Məhkəmə qərarları › İş №1(101)-1607/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1607/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1607/2023 02.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3, Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1985-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Salyan şəhəri A.Hüseynov küçəsi, ev 83, mənzil 16-da qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,874 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 8 mart 2023-cü il tarixdə saat 7:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 8,874 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitə olan heroindən istifadə edir. Gündəlik təxminən 0,5 qram heroin qəbul edir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Belə ki, 7 mart 2023-ci il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə narkotik maddə sifariş verib, onun kart hesabına 120 manat pul göndərmişdir. Həmin şəxs pulun müqabilində narkotik vasitəni səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində hasarın yanında yerləşdirəcəyini bildirmişdir. 8 mart 2023-cü il tarixdə səhər saat 7:30 radələrində qeyd olunan ünvana gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu RPİ-nin 14-cü PB-yə gətirmişlər. Narkotik vasitəni götürə bilməmişdir. Heroin istifadəçisi olduğunan polis əməkdaşlarına etiraz etməmişdir. Belə ki, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının əvvəlcədən ona verdiyi bükümü göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 100 manata əldə etdiyini və sonradan qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Narkotik vasitə istifadəçisi olduğundan, eyni zamanda saxlanılmamışdan qabaq narkotik vasitəni götürməyə getdiyindən ibtidai istintaq zamanı ona elan edilən ittihamı mübahisələndirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumatın dəqiqləşdirilməsi məqsədilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, onun və bölmənin digər əməkdaşı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 8 mart 2023-cü ildə saat 7:30-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində saxlanılaraq 14-cü PB-yə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli kağızın içərisində şəffaf sellofana bükülmüş halda bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu demişdir. Sonuncu həmin heroini 7 mart 2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin ona «Whatsapp» tətbiqi vasitəsilə göndərdiyi hesab nömrəsinə 100 manat pul göndərməklə sifariş etdiyini, ona narkotik vasitənin səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Alballıq yaşayış massivi hasarın yanına yerləşdirilməsi barədə bildirildiyini və həmin yerə gedib narkotiki götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində heroin olan bir ədəd sellofan büküm onların iştirakı ilə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Sonda tədbirin nəticəsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 29-30-cu vərəqlərindəki 8 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 7:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli kağızın içərisində şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin 53-cü vərəqindəki protokoldan görünür ki, 8 mart 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində «Samsung» markalı mobil telefonun video kamerası ilə videoçəkiliş aparılaq şəxsi axtarış həyata keçirilmiş və görüntülər 1 ədəd DVD diskinə köçürülmüşdür. Görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Tahir Vəliyev kimi təqdim edir və 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 8 mart 2023-cü il tarixdə şəxsi axtarış keçirildiyini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid2, Şahid1 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X2 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli kağızın içərisində şəffaf sellofana bükülmüş halda bükümü təqdim edərək içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 100 manata alaraq üzərində saxlayaraq daşıdığını bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır, büküm zərfə qoyulur və zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilmir. İşin 36-39-cu vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 8 mart 2023-cü il tarixli 6/1420 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 100» möhür əksi»...Şübhəli şəxs... Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,874 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 106-107-ci vərəqələrindəki məhkəmə-narkoloji ekspertizasının 3 aprel 2023-cü il tarixli 1846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 108-113-cü vərəqlərindəki 5 iyun 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 8,874 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 8,774 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 91-92-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rəhimov X1 rayon Məhkəməsinin 11 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 26 may 2011-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşin 17-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 fevral 2014-cü il təvəllüdlü Xanımana Rəhimova və 19 fevral 2016-cı il təvəllüdlü Rafael Rəhimov adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, internet vasitəsilə narkotik vasitəni sifariş etsə də, həmin narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanıldığını və şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri (i.v. 64-67, 50-52), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,874 (tədqiqatdan sonra qalıq 8,774) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 8 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,874 (tədqiqatdan sonra qalıq 8,774) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar