Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1610/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X9 ibarət olan tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, tərcüməçi-mütəxəssis X7, müdafiəçi - “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 2,28 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx.xx.2024-cü il tarixdə, saat 21:22-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 23:22-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 3,201 qram çəkidə psixotrop maddə metamfetamin 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 2,28 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə ayrıayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,57 qram, 0,65 qram və 0,52 qram olmaqla, 4 (dörd) ədəd kağız büküm halında Təqsirləndirilən şəxs əynindəki boz rəngli paltosunun sol yan cibindən çıxarıb təqdim etdiyi “Winston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onda “şəxsiyyət pozuntusu” və “panik atak” kimi psixoloji travmalar mövcud olmuşdur. 6 yaşı olanda atası Fəxrəddin Rusiya Federasiyası ərazisində itkin düşmüşdür. Uşaqlıq illəri Rusiya Federasiyası ərazisində keçmiş və onu böyüdüb boya-başa çatdıran şəxs nənəsi olmuşdur. Uşaq olanda onu maddi cəhətdən təmin edən, habelə ailə üzvlərinin arasında əmək fəaliyyətilə məşğul olan yeganə şəxs anası olmuşdur. Onun bacı-qardaşı yoxdur. O, ailə üzvləri tərəfindən heç vaxt sevgi və diqqət görməmiş, sinif yoldaşları və ailə üzvləri tərəfindən daim psixoloji hücumlara məruz qalmışdır. 11 yaşı olanda 6 ay müddətə Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Həmin vaxt qəbul etmiş olduğu dərmanlar ona çox pis təsir etdiyindən o, həmin dərmanların qəbulunu dayandırmışdır. O, tez-tez evdən qaçıb bir rəfiqəsinin evində gecələmişdir. Lakin bəzi hallarda rəfiqəsinin anası onun tez-tez rəfiqəsigildə gecələməyindən narazı olduğu üçün o, həmin gecələr küçədəki skamyalarda yatmışdır. O, evdən qaçan zaman anası onu dayanmadan, gecəgündüz əlində onun fotoşəklini tutaraq onu axtarmış, tapa bilmək məqsədilə polis əməkdaşlarına müraciət etmişdir. 15 yaşı olanda o, cinsi zorlamaya məruz qalmışdır. Bu zaman o, heç kimə heç nə deməmişdir. Lakin bir müddət sonra anası onun səhhətindəki müəyyən problemlərdən şübhələndiyi üçün onu həkim-ginekoloqa aparmış və həmin vaxt hər şeyin üstü açılmışdır. Həmin vaxt o və anası daxili işlər orqanlarına müraciət etməmişlər, habelə ona qarşı cinsi zorlama etmiş olan şəxsləri tapa bilməmişlər. 18-19 yaşı olanda “Paul’s Baku Steakhouse&Rock Bar” restoranında o, masadar (ofisiant) işləmişdir. O, restoranda işləyən zaman həmin restoranın sahibi ona evlilik təklif etmişdir. O da, təklifi qəbul etmiş, çünki cinsi zorlamaya məruz qaldığından heç vaxt ailə həyatı qura bilməyəcəkdi. Beləliklə, o, həmin şəxslə 2012-ci ildə ailə həyatı qurmuş, hamiləliyi dövründə çoxlu stres və çətinliklər yaşamışdır. Hamilə olan zaman bir yarışa qatılaraq bürünc medal da qazanmışdır. 04 aprel 2013-cü il tarixdə onun qızı Məryəm dünyaya gəlmiş, Məryəmin dünyaya gəlməsi onun həyatındakı ilk sevincli an olmuşdur. O, anası, həyat yoldaşı və Məryəm 2014-cü ildə İsveçrəyə köçmüşlər. O, 2015-ci ildə İtaliyanın Roma şəhərində “Leonardo di ser Piero da Vinci” kursuna daxil olmuşdur. Bu kursda təhsil almış olduğu müddət ərzində o, italyan dilini və qrafik dizayn sahəsini öyrənmişdir. 18 avqust 2016-cı il tarixdə o, 14 günlük Bakı şəhərinə gəlmiş, həyat yoldaşı isə İsveçrədə qalmış, çünki həyat yoldaşının həmin ərəfədə İsveçrədə yeni restoranı açılmalı idi. 28 avqust 2016-cı il tarixdə onun həyat yoldaşının dostu Roland adlı şəxs ona zəng edərək onun həyat yoldaşının vəfat etdiyini bildirmişdir. O, bu vaxt dərhal İsveçrəyə geri dönərək həyat yoldaşının dəfn və yas məsələlərilə məşğul olmuşdur. Həmin vaxt onun həyat yoldaşının külli miqdarda borcları olduğu üçün həyat yoldaşından ona və Məryəmə qalmış olan daşınan və daşınmaz əmlak bütövlükdə həmin borcların hesabına müsadirə edilmişdir. Həmin dövr onun üçün çox çətin zaman olmuş və o, narkotik vasitə marixuanadan da ilk dəfə məhz həmin vaxt istifadə etməyə başlamışdır. 2016-cı ildə Məryəm uşaq bağçasına getməyə başlamışdır. Ona görə də, o, həmin vaxt artıq narkotik vasitə marixuanadan istifadə etməyi dayandırmışdır. Lakin bu zaman o, şəraba qurşanmışdır. 2017-ci ildə X1 “qara ciyər xərçəngi” diaqnozu qoymuşdur. Bu zaman İsveçrə höküməti onu ödənişsiz bir şəkildə müalicə etmiş və müalicəyə İsveçrə höküməti 80.000 (səksən min) İsveçrə frankı xərcləmişdir. Müalicə zamanı şərab içmək ona qadağan edilmişdir. Bu səbəbdən də o, narkotik vasitə marixuanadan istifadə etmişdir. O, “Qara ciyər xərçəngi” xəstəliyinə qalib gəldikdən sonra psixoloqu ona çoxlu sayda “antidepressant” qəbul etməyi tapşırmışdır. O, xəstəlikdən müalicə aldıqdan sonra sağla həyat tərzinə keçmiş, sutka ərzində 10 kilometrlik məsafəni velosipedlə qət etmişdir. Məryəm İsveçrədə məktəbə getdiyi günlərdə daim türk və müsəlman olduğundan dolayı sinif yoldaşları tərəfindən psixoloji təzyiqə məruz qalmışdır. Bu vaxt o, Məryəmə kömək etmək məqsədilə 3 aylıq uşaq psixoloqiyası sahəsi üzrə ödənişsiz kurs keçmişdir. Daha sonra o, həmyerlisi olan Elnarə xanımdan “İnterior design” sahəsi üzrə kurs almışdır. Bundan sonra o, “Boha” adlı şirkətdə məsul dizayner vəzifəsində çalışmağa başlamışdır. Sonra “COVİD-19” pandemiyası səbəbilə onun işlədiyi şirkət bağlanmış, nəticədə o, işsiz qalmışdır. 2022-ci ilin fevral ayında İsveçrə qəyyumluq təşkilatı Məryəm natamam ailədə böyüdüyü üçün Məryəmi ondan alaraq başqa bir ailəyə, ona isə həftənin yalnız 2 günü vermək kimi bir qərara gəlmişdir. Bu vaxt o, tərəddüd belə etmədən İsveçrədəki bütün varını-yoxunu sataraq Məryəmlə birlikdə Bakı şəhərinə geri dönmüşdür. O, Bakı şəhərinə geri döndükdən sonra 3 dil bildiyindən dolayı ona bir çox yerdən iş təklifi gəlmişdir. 2022-ci ilin iyun ayında onun sinif yoldaşı onu bir nəfərlə tanış etmişdir. Həmin şəxs “Naxçıvan” restoranının baş aşpazı olmuşdur. Sonra o, həmin şəxslə qeyri-rəsmi bir şəkildə, lakin toyla ailə həyatı qurmuşdur. Həmin şəxslə məhz qeyri-rəsmi bir şəkildə ailə həyatı qurmağına səbəb onun soyadını dəyişmək istəməməsi olmuşdur. O, həmin şəxslə sonuncu ona xəyanət etdiyindən və onu döydüyündən dolayı cəmi 7 ay evli qalmışdır. O, həmin şəxslə ayrıldıqdan sonra yenə ağır dərəcədə depressiyaya düşmüş və bu səbəbdən də spirtli içki qəbul etməyə başlamışdır. 2023-cü ilin payız aylarında köhnə bir tanışı ona depressiyadan çıxmaq məqsədilə narkotik vasitə marixuana təklif etmiş, o da, özünə güc gələ bilməyərək həmin narkotik vasitəni qəbul etdimmişdir. Həmin andan etibarən o, spirtli içki qəbul etməyi dayandıraraq narkotik vasitə marixuana qəbul etməyə başlamışdır. 2024-cü ilin yanvar ayında o, həmin tanışından növbəti dəfə narkotik vasitə marixuana almaq istədikdə, həmin şəxs ona polis əməkdaşları tərəfindən izlənildiyini bildirərək özü ilə əlaqəni müvəqqəti olaraq kəsməyini xahiş etmişdir. Bu zaman o, həddən ziyadə narkotik vasitə marixuana istifadə etmək istəmiş, lakin nə edəcəyini bilməmişdir. Həmin vaxt o, “İnstagram” sosial şəbəkəsi üzərindən narkotik vasitə satan şəxsləri axtarmağa, sonra isə bir nəfərlə yazışmağa başlamışdır. Bu zaman o, həmin şəxsə 5 (beş) büküm narkotik vasitə marixuana sifariş vermişdir. Sonra o, həmin şəxsin bank hesabına “MilliÖn” ödəniş terminalı vasitəsilə 50 (əlli) manat mədaxil etmiş, lakin həmin şəxsdən 2 gün xəbər çıxmamışdır. Çünki həmin şəxs onu “blok” etmişdir. Bu zaman o, həmin şəxsdən cavab gəlməməsini xeyirliyə yozmuşdur. 50 (əlli) manatı keçirməyindən 2 gün sonra “Whatsapp” ani ismarıclaşma sistemi vasitəsilə ona həmin şəxsdən ismarıc gəlmişdir. Həmin şəxs onun vermiş olduğu sifarişin Nərimanov rayonu ərazisində olduğunu bildirmişdir. Sonra o, Nərimanov rayonu ərazisinə yollanmış və həmin ərazidə 1 (bir) saat gözləmişdir. 1 saat sonra həmin şəxs ona sifarişin “Gənclik” adlanan ərazidə yerləşən yaşayış binalarının birinin blokunda olduğunu bildirmiş və o da, həmin şəxsə vermiş sifarişi, yəni narkotik vasitəni blokdan götürüb çölə çıxan zaman dərhal 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Sözügedən narkotik vasitə siqaret qutusunun içərisində olmuşdur. Polis əməkdaşları onu saxlayan kimi ona “barıqasan?!” deyə sual vermişlər. O isə həmin polis əməkdaşlarına “xeyr, mən “barıqa” deyiləm!” deyə cavab vermişdir. O, siqaret qutusunun içərisində nəyin olduğunu bilməmiş, çünki içərisini açmağa macal belə tapmamışdır. Polis əməkdaşları onu saxlayan kimi əlindəki siqaret qutusunu alıb ciblərinə qoymuşlar. Sonra polis əməkdaşları onu bir inzibati binaya gətirmişlər və orada 1 saat sorğu-sual etmişlər. Sonra bir polis əməkdaşı ondan götürülmüş siqaret qutusunu onun qabağına qoyaraq həmin siqaret qutusunun içərisindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar etdiyini bildirmişdir. Bundan sonra onu 3 gün müddətə X6 saxlamışlar. Daha sonra Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçmişdir. O, yalnız narkotik vasitə marixuana sifariş vermiş, psixotrop maddə metamfetamin sifariş verməmişdir. O, həyatı boyu narkotik vasitələrdən yalnız marixuana istifadə etmiş, heç vaxt psixotrop maddə istifadə etməmişdir. O, hazırda sağlam həyat tərzi sürür, vegetariandır, habelə yoqa ilə məşğul olur. O, həyatında saysız-hesabsız səhvlərə yol vermiş, lakin ümid edir ki, bu onun sonuncu səhvidir. Təqsirləndirilən şəxs qız ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, habelə bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:22-də ünvan 3 ünvanın yaxınlığında saxlamışlar və şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil, tərcüməçi və üzərində şəxsi axtarışı aparmaq üçün digər qadın da dəvət olunmuşdur. Sonra xidməti otaqların birində dəvət olunmuş şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli paltosunun sol yan cibində saxladığı “Winston” markalı siqaret qutusu, 1 (bir) ədəd “İphone” markalı mobil telefonun və 1 (bir) ədəd pul qabı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı başqa predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda, oradan 4 (dörd) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, eləcə də 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sonra aşkar edilmiş kütlələr götürülərək təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs marixuana və metamfetamin bükümlərini tanımadığı bir nəfər İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə satmadığını və vermədiyini, qeyd edilən maddələri əldə etməsi üçün həmin İranlı şəxsə 50 manat pul göndərdiyini, sonuncunun da həmin maddələri qoyduğu ünvanın fotoşəklini ona göndərdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 37-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində müdafiəçi və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki boz rəngli paltonun sol yan cibindən “Winston” markalı siqaret qutusu, həmin qutunun içərisindən isə 1 (bir) ədəd bükümdə külli miqdarda 3,201 qram psixotrop maddə metamfetamin və 4 (dörd) ədəd bükümdə təmiz çəkisi 2,28 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/605 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52- 53) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6" dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdə üzərində “Winston” yazısı olan siqaret qutusundakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,201 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-7/169 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 57- 58) görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş....” sözləri yazılmış zərfdə dörd ədəd şəffaf sellofan paketdə, hər paketin içərisində bir ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,57 qram, 0,65 qram, 0,52 qram, ümumi çəkisi 2,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 78-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 170/2024 saylı qərarından (cild 1, iş vərəqə 122-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan təbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 134) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 1 (bir) ədəd “ABB visa” və “ABB tam kart” plastik kartlarını ibtidai istintaq orqanından şəxsən almışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 278/2024 saylı qərarından (cild 1, iş vərəqə 170) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 814 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 151-152) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 150) görünür ki, həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 155) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 1 (bir) ədəd “İphone” markalı mobil telefonu ibtidai istintaq orqanından şəxsən almışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 160-161) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BMCMİ tərəfindən əməliyyat tapşırığına əsasən verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 171) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəyinin, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində bir sıra tədbirlər görülsə də, bu istiqamətdə müsbət nəticə əldə etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 172-179) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,101 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,20 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 115) görünür ki, Stieger X3 xx.xx.2013-cü ildə anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. İsveçrə Konfederasiyası tərəfindən verilmiş vəsiqənin surətindən (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs Məryam adlı övladı xx.xx.2013-cü il tarixdə həmin ölkədə anadan olmuşdur. İsveçrə Konfederasiyası tərəfindən verilmiş pasportun surətindən (cild 1, iş vərəqə 112) görünür ki, Stieger Məryam həmin ölkənin vətəndaşıdır. İsveçrə Konfederasiyası Vətəndaşların vəziyyəti Aktlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında akt qeydi barədə çıxarışdan (cild 1, iş vərəqə 113) görünür ki, X15 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun aravadı Təqsirləndirilən şəxs, atası X14, anası Frieda Stiegerdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Bununla da məhkəmədə təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə ibtidai istintaq zamanı əldə olunmuş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar qanunsuz əməlləri barədə xx.xx.2024-cü il tarixdə əməliyyat orqanına məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs həmin gün saat 21:22-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, həmin gün müdafiəçi və tərcüməçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda 3,201 qram çəkidə psixotrop maddə metamfetamin və 4 (dörd) ədəd bükümdə cəmi 2,28 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportdan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması göstərilsə də, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu halların heç biri təsdiq olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onunla bağlı araşdırma aparıldığı zaman onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması təkzib edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop madə metamfetaminin və 4 (dörd) ədəd bükümdə cəmi 2,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də həmin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələr və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələr və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda 3,201 qram çəkidə psixotrop maddə metamfetamin və 4 (dörd) ədəd bükümdə cəmi 2,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddə və vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini və onun həmin maddə və vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması və narkotik vasitə qurudulmuş marixuananın 4 (dörd) bükümdə olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, azyaşlı uşağın həmçinin İsveçrə Konfederasiyasının vətəndaşı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ağır həyat şəraitini, özünün ciddi xəstəlikdən (qara ciyər xərçəngi) əziyyət çəkməsini, himayəsində olan azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmaqla, uşağa təkbaşına baxmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır cinayət olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, azyaşlı uşağın həmçinin İsveçrə Konfederasiyasının vətəndaşı olması, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ağır həyat şəraitini, ciddi xəstəlikdən əziyyət çəkməsini, himayəsində olan azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmaqla, uşağa təkbaşına baxmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsindəki uşağın yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyacının olmasını, ələlxüsus Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşağın ana qayğısından və ana himayəsindən məhrum olacağını, bunun uşağın tərbiyəsinə və psixoloji vəziyyətinə ciddi şəkildə mənfi təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətək təxirə salınmalıdır. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət Məcəlləsi cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: 1) bu institut ancaq hamilə qadınlara, on dörd yaşına qədər uşağı olan qadınlara və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir, 2) şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir, 3) şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Cəzanın təxirə salınması məsələsi həll edilərkən yuxarıda göstərilən hallar məcmu halda nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması qanunvericiliyinin bütün tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs himayəsində 14 (on dörd) yaşına çatmayan 1 (bir) azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi həmin uşaq 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərin davamı olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanı çəkməsi onun himayəsində olan azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin ediləcək cəzanın onun azyaşlı uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,101 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,20 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda müəyyən edilmişdir ki, maddi sübutların tədqiqi üçün çəkilmiş 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə onun üzərində saxlanılmış 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 04 aprel 2013-cü il təvəllüdlü Stieger X3 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindiyi gündən narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,101 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,20 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1610/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1610/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver