuncu dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, vəkil X5 gəldikdən sonra Təqsirləndirilən şəxs ilə konfidensial görüşü təmin edilmişdir. Daha sonra sonuncu müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur.
5. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:23-də ünvan 1 ünvanının qarşısında yaxınlaşdıqları Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşduqda sonuncu əlində saxladığı torbanın içərisində narkotik vasitə olduğunu demiş, onlar da Təqsirləndirilən şəxs video çəkilişlə üstünün yoxlanmasının zəruri olduğunu izah etmişlər. Sonuncu etiraz etməyərək video çəkiliş zamanı həmin torbanı təqdim etmiş, torbanın ağzı açıldıqda içərisində 05 ədəd qara rəngli sellofan büküm və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmış, üstündə 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi və 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefonun olması müşahidə edilmişdir. Pul kisəsinin içərisinə baxılan zaman özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul, ABB tərəfındən verilmiş dediyinə görə özünə məxsus “tam” kart və ABB tərəfindən verilmiş, Təqsirləndirilən şəxs özünün bildirdiyinə görə sonuncuya məxsus pensiya kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli sellofan bükümlərin içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisindəki kütlənin isə narkotik vasitə həşiş qatranı olduğunu, İİR vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə hər bükümə görə 500 manat məbləğində pul əldə edəcəyi şərti ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində deyiləcək ünvanlara qoymaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin bükümlər açılıb baxılmış, daha sonra isə qablaşdırılmış, qablaşma imzalarla təsdiq edilmişdir. 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qara rəngli pul kisəsi 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul özünə qaytarılmışdır. ABB tərəfindən verilmiş “tam” kart, pensiya kartı, 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür.
6. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəməyədək istintaq dövründə ifadə vermiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və kiçik inspektor Şahid3 ifadələrinin elan olunmasını, həmin ifadələrlə razı olmasını və məhkəmə istintaqının onların iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 30).
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i/v 80-85).
9. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i/v 184-187).
10. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i/v 201-202).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/493 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş ağ kağız üzərində “İştirak etdilər: imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış çantada yapışqan lentlə bağlanmış 05 (beş) ədəd qara rəngli sellofan bağlada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2330 qram, 2) 2490 qram, 3) 2155 qram, 4) 2980 qram, 5) 2035 qram bitki mənşəli kütlətərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-11 kq 990 qramdır. Tədqiqata təqdim olunmuş çantada yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli folqa paketdə şəffaf sellofan bükümdə təmiz çəkisi 970,0 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranıdır. Qeyd: Marixuananın ümumi çəkisi: 11.990 qram, tədqiqata sərf edildi: 0,25 qram (hər 1-5 №-li obyektin 0,05 qr tədqiqata götürüldü), qalıq: 11.989,75 qram. Həşiş qatranının təmiz çəkisi-970,0 qram. Cəmi tədqiqata sərf edildi-0,05 qr, qalıq-969,95 qr (i/v 45-48) Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil etmişdir (i/v 46).
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4038 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Təqsirləndirilən şəxs lİl dərəcəli əlil olması ilə əlaqədar olaraq sonuncuya narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 129-130).
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il çap tarixli məlumatdan görünür ki, xx.xx.2014-cü il tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən İİİ dərəcəli əlillik müəyyən edilmişdir (i/v 132).
14. Şübhəli şəxsin üstünün yoxlanılmasının gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə, saat 20:23-dən 20:35-dək Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə 19 ünvanının qarşısında alınmışdır. Bakı şəhəri Nəsimi RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1 özünü və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra əməliyyat müvəkkili şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir, ona hüquqlarını izah etdi və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir. Şübhəli şəxs şalvarının cibindən bir ədəd pul kisəsi, əynindəki qara rəngli gödəkcənin iç cibinən bir ədəd mobil telofon təqdim edir, üstü yoxlanılarkən üzərindən qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlindəki göy rəngli sellofan torbanı təqdim edir, sellofan torbanın içərisində narkotik vasitə olan bir büküm həşiş qatranına, beş büküm qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunur. Ardınca təqdim edilmiş kütləyə baxış zamanı Təqsirləndirilən şəxs bükümdəki maddələrin nə olması soruşulur, sonuncu özünün narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi sellofan torbada narkotik vasitələri İİR vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin dediyi yerlərə qoyacağını və sonuncudan hər kiloqramına görə 500 manat pul alacağını bildirir. Aşkar olunan kütlələr qablaşdırılır və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmaqla götürülür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsə məxsus bir ədəd mobil telefon da götürülür. (i/v 7-9).
15. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, xx.xx.2025-ci ildə, saat 20:25-dən 20:47-dək Bakı şəhəri Nəsimi RPİ-nin NMB-də qeydə alınmışdır. X3 özünü və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquq və vəzifələrini izah etdi və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim olunan 01 ədəd torbada qablaşdırılmış 06 ədəd şəffaf sellofan bükümə və bir ədəd DVD diskə baxış keçirilir. Görüntülərdə müəyyən olunur ki, sonuncunun saxlanıldığı yerdə üstü və əlində daşıdığı torba yoxlanılan zaman torbanın içərisində olan əşya və predmetlərin qablaşdırıldığı torba açılır, torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan beş ədəd sellofan büküm və narkotik vasitə həşiş qatranına bənzər maddə olan bir ədəd sellofan büküm aşkar olunur. Daha sonra aşkar olunan kütlələr yenidən torbaya qoyularaq qablaşdırılaraq ağzı möhürlənir, Təqsirləndirilən şəxs aşkar edilmiş "Motorolla" markalı bir ədəd mobil telefon, iki ədəd bank kartı və şəxsiyyət vəsiqəsi istintaq zərurəti və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülür. Ən sonda protokol iştirakçılara ucadan oxunulur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir (i/v 16-18).
16. 01.04.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 11.989, 75 qram narkotik vasitə marixuana və 969,95 qram narkotik vasitə həşiş qatranı maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i/v 86-87).
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Oğuz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 06 ay 27 gün müddətə cəzaçəkmə yerinə qaytarılmış, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya haqqında qəarının 2.5-ci bəndinə əsasən azad edilmişdir; 2) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 3) Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CMə dəyişikliyin tətbiq edilməsi ilə ittihamdan 177.2.4-cü maddə xaric edilmiş və 04 il 03 ay azadlıqdan məhrumetmə cəzası saxlanmış, xx.xx.2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş; 4) Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 06 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş; 5) Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i/v 114-116).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
18. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:23-də ünvan 2 ünvanının qarşısında olan zaman ona 03 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra həmin şəxslər ondan üzərində qanunla qadağan edimiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşmuş, o da onlara əlində saxladığı torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Polislər ona hüquqlarını izah etdikdən sonra üzərinin video çəkiliş edilməklə yoxlanılmalı olmasını bildirmiş, o da buna etiraz etməyərək, həmin çəkiliş zamanı əlindəki torbanı könüllü surətdə təqdim etmişdir. Torbanın ağzı açıldıqda içərisində 05 ədəd qara rəngli sellofan büküm və 01 ədəd şəffaf sellofan bükümün olması müşahidə edilmiş, daha sonra üstündə yoxlama aparılmış və 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd qızılı rəngli “Motorolla” markalı mobil telefon və 01 ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində baxılan zaman ona məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd BakıKart, 01 ədəd 100 manat, 01 ədəd 10 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 117 manat nağd pul, ona məxsus ABB “tam” kart və pensiya kartı aşkar edilmişdir. O, narkotik vasitələri “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxladığı İİR vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə hər bükümə görə 500 manat məbləğində pul əldə edəcəyi şərti ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncu tərəfindən ona deyiləcək ünvanlara qoymaq üçün əldə etmişdir. ünvan 7ndə tanış olmuş, sonuncu ilə birlikdə ilk dəfə belə bir iş görməyə çalışmışdır. Əməli törətməsinin əsas səbəbi borclarının olmasıdır. Ona polis əməkdaşları tərəfindən saxlanılan, idarəyə gətirilən zaman və ya idarəyə gətirildikdən sonra hər hansı fiziki və ya psixi təziq, güc tətbiqi olmamış, o da hər hansı müqavimət göstərməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə iclaslarına gəlməyən şahidlərin ifadələrinin elan edilməsinə etiraz etmir, onların ifadələri ilə razıdır və məhkəmə iclasına gəlmələri ilə bağlı zərurət olmadığından onların iştirakı olmadan işə baxılmasının davam etdirilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, İİR vətəndaşı “Babək” adlı şəxslə 2013-cü ildən tanış olmuş, saxlanılan zaman onun üzərində telefonu olmuş, sonuncunun onun telefonuna göndərmiş konuma əsasən narkotik vasitəni gedib götürmüş və növbəti konumlar gəldikdən sonra həmin bağlamaları göndərilən konumlara qoymaqla hər birinə görə 500 manat pul alacaqdı. Narkotik vasitəni əldə edəndən dərhal sonra polislər tərəfindən saxlanılmışdır. Daha sonra İİİ qrup əlil olmasının nəzərə alınaraq barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
19. Maddə 234.4.1. və 234.4.3. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
20. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
22. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 23.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 24.Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
25. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
27. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
28. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir.
29. Maddə 83.3.4. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir.
30. Maddə 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
31. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
32. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 35.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 37.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 38.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 41.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 42.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 43.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:
44. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.
47. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.
48. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
49. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda, həşiş qatranının kütləsi 0,4 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 40 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı
50. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
51. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
52. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:
53. Qərarın 37-ci bəndi. ...Cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər
Avropa Məhkəməsinin Presedent Hüququ:
54. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
55. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi özünün etiraf edici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahid ifadəsi, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 37-ci bəndi).
56. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.
57. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından təxminən 2.398 dəfə, külli miqdarından təxminən 23.98 dəfə artıq olması, narkotik vasitə olan həşiş qatranının xeyli miqdarından təxminən 2.425 dəfə, külli miqdarından təxminən 24.2 dəfə artıq olması narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. 58.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 19-cu bəndi).
59. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
60. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.
61. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır.
62. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2025-ci ildə yenidən qəsdən ağır cinayət törətmişdir (i/v 30, 114-116).
63. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir.
64. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halı, yəni əməlində cinayətlərin residivinin olmasını, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət əməli törətməsini, narkotik vasitələrin külli miqdarda olmasını (qurudulmuş marixuananın təmiz çəkisi - 11.990 qram, həşiş qatranının təmiz çəkisi - 970,0 qram), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
65. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
66. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 24-cü bəndi).
67. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 30, 80-85).
68. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 7-ci bəndi).
69. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır (i/v 129-130, hökmün 31-ci bəndi).
70. İş üzrə maddi sübutlar Nəsimi RPİ-nin Maddi Sübutların saxlanma otağında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 11989,75 qram narkotik vasitə olan qurudulmuş marixuana 969,95 qram narkotik vasitə olan həşiş qatranı məhv edilməlidir (hökmün 40-cı bəndi).
71. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
72. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 42-ci bəndi).
73. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 41 və 43-cü bəndləri).
74. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Maddi Sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 11.989,75 qram narkotik vasitə olan qurudulmuş marixuana və 969,95 qram narkotik vasitə olan həşiş qatranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli