Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1610/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində fərdi evdə qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 05 mart 2023-cü ildə, saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin həyətinə gəlib bacısı Aytən Teymurovanın itkin düşməsi ilə bağlı əvvəllər aralarında yaranan narazılıqlar əsasında həmin ünvanda yaşayan qohumu Zərərçəkmiş şəxs evindən çağırıb əlində olan məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə 1 (bir) dəfə qarnının ön divarının sağ yarısından vuraraq sonuncunun daxili qanaxma, qaraciyərin sağ payının və yoğun bağırsağın zədələnməsi ilə müşaiyət edilən qarının ön divarının sağ yarısının qarın boşluğuna (daxilə) nüfuz edilməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Hadisədən əvvəl onun bacısı Aytən evdən itkin düşmüşdür. Onlar da bacısı Aytənin itkin düşməsi ilə əlaqədar tapılması üçün Zaurun proqramına müraciət etmişlər. Təxminən 05 (beş) gün sonra o, yolda əmisi Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt əmisi Zərərçəkmiş şəxs ona bacısı Aytənin televiziya proqramına çıxdığı üçün kiminsə onun bacısı Aytənə “ilişib-ilişmədiyini” soruşmuşdur. O da bu sözləri başa düşmədiyini və nəyə görə belə sual verdiyini əmisi Rafiqdən soruşmuşdur. Lakin sonra əmisi Rafiq söhbəti dəyişmişdir. Bunun üzərindən bir müddət keçsə də, əmisi Rafiq hər dəfə onu görəndə bu məsələ ilə bağlı ona söz atmışdır. O da dözməyərək bir gün axşam saatlarında əmisi Rafiqin yaşadığı evə gedərək əmisi Rafiqi bıçaqlamışdır. Bundan sonra o, 3-cü Polis bölməsinə könüllü gedərək təslim olmuşdur. O, törətmiş olduğu əməldən peşmandır. O, əmisi Zərərçəkmiş şəxsla dəfələrlə barışmaq istəsə də, sonuncu onunla barışmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, habelə şahid ifadələrini, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid4 oğludur. Şahinin bacısı Aytən evdən gizlin şəkildə çıxıb getmişdir. Onun qardaşı Tofik səhər tezdən onun yaşadığı evə gələrək qızı Aytənin itdiyini bildirmişdir. O da Tofikə nəyə görə qızı Aytənin evi tərk etdiyini bilib-bilmədiyini soruşmuşdur. Hətta o, qardaşından qızı Aytəni döyübdöymədiyini də soruşmuşdur. Tofik də ona Aytənin yatmadığını bildirmişdir. Bundan sonra o, işdən geri qayıdan zaman qardaşıgilə getmişdir. Həmin vaxt o, qardaşının həyat yoldaşından Aytənin tapılıb-tapılmadığını soruşmuşdur. Tofikin həyat yoldaşı da ona Aytənin evdə yatdığını bildirmişdir. O da rahatlaşdığı üçün özünün yaşadığı evə getmişdir. Bir müddət keçdikdən sonra ona məxsus mikro avtobus yandırılmışdır. O, Şahini yolda görən zaman maşınının yandırıldığını, daha doğrusu Şahinə “siz tərəfdən kiminsə maşınımı yandırıldığını bilirəm” bildirmişdir. Şahin isə ona özünə məxsus maşının da yandığını bildirmişdir. O da heç nə demədən öz işinin arxasınca getmişdir. Təxminən fevral ayında o, günorta yeməyini yemək üçün yaşadığı evə gəlmişdir. Həmin vaxt Şahin onların yaşadığı evə gələrək evinin olmadığını bildirib ondan 2-3 sot torpaq sahəsi verməyini istəmişdir. O da Şahinə nəyə görə indi torpaq sahəsi istədiyini, eləcə də bir neçə il bundan əvvəl istəmədiyini soruşmuşdur. Çünki hal-hazırda o, torpaq sahələrini əkin sahəsi edərək həmin torpaqlardan gəlir əldə edir. Lakin o, yenə də Şahinə bildirmişdir ki, lazım gələrsə Şahinə torpaq sahəsi üçün köməklik edəcək. Lakin həmin vaxt onun həyat yoldaşı onların yanına gələrək Şahini biraz acılamışdır. Şahin isə “yaxşı, baxarıq” deyərək onun yaşadığı evi tərk etmişdir. Qısa müddət keçdikdən sonra təxminən gecə saat 00:00 radələrində onun yaşadığı evin qapısı döyülmüşdür. Həmin vaxt hər kəs yatmışdır. O, qapıya yaxınlaşaraq qapını kimin döydüyünü soruşmuşdur. Lakin heç bir cavab gəlməmişdir. O, yenə də qapını açmış və qapını açan zaman Şahinin əlində böyük ölçüdə bıçaq olduğunu görmüşdür. Bundan sonra Şahin onun ağciyər nahiyəsindən bıçaqlamışdır. Onun yaşadığı evin həyətində ona məxsus maşını olmuşdur. Şahin onu bıçaqladıqdan sonra həmin maşının ətrafında onlar dövr etməyə başlamışlar. Həmin vaxt Şahin onun mikro avtobusunu da yandırdığını bildirmişdir. Şahin bununla sakitləşməyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Əslində o, bıçaq xəsarəti alsa da, özündə olduğu üçün hətta Şahinə güc də tətbiq etmək iqtidarında olmuşdur. Lakin onlar biraz maşının ətrafında dövr etdikdən sonra Şahin çıxıb getmişdir. Daha sonra Şahin polis əməkdaşları ilə birlikdə yenidən onun yaşadığı ünvana qayıtmışdır. Zərərçəkmiş şəxs ifadəsində onu da göstərmişdir ki, o, təqsirləndirilən şəxslə barışmamış, ona vurulmuş ziyan ona ödənilməmiş, ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun qardaşıdır. O, ümumiyyətlə baş vermiş hadisənin şahidi olmamışdır. O, işdən gələn zaman artıq hadisə baş vermişdir. Belə ki, o, qardaşı Zərərçəkmiş şəxs evinə gələn zaman oğlu Şahini qardaşı Rafiqdən ayırmış və sonra oğlu Şahini götürərək evə getmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, 05 mart 2023-cü ildə axşam saatlarında oğlu Şahin evdən çıxarkən qonşuluqda yaşayan əmisi Zərərçəkmiş şəxs, yəni onun qardaşının evinə getdiyini bildirmişdir. Bir müddətdən sonra isə onun arvadı Rəsmiyyə uşağın (Şahinin) harada qaldığını və bundan nigaran olduğunu bildirərək onu qardaşı Rafiqin evinə göndərmişdir. Onlar Rafiqlə hasar qonşusu olduğundan o, qısa müddət ərzində Rafiqin evinə çatmış və həyətin qapısından həyətə daxil olduqda, həyətdə oğlu Şahini, qardaşı Rafiqi və Rafiqin arvadı Məlahəti görmüşdür. Bu zaman Rafiq Şahinin bıçaqla vurduğunu ona bildirmiş və ondan Şahini götürüb evə aparmasını xahiş etmişdir. Həmin vaxt o, Rafiqə xəstəxanaya aparmağı təklif etsə də, Rafiq bundan imtina etmiş və ondan oğlu Şahini götürüb getməsini tələb etmişdir. O da Şahini götürüb evə aparmış və evdə Şahindən Rafiqi hansı səbəbdən bıçaqla vurduğunu soruşmuşdur. Şahin də əmisi Rafiqin bacısı Aytən haqqında xoşa gəlməz söz işlətdiyi üçün əmisi Rafiqi vurduğunu ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bir gün o, həyat yoldaşı Rafiq və oğlu Məhəmməd ilə birlikdə evdə səhər yeməyi yeyən zaman Şahin onların evinə gələrək torpaq sahəsi ilə bağlı onun oğlu və həyat yoldaşı ilə söhbət etməyə başlamışdır. Bir müddət sonra isə Şahin yenidən onların yaşadığı evə gecə saat 00:00 radələrində gəlmişdir. O, evin pəncərəsindən baxan zaman Şahinin onun əri Rafiqi həyətdə olan maşının ətrafı ilə dövr etdirdiyini görmüşdür. Daha sonra Şahinin atası Tofik də onların yaşadığı ünvana gələrək Şahini götürüb evə aparmışdır. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs onların yaşadığı evə gecə saat 00:00 radələrində əlində bıçaqla gələrək onun əri Zərərçəkmiş şəxs 1 (bir) dəfə bıçaqla xəsarət yetirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2023-cü ilin fevral ayının ortalarında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evlərində olan zaman əri Zərərçəkmiş şəxs qardaşı oğlu Təqsirləndirilən şəxs onların yaşadığı evin qarşısına gələrək əri Rafiqi həyətə çağırmış və əri Rafiq ilə həyətdə nəsə danışmışdır. Əri Rafiq evə qayıtdıqdan sonra o, ərindən Şahinin hansı səbəbdən gəldiyini soruşmuşdur. Rafiq də Şahinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan 1 hektar torpaq sahəsindən satmaq üçün bir neçə sot torpaq sahəsi istədiyini və bunun əvəzində əri Rafiqin torpağın öz yeznəsi Firuz Baxşəliyevə məxsus torpaq sahəsi olduğunu Şahinə bildirərək yola saldığını ona bildirmişdir. O, xx.xx.2023-cü ildə, saat təxminən 23:30 radələrində evdə yatarkən həyət qapısının döyüldüyünü eşitmişdir. Əri Rafiq ev paltarını geyinərək həyətə çıxmış və bir neçə dəqiqədən sonra o, həyətdən qışqırıq səsi eşitmişdir. Bu səbəbdən də o da paltarını geyinib həyətə çıxmışdır. O, həyətə çıxanda görmüşdür ki, Şahin əlində olan bıçaqla həyətlərində dayanmış vəziyyətdə olan oğlu Məhəmmədə məxsus “Hyundai” markalı avtomobilin ətrafında fırlanmış və avtomobilin qabaq ön şüşəsinə bıçağın arxası ilə zərbələr vurmuşdur. Həmin vaxt o, Rafiqin üstünə qışqıraraq Şahinin qolundan tutub çölə atmasını bildirmişdir. Rafiq isə ona səssiz olmağını demişdir. Belə ki, Rafiq Şahinin bıçaqla vurduğunu və evdə yatan oğlu Məhəmmədin yuxudan oyanmaması üçün susmağını ona bildirmişdir. Daha sonra Şahin əlində olan bıçağı yerə atmış və az müddət keçəndən sonra Şahinin atası, yəni Rafiqin qardaşı Tofik onların həyətinə gəlmişdir. Tofik gəldikdən sonra Şahini sakitləşdirərək özü ilə evlərinə aparmışdır. Əri Rafiq də Şahinin getdiyini görüb əynində olan uzunboğaz jaketini və altdan geyindiyi qısa qol köynəyini qan olması səbəbindən çıxarıb ona vermiş və sonra evdə olan təmiz paltarları geyinmişdir. Təxminən 10 dəqiqədən sonra o, Şahinin polislərlə birlikdə onların həyətinə gəldiyini və həyətə daxil olan polislərin hadisə yerinə baxış keçirdiyini görmüşdür. Hadisə yerinə baxış keçirən polis əməkdaşları Şahinin həyətə atdığı bıçağı özləri ilə götürmüşlər və əri Rafiqə də xəstəxanaya getməsini məsləhət görmüşlər. Həmçinin o, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan geyim əşyalarının iylənməsi və qan olması səbəbindən saxlamaq əvəzinə yandırdığını və zibilliyə tulladığını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 05 mart 2023-cü ildə, saat təxminən 20:00 radələrində işdən çıxıb evə gəlmiş və həmin gün növbədən çıxdığı üçün otağına daxil olaraq yatmışdır. Növbəti günün səhərisi anası Məlahət onu yuxudan qaldırıb əmisi oğlu Şahinin axşam vaxtı atası Rafiqi bıçaqla vurduğunu və həyətdə ona məxsus olan “Hyundai Sonata” markalı, **-UE-*** dövlət nömrə nişanlı avtomobilin ön şüşəsini bıçaqla çatlatdığını bildirmişdir. O, anasından atasının harada olduğunu soruşmuş, anası Məlahət də onun atasını bacısının əri Tərlanla xəstəxanaya göndərdiyini bildirmişdir. O, həyətə düşüb avtomobilinə baxdıqda, avtomobilinin ön şüşəsinin çatladığını görmüşdür. Hadisə nəticəsində atası Zərərçəkmiş şəxs fiziki ziyan dəyməklə yanaşı, həmçinin onun avtomobilinə 1.000 manat maddi ziyan vurulmuşdur. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs qızının əridir. 05 mart 2023-cü ildə axşam saatlarında o, evdə olarkən arvadı Şəhanənin anası Məlahət onlara zəng vurub onu öz evlərinə çağırmışdır. O, Zərərçəkmiş şəxs məxsus evə çatdıqda, Məlahət ona bildirmişdir ki, Rafiqi qardaşı oğlu Şahin bıçaqla vurmuş və ona görə də Rafiqi təcili xəstəxanaya aparmaq lazımdır. O, Rafiqlə qonşu olduğu üçün cəld şəkildə evə gedərək özünə məxsus “Cherry” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib həmin avtomobili Zərərçəkmiş şəxs evinin qarşısına sürmüş və Rafiqi özünə məxsus olan avtomobilə əyləşdirərək əvvəlcə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı poliklinkaya aparmış, daha sonra isə Rafiqi X10nə aparmışdır. Onlar X10nə çatdıqda, həkimlər Rafiqi əməliyyat etmişlər. X1rkən həkimlərin Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan geyim əşyalarının harada olduğunu soruşmuşlar. Rafiq isə hadisə zamanı üzərində olan geyim əşyalarını evdə yenisi ilə dəyişib xəstəxanaya gəldiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, həmin gün fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün Təqsirləndirilən şəxs öz əmisi Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə 1 (bir) dəfə qarın nahiyəsindən vuraraq xəsarət yetirməsi və sonuncuya məxsus nəqliyyat vasitəsinin ön şüşəsini əlindəki bıçaqla sındırması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 00:20də Təqsirləndirilən şəxs 3-cü Polis şöbəsinə yaxınlaşaraq əmisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 8-10) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə, yəni Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə və həyətdə olan nəqliyyat vasitəsinə baxış keçirilmiş, eləcə də hadisə yerindən cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-133/2023 saylı qərarından (cild 1, iş vərəqə 51-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının xüsusi məlumatından (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində Xəzər rayon Polis İdarəsinin MSY-nin səlahiyətli əməkdaşları tərəfindən 03 saylı İstintaq Təcridxanasına təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə tibbi müayinədən keçirilmiş və həmin vaxt sağ saidin ön səthinin aşağı 1/3-də qərtməkli yara aşkar edilmiş, daha sonra bununla bağlı yazılı izahat verərək həmin xəsarəti həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər rayon prokurorluğunun cavabından (cild 1, iş vərəqə 62) görünür ki, Penitensiar Xidmətin 03 saylı istintaq Təcridxanasından daxil olmuş xüsusi məlumat əsasında prokurorluqda araşdırma aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:45-də tibbi-sanitar hissəsində müayinə olunduqdan sonra sağ saidin ön səthinin aşağı 1/3-də qərtməkli yara aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs bununla bağlı yazılı izahat verərək həmin xəsarəti həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 281 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 68-70) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər -daxili qanaxma, qaraciyərin sağ payının və yoğun bağırsağın zədələnməsi ilə müşaiyət edilən qarının ön divarının sağ yarısının qarın boşluğuna (daxilə) nufuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun “X10” X13 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 86-89) görünür ki, cinayətin aləti qismində çıxış edən və cinayət hadisəsi baş verən yerdən götürülmüş bıçaq digər bıçaqlarla birlikdə Zərərçəkmiş şəxs təqdim edilmiş və o, təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanıyaraq bu barədə ətraflı ifadə vermişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 126) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 298/2023-MTBŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 140-142) görünür ki, maddi sübutların məhkəmə-tibbi tətdiqinə əsasən aşağıdakı nəticə əldə olunmuş: Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 211-MTKŞ/2023 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 146-149) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində daxili qanaxma, qaraciyərin sağ payının və yoğun bağırsağın zədələnməsi ilə müşaiyət edilən qarının ön divarının sağ yarısının qarın boşluğuna (daxilə) nufuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası aşkar edilmişdir. Bu yara yastı tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi və bu xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və eyni xüsusata malik olan bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3567 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 136) görünür ki, respublika avtohissələr satışı bazarlarında və avtoservis müəssisələrində mövcud olan qiymətlərdən, Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilməklə, ekspertiza haqqında təyin edilən qərarda göstərilən 2007-ci il buraxılışlı, gümüşü rəngli KMHET41BP7A425612 ban nömrəli, **-UE- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobilin ön alın şüşəsinin dəyəri 2023-cü ilin mart ayına olan tarixə nəzəri qaydada təxminən 120,00 manat, 2007-ci il buraxılışlı, **-UE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin ön alın şüşəsinin yenisi ilə dəyişdirilməsi xərci 40,00 manat, (armatur 20,00, kley -20,00 manat) müəyyən olunur. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 150) görünür ki, hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-157) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 186.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçağın maddi sübut qismində tanınması və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 174-175) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ilə X6 arasında nikah bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 120) görünür ki, xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs Məryəm Teymurova adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, təqsirləndirilən şəxsin törətdiyi əmələ ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd eidlən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qohumdular (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əmisidir). Cinayət hadisəsi baş verənədək onların arasındakı qohumluq münasibətləri korlanmış və xx.xx.2023-cü il tarixdə, saat 23:30-da Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə silahlanaraq özünün yaşadığı evin yaxınlığında yaşayan əmisi Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin qapısını açıb çıxdıqda, qarşısında Təqsirləndirilən şəxs görmüş və həmin vaxt Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs üzərində gətirdiyi mətbəx bıçağı ilə 1 (bir) dəfə sonuncunun qarın nahiyəsinə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla qarının ön divarının sağ yarısından vurulması nəticəsində daxili qanaxma, qaraciyərin sağ payının və yoğun bağırsağın zədələnməsi ilə müşaiyət edilən qarının ön divarının sağ yarısının qarın boşluğuna (daxilə) nüfuz edilməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə bağlı xəsarət almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək cinayət hadisəsi ilə bağlı ətraflı məlumat vermişdir. Belə ki, o, göstərmişdir ki, həqiqətən də əmisi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə bıçaqla 1 (bir) dəfə xəsarət yetirmişdir. Həmçinin məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs tərəfindən 1 (bir) dəfə qarın nahiyəsindən bıçaqlandığını və nəticədə ağır bədən xəsarəti aldığını bildirmişdir. Göstərilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə də tam şəkildə təsdiq olunmuşdur. Ona görə də cinayət hadisəsinin xx.xx.2023-cü il tarixində baş verməsi və həmin cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs öz əmisi Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən 1 (bir) dəfə xəsarət yetirməsi və nəticədə sonuncunun ağır bədən xəsarəti alması cinayət işi üzrə mübahisəsiz hallardır. İş üzrə mübahisəli hal isə göstərilən cinayət hadisəsinin baş verməsinə səbəb olmuş hal təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halın - cinayət hadisəsi baş verməmişdən bir qədər əvvəl bacısı Aytən Teymurovanın itkin düşməsi, bundan sonra Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs bacısı Aytənin itkin düşməsi ilə əlaqədar sonuncuya nalayiq hərəkətlərin edilməsi ilə bağlı qeyri-etik sualın verilməsi, habelə sonradan Zərərçəkmiş şəxs hər dəfə onu görən zaman atmaca atmasından ibarət olmasını bildirmişdir. Zərərçəkmiş şəxs isə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halın - Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ondan topraq sahəsi istəməsi və onun bundan imtina etməsindən ibarət olmasını bildirmişdir. İbtidai araşdırma zamanı tərəflərin iddia etdiyi hallarla bağlı kifayət qədər araşdırma aparılsa da, Zərərçəkmiş şəxs mülkiyyətində iddia olunan torpaq sahəsinin olması ilə bağlı hər hansı mötəbər sübut əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, faktiki olaraq Zərərçəkmiş şəxs istinad etdiyi torpaq sahəsi tamamilə başqa şəxsin mülkiyyətində olan torpaq sahəsidir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs torpaq sahəsi istəməsi inandırıcı deyil. Əksinə şahid ifadələri, o cümlədən Zərərçəkmiş şəxs ifadəsindən məlum olmuşdur ki, həqiqətən də cinayət hadisəsi baş verməmişdən bir müddət əvvəl Təqsirləndirilən şəxs bacısı AytənTeymurova itkin düşmüş, sonradan isə tapılaraq öz ailəsinə təhvil verilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı cinayət hadisəsinin baş verməsinə səbəb olmuş hal ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, həqiqətən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun bacısı Aytənin itkin düşməsi və bunun nəticəsi ilə bağlı qeyri-etik sual vermiş (həmin sual Aytən Teymurovanın itkin düşməsi nəticəsində başqa şəxs tərəfindən cinsi əlaqəyə və ya oxşar əlaqəyə girməsi ilə bağlı olmuş), bu suala qarşılıq olaraq Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs haqlı irad bildirmişdir. Nəticədə isə tərəflər arasında münasibətlər tamamilə korlanmışdır. Məhz bunun nəticəsində, yəni şəxsi münasibətlərin pozulması nəticəsində xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs yaşadığı ünvana mətbəx bıçağı ilə silahlanaraq getmiş və həmin vaxt sonuncuya 1 (bir) dəfə qarın nahiyəsinə bıçaq xəsarəti yetirmişdir. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərin təsiri altında bıçaqlamışdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq 3-cü Polis bölməsinə gedərək təslim olmuşdur. Cinayət işinin materiallarına Təqsirləndirilən şəxs könüllü olaraq 3-cü Polis bölməsinə gəlməsi və təslim olması barədə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş protokol mövcud deyil. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs həqiqətən də 3-cü Polis bölməsinə könüllü getməsi və polis əməkdaşlarına təslim olması təsdiq olunmuşdur. Belə ki, həm Zərərçəkmiş şəxs, həm də onun arvadı Şahid1 məhkəmə istintaqında ayrı-ayrılıqda vermiş olduqları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra çıxıb getmiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları ilə birlikdə onların yaşadıqları ünvana gəlmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs könüllü olaraq polis orqanına gəlməsini əks etdirən protokol mövcud olmasa da, cinayət işinə xx.xx.2023-cü il tarixli raport əlavə edilmişdir. Həmin raportdan isə görünür ki, həmin gün saat 00:20-də, yəni cinayət əməli törədildikdən qısa müddət sonra Təqsirləndirilən şəxs 3-cü Polis şöbəsinə gələrək əmisi Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Cinayət hadisəsi baş verdikdən qısa müddət sonra Təqsirləndirilən şəxs 3-cü Polis bölməsinə gələrək təslim olmasını təsdiq edən raport olduğundan və Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra polis əməkdaşları ilə birlikdə zərərçəkmiş şəxsin yaşadığı ünvana gəlməsi zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, həqiqətən də Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra 3-cü Polis bölməsinə gedərək könüllü olaraq təslim olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü Polis bölməsinə könüllü olaraq gəlməsinin səlahiyyətli şəxs tərəfindən qeydə alınmaması və bu barədə protokolun tərtib edilməməsi qətiyyən təqsirləndirilən şəxsin hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs könüllü olaraq 3-cü Polis bölməsinə gəlməsi və təslim olması təsdiq olunduğundan məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən – şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi nəzərə alır. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərin təsiri altında və nəticəsində törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddə ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti törətdikdən sonra könüllü olaraq polis orqanına gedərək təslim olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törətməsini, evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirkar könüllü gəlib təqsirini boynuna aldıqda (Cinayət Məcəlləsinin 59.1.10-cu maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzanın həddi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən çoxsaylı halların olmasına baxmayaraq, onun törətmiş olduğu cinayət əməli zorakı cinayət əməlinə aid olduğundan, tərəflər arasında hazıradək barışıq əldə olunmadığından və aralarında baş vermiş narazılıq hazırda da davam etdiyindən ona təyin ediləcək cəza minimum həddə olmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qohumluq münasibətləri olsa da, həmin münasibətlər kifayət qədər pozulmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi, eləcə də azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi tərəflər arasında münasibətlərin tamamilə pozulmasına və daha ağır nəticələrin baş verməsinə səbəb ola bilər. Qeyd edilən hallar hazırki iş üzrə cəza təyini zamanı mütləq qaydada nəzərə alınmalı olan əhəmiyyətli hallara aiddir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını, tərəflər arasında qohumluq münasibətlərinin pozulmasını, yaranmış mübahisənin bıçaqdan istifadə edilmədən də həll edilə bilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1610/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1610/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver