Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-161/2020 17.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x14, Dövlət ittihamçısı, Müdafiəçi2 və tərcüməçi x12 iştirakları ilə, xx.xx.1975-ci ildə Qazaxstan Respublikasının Taraz şəhərində anadan olmuş, Qazaxstan Respublikasının vətəndaşı, qazax, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Rusiya Federasiyası, Sibir vilayəti, Talnax rayonu, Stroiteley küçəsi ev 37, mənzil 78-də qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, Qazaxıstan Respublikasının Almatı şəhərində külli miqdarda, ümumilikdə Azərbaycan Respublikasının manat məzənnəsi ilə 84840,99 manat dəyərində 3.283.543,67 Rusiya rublu və 400 Azərbaycan manatını qəzet kağızına bükərək əl yükündə yerləşdirib 21 avqust 2018-ci il tarixli Almatı-Bakı reysi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gətirmiş və saat 04 radələrində Bakı şəhərinin x15 Hava Limanının “T-1” terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan əlavə o, 25 avqust 2019-cu il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində külli miqdarda, ümumilikdə 84840,99 manat dəyərində 3283543,67 Rusiya rublu və 400 Azərbaycan manatının 1.000.000 Rusiya rublu, 1.500.000 Rusiya rublu və 6200 ABŞ dollarını ayrı-ayrılıqda 3 ədəd qəzet kağızına bükərək özünə məxsus qırmızı rəngli çantada, 1.000.000 Rusiya rublunu qəzet kağızına bükərək özünə məxsus qara rəngli əl çantasında, 53 ABŞ dolları, 31350 Rusiya rublu və 400 Azərbaycan manatını qırmızı rəngli pul qabında həmin əl çantasında yerləşdirib J2 852 saylı Bakı-Moskva aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparmaq üçün Bakı şəhərinin x15 Hava Limanına gətirmiş və qırmızı rəngli çantanı baqaja verməklə, qara rəngli əl çantasını isə özü ilə daşıyaraq qeyd edilən çantalardakı külli miqdarda valyuta vəsaitlərini həmin gün saat 08 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə təkrar qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsməhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyul 2019-cu il tarixdə anasına baş çəkmək üçün Qazaxıstanın Taraz şəhərinə getmiş, anasına baş çəkdikdən sonra 21 avqust 2019-cu il tarixdə Almatı-Bakı aviareysi ilə Azərbaycana gəlmiş, gəlməkdə məqsədi həyat yoldaşına aid sənədləri və onun dostu x1 yoldaşına olan pul borcunu götürüb geri qayıtmaq olmuşdur. Həmçinin bununla bərabər 01 iyul 2019-cu il tarixdə Moskvadan Bakı şəhərinə gələrkən özü ilə bərabər 651700 rubl gətirmiş, eyni zamanda 21 avqust 2019-cu il tarixdə ölkə ərazinə gələrkən 661680 rubl özü ilə gətirmişdir. Həmin məbləği də şifahi deyərək sərhədi keçmişdir. x9 şəhərindəki evini ******* rubla satdıqdan sonra həmin məbləğin yarısına ev ala bilmədiyindən qızı x10 vermiş, həmin pul vəsaitindən təxmini ******* rubldan çoxunu 2 dəfəyə ölkə ərazisinə keçirmişdir. Sonuncu dəfə 21 avqust 2019-cu il tarixdə gələrkən x2 yoldaşına olan borcu, eyni zamanda bundan qabaqki gəlişində də həmin borcun qaytarılmasını istəmiş, həmin borcun məbləği 40000 manat olmuşdur. 01 iyul 2019-cu il tarixdə ölkə ərazisinə gələrkən Adişirin ona borcun 30000 manatını qaytarmış və o da həmin pulu saxlaması üçün rəfiqəsi Şahid6 vermişdir. Adişirin ona borcun qalanını 1 ay müddətində qaytaracağını bildirmiş, həmin borca görə də 21 avqust 2019-cu il tarixdə ölkə ərazinə gəlmişdir. 22 avqust 2019-cu il tarixdə x5 ilə görüşmüş, Adşirin ona Azərbaycan pulu ilə təxmini 10000 manat qaytarmış, onunda həmin ərəfələrdə rəfiqəsi Şahid6 olan digər pullarını da götürərək Bakı şəhərində 28 may metrosu deyilən ərazidə ayrı-ayrı şəxslərdən pulu rubla çevirmişdir. 25 avqust 2019-cu il tarixdə həmin pulları özü ilə Moskva şəhərinə aparmaq məqsədi ilə Bakı-Moskva aviareysi ilə uçmaq üçün Aeroporta gəlmişdir. 3.531.350 rubl, 6253 ABŞ dolları və 400 manat pulu özü ilə götürmüşdür. Pulun bir qisminin baqajda, bir qisminin isə əl çantasında saxlamış, valyutaları çiynindən asdığı qara çantada qəzetə bükülmüş ******* rubl, həmin qara çantanın içində olan qırmızı pul qabında, 53 ABŞ dolları, 31350 rubl və 400 AZN və qırmızı böyük baqaj çantasında 3 ədəd qəzetə bükülmüş 1000000, ******* rubl və 6200 ABŞ dolları aşkar olunmuş, gömrük və sərhəd nəzarətindən keçdikdən sonra, steril zonada əyləşib təyyarəni gözlədiyi zaman, adının səsləndiyini eşitdikdən sonra masaya yaxınlaşmış, bundan sonra baqajı yoxlamaq məqsədi ilə otağa dəvət edilmişdir. Otaqda videoçəkilişdən istifadə edərək, baqajına və çantalarına yoxlama keçirilmiş və yuxarıda qeyd olunan valyutaları aşkar olunmuş, sonra gömrük əməkdaşı üstünü yoxlamış, lakin üstündən qeyri-qanuni əşyalar aşkar edilməmişdir. Aşkar olunan valyutalar protokol əsasında götürülmüşdür. 10000 ABŞ dolları ekvivalentində valyutadan artıq məbləğin ölkədən nəğd şəkildə aparılmasının qanunla qadağan olunduğunu bilməmiş, lakin etdiyi əməldən peşmandır, həmçinin gömrük nəzarətindən keçərkən, həmin valyutaya dair bəyannamə tərtib etməli olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmədətədqiqedilmişiş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsindəgöstərmişdirki, o, Nigarla rəfiqədir, Nigarı 2014-cüildəBakışəhərinə gələndən tanıyır. Nigarhərdənbir Azərbaycana gəzməyə gəlmiş, Nigar və yoldaşıiləşəhərə və rayona gəzməyə gedirmişlər. Nigarpullarınısaxlamaqüçünonavermiş, o, həmişəNigarın pullarını saxlamışdır. Nigarla ərinindostuolan Adışirin arasında pul problemi olmuşdur. Adışirin Nigaraolan borcundan 30000 manat bir, 10000 manat isə bir qaytarmışdır. Borc barəsindəo, heç nə bilmir. Bu söhbət, yəni, borc məsələsi Adışirinlə Nigarın arasında olub, onunbundanməlumatıolmayıb. Məhkəməiclasınaşahid qismində dindirilmişİskəndərov Adşirin İskəndər oğlu ifadəsindəgöstərmişdirki, Kürdəmir rayonunda yaşayır, oradaKənd Təsərüfatıilə məşğul olurvəoradafermasıvar. Uzun illər Rusiya Federasiyasında biznes fəaliyyətiilə məşğul olmuş, Təqsirləndirilən şəxsvə həyat yoldaşı x7 uzun illərdir ki, tanıyır və aralarında yaxın dostluq əlaqəsiolmuşdur. 2 il bundan qabaq işləri zəiflədiyindən Məmməddən 40000 manat borc pul almış və 2018-ciilin oktyabr ayında Məməd rəhmətə getmişdir. Məmmədin həyat yoldaşı Təqsirləndirilən şəxs və onun qızınıda yaxından tanımışdır. 2019-cu ilin əvvəllərində Nigar x3 zəng edərək ərinə olan borcunu istəmiş və o, Nigara 2019-cu ilin iyun-iyul aylarında ərinə aid olan borcunu qaytaracağına söz vermişdir. 01 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Bakışəhərinə gəlmiş, gəldiyigünün səhərisi onunla görüşmüş vəərinəolan 30000 manat borcunuona qaytarmış, qalanınıda yaxın zamanlarda qaytaracağınasözvermişdir. Daha sonra avqust ayının 22-sində Nigar Bakışəhərində rəfiqəsi Aytən adlı qızın evində olarkən daha 10000 manat puluNigaraqaytarmışdır. Məhkəməiclasındaşahid qismindədindirilmiş Şahid1 ifadəsindəgöstərmişdirki, 25 avqust 2019-cu il tarixdə növbədə olduğu zaman, xidməti vəzifəsini x15 Aeroportunun T1 Terminalının bunkerində yerləşən rentgen aparatının monitoru qarşısında yerinə yetirmişdir. Saat 08 radələrində J2 852 saylı Bakı-Moskva aviareysinin baqajlarına rentgen aparatı vasitəsilə baxış keçirərkən, baqajlardan birində valyutaya bənzər təsvirlər görmüş, bu barədəəməkdaş Şahid2 məlumat vermiş və digər baqajlara rentgen aparatı vasitəsilə baxış keçirməyi davam etdirmişdir. Sonradan həmin baqajın Qazaxıstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus olduğu məlum olmuş və sərnişinin baqajının vəəl çanatasının yoxlanılması zamanı, ******* rus rublu, 6253 ABŞ dolları və 400 manat aşkar olunaraq, protokol əsasında götürülmüşdür. Valyutalar Təqsirləndirilən şəxsçiynindən asdığı qara çantada qəzetə bükülmüş ******* rubl, həmin qara çantanın içində olan qırmızı pul qabında müvafiq olaraq 53 ABŞ dolları, 31350 rubl və 400 AZN və qırmızı böyük baqaj çantasında 3 ədəd qəzetə bükülmüş müvafiq olaraq 1000000, ******* rubl və 6200 ABŞ dolları aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan olunmuş Şahid3 və Şahid4 Şahid1ifadəsinəuyğunifadəverərək, onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. İş materiallarında olan 25.08.2019-cu il tarixli“şəxsi yoxlama aparılması haqqında” protokoldan vəiş materiallarında olan həmin protokola əlavə olan CD diskə keçirilmiş baxışəsasında tərtib olunmuş protokoldan görünür ki, 25 avqust 2019-cu il tarixdə saat 08:00 radələrində J2 852 saylı Bakı-Moskva aviareysiilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmək üçün x15 Hava Limanına gəlmiş Qazaxıstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” gömrük postunda gömrük nəzarətindən keçmiş, ona məxsus baqaj hava limanının bunkerində yerləşən rentgen aparatından keçirilərkən valyutaya bənzər təsvirlər əks olunduğundan, Təqsirləndirilən şəxs steril zonada saxlanılaraq şəxsi yoxlama otağına dəvət edilmiş və baxış zamanı baqajın içərisində olan qırmızı rəngli pul qabından, qara rəngliəl çantasından və sellofan paketdən, həmçinin müşayiət etdiyi qara rəngliəl çantasından gömrük orqanına bəyan etmədiyi 706 ədəd 5000 nominallı, 1 ədəd 200 nominallı, 11 ədəd 100 nominallı və 1 ədəd 50 nominallıəskinaslarda olmaqla, 3.531.350 Rusiya rublu, 62 ədəd 100 nominallı, 2 ədəd 20 ominallı, 3 ədəd 2 nominallı və 7 ədəd 1 nominallıəskinaslarda olmaqla, 6253 ABŞ dolları və 4 ədəd 100 nominallıəskinaslarda olmaqla, 400 Azərbaycan manatı olmaqla, ümumilikdə külli miqdarda, valyuta vəsaitləri aşkar edilib götürülmüşdür. MəhkəməiclasındatədqiqedilmişMəhkəmə Ekspertiza mərkəzinin 11.09.2019-cu il tarixli 22233 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 706 ədəd 5000 nominallı, 1 ədəd 200 nominallı, 11 ədəd 100 nominallı və 1 ədəd 50 nominallıəskinaslarda olmaqla, ******* Rusiya rublu, 62 ədəd 100 nominallı, 2 ədəd 20 nominallı, 3 ədəd 2 nominallı və 7 ədəd 1 nominallıəskinaslarda olmaqla, 6253 ABŞ dolları və 4 ədəd 100 nominallıəskinaslarda olmaqla, 400 Azərbaycan manatı mətbəə nəşriyyatı qaydalarına uyğun olaraq hazırlanmış və eyni nominallı həqiqi pul əskinasının nümunəsiilə eynilik təşkil edir. Cinayət işi materiallarında olan arayışdan görünür ki, 27.08.2019-cu il tarixinə olan Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyutalar üzrə məzənnəsi 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,70 manat və 1 (bir) rus rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0257 manat olmuşdur. İşüzrə Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş ******* rus rublu, 6253 ABŞ dolları və 400 manat cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası CPM-nin 128, 129.2.2-ci maddələrinin tələblərinə uyğun olaraq saxlanmasıüçün Dövlət Gömrük Komitəsi Maliyyəvə Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun “ittiham aktına dəyişikliklər edilməsi” haqqında 30 sentyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 101785,795 manat dəyərində ******* Rusiya rublu, 6253 ABŞ dolları və 400 Azərbaycan manatı məbləqində elan olunmuş ittiham azaldılaraq 84840,99 manat dəyərində 3283543,67 Rusiya rublu və 400 Azərbaycan manataendirilmişvəhəminümumiməbləqdən6253 ABŞdollarıvə 247.806.33 RusiyarubluSəfərovaNigarİslamovnayaqaytarılmışdır. Təqsirləndirilən şəxsittiham olunduğu cinayət əməlini törətməsi iş üzrə dindirilmişşahid ifadələri, baxışvə götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları, habelə təqsirləndirilən şəxsin ifadəsi ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəyini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarının tövsiyyələrində göstərilir ki, «xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, məhkəmələrə Gömrük Məcəlləsinin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi x17 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə almaları tövsiyə edilir. İzah edilsin ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri Cinayət Məcəlləsinin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir.» Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinin birinci və ikinci bəndlərində müəyyən olunmuşdur ki, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi x17 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavə edilmiş siyahının 6-cı bəndində göstərilir ki, 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Beləliklə, cinayət işi üzrə məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Qazağıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinyət əməlinin ictimai təhlükəliliyinə, habelə cinayətin törədilməsindən sonrakı davranıışlarına uyğun olmamaqla, CM-də nəzərdə tutulmuş ədalət prinsipinə ziddir. Eləcə də, Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli şəxs olmamasını, qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirmiş olduğu pulları gizlətmədən, açıq üsulla, öz düşüncə tərzinə uyğun olaraq, əl yükündə və baqajda keçirməsi bir daha təsdiq edir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini həqiqətən dərk etməmişdir. Özünün dediyi kimi ona ümumiyyətlə hansı məbləğdə pulun keçirilməsinin qanunsuz olması ona əvvəlcədən məlum olmamış və bu barədə heç bir bilgisi olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsinə humanist yanaşır və ifadəsi onun əməli ilə uyğunluq təşkil etdiyindən bu ifadəni inandırıcı hesab edir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini qanuni, ədalətli və cinayət qanunun prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayətin motivini, cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, qadın olmasını, xarici dövlətin vətəndaşı olmasını, Rusiya Federasiyasında işləməklə özünü və qızının ailəsini dolandırması kimi yüngülləşdirici halları məcmu halda müstəsna hal kimi nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası «bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilə bilər». Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edən məhkəmə hesab edir ki, Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özünün və şahid ifadələrində mərhum əri x6 2018-ci ilin oktyabr ayında vəfat etmiş və Azərbaycan Respublikasında dəfn edilmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşının məzarını ziyarət etmək məqsədi ilə Azərbaycan Respublikasına gəlməsini, yuxarıda qeyd edilən kimi onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. İş materiallarına əlavə olunmuş, Talnax Krasnoyarskidən daxil olmuş teleqramdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu evi satmış və pulunu özü ilə aparmış hal-hazırda evini satdığına görə həmin ünvanda qeydiyyatdan çıxmışdır. Eyni zamanda iş üzrə dindirilmiş şahid ifadələri ilə myəyyən olunur ki, Təqsirləndirilən şəxs mərhum ərinin Azərbaycanda olan tanışı Şahid5 vermiş olduğu 40.000 manat məbləğində borcu, sonuncu Təqsirləndirilən şəxs qaytarmış, Təqsirləndirilən şəxs həmin pulları özü ilə Rusiya Federasiyasına aparmaq fikrində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan, qaçaqmalçılıq cinayətinin predmeti olan 84840,99 manat dəyərində 3283543,67 Rusiya rublu və 400 Azərbaycan manatı məbləğində pul Təqsirləndirilən şəxs mülkiyyətində olmuşdur, həmin pulun onun mülkiyyətində olmamasını təsdiq edəcək hər hansı sübut müəyyən edilməmişdir. Həmçinin həmin pul məbləğinin xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli və “x4rşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli qərarlarında göstərmişdir ki, şəxs cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə biliməz. Belə ki, Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 27-ci bəndinin tövsiyyələrində göstərilir ki, cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir.Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Odur ki, iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Maliyyəvə Təchizat İdarəsinin xəzinəsində saxlanılan 84840,99 manat dəyərində 3283543,67 Rusiya rublu və 400 Azərbaycan manatı SəfərovaNigarİslamovnayaqaytarılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 107 (yüz yeddi) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 107 (yüz yeddi) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi Maliyyəvə Təchizat İdarəsinin xəzinəsində saxlanılan 84840,99 manat dəyərində 3283543,67 Rusiya rublu və 400 Azərbaycan manatı SəfərovaNigarİslamovnayaqaytarılsın. Hökmdən, elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-161/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-161/2020
17.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver