Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1611/2022 21.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X2 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə, külli miqdarda, ümumi çəkisi 8,314 qram olan narkotik vasitə heroini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Dədəmin Servisi” avtomobil təmiri sexinin arxa hissəsindən götürüb üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlan tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının şübhəli şəxs qismində saxlamlaraq Bakı şəhəri, Nizami rayonu, H.Əİiyev prospekti 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtanş zamanı çiynindən asılmış qara rəngli çantanın içərisində olan bənövşəyi rəngli “Davidoff’ adlı siqaret qutusunun içərisindən 04 ədəd bükümdə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,525 qram, 0740 qram və 0,966 qram, ümumi çəkisi 2,981 qram, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrıaynlıqda təmiz çəkiləri 2,770 qram və 2,563 qram, ümumi çəkisi 5,333 qram, külti miqdarda tünd qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 01 (bir) manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Artıq bir neçə aydır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikası əməkdaşları olan şəxsiyyətləri barədə məlumatı olmadığı şəxslərdən sifariş edib almışdır. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində eyni qaydada özünə narkotik sifariş vermiş və kart hesabına ödəniş etdikdən sonra o, satıcının ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi ünvan və şəkil əsasında Bakı şəhəri, Babək prospektindəki “Dədəmin Servisi”-in arxa hissəsindəki yerdən 1 qram miqdarında narkotik vasitə heroini götürmüşdür. Bundan sonra yaşadığı Keşlə qəsəbəsinə geri qayıdıb Yeni Kənd küçəsi ilə evinə doğru hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsində o, polis əməkdaşları tərəfindən təziqə məruz qalmış və həqiqətə uyğun olmayan məzmunda ifadə verməyə məcbur edilmişdir. Bundan sonra polis bölməsində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt o, çiynindəki çantasından aldığı narkotik vasitələri, həmçinin narkotik istifadə etməyi üçün çantasındakı bükülmüş 1 manatlıq əskinazı təqdim edərək masanın üzərinə qoymuşdur. İbtidai istintaqın sonrakı mərhələlərində o, üzərindən aşkar edilmiş narkotik vasitələrin daha artıq miqdarda olduğunu öyrənmişdir. Narkotik vasitələrin miqdarı ilə razı deyil, üzərində iddia olunan miqdarda narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən tutulduğu zaman polis bölməsində ona qarşı edilən təziqlə əlaqədar o, heç bir yerə şikayət etməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadə üçün əldə edib üzərində saxlamışdır və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Himayəsində iki azyaşlı övladının olmasını, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Namiq Nəsirli xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələr istifadə edir. Narkotik maddələri bədənində olan ağrılara görə qəbul edir. Narkotik vasitə qəbul etmək istəyərkən internetdən tapdığı xarici nömrələr ilə “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayır. Həmin nömrələr bildiyinə görə İran vətəndaşlarına məxsus olur. Onlardan narkotik vasitə istəyərkən növünü və miqdarını, həmçinin ödəməli olduğu məbləği soruşur. Narkotik satan tanımadığı naməlum şəxslə razılıq əldə olunarsa ondan bank kartının şəklini göndərməsini istəyir. Həmin şəxs də xüsusi proqram vasitəsi ilə bank kartının şəklini “vatsapp” tətbiqi ilə ona göndərir və həmin şəklə o sadəcə bir dəfə baxa bilir. Bundan sonra isə həmin şəkil avtomatik silinir. O isə həmin vaxt artıq pul köçürmə aparatlarının yanında olmuş olur və razılaşdıqları məbləği həmin karta köçürüb, qəbzinin şəklini yenidən “vatsapp” vasitəsi ilə ona göndərir. Bundan sonra naməlum şəxs ona narkotik vasitənin harada olmasını izah edən şəkillər göndərir və o gedib həmin yerdən narkotik vasitəni götürür. Götürdüyü narkotik vasitələrdən şəxsən tanıdığı adamlara əgər onlar istəyərsə pulunu verməklə satır və ya özü istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saat 01 radələrində yenə də internet üzərindən özünə narkotik sifariş vermişdir və pulunu da göndərilmiş bank kartına yükləmişdir. Buna görə də artıq almış olduğu narkotikləri Bakı şəhəri, Babək prospektindəki “Dədəmin Servisi”nin arxa hissəsindəki yerdən götürmüş və Keşlə qəsəbəsinə geri qayıdıb Yeni Kənd küçəsi ilə evinə gedərkən iki nəfər mülki geyimli şəxs Yeni Kənd küçəsi 35 saylı ünvanının yaxılığında ona yaxınlaşmış və narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Nizami RPl-nin 23-cü PB-nə gətirmişlər. Bundan sonra ona vəkil təyin olunmuş və o şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə öz ərizəsi əsasında vəkilin iştirakı olmadan üzərinə videogörüntü ilə şəxs axtarış və götürmə keçirilmiş və çiynindəki çantasından aldığı narkotik vasitələr, yəni 4 bükümdəki heroin və iki bükümdəki tiryək siqaret qutusunun içərisindən, həmçinin narkotik istifadə etməyi üçün çantasındakı bükülmüş 1 manatlıq əskinaz aşkar edilərək götürülmüşdür. Daha sonra isə üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış, iştirakçılar və o qablaşdırmanın üzərini imza edərək təsdiq etmişlər. O narkotik alarkən siqaret qutusundakı 2 bükümün tiryək olmasını bilmişdir. Lakin əslində həmin bükümlərdəkilər də heroin olmuşdur (cild 01, iş vər. 43-45, 55-57). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. xx.xx.2022-ci il tarixdə əməkdaşı olduğu 23-cü Polis Bölməsinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin sakini olan “Namiq” adlı şəxsin mütəmadi olaraq narkotik maddələrin əldə etməsi, istifadəsi, satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisinə raportla müraciət olunduqdan sonra o, yaradılmış əməliyyat qrupunun digər üzvü Şahid2 ilə xx.xx.2022-ci il tarixdə saat gecə saatlarında ünvan 7 ünvanına gəldikdə həmin vaxt hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olmaları demişlər və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli omasını və onlarla birlikdə polis bölməsinə gəlməli olmasını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs öz razılığı ilə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirildiyi zaman, sonuncuya təhqiqatçı tərəfindən paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasından siqaret qutusunu çıxararaq təqdim etmişdir. Siqaret qutusuna baxış zamanı həmin qutunun içərisində 4 ədəd sellofan bükümdə olan maddə və iki ədəd qara rəngli bərk formada olan narkotik maddəyə bənzər kütlələr aşkar olundu. Şifahi sorğu zmanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni saxlanıldığı gün sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 20). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında" 12 aprel 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür görünür ki, 12 aprel 2022ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən Nizami RPİ-nin 23-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik o!a biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qara rəngli dəri materialından olan əl çantasından bənövşəyi rəngli “Davidoff” markalı siqaret qutusunu çıxararaq təqdim edir. Siqaret qutusuna baxış zamanı həmin qutunun içərisində 4 ədəd sarı rəngli sellofan bükümdə olan maddə və iki ədəd qara rəngli daş formasında olan narkotik maddəyə bənzər kütlələr aşkar olunur. Daha sonra dəri çantaya baxış zamanı çantadan Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı mobil telefon və bir manatlıq pul əskinazı aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən boz rəngli “Davidoff’ markalı siqaret aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi narkotik vasitəni saxlanıldığı gün “online” yolla pul köçürdüyü və Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “dədəmin servisi”nin arxasından götürdüyünü qeyd edir. Bir manatlıq pul əskinazını isə narkotik maddə qəbul etmək üçün istifadə etdiyini bildirdi. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və qanunia dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmur. Namir Hüseynovdan aşkar olunaraq götürülmüş bir ədəd “İphone” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə olundu. Daha sonra Təqsirləndirilən şəxs aşkar olnumuş narkotik maddəyə bənzər kütlələr və bir manatlıq pul əskinazı içərisi booş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 163 saylı möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır (cild 01, iş vər. 28-29, 76). Məhkəmə-kimyəvi ekspertizasının 12 aprei 2022-ci il tarixli 6/2038 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nq 163” dairəvi möhür əksi”.....Təqsirləndirilən şəxs imza...." yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,750 qram, 0,525 qram, 0,740 qram və 0,966 qram olmaqla, ümumi çəkisi 2,981 qram qəhvəyi rənglİ tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə hər birinin ayrıayrıhqda təmiz çəkisi 2,770 qram və 2,563 qram olmaqla ümumi çəkisi 5,333 qram olan tünd qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan 1 ədəd borucuq formalı 1 manatlıq əskinazının üzərində müəyyən qədər narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir (cild 01, iş vər. 34-39). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 46-47). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-195/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 64-67). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (cild 01, iş vər. 75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 may 2022-ci il tarixli 2312 nömrəü rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 91-92). İşdə olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş cəmi 8,314 qram narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması barədə qərar qəbul olunmuşdur (cild 01, iş vər. 100-101). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sıyahılar»-ından "Narkotik vasitələri" əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab edilir. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” 12 aprel 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 8,314 qram çəkidə olmaqla külli miqdarda olmaqla, xırda bükümlərə qablaşdırılması əlamətlərini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 aprel 2022-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, üzərində gəzdirdiyi qara rəngli dəri materialından olan əl çantasından bənövşəyi rəngli “Davidoff” markalı siqaret qutusununun içərisindən çıxarış təqdim etdiyi 04 ədəd sarı rəngli sellofan bükümdə olan maddə və iki ədəd qara rəngli daş formasında olan maddənin heroin olmasını, həmin narkotik vasitəni 12 aprel 2022-ci il tarixdə “online” yolla pul köçürdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Dədəmin Servisi” nin arxasından götürdüyünü deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə hüquqlarının müdafiəsi üçün dövlət hesabına dəvət olunmuş vəkili belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü qismən təqsirli bilərək, ibtidai istintaqı sonrakı mərhələlərində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman qanunsuz hərəkətlərə məruz qalması barədə məsələni məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışdır. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla cəmi 8,314 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını və ailəli olmaqla, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 12 aprel 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla), məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 8,014 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü olan bir ədəd «DVD» və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il 06 (altı) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 8,014 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü olan bir ədəd «DVD» və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1611/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1611/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver