Məhkəmə qərarları › İş №1(101)-161/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-161/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-161/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "FEMİDA" Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 09 avqust 2019-cıı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarına əsasən cəzası 1 il 6 aya endirilmiş, 12 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Mədrəsə kəndində yaşamış, 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Mövla oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 15 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısında tanışları Zərərçəkmiş şəxs1 yaxınlaşaraq, sonuncudan narkotik vasitə almaları üçün pul istəmiş, Zərərçəkmiş şəxs1 onlara pul verməkdən imtina etdikdə, Təqsirləndirilən şəxs1 üzərində olan kustar üsulla hazırlanmış, bir tərəli kəsici xassəyə malik olan, karton, kağız kimi məmulatları kəsmək üçün işlədilən, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağı çıxarıb silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədilə həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, həmin bıçağı Zərərçəkmiş şəxs1 tərəf tutub nümayiş etdirməklə, sonuncunun iradəsinə zidd olaraq şalvarının cibində saxladığı, barəsində olan məhkəmə hökmü ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsi tərəfindən ona təhkim edilmiş, Bakı şəhər Probasiya idarəsinə məxsus 2277 (iki min iki yüz yetmiş yeddi) manat 64 (altmış dörd) qəpik dəyərində "Attenti" markalı mobil nəzarət qurğusunu ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən təpiklə bir dəfə zərbə endirib, daha sonra fənd işlədərək yerə yıxıb Zərərçəkmiş şəxs1 sol diz oynağının hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə məxsus və Zərərçəkmiş şəxs1 təhkim edilmiş "Attenti" markalı mobil nəzarət qurğusunu ələ keçirərək, Bakı şəhər Probasiya idarəsinə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 64 (altmış dörd) məbləğində maddi ziyan, Zərərçəkmiş şəxs1 isə fiziki ziyan vuraraq quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bilalı çoxdan tanıyır. Hadisə baş verməmişdən bir müddət əvvəl Bilal ona yaxınlaşıb işıqlı zajiqalka istəmiş, o da, Bilala elə zajiqalka olmadığını, işıqlı telefonu olduğunu, istəsə onu verə biləcəyini demişdir. Bilal da ona telefonu verməsini, sonra qaytaracağını demişdir. O, işıqlı telefonu Bilala vermiş, lakin Bilal onun telefonunu qaytarmamışdır. Bundan sonra o, Bilalı gördüyü vaxt ondan telefonunu tələb etmişdir. Bir dəfə də onun yaşadığı ərazidə Bilalı görmüş və telefonunu tələb etdikdə, sonuncu onu Ayət adlı ümumi tanışlarının evinə gətirmiş və onu orada gözlətdirmişdir. O, bundan sonra növbəti dəfə Bilalı görüb telefonunu tələb etdikdə, sonuncu telefonun Kamran adlı şəxsdə olduğunu bildirmişdir. Lakin sonradan Kamran gələndə, o, telefonun onda olub-olmadığını soruşduqda, sonuncu telefonun onda olmadığını bildirmişdir. Həmin vaxt İlqar da gəlmiş və Bilalın yalan danışdığını görüb, ona bir şillə vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 özünün əvvəllər CM-nin 180 və 181-ci maddələri ilə məhkum olunduğunu, Bilala verdiyi telefonun «Nokia» markalı sadə telefon olduğunu, telefonun üzərində nömrəsi olmadığını, Bilalın ondan zajiqalka istədiyini, zajiqalka olmadığı üçün ona telefonu verdiyini, lakin Bilalın telefonu gbtürüb getdiyini və geri qayıtmadığını, prinsipə düşdüyü üçün Bilaldan telefonunu tələb etdiyini, hadisə günü Bilaldan rezakı aldığını və yanındakı mis təmizləyən oğlana verdiyini, sonradan Bilalın çıxıb getdiyini, yanındakı oğlandan rezakı alandan sonra Bilalı görmədiyini, rezakı Bilalın nəzarət aparatından əvvəl götürdüyünü, polisə gedib nəzarət aparatını təqdim etdiyini və onlardan bunun sənədləşdirilməsini istədiyini, İlqarın əvvəllər Bilalı tanımadığını, həmin vaxt Kamranın, Elşənin və Cəsarətin orada olduqlarını, Elşənin və digər şəxslərin telefon nömrəsini bilmədiyini, özünün telefon işlətmədiyini və mobil nömrəsi olmadığını, İlqarla gələn zaman onu 21-ci Polis bölməsinin yanında saxlatdırdığını, özünün isə aparatı təqdim etmək üçün bölməyə girdiyini, onun zərərçəkmişin şikayəti əsasında tutulduğunu, hadisəyə qədər Bilalı təxminən 2-3 ay qabaqdan tanıdığını, Polis bölməsinə gedən zaman ona şikayət olunduğunun deyildiyini, polis bölməsində saat 20 radələrində DİN-nin 102 xidmətinə məlumat daxil olduğunun bildirildiyini, o, İlqara bölməyə getməsini demədiyini, çünki həmin vaxt İlqarın «kayf»da olduğunu və polislərin bunu bilməsini istəmədiyini, xarabalığın hadisə baş verən yerdən 10-15 metr aralıda olduğunu, həmin ərazinin yanında «Sprinq» və «Aca» marketlərin yerləşdiyini, marketə İlqarla və Bilalla birlikdə getdiyini, Bilalın onları vurmadığını, İlqarın Bilala bir şillə vurduğunu, onu bölmədən buraxmadıqlarını, ona vəkil təqdim etmədiklərini, narkotik vasitə istifadə etməyi ilə bağlı ekspertizanın keçirilmədiyini, onun saat 20:10-da Polis bölməsində olduğunu, aparatı Bilaldan alan zaman İlqarın onun yanında olduğunu, Kamran gələndən sonra digər uşaqların getdiklərini, İlqarın Türkiyə səfirliyinin yanında olan maşınyuma məntəqəsinin yanında onu gözlədiyini, aparatı bölmədə növbətçi olan Şahid6 təqdim etdiyini, aparatı təqdim edəndən 4-5 dəqiqə sonra polis əməkdaşlarının ona üzərində rezak olmasını dediklərini, o, polislərə İlqarın onu çöldə gözlədiyini demədiyini məhkəməyə bildirdi. İfadələri apasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində, yəni “Kubinka’ adlanan ərazidə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 qarşı quldurluq etməmiş və ondan pul tələb etməmişdir. Onunla Zərərçəkmiş şəxs1 arasında telefon söhbəti olmuşdur, yəni Zərərçəkmiş şəxs1 ona məxsus telefonu ondan götürmüş və o da, öz növbəsində onu axtarıb tapıb Bilaldan telefonunu qaytarmasını istəmişdir. Lakin Bilal ona telefonu qaytarmadığı üçün sonuncuya vaxt vermişdir ki, getsin və onun telefonunu gətirsin. Bilalın gizlənməməsi üçün onun üzərində olan elektron nəzarət aparatını özündə saxlamışdır ki, Bilal onun telefonunu gətirdikdən sonra həmin elektron nəzarət aparatını geri versin. Bir müddət keçəndən sonra o, Bilalın gəlmədiyini görüb, sonuncunun ona verdiyi həmin elektron nəzarət aparatını və üzərində olan 1 ədəd “rezak”ı Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gedərək təhvil vermişdir (cild 1, iş vərəqi 121-123). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, həmin yerə gələn zaman Sərxanı görmüş, Sərxan ona Bilalın telefonu gətirməyə getdiyini və telefonu götürdükdən sonra gedəcəklərini bildirmişdir. Təxminən üç saata qədər gözləsələr də, Bilal gəlməmişdir. Bundan sonra o, Sərxana Bilalın telefonu gətirmədiyini bildirmişdir. Bir qədər də keçəndən sonra Bilal onların yanına gilmişdir. Həmin vaxt Bilal gicləmiş, o da, Bilalı şillə ilə vurmuşdur. Sonra heç nə baş verməmişdir. Daha sonra Bilal özündə olan nəzarət aparatını Sərxana vermiş, özü isə çıxıb getmişdir. Gedən zaman Bilal telefonu gətirəcəyini və sonra aparatı götürəcəyini Sərxana demişdir. Bundan sonra bilmişdir ki, Bilal gedib guya onlar tərəfindən döyülməsi barədə şikayət etmişdir. Daha sonra o, Sərxanla birlikdə nəzarət aparatını təhvil vermək üçün Polis bölməsinə getmişlər. Sərxan ona bölmədən bir qədər aralıda gözləməsini, özünün aparatı təhvil verib gələcəyini bildirmişdir. O, təxminən 10-15 metr aralıda gözləmişdir. Sərxan bölməyə getdikdən təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları onu da saxlayıb bölməyə aparmışlar. O, heç vaxt axtarışda olmamış və heç kəsdən qaçıb gizlənməmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs2 Sərxanı iki ilə yaxın müddətdir ki, tanıdığını, sonuncu ilə bir yerdə tikintidə işlədiklərini, Bilalı əvvəllər tanımadığını, həmin vaxt hadisə yerinə gələndə orada Sərxanı gördüyünə görə onlara yaxınlaşdığını, Sərxandan hara getməsini soruşduqda, sonuncunun işi olması və bir qədər gözləməsini deyib birlikdə getməyi təklif etdiyini, onun da Sərxanın təklifi ilə onun yanında qaldığını, həmin vaxt Sərxanın yanında olan şəxslərin kim olmaları ilə maraqlandığını, Sərxanın yanında tanımadığı iki nəfərin olduğunu, onlardan birinin adının Bilal olduğunu bildiyini, digər oğlanın adını bilmədiyini, söhbət zamanı Sərxanın onun telefonunu Bilalın götürdüyünü və qaytarmadığını dediyini, Bilalın isə qardaşına zəng etdiyini, sonuncunun indi telefonu gətirəcəyini bildirdiyini, lakin gözləsələr də, telefonu gətirən şəxsin olmadığını, təxminən üç saat həmin yerdə gözlədiklərini, orada söhbət zamanı Bilalın giclədiyini, onun isə Bilalın hərəkətlərinə dözə bilməyib onu sifətinin sağ tərəfindən bir dəfə əli ilə vurduğunu, Bilalın həddini aşdığını və söyüş söydüyünü, buna görə də onu vurduğunu, üç saat onları gözlətməsini Bilala irad kimi bildirdiyini, əli ilə Bilalı vurduqdan sonra hər üçünün yaxınlıqdakı mağazaya getdiklərini, orada özlərinə su, siqaret aldıqlarını və oradan çıxdıqlarını, bundan sonra Sərxanın Bilalla təxminən 10-15 metr aralanıb söhbət etdiklərini, Bilalın aparatı Sərxana verərək gedib telefonu gətirirəcəyini bildirdiyini və aparatı verəndən sonra 1 saat-saat yarım ərzində Bilalı gözlədiklərini, lakin sonuncunun gəlmədiyini, buna görə Sərxanın aparatı aparıb bölməyə təhvil verməyi təklif etdiyini, Sərxanın bölməyə getdiyini və təxmnən 10-15 dəqiqə sonra əməliyyatçıların gəlib ondan da bölməyə şikayət olunduğunu bildirdiklərini, kimin şikayət etməsi ilə maraqlananda, Bilalın şikayət etdiyini dediklərini, bölməyə girdiklərini və həmin vaxt Bilalın da orada olmasını gördüyünü, həmin yerin onun daimi getdiyi yol olduğunu, özünün Sərxanın əlində rezak görmədiyini və Sərxanın cibindən rezak çıxarıb Bilalı hədələmədiyini, Bilal gedəndən sonra Sərxanın ona Bilalın aparatını saxlamaq üçün verdiyini dediyini, Bilalın araratı Sərxana onun yanında vermədiyini bildirdi. İfadələri apasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan edilərkən özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyən Təqsirləndirilən şəxs2 ifadələrində göstərmişdir ki, gündəlik dəmir, plastmas yığmaqla çörək pulu qazanır. Təxminən 6 ay bundan qabaq xırda talama inzibati xətası törətdiyi üçün 2 ay müddətinə inzibati həbs olunmuşdur. Sərxan adlı şəxsi elə bu işdən tanımış və sonuncunun da dəmir və plastmas yığmaq ilə məşğul olduğunu bilir. Bir il yarımdır ki, narkotik vasitələrdən istifadə edir. Sərxan adlı şəxsin də narkotik vasitələrdən istifadə eldiyini bilir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində plastmas və dəmir yığmaq ilə məşğul olmuşdur. Həmin küçə ilə hərəkət edərkən Sərxanı əvvəllər tanımadığı şəxslə birlikdə danışdığını görmüş, onlara yaxınlaşaraq salamlaşmışdır. Həmin an Sərxan ona bildirmişdir ki, onunla danışan Bilal adında bir şəxsdir və Bilal ona mobil telefon və narkotik vasitə borcludur. O, Bilal adlı şəxsdən Sərxana hansı səbəbdən narkotik vasitə və telefon borcu olduğunu soruşmuş, Bilal da cavabında “biz Sərxan ilə özümüz yoluna qoymuşuq, sən qarışma’' demişdir. Bundan sonra o, Bilalın ona verdiyi bu kobud cavaba əsəbləşib, sonuncunu sağ əli ilə bir dəfə çiynindən vurmuşdur. Daha sonra Bilal və Sərxan aşağıda olan «Ağa» marketə düşmüşlər və o da, yavaşyavaş onların arxasınca getmiş, lakin Bilal və o, dükana girməmişdir. Sərxan dükana girərək bir neçə dənə siqaret almış və həmin siqaretdən ona və Bilala vermişdir. Daha sonra onlar öz aralarında söhbətləşərək bayaq görüşdükləri yerə qalxmışlar, o da, 5 metr ara məsafəsi ilə onların arxasınca qalxmışdır. Həmin zaman Sərxanın Bilal adlı şəxs ilə nə barədə danışdıqlarını eşitməmişdir. Daha sonra onlara yaxınlaşmış və Sərxana yığdığı plastmas və dəmirləri satmağa getməli olduğunu bildirmiş, Sərxan isə ona cavabında Bilalın elektron nəzarət aparatı verdiyini və yarım saat ərzində verməli olduğu telefonu gətirəcəyini bildirmişdir. Daha sonra o, Sərxanla yığdıqları malları, yəni dəmir və plastmasları satmağa getmişlər. Bilal isə onlardan uzaqlaşmışdır. Daha sonra Sərxan və o, öz aralarında söhbətləşmişlər. O, Sərxana Bilaldan götürdüyü elektron nəzarət aparatını geri qaytarmasını məsləhət görmüşdür. Sərxan isə cavabında Bilaldan götürdüyü elektron nəzarət aparatını polisə təhvil vermək istədiyini bildirmiş və Sərxan ilə birlikdə 21-ci Polis bölməsinə getmişlər. Həmin Polis bölməsində Sərxan Bilaldan götürdüyü elektron nəzarət aparatını və özünə məxsus 1 ədəd rezakı polis əməkdaşlarına təhvil vermişdir. İstintaqa ifadə verən Təqsirləndirilən şəxs2 həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sərxanın Bilala rezak adlanan kəsici-deşici alət nümayiş etdirərək, sonuncunu hədələyərək elektron nəzarət aparatını götürdüyünün şahidi olmamışdır. Sərxan ona Bilal adlı şəxsin üzərində olan elektron nəzarət aparatını verdiyini və Bilalın yarım saat ərzində əvvəllər götürdüyü mobil telefon aparatını gətirəcəyini bildirmişdir. O, Sərxanla 21-ci Polis bölməsində olan zaman onlar bütün bu müddət bir yerdə olmuşlar, nə ona, nə də ki, Sərxan adlı şəxsə polis bölməsində zor tətbiq edilməmişdir. O, xx.xx.2022-ci il tarixdə Bilal adlı şəxsə sözləri çəp gəldiyi üçün yalnız bir dəfə sağ əli ilə sonuncunun çiynindən yumruq zərbəsi endirmişdir (cild 1, iş vərəqi 143-145, cild 2, iş vərəqi 113-115). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır və onunla arasında telefon söhbəti olmuşdur. Belə ki, Sərxan ona telefon vermiş, o isə, həmin telefonun pulunu vermək ərəfəsində onu tapa bilməmişdir. Sonra Sərxanla üz-üzə gələndə telefon söhbəti böyümüşdür. Həmin vaxt onun üstündə pul olmamışdır. O, Sərxana axşama kimi, sabaha kimi pulu çatdıracağını bildirmiş, Sərxan isə onun üzərindəki nəzarət aparatını götürüb pulu verəndə qaytaracağını demişdir. Aparat da «CPS» aparatı olmuş, ona hər an zəng edə biləcəklərini fikirləşmiş, ona görə də nəzarət aparatı onun üstündə olması zəruri olmuşdur. Sərxangildən ayrılandan sonra ona zəng edilmiş, özünün və üstündəki nəzarət aparatının harada olması soruşulmuş, o da, demişdir ki, aparat bir nəfərdədir, ona pul müqabilində vermişdir və həmin şəxsin pulunu verib aparatı geri götürəcəkdir. Bundan sonra Sərxanı tutmuşlar və sonradan aparata görə onun özünü də tutaraq 14-cü kolona göndərmişlər. Onun Sərxanla başqa bir ədavəti olmamışdır. Sadəcə, aparata görə narazılıq olmuşdur, aparatın qiyməti də bahadır. Vaxtında Sərxanın pulunu qaytara bilməmiş, özü də səhlənkarlıq etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, Sərxan nəzarət aparatını həmin hadisə vaxtı götürmüşdür. Belə ki, onların arasında mübahisə olmuş və Sərxan aparatı götürmüşdür. Hadisədən 2-3 saat sonra əməliyyatçılar onu bölməyə gətirmişlər. O, bundan qabaq DİN-nin «102» xidmətinə zəng vuraraq aparatı itirməsi barədə məlumat vermişdir. Əməliyyatçılar ondan harada olduğunu soruşanda, olduğu yeri onlara demiş, sonra əməliyyatçılar gəlmiş və onu aparmışlar. Polis əməkdaşları gələndə onu sorğu-sual eləmiş, onlara da bildirmişdir ki, aparatı pul müqabilində bir nəfərə vermişdir. Əslində o, telefonu qaytarmalı olmuş, lakin həmin vaxt pulu olmadığı üçün aparatı vermişdir. Bölmədə polis işçiləri onun danışdıqlarını yazmış, sonra ona oxumuşlar. Bu zaman görmüşdür ki, polislər onun dediklərini yazmışlar. O, ekspertizaya getməmişdir. Sərxangil aparatı ondan götürəndə əllərində nəsə başqa bir şey olmamışdır. Bu zaman onlara demişdir ki, aparat bahalı bir şeydir, o, borcunu gətirib aparatı götürəcəkdir. Aparatı Sərxangilə onun özü vermişdir. O, pul verməli olmuş, lakin üstündə pulu olmamış, buna görə də gedib pul tapıb gətirib verəcəyini söyləmişdir. O, pulu tapıb gətirəndə polislər artıq Sərxangili tutmuşlar. Ona Probasiya idarəsindən zəng vurub aparatın başqa yerdə, özünün isə başqa yerdə olduğunu bildirmişlər. Buna görə də, konkret yer deyib orada dayanmağı tapşırmışlar və bildirmişlər ki, əməkdaşlar özləri ona yaxınlaşacaqlar. Ondan sonra polis əməkdaşları ona yaxınlaşmışlar. İcra məmuru aparatı ona verəndə həmin aparatın itirilməsi, zədələnməsi zamanı məsuliyyət daşıyacağını bildirmişdir. O, sonradan pul tapsa da, Sərxangili tapa bilməmişdir. O, polis bölməsində də demişdir ki, aparatı həmin şəxslərə borc əvəzi özü vermişdir, borcunu qaytarandan sonra aparatı onlardan götürəcəyini fikirləşmişdir. Polislər isə ona bildirmişlər ki, bunun fərqi yoxdur, əgər aparatı götürüblərsə, bu, artıq cinayətdir. O, Sərxanla götürdüyü mobil telefonu 20 manata razılaşmışdır. Danışığı belə olmuşdur ki, pulu bir-iki gündən sonra verməlidir, lakin sonra o, Sərxanı bir həftədən çox görə bilməmişdir. O, Sərxandan sadə «Nokia» markalı telefon götürmüş, daha sonra isə həmin telefonu satıb başqa telefon almışdır. Hadisə zamanı Sərxanın yanında İlqar da olmuş, orada olan başqa şəxsləri isə o, tanımamışdır. Telefonu o, Sərxandan hadisədən bir həftə əvvəl almışdır. Sərxan telefonu ona verəndə üstündə nömrə olmamış, telefonu 20 manata razılaşmışlar. Həmin telefonu alandan sonra o, Sərxanı görməmiş və telefonu qaytara bilməmişdir. Həmin vaxt o, heç bir yerdə işləməmişdir. Bundan sonra Sərxan onu axtarsa da, tapa bilməmiş, çünki Sərxan onun nömrəsini bilməmiş, həm də ki, o, sonradan işlədiyi üçün həmin əraziyə gəlməmişdir. Hadisə günü isə təsadüfən oradan keçəndə Sərxanla üz-üzə gəlmiş, Sərxan ondan pulu istəyəndə ona bildirmişdir ki, pulu olan vaxtı onu görə bilməmiş, indi isə üstündə pulu olmadığından telefonun pulunu qaytara bilmir. Ona görə də, o, Sərxandan pulu qaytarmaq üçün vaxt istəmiş, axşama qədər pulu çatdırmaqla bağlı razılığa gəlmişlər. O da, bu zaman üzərindəki nəzarət aparatını Sərxana vermiş və axşam pulu gətirəndə aparatı götürəcəyini bildirmişdir. Həmin ərazidə «Oba market», «Al market» mağazaları və diş klinikası fəaliyyət göstərir. O, hadisə zamanı orada olan mağazaya girib öz puluna özünə siqaret almışdır. Hadisədən sonra ona əvvəlcə Probasiya idarəsindən zəng gəlmiş, bundan sonra isə o, DİN-nin «102» xidmətinə zəng etmişdir. Probasiya idarəsindən ona demişlər ki, aparatla birlikdə idarəyə yaxınlaşsın, əks halda məsuliyyət onun boynunda qalacaqdır. O isə, aparatı götürüb apardıqlarını və tapıb gətirəcəyini bildirmişdir. Ona edilən zəngdən sonra o, Sərxangilin olduğu yerə gəlmiş, onlar orada olmadığı üçün DİN-nin «102» xidmətinə zəng etmişdir ki, polislər aparatı tapsınlar, o da, həmin aparatı Probasiya idarəsinə aparsın. Ona ilk dəfə Probasiya idarəsindən zəng olunanda, onlara baş verənlər barədə heç nə deməmişdir. DİN-nin «102» xidmətinə zəng edib onun üzərində olan aparatın Sərxan və İlqar adlı şəxslərdə olduğunu, aparatı götürüb Probasiya idarəsinə getməsi üçün onları təcili tapmaq lazım olduğunu bildirmişdir. «102» xidmətinə etdiyi zəngdən sonra onun olduğu yerə əməliyyatçılar gəlmiş, o, əməliyyatçılara aparatın Sərxangildə olduğunu demişdir. Polis əməkdaşları onu «Al market»in yanında tapmışlar. Hadisə vaxtı Sərxangillə onun arasında davadalaş olmamışdır. Həmin gün o, narkotik vasitələrdən istifadə etdiyi üçün özünü idarə edə bilməmişdirir. Hadisə vaxtı Sərxanla İlqar bir yerdə olmuşlar. Həmin vaxt Sərxana təcili pul lazım olduğu üçün ondan pul tələb etmişdir. Hadisə vaxtı İlqar onu vurmamış, lakin aralarında mübahisə olmuşdur, həmçinin Sərxan da onu vurmamışdır. Onu polis bölməsinə əməliyyatçılar gətirdikləri üçün növbətçi hissədə onun adını qeydiyyata salmamışlar. Onu bölməyə gətirəndən təxminən 1 saat sonra Sərxangili gətirmişlər. Ona rezakla, bıçaqla hədə-qorxu gəlinməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Videoçəkilişdən istifadə edilməklə aparılan həmin istintaq hərəkəti zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və halhazırda Ədliyyə Nazirliyinin ona təqdim etdiyi elektron nəzarət vasitəsini gündəlik olaraq üzərində gəzdirir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə hərəkətdə olduğu zaman təsadüfən əvvəllər tanıdığı Sərxan və İlqar adlı şəxslərə rast gəlmişdir. Sərxan və İlqar ona yaxınlaşmış və hər ikisi narkotik vasitə istifadə etmək istədiklərini bildirərək, ondan bunun üçün pul istəmişlər. O, pulunun olmadığını demişdir. Bundan sonra Sərxan əynində olan qara rəngli gödəkcəsinin sol döş cibindən rezakı çıxararaq açıb ona nümayiş etdirib "mənə təcili pul lazımdır, mal almalıyam, ağrıyıram” demiş və Sərxan İlqar ilə birlikdə onun ciblərini axtarmağa başlamışlar. Sərxan onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən Ədliyyə Nazirliyi tərəfindən verilmiş elektron nəzarət aparatını çıxarmışdır. Daha sonra Sərxan ona bildirmişdir ki, ’'get, yarım saata bura 10 manat pul gətir, yoxsa mən aparatı sındıracağam. O, cavabında "Sərxan, eləmə”, "Başın ağrıyar” demişdir. Bundan sonra İlqar ayağı ilə onun qarın nahiyəsindən zərbə endirmiş, fənd işlədərək yerə yıxmış, o, ayağa qalxıb oradan uzaqlaşmaq istədikdə, İlqar onun saçından tutaraq özünə tərəf çəkmiş, onun üz və müxtəlif nahiyələrindən zərbələr endirməyə başlamış, o da, öz növbəsində əli ilə öz üzünü qorumuşdur. Daha sonra Sərxan İlqara demişdir ki, "vurma, harada olsa, elektron aparatın dalınca gələcək” və bundan sonra İlqar onu vurmağı dayandırmışdır. Daha sonra o, İlqar və Sərxan ilə birlikdə yaxınlıqda olan "Ağa Marketə” getmiş və onlar öz pullarına oradan siqaret almışlar. Daha sonra onlar təzədən həmin dava elədikləri yerə qayıtmışlar və İlqar orada yenidən onu vurmaq istəmiş və ona "mənim səbrim çatmır, canım ağrıyır, get pulu gətir” demiş, lakin onu vurmamışdır. Bu zaman Sərxan söhbətə müdaxilə edərək söyüş söymüş və ona yuxarıda qeyd etdiklərini yenə də bildirmişdir. Bundan sonra o, onların yanından uzaqlaşmış və dərhal baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, o, törətdiyi cinayətə görə keçən il Qaradağ rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, bununla bağlı Ədliyyə Nazirliyindən ona elektron nəzarət aparatı təqdim olunanda xəbərdar edilmişdir ki, həmin elektron nəzarət aparatı itdiyi və ya xarab olduğu təqdirdə 4000 manat cərimə olunacaqdır. İlqar və Sərxan adlı şəxsləri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidən tanıyır, bildiyi qədər onlar zibilliklərdən plasmas yığmaqla məşğul olmuş və narkotik vasitələrdən istifadə edirlər. Ona aparatdan başqa heç bir maddi ziyan dəyməmişdir. Hadisəni kənardan görənlər olmuş, lakin həmin şəxsləri tanımır. 15 fevral 2022-ci il tarixdə hadisə onun ifadəsində qeyd etdiyi kimi baş vermiş və onun Sərxana telefon və ya hər hansı bir borcu olmamışdır (cild 1, iş vərəqi 92-94). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs1 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, onu bıçaqla hədələmədiklərini, ifadə verərkən özünün Sərxana borcu olduğunu və həmin pulu verməli olduğunu bildirdiyini, ona ifadəni özlərinin dediyii kimi yazmağı dediklərini, istintaq vaxtı ifadəni öz xətti ilə özünün yazdığını, Sərxan və İlqarla onların arasında mübahisə olduğunu, bu zaman onu bıçaqla hədələmələri barədə heç nə demədiyini, polislərin ona ifadəni dəyişsə, onu tutacaqlarını bildirdiklərini, istintaq zamanı Sərxangillə onun arasında üzləşmə olmadığını, hadisə yerində onun tək olduğunu, əvvəllər onun «Nar» nömrəsi olduğunu və həmin nömrənin Sərxanda olmasının mümkün olduğunu, Sərxanla onun telefon əlaqələri olduğunu və zəng edib danışdıqlarını, hadisə baş verən həmin ərazinin onun da daim getdiyi yer olduğunu, onun narkotik vasitələrdən istifadə etməsini Sərxanın da bildiyini, həmin ərazinin narkotik vasitələrdən istifadə edilən yer olduğunu, hadisə günü mağazaya gedəndə dənə ilə 70-80 qəpik pul verib özünə siqaret aldığını, söhbət vaxtı İlqarın telefonla bağlı yəqin özünün Sərxana atdığını fikirləşdiyini, hadisə vaxtı onların tutaşdıqlarını, həmin vaxt İlqarın ona təpik atdığını və həmin təpiyin onun qarın nahiyəsinə dəydiyini, həmin vaxt Sərxanın artıq aparatı götürdüyünü, aparatı özünün cibindən çıxarıb orada olan kubikin üstünə qoyduğuna və əgər ona inanmırsa, aparatı götürməyi və pulu gətirəndə qaytarmağı özünün təklif etdiyini, sonra pulu tapıb gəlsə də, Sərxangili orada tapa bilmədiyini, tutulandan sonra Sərxangillə üz-üzə gəlmədiyini, özünün yazıb-oxuya bildiyini, özünün əli ilə yazdığı ifadəni təkrar oxumağa ehtiyac olmadığını, müstəntiqin yazdığı ifadəni oxumadan imzaladığını, müstəntiqin ona dedikləri sözləri yazdığını bildirdiyini, o da, inanıb ifadəni imzaladığını, məktəbdə rus bölməsində oxuduğunu, latın əlifbası ilə yazıb-oxuya bildiyini, cinayət işinə əlavə olunmuş və məhkəmədə ona təqdim olunan ərizənin öz xətti ilə yazıldığını və imzanın da özünə məxsus olduğunu, hadisə vaxtı Sərxangilin onu döymədiklərini, özünün Sərxana və İlqara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi RPİ-nin rəisinə ünvanladığı öz xətti ilə yazılmış 15 fevral 2022-ci il tarixli ərizəsi və həmin tarixli izahatı elan edilib tədqiq olunarkən müəyyən edildi ki, zərərçəkmiş şəxs həmin ərizəsində və izahatında cinayət hadisəsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ərizə və izahatında Zərərçəkmiş şəxs1 hansısa mobil telefona görə Təqsirləndirilən şəxs1 pul borclu olması və məhz həmin borcun qaytarılmasını təmin etmək məqsədilə onun üzərindəki elektron nəzarət aparatını girov kimi götürüb saxlaması barədə heç nə bildirməmiş, əksinə, ərizə və izahatında o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ondan pul tələb etdiklərini, üzərində pul olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs1 cibindən «rezak» çıxararaq ona xəsarət yetircəyi barədə hədə-qorxu gəldiyini və şalvarının sağ cibində olan elektron nəzarət aparatını götürdüyünü, Təqsirləndirilən şəxs2 isə onun sinəsindən bir dəfə yumruq zərbəsi vuraraq daha sonra badalaq vurmaqla onu yerə yıxdığını və döydüyünü, Sərxanın ona yarım saat ərzində 10 manat pul tapıb gətirməli olduğunu, əks halda nəzarət aparatını qaytarmayacağını və sındıracaqlarını bildirdiyini, daha sonra onların hər ikisinin hadisə yerindən qaçıb getdiklərini, bundan sonra onun dərhal «102» xidmətinə zəng vurub məlumat verdiyini bildirmişdir (cild 1, iş vərəqi 6-7). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1la təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmələr keçirilmiş, həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini hər iki təqsirləndirilən şəxsin üzünə qarşı deyərək, onları ifşa etmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı ifadə verməkdən imtina etmiş, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin dediklərini qismən etiraf etmişdir (cild 1, iş vərəqi 97- 102). Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru Nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin heç birini tanımır, məhkəmədə Bakı şəhər Probasiya idarəsinin nümayəndəsi qismində iştirak edir. Məhkum Zərərçəkmiş şəxs1 onların idarəsi tərəfindən elektron nəzarət qurğusu verilmişdir. Polis orqanı tərəfindən onların idarəsinə məlumat daxil olmuş və həmin məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxs Təqsirləndirilən şəxs2 adlı şəxslə birlikdə ünvan 4 ünvanda onların idarəsi tərəfindən Zərərçəkmiş şəxs1 təhkim olunmuş 1 ədəd “ATTENTİ" markalı mobil nəzarət qurğusunu quldurluq yolu ilə ələ keçirmişlər. Cinayət nəticəsində Zərərçəkmiş şəxs1 talanmış və Probasiya idarəsinin qeydiyyatında olan «ATTENTİ» markalı elektron nəzarət vasitəsi digər məhkumlarda olduğu kimi, Zərərçəkmiş şəxs1 da komplekt şəklində təhkim olunmuşdur. Həmin komplektə 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası və məhsulun əlavə dəyər vergisi aid olunmuşdur. Həmin «ATTENTİ» markalı elektron nəzarət vasitəsinin komplekt şəklidə proqram lisenziyası ilə birlikdə dəyəri 1930 manat, əlavə dəyər vergisi ilə birlikdə isə 2277 manat 40 qəpik təşkil etmişdir. Nümayəndə ifadəsinə görə, polis idarəsindən onlara Zərərçəkmiş şəxs1 həmin qurğunun onun əlindən alınması barədə şikayət edildiyi bildirilmiş, sonradan həmin qurğu işlək vəziyyətdə onlara təhvil verilmişdir. Lakin həmin qurğu gec verildiyi üçün idarə tərəfindən məhkum Zərərçəkmiş şəxs1 yeni qurğu ilə təmin edilmişdir. Sonradan həmin məhkum şərtləri pozduğu üçün onun barəsində məhkəməyə təqdimat verilmiş və onun barəsində cəza dəyişdiriələrk azadlıqdan məhrum etmə ilə əvəz olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iladəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən məhlə uşağı kimi Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsi isə tanımır. Hadisə baş verən gün həmin yerdə Sərxanı və yanında olan bir dostunu görmüş, onların yanında isə bir oğlan durmuşdur. Orada deyilən söhbətlərdən belə başa düşmüşdür ki, Sərxan həmin oğlana telefon vermiş, o da, telefonu satıb pulunu verməmişdir. Sərxan həmin oğlana yaxınlaşıb, neçə gündür onu axtardığını, telefonu niyə qaytarmadığını soruşmuşdur. Həmin vaxt o, deyilən yerdə dayanıb adam gözləmişdir. Onu istintaq zamanı müstəntiq çağırıb dindirmişdir. Verilən sualları cavablandıran Şahid2 ibtidai istintaq zamanı ifadə verdiyini, onu mayın 6-ı, ya 7-də müstəntiqin dəvət etdiyini, ondan Sərxan barədə soruşulduğunu və Sərxanı tanıdığını dediyini, həmin vaxt Sərxanın da Müvəqqəti saxlama yerinə gətirildiyini, orada ona suallar verildiyini, orada da Sərxana Bilalı onun tanımadığını və ona kömək etmək istədiyini dediyini, sonuncu dəfə Sərxanı yanında olan bir nəfərlə gəzə-gəzə gəldiklərini gördüyünü, Sərxanın Bilala telefon verdiyini, ya telefonu, ya da pulu qaytarmağı dediyini, həmin vaxt onların arasında davadalaş, mübahisə olmadığını, onların çəkilib kənarda söhbət etdiklərini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Mövla oğlunu Bakı şəhəri, Nəsimi rayonu, «28 May» adlanan ərazidən tanımış, sonuncunun narkotik vasitələrin aludəçisi olduğunu və əvvəllər məhkum olunmasını bilmişdir. Qeyd etmişdir ki, onun Sərxanla heç bir qohumluğu yoxdur və onunla hər hansı bir məsələyə görə ədavət aparmamışdır. Axırıncı dəfə Təqsirləndirilən şəxs1 təxminən 3-4 ay bundan əvvəl «Kubinka» adlı ərazidə görmüşdür. Onun xx.xx.2022-ci il tarixdə baş vermiş quldurluq hadisəsi ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 qeyd etdiyi Cəsarət adlı şəxsi tanımır. Onun ümumiyyətlə Cəsarət adında və Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan tanışı yoxdur (cild 2, iş vərəqi 62-65). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi, Təqsirləndirilən şəxs1 «Kubinka»da yaşayan şəxs kimi tanımışdır. Belə ki, o, həmin ərazinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci il fevralın 15-də Bilal adlı şəxs məlumat vermişdir ki, onun elektron nəzarət qolbağını əlində almışlar. Onların tərəfimizdən həyata keçirilən tədbir nəticəsində Sərxan və İlqar adlı şəxslər saxlanılıb bölməyə gətirilmiş və təhqiqatçıya təhvil verilmişlər. Sərxanın üzərindən elektron nəzarət aparatı və «rezak» aşkar olunmuş, İlqardan isə heç nə aşkar edilməmişdir. Verilən sualları cavablandıran Şahid3 bildirdi ki, onlara hadisə barədə məlumat təxminən saat 17-18 arası daxil olmuş, təxminən saat yarım-iki saatdan sonra isə onları saxlamışlar. Sərxanla İlqarı saxladığıqları ərazi ilə Polis bölməsi arasındakı məsafə təxminən 400 metr təşkil edir. Həmin şəxslər saxlanılanda onlar hərəkətdə olmuşlar və X4 bölməsinə tərəf gəlməmişlər. Təqsrləndirilən şəxsləri «İstanbul Lahmacun» adlı kafenin ətrafında saxlamışlar. Zərərçəkmiş şəxs1 Polis bölməsinə gəlməmişdən əvvəl «102» xidmətinə məlumat vermişdir. Onlara da məlumat «102» xidmətindən daxil olmuşdur. Sonra onlar Bilalı bölməyə dəvət etmiş və sonuncu bölməyə gəlib ərizə yazmışdır. Polis bölməsinə daxil olan məlumat qeydiyyat kitabında quldurluq cinayəti kimi qeydə alınmışdır. Sorğu zamanı Bilal onun üzərinə Ağadadaş Qurbanov küçəsində «Sprinq market»in yaxınlığında «rezak»la hücum çəkdiklərini, Sərxanın ondan 10 manat pul istədiyini, yerə yıxaraq nəzarət aparatını aldıqlarını bildirmişdir. Məlumat təxirə salınmaz tədbir kimi qeydə alındığından əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmamış və həmin şəxslərin hadisə yerindən uzaqlaşmaq ehtimalları olduğuna görə təcili hadisə yeri istiqamətində getmişlər. Bilal təqsrləndirilən şəxslərdən əvvəl bölməyə gəlmişdir. Sərxanla İlqarın saxlanılmaları barədə protokol tərtib olunmuş və həmin gün o da, protokolu imzalamışdır. «Rezak»ı və «ATENTİ» elektron nəzarət aparatını Nəsimi RPİ, 21-ci Polis bölməsinin təhqiqatçısı Qurbanəli Bəşirli təhvil almışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 həmkarları Şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin məsul növbətçisi Şahid6 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslərlə heç bir şəxsi tanışlığı və ədavəti yoxdur. Onları ilk dəfə hadisə baş verən gün Polis bölməsinə gətiriləndə görmüşdür. Belə ki, 2022-ci il fevral ayının 15-də axşam təxminən 20 radələrində DİN-nin «102» xidmətindən məlumat daxil olmuş, həmin məlumatda Bilal adlı şəxsə qarşı naməlum şəxslər tərəfindən quldurluq hadisəsinin baş verdiyi qeyd olunmuşdur. Dərhal hadisə barədə rəisə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupu hadisə yerinə çıxmışdır. Məlumat qeydiyyata alınandan təxminən bir saat-saat yarım sonra əməliyyatçılar Şahid3, Şahid4 və Şahid5 iki nəfər şəxsi Polis bölməsinə gətirmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olub-olmamasını soruşmuş, Sərxan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı Sərxandan bir ədəd elektron qolbaq və bir ədəd «rezak» aşkar olunmuşdur. O, Sərxandan həmin əşyaların nə olmasını soruşduqda, Sərxan «rezak»ın özünə məxsus olduğunu, elektron qolbağı isə «Kubinka»da zibil qabının yanından tapdığını bildirmişdir. Sonra həm Sərxanı, həm də İlqarı aşkar olunmuş əşyalarla birlikdə bölmənin təhqiqatçısı Qurbanəli Bəşirliyiə təhvil vermişdir. Sualları cavablandıran Şahid6 zərərçəkmiş şəxsi Polis bölməsində gördüyünü, həmin vaxt əməliyyat qrupunun hadisə yerinə çıxdığını və zərərçəkmiş şəxsi də orada görüb bölməyə dəvət etdiklərini, bölməyə gətiriləndən sonra həmin şəxslər tərəfindən hər hansı formada etiraz daxil olmadığını, əvvəlcə zərərçəkmiş şəxsin, ondan təxminən 1 saat-saat yarım sonra isə təqsirləndirilən şəxslər gətirildiyini, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsləri gətirən əməliyyatçıların ayrı-ayrı şəxslər olduğunu, qeydiyyat kitabında gətirilən şəxslərin haradan gətirildiyinin yox, kimlər tərəfindən gətirildiyinin qeyd olunduğunu, hal şahidlərinin qeydiyyatının aparılmadığını və həmin gün bölməyə hal şahidlərinin dəvət olunub-olunmadığını xatırlamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin məsul növbətçisinin köməkçisi Şahid7 işin halları barədə həmkarı Şahid6 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, o, ayrı-ayrı tikinti yerlərində gündəlik 10-15 manata fəhlə işləyərək özünə çörək pulu qazanır. Rəsmi iş yeri yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində işdən qayıdarkən Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindən, yəni «Kubinka» adlanan ərazidən keçərək yaşadığı ünvana doğru hərəkət etmiş, bu zaman Ağadadaş Qurbanov küçəsində sökülmüş xarabalıq evin yanında üç nəfərin uca səslə mübahisə etdiyinin şahidi olmuşdur. Mübahisə zamanı həmin şəxslərdən biri gödəkcəsinin cibindən bıçağa oxşar əşyanı çıxararaq digərinin üstünə yönəldib nəsə tələb etmiş, daha sonra isə həmin bıçaq çıxardan şəxs digər şəxsin şalvarından dəqiq nə olduğunu görə bilmədiyi əşyanı çıxarmışdır. Mübahisənin digər iştirakçısı isə həmin şəxsi döyməyə başlamışdır. O, işdən qayıdarkən yorğun olduğundan bu məsələyə baş qoşmaq istəməmiş və öz yoluna davam edərək həmin ərazidən uzaqlaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, əlində bıçaq olan şəxsin və digər şəxsin əynində tünd rəngli uzun gödəkcə, döyülən şəxsin əynində isə qısa gödəkcə olmuşdur. O, həmin şəxslərin mübahisəsini neçə metr məsafədən gördüyünü xatırlamasa da, aralarında kifayət qədər məsafə olmuş və o, həmin şəxslərin səslərini eşitsə də, nə barədə mübahisə etdiklərini dəqiq eşidə bilməmişdir. O, işdən qayıdarkən yorğun olduğundan tələsərək evə gedib dincəlmək istəmişdir. Həmçinin baş vermiş hadisənin ciddi bir məsələ olmadığını, sadəcə narkomanlar arasında olan bir mübahisə olduğunu zənn etmişdir (cild 2, iş vərəqi 18-21). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 sərbəst ifadəsi hadisə yerində yoxlanılmış və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 baş vermiş cinayət faktı barədə ona məlum olan halları hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan cinayət hadisəsi ünvan 6 ünvanda baş vermişdir (cild 1, iş vərəqi 29-31). Cinayət işində olan 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 sərbəst ifadəsi hadisə yerində yoxlanılmış və həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 baş vermiş cinayət hadisəsi barədə halları əyani şəkildə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 103-105). Cinayət işinə əlavə olunmuş üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında, həmçinin Təqsirləndirilən şəxs2 ilə şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı adları çəkilən şəxslər işin halları barədə istintaqa verdikləri sərbəst ifadələrini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə tam təsdiq etmişlər (cild 1, iş vərəqi 100-102, cild 2, iş vərəqi 247-249, cild 2, iş vərəqi 175-178, cild 2, iş vərəqi 171-174, cild 2, iş vərəqi 179-182, cild 2, iş vərəqi 167-170). İş materiallarında olan üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 işin halları barədə istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə təsdiq etmişdir (cild 1, iş vərəqi 97-99). Cinayət işində olan üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs1 ilə şahidlər Şahid2 və Şahid1 arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı adları çəkilən şahidlər işin halları barədə istintaqa verdikləri sərbəst ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə təsdiq etmişlər (cild 2, iş vərəqi 138-139, 243-245). Cinayət işində olan üzləşdirmə protokollarından görünür ki, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 keçirilmiş həmin istintaq hərəkətləri zamanı sərbəst ifadələrində göstərdiyi halları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişlər (cild 2, iş vərəqi 130-132, 155-157, 159-161, 163-165). Cinayət işində olan üzləşdirmə protokoluna əsasən, aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlan bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 21-ci polis bölməsinə gələrək 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 quldurluq yolu ilə ələ keçirdiyi 1 ədəd elektron nəzarət aparatını və 1 ədəd İqar Qaçayevə məxsus “Rezak”ı sonuncudan alaraq polis bölməsinin növbətçi hissəsində olan əməkdaşlara təhvil verdiyini və Təqsirləndirilən şəxs2 yerini polislərə bildirərək, sonuncunun yaxalanmasında yardımçı olduğunu, quldurluğıı Təqsirləndirilən şəxs2 etdiyini, özünün etmədiyini göstərmişdir (cild 2, iş vərəqi 134- 136). Məhkəmə-tibb ekspertizasının 22 fevral 2022-ci il tarixli 228 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarət sol diz oynağının hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır şişkinliyi küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 2, iş vərəqi 111-112). Məhkəmə-ballistik ekspertizasının 02 mart 2022-ci il tarixli 3/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan, karton, kağız, fanel və sair müvafiq məmulatları kəsmək üçün işlədilən, təsərrüfat-məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir (cild 2, iş vərəqi 128-120). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 fevral 2022-ci il tarixli 501 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatİk cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyətin psixopatİk cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 2, iş vərəqi 121-123). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 fevral 2022-ci il tarixli 503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatİk cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 2, iş vərəqi 124-126). Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2022-ci il tarixli 1154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qevdivyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 136-137). Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2022-ci il tarixli 1151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 118-119). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 09/1244 nömrəli məktubundan görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusunun respublika daxilində satışda olmaması səbəbindən həmin qurğunun qiymətinə dair rəy verilməsi mümkün deyildir (cild 2, iş vərəqi 1-2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 21-1/3-7858/14 nömrəli məktubundan görünür ki, “ATTENTİ” markalı mobil nəzarət vasitəsinin dəyəri 2277 (iki min iki yüz yetmiş yeddi) manat 64 (altmış dörd) qəpik təşkil edir (cild 2, iş vərəqi 94). Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 fevral 2022-ci İl tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvandır (cild 1, iş vərəqi 9-12). Cinayət işində olan əşyaların götürülməsi haqqında 15 fevral 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd «rezak» adlı əşya və bir ədəd elektron nəzarət qurğusu götürülmüşdür (cild 1, iş vərəqi 12-15). İbtidai istintaq orqanının 28 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bıçaq (rezak) və bir ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusu xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 9-11). Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli tələbnamədən isə görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 dekabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum olunmuşdur. Daha sonra o, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 dekabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 6 aya endirilmiş və 12 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 241-244). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 çoxdan tanıdığını, hadisə baş verməmişdən bir müddət əvvəl Bilalın ona yaxınlaşıb işıqlı zajiqalka istədiyini, onun isə Bilala elə zajiqalka olmadığını, işıqlı telefonu olduğunu, istəsə onu verə biləcəyini dediyini, həmin işıqlı telefonu Bilala verdiyini, lakin Bilalın onun telefonunu qaytarmadığını, bundan sonra Bilalı gördüyü vaxt ondan telefonunu tələb etdiyini, növbəti dəfə Bilalı görüb telefonunu tələb etdikdə, sonuncu telefonun Kamran adlı şəxsdə olduğunu bildirdiyini, lakin sonradan Kamran gələndə, sonuncudan telefonunun onda olub-olmadığını soruşduqda, Kamranın telefonun onda olmadığını dediyini, həmin vaxt İlqarın da gəldiyini və Bilalın yalan danışdığını görüb ona bir şillə vurduğunu, Bilala verdiyi telefonun «Nokia» markalı sadə telefon olduğunu, telefonun üzərində nömrəsi olmadığını, hadisə günü Bilaldan rezakı aldığını və yanındakı mis təmizləyən oğlana verdiyini, sonradan Bilalın çıxıb getdiyini, yanındakı oğlandan rezakı alandan sonra Bilalı görmədiyini, rezakı Bilalın nəzarət aparatından əvvəl götürdüyünü, polisə gedib nəzarət aparatını təqdim etdiyini və onlardan bunun sənədləşdirilməsini istədiyini, İlqarın əvvəllər Bilalı tanımadığını, həmin vaxt Kamranın, Elşənin və Cəsarətin orada olduqlarını, Elşənin və digər şəxslərin telefon nömrəsini bilmədiyini, özünün telefon işlətmədiyini və mobil nömrəsi olmadığını, İlqarla gələn zaman onu 21-ci Polis bölməsinin yanında saxlatdırdığını, özünün isə aparatı təqdim etmək üçün bölməyə girdiyini, onun zərərçəkmişin şikayəti əsasında tutulduğunu, hadisəyə qədər Bilalı təxminən 2-3 ay qabaqdan tanıdığını, Polis bölməsinə gedən zaman ona şikayət olunduğunun deyildiyini, polis bölməsində saat 20 radələrində DİN-nin 102 xidmətinə məlumat daxil olduğunun bildirildiyini, o, İlqara bölməyə getməsini demədiyini, çünki həmin vaxt İlqarın «kayf»da olduğunu və polislərin bunu bilməsini istəmədiyini, İlqarın Bilala bir şillə vurduğunu, onu bölmədən buraxmadıqlarını, ona vəkil təqdim etmədiklərini, İlqarın Türkiyə səfirliyinin yanında olan maşınyuma məntəqəsinin yanında onu gözlədiyini, aparatı bölmədə növbətçi olan Şahid6 təqdim etdiyini, aparatı təqdim edəndən 4-5 dəqiqə sonra polis əməkdaşlarının ona üzərində rezak olmasını dediklərini, o, polislərə İlqarın onu çöldə gözlədiyini demədiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 əvvəldən tanımadığını, hadisə günü o, həmin yerə gələn zaman Sərxanı gördüyünü, Sərxan ona Bilalın telefonu gətirməyə getdiyini və telefonu götürdükdən sonra gedəcəklərini bildirdiyini, təxminən üç saata qədər gözləsələr də, Bilalın gəlmədiyini, bir qədər keçmiş Bilalın onların yanına gəldiyini, həmin vaxt Bilalın giclədiyini və onun da Bilalı buna görə şillə ilə vurduğunu, sonra heç nə baş vermədiyini, daha sonra Bilalın özündə olan nəzarət aparatını Sərxana verdiyini, özünün isə çıxıb getdiyini, gedən zaman Bilalın telefonu gətirəcəyini və sonra aparatı götürəcəyini Sərxana dediyini, bundan sonra Bilalın gedib guya onlar tərəfindən döyülməsi barədə şikayət etdiyini, daha sonra Sərxanla birlikdə nəzarət aparatını təhvil vermək üçün Polis bölməsinə getdiklərini, Sərxan ona bölmədən bir qədər aralıda gözləməsini, özünün aparatı təhvil verib gələcəyini bildirdiyini, onun təxminən 10-15 metr aralıda gözlədiyini, Sərxan bölməyə getdikdən təxminən 15-20 dəqiqə sonra polis əməkdaşlarının onu da saxlayıb bölməyə apardıqlarını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı silah qismində tətbiq edilən «rezak»dan istifadə edilməklə pul gətirmələri müqabilində üzərində olan elektron nəzarət qurğusunu götürərək hadisə yerini tərk edib getmələri barədə dərhal, yəni xx.xx.2022-ci il tarixdə saat 18:13-də DİN-nin «102» xidmətinə zəng vurub məlumat vermiş, Zərərçəkmiş şəxs1 həmin tarixdə 21-ci Polis bölməsinə dəvət edilərək ərizəsi və izahatı alınmışdır. Bundan sonra həmin tarixdə saat 20:40-da əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski və S.Vurğun küçələrinin kəsişməsində şübhəli şəxs qismində saxlanılaraq Nəsimi RPİ, 21-ci Polis bölməsinə gətirilmişlər. Bölmədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən iş üzrə maddi sübut hesab edilən bir ədəd «rezak» və bir ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsdən götürdüyü “ATTENTİ” markalı elektron nəzarət qurğusunu könüllü təhvil vermək üçün polis orqanına getməsi barədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, şərti olaraq bu cür halın mövcud olması qəbul edilsə belə, bu hal təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmir. Belə ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinə əsasən, quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Bu cinayət formal tərkibli cinayətdir və əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış cinayət hesab edilir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsini qiymətləndirərkən qeyd etməyi lazım bilir ki, zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadəsi elan olunduqdan sonra o, ifadəni oxumadan imzaladığını, həmin ifadəni təsdiq etmədiyini, onun əlyazma şəklində izahatının alındığını və həmin izahatında məhkəmədə verdiyi ifadəsində göstərdiklərinin qeyd olunduğunu bildirdi. Bununla bağlı onun Bakı şəhəri, Nəsimi RPİ-nin rəisinə ünvanladığı öz xətti ilə yazılmış 15 fevral 2022-ci il tarixli ərizəsi və həmin tarixli izahatı elan edilrkən müəyyən edildi ki, zərərçəkmiş şəxs həmin ərizəsində və izahatında cinayət hadisəsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ərizə və izahatında Zərərçəkmiş şəxs1 hansısa mobil telefona görə Təqsirləndirilən şəxs1 pul borclu olması və məhz həmin borcun qaytarılmasını təmin etmək məqsədilə onun üzərindəki elektron nəzarət aparatını girov kimi götürüb saxlaması barədə heç nə bildirməmiş, əksinə, ərizə və izahatında o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 ondan pul tələb etdiklərini, üzərində pul olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs1 cibindən «rezak» çıxararaq ona xəsarət yetircəyi barədə hədə-qorxu gəldiyini və şalvarının sağ cibində olan elektron nəzarət aparatını götürdüyünü, Təqsirləndirilən şəxs2 isə onun sinəsindən bir dəfə yumruq zərbəsi vuraraq daha sonra badalaq vurmaqla onu yerə yıxdığını və döydüyünü, Sərxanın ona yarım saat ərzində 10 manat pul tapıb gətirməli olduğunu, əks halda nəzarət aparatını qaytarmayacağını və sındıracaqlarını bildirdiyini, daha sonra onların hər ikisinin hadisə yerindən qaçıb getdiklərini, bundan sonra onun dərhal «102» xidmətinə zəng vurub məlumat verdiyini bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1la təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilərkən, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini hər iki təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onları ifşa etmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı ifadə verməkdən imtina etmiş, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin dediklərini qismən etiraf etmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdiyi dəlilləri onların cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Həmçinin, Zərərçəkmiş şəxs1 məhkəmə icclası zamanı guya Təqsirləndirilən şəxs1 borc kimi götürdüyü telefonun pulunu qaytarmamasına görə, sonuncuya, üzərində olan elektron nəzarət qurğusunu girov kimi verməsi barədə dediklərinə qiymətləndirən məhkəmə bunu zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin yaxınları tərəfindən öyrədilməsinin nəticəsi kimi dəyərləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 dekabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 6 aya endirilmiş və 12 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adları çəkilən şəxslər həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07 mart 2022-ci il tarixli 1151 və 1154 nömrəli rəylərini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomanıyadan məcburi müalicəyə ehtiyacları olduğundan və məcburi müalicəyə əks göstərişləri olmadığından, onların hər ikisi barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinin tələbinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə qaytarılmalı; - 1 ədəd bıçaq (rezak) məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 64 (altmış dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 32 (otuz iki) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 Mövla oğlunun təqdim etdiyi bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə təhvil verilsin; - 1 ədəd bıçaq (rezak) məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 32 (otuz iki) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətləri verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar