Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1611/2023 28.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fialiyyəti ilə məşğul olan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-171/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1007,833 qram (1 kq 7,833 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış və 27 yanvar 2023-cü il tarixdə saat 17:30da Suraxanı RPİ-nin 31-ei PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada saat 19:20-dən 19:30-dək müddət ərzində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram və 0,938 qram olmaqla, ümumi təmiz çəkisi 2,033 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyataxtarış tədbirlərinin davamı olaraq, həmin tarixdə saat 19:5l-dən 19:59- dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış zamanı həmin mənzilin yataq otağında çarpayının altından bir ədəd bağlamada təmiz çəkisi 1005.8 qram,üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, Suraxanı rayonunda yaşayır, 2023-cü ilin yanvar ayının 26-da “Araz” marketdən 02 çay paketini oğurlayan zaman market işçiləri tərəfindən tutuldu və market işçiləri 102-ə zəng edərək, polis işçilərini çağırdılar. Ramin adlı polis əməkdaşı gəldi və onu polis avtomobili ilə polis şöbəsinə apardılar. Polis əməkdaşları 02 çay paketini oğurlamağa iş düşmədiyini, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirdilər. O buna razı olmadığından polis əməkdaşları tərəfindən zor tətbiq edildi və nəticədə məcburiyyətdən qəbul etməli oldu. Nəticədə polis əməkdaşları ilə birlikdə evinə getdilər, polis əməliyyatçısı Nurlan onun evinə narkotik vasitəni yerləşdirdi sonra narkotik vasitənin yeri barədə məlumatı o maşında olarkən Akifə bildirdi və Akif narkotik vasitəninin yerini ona dedi. Daha sonra narkotik vasitəni götürdü. Üzərində şəxsi axtarış keçirilən zamanı polislər tərəfindən deyilən sözləri dedi. Narkotik vasitədən təxminən 2 ildir ki, istifadə edir, narkotik vasitəni fərqli-fərqli adamlardan müxtəlif yerlərdən əldə edirdi. Çəkiliş zamanı mənzildəki ağırlığını bilmədiyi sellofanda olan narkotik vasitəni polisə təqdim etdi, şəxsi axtarış zamanı üzərində olan 2 ədəd bükümdə olan narkotik vasitəni könüllü olaraq təqdim etdi, mənzildə olan narkotik vasitə onun deyildi. Döyülməyi ilə bağlı utandığından heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 yanvar 2023-cü il tarixində Feyzulla adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldu, həmin məlumatı dəqiqləşdirmək üçün əməliyyat axtarışlarının keçirilməsi barədə qərar qəbul olundu. Həmin günü axşam vaxtlarında təxmini saat 5-6-da, xarici əlamətlərindən oxşadılıb Feyzulla adlı şəxsə Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsində saxlanıldı. Maşından düşüb onu saxladılar və özlərini təqdim edib, ondan da özünü təqdim etməsini istədilər və ona bildirdilər ki, narkotik vasitələrin dövriyyəsində təqsirli bilinir. Onu 31-ci polis bölməsinə dəvət etdilər və oda etiraz etmədən onun maşınına əyləşərək onlarla gəldi. Bölmədə ilk olaraq təhqiqatçı ona hüquq və vəzifələrini başa saldı. O könüllü olaraq narkotik vasitələri təqdim etdi. Üzərində tünd qara cins şalvar var idi və sağ cibindən iki büküm çıxartdı və təhqiqatçı bunun nə olduğunu soruşduqda, o heroin olduğunu və şəxsi istifadəsi üçün olduğunu, 2-3 gün öncə İran vətandaşından aldığını və bir hissəsində evdə saxladığını dedi. Daha sonra təhqiqatçı evinə baxış keçiriləcəyini bildirdi və etirazının olub olmadığını soruşduqda, Feyzulla heç bir etirazının olmadığını bildirdi. Müdafiəçinin iştirakı ilə yaşadığı ünvana getdilər və yatağın altından narkotik vasitə heroin çıxardıldı və müdafiəçinin iştirakı ilə baxıldı və ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. Yoxlanış zamanı evində heç kim yox idi, şəxsi saxladıqda heç bir narazılıq və etirazı olmadı, heç bir fiziki və ya psixi təsir olmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə təxminən 5-6 gün əvvəl adını və ünvanını bilmədiyi İran vətəndaşından 350 manata öz şəxsi istifadəsi üçün narkotik maddə olan heroin almış və həmin narkotik maddədən birazını hissələrə bölüb üzərində saxlamışdır ki, istifadə etsin, qalanını isə yaşadığı evdə yataq otağında çarpayının altında gizlətmişdir. 27 yanvar 2023-cü ildə saat 17:30 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 31-ci PB-nə getməyi təklif etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir, Dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmiş və içərisində kokos olduğunu, onu öz şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını, bundan başqa yaşadığı evdə də narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Ondan aşkar edilmiş 02 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o da etirazı olmadığını bildirmişdir. Sonra vəkilinin də iştirakı ilə yaşadığı ünvan 7 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə qanunsuz əşya və ya maddə varsa çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da yaşadığı evin yataq otağında çarpayının altından bir ədəd bağlamanı çıxarıb təqdim etmiş və onun içirisində də narkotik vasitə kokos olmasını, onu da həmin İran vətəndaşı olan şəxsdən alıb öz şəxsi istifadəsi üçün evində gizlədərək saxladığını demişdir. Həmin bağlama da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan sonra evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin narkotik vasitəni bir neçə gün əvvəl tanımadığı İran vətəndaşı olan şəxsdən 350 manata alıb sonra istifadə etmək üçün üzərində və yaşadığı evdə saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş,şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və içəriində narkotik maddə sayılan heroin olduğunu şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini həmçinin yaşadığı evdə də müəyyən qədər olduğunu və 1 həftə əvvəl İran İslam Respublikasında vətəndaşından onlayn formada 5-6 gün əvvəl 350 AZN dəyərində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunan 02(iki) ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik maddə sayılan heroinə oxşar maddə kağız zərfdə qablaşdırılaraq möhürlənərək götürlmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “baxış və götürülmə aparılması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin yataq otağında çarpayının atından 01 ədəd sellofan bağlama aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/506 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, "şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) " yazısı və imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram və 0.928 qram olmaqla, ümumi təmiz çəkisi 2,033 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar sulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “şübhəli şxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 01 (bir) ədə bağlamada təmiz çəkisi 1005,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1007,833 qram (1 kq 7,833 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 1005,8 qr və ümumi 2,033 qr, tədqiqata sərf edildi: 0,2qr və ümumi 0,1 qr, qalıqlar: 1005,6qr və 1,933 qr. (Ekspertizaya tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 fayldan ibarət bir ədəd DVD diskə baxış keçirilmiş, 1 ci fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmel varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir, həmin bükümlərin açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olmasını, bundan başqa yaşadığı evdə də bir qədər narkotik vasitə heroin olmasını, üzərindən aşkar edilmiş və yaşadığı evdə olan narkotik vasitələri təxminən 1 həftə bundan əvvəl onlayn qaydada lİRnın vətəndaşı olan tanımadığı şəxsdən cəmi 350 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində və yaşadığı evdə saxladığını bildirir, sonra aşkar edilmiş həmin 02 ədəd bükümün götürülərək qablaşdırılır. 2-ci fayla baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış zamanı həmin mənzilin yataq otağında çarpayının altından bir ədəd bağlama aşkar edilib götürülərək qablaşdırılır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyinin Növbətçi X8 Xidmətinin rəisinin xx.xx.2023-cü il tarixli 3\38\219164\23 saylı məktubundan görünür ki, 102-yə zəng etmiş şəxsin adı, soyadı və telefon nömrəsi göstərilmədiyindən məlumatın araşdırılması mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 893 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sındromu (narkomanıya xəstəlıyı) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiəedilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X4 tərəfindən qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi barədə 23 noyabr 2023cü il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 89 saylı, 23 noyabr 2023cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən heç bir xəsarət izi aşkar olunmamış və onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması toplanmış material üzrə təsdiqini tapmadığından 362-c-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan başqa, Penitensiar Xidmətin 3 X2 tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli, 2012\700 nömrəli məktuba əlavə edilmiş məhkumun 1171\2023 nömrəli tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən zədə almadığını bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-38/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-171/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki əməlini Suraxanı rayon Məhkəməsinin hökmündən əvvəl törətmişdir, ona görə də o residiv kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1005,6 qram və 1,933 qram, ümumilikdə 1007,533 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 fayldan ibarət bir ədəd DVD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-171/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1005,6 qram və 1,933 qram, ümumilikdə 1007,533 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 fayldan ibarət bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(101)-1611/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1611/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver