Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-161/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 8 mənzil 74-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər birgə biznes fəaliyyəti zamanı tanış olduğu Zərərçəkmiş şəxs özünün yüksək gəlir gətirən mərmər və qranit materiallarının alveri ilə məşğul olduğunu bildirib ona birgə biznes fəaliyyəti ilə məşğul olub İran İslam Respublikasından müxtəlif çeşitdə mərmər və qranit materiallarını Qazaxıstan Respublikası və Azərbaycan Respublikasına gətirib satmaqla əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin may ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 200.000 manat, 2016-cı ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 1.000.000 manat, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 800.000 manat pul alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Nəzər oğlu ifadəsində göstərmişdir ki, əvvəllər elm sahəsində çalışsa da 1990-cı ildən bizneslə məşğul olmağa başlamışdır. 1997-ci ildə Bakı şəhəri Keşlə qəsəbəsi ərazisində boya və dəmir məlumatları istehsal edən zavod açıb işlətmişdir. Həmin vaxtlarda o, zavoddan mal alıb müxtəlif mağazalara satış edən Zərərçəkmiş şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs də elm sahəsində çalışdığından onunla işgüzar münasibətlərdən başqa, həm də dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxslə 1997-ci ildən 2004-cü ilə kimi işləmiş, 2004-cü ildə zavod bağlandığından artıq iş münasibətləri də kəsilmişdir. Lakin yenə də yoldaşlıq münasibətləri qalmış, Zərərçəkmiş şəxslə müxtəlif məclislərdə görüşürmüşlər. 2006-2007-ci ildən isə mərmər alveri ilə məşğul olmağa başlamış, İran İslam Respublikasından Azərbaycana mərmər gətirib satmışdır. 2015-ci ildə Sahil Abuşovla tanış olmuş, Sahil də mərmər alveri ilə məşğul olurmuş. O əsasən İrandan Qazaxıstana mərmər satırmış. Sahillə tanış olduqdan sonra birgə işləmək qərarına gəlmişlər. Onlar birgə işləməyə başlayıb, onun tanışı olan İran İslam Respublikası vətəndaşı Behzaddan mərmər alıb Qazaxıstanda işləyən Sahilin tanışı Azərbaycan vətəndaşı olan Kənan adlı şəxsə mərmər göndərirmişlər. Aylıq təxminən 15 000–20 000 manatlıq mal alıb göndərərək bu qayda ilə bir neçə il işləmişlər. 2016-cı ildə dostu Gülməmməd müəllim ona bildirmişdir ki, işdən çıxdığından işsiz qalmışdır və buna görə də ondan xahiş etmişdir ki, dost-tanışlarla söhbət edib onu hər hansı bir yerə işə düşəzməsinə köməklik etsin. O da Zərərçəkmiş şəxs zəng edib onunla görüşmüşdür. Təxminən 2016-cı ilin əvvəlində o, Zərərçəkmiş şəxs və Gülməmməd müəllim Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Azadlıq prospekti «qoşa zapravka» adlanan yerdə görüşmüşlər. Orada söhbət edib Gülməmməd müəllimin işsiz qaldığını bildirib Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Gülməmməd müəllimi onun işlədiyi elmi tədqiqat institutuna işə götürsün. Zərərçəkmiş şəxs Gülməmməd müəllimlə bir qədər danışıb onun başqa sahə üzrə mütəxəssis olduğuna görə işlədiyi instituta işə götürə bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar bir qədər özləri haqda söhbət etmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, mərmər alveri ilə məşğul olduğunu, İrandan Azərbaycana və Qazaxıstana mərmər gətirib satdığını bildirmişdir. Zərərçəkmiş şəxs iş olsa o da qoşulmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs «iş var amma pul lazımdır demiş, Bakıda deyil, Qazaxıstanda mərmərə böyük təlabət olduğunu bildirmiş, Qazaxıstanda «Qazaxıstan 2017 EXPO» keçirələcəyini, buna görə də orada böyük işlər aparılmasını, mərmərə orada böyük ehtiyac olduğunu, oraya İrandan mərmər aparıb yüksək gəlir əldə etməyin mümkün olduğunu bildirmişdir. Soltan həmin işin ona maraqlı olduğunu deyib kiminləsə məsləhətləşib, pul tapıb işə qoyacağını bildirmişdir. Bundan sonra onlar bir neçə dəfə Zərərçəkmiş şəxslə görüşüb söhbət etmişlər. Zərərçəkmiş şəxs mərmər işi barədə məlumat vermiş, Zərərçəkmiş şəxs işlə maraqlanmışdır. O, Soltana xırda pullarla iş görmək olmadığını, bu iş üçün böyük pulların lazım olduğunu demişdir. Soltan bir neçə nəfər olduğunu, onlarla danışıb söhbət edəcəyini bildirmişdir. Sonrakı görüşlərində X21 ilə görüşməsini, onun aylıq 10000 manat faiz ödəmək şərti ilə 1 000 000 manat verə biləcəyini, bunu şərik kimi verməyəcəyini bildirməsini demişdir. Soltan ona bu məbləğin çox olmasını, o isə ******* manata qarşı 10000 manatın bir faiz olduğu bildirərək razılaşmaq lazım olduğunu demişdir. Soltan da razılaşmışdır. O bu barədə Sahillə görüşərək ******* manat pul verən, sözü bütöv adam olduğunu bildirmişdir. Sahil müqavilə bağladığını, əgər pul alınmasa böyük cəriməyə düşəcəklərini demişdir. O, Soltanla görüşüb vəziyyəti danışmış, onunla birlikdə Tağı Əhmədovun yanına getmişlər. Tağı Əhmədov işlə maraqlanmış, çıxarıb 200000 manat pul vermişdir. Sonra da soruşmuşdur ki, ona ******* manat pul verərsə, işlədə bilər. O həmin pulu işlədə biləcəyini demişdir. T.Əhmədov üzünü Soltana tutub demişdir ki, “mən bu adama ******* manat pul vermək istəyirəm,sən nə deyirsən”. Soltan onun etibarlı adam olduğunu, hətta 10000000 manat da vermək olar demişdir. Tağının ona verdiyi 200000 manatdan 46 min manat və 10700 ABŞ dolları Sahilə vermişdir ki, İrandan mərmər alıb Qazaxıstana göndərsin. Qalan pulları isə Astarada nümayəndələr var, onu onlara yönəltmişlər. O da həmin sərraflara zəng vururmuş, onlar da dediyi adamlarla görüşüb pulu onlara verirmiş. Onlar da Bakıda verdiyi pulları İranda əvəzləşdirirmişlər. O, pulu manatla veririr, onlar da tümənlə zavoda göndərirmişlər. Orda Bezad adlı şəxs varmış, cox vaxt pulu Bezada verirmiş. Əsasən pulu taxta satanlara verirmiş, İran sərhədini keçəndə bir hissə pul özündə qalmışdır. O, İrana gedəndə Tağı zəng vurub pulu xərcləyib-xərcləməməsini soruşmuşdur. O, pulun bir hissəsini xərclədiyini bildirmişdir. Tağı ona pulu qaytarmasını bildirmişdir. O, Tağının zəng vurmasını Soltana bildirmiş, Soltan demişdir ki, Nazim Tağının yanina gedib ki, Səadətin ona borcunun olmasını demişdir. O isə onun yox, qardaşı Maşallahın ona borcu olduğunu bildirmişdir. O, Soltanla danışıb Qazaxıstanda vəziyyətin gərginləşməsini bildirmişdir. Sonra Sahil, Soltan və o görüşmüşlər. Soltan demişdir ki, Tağı ilə danışacaqdır. Orada məlum olmuşdur ki, Quluda bir qiymətli daş da vardır. Sahil təklif etmişdir kı, Qulunu da şərik kimi götürsünlər. Qulu həmin daşı Zərərçəkmiş şəxs girov kimi versin kı, Zərərçəkmiş şəxs də etibar edib əlavə 1 000 000 manat pul versin. O bu təkliflə razılaşmış və bu barədə Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs də bahalı daşı girov kimi gəbul edib əlavə 1 000 000 manat verməyə razılaşmışdır. Sonra Soltan onlara zəng vurub 3 dənə sellofan paket alıb gətirmələrini bildirmişdir. Sahil, Qulu və o 3 dənə paket alıb getmişlər. Sahillə Qulu aşağıda dayanmış o yuxarı qalxmış, Soltan da orada imiş. Orada Zərərçəkmiş şəxs həmin rubin daşını vermiş. Soltan isə ona 953 000 manat pul vermişdir. Pulun nə səbəbdən az olduğunu soruşduqda Soltan bildirmişdir ki, pul bankda depozitdə olduğuna görə bankdan 1000 000 manat pul çıxardıqda 47 000 manat bank xərcləri kimi tutulmuşdur. Zərərçəkmiş şəxs ona 953 000 manat versə də, o həmin pulu 1 000 000 manat kimi qəbul etməli olduğunu və ümumi borcun 1 200 000 manat kimi hesablanmasını bildirmiş, o da razılaşmışdır. Razılaşmalara əsasən o həmin 1000 000 manat pulu da mərmər alverinə qoyub Zərərçəkmiş şəxs hər ay 20 000 manat gəlir verməli imiş. Onlar da daşı müvəqqəti götürmüşlər, daşa görə Quluya 350 min manat vermişdir. Dövlət müəssisəsi tərəfindən daşa sertifikat da verilmişdir. İrana gedəndə özü 10 min manat götürmüş, qalan pulları da Astarada sərraflara vermişdir. 36 min ABŞ dolları Bezada vermiş. Codara 7 min ABŞ dolları vermişdir ki, mərməri döğradıb Qazaxstana göndərsin. O da mərməri Qazaxıstana göndərmişdir. O, pulları həm nağd, həm də sərraflar vasitəsilə göndərmişdir. İsfahandakı malın miqdarı böyük olmuş, o, Bakıya gələn kimi Məşədə pulu sərraflar vasitəsilə göndərmişdir. Bakıdakı malların hesabını özü, Qazaxıstandakı malların hesabını Sahil aparırmış. 3 yerdə olan mallar 250000 manat təşkil etmişdir. Soltanın ona verdiyi 200000 manat puldan 25000 manat və 10300 ABŞ dollarını Sahilə vermişdir kı, İrandan mərmər alıb Qazaxıstana göndərsin. Zərərçəkmiş şəxs aldığı 953 000 manat puldan daşa görə Quluya hissə-hissə 436 000 manat pul vermiş, qalan puldan 178 000 ABŞ dollarını Sahilə vermişdir ki, o, İrandan mərmər alıb Qazaxıstana göndərsin. 36000 ABŞ dollarını isə Bezada vermişdir. O 10 min manat avans vermiş,İrana gedəndə 10000 manat özü ilə aparmış, qalan pulu isə sərraflara vermişdir. İranda mərmərin doğranması 3000-7000 arasi imiş. Hər yerdə mərmərin qiymətləri fərqli olmuşdur. Əsas problemləri Qazaxıstana gedən malların pulunun verilməməsi olmuşdur. Burcaqdakı malın maya dəyəri 42 min manat, Məşəddəki malın dəyəri 70-75 min dollar, İsfahandakı mallar 9 min kvadrat metr, maya dəyəri 150-200 min manat olmuşdur. O, pulları etaplarla vermişdir. O, Bakıya qayıdan kimi Məşədə 7000 ABŞ dolları pulu sərraflar vasitəsi ilə göndərmişdir. Sahil Qazaxıstandan gələndə kağız gətirmişdir ki, oradakı mal 400 min manat təşkil edir. 350000 manat Quluya, 178 000 ABŞ dolları Sahilə vermişdir. Qazaxıstandan pul gəlməmişdir. Pullar bank vsitəsi ilə də, Sahilin qayni, ya qohumu vasitəsilə də gəlmişdir. 234 min manat Tağının pulundan vermişlər . Tağıdan 1 milyon 911 min manat pul götürmüşdür. Həmin pulu 3 dəfəyə, birinci dəfə 200000 manat, ikinci dəfə 953000 manat, üçüncü dəfə isə 758000 manat olmaqla,1 milyon 911 min manat olmuşdur. Ancaq 953000 manatı 1 milyon kimi, 758000 manatı isə 800000 manat kimi razılaşıb götürmüşdür. Birinci dəfə götürdiyi 200000 manatdan hər ay 4000 manat olmaqla, pulun faizini vermişdir. Birinci və ikinci dəfə pul götürdükdən sonra işləri normal getmiş, ancaq üçüncü dəfə pul göturəndən sonra işlərində problem yaranmışdır. Göndərdikləri maldan mənfəət əldə etməmişlər, 53 000 manata Əli adlı şəxsdən Bakı şəhəri Nardaran qəsəbəsində torpaq sahəsi almış, 26 000 manatı Oqtay adlı şəxsə vermişdir ki, ona Əhmədli qəsəbəsində torpaq sahəsi satsın, lakin sənədi olmadığına görə sata bilməmişdir. Qalan pulu isə Behzad vasitəsi ilə İrandan mərmər almışdır ki, Azərbaycana gətirsin, lakin malı gətirə bilməmiş və aldığı mal İran sərhəddində ilişib qalmışdır. Bir TİR yük avtomobilində 22 ton mal olurmuş, 4 TİR-la 420000 manatlıq mal getmişdir, qalan malları Sahil göndərmişdir. Kənan Əliyev əslən azərbaycanlı, Qazaxıstandakı firmanın rəhbəri olmuşdur. Onunla da Sahilin vasitəsilə tanış olmuş, malların qiyməti, göndərilməsi də Sahilə həvalə olunmuşdur. Kənanla iki dəfə Qazaxıstanda görüşmüşdür. Həmin vaxt Kənandan borcunu tələb etmiş, Kənan demişdir ki, ona bir az da kömək etsinlər, əlində 5- 6 milyonluq əmlakı vardır, tezliklə onların borcunu qaytaracaqdır. İran vətəndaşı X13 o tanış etmişdir. Ona ofisdə otaq vermiş, ancaq onlarla şərik olmamışdır. Kənan Azərbaycana gələ bilmir, Zərərçəkmiş şəxs onunla görüşmüşdür, ancaq Tağı ilə görüşməmişdir. Kənanla müqavilə bağladıqları barədə Tağıya məlumat vermişlər. Kənanın onlara 600-700 min ABŞ dollars borcu vardır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki,1998-ci ildən 2002-ci ilə kimi hərbiçi kimi xidmət etdikdən sonra tərxis olunmuş və Dövlət Neft Şirkətində çalışmışdır. 2012–ci ildən 2015-ci ilə kimi isə Qazaxıstan Respublikasına köçüb orada tikinti sahəsində iş icraçısı kimi işləməyə başlamış, 2015-ci ildə biznesə başlayıb mərmər və qranit materiallarının alveri ilə məşğul olmuşdur. İran İslam Respublikasından mərmər və qranit materiallarını alıb Qazaxstan Respublikasına gətirib orada satırmış. Qazaxıstanda «Ram-TRM» şirkətinin baş direktoru Kənan Əliyevlə tanış olmuş, həmin şirkət Qazaxıstan Respublikası ərazisində təmir-tikinti işləri ilə məşğul olmuşdur. Kənan Əliyevin şirkəti ilə müqavilə bağlayıb həmin şirkətə İrandan mərmər gətirirmiş. 2015-ci ilin fevral-mart aylarında həmin şirkətlə müqavilə bağladıqdan sonra artıq orta hesabla bir aya bir vaqon şirkət üçün mərmər materialı gətirmişdir. O İrandan mərmər materialını öz puluna alıb Qazaxıstana gətirərək Aktau şəhərində Kənan Əliyevin şirkətinə satırmış. «Ram-TRM» şirkəti isə artıq özü Aktau şəhərində həmin malı gömrükdən keçirib Astana şəhərinə dəmir yolu vasitəsi ilə daşıyırmış. Aktau şəhərinə bir vaqon mərmər materialının gətirilməsi təxminən 8 000-10 000 ABŞ dolları təşkil edirmiş. Həmin malı da 20-30 faiz xeyirlə Qazaxıstanda satırmış. 2015-ci ilin noyabr ayında tanışı Vüqar Orucov ona bildirmişdir kı, onun tanışı olan Səadət adlı şəxsin İrandan Qazaxstana gətirdiyi mərmər materialı Qazaxstanda saxlanılmış və malla bağlı problemlər yaranmışdır. Buna görə də ondan xahiş etmişdir kı, Səadət adlı şəxsə köməklik etsin. Vüqar onu Səadətlə tanış etmiş və o, Səadətə Qazaxıstanda köməklik etmişdir. Bundan sonra Səadətlə dostluq münasibətləri yaranmış, Səadət onu şəriki Behzad Əşrəfi adlı İran vətəndaşı ilə tanış etmişdir. Behzad İrandan Azərbaycana mərmər materialları gətirirmiş. Behzadla tanış olduqdan sonra Behzaddan bir neçə dəfə mərmər almışdır. Belə ki, Behzada Azərbaycanda pul verib mal alır və Behzad onun üçün həmin malı Qazaxıstana göndərirmiş. 2016-cı ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs təklif etmişdir kı, o da İrandan Qazaxıstana mərmər materialının bir növu olan «laymstoun» daşı göndərsin. Səadətə köməklik etmiş və Səadət Behzad vasitəsi ilə İrandan Qazaxıstana tanışı Kənan Əliyevə laymstoun materialı göndərmişdir. 2016-cı ilin fevral ayında Təqsirləndirilən şəxsla birlikdə şərikli işləməyə başlayıb İrandan Qazaxstana mərmər materialları satmağa başlamışlar. 2016-cı ilin mart-aprel aylarında Səadət ona təklif etmişdir kı, alveri daha da genişləndirsinlər və daha böyük həcmdə material satsınlar. Səadət daha böyük həcmdə alver üçün tanışı Soltan adlı şəxsdən aylıq 2 faiz ödəniş olmaqla pul götürə biləcəyini demişdir. O da razılaşmışdır. Soltan 2016-cı ilin may ayında həmin iş üçün 1 000 000 ABŞ dolları verməli imiş. O həmin sözə arxayın olub Kənan Əliyevin şirkəti olan «Ram TRM» şirkəti ilə böyük həcmdə mal satılması ilə bağlı razılaşmışdır. Lakin hansısa səbəbdən gecikmələr yaranmış və Soltan 2016-cı ilin may ayının sonunda Təqsirləndirilən şəxs 200 000 manat pul vermişdir. Səadət pulu götürdükdən 3-4 gün sonra Səadətlə Neftçilər metro stansiyasının yaxınlığında görüşmüşdür. Orada Səadət 10 800 ABŞ dolları pul vermiş, o həmin pulu Səadətlə özünün şərikli İrandan alıb Qazaxıstana göndərdikləri malın yol xərclərinə ödəmişdir. Qalan pulu isə Səadət özü ilə İrana götürmüşdür kı, oradan mal alıb Qazaxıstana göndərsin. Onlar həmin ərəfədə Qazaxıstanda «Ram TRM» şirkəti ilə razılaşmaları üzrə malı gecikdirməyə başlamışlar. O, Səadətlə danışıb ondan pulun verilməsini tələsdirməsini xahiş etmişdir. Səadət Soltanın pulu hansısa səbəbdən ləngitməsini bildirmişdir. Səadət onu Soltan adlı şəxslə tanış etmişdir. Zərərçəkmiş şəxslə Bakı şəhəri, Azadlıq prospekti «qoşa zapravka» adlanan yerin yaxınlığında görüşmüşlər. O, Qazaxıstanda bağlanmış mərmər satışı müqavilələrini Zərərçəkmiş şəxs göstərib Qazaxıstanda onlardan mərmər gözlədiklərini, bu barədə artıq müqavilə imzalandığını bildirmiş və onun Səadətlə danışdığı kimi onlara pul verməsini xahiş etmişdir. Soltan hər şeyin artıq danışıldığını və qısa müddətə pul verəcəyini demişdir. Həmin vaxtlarda söhbət əsnasında onun və Səadətin ümumi dostu olan Qulu Muxtarov onlara bildirmişdir kı, satış üçün qiyməti 1 500 000 ABŞ dolları olan yaqut daşı vardır. Həmin daş başqa şəxsə məxsusdur və ona satış üçün verilmişdir, tanış adam almaq istəsə pulunu hissə-hissə ödəmək şərti ilə həmin şəxsə sata bilər. O, Səadətə təklif etmişdir kı, Quludan həmin daşı götürüb Soltana girov kimi versinlər, Səadət razılaşmışdır. Bundan sonra Qulu ilə də danışmışlar, Qulu da Səadətə Azərbaycan üzrə mərmər satışına şərik olmaq şərti ilə həmin yaqut daşını girov qoymağa razılaşmışdır. Bundan sonra Səadət Soltanla danışıb daşı girov qoymaq istədiyini demişdir. Soltan daşı girov kimi götürməyə razılaşaraq götürmüşdür. 2016-cı ilin avqust ayının sonunda Bakı şəhəri, Yasamal rayonu Şüşəli Bazar adlanan yerin yaxınlığında o, Səadət, Qulu və Soltan görüşmüşlər. Soltan onların yanında Səadətə 953 000 manat pul vermişdir. Pulun nə səbəbdən az olduğunu soruşduqda Soltan bildirmişdir kı, bankdan 1000 000 manat pul çıxardıqda 47 000 manat bank xərcləri kimi tutulmuşdur, o, Səadətə 953 000 manat versə də Səadət həmin pulu 1 000 000 manat kimi qəbul etmiş və ümumi borc ******* manat kimi hesablanmışdır. Razılaşmaya əsasən onlar həmin 953 000 manat pulu da mərmər alverinə qoyub Soltana hər ay 20 000 manat gəlir verməli imişlər. Bundan bir neçə ay sonra isə Soltan əlavə 800 000 manat da pul verməli imiş kı, ümumi pulu 2 000 000 manat olsun. Arada olan razılığa əsasən Zərərçəkmiş şəxs aldıqları pulun hamısını mərmər alverinə sərf edib İran İslam Respublikasından mərmər alıb Azərbaycana və Qazaxıstana gətirib satışını təşkil etməli imişlər və qazıncın səviyyəsindən asılı olmayaraq həmin 1 200 000 manata görə aylıq Zərərçəkmiş şəxs 20 000 manat pul verməli imişlər. Zərərçəkmiş şəxs 953 000 manat pul aldıqdan sonra Səadət ona hissə-hissə əlavə 167 200 ABŞ dolları pul vermiş və bununla da Səadətin ona verdiyi ümumi pul 178 000 ABŞ dolları təşkil etmişdir. O həmin pulu bəzi materialların alınması üçün X7 göndərmişdir. Belə ki, onlar Qazaxıstanda böyük həcmdə iş götürmüşlər və mərhələlərlə oraya müxtəlif materialları təhvil verməli imişlər. Soltan pulu gec verdiyinə görə artıq Qazaxıstanda götürdükləri öhdəliklərdə gecikmələr yaranmış, buna görə də pulu nağd şəkildə göndərmişlər ki, materialı bir başa Qazaxıstandan alıb şirkətə təhvil versinlər ki, şirkətə olan öhdəlikləri vaxtında icra etsinlər, gecikmə yaranmasın və nəticədə onlara olan ödənişlər vaxtında edilsin. Qazaxıstandan onlara qazanc kimi orta hesabla aylıq təxminən 5000-6000 ABŞ dolları pul göndərilmişdir. O həmin pulu Səadətə vermişdir ki, Soltana verməli olduqları aylıq pulu ödəsin. Söhbət əsnasında Səadət demişdir ki,, Qulu girov kimi qoyduğu yaqut daşın adını demədiyi şəxslə şərikli malıdır və buna görə həmin adama pul verib daşı tam almaq lazımdır. Buna görə də Səadət Quluya təxminən 300 000- 350 000 ABŞ dolları pul vermişdi. Bundan başqa Zərərçəkmiş şəxs 2016-cı ilin avqust ayında alınmış 953 000 manat pula Səadət özü də İrandan Azərbaycana mərmər materialı gətirib satmış və əlavə İrandan Qazaxıstana mərmər də göndərmişdir. Qazaxıstana göndərilən mərməri Səadət özü alıb göndərmişdir, yəni almaq üçün pulu özü ödəmişdir, lakin Qazaxıstanda həmin malın satışını və oraya çatdırılmasını o təşkil etmişdir. 2016-cı ilin oktyabr ayında Qazaxıstanda fəaliyyət göstərən «Ram TRM» şirkətinin fəaliyyətində problemlər yaranmış və şirkət onlara pul göndərə bilməmişdir. Buna görə də o artıq Qazaxıstana mərmər göndərməyi dayandırmışdır. Təxmniən 2016-ci ilin noyabr ayının sonunda Səadət Soltandan daha 800 000 manat pul götürmüşdür. Lakin bu dəfə Səadət Soltanla təklikdə görüşmüşdür. Həmin puldan bir hissəsini, yəni 46 000 ABŞ dollarını Səadət ona vermişdi kı, İrandan mərmər alıb Qazaxıstana göndərsin. O da həmin 46 000 ABŞ dollarını Səadətin və onun ümumi tanışı Behzada vermişdir kı, o, İran zavodundan mərmər alsın. Behzad da İranda olan zavoddan mərmər materialı aldıqdan sonra isə o, Qazaxıstanda işlərində problemlər yarandığını görüb həmin materialı Azərbaycanla sərhədə gətirib Səadətin orada olan mallarına əlavə etmişdir və nəticədə malı Səadətə təhvil vermişdir. Səadətin həmin malı kimə satdığını bilməmişdir. Səadətin Soltandan 2016-cı ilin noyabr ayında aldığı 800 000 manat puldan qalanını haraya sərf etdiyini bilməmişdir. Səadətin da İrandan mərmər alıb Azərbaycana gətirdiyini bilsə də hansı məbləğdə mal alıb gətirdiyini və nə qədər qazanc əldə etdiyini və ya ziyan etdiyini bilməmişdir. 2017-ci ilin əvvəlində artıq Səadətlə işləri dayanmış və onlar Soltana olan aylıq ödənişləri edə bilməmişlər. Bundan sonra Səadət ona imza etmək üçün müqavilə yazıb gətirmidir. O həmin müqaviləni imzalamışdır. Müqavilədə onun və Səadətin Zərərçəkmiş şəxs 2000 000 manat borcları olduğunu etiraf etmişlər. Bir müddət sonra isə eşitmişdir kı, Zərərçəkmiş şəxs Quludan götürdüyü yaqut daşını da Səadətə qaytarmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, 2016-cı ildə dostu Ceyhunun işlədiyi daşınmaz əmlakın alqı-satqısı ofisində olarkən həmin ofisə gələn Səadətlə rastlaşmışdır. Ceyhun həmin vaxtı Sumqayıt şəhərində fəaliyyət göstərən mərmər-qranit sexini satmağa çalışır, buna görə də mərmər işi ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs çağırmışdı kı, həmin sexi Təqsirləndirilən şəxs təklif etsin. Ceyhun Təqsirləndirilən şəxsla ofisdə həmin sex barədə danışarkən ofisə dostu Əli də gəlmişdir. Əli həmin vaxtı özünə məxsus olan 96 karat yaşıl rəngli yaqut daşını satırmış. Əlinin həmin daşı haradan əldə etdiyini bilməmiş, lakin daşın dövlət sənədi olmuşdur. Əli ofisdə həmin daşı Ceyhun və Səadətə də göstərmiş və 1 500 000 ABŞ dollarına satdığını demişdir. Ceyhun və Səadət həmin daşı götürüb baxmış, lakin heç nə deməmişlər. Səadət həmin daşın şəklini də çəkib götürmüşdür. 2-3 gün sonra Səadət ona zəng edib təklif etmişdir ki, Əlidən daşı götürüb ona versin ki, o həmin daşı öz tanışlarına satsın. Təxminən 2016-cı ildə o, Əli və Səadət Ceyhunun ofisində görüşmüşlər. Ofisdə söhbət edərkən Səadət Əliyə təklif etmişdir ki, həmin daşı o götürüb öz tanışlarına göstərsin və həmin daşı Əlinin dediyi qiymətə, yəni 1500 000 ABŞ dollarına satsın, Əli isə həmin puldan 50 000-100 000 ABŞ dolları ona və Səadətə versin. Əli razılaşmış, lakin daşı Səadətə verməmişdir. Təxminən bir həftədən sonra Əli daşı ona vermişdir ki, aparıb Səadətə versin. Bir neçə gündən sonra o, Səadətlə Ceyhunun ofisində görüşmüşlər. Ofisdə Əlinin ona verdiyi daşı həmin daşa aid olan sənədlə birlikdə Səadətə vermişdir. Təxminən bir həftə sonra Səadət ona bildirmişdir ki, həmin daşı özü 1 000 000 manata almaq istəyir, lakin daşın pulunu bir dəfəlik deyil, hissə-hissə bir il müddətində ödəyəcəkdir. O, Səadətin həmin daşı 1 000 000 manata almaq istədiyini və pulunu bir ilə hissə-hissə ödəyəcəyini Əliyə demiş, Əli bu şərtlərlə razılaşmışdır. Təxminən 10 gündən sonra Səadət Ceyhunun ofisində ona 350 000 manat pul vermişdir ki, həmin pulu Əliyə versin. O da həmin 350 000 manat pulu Əliyə vermişdir. Təxminən bir ay sonra Səadət şəriki Sahillə birlikdə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında ofis açaraq həmin ofisdə mərmər satışı ilə məşğul olmuşlar. Belə ki, ofisə mərmər materiallarının nümunələrini qoymuş, mərmər almaq istəyənlər mərmər materiallarını seçib sifariş edirmişlər. O, Səadətə verdiyi daşın pulunu istədikdə Səadət ona təklif etmişdir ki, o da həmin ofisdə onlarla işləyib mərmərdən pul gəldikcə o həmin puldan götürüb Əliyə yaqut daşıının pulundan ödəsin. O razılaşmış və beləliklə həmin ofisdə işləməyə başlamışdır. Ofisdə ondan başqa adını, soyadını, kimliyini xatırlamadığı orta yaşlı qadın katibə kimi işləyirmiş. O, ofisdə işlədiyi müddətdə bir çox adam ofisə gəlib mərmərlə maraqlanmış, o həmin şəxsləri Səadətə yönəldirmiş ki, Səadət özü onlarla danışıb mərmər satsın. O, ofisdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanışı olan Soltan adlı şəxslə tanış olmuşdur. Soltan tez-tez ofisə gəlib Səadətlə görüşürmüş. Səadətdən soruşduqda kı, Soltan onu nə səbəbdən axtarır Səadət ona bildirmişdi ki, o, Soltandan faizə pul götürüb buna görə də aylıq faiz verməlidir, faizlər gecikən kimi Soltan ofisə gəlib onu axtarır. Həmçinin Soltandan da Səadəti nə səbəbdən axtardığını soruşduqda Soltan ona bildirmişdi kı, Səadətə faizə pul verib və faizlər gecikdikcə o, Səadəti axtarıb pulunu alır. Səadət Əliyə daşa görə 350 000 manat verdikdən sonra pul verməmişdir. O, Səadətdən yaqut daşının pulunu istəyəndə Səadət ona bildirmişdir ki, həmin daşı girov qoyub mərmər alveri ilə məşğul olmaq üçün pul götürübdür. Səadət əlində işləri olduğunu və qısa müddətdə həmin işlərdən qazanc əldə edib pulu ödəyəcəyini desə də pul ödəməmişdir. O, Əlinin qarşısında cavabdeh olduğundan daşın pulunu özü ödəməli olmuşdur. Buna görə də məcbur olub 350 000-400000 manatı Əliyə ödəmişdir. O, Səadətin ofisində artıq 6 ay işlədikdən sonra Səadət işləri alınmadığından ofisin kirayə haqqını ödəyə bilməmiş və buna görə də ofis bağlanmışdır. Səadətin ona 650 000 manat, onun isə Əliyə 300 000 manat borcu qalmışdır. O, Səadətdən dəfələrlə daşı və ya borcunu tələb etsə də Səadət Qazaxıstana satdığı mərmər daşlarının pulu qayıtdıqdan sonra onun pulunu ödəyəcəyini bildirmişdir. Bu günə kimi də Səadət onun pulunu ödəməmiş, yaqut daşı da hələ də ona qaytarılmamışdır. Əli ona qalan 300 000 manat borcunu ona bağışlamışdır. 2020-ci ilin əvvəlində tanışı Əli vəfat etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2004-2005-ci illərdə ümumi tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Səadət həmin vaxtı Bakı şəhəri Keşlə ərazisində zavod işlədirmiş. O da 2004-2005-ci illərdə Təqsirləndirilən şəxsla alver edib onun zavodundan müxtəlif dəmir materiallardan olan məhsulları alıb başqa yerlərdə satırmış. Bir müddət Təqsirləndirilən şəxsla birgə biznes apardıqdan sonra əlaqələri kəsilməsinə baxmayaraq yenə də aralarında xoş münasibətlər qalmışdır. 2016-cı ilin əvvəlində Səadətlə təsadüfən rastlaşmış, söhbət zamanı Səadət bildirmişdir ki, şəriki Qulu və Sahil adlı şəxslərlə mərmər alveri ilə məşğul olur. İrandan Azərbaycana və Qazaxıstana mərmər gətirib satırlar. Səadət ona təklif etmişdir ki, onunla birlikdə həmin biznesə girsin. Həmçinin Səadət söhbət əsnasında bildirmişdir ki, nə qədər çox pul qoysa bir o qədər də qazancı çox olacaqdır. Razılaşmışlar ki, o, pul versin, Səadət öz ortaqları ilə İran İslam Respublikasından mərmər daşlarını həm Azərbaycan Respublikasına, həm də Qazaxıstan Respublikasına göndərsin, satışını təşkil etsin və onun da qazancını versin. Səadət ona bildirmişdir ki, ilkin olaraq 200 000 manat pul lazımdır kı, işə başlasınlar. Səadəti uzun müddət tanıdığından və onunla əvvəllər də şərikli iş gördüyündən Səadətə inanıb pul verməyə razılaşmışdır. 2016-ci ilin may ayının sonunda, təxminən may ayının 25-də gunorta saatlarında Səadətlə Bakı şəhəri, Yasamal rayonu «Şüşəli bazarın» arxasında görüşmüşlər. Səadətin avtomobilinin içində özü ilə gətirdiyi 200 000 manat pulu Səadətə vermişdir. Səadət ona bildirmişdir ki, işləri o nəzərdə tutduğu kimi getsə həmin 200 000 manatdan ona aylıq 2000 manat gəlir verəcəkdir. Bundan sonra 3 ay Səadət ona aylıq 2000 manat gəlir vermişdir. 2016-cı ilin avqust ayında Səadət ona demişdir ki, Qazaxıstanda bir çox müqavilələr imzalanıb və Qazaxıstanda olan müştərilər onlardan mərmər gözləyirlər, pul az olduğuna görə malı çox almaq olmur, pulun miqdarını artırmaq lazımdır kı, daha çox mal alıb daha çox qazanc əldə etsinlər. Səadət ona təklif etmişdir ki, dost tanışlardan bir neçə aylıq təxminən ******* manat pul toplasın. Həmin pulu ona versin ki, o həmin pulla biznesi daha da genişləndirsin. Belə razılaşmışlar ki, o, Səadətə artıq may ayında verdiyi 200 000 manatdan əlavə 1 000000 manat pul da versin, yəni Səadətə verdiyi ümumi pul ******* manat olsun və Səadət ona aylıq təxminən 15 000 manat pulu gəlir kimi versin. 2016-cı ilin avqust ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu «Şüşəli bazarın» arxasında Səadətlə görüşmüşlər. Səadət həmin yerə şərikləri Qulu və Sahillə birlikdə gəlmişdir. Orada Səadətin özünə 1 *** **** manat pul vermiş, bundan sonra artıq Səadət ona 3 ay müddətində hər ay 15 000 manat pulu gəlir kimi vermişdir. Səadət yenidən ona biznesi artırmağı təklif etmişdir. Bildirmişdir ki, bir çox müqavilələr imzalanıb Qazaxıstanda və Azərbaycanda ondan mərmər gözləyirlər, malın həcmini çoxaltmasalar əllərində olan müqavilələr də əllərindən çıxasaq, malın həcmini çoxaltmaq üçün isə əlavə pul lazımdır, buna görə də təklif etmişdir ki, birgə biznesləri üçün əlavə 800000 manat pul versin və üumilikdə bizneslərində olan payı 2 000 000 manat olsun. Səadət ona bildirmişdir ki, 2000 000 manata görə aylıq qazanc artıq 35 000 manat olacaqdır. O razılaşmış. Yenidən 800 000 manat pul toplayib, 2016-cı ilin noyabr ayının təxminən 24 və ya 25-də Bakı şəhəri, Yasamal rayonu «Şüşəli bazarın» arxasında Səadətlə görüşüb onun avtomobilində ona vermişdir. Təxminən 19 dekabr 2016-cı ildə Səadət ona 35000 manat gəlir vermişdir. Təxminən 1 ay sonra 23-24 yanvar 2017-ci ildə Səadət onunla görüşüb gəlir kimi 35000 manat pul vermişdir. Bundan sonra Səadət ona daha pul verməmişdir. 2017-ci ilin fevral ayının sonuna kimi Səadəti gözləmiş, lakin xəbər çıxmamışdır. Səadətlə əlaqə saxlamış, Səadət bildirmişdir ki, pul mala verilib, hələ satışdan pul gəlməyib, satışdan pul gələn kimi onun pulunu verəcəkdir. O, Səadətə inandığından heç nə deməyib onu gözləmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Səadət onun pulunu verməmişdir. 2017-ci ilin may ayında Səadət və Sahillə görüşmüş, onlar təklif etmişlər ki, borcun etirafı müqaviləsi bağlasınlar. Səadət müqavilə tərtib edib gətirmiş, müqavilədə Səadət, Sahil və Qulunun ondan 2 000 000 manat pul aldıqlarını etiraf etmələri qeyd olunmuşdur. Müqaviləni o, Səadət və Sahil imzalamışlar. Qulu isə müqavilə tərtib edilərkən iştirak etməmişdir. Onlar həmin pulu qısa müddətə qaytaracaqlarına söz vermişlər. Təxmiən üç il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs, Sahil Abuşov və Qulu Muxtarov onun pulunu qaytarmamışlar. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədə də Səadət, Sahil və Qulu ondan 2 000 000 manat pul aldıqlarını etiraf etmişlər. Səadətlə aralarında faiz söhbəti olmamış. Ancaq mənfəət götürülməsi barədə söhbət olmuşdur. Tağı ilə Səadət arasında telefon danışıqları olması barədə məlumatı olmamışdır. O, Səadətə deməmişdir ki, “Tağı məni öldürür ki, pulun faizini verin”. Xətai rayon məhkəməsinə verilmiş iddianı xatırlayır. İddia ərizəsini o tərtib etməmiş, vəkilə yazdırmışdır. Faiz məsələsini də vəkil yazmışdır. Borc müqaviləsini Səadət tərtib etmiş, faiz söhbətini də o yazmışdır. Aralarında faiz yox, mənfəət götürmək söhbəti olmuşdur. O, Səadətgilə ortaq olmamış, o, pulu konkret olaraq mənfəət götürmək üçün vermişdir. O, Səadətə pulu verəndə ona mərmər sexi təqdim etməmişlər. Səadət demişdir ki, mərməri İrandan alır. Axır vaxtlarda Səadət işin pis getməsini demişdir. Ona demişdilər ki, daşı qiymətləndiriblər, 2 milyon manat qiyməti vardır. Xaricdə isə 4-5 milyondur. Bankdan götürülən bir milyondan 47 min manat faiz çıxılmışdı, Səadət həmin qaydada pulu götürməyə razı olmuşdu. O şəxsən Quluya pul verməmişdir. Mərmər barədə Səadətlə danışmış, o da Sahili və Qulunun onun şəriki olmalarını bildirmişdir. Daşı ona Səadət vermişdir, orada başqa zinət əşyaları da var imiş. Daşın da sertifikatı var imiş. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, 1991-ci ildən Azərbaycan Respublikasında yaşayır, burada müvəqqəti qeydiyyata düşüb müxtəlif bizneslə məşğul olurmuş. Təxminən 2013-cü ildə ümumi tanışları vasitəsi ilə mərmər satışı ilə məşğul olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Səadət ona təklif etmişdir ki, onunla birlikdə İrandan Azərbaycana mərmər materialları gətirsinlər, birlikdə mərmər alveri ilə məşğul olsunlar. 2015-2016-cı ildə Səadətin sifarişi ilə o İranda yerləşən mərmər zavodlarından 10 000 manatlıq iki yük avtomobili mərmər alıb İran İslam Respublikasının Astara şəhərində həmin 10 000 manatlıq malı Səadətə təhvil vermişdir. Səadət həmin malı Azərbaycana gətirmiş, lakin satıb ona pul verməmişdir. Bundan sonra Səadət yenidən İranda olarkən ondan mərmər materialları istəmiş, o bu dəfə İranda yaşayan qardaşı Buyukdən xahiş etmişdir ki, Səadətə həmin vaxtın məzənnəsi ilə 8000 manat dəyərində İran tüməni pul versin. Səadətin ona 18 000 manat borcu yaranmışdır. Bundan başqa o, Səadətin qardaşı Maşallah ilə də həmin qaydada iş görürmüş və Maşallahın da ona 12 000 manat borcu yaranmışdır. Saədətlə görüşüb söhbət etmiş və onunla arada olan borcu hesablamışlar. Səadət qardaşı Maşallahın da borcunu öz üzərinə götürmüşdür. Bundan sonra notariusa gedib borcun etirafı müqaviləsi bağlamışlar. Səadət ona 30 000 manat borcu olduğunu etiraf etmiş, lakin pulu verməmişdir. Həmin vaxtlarda Səadətin şərikləri Qulu və Sahillə tanış olmuşdur. Qulu onunla söhbət edib Səadətin pulunu qısa müddətdə qaytaracağını demişdir. Sonradan eşitmişdir ki, Qulu Səadət və Sahil bir nəfərdən birgə mərmər alveri ilə məşğul olmaq üçün 2 000 000 manat pul almış və həmin pulu ələ keçirib geri qaytarmamış, pulu üç yerə bölmüşlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10-15 il əvvəl ümumi tanışları vasitəsi ilə Qulu Muxtarovla tanış olmuşdur. Tanışlıqdan sonra Qulu ilə dostluq münasibətləri yaranmışdır. 2008-2009-cü ildə "xxxx" MMC şirkətini təsis edib Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında ofis açmışdır. Şirkət kəndir istehsalı üçün təsis edilmişdi. Bundan başqa "xxxx" MMC həmçinin dəftərxana ləvazimatlarının satışını da həyata keçirmişdir. 2012-ci ildə tanışı Qulu Muxtarovu dəftərxana ləvazimatlarının satışında özünə şərik götürmüşdür. Qulu həmin şirkətdə qeyrirəsmi işləmişdir. Təxminən 2008-2009-cu illərdə ümumi tanışları vasitəsi ilə həmçinin Təqsirləndirilən şəxsla da tanış olmuşdur. Qulu ilə şərik işlədiyindən çox vaxt ofisdə olurmuş. Ofisə Qulunun bir çox tanışı gəlib gedirmiş. Təxminən 2015-ci ildə ofisdə olduğu zaman Qulunun dostu olan Alik adlı şəxs ona müraciət edib bir ədəd yaşıl rəngli yaqut daşın həqiqiliyini yoxlatdırmasını xahiş etmişdir. O, Geologiya institutuna gedib oranın əməkdaşı Nizamiyə müraciət etmiş. Ona bildirmişlər ki, instituta şirkət adından rəsmi müraciət etmək lazımdır. Buna görə də direktoru və təsisçisi olduğu "xxxx" MMC adından Geologiya və Geofizika institutuna müraciət etmiş və Alikin ona verdiyi bir ədəd daşı aparıb institutda göstərmişdir. Daşı institutda müayinə edib 96 karat ölçüdə yaşıl rəngli təbii yaqut daşı olduğunu bildirmiş və bu barədə sertifikat vermişlər. O, sertifikatı və daşı Alikin özünə qaytarmışdır. Alik həmin vaxtı xəstə olduğundan həmin daşı satmağa çalışırmış. O, Alikə bildirmişdir ki, həmin daşın satışı Azərbaycanda çox çətindir, çətin sata bilər. Sonradan Alikin həmin daşı nə etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildə qadaşı Saədətlə birlikdə Bakı şəhəri Keşlə qəsəbəsində mismar və boya zavodu açıb 2002ci ilə kimi işlətmişlər. Həmin vaxtlarda zavoda boya almaq üçün gələn Afiq və onun dostu Zərərçəkmiş şəxslə tanış olmuşdur. Bir müddət işsiz qaldıqdan sonra 2011-ci ildən qardaşı Səadətlə birlikdə mərmər alveri ilə məşğul olmağa başlamışdır. Təxminən 2013-cü ildə Səadətlə birlikdə Bakı şəhəri Keşlə qəsəbəsində mərmər sexi icarəyə götürüb sexi işlətmişlər. Sexdə İrandan gətirilən mərmər materiallarını satmışlar. 2015-ci ildə X16 tanış olub onunla birlikdə İrandan Qazaxıstana mərmər satmağa başlamışdır. O, Səadətlə Sahilin birgə biznesinə qarışmamışdır. O, həmin sexdə qalıb öz işi ilə məşğul olmuşdur. Mərmər materiallarını ya Saədət özü gətirmiş, ya da Behzad vasitəsi ilə sifariş etmişlər. Əvvəllər alver yaxşı getsə də 2015-ci ilin sonuna artıq işləri zəifləmiş və mərmər satışından gəlir əldə edə bilməmişlər. 2016-cı ilin ortalarında artıq işi tam dayandırmışlar. Lakin sexdə yenə də mal qalmışdır. 2018-ci ildə isə həmin sexin içində olan malları Səadət onun borcunun əvəzində Siyavuş Şaxtaxtinskiyə vermişdir. Bundan sonra o, mərmər alveri ilə məşğul olmamışlır. Səadət isə 2016-cı ildə Sahil Abuşov və Qulu Muxtarovla birlikdə Zərərçəkmiş şəxs vasitəsi ilə Tağı Əhmədovdan ******* manat pul götürüb mərmər alveri ilə məşğul olmağa başlamışlar. X19 məxsus olsa da Zərərçəkmiş şəxs vasitəsi ilə alınmışdı. Danışıqlarına əsasən Səadət, Sahil və Qulu Soltan vasitəsi ilə Tağı Əhmədovdan alınan pulla İrandan Azərbaycana va Qazaxıstana mərmər gətirib satmalı idi. Lakin sonradan işləri alınmadığına görə Tağı Əhmədovun pulunu qaytara bilməmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. İş üzrə kompleks məhkəmə kimyəvi-fiziki və əmktəəşunsalıq ekspertizası təyin edilərək keçirilmişdir. Cinayət işinə əlavə edilmiş həmin ekspertizanın 07 aprel 2021-ci il tarixli 6/856-9/1148 nömrəli rəyindən görünür kı, aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 19,25 qram kütləli 96.25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25.12mm x 11,63mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daş korunddur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 19,25 qram kütləli 96.25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25.12mm x 11,63mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daş korund daşının qiyməti barədə Respublikada ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləcə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suaala cavab vermək mümkün olmamışdır. Qeyd olunan daşla bağlı Azərbaycan Respublikası Milli X3 və Geofizika İnstitutuna tədqiqat aparılması üçün təqdim olunmuş, institutdan verilən rəyə görə qeyd olunan daş, süni şəkildə kristallaşmış mineraldır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(011)-2218/2020 saylı xüsusi qərardadının məzmunundan məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və X11 qarşı “borc pulun ödənilməsi” tələbinə dair iş üzrə cavabdehlər Təqsirləndirilən şəxs və X9 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin aşkara çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gömrük Komitəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X14 tərəfindən ölkəyə qranit və mərmər materialları idxal edilməmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür kı, X10 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qərarlardan məlum olur ki, 02 dekabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs və X15 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin onlar istintaqdan qaçıb qizləndiyindən ittihamı elan etmək mümkün olmadığı üçün həmin tarixdə barələrində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli 4(009)-626/2020 saylı qərarın məzmunundan məlum olur ki, Əliyev Təqsirləndirilən şəxs barəsində əvvəli 16 dekabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun həmin ifadəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Onun cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan – 16 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzanın əvvəli 16 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-161/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-161/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver