Məhkəmə qərarları › İş №1(101)-1608/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1608/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1608/2025 20.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, 9 sentyabr 2009-cu ildə Yardımlı rayonu Şıxhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi qaydada əməklə - çobanlıqla məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Şıxhüseynli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozu yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) və xx xxxxxx 2011-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozu yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 20 fevral 2026-cı il tarixdə, saat 12:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 onunla eyni məhəllədə yaşayan xx xxx 2014-cü il təvvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 2 mart 2025-ci il tarixdə, günorta saatlarında cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan tanışı X11 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib sonuncunun evdə tək olması səbəbindən özünün cinayətin törədilməsi ilə bağlı planının reallaşdırılması üçün münasib şərait yarandığına əmin olduqdan sonra öz cinsi ehtirasını pozğun formada təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, ona qarşı edilmiş hərəkətlər zamanı azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmaqla yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etirazlarına məhəl qoymaraq sonuncunun şalvarını dizlərindən aşağıya qədər çəkərək üzü üstə yerə uzanmasına nail olmuş, daha sonra öz şalvarını aşağı salaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək yoluna daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmişdir.

2. Bundan başqa, o, təkrarən yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2014-cü il təvvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 7 mart 2025-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs birlikdə futbol oynadıqları futbol meydançasından Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən yarımtikiliyə getməyə razı salıb cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan tanışı X11, qrup üzvü Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin tikiliyə gəldikdən sonra öz cinsi ehtirasını pozğun formada təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, ona qarşı edilmiş hərəkətlər zamanı azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmaqla yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etirazlarına məhəl qoymaraq, ona qarşı zor tətbiq etməklə sonuncunun şalvarını dizlərindən aşağıya qədər çəkərək üzü üstə yerə uzanmasına nail olmuş, daha sonra öz şalvarını aşağı salaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək yoluna daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmiş, daha sonra öz cinayət əməllərini inadkarlıqla davam etdirib Zərərçəkmiş şəxs iradəsi ziddinə olmaqla öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə öz cinsiyyət orqanını sonuncunun ağzına salaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

3. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2014-cü il təvvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 7 mart 2025-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs birlikdə futbol oynadıqları futbol meydançasından Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən yarımtikiliyə getməyə razı salıb cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan X11, qrup üzvü Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin tikiliyə gəldikdən sonra öz cinsi ehtirasını pozğun formada təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, ona qarşı edilmiş hərəkətlər zamanı azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmaqla yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etirazlarına məhəl qoymaraq ona qarşı zor tətbiq etməklə sonuncunun şalvarını dizlərindən aşağıya qədər çəkərək üzü üstə yerə uzanmasına nail olmuş, daha sonra öz şalvarını aşağı salaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək yoluna daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

4. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o heç nə etməmişdir. Polis idarəsində olarkən onlara video göstərilmiş, həmin videoda nə varsa o da olmuşdur. Videogörüntü onun özünə məxsus mobil telefon vasitəsilə Əli tərəfindən qeydə alınmış, həmin videogörüntüdə Mehdini döymələri əks olunmuşdur. Mehdi Əliyə söyüş söydüyündən onu döymüşlər. Yusif də onlarla eyni məhəllədə yaşayan uşaqdır. Hadisə baş verən zaman 7-ci sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs2 da onun yaşadığı məhəllədə yaşayan uşaqlardandır. O, ikinci dəfə çəkilən videoda olmamışdır. Verilmiş ittihamı tam dərk etmir və başa düşmür. İbtidai istintaq dövründə ifadə vermiş, ilkin ifadələr verərkən atası və ya anası yanında olmamış, lakin vəkili yanında olmuşdur. Cinsi əlaqənin nə olduğunu başa düşmür və dərk etmir, Mehdi ilə cinsi əlaqədə olmamış, Mehdinin şalvarını soyundurmamış, cinsiyyət orqanını Mehdinin arxa keçəcək nahiyəsinə daxil etməmişdir. Hazırkı dövrədək hər hansı şəxslə cinsi əlaqədə olmamışdır. Mehdini söyüş söydüyünə görə vurmuş, videoda baş verən hərəkətlər 10 saniyə ərzində davam etmişdir. Videonun çəkilməsini özü təklif etmiş, videonu çəkməkdə məqsədləri görüntüləri Novruz adlı uşağa göndərmək olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində (bundan sonra mətndə - Suraxanı RPİ-nin 30-cu PŞ) olarkən polislər etdiyi hərəkəti boynuna alması üçün onu döymüşdür. Cinayət işi materiallarında onun adının qarşısında olan imzalar özünə məxsusdur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs2la eyni otaqda dindirilmiş, həmin vaxt Əlinin atası orada olmamışdır.

5. Davam edən məhkəmə iclaslarında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, onlar Mehdigilin evinə getməmişlər. Yarımtikilinin yanında olan futbol meydançasına futbol oynamaq üçün getmiş, futbol oynayarkən Mehdi söyüş söydüyünə görə onu vurmaq üçün yarımtikiliyə getmişlər. O, Mehdi ilə cinsi əlaqədə olmamış, Mehdinin şalvarını əynindən tam çıxarmamış, dizə qədər endirmiş, o da öz şalvarını tam çıxarmamış, dizinə qədər endirmişdir. Mehdi onlardan siqaret istəmiş, bunun qarşılığında özü uzanaraq onunla əlaqədə olmalarını istəmişdir. Mehdi uzananda onun ayaqları aralanmamışdır. Onun cinsiyyət orqanı Mehdiyə daxil olmamış, cinsiyyət orqanından maye ifraz olmamışdır. Onun Mehdinin üzərində qalması 5-10 saniyə çəkmişdir. Mehdi buna etiraz etməmiş, könüllü olaraq razı olmuşdur. Mehdiyə qarşı başqa qeyri-əxlaqi hərəkətlər etməmişdir. 13 mart 2025-ci il tarixli ifadəsində çobanlıqla məşğul olaraq qoyun otarmağa getməsi ilə bağlı qeyd olunan hissələri doğrudur, lakin həmin ifadədə yarımtikilidə baş verənlərlə bağlı və digər hissələr doğru deyildir. Sadəcə videogörüntülərdə görünənlər baş vermişdir. Məlum videoda görünən şəxslərdən biri onun özüdür. Cinayət işi materiallarına əlavə edilmiş fotoşəkillərdə göstərilən evə getməmiş, Sevda adlı qadını tanımır. O, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 121 nömrəli orta məktəbdə təhsil almışdır. Sonda Təqsirləndirilən şəxs1 uşaq olduğuna görə məhkəmədən onun bağışlanmasını xahiş etdi.

6. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı onun hüquqlarını müqavilə əsasında məhkəmə icraatı zamanı da müdafiə etmiş müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və qanuni nümayəndəsinin iştirakı ilə 13 mart 2025-ci il tarixdə şübhəli, 15 mart 2025 və 22 iyun 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon 121 saylı tam orta məktəbdə 7-ci sinfədək oxumuş, müəllimləri oxumamağı ilə bağlı valideynlərinə narazılıq etdiklərindən valideynləri onu məktəbdən çıxartmışlar. Atası və anası günəmuzd fəhləlik edirlər. Ailədə ondan savayı iki qardaşı var, qardaşları eşitmə və nitq qüsurludular. O isə gündəlik mal-qaranı otarmaqla məşğul olur. Yusif və Əli adlı şəxsləri eyni məhəllədə yaşadıqlarına görə tanımışdır. Eyni zamanda Mehdi də onlarla eyni məhəllədə yaşayır. Mehdi ilə tanışlıqları birlikdə məhəllədə futbol oynayarkən yaranmışdır. Lakin həmin vaxt Mehdinin kiminləsə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bilməmişdir. Bu barədə ona 2024-cü ilin dekabr ayında Yusif məlumat vermişdir. Həmin ərəfədə, təxminən dekabr ayının ortalarında o, Əli və Mehdi Binə qəsəbəsində yerləşən karyer adlanan əraziyə yaxın istifadəsiz qalan yarımtikiliyə getmişlər. Orada olan zaman Əli Mehdidən siqaret qarşılığında qeyri-təbii yolla cinsi əlaqədə olub-olmadığını soruşmuşdur. Mehdi isə onun sualına təsdiq cavabı verərək siqaret verəcəyi təqdirdə onunla cinsi əlaqədə ola biləcəyini demişdir. Əli üzərində siqaret olmadığını deyib ondan siqaret istəmişdir. Əliyə siqaret verdikdən sonra Əli həmin siqareti Mehdiyə uzatmışdır. Mehdi siqareti götürdükdən sonra əynində olan şalvarı dizinə qədər aşağı çəkib yerə uzanmışdır. Əli də eyni qaydada şalvarını yarıya qədər aşağı çəkib Mehdinin üzərinə uzanmış və öz cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə salmışdır. Əli ilə Mehdi təxminən 1 dəqiqə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra oradan çıxaraq hər biri öz evlərinə getmişlər. xx.xx.2025-ci il tarixdə Yusiflə birlikdə Mehdinin yaşadığı evin qarşısına getmişlər. Orada Mehdi evin qapısını açaraq onları içəri buraxmışdır. Həmin vaxt evdə Mehdidən savayı heç kəs olmamışdır. Mehdiyə onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə Mehdi buna etiraz etməmişdir. Mehdi onları yataq otağına aparmışdır. Orada taxt olmadığından Mehdi şalvarını dizinə qədər aşağı çəkib yerə uzanmışdır. O da şalvarını aşağı çəkib arxa tərəfdən onun üzərinə uzanmışdır. Əli ilə cinsiyyət orqanının uc hissəsini tüpürcəyiylə yaş edib Mehdinin arxa keçəçək nahiyəsinə dirəmişdir. Biraz da güc verib cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 2-3 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra boşalmamış onun üzərindən qalxıb şalvarını yuxarı çəkmişdir. Ondan sonra Yusif də şalvarını dizinə qədər aşağı çəkib Mehdinin üzərinə uzanmışdır. Yusif də öz cinsiyyət orqanını Mehdinin arxa keçəcək nahiyəsinə salıb onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Mehdi ilə cinsi əlaqədə olduqdan sonra onun evindən çıxıb hərəsi bir tərəfə dağılışmışlar. xx.xx.2025-ci il tarixdə mal-qaranı otarmaq üçün ara küçə deyilən əraziyə çıxarmışdır. Həmin vaxt orada, daha dəqiq desək Yusifin evinin qarşısında İlyas adlı idman müəllimi, Yusif, Yusifin kiçik qardaşı Rəşad, Əli, Mehdi və sonuncunun qardaşı ilə rastlaşmışlar. Əli evdən özü ilə top gətirdiyini deyib futbol oynamağı təklif etmişdir. Əlinin təklifi ilə razılaşıb yaxınlıqda olan futbol meydançasına getmişlər. Mehdinin kiçik qardaşı futbol oynamaq istəmədiyini deyib onlarla sağollaşaraq çıxıb getmişdir. Futbol oynadıqdan sonra saat 19 radələrində karyer deyilən əraziyə yaxın istifadəsiz qalan yarım tikiliyə getmişlər. Orada Mehdiyə yerə uzanmasını bildirib onunla qeyri-təbii yolla cinsi əlaqədə olacağını desə də, Mehdi buna etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Məcburi şəkildə Mehdinin əynində olan şalvarını dizinə qədər aşağı çəkib onu yerə uzatmışdır. Öz şalvarını da aşağı çəkdikdən sonra cinsiyyət orqanının uc hissəsini tüpürcəyiylə yaş edib onun arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 1 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ayağa qalxıb əynini səliqəyə salmışdır. Ondan sonra Əli də yerdə uzanıqlı vəziyyətdə olan Mehdinin üzərinə uzanaraq şalvarını yarıya qədər aşağı çəkmiş və öz cinsiyyət orqanını Mehdinin arxa keçəcək nahiyəsinə salmışdır. Əli Mehdi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra hər üçü Mehdinin ünvanına nalayiq ifadələr işlədib, ondan həmin ifadələri öz ünvanına işlətməsini tələb etmişlər. Mehdi onlardan qorxduğu üçün dedikləri hər bir şeylə razı olmuşdur. Mehdinin oğlanlarla qeyri-təbii yolla cinsi əlaqədə olmasına görə cəzalandırmaq məqsədi və alçatmaq niyyəti ilə öz şalvarının zəncirbəndini açıb cinsiyyət orqanını çıxardıb Mehdidən cinsiyyət orqanını ağzına salmasını tələb etmişdir. Mehdi ilk əvvəl etiraz etsə də, təzyiq altında onun dediklərini yerinə yetirmişdir. Həmin vaxt baş verənləri Əli mobil telefon vasitəsi ilə qeydə almışdır. Onlarla yanaşı Yusif də Mehdiyə təpik zərbələri vurmuş, ünvanına nalayiq ifadələr işlətmiş, baş nahiyəsinə və üzərinə tüpürmüş, həmçinin öz cinsiyyət orqanını sonuncunun baş nahiyəsinə sürtmüşdür. Yusiflə Əlinin etdiklərini görüb Mehdiyə daha çox əzab verə bilmək üçün həmin vaxt çəkdiyi siqaret kötüyünü yanılı vəziyyətdə Mehdinin şalvarını çəkərək içərisinə doğru atmışdır. Siqaret kötüyü Mehdinin ayaq nahiyəsinə toxunduğu üçün sonuncu ağrıdan ağlamağa başlamışdır. Əli baş verən bütün prosesləri mobil telefon vasitəsi ilə qeydə alaraq görüntünü Novruz adlı dostuna göndərəcəyini demiş, hətta çəkiliş zamanı bir neçə dəfə sonuncunun adını da qeyd etmişdir. Lakin nə ikinci gün, nə də beşinci gün baş verən hadisələr zamanı Novruz adlı şəxs onların yanında olmamış, Yusifin kiçik qardaşı Rəşad isə beşinci gün onlarla birlikdə olsa da, Mehdiyə qarşı hər hansı əxlaqsız hərəkət və ya ifadə işlətməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 81-83; 135-137; 318-321;).

7. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı məhkəmə icraatı zamanı da müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və qanuni nümayəndəsinin iştirakı ilə 19 iyun 2025 və 22 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi zamanı verdiyi ifadələri ilə (Cild 1, i.v.280-282; 331-333;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 eyni məhəllədə yaşadıqlarına görə tanımışdır. Eyni zamanda Mehdi də onlara eyni məhəllədə yaşadığından, onunla tez-tez birlikdə futbol oynamışlar. 7 mart 2025-ci il tarixdə göyərçin tutmaq üçün yaşadıqları evin yaxınlığındakı yarımtikililərə tərəf getmişdir. Salam da həmin vaxt qoyunlarını otarmaq üçün gəlmişdir. Yarımtikililərin yaxınlığındakı futbol meydançası tərəfdə qonşuları olan Mehdi, Salam və digərləri ilə rastlaşdıqlarından meydançada futbol oynamağa başlamışlar. Futbol oynayıb qurtardıqdan sonra qonşuları olan İlyasgilin həyətinə quş tutmağa getmişdir. Quşu tuta bilmədiyinə görə evlərinə qayıtmışdır. Evlərinə qayıdan vaxt Salam, Yusif və Mehdinin yarımtikiliyə girdiklərini görmüşdür. Onlardan hara getdiklərini soruşduqda siqaret çəkmək üçün getdiklərini bildirmişlər. O isə evlərinə gedib öz göyərçinini götürüb İlyasgilin evinin yanındakı göyərçini tutmaq üçün geri qayıtmışdır. Geri qayıdarkən tutmaq istədiyi quşun Salamgilin siqaret çəkmək üçün girdikləri yarımtikilinin üzərində olduğunu gördüyündən həmin yarımtikiliyə gəlmişdir. Yarımtikiliyə daxil olduqda Mehdinin yerdə oturaraq ağladığını, Yusifin isə əynini soyunmadan öz cinsiyyət orqanını Mehdinin başına sürtdüyünü görmüşdür. Salam isə həmin vaxt siqaret çəkmişdir. Salam öz telefonunu ona verərək baş verənləri videoya çəkməyini xahiş etmişdir. Niyə video çəkdiyini soruşduqda, videonu dostu Novruza göndərəcəyini bildirmişdir. Həmin gün futbol oynayarkən Mehdiylə toqquşmuşlar və Mehdi ona “peysər” demişdir. Mehdiyə həmin vaxt cavab qaytara bilməmişdir. Yarımtikilidə olduğu zaman Mehdinin futbol oynayarkən ona söydüyü söyüş yadına düşdüyündən o da Mehdini söymüş, əsəbləşdiyinə görə də onun ağzına tüpürmüşdür. Mehdi özü onun cinsiyyət orqanını ona sürtməyini istədiyindən o da cinsiyyət orqanını Mehdiyə sürtmüşdür. Mehdi özü onların onu və anasını söymələrini istədiyindən onlar da onu və anasını söymüşlər. Salamın telefonu vasitəsi ilə çəkdiyi videonu heç kimə göndərməmişdir. Mehdi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, həmçinin də ona qarşı başqa seksual hərəkətlər etməmişdir. Videoda Mehdinin ağlamasına və etiraz etməsinə baxmayaraq əvvəlcədən uşaqlardan özü ona qarşı həmin hərəkətlərin edilməsini istəmişdir.

8. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o, videoçəkiliş aparmaqdan başqa hər hansı hərəkət etməmişdir. Belə ki, məhəllədən keçərkən Təqsirləndirilən şəxs1 futbol oynamağı təklif edərək uşaqlarla futbol oynamağa getmiş, daha sonra quş tutmaq üçün uşaqlarla birlikdə yarımtikiliyə getmiş, futbol oynayarkən Mehdi ona söyüş söymüş, o da Təqsirləndirilən şəxs1 Mehdiyə 2-3 sillə vurarkən videogörüntüləri qeydə almışdır. Quş tutmaq üçün yarımtikiliyə gedərkən uşaqlar da onunla birlikdə getmiş, futbol oynayarkən Mehdi ona boyun arxası ilə bağlı söyüş söydüyündən video çəkmiş, uşaqlar da Mehdini döymüşdür. Mehdinin yaşını bilmir. Mehdi onlara qarşı ilk dəfə söyüş söymüşdür. Hadisədən əvvəl yarımtikiliyə getməmişdir. Mehdinin evinə getməmişdir. Əvvəllər Mehdinin adını eşitmiş, lakin onu oynamağa çağırmamışdır. Polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-də hadisəni törətmələri ilə bağlı döyülmüşdür. O, hadisədən əvvəl bir il yarım müddətdə güləş idman növü ilə məşğul olmuş, həmin idmanı növü üzrə hər hansı medalı yoxdur. Daha sonra zədələndiyinə görə idmanı yarımçıq saxlamışdır. Məktəbdən 19:00 radələrində çıxmışdır. 13 mart 2025-ci il tarixdəki ifadəsini özü verməmiş, həmin protokolda qeyd olunanlar onun sözlərini əks etdirmir. İbtidai istintaq zamanı verdiyi 19 iyun 2025 və 22 iyun 2025-ci il tarixli ifadələri isə həqiqəti əks etdirir. Mehdi ilə birlikdə Sevda xanımın evində olmamışdır. O, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 218 saylı orta məktəbdə təhsil almışdır. Sonda Təqsirləndirilən şəxs2 uşaq olduğuna görə məhkəmədən onun bağışlanmasını xahiş etdi.

9. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsində müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə 13 mart 2025-ci il tarixdə şübhəli və 14 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon 218 saylı tam orta məktəbin 6-cı sinfində oxuyur. Salam və Yusif adlı şəxsləri eyni məhəllədə yaşadıqlarına görə tanımışdır. Eyni zamanda Mehdi də onlarla eyni məhəllədə yaşadığından, onunla tez-tez birlikdə futbol oynayırlar. Lakin Mehdinin kiminləsə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu eşitməmişdir. 2024-cü ilin dekabr ayında Yusif adlı dostu Mehdinin siqaret qarşılığında qeyri-təbii yolla cinsi əlaqədə olduğunu ona demişdir. Həmin ərəfədə təxminən dekabr ayının ortalarında o, Salam və Mehdi Binə qəsəbəsində yerləşən karyer adlanan əraziyə yaxın istifadəsiz qalan yarımtikiliyə getmişlər. Orada olan zaman Mehdidən siqaret qarşılığında qeyri-təbii yolla cinsi əlaqədə olub-olmadığını soruşmuşdur. Mehdi isə onun sualına təsdiq cavabı verərək siqaret verəcəyi təqdirdə onunla cinsi əlaqədə ola biləcəyini demişdir. Həmin vaxt üzərində siqaret olmadığı üçün Salamdan siqaret istəmişdir. Salam ona siqaret verdikdən sonra həmin siqareti Mehdiyə uzatmışdır. Mehdi siqareti götürdükdən sonra əynində olan şalvarı dizinə qədər aşağı çəkib yerə uzanmışdır. O da eyni qaydada şalvarını yarıya qədər aşağı çəkib Mehdinin üzərinə uzanmış və tüpürcəyiylə öz cinsiyyət orqanının uc hissəsini yaş edib Mehdinin arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 1 dəqiqə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra oradan çıxaraq hər biri öz evlərinə getmişlər. 7 mart 2025-ci il tarixdə Binə qəsəbəsi ərazisində Yusifin evinin qarşısında İlyas adlı idman müəllimi, Yusif, Yusifin kiçik qardaşı Rəşad, Mehdi və sonuncunun qardaşı ilə görüşmüşlər. Evdən özüylə top gətirdiyini deyib futbol oynamağı təklif etmişdir. Uşaqlar onun təklifi ilə razılaşdıqları üçün yaxınlıqda olan futbol meydançasına getmişlər. Mehdinin kiçik qardaşı futbol oynamaq istəmədiyini deyib onlarla sağollaşaraq çıxıb getmişdir. Futbol oynadıqdan sonra saat 19 radələrində karyer deyilən əraziyə yaxın istifadəsiz qalan yarımtikiliyə getmişlər. X27 yerə uzanmasını bildirib onunla qeyri-təbii yolla cinsi əlaqədə olacağını desə də, Mehdi buna etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Salam məcburi şəkildə Mehdinin əynində olan şalvarını dizinə qədər aşağı çəkib onu yerə uzatmışdır. Daha sonra öz şalvarını da aşağı çəkdikdən sonra cinsiyyət orqanını Mehdinin arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 1 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ayağa qalxıb əynini səliqəyə salmışdır. Salamdan sonra o da Mehdi ilə onun iradəsinə zidd onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, Salam onunla cinsi əlaqədə olduqdan sonra Mehdi yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O şalvarının zəncirbəndini açıb onun üzərinə uzanmışdır. Tüpürcəyiylə cinsiyyət orqanını yaş edib zorla Mehdinin arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 1 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra boşalmamış onun üzərindən qalxmışdır. Bundan sonra hər üçü Mehdinin ünvanına nalayiq ifadələr işlədib, ondan həmin ifadələri öz ünvanına işlətməsini tələb etmişlər. Mehdi onlardan qorxduğu üçün dedikləri hər bir şeylə razı olmuşdur. Salam hətta öz şalvarının zəncirbəndini açıb cinsiyyət orqanını çıxardıb Mehdidən cinsiyyət orqanını ağzına salmasını tələb etmişdir. Mehdi ilk əvvəl etiraz etsə də, təzyiq altında Salamın dediklərini yerinə yetirmişdir. Həmin vaxt baş verənləri mobil telefonu vasitəsi ilə qeydə almışdır. Onlarla yanaşı Yusif də Mehdiyə təpik zərbələri vurmuş, ünvanına nalayiq ifadələr işlətmiş, baş nahiyəsinə və üzərinə tüpürmüş, həmçinin öz cinsiyyət orqanını sonuncunun baş nahiyəsinə sürtmüşdür. Bundan sonra Salam həmin vaxt çəkdiyi siqaret kötüyünü yanılı vəziyyətdə Mehdinin şalvarını çəkərək içərisinə doğru atmışdır. Siqaret kötüyü Mehdinin ayaq nahiyəsinə toxunduğu üçün sonuncu ağrıdan ağlamağa başlamışdır. Baş verən bütün prosesləri mobil telefon vasitəsi ilə qeydə alaraq görüntünü Novruz adlı dostuna göndərəcəyini demiş, hətta çəkiliş zamanı bir neçə dəfə sonuncunun adını da qeyd etmişdir. Hadisə baş verən vaxt Novruz orada olmamış, yanlarında olan Yusifin kiçik qardaşı Rəşad isə baş verənlərə müdaxilə etməmişdir. Sonuncu Mehdinin ünvanına nalayiq ifadələr işlətməmiş, həmçinin sonuncuya qarşı əxlaqsız hərəkətlər etməmişdir (Cild 1, i.v. 57-59; 110-112;).

10. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

11. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

12. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Lənkəran rayonunda anadan olsa da, atası Sabirabad rayonunun Cavadkənd kəndində təsərrüfatla məşğul olduğundan orada yaşamışlar və həmin kənddə yerləşən orta məktəbə getmişdir. Sonradan atası ilə anası ayrıldığından anası onu, qardaşı və bacısını götürərək Bakı şəhərinə köçmüşdür. Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozundə fərdi yaşayış evində kirayədə yaşamışlar. Digər bacı və qardaşları yaşca ondan kiçikdirlər. Bakı şəhərinə köçdükdən sonra məktəbə getməmişdir. Bütün gün evdə olmuş, bəzən isə həyətə çıxıb qonşuluqda yaşayan uşaqlarla futbol oynamışdır. Əli, Salam, Yusif və Rəşadı eyni məhəllədə yaşadıqlarından tanıyır. 2 mart 2025-ci il tarixdə evdə tək olarkən Yusifin çöldən onu səslədiyini eşitmişdir. Qapını açıb Yusiflə birlikdə Salamın onların yaşadığı evin qarşısında dayandıqlarını görmüşdür. Yusif onlara qonaq gəldiyini deyib evə girmək istədiyini bildirmişdir. O, etiraz etməyib onları evə buraxmışdır. Evdə bir neçə dəqiqə söhbət etdikdən sonra Salam onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Salamın istəyinin nə olduğunu dərk etmədiyi üçün onunla razılaşmışdır. Salam ondan harada yatdıqlarını soruşduğu üçün onu yataq otağına aparmışdır. Orada Salam ondan əynini soyunmağını tələb etdikdə əynində olan şalvarı dizinə qədər aşağı çəkmişdir. Salam ona yerə uzanmağını bildirmiş və onun dediyini edib üzü üstə yerə uzanmışdır. Salam öz şalvarının zəncirbəndini açıb, şalvarını dizinə qədər aşağı çəkmiş və onun üzərinə uzanmışdır. Bundan sonra o hiss etmişdir ki, Salam öz cinsiyyət orqanının uc hissəsini yaş edib onun arxa keçəcək nahiyəsinə dirəyir. Həmin vaxt ağrı hiss etməsə də, Salam qəfildən güc verib cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə salmışdır. Şiddətli ağrı hiss etsə də, Salam üzərindən qalxmamışdır. Təxminən 1 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ayağa qalxıb əynini geyinmişdir. O isə ağrıdan yerdə uzanmışdır. Salamdan sonra Yusif də onun üzərinə uzanıb öz cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə salmışdır. Yusif də onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra üzərindən qalxmışdır. Bir güclə ayağa qalxıb şalvarını düzəltmişdir. Bundan sonra onlar evdən çıxıb getmişlər. İlk əvvəl baş verənlər barəsində anası Əzizəyə demək istəsə də, sonradan həm qorxduğundan, həm də utandığı üçün bu barədə nə anasına, nə də digər bir şəxsə məlumat verməmişdir. 7 mart 2025-ci il tarixdə Binə qəsəbəsində yerləşən futbol meydançasında Əli, Salam, Yusif, Yusifin qardaşı Rəşadla futbol oynamış, futbol oynayıb qurtardıqdan sonra Əli qəsəbədə yerləşən digər böyük idman meydançasına getməyi təklif etmişdir. Əlinin təklifi ilə razılaşıb həmin yerə getmişlər. İdman meydançasının yaxınlığında istifadəsiz qalan yarım tikili vardır. Hamısı birlikdə ora daxil olmuşlar, çünki uşaqlar orada siqaret çəkmək istədiklərini demişlər. Oraya daxil olduqdan sonra Əli, Salam və Yusif onunla məzələnməyə başlamışlar. İlk əvvəl zarafat etsələr də, sonradan onun ünvanına nalayiq ifadələr işlətməyə, anası və altı yaşlı bacısını küçə söyüşləri ilə təhqir etməyə başlamışlar. Tək olduğundan, həmçinin onlardan yaşca kiçik olduğundan qorxub onlara cavab qaytara bilməmişdir. Orada olarkən Əli zorla onu yerə uzadıb şalvarını dizinə qədər aşağı çəkmiş və özü də üzərinə uzanıb onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Birinci dəfə yaşadığı evdə qeyri-təbii yolla cinsi əlaqədə olarkən şiddətli ağrılar hiss etdiyindən Əlidən ona toxunmamasını xahiş etmişdir. Lakin Əli onun dediklərini qulaq ardına vurub onunla iradəsinə zidd qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Əli onun üzərindən qalxandan sonra Salam üzərinə doğru gəlib uzanmış və Salam da zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Onlar ona qarşı bu cür zorakılıq hərəkətləri etdiklərindən sonra Yusif öz cinsiyyət orqanını onun baş nahiyəsinə sürtmüş, başına tüpürmüş, anasının və əzizlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlara qarşı heç bir şey etmədiyi halda Salam yanan siqareti onun şalvarının içinə atmışdır. Ağrıdan dözməyərək ağlamışdır. Bundan başqa Salam öz cinsiyyət orqanını çıxarıb ondan cinsiyyət orqanını ağzına salmasını tələb etmişdir. Salamdan və orada olan digər şəxslərdən qorxduğu üçün Salamın dediklərini icra edib onun cinsiyyət orqanını ağzına salmışdır. Bu baş verənləri Əli mobil telefon vasitəsi ilə qeydə almış və video çəkə-çəkə Novruz adlı şəxsin adını çəkmişdir. Lakin o, Novruzu tanımır, nə ilk dəfə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediləndə, nə də sonuncu dəfəsində Novruz orada olmamışdır. Hadisə vaxtı Yusifin kiçik qardaşı Rəşad da onların yanında olsa da, Rəşadın yaşı az olduğundan baş verənlərə müdaxilə etməmişdir. Sonradan eşitmişdir ki, guya Yusifə bir siqaret qarşılığında qeyri-təbii yolla cinsi əlaqədə olduğunu təklif etmişdir. Halbuki bu deyilənlər yalandır, onunla Yusif arasında elə bir söhbət olmamışdır. İlk dəfə qeyri-təbii yolla cinsi əlaqənin nə olduğunu dərk etmədiyi üçün Yusif və Salama razılıq vermişdir. Lakin ikinci dəfə onlar ona qarşı zor tətbiq edib onun iradəsinə zidd onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Novruz və Rəşad ona qarşı fiziki və cinsi zorakılıq etməmiş, həmin şəxslərə qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Yusiflə Salam ilk dəfə 2 mart 2025-ci il tarixdə onun yaşadığı fərdi yaşayış evində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin gün onlar ona zorakılıq etməmişlər. Lakin 7 mart 2025-ci il tarixdə Əli ilə Salam ona zor tətbiq edərək onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuş, onun iradəsinə zidd onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt Salam onun bədəninin üzərində siqaret kötüyü söndürmüş, Yusif isə öz cinsiyyət orqanını onun baş nahiyəsinə sürtmüş, başına tüpürmüşdür. Qorxduğu və utandığı üçün baş verənlər barəsində heç kəsə məlumat verməmişdir.

13. Verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, təqsirləndirilən şəxslərlə dostluq etməklə onlarla gizlənqaç oynadıqdan sonra hadisə baş vermiş, təqsirləndirilən şəxslər onu döyərək anasının ünvanına təhqiramiz söyüş söymüşlər. Təqsirləndirilən şəxslər məcburi şəkildə onun şalvarını və alt paltarını dizinə qədər çıxararaq videogörüntüdə görünən hərəkətləri etmişlər. O həmin hərəkətlərin nə olmasını dərk etməmiş, həmin hərəkətlərdən xoşu gəlməmişdir. O, təqsirləndirilən şəxslərə həmin hərəkətləri etməmələri üçün yalvararaq etiraz etmişdir. Salam tərəfindən ona edilən hərəkətlər 10-15 dəqiqə ərzində davam etmişdir. O, təqsirləndirilən şəxslərdən ona siqaret vermələrini istəməmişdir. O, siqaret çəkmir, heç vaxt könüllü çəkməmişdir. Təqsirləndirilən şəxslər ona siqareti məcburi olaraq çəkməsi üçün verdiyindən çəkmişdir. Onun indi siqaret çəkmək kimi istəyi yoxdur və ya siqaretə qarşı asılılığı da yoxdur. O, təqsirləndirilən şəxslərdən siqaret qarşılığında ona qarşı hansısa hərəkətlərin edilməsini istəməmişdir. O, ibtidai istintaq zamanı anasının (qanuni nümayəndə) iştirakı ilə ifadə vermiş və şalvarının aşağı çəkilməklə ona qarşı olan digər hərəkətləri bildirmişdir. Salam və Yusif onların evinə telefonla oynamaq üçün gəlmiş, evdə ona qarşı ifadəsində qeyd etdiyi hərəkətləri etmişlər. Həmin hərəkətləri xoşlamır və ona qarşı olan həmin hərəkətlər onun istəyi ilə edilməmişdir. Evdə olarkən Təqsirləndirilən şəxs1 ondan şalvarını çıxarmasını istəmiş, o da etiraz etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi tamamilə doğrudur. Ona, qardaşına və bacısına qarşı başqa kimsə qeyri-etik hərəkətlər etməmişdir. Anası ona yaxşı baxır. O, hadisə baş verən dövrdə 218 saylı tam orta məktəbdə təhsil almış, müəlliməsinin adı Şəfəq olmuşdur. O, məktəbdə başına gələn hadisə barədə kiməsə danışmamışdır. Cinayət işi materiallarında şəkilləri olan ev hadisənin baş verdiyi ev deyildir. Belə ki, şəkillərdəki evdə həqiqətən də bir müddət yaşamış, polis əməkdaşı dediyinə görə şəkillərdəki həmin evi göstərmişdir. Həmin evin şəkillərinin 2025-ci ilin mart ayında çəkilməsi doğrudur. Yusif və Salam həmin evə gəlməmiş və hadisə həmin evdə baş verməmişdir. Hadisənin baş verdiyi ev isə gürcüstanlılar adlanan məhəllədə yerləşən Sevda xanımın evidir. Aygün xanım onlarla yaşamamışdır. Onlarla başqa kimsə yaşamamışdır. O, hazırda da təqsirləndirilən şəxslərdən qorxur.

14. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə3 ifadəsində göstərdi ki, Mehdinin atası ilə boşanmış, sonuncu hazırda Rusiya Federasiyasındadır. Mehdinin atası uşaqları ilə maraqlanmır və onlara hər hansı yardım göstərmir, hətta aliment də vermir. 4 övladı vardır, yaşca ən böyük övladı Mehdidir. Onun hadisə barədə əvvəlcədən məlumatı olmamış, Murad ona hər hansı məlumat verməmişdir. Səhər saatlarında polis əməkdaşları evinə gələrək onu polis idarəsinə dəvət etmiş, yalnız orada ona videogörüntü göstərildikdən sonra hadisə barədə məlumatı olmuşdur. Daha sonra da şikayət etməmişdir. Cinayət işi materiallarında olan evin şəkilləri hadisənin baş verdiyi evin şəkilləri deyildir. Belə ki, şəkillərdəki ev hadisədən sonra köçərək kirayə yaşadıqları evin şəklidir. Həmin evə hadisədən 10-15 gün sonra köçmüşlər. Müstəntiq yay aylarında evinə gələrək sonradan köçdüyü evin şəkillərini çəkmişdir. Fotoşəkillərdə əyinlərində olan qalın geyimləri müstəntiq dediyinə görə geyinmişlər. Hadisə fotoşəkillərdə olan evdə baş verməmişdir. Hadisə kirayə yaşadığı Sevda adlı qadının evində baş vermişdir. Cinayət işi materiallarında fotoşəkilləri olan ev isə Aygün adlı qadının evidir. Təqsirləndirilən şəxslər də uşaq olmaqla yetkinlik yaşına çatmadığından onlara qarşı şikayət və tələbi yoxdur.

15. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Qanuni nümayəndə3 həmin ifadələrdə göstərmişdir ki, X5 onun doğma oğludur. Mehdi Lənkəran rayonunda anadan olsa da, atası Balasən Sabirabad rayonunun Cavadkənd kəndində təsərrüfatla məşğul olduğundan orada yaşamış, Mehdi də orta məktəbə həmin kənddə yerləşən orta məktəbə getmişdir. Sonradan Mehdinin atası Balasənlə ayrıldıqlarından övladlarını da götürərək Bakı şəhərinə köçmüşdür. Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda fərdi yaşayış evində kirayə yaşayırlar. Digər övladları yaşca Mehdidən balacadır. Bakı şəhərinə köçdükdən sonra Mehdini məktəbə yazdıra bilməmiş, hazırda isə Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində yerləşən 218 saylı məktəbin 3-cü sinifində oxuyur. Özü övladlarını dolandırmaq üçün işləmək məcburiyyətində olduğundan uşaqlar bütün günü evdə olurlar. Mehdi bir neçə gün özünə qapandığından, onun sanki nədənsə qorxduğunu hiss etdiyindən onunla danışıb nə baş verdiyini soruşmuşdur. 13 mart 2025-ci il tarixdə evdə olduğu zaman Mehdi ilə bir qədər danışdıqdan sonra Mehdi ağlayaraq qonşuluqda yaşayan Salam, Yusif, Əli və Rəşad adlı uşaqların zor tətbiq edərək mütəmadi olaraq onunla qeyri-təbii yolla və oral olaraq cinsi əlaqədə olduqlarını, onu incitdiklərini, video çəkib özlərində saxladıqlarını bildirmişdir. Mehdi ilə ətraflı danışan zaman ona bildirmişdir ki, ilk olaraq onlar yaşadıqları evdə, bir neçə gün sonra isə, yəni 7 mart 2025-ci il tarixdə yaşadıqları ərazidəki tikilidə ona qarşı eyni hərəkətləri etmişlər. Mehdidən bu barədə məlumat aldıqdan sonra polis şöbəsinə gedib həmin uşaqlar barədə ərizə yazmışdır (Cild 1, i.v. 5; 177-178;)

16. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, o, işdən evə gəldiyi vaxt Yusifin atası Rəşid evinə gələrək videogörüntünün olduğunu bildirmişdir. O da nə baş verdiyini öyrənmək üçün Mehdigilin evinə getməyi təklif etmiş, yolda gedərkən Rəşid ondan ayrılmış, həmçinin onlarla birlikdə Salamın atası və anası da gəlmişdir. Rəşid ona videonu göstərməmişdir. Əli Mehdini yalnız döydüyünü və video çəkdiyini, başqa heç nə etmədiyini və yalnız video çəkdiyini bildirmişdir. O, videogörüntünü görməmişdir. Təqsirləndirilən şəxs2 ilk dəfə ifadəsi alınarkən onun yanında olmamış, sonradan idarəyə getmiş, müstəntiq ifadəni oxumağa icazə vermədən sənədi tələsik imzalamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsini müstəntiq özü yazmışdır. Təqsirləndirilən şəxs2 ilk dindirilməsində vəkil iştirak etməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 218 nömrəli məktəbin 6-cı sinifində oxumuşdur. Təqsirləndirilən şəxs2 dərslərini yaxşı oxumuş, dərsdən sonra həmçinin idmanın güləş növü ilə də məşğul olmuşdur. O, evakuator yük avtomobilinin sürücüsü işləyir, iş qrafiki sərbəst olduğundan sabit iş vaxtı yoxdur, qazancı normaldır, ailəsini və övladlarını dolandıra bilir. Üç övladı vardır, yaşca ən böyüyü Əlidir. Digər övladları qız və oğlan olmaqla 6 və 10 yaşlarındadır. Onlardan hər hansı narazılıq yoxdur. Əli normal davranışlı uşaq olmuşdur. Arvadı evdar qadındır. Təqsirləndirilən şəxs2 anası nəzarət etmişdir, amma hadisə törədilən ərəfələrdə nəzarət edib-etmədiyini bilməmişdir. Məktəbdən Əli barədə şikayət olmamışdır. Ona hadisənin baş verməsini əks etdirən videogörüntüləri müstəntiq deyil, başqa polis əməkdaşları göstərmişdir. Həmin vaxt o özünü pis hiss edib çölə çıxmış və geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 dindirilməsində iştirak etməmişdir. Onun yanında Təqsirləndirilən şəxs2 döyülməmişdir. Lakin Suraxanı RPİ-də və həmin RPİ-nin 30-cu PŞ-də Təqsirləndirilən şəxs2 döyülmüşdür.

17. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 13 mart 2025-ci il tarixdə dindirilərkən onun yanında iştirak etməmişdir. Müstəntiq sadəcə təqdim olunan sənədi imzalamasını bildirmiş, o da ifadəni imzalamışdır. Təqsirləndirilən şəxs1 yaxşı oxumadığından onu məktəbdən çıxarmışdır. Təqsirləndirilən şəxs1 evdə lal və kar olan qardaşlarına baxmışdır. Digər övladlarını məktəbə yerləşdirmişdir.

18. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X11 ifadəsində göstərdi ki, o, məktəbdən evə gəlmiş, idman müəllimi İlyas onları güləşməyə apardıqdan sonra futbol oynamağa getmiş və hazırkı hadisə baş vermişdir. Yarımtikilidə digər uşaqlar Mehdinin başına pis şeylər gətirmiş, videoda göstərilənlər baş vermişdir. O, Mehdiyə qarşı həmin hərəkətləri qapalı şəkildə etmişdir. O, qapalı tipli təlim-tərbiyə müəssisəsində bir ay qalmış, artıq həmin əməlləri törətmir, belə əməllərin pis olmasını başa düşür. Mehdi onunla eyni yaşdadır. Məktəbdə yaxşı oxumamışdır. Salam və Əli Mehdiyə qarşı pis hərəkətlər etmiş, həmin hərəkətlər edilərkən Əli Salamın telefonu ilə videoçəkiliş aparmışdır. Yarımtikiliyə 2-3 dəfə getmişlər. Hadisə həmçinin bir dəfə də Mehdigilin yaşadığı evin içərisində olmuşdur. Mehdinin evinə Təqsirləndirilən şəxs2 getməmiş, amma evini tanımışdır. Salamgilin Mehdini başqa vaxt döydüklərini görməmişdir. Videonu Əli özü çəkmək istəmişdir. İkinci videonun kim tərəfindən çəkildiyini bilmir və onu görməmişdir. Mehdi ona edilən hərəkətləri özü istəmişdir. Mehdi həmin hərəkətlərdən xoşu gəldiyini və ona qarşı həmin hərəkətlərin edilməsini istəmişdir. Təqsirləndirilən şəxs1 Mehdini döyməsini videogörüntüdə görmüşdür. O, Təqsirləndirilən şəxs1 Mehdinin evində Mehdini döyməsini görməmişdir. Salamın Mehdi ilə cinsi əlaqədə olmasını görməmişdir. Salam və Mehdini birlikdə çılpaq formada görməmişdir. O, ancaq videogörüntüdə olan hərəkətləri görmüşdür. İbtidai istintaq dövründə ifadə verərkən atası yanında olmuş, lakin sona qədər yanında qalmamışdır. Daha sonra polis əməkdaşı ona və atasına ifadəsini oxutmadan imzalatdırmışdır. Mehdi yarımçıq siqaret qarşılığında onlardan ona həmin hərəkətləri etmələrini istəmişdir. O, bir dəfə videogörüntüdə qapalı şəkildə Mehdiyə qarşı həmin hərəkəti etmişdir. O və ya başqa şəxslər əvvəllər Mehdiyə elə hərəkət etməmişdir. İbtidai istintaq dövründə doğru ifadə vermişdir. Atası hazırda Gürcüstana müalicə olunmağa getmişdir.

19. Verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan şahid Y.R.Məmmədov ifadəsinə əlavə edərək göstərdi ki, Mehdi siqaret qarşılığında cinsi əlaqədə olduğunu ona deyil, Təqsirləndirilən şəxs1 demişdir. 2 mart 2025-ci il tarixdə Salamla Mehdinin evinə getmiş, həmin vaxtı Salam Mehdi ilə cinsi əlaqədə olmuşdur. O həmin vaxt Mehdiyə qarşı hər hansı hərəkət etməmişdir. Təqsirləndirilən şəxs2 bir dəfə Mehdigilin yaşadığı evin həyətinə getmiş, lakin evin içərisinə daxil olmamışdır. Mehdigilə gedəndə qardaşı da evdə olmuş, heç nə etməmişdir. Mehdi onlardan siqaret istəmiş, bunun qarşılığında cinsi əlaqədə olmaqdan xoşu gəldiyini və onunla əlaqədə olmalarını istəmişdir. Təqsirləndirilən şəxs1 ona siqaret vermiş və siqareti ona verdikdən sonra ona qarşı həmin hərəkətləri etmişlər. Yarımtikili kiməsə məxsus deyildir. Salamla qoyun otaranda həmin yarımtikiliyə getmişlər. Yarımtikilidə Mehdinin şalvarını aşağı çəkmələri və digər hərəkətləri etmələri ilə bağlı qeyd olunanlar doğrudur. Atası hadisəni törətdiklərinə görə onu tənbehləmiş və düzgün olmayan hərəkət etdiklərini izah etmişdir. Cinayət işinin materiallarında şəkilləri çəkilmiş Mehdigilin evi hadisəni törətdikləri ev deyildir. Hadisə Mehdigilin şəkillərdəki evində deyil, digər evində baş vermişdir. Mehdi ilə dost olmuş, o, pis uşaq deyildir. Polis əməkdaşları onu ilkin prosesdə döymüşdür. İbtidai istintaq zamanı ifadə verərkən atası yanında olmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra günorta saat 15:00 radələrində döyülmüşdür. Polis əməkdaşları onu döyərkən atası yanında olmamışdır. Atasına polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdikdə atası ona heç nə deməmişdir. Hadisə məlum olduqdan sonra valideynləri onu danlamış və döymüş, niyə belə hərəkətlər etdiyini soruşmuşlar.

20. Yetkinlik yaşına çatmayan şahid X7 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Y.R.Məmmədov həmin ifadələrdə göstərmişdir ki, 8 saylı tibb-internat məktəbində 5-ci sinifdə oxuyur. Salam və Əli adlı şəxsləri eyni məhəllədə yaşadıqlarına görə tanımışdır. Eyni zamanda Mehdi də onlarla eyni məhəllədə yaşadığından onunla tez-tez birlikdə futbol oynamışlar. Əvvəllər Mehdinin kiminləsə qeyritəbii yolla cinsi əlaqədə olduğunu eşitməmişdir. Lakin bir dəfə birlikdə futbol oynayarkən Mehdi ona siqaret qarşılığında qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Bu barədə dostları Əli və Salam məlumat vermişdir. 4 mart 2025-ci il tarixdə Salamla birlikdə Mehdinin yaşadığı evin qarşısına getmişdir. Orada Mehdi evin qapısını açaraq onları içəri buraxmışdır. Həmin vaxt evdə Mehdidən savayı heç kəs olmamışdır. Salam Mehdiyə onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə Mehdi buna etiraz etməmişdir. Mehdi onları yataq otağına aparmışdır. Orada taxt olmadığından Mehdi şalvarını dizinə qədər aşağı çəkib yerə uzanmışdır. Salam da şalvarını aşağı çəkib arxa tərəfdən onun üzərinə uzanmışdır. Əli ilə cinsiyyət orqanı Mehdinin arxa keçəçək nahiyəsinə salmışdır. Təxminən 2-3 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra üzərindən qalxıb şalvarını yuxarı çəkmişdir. Salamdan sonra o da şalvarını dizinə qədər aşağı çəkib Mehdinin üzərinə uzanmışdır. Tüpürcəyiylə cinsiyyət orqanının uc hissəsini yaş edib Mehdinin arxa keçəcək nahiyəsinə salmış və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Mehdi ilə cinsi əlaqədə olduqdan sonra onun evindən çıxıb hərəsi bir tərəfə dağılışmışlar. 7 mart 2025-ci il tarixdə Binə qəsəbəsi ərazisində onun yaşadığı evinin qarşısında kiçik qardaşıyla birlikdə dayanıb söhbət edərkən Salam, Əli, Mehdi və sonuncunun qardaşı ilə rastlaşmışdır. Əli evdən özü ilə top gətirdiyini deyib futbol oynamağı təklif etmişdir. Əlinin təklifi ilə razılaşdıqları üçün yaxınlıqda olan futbol meydançasına getmişlər. Mehdinin kiçik qardaşı futbol oynamaq istəmədiyini deyib sağollaşaraq çıxıb getmişdir. Futbol oynadıqdan sonra saat 19 radələrində karyer deyilən əraziyə yaxın istifadəsiz qalan yarım tikiliyə getmişlər. X27 yerə uzanmasını bildirib onunla qeyri-təbii yolla cinsi əlaqədə olacağını desə də, Mehdi buna etiraz edib onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Salam məcburi şəkildə Mehdinin əynində olan şalvarını dizinə qədər aşağı çəkib onu yerə uzatmışdır. Daha sonra öz şalvarını da aşağı çəkdikdən sonra cinsiyyət orqanını Mehdinin arxa keçəcək nahiyəsinə salmışdır. Təxminən 1 dəqiqə onunla qeyritəbii yolla cinsi əlaqədə olduqdan sonra ayağa qalxıb əynini səliqəyə salmışdır. Salamdan sonra Əli də Mehdi ilə onun iradəsinə zidd onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, Salam onunla cinsi əlaqədə olduqdan sonra Mehdi yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Əli şalvarının zəncirbəndini açıb onun üzərinə uzanmış və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra hər üçü Mehdinin ünvanına nalayiq ifadələr işlədib, ondan həmin ifadələri öz ünvanına işlətməsini tələb etmişlər. Mehdi onlardan qorxduğu üçün dedikləri hər bir şeylə razı olmuşlar. Salam hətta öz şalvarının zəncirbəndini açıb cinsiyyət orqanını çıxardıb Mehdidən cinsiyyət orqanını ağzına salmasını tələb etmişdir. Mehdi ilk əvvəl etiraz etsə də təzyiq altında Salamın dediklərini yerinə yetirmişdir. Həmin vaxt baş verənləri mobil telefonu vasitəsi ilə qeydə almışdır. Eyni zamanda Mehdiyə təpik zərbələri vurmuş, ünvanına nalayiq ifadələr işlətmiş, baş nahiyəsinə və üzərinə tüpürmüş, həmçinin öz cinsiyyət orqanını sonuncunun baş nahiyəsinə sürtmüşdür. Bundan sonra Salam həmin vaxt çəkdiyi siqaret kötüyünü yanılı vəziyyətdə Mehdinin şalvarını çəkərək içərisinə doğru atmışdır. Siqaret kötüyü Mehdinin ayaq nahiyəsinə toxunduğu üçün sonuncu ağrıdan ağlamağa başlamışdır. Əli baş verən bütün prosesləri mobil telefon vasitəsi ilə qeydə alaraq görüntünü Novruz adlı dostuna göndərəcəyini demiş, hətta çəkiliş zamanı bir neçə dəfə sonuncunun adını da qeyd etmişdir. Hadisə baş verən vaxt Novruz orada olmamış, yanlarında olan kiçik qardaşı Rəşad isə baş verənlərə müdaxilə etməmişdir. Sonuncu Mehdinin ünvanına nalayiq ifadələr işlətməmiş, həmçinin sonuncuya qarşı əxlaqsız hərəkətlər etməmişdir (Cild 1, i.v. 32-36;).

21. Məhkəmədə yetkinlik yaşına çatmayan şahid X7 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri hadisədən sonra tanımış, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. O, Mehdini tanımır, sonuncunu mağazada bir-iki dəfə görmüşdür. Yusif əvvəllər kiminləsə dava və ya hər hansı qeyri-əxlaqi hərəkətlər etməmişdir. Yusif, Salam və Əli ilə dost münasibətində olmuşdur. O, Yusifi məktəbdən saat 17:00-dan sonra götürmüşdür. Övladına baxa bilmədiyindən, qohumu uşağını uşaq evinə qoyduğunu deyərək ona da Yusifi həmin yerə qoymağı məsləhət görmüşdür. O, Yusifi uşaq evindən çıxarıb Binə qəsəbəsindəki məktəbə qeydiyyat etdirmişdir.

22. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 məhkəməyədək icraat zamanı verdiyi (baxı cild 1, i.v.188-190;) ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Qanuni nümayəndə3 və onun oğlu Zərərçəkmiş şəxs tanımır. Həmin şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Əli, Salam və Yusif adlı şəxsləri isə eyni məhəllədə yaşadığından tanıyır, günəmuzd fəhləlik edir. 8 mart 2025-ci il tarixdə Salam onun istifadəsində olan mobil telefonda quraşdırılmış “whatsapp” proqramına videolar göndərmişdir. Həmin videolara baxarkən Salam, Əli və Yusifin azyaşlı oğlan uşağına qarşı əxlaqsız hərəkətlər etdiklərini görmüşdür. Həmin videoları dərhal telefonundan silmişdir. Sonradan isə videoda olan uşağın onlarla eyni məhəllədə yaşayan Mehdi adlı şəxs olduğunu öyrənmişdir. Mehdini tanımır, ona qarşı hər hansı əxlaqsız hərəkətlər etməmişdir. Həmçinin Salamın ona göndərdiyi videoları baxdıqdan dərhal sonra telefonundan sildiyindən həmin videonu heç kimə göstərməmişdir.

23. Verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 gecə saat 01:00-02:00 radələrində ona video göndərmiş, həmin videoya baxmadan silmiş, video telefonun qalereyasının zibil qutusunda qalmışdır. Təqsirləndirilən şəxs1 ona videonu göndərəndə videonu silib “zibilinizi məndən uzaq edin” demişdir. Salam və Əlini arada görmüş, onlarla tez-tez görüşməmişdir. O, işdən gəldiyindən gecə vaxtı oyaq olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər belə hərəkət etdiyini görməmişdir. Mehdi başqa məhlədə yaşadığından onu və ya anasını ümumiyyətlə tanımamış, görməmişdir. Təqsirləndirilən şəxs1 ona göndərdiyi videoya sona qədər baxmamış, videoda yaxşı görüntü olmadığını görüb silmişdir. Videodakı görüntülərdə uşaqlar zarafatlaşmış, lakin onun üçün həmin hərəkətlər zarafat deyildir. Növbəti gün iş yerinə gedərkən polis əməkdaşları tərəfindən orada saxlanılaraq aparılmışdır. Video mobil telefonunun “zibil qutusunda” qaldığından polislər açıb həmin görüntülərə baxmışdır. Təqsirləndirilən şəxs1 zəng edib videonu niyə atdığını soruşmamışdır. Ona tez-tez belə video atılmamışdır. Onun həmin videonu yaymaq fikri olmamışdır. Təqsirləndirilən şəxs1 ilə eyni məhəllədə yaşamaqla onunla dostluq etmiş, Təqsirləndirilən şəxs2 isə arada görmüşdür. Təqsirləndirilən şəxs1 ona videonu göndərəndə niyə belə hərəkətlər etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 göndərdiyi videonu kiməsə göndərməmişdir. Video göndəriləndən sonra növbəti günlərdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Mehdini görməmiş, onların arasında olan münasibət barədə nəsə eşitməmişdir. O, videoda baş verənləri görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi tamamilə doğrudur. Videoda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Yusif və Mehdi olmuşdur. Mehdini ilk dəfə videoda görmüşdür. Videoya 1 dəqiqə baxdıqdan sonra silmişdir. Videoda səhv hərəkət edildiyini görmüşdür.

24. Məhkəmədə yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə4 ifadəsində göstərdi ki, Novruzun atası ilə ayrılmışlar, iki oğlu vardır, Novruz kiçik oğludur, böyük oğlu 11-ci sinifdə oxuyur. Polis əməkdaşı Novruzun telefonundan silinən videonu bərpa edib öz telefonunda ona göstərmişdir. İbtidai istintaq zamanı Şahid1 onun iştirakı ilə verdiyi ifadəsi tamamilə doğrudur.

25. Məhkəmə iclasına tərəflərin vəsatəti əsasında dəvət edilmiş Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin direktoru X9 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs2 məktəbə gəlmədiyi vaxtlarda valideynləri dəvət olunmaqla onlarla danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs2 məktəbə gəlmədiyindən anası dəvət edilərək izahatı alınmışdır. Şagirlər məktəbə gəlmədiyi zamanlarda sinif rəhbərləri qeydiyyat aparır və sonda direktor müavini və direktorlara aparılmış qeydiyyat təqdim olunur. Bundan sonra müvafiq olaraq polis orqanlarına və müvafiq icra hakimiyyətinin nümayəndəliyinə məlumat verilir.

26. Məhkəmə iclasına tərəflərin vəsatəti əsasında dəvət edilmiş 121 saylı tam orta məktəbin direktoru X14 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs1 məktəbdən kənarlaşdırılmamışdan əvvəl onun davamiyyəti barədə polis orqanlarına məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 məktəbə gəlmədiyindən onun valideynləri ilə danışılmaqla polis orqanlarına məlumat verilmişdir. Lakin daha sonra polis orqanından onun valideynləri ilə də əlaqə saxlamağın mümkün olmadığı bildirilmişdir.

27. Məhkəmə iclasına tərəflərin vəsatəti əsasında dəvət edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin X6ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X15 izahatında göstərdi ki, şagirlərin davamiyyəti və davranışları ilə bağlı məktəblərdən daxil olmuş məlumatlara əsasən ilkin olaraq vətəndaşlarla danışıqlar aparılır. Lakin qanunvericilikdə bu kimi hallarla bağlı sərt tədbirlər nəzərdə tutulmamışdır. Bu səbəbdən icra hakimiyyəti orqanları belə hallarla bağlı sərt qərarlar qəbul edə bilmir. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi ilə bağlı cərimə tətbiq edilsə də, həmin tədbirlər adətən effektiv olmur.

28. Müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş müstəntiq X12 izahatında göstərdi ki, cinayət işi materiallarında şəkilləri olan evin şəkillərinin konkret hansı tarixdə çəkildiyini dəqiq xatırlamır, amma iş materiallarında qeyd olunan tarix doğrudur. İlk epizod üzrə hadisə yerinin istintaq orqanı tərəfindən bililnməsi mümkün deyildir, bu ancaq təsqirləndirilən şəxs və ya zərərçəkmiş şəxs bildirdikdə məlum olmuş və hadisə yerinə baxış keçirilmişdir. Cinayət işi materiallarında təhqiqatçı tərəfindən qeydə alınmış fotoşəkillər hadisənin törədildiyi evdir. Təqsirləndirilən şəxs2 dindirməmişdən əvvəl atasına hadisənin əks olunduğu videogörüntüləri göstərmişdir. Təqsirləndirilən şəxs2 atası əvvəlcəhəmin videogörüntüləri gördükdən sonra qanuni nümayəndə olmaqdan imtina edirmişcəsinə getmişdir. Belə olduğu halda müvafiq icra hakimiyyətindən qanuni nümayəndə təyin olunması ilə bağlı məsələyə baxmağı düşünülmüş, lakin Qanuni nümayəndə2 bir neçə dəqiqə keçmədən geri qayıtmış və onun iştirakı ilə Təqsirləndirilən şəxs2 dindirilmişdir. Bundan başqa bütün istintaq hərəkətləri qanuni nümayəndələrin iştirakı ilə aparılmışdır. Hadisənin törədilməsi ilə bağlı videogörüntlər olduğundan videoçəkiliş vasitəsilə ifadənin yerində yoxlanılmasını həyata keçirməmişdir.

29. Məhkəmə iclasına tərəflərin vəsatəti əsasında dəvət edilmiş Suraxanı Rayon Polis İdarəsinin X6ın profilaktik işin təşkili bölməsinin inspektoru X16 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımır, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslər Xəzər rayonu üzrə orta məktəbdə təhsil almış, onların barəsində məktəbdən, o cümlədən Xəzər RPİ və ya Suraxanı RPİ-yə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaqa cəlb olunmamışdır.

30. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 qonşu olaraq tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. Qanuni nümayəndə3 və övladları hadisədən 15 gün sonrayadək, təxminən 3 ay müddətində onun evində kirayə yaşamışdır. Qanuni nümayəndə3 2 oğlan, 1 qız övladı olmuşdur. Onun qız övladı əksərən Əzizənin anasıgildə qalmışdır. Qanuni nümayəndə3 və övladları 2024-cü ilin qış aylarından onun evində kirayədə yaşamışdır. Qanuni nümayəndə3 və övladlarının onun evində yaşadıqları tarixi dəqiq xatırlamasa da, onun övladının yağışlı havada palçıqda ayaqyalın gəzdiyini görüb irad bildirdiyini xatırlayır. Qanuni nümayəndə3 və övladları onun evində kirayədə yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 həmin evə gəlməsini görməmişdir. Qanuni nümayəndə3 və övladları evində kirayədə yaşadığı müddətdə o həmin evin yanındakı digər evdə yaşamışdır. Yaşadığı evlə onların kirayədə yaşadığı evin arasında hündür hasar vardır. Bir gün səhər mağazaya getmək üçün evdən çıxanda iki nəfər polis əməkdaşını Qanuni nümayəndə3 və övladlarının yaşadığı evin qarşında görmüş, onlardan oraya gəlmələrinin səbəbini soruşduqda polis əməkdaşı “İnşallah xeyir olub-olmadığını öyrənərsən” cavabını vermişdir. Polis əməkdaşlarının gəldiyi tarixi dəqiq xatırlamasa da, havanın yağışlı olmasını və mart ayı olmasını xatırlayır. O, mağazaya gedib qayıtdıqdan sonra polis əməkdaşlarının Qanuni nümayəndə3 avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Həmin polis əməkdaşlarının hansı polis idarəsinin və ya şöbəsinin əməkdaşları olduğunu bilmir. Daha sonra Qanuni nümayəndə3 görəndə polis əməkdaşlarının onu aparma səbəbini soruşduqda övladının diləndiyini və buna görə onu polis idarəsinə apardıqlarını bildirmişdir. Polis əməkdaşlarının Qanuni nümayəndə3 hansı polis idarəsinə və ya şöbəsinə apardıqlarını bilmir. O, polis əməkdaşlarının həmin evə gəlməyini bir dəfə görmüşdür. Polis əməkdaşlarını görəndə onlar hər hansı yazı və ya qeyd aparmamışdır. Həmin hadisədən sonra Qanuni nümayəndə3 15 gün də onun evində kirayədə yaşadıqdan sonra onu kirayəyə verdiyi evindən çıxarmışdır. Qanuni nümayəndə3 evindən çıxarandan sonra onun harada yaşadığını bilməmişdir.

31. Verilən suallara cavab olaraq əlavə Şahid3 ifadəsinə davam edərək göstərdi ki, Qanuni nümayəndə3 ilə tanışlığı evini kirayə yaşamaq üçün verməsi ilə başlamışdır. Qanuni nümayəndə3 və onun yaşadığı evin giriş hissələri ayrı olmuş, həmin evlə onun yaşadığı evin arasında hasar olmuşdur. Hər iki ev bir mərtəbəli həyət evidir. Qanuni nümayəndə3 evi kirayə verməsi ilə bağlı müqavilə və ya başqa hər hansı sənədləşmə aparmamışdır. Qanuni nümayəndə3 həmin evi 2025-ci ildə kirayəyə vermiş, sonuncu onun evində 3 ay müddətinə kirayədə yaşamışdır. Qanuni nümayəndə3 2025-ci ilin mart ayında onun evində kirayədə yaşamışdır. Qanuni nümayəndə3 kirayə haqqını ödəyə bilməmiş, lakin daha sonra təqsirləndirilən şəxslərin valideynlərinə ödətdirmişdir. Kirayə haqqını aylıq 100 manat müəyyən etmişdir. Qanuni nümayəndə3 ilk aylarda 50-60 manat ödəniş etmiş, daha sonra qalan pulu təqsirləndirilən şəxslərin valideynlərinə ödətdirmişdir. Qanuni nümayəndə3 Təqsirləndirilən şəxs2 kimi sakit uşağa şər atdığı və şikayət etdiyi üçün onu evindən çıxarmışdır. Təqsirləndirilən şəxs2 Qanuni nümayəndə3 övladının yanına gəlməsini görməmişdir. Qanuni nümayəndə3 yaşadığı evlə onun yaşadığı evin arasında hasar olduğundan bir-birlərini görə bilməmiş, ancaq hasardan keçəndən sonra görmək mümkün ola bilərdi. Qanuni nümayəndə3 ilkin olaraq ona uşağı diləndiyi üçün polis idarəsinə çağrıldığını bildirmiş, lakin daha sonra hadisə haqqında məlumatı olmuşdur.

32. Verilən suallara cavab olaraq əlavə Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, kirayə verdiyi evin qapısı ağdır. Ona təqdim olunan fotocədvəldəki ev onun evi deyildir, həmin evin kimə məxsus olduğunu bilmir. Onun evinin giriş qapısı fotocədvəllərdə əks olunan evin giriş qapısı kimi deyildir. Qanuni nümayəndə3 və onun övladlarına evi fotocədlvəllərdə əks olunan çarpayı verməmişdir. Polis əməkdaşlarının gəldiyi tarixi xatırlamır. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada olmamışdır. Polis əməkdaşlarının Qanuni nümayəndə3 ilə birlikdə övladı Mehdinin də aparıldığını görməmişdir. Qanuni nümayəndə3 evdən çıxarandan sonra həmin ev uzun müddət boş qalmışdır. Lakin hazırda həmin evdə yeni ailə yaşamağa başlamışdır. Polis orqanından onun evinə baxış keçirilməsi ilə bağlı hər hansı müraciət edilməmişdir. Onun evinin işıq və qazdan istifadə olunmasına dair qəbzlərində Bakı şəhəri Xəzər rayonu Südçülük sovxozu qeyd olunmuşdur, buna görə evinin ünvan olaraq Bakı şəhəri Xəzər rayonu Südçülük sovxozu ərazisində yerləşdiyini hesab edir. Evinin yalnız bələdiyyə sənədi mövcuddur. Bələdiyyə sənədində evin Xəzər rayonu ərazisi olduğu qeyd olunmuşdur. Evinin yerləşdiyi ərazinin hansı polis orqanının səlahiyyət sahəsinə aid olduğunu dəqiq bilmir. Evinin yerləşdiyi ərazi camaat arasında “Gürcüstanlılar” məhəlləsidir. Həmin ərazidə yolun bir tərəfi Bakı şəhəri Xəzər rayonunun, digər tərəfi Bakı şəhəri Suraxanı rayonunun ərazisinə aiddir. Qanuni nümayəndə3 onun evində kirayədə yaşadığı müddət ərzində istilikxanada işləmişdir. Qanuni nümayəndə3 işdə olduğu müddətdə övladları evdə nəzarətsiz qalmışdır. O, Təqsirləndirilən şəxs2 Qanuni nümayəndə3 yaşadığı evə gəldiyini, Təqsirləndirilən şəxs2 həmin ərazilərdə oynadığını görməmişdir.

33. Məhkəmə, iş üzrə dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin və onların qanuni nümayəndələrinin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin və çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

34. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı X12 tərəfindən Qanuni nümayəndə3 ərizə ilə Sabunçu RPİ-nin 30-cu PŞ-yə müraciət edərək xx xxx 2014-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Salam, Əli, Yusif və Rəşad adlı uşaqlar tərəfindən iradəsinə zidd olaraq qeyri-təbii və oral yolla məcburi şəkildə cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirməsinə dair məlumatla əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).

35. Qanuni nümayəndə3 tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-yə ünvanlanmış 13 mart 2025-ci il tarixdə qeydə alınmış ərizədən görünür ki, Qanuni nümayəndə3 7 mart 2025-ci il tarixdə xx xxx 2014-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Salam, Əli, Yusif və Rəşad adlı uşaqlar tərəfindən iradəsinə zidd olaraq qeyri-təbii və oral yolla məcburi şəkildə cinsi əlaqəyə məcbur olunduğunu bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir (Cild 1, i.v. 4;).

36. “Baxış keçirilməsi haqqında” 13 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Qanuni nümayəndə3 və Zərərçəkmiş şəxs, habelə iki hal şahidinin iştirakı ilə 13 mart 2025-ci il tarixdə, saat 10:40-dan 10:55-dək Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X17 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yaşayan Qanuni nümayəndə3 kirayə yaşadığı ev olması müəyyən edilmişdir. Həmin evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs 2 mart 2025-ci il tarixdə həmin evin yataq otağında ona qarşı seksual xarakterli hərəkətlərin edildiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs verdiyi istiqamətə uyğun olaraq yaxınlıqdakı yarımtikiliyə gedilmiş, orada Zərərçəkmiş şəxs 7 mart 2025-ci il tarixdə həmin yarımtikilidə ona qarşı seksual xarakterli hərəkətlərin edildiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar, maddi sübut və ya əşya aşkar edilməmişdir. Protokolda istintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefon vasitəsilə hadisə yerinin fotoşəkillərinin çəkilməsi qeyd olunmuşdur. Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 6-10;).

37. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X17 tərəfindən toplanmış material aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 11;).

38. “Yetkinlik yaşına çatmamış zərərçəkmişin qanuni nümayəndəsini təyin etmək haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə3 övladı yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilməklə hüquq və vəzifləri ətraflı izah edilmişdir (Cild 1, i.v. 17;).

39. “Qanuni nümayəndə təyin edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərar və müvafiq materiallardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə2 cinayət prosesində azyaşlı övladı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmaqla cinayət prosesində iştirakı təmin olunaraq hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 40-49;).

40. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:30-da müstəntiq X12 tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1; i.v. 50;).

41. “Qanuni nümayəndə təyin edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərar və müvafiq materiallardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 cinayət prosesində azyaşlı övladı Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmaqla hüquq və vəzifələri ətraflı izah edilməklə cinayət prosesində iştirakı təmin olunmuşdur (Cild 1, i.v. 64-73;).

42. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:50-də müstəntiq X12 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı da hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi Müdafiəçi2 və qanuni nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1; i.v. 74-80;).

43. “Cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən X11 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığına görə onun barəsində cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və X7 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin X6ın işləri üzrə komissiyası tərəfindən Suraxanı Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılması qərara alınmışdır (Cild 1, i.v. 97-98;).

44. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1; i.v. 102-109;).

45. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1; i.v. 127-134;).

46. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(010)-75/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 13 mart 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman olduğunu, həbs olunmaq istəmədiyini, anasının yanına getmək istədiyini bildirmiş, həmin məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona qarşı zorakılıq etdiyini bildirmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 4(010)-235/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 2 avqust 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 163-168; 410- 405;).

47. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(010)-76/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 13 mart 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxslə baş verənlərin zorakılıqla deyil, onun razılığı daxilində olduğunu, hər bir halda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmiş, həmin məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona qarşı zorakılıq etdiyini bildirmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 4(010)-234/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 3 avqust 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 169-174; 395-400;).

48. Suraxanı RPİ-nin 30-cu PŞ-nin 25 mart 2025-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında qeyd olunan xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyini özündə əks etdirən videogörüntülər müəyyən edilərək istintaqa təqdim edilməsi üçün 1(bir) ədəd diskə köçürülmüş, həmçinin “Novruz” adlı şəxsin Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozu yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan 25 mart 2010-cu il təvəllüdlü Şahid1 olması müəyyən edilmişdir (Cild 1, i.v. 179;).

49. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 may 2025 və 17 may 2025-ci il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxslərdir (Cild 1, i.v. 219; 233;).

50. “Diskə baxış keçirilməsi haqqında” 21 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1(bir) ədəd diskə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin iştirakı ilə baxış zamanı cəmi 2 (iki) ədəd olmaqla “VİD-20250705-WA0031” adlı 18 (on səkkiz) saniyədən və “VİD-20250705-WA0032” adlı 8 (səkkiz) dəqiqə 23 (iyirmi üç) saniyədən ibarət video faylların olması müəyyən olunmuşdur. “VİD-20250705-WA0031” adlı 18 (on səkkiz) saniyədən ibarət olan videofayla baxış zamanı müəyyən edilmişdir ki, şalvarı dizindən aşağıya çəkilərək üzü üstə yerə uzadılmış Zərərçəkmiş şəxs üzərinə öz şalvarını dizindən aşağı çəkərək uzanmış Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs etirazına məhəl qoymayıb sonuncu ilə arxa keçəcək vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olarkən Təqsirləndirilən şəxs1 həmin anları özündə olan mobil telefon vasitəsi ilə videoya çəkir. “VİD-20250705-WA0032” adlı 8(səkkiz) dəqiqə 23 (iyirmi üç) saniyədən ibarət videofayla baxış zamanı isə müyyən edilmişdir ki, şalvarı dizindən aşağı çəkilmiş vəziyyətdə yerdə oturub ağlayaraq öz şalvarını geyinmək istəyən Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Yusif Əsgərov ona işgəncələr verərək şalvarını geyinməsinə imkan verməyib Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə məcbur etdiklərindən sonuncu özü və ailə üzvləri haqqında nalayiq ifadələr işlədir. Daha sonra isə Zərərçəkmiş şəxs döyüb onun ləyaqətini alçaldan qeyri-etik hərəkətlərinə davam edərək onun başına və üzünə tüpürüb öz cinsiyyət orqanlarını onun bədəninə sürtməklə seksual xarakterli hərəkətlərə məcbur edirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 çəkdiyi siqaretin kötüyünü söndürmədən şalvarını geyinərək ayağa qalxmış Zərərçəkmiş şəxs şalvarını çəkərək onun aşağı ətrafına doğru atır, siqaret kötüyü Zərərçəkmiş şəxs bədən səthini yandırdığından sonuncu uca səslə qışqırıb ağlamağa başlasa da, buna məhəl qoymayan Təqsirləndirilən şəxs1, Yusif Əsgərov və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs döyüb onun ləyaqətini alçaldan qeyri-etik hərəkətlərinə davam edirlər. Daha sonra ayaq üstə olan Zərərçəkmiş şəxs üzü üstə yerə uzadıb özü də onun üzərinə uzanan Təqsirləndirilən şəxs1 cinsi əlaqədə olmanı imitasiya etməklə seksual xarakterli hərəkətlər edir. Bundan sonra Təqsirləndirilən şəxs1 ayağa qalxıb cinsiyyət orqanını çıxarıb zor tətbiq edəcəyi ilə hədələyərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına salıb sonuncunu buna məcbur edir. Daha sonra isə Zərərçəkmiş şəxs döyüb onun ləyaqətini alçaldan qeyri-etik hərəkətlərinə davam edərək onun başına və üzünə tüpürüb öz cinsiyyət orqanlarını onun bədəninə sürtməklə seksual xarakterli hərəkətlərə məcbur edirlər (Cild 1, 234-235;).

51. “İfadənin yerində yoxlanılması haqqında” 31 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə həmin ifadəsi yerində yoxlanılmış, protokola əsasən Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisənin baş verdiyi yerlərdə də göstərərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 236-241;).

52. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 14 aprel 2025-ci il tarixli, 126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs1 xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Həmin rəydən görünür ki, 14 mart 2025-ci il tarixdə 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinədən keçirilərkən özünü cinsi qabiliyyətli hesab etdiyini, Mehdi Muradovu təpiyi ilə vurmasını, cinsi orqanını onun ağız nahiyəsinə yeritməsini, lakin cinsi əlaqədə olmadığını demişdir (Cild 1, i.v. 243-244;).

53. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 14 aprel 2025-ci il tarixli, 126-1 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs2 xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Həmin rəydən görünür ki, 14 mart 2025-ci il tarixdə 2011-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinədən keçirilərkən özünü cinsi qabiliyyətli hesab etdiyini, Mehdi Muradovu döymədiyini, cinsi orqanını onun anus dəliyinə dirədiyini demişdir (Cild 1, i.v. 249-250;).

54. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 14 aprel 2025-ci il tarixli, 126-5 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Tək-tək hallarda qeyritəbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi aşkar olunmursa, bunu məhkəmətibbi yolla təyin etmək mümkün olmur. Həmin rəydən görünür ki, 14 mart 2025-ci il tarixdə 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinədən keçirilərkən 7 mart 2025-ci il tarixdə qonşuluqda yaşayan Salam, Əli, Yusif və Rəşad adlı uşaqların yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurduqlarını, öz cinsiyyət orqanlarını onun ağız nahiyəsinə yeritdiklərini və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını demişdir (Cild 1, i.v. 252-253;).

55. “Ambulator məhkəmə-psixoloji ekspertizasının” 13 iyun 2025-ci il tarixli, 1916 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs özündən uydurmaya meyllilik aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçillik, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi vəziyyətində gərginlik, qorxu kimi emosional hallar yaranmışdır. Zərərçəkmiş şəxs azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs baş vermiş hadisədə ona qarşı edilmiş hərəkələr zamanı az yaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Həmin rəyin psixoloji müayinə hissəsində göstərilmişdir ki,...yoxlanılan şəxs Zərərçəkmiş şəxs hadisə barəsində soruşduqda məhlə uşaqlarının onunla pis rəftar etdiklərini, şalvarını aşağı çəkib cinsiyyət orqanlarını onun arxa nahiyəsinə saldıqlarını, ağrıdığını, onlardan qorxduğunu bildirir...Cinslərarası intim həyat, etik-əxlaqi normalaraq barədə biliklərə malik deyildir (Cild 1, i.v. 254-256;).

56. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixolosji ekspertizasının” 20 iyun 2025-ci il tarixli, 1989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicənin tətbiq edilməsinə və onun cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (Cild 1, i.v. 283-285;).

57. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının” 20 iyun 2025-ci il tarixli, 1990 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicənin tətbiq edilməsinə və onun cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (Cild 1, i.v.286-288;).

58. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 tərəfindən Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı İlkin Nurizadəyə ünvanlanmış 20 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə3 oğlu Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində dərin sarsıntı keçirməsi ilə əlaqədar təqsirləndirilən şəxslərlə üzləşmək istəmədiyini bildirdiyindən ərizənin nəzərə alınmasını xahiş etmişdir (Cild 1, i.v. 293;).

59. “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlara əlavə və dəyişikliklər edilməklə onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi zaman qeydə alınmış videogörünütülərin əks olunduğu 1(bir) ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 294-307;).

60. “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə yenidən ittiham elan edilməsi haqqında” 22 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə onlara müdafiəçilərinin və qanuni nümayəndələrinin iştirakı ilə Azərbaycan Resplikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittihamlar elan edilmişdir (Cild 1, i.v. 309-311; 322-324;).

61. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.Ə.Nurizadə tərəfindən 11 iyul 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 iyul 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 362-377;).

62. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

63. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 15 mart 2025-ci il tarixli ərizələrdən görünür ki, baş vermiş hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, iddiası və ya tələbi yoxdur, barışmışlar (Cild 2;).

64. X2 məxsus epikrizdən və müvafiq arayışdan görünür ki, Q.M.Süleymanova “Yüngül dərəcəli debillik. Sol tərəfli çəp qasıq yırtığı. Cərrahi müalicəyə ehtiyacı vardır, o, ümumi səbəbdən 2-ci qrup əlil olmaqla sosial müavinət alır. Eyni zamanda müvafiq arayışın surətindən görünür ki, Qanuni nümayəndə1 sağlamlıq imkanları məhdud 18 yaşadək əlil uşağı Süleymanlı Dilqəm Qamət oğluna sosial müavinət təyinat edilmiş, əlillik müddəti 27 fevral 2033-cü ilə kimidir (Cild 2;).

65. Ə.Quliyev adına 121 nömrəli tam orta məktəb tərəfindən Təqsirləndirilən şəxs1 barəsində verilmiş xasiyyətnamədən və “2022-2023” və “2023-2024”-cü il tarixlərə dair qiymət cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdən Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə qeyd olunan məktəbdən yerdəyişmə edərək 121 nömrəli məktəbin 6-cı sinfinə daxil olmuşdur. Oxuduğu müddət ərzində dərsə davamiyyəti və dərs hazırlığı zəif olmuş, məktəbdə özünü tərbiyəli şagird kimi tanıtmışdır. 2023-2024-cü tədris ilində Vİİ sinifdə oxuyarkən dərsə davamiyyəti çox zəif olduğundan Kimya, Coğrafiya, Fizika, Ümumi tarix, Azərbaycan tarixi, Rəqəmsal bacarıqlar, Azərbaycan dili, İnglis dili və Rus dili fənlərindən qeyri-müvəffəq qiymətlər aldığından təkrar sinifdə qalmışdır. 2024-2025-ci tədris ilinin əvvəlindən dərsə gəlmədiyindən və valideyni ilə əlaqə saxlamaq mümkün olmadığından məsələ xx.xx.2025ci il tarixdə keçirilən pedaqoji şuranın qərarına və xx.xx.2025-ci il tarixli 170№-li əmrə əsasən Təqsirləndirilən şəxs1 adı şagird kontingentindən çıxarılmışdır. Həmçinin 2022- 2023 və 2023-2024-cü il tarixlərə dair qiymət cədvəllərindən çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs1 dərs qiymətləri zəif/aşağı səviyyədə olmuşdur (Cild 2;).

66. Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəb tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş xasiyyətnamədən və qiymət cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs2 2018-ci ildən R.Baxışov adına 218 nömrəli tam orta məktəbdə təhsil alır. İbtidai sinifdə oxuduğu illərdə təlim nəticələri zəif olmuşdur. 2023-2024-cü tədris ilində Vİ sinifdə təkrar sinifdə qalmışdır. 2024-2025-ci tədris ilinin İ yarımilini dərsə gəlmiş, lakin mart ayının 11-dən sonra dərsdə iştirak etmədiyinə görə KSQ və BSQ-lərdən kafi qiymət almadığına görə təkrar sinifdə saxlanılmışdır. Təhsil aldığı müddətdə dərsi mənimsəməsi və dərslərə davamiyyəti zəif olmuşdur. Hiperaktiv və davamlı nəzarət olunan şagirddir. Ümumilikdə sinif yoldaşları ilə normal münasibətdə olmuşdur. Valideyn nəzarəti zəif olduğu üçün şagirddə məktəbdənkənar vaxtlarda davranış pozuntularına meyillilik yaranmışdır. Bundan başqa, şagird haqqında qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs2 materialı zəif mənimsəyir, dəcəl şagirddir, çox hiperaktivdir... Həmçinin Təqsirləndirilən şəxs2 dərs qiymətləri zəif/aşağı səviyyədə olmuşdur (Cild 2;).

67. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 tərəfindən verilmiş 5 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, vurulmuş ziyan tam ödənilmiş, onlardan heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, barışmalarının nəzərə alınmasını xahiş edir (Cild 2).

68. Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru polis kapitanı İslam Cəfərov və həmin idarənin İŞ-nin baş müstəntiqi polis kapitanı İlkin Nurizadə tərəfindən tərtib edilmiş 7 fevral 2026-cı il tarixli akt və həmin akta əlavə edilmiş koordinatların ekran görüntülərindən görünür ki, Zərərçəkmiş şəxs yaşamış olduğu Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin və 7 mart 2025-ci il tarixdə, saat 19 radələrində sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən yarımtikilinin koordinatları (məkan məlumatları) Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru polis kapitanı İslam Cəfərovun iştirakı ilə dəqiqləşdirilərək həmin koordinatların Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti ərazisinə daxil olduğu müəyyən edilməklə koordinatlar akta əlavə edilmişdir (Cild 2;). Qeyd edilən koordinatlar məhkəmədə tərəflərin iştirakı ilə baxılmaqla tədqiq edilmiş və hər iki epizod üzrə hadisələrin baş verdiyi ünvanların, yəni 2 mart 2025-ci il tarixdə hadisənin baş verdiyi ünvanın Şahid3 məxsus olmaqla bir müddət Qanuni nümayəndə3 və onun övladlarının yaşamaları üçün kirayəyə verdiyi evin və 7 mart 2025-ci il tarixdə digər hadisənin baş verdiyi yarımtikilinin bir-birinə yaxın məsafələrdə yerləşməklə məhz Suraxanı rayonu Südçülük sovxozu ərazisində olmaları müəyyən edilmişdir.

69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 üçün Penitensiar Müəssisəsindən daxil olmuş 9596 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 17 mart 2025-ci il tarixdə həmin müəssisənin tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədən səthində müayinə zamanı sol diz qapağı ətrafı nahiyədə köhnə çapıq toxuması, sağ əlin İ barmağının köhnə çapıq toxuması aşkar edilmişdir (Cild 2;).

70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 üçün Penitensiar Müəssisəsindən daxil olmuş 8274 nömrəli tibb kitabçasından görünür ki, X10 17 mart 2025-ci il tarixdə həmin müəssisənin tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış və müəssisəyə daxil olarkən hər hansı xəsarət və zədə aşkar edilməmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

71. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

73. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

74. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

75. CM-in 150.1-ci maddəsində seksual xarakterli zorakılıq hərəkətləri, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 150.2.1 və 150.2.5-ci maddələrinə əsasən CM-in 150.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi və təkrar törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 150.3.3-ci maddəsinə əsasən CM-in 150.1 və 150.2-ci maddələrində nəzərdə tutulmuş əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

76. CPM-in 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

77. CPM-in 125.2-ci maddəsinin tələbinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

78. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.

79. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

80. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

81. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

82. Hökmün 36-cı bəndində qeyd edilən protokol məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Qanuni nümayəndə3 və Zərərçəkmiş şəxs, habelə iki hal şahidinin iştirakı ilə 13 mart 2025-ci il tarixdə, saat 10:40-dan 10:55-dək Suraxanı RPİ-nin 30-cu PŞnin təhqiqatçısı polis mayoru X17 tərəfindən fotoşəkil çəkilməklə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yaşayan Qanuni nümayəndə3 kirayə yaşadığı ev olması müəyyən edilmişdir. Eyni zamanda, hökmün 51-ci bəndindəki “İfadənin yerində yoxlanılması haqqında” 31 may 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdə də qeyd edilən hal öz əksini tapmışdır.

83. Halbuki, məhkəmə iclasında tərəflər, həmçinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 cinayət işi üzrə birinci epizodun (Təqsirləndirilən şəxs1 verilmiş 2 mart 2025-ci il tarixdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi ilə bağlı) iş materiallarında olan yuxarıda qeyd edilmiş istintaq hərəkətlərinə əlavə edilmiş fotoşəkillərdə göstərilən yerin həmin dövrdə kirayə yaşadıqları ev olmadığını, həmin protokollara əlavə edilmiş fotoşəkilləri çəkilmiş kirayə yaşadıqları evin onların hadisədən sonra köçərək bir müddət kirayə yaşadıqları ünvan olduğunu, habelə qeyd edilən hadisənin isə məhz Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən Şahid3 evində kirayədə yaşadıqları zaman baş verdiyini bildirmişlər. Qeyd olunanlar əsasında məhkəmə müvafiq sorğu və tapşırıqlar verməklə cinayət işi üzrə birinci epizoddakı hadisənin baş verdiyi ünvanın - evin koordinatları müəyyən edilməklə iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verilmiş 2 mart 2025-ci il tarixdə, günorta saatlarında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi ilə bağlı olan cinayət əməlləri Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən Şahid3 məxsus olmaqla kirayə verdiyi ünvanda – evdə baş vermişdir.

84. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 36 və 51-ci bəndlərində qeyd edilmiş sənədlərdəki (“Baxış keçirilməsi haqqında” 13 mart 2025-ci il tarixli və “İfadənin yerində yoxlanılması haqqında” 31 may 2025-ci il tarixli protokollar (Cild 1, i.v. 6-10; 236-241)) Təqsirləndirilən şəxs1 verilmiş 2 mart 2025-ci il tarixdə, günorta saatlarında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi ilə bağlı olan cinayət əməlinin törədildiyi yer kimi göstərilmiş hissələrlə bağlı istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materialların Təqsirləndirilən şəxs1 verilmiş birinci epizoda aid hissəsi sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.

85. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

86. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

87. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

88. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlar üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onların qeyd edilən cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini törətmələri mübahisəsiz olaraq sübuta yetirilir.

89. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “X6ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

90. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

91. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

92. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

93. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

94. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi CM-in 150.3.3-cü maddəsi ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, bu cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Fiziki zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri dedikdə, qadının, onun yaxın qohumlarının, habelə cinayətin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə başa düşülür. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına, habelə zərərçəkmiş şəxsə əziz olan başqa şəxslərə qarşı fiziki zor tətbiq ediləcəyi ilə onları qorxutmada ifadə oluna bilər. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir. Tətbiq edilən hədə real və bilavasitə həyata keçirilə bilən olmalıdır. Seksual xarakterli zorakılıq hərəkətləri o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş sayılır ki, o, özünün psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulmuş olması, sair xəstə və ya şüursuz vəziyyətdə olması və s.) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə olan zərərçəkmiş şəxslə cinsi əlaqədə olduğunu dərk etmiş olsun. Uşaqbazlıq (homoseksualizmin bir növü, pederastiya) zorakı yolla kişinin kişi ilə cinsi əlaqədə olmasıdır. Qanunverici yalnız zorakılıqla törədilən uşaqbazlığa görə cinayət məsuliyyəti müəyyən edir. Qeyri-zorakı yolla törədilən uşaqbazlıq cinayət məsuliyyətini yaratmır. Uşaqbazlıqda zərərçəkmiş həmişə kişi olur. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla, cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Bu cinayət formal tərkiblidir və dispozisiyada göstərilən hərəkətlər edildiyi andan başa çatmış sayılır. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Cinayət sair motivlərlə - qisas, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və s. törədilə bilər. CM-in 150-ci maddəsi üzrə cinayətin subyekti cinayət törədənədək 14 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyekti uşaqbazlıqda kişi, lesbiyanlıqda qadın, seksual xarakterli digər zorakılıq hərəkətlərində isə həm kişi, həm də qadın ola bilər.

95. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı ifadələrində ona verilmiş ittihamın mahiyyətini dərk etməməsi, polis əməkdaşları tərəfindən döyülməsi, zərərçəkmiş şəxsə qarşı hər hansı seksual xarakterli hərəkətlər etməməsi, zərərçəkmiş şəxsi işlətdiyi söyüşlərə görə döyməsi, o cümlədən videogörüntülərdə zərərçəkmiş şəxsə qarşı edilən hərəkətlərin zorakılıqla deyil, sonuncunun istəyi ilə yerinə yetirilməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onun xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

96. Məhkəmə, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraatın sonrakı mərhələsi zamanı, həm də məhkəmə icraatı zamanı ifadələrində hər hansı cinayət əməli törətməməsi, yalnız zərərçəkmiş şəxsin onu söydüyünə görə digər şəxslər tərəfindən edilən hərəkətləri videoçəkilişlə qeydə alması, zərərçəkmiş şəxsin özünün ona qarşı seksual xarakterli hərəkətlər edilməsini xahiş etməsi ilə bağlı ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onun xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

97. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmiş mötəbərliliyi şübhə altına alına bilinməyən hadisənin birbaşa videogörüntülərini özündə əks etdirən məlumat daşıyıcısı ilə təqsirləndirilən şəxslərin, o cümlədən bütövlükdə müdafiə tərəfinin zərərçəkmiş şəxsə qarşı hər hansı zorakı hərəkətlərin edilməməsinə dair göstərdikləri həqiqətə uyğun olmayan müdafiə xarakterli xüsusatlar tamamilə inkar edilməklə rədd edilməlidir.

98. Bundan başqa, müdafiə tərəfi təkidlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 153-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olmasını göstərərək cinayət işi üzrə əməlin CM-in 150.3.3-cü maddəsindən CM-in 153-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Nəzərə almaq lazımdır ki, CM-in 153-cü maddəsinə əsasən, zərərçəkmiş şəxs barəsində edilən əxlaqsız hərəkətlər fiziki və ya psixi zor tətbiq etmədən həyata keçirilməlidir. Zor tətbiq etməklə törədilən əxlaqsız hərəkətlərə görə cinayət məsuliyyəti CM-in 150.3.3-cü maddəsi ilə yaranır. Əxlaqsız hərəkətlər fiziki və intellektual formada təzahür edə bilər. Fiziki formada olan əxlaqsız hərəkətlərə zərərçəkmiş şəxsin gözü qarşısında cinsi əlaqədə olma və ya digər seksual xarakterli hərəkətlər etmə, zərərçəkmiş şəxsin cinsi orqanına toxunma, özünün və ya zərərçəkiş şəxsin cinsi orqanlarını nümayişə etdirmə və s. aiddir. İntellektual formada ifadə olunan əxlaqsız hərəkətlərə pornoqrafik filmlər, şəkillər nümayiş etdirmə, pronoqrafik məzmunlu ədəbiyyat vermə və s. aid edilir. Halbuki, iş üzrə əldə edilmiş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı aşkar surətdə məhz psixi və fiziki zorakılıq tətbiq edilməklə müşayiət olunan seksual xarakterli hərəkətləri etmələri müəyyən edilmişdir. Odur ki, müdafiə tərəfindən qeyd olunan xüsusatlar yalnız təqsirləndirilən şəxslərin törətdikləri xüsusilə ağır cinayət əməllərinə görə yaranan məsuliyyətdən boyun qaçırmağa yönəlmiş cəhdləri kimi qiymətləndirilməlidir.

99. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

100. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya onlara qarşı ibtidai istintaq orqanı tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Hökmün 6-9, 46-47, 52-53, 56-57 və 69-70-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlər və sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra ibtidai istintaq orqanı tərəfindən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır.

101. Bununla da, məhkəmə təqsirləndirilən şəxslərin yalnız mülahizələrə əsaslanan hər hansı digər sübutla təsdiq olunmayan ifadələlərinə tənqidi yanaşaraq onların ədalət mühakiməsini yanıltmağa cəhd etmələri kimi qiymətləndirir.

102. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 onunla eyni məhəllədə yaşayan xx xxx 2014-cü il təvvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 2 mart 2025-ci il tarixdə, günorta saatlarında cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan tanışı X11 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib sonuncunun evdə tək olması səbəbindən özünün cinayətin törədilməsi ilə bağlı planının reallaşdırılması üçün münasib şərait yarandığına əmin olduqdan sonra, öz cinsi ehtirasını pozğun formada təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, ona qarşı edilmiş hərəkətlər zamanı azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmaqla yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etirazlarına məhəl qoymaraq sonuncunun şalvarını dizlərindən aşağıya qədər çəkərək üzü üstə yerə uzanmasına nail olmuş, daha sonra öz şalvarını aşağı salaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək yoluna daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxx 2014-cü il təvvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 7 mart 2025-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs birlikdə futbol oynadıqları futbol meydançasından Bakı şəhəri Suraxanı rayonu Südçülük sovxozunda yerləşən yarımtikiliyə getməyə razı salıb cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan tanışı X11, qrup üzvü Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin tikiliyə gəldikdən sonra, öz cinsi ehtirasını pozğun formada təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə azyaşlı olması ilə əlaqədar yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, ona qarşı edilmiş hərəkətlər zamanı azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmaqla yaş xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etirazlarına məhəl qoymaraq ona qarşı zor tətbiq etməklə sonuncunun şalvarını dizlərindən aşağıya qədər çəkərək üzü üstə yerə uzanmasına nail olmuş, daha sonra o və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ardıcıllıqla öz şalvarlarını aşağı salaraq öz cinsiyyət orqanlarını Zərərçəkmiş şəxs arxa keçəcək yoluna daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq etmiş, daha sonra Təqsirləndirilən şəxs1 öz cinayət əməllərini inadkarlıqla davam etdirib Zərərçəkmiş şəxs iradəsi ziddinə olmaqla öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə öz cinsiyyət orqanını sonuncunun ağzına salaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişlər.

103. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş məlumat daşıyıcısında hadisənin birbaşa görüntülərini özündə əks etdirən videogörüntülər, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunmaqla kifayət qədər sübuta yetirilir.

104. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

105. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

106. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib sonuncuya zor tətbiq etməklə təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi, həmçinin digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib sonuncuya zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi tam sübuta yetirildiyindən onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir.

107. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

108. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında”, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “X6ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

109. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

110. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

111. “X6ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarın 11-ci bəndinə göstərilmişdir ki, X6ın törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CMin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. X6a cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Bundan başqa, həmin qərarın 16-cı bəndində göstərilmişdir ki, CMin 85.1-ci maddəsi ilə X6a təyin edilməsinə yol verilən cəzalar sırasında yalnız cərimə cəzası CM-in 43-cü maddəsində həm əsas, həm də əlavə cəza kimi təsbit edildiyindən, müstəsna olaraq cərimə X6a əlavə cəza qismində təyin edilə bilər. Əlavə cəza qismində təyin edildiyi hallarda da CM-in 44.3-cü maddəsi ilə yanaşı, CM-in 85.2-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının X6a təyin edilməsinin şərtləri və həddi barədə tələblərə əməl olunmalıdır.

112. Məhkəmə CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini, o cümlədən cinayət əməllərini törədərkən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi olan 14 yaşından bir aydan az müddət keçməsi, digər Təqsirləndirilən şəxs1 isə 15 yaşında olması, eləcə də hər ikisinin hazırda da azyaşlı olmaları, CM-in 59.1.12-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edilməsini, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını, Təqsirləndirilən şəxs1 ailə üzvlərinin müxtəlif xəstəliklərdən əziyyət çəkmələrini və hər iki təqsirləndirilən şəxsin ailə və tərbiyə şəraitini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

113. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran halın müəyyən edilmədiyini qeyd edir.

114. CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

115. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

116. CM-in 85.5.1-ci maddəsinin tələbinə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

117. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

118. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

119. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2025-ci il tarixdə barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarları ilə əvvəli 13 mart 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 11 iyul 2025 və 14 iyul 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddətləri müvafiq olaraq 3 avqust 2025 və 2 avqust 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

120. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablanmalıdır.

121. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə hadisənin videogörüntülərini əks etdirən 1(bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır.

122. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

123. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur.

124. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

125. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “X6ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarlarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

126. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2in tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1(bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar