Məhkəmə qərarları › İş №1(101)-1609/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1609/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1609/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi və X2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 may 2021-ci il tarixdə “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından 1800 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq külli miqdarda 307,265 qram narkotik vasitə heroini və külli miqdarda 4,500 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı evə daşıyaraq saxlamış, 22 may 2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB- nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq PB-yə gətirilib videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə heroinin 03 bükümdə ümumi təmiz çəkisi 1,448 qram təşkil edən hissəsi aşkar olunaraq götürülmüş və əməliyyat- axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında videoçəkiliş ilə axtarış keçirilən zaman evin yataq otağında dolabın üst gözündən 21 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz cəkisı 305,360 qram və 12 ədəd göy rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,457 qram təşkil edən, ümumilikdə 305,817 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 06 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 3,925 qram və 08 ədəd gümüşü rəngli kağız bükümdə ümumili təmiz çəkisi 0,575 qram təşkil edən, ümumilikdə 4,500 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd içərisində heroin izləri olan 1 ml-lik şpris, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamış. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Kubinka adlanan ərazidə tanımadığı iranlı bir şəxsdən 1.800 manat dəyərində 300 qram narkotik vasitə sayılan heroin və təxminən 4,5 qram metafetamin almışdı. Növbəti gün yaşadığı mənzilin qarşısında olan zaman 2 nəfər polis əməkdaşı tərəfindən saxlanıldı. Onlara üzərində narkotik vasitə olduğunu etiraf etdi və həmin narkotik vasitələri onlara təqdim etdi. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getdilər və orada evdə də narkotik vasitə olduğunu bildirdi və bundan sonra yaşadığı mənzilə də baxış keçirildi. Yaşadığı mənzildə olan zaman dolabın üst rəfinə qoyduğu narkotik vasitələri polis əməkdaşlarına təqdim etdi, mənzilə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə olundu. Narkotik vasitələri ayrı-ayrı bükümlərə qoymağında məqsədi onları müxtəlif vaxtlarda istifadə etmək olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xankərəm onun nəvəsidir. Onun heç vaxt narkotik vasitə satmasına və istifadə etməsinə şahid olmamış. Xankərəmi polis əməkdaşları saxladığı gün polis əməkdaşları evə gəlib axtarış keçirdilər. Xankərimin evlərində narkotik vasitə saxlamasından xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021ci il may ayında digər polis əməkdaşı Həbbulahla birlikdə Nəsimi rayonun inzibati ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini ona təqdim etdilər. Həmin şəxslə şifahi sorğu zamanı o, narkotik vasitə istifadəçisi olmasını dedi. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə apardılar. Orada ona vəkil təyin olunmaqla hüquq və vəzifələri ona izah edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu və həmin narkotik maddə olan heroini təqdim etmək istədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 3 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli dənəvari maddəni çıxardaraq masanın üzərinə qoyaraq təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və onu “Kubinka” adlanan ərazidə tanımadığı və adını bilmədiyi iranlı şəxsdən 60 manata alaraq üzərində saxlayaraq daşıdığını bildirdi. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürləndi. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə heroin olduğunu və ümumilikdə həmin narkotik maddəni 1800 manata aldığını bildirdi və onun yaşadığı mənzilə baxış keçirildi. Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan şkafın rəfindən çantanı ötürüb bizə təqdim etdi. Həmin çantanın içərisində 21 ədəd şəffaf selofana bükülmüş qəhvəyi maddə, 06 ədəd şəffaf selofana bükülmüş kristal şəkilli maddə, 08 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş kristal şəkilli maddə, 12 ədəd siqaretin göy rəngli kağızına bükülmüş qəhvəyi rəngli dənəvari maddə, 01 ədəd insulin üçün nəzərdə tutulmuş şpris, 01 ədəd balaca ölçülü qara rəngli tərəzi, 01 ədəd alışqan, 10 ədəd ağ rəngli həbləri çıxardaraq dolabın üzərinə qoyub təqdim edərək 1800 manata aldığı narkotik maddələrin bunlar olduğunu bildirdi. Həmin aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlənib götürüldü. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2021-ci il tarixli 2671 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan tələbnamədən və hökmün sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi hökmdən xaric edilmiş və 10.06.2019-cu ildə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilir və Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən əməlində cinayətin residivi müəyyən edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2021-ci il tarixli, 6/2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)» yazısı olan zərfdəkı 2l(iyirmi bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 305,360 qr və 12 (on iki) ədəd “göy” rəngli kağız bükümdə ümumi təmiz çəkisi O,457,ümumilikdə təmiz çəkisi 305,817qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 6(altı) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 3,925qr və 8(səkkiz) ədəd "gümüşü” rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,575qr,ümumilikdə təmiz çəkisi 4,500 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinəgörə eyni olub,kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. bir ədəd İml-lik şprisin içərisində və tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisi müəyyən etmək mümkün olmadı. Heroinin ümumi təmiz çəkisi: 305,817 qram, sərf edildi 0,25 qalıq 305,567 qram, metamfetaminin ümumi təmiz çəkisi: 4,500 qram, sərf edildi 0,14 qalıq 4,360 İş üzrə təyin olunaraq keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspetizasımn 22 may 2021-ci il tarixli, 6/2023 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...şübhəli şəxs : Təqsirləndirilən şəxs yazısı olan olan zərfdə 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi l,448qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi: 1,448 qram, sərf edildi 0,15 qalıq 1,298 qram. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 22.05.2021-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işindən müəyyən edilir ki, "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış keçirilmiş, bununla bağlı tərtib edilmiş protokoldan müəyyən edilir ki, 29-04-2021 00:56:21 29-04-2021 00:56:21 1.1.**********88 1.1.**********51 Qaqa qaldi poxa duwdum yigacam,01-05-2021 14:20:21 01-05-2021 14:20:21 1.1.**********75 1.1.**********51 Yaxsı qaqas tez çıx, 29-04- 2021 21:44:40 1.1.**********51 1.1.**********21 İlham mənimnən chxsa mənə yaxın gəlmə,01- 05-2021 14:19:28 1.1.**********51 1.1.**********75 Mənimnən kimsə çıxsa mənə yaxınasma ya, 06-05-2021 01:44:35 1.1.**********51 1.1.**********21 Anar belə pis çıxmasın burda kartosga alveri eləmirlər hər catanida gundərirsən bura bir damcı nəyəsə gurə belə hərəkət eləmə yaxsi hərəkət deyil sabada diyəcəysənki mən gundərməmusəm nəsə uzun bilərsən neyniyirsən indi hardan tapırsan tap bes manatida gətir ver kimlərisə alladib ata bilərsən amma mənə yox nəsə sabaha saxlama sora brablem olacaq aramızda, 07-05-2021 00:49:53 07-05-2021 00:49:54 1.1.**********51 1.1.**********75 Yıxma gəlirəm,10-05-2021 22:34:56 10- 05-2021 22:34:56 1.1.**********51 1.1.**********89 WhatsApp-da söhbət Cinayət işindən müəyyən edilir ki, “Azerfon Telekom"MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 dekabr 2020-ci il tarixdən 22 may 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Protokoldan müəyyən edilir ki, 05-01-2021 00:38:15 05-01-2021 00:38:16 1.1.**********13 1.1.**********84 Dostumu yola sala bilsəm sənə deyəcəm, gərək bu getsin ki səni çağırım,19-03-2021 17:58:31 1.1.**********88 1.1.**********84 Ay qaqa sen mye bele edirsen, dunen de deyirsem gel cvb vermursen bir kelme ne cetindi cvb vermek, 26-03-2021 03:42:15 1.1.**********02 1.1.**********84 Xanki evdesen qardawimsan men evden hec cure cixa bilmirem mene ilhamnan bidene 5 diy kaki götürüb gele bilersem lap 2 manatda artig vererem özve siqaret alarsan 7 man, 26-03-2021 03:44:06 26-03-2021 03:44:06 1.1.**********02 1.1.**********84 Agriyiram qaqawimsan gelde bizim qapiya, 26-03-2021 03:47:23 1.1.**********02 1.1.**********84 Evden cixanda mene vzv at bilim, 26-03-2021 04:13:45 1.1.**********02 1.1.**********84 Xanki geldiyve göre sagol,ama olmazdiki mala deymezdin pox boyda wey verdin mene, 15-04-2021 13:21:29 15-04-2021 13:21:29 1.1.**********67 1.1.**********84 Qapini doyme evin yan terefine gel ucuncu penereye ordan Şirvan cagir baxacam. Birde bizin mehledeki tukandan bir manatliq sam gotur, 15-04-2021 13:43:05 1.1.**********67 1.1.**********84 Qaqas qapiya çatanda meni yig. Cunki yuxu meni basir yatib ederrem,22-04-2021 00:10:12 22-04-2021 00:10:12 1.1.**********14 1.1.**********84 Qaqas İsaat, 24-04-2021 00:19:02 1.1.**********82 1.1.**********84 Geler indi eve girende yigacaq seni ordan keçir eve gedende, 24-04-2021 02:48:08 24-04-2021 02:48:08 1.1.**********82 1.1.**********84 ni pis veİyətdə g, 24-04-2021 02:52:32 1.1.**********82 1.1.**********84 Senel evdedi bayaq dedi gele biler bizterefe didim dusmur o oralara seher meni gelib getirecek dusecem ora, 24-04-2021 02:58:45 24-04-2021 02:58:45

1. L**********82 1.1.**********84 A kisi kisi kisinin qanini icmezde 20 verdim toz verdin az idi bugun de 20 qalin kloka bugubsen 05 diyirsen kloksuz cekirem 03 bele eliyerler, 12-05-2021 03:25:15 12-05-2021 03:25:15 1.1.**********02 1,1.**********84 Qaqaw ilham geldise mene xeber elede agriyiram deyiwerdim patiynen kakini cixardim agridan, 13-04-2021 18:27:09 13- 04-2021 18:27:09 1.1.**********84 1.1.**********88 Qaqaş mən ojey cixirama,22-04-2021 00:10:08 1.1.**********84 1.1.**********08 Qaqas İsaat, 24-04-2021 02:47:52 24-04-2021 02:47:53 1.1.**********84 1.1.**********82 Qaqas o lOmanat bir sey deyil ama kisinin kəlmasi kəlmə olmalıdı məni pis velyətdə goydun Cinayət işində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli 1463 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd ediln əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 22.05.2021-ci il tarixdən hesablanmaqla, cəzalasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olunmasını, cəzasını yüngülləşdiriən hal kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri, Nəsimi RPİ- nin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi çəkisi 305.817 qram və 1,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd içərisində heroinin izləri olan 1 ml-lik şpris və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi iş üzrə maddi subut kimi tanınmış və ekspertiza tədqiqatına 0,25, qram, 0,15 qram və 0,14 qram sərf edildikdən sonra qalıq 305,567 qram və 1,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd içərisində heroinin izləri olan 1 ml-lik şpris və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü və onun yaşadığı mənzildə axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Nəsimi rayon polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təhqiqatdan sonrakı təmiz çəkisi 305,567 qram və 1,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd içərisində heroinin izləri olan 1 ml-lik şpris və bir ədəd üzərində heroinin izləri olan elektron tərəzi və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü və onun yaşadığı mənzildə axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən)

Cavid Hüseynov

Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar