Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-161/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamış və daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini keçirən zaman əynində olan qara rəngli idman şalvarın sağ cibindən 1 ədəd” Sobranie”yazısı olan siqaret qutusunun içərisində 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,146 qram, 10,299 qram, 9,527 qram, 10,042 qram, 8,924 qram, ümumi təmiz çəkisi 48,938 qram narkotik vasitə heroin və həmin şalvarın sol cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o evdə olarkən polis əməkdaşları evə daxil olmuşdur. Evdə əmisioğlu ilə birgə televizora baxırmış. 10-15 polis əməkdaşı içəriyə daxil olub onları tutmuşlar. Hər ikisinin əllərini qandallamışlar. Onun üstündə yarım qramdan az kakos olmuşdur. Onları 31-ci Polis bölməsinə aparmışlar, orada onlara qarşı təzyiq göstərilmişdir. Polis əməkdaşları onu bölmədə çox incitmişlər. 50 qram kakosu qabağına qoyub həmin kakosun ona məxsus olduğunu deməsini istəmişlər. O, işgəncələrə məruz qalmışdır. Ona həm fiziki, həm də psixi təzyiq göstərilmişdir. Onun telefonu da yoxlanılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ağır ağciyər iltihabı xəstəliyindən sağaldığı üçün işgəncələrə dözə bilməmişdir. 3 saylı İstintaq təcridxanasında olarkən prokurorluqdan əməkdaşlar gəlmişlər. Onlara döyülməyi barədə bildirmiş, ərizə də yazmışdır. Polis bölməsində şəxsi axtarış o, döyüldükdən sonra, vəkilin iştirakı olmadan videoçəkilişlə keçirilmişdir. Döyüldükdən sonra narkotik vasitəni cibinə qoymuşlar, o da məcbur qalıb çıxarıb vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən 234.4.3-cü maddə ilə özünü təqsirli bilməmiş, 234.1-ci maddə ilə təqsirli bilmişdir. O, istifadəçi olmuşdur. Məhkəmədə də, prokurorluqda da bunu demişdir. O, tutulan zaman 234.4.3-cü maddənin nə mənaya gəldiyini bilməmiş, bilsə boynuna almazmış. Onu 234.1-ci maddə ilə rəsmiləşdirdiklərini deməklə onu aldatmışlar. O, yalnız kakosdan istifadə etmişdir. Kakosu satan adamlardan əldə etmişdir. Onun iranlı şəxslə danışığı olmamışdır. Kənddə, yaşadığı ərazidə satan adamlardan alırmış. Prokurorluqda bu barədə demişdir. Əmisioğlu ilə onu döyən zaman onları qabaqcadan əlbir olan şəxlər kimi məsuliyyətə cəlb etməklə qorxutmuşlar. O, polis əməkdaşlarına əmisioğlunu buraxmalarını, bu halda hər şeyə imza edəcəyini demişdir. Daha sonra əmisioğlunu buraxmışlar. Əmisioğlunun adı Şahid3 olmuşdur. Onlar döyüldükdən sonra onu tək bir otağa salmışlar. Stolun üzərinə 5 ədəd büküm qoyaraq həmin bükümlərin onun cibindən çıxdığını demişlər. O, bükümlərin miqdarını bilməmişdir. O, hətta Emin adlı polis əməkdaşına bu qədər bükümlə sonradan ağır cinayətlə ittiham oluna biləcəyini demişdir. Emin ona narahat olmamağını, 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini demişdir. O, savadsızlıqdan polis əməkdaşlarının dediklərinə inanmış və həmin bükümlərin ona məxsus olduğunu boynuna götürmüşdür. Müvəqqəti saxlanma yerində 234.4.3-cü maddə ilə ittiham olunacağını və onu 5 ildən 12 ilədək cəza gözlədiyini bilmişdir. Əgər o bunu bilsə imiş, öldürsələr də, heç nəyə imza etməzmiş. Onda narkotik vasitə olmamışdır. Əgər satışla məşğul olsa telefonunda bunu təsdiqləyən məlumat aşkar olunarmış Onun telefonunda 20-30-a qədər mobil nömrə yoxlanılmışdır. Bir adamla belə bu barədə danışığı, yazışması olmamışdır. İranlı şəxslə danışığı olmamışdır. Tərəzini də polis əməkdaşları cibinə qoymuşdur. Yarım qram malı olan adam tərəzini nə etsin? Günə 15-20 manata məvacib alırdım. Narkotik vasitənin qramını 30 manata alırdı. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxslə tanışlığı yoxdur, əməliyyat məlumatı əsasında tanımışdır. Əməliyyat qrupu yaradılmış, qrup rəhbəri də o olmuşdur. Bülbülə 2 ünvanında 2 nəfər şəxslə Zamini saxlamışlar, o tək olmuşdur. 31-ci polis bölməsinə dəvət etmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən 5 büküm, tərəzi və qutu çıxmışdır. Ona yox Eminə məlumat daxil olmuşdur. Tərəzi cibində idi, üstündəkiləri özü təqdim etdi. Tərəzinin markası yadında deyil.Üstündə siqaret qutusu, 5 büküm və tərəzi var idi. Bükümdəki narkotik vasitə idi. Özü dedi ki narkotikdi. Ekspertizada da bilindi. Saxlanılan şəxsə zor və təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, səhər saatları imiş, evə gecə növbəsindən təzə qayıtmışdır. Evdə körpə uşaq olmuş, o evə gəldikdən sonra ağlamağa başlamışdır. O isə uşağın yatmasını gözləyib özü də hazırlaşmışdır ki yatıb-dincəlsin. Çöldən səs-küy gəldiyini eşidib çölə çıxmışdır, Zaminə yaxınlaşıb evdə körpə uşaq olduğunu, biraz sakit olmasını demişdir. Daha sonra Zaminin evinə girmişdir ki, Zaminlə danışsın. Həmin anda Zaminin evinin qapısı açılmış və 6-7 nəfər içəri girib onların üstlərini yoxlamağa başlamışdır. Evi yoxladıqdan sonra onları çölə çıxartmışlar, o fikirləşmişdir ki, artıq onu buraxırlar. Daha sonra evə tərəf getmək istəyərkən polis əməkdaşları onu çağırıb onlarla getməli olduğunu demişlər, onu da bölməyə aparıb sual-cavab etmişlər. Orada sual-cavab etdikdən sonra çağırıb ona çıxdığını, amma Zaminin qaldığını demişlər. Evə gələn polislər mülki formada olmuşlar, evin hər yerini yoxlamışlar. Evdən balaca bir şey tapmışlar, ancaq Zamin başqa heç bir şeyin olmadığını demişdir. 31-ci polis bölməsinə aparmışlar, bölmədə Zamini onun yanında yoxlamamışlar. Zaminin narkotik vasitə qəbul etdiyini bilirmiş. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxsin qohumu və yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsində Zamini küçədə yox evdə saxlanmasını bildirməsinə tənqidi yanaşır və hesab edir ki, o, Zamini cinayət məsuliyyətindən yayındırmaq üçün ifadəsində Zamini küçədə yox evin içində saxlanıldığını bildirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı RPİ-nin 31-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən çıxardığı üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisində olan 05 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümləri və qara rəngli idman şalvarının sol cibindən 01 ədəd qara rəngli elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini soyadını, ünvanını bilmədiyi şəxsdən 250 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd siqaret qutusunun içərisində beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,146 qram, 10,299 qram, 9,527 qram, 10,042 qram, 8,924 qram ümumi təmiz çəkisi 48,938 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd siqaret qutusunda və bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissıcikləri ilə maddə nümunələrinin müqayisəli tədqitatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 48,938 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq 48,938 qram. (Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən üzərində “Sobranie” yazısı olan siqaret qutusunu çıxararaq həmin siqaret qutusundan içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən beş 05 ədəd şəffaf sellofan bükümlərini, sol cibindən bir ədədə qara rəngli elektron tərəzini çıxarıb təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin narkotik vasitə heroin olduğunu və tanımadığı şəxsdən 250 manata özünün istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirməsi, bundan sonra şəxsi axtarışın davam etdirilməsi, lakin hər hansı bir əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusundan çıxardığı 05 ədədə bükümlər yenidən siqaret qutusuna qoyularaq təqdim etdiyi 01 ədəd elektron tərəzi ilə birlikdə bir zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq, möhürlənməsi müəyyən olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, qeyiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 yanvar 2023-cü il tarixli, 38 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon prokurorluğunun böyük müstəntiqi X2 tərəfindən toplanmış 380-C-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 tərəfindən işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmadığından materail üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından sorğu edilərək Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli, 20-12/500 nömrəli məktubun və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən sorğu zamanı xəsarət almadığını bildirmiş və baxış zamanı bədənində yeni xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,938 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,938 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-161/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-161/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver