Məhkəmə qərarları › İş №1(101)-1611/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1611/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1611/2024 23.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X8 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğldunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, “Sea Breeze”-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayətişinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda vəşəraitdə satış məqsədi ilə qanunsuz olaraq 17,421 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze”yaşayış sahəsinin yaxınlığınadək qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 27 yanvar 2024-cü il tarixdə, saat 12.10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq üzərində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə 17,421 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisəyə qədər 2 ay müddətində o, Bilgəhdə, dənizqırağında qaçqınlar qalan yerdə kirayədə yaşamışdır. Esmira adlı xanımla birgə yaşamış, xanımdan bir övladı olmuş, lakin rəsmi nikaha daxil olmamışdır. “Sea Breeze”-də mühafizəçi işləmiş, həm traktor sürmüş, həm də orada yanacaq doldurma məntəqəsinə baxmışdır. O, bir sutkalıq işə çıxmış, həm də onunla işləyən, həmin gün səhhətində narahatçılıq olan dayısının xahişi ilə onun işini davam etdirmişdir. Ayın 26-sı səhər tezdən işə getmiş, saxlanılan gün, yəni 27-ci isə işi təhvil verib işdən çıxmalı olmuşdur. 27-ci dalanda, saat 12 radələrində iki nəfər tanımadığı mülki geyimli şəxs yaxınlaşıb maşınlarının batdığını bildirmiş, çəkib çıxarmaq üçün kömək istəmişlər. O da buna ixtiyarı olmadığını bildirmiş, müdürun ofisini göstərib, gedib ondan icazə almalarını demişdir. Onların polis olmalarını sonradan bilmişdir. Traktorun qapısını örtmək istədikdə, onu çəkib traktordan çıxarmış və öz maşınlarına mindirmişlər. Onu işdən götürüb əvvəlcə yaşadığı evə aparmış, orada çəkiliş etmiş, sonra təzədən onu işlədiyi yerə qaytarmışlar. Üzəri axtarılmış, ciblərindən pul və telefon çıxmış, üzərində heç bir növdən olan narkotik vasitə olmamışdır. Saxlanılan vaxt ona hər hansı hüquqları izah olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, həmin gün Şəkidən ailəvi gəlib-gəlişi olduğu Pərvin adlı oğlan ona zəng edib qalmağa yeri olmadığını bildirmiş, o da onun onlarda qalmasına etiraz etməyib, ona mobil telefonla konum, yəni evin olduğu yer barədə məlumat atmış, gəlib onlarda qalmağı təklif etmişdir. Pərvin də gəlib onlarda evdə olarkən polis gəlib onu tutmuşdur. Öyrəndiyinə görə birlinci Pərvini saxlamaq üçün onun evinə getmiş, ondan sonra isə gəlib onu tutmuşlar. Polisin ona deməsinə görə Pərvin guya adam öldürübmüş. Çəkiliş vaxtı Pərvin evdə olmamış, polislərin onu apardıqlarını orada öyrənmişdir. O, yaşadığı evə gələndə evdə bıçaq və qan görmüş, qanın Pərvinə aid olduğunu öyrənmiş, lakin onu kim vurduğunu bilməmişdir. Çəkiliş aparılarkən onun geyimi ayaqqabılarınadək dəyişdirilmişdir. Əvvəl geyim forması, ayaqqabıları başqa cür olsa da, çəkilişdə ayaqqabısı başqa olmuşdur. İttiham aktında ondan aşkar olunan narkotik vasitənin guya zibil qabının dibindən tapdığı qeyd olunmuşdur. Lakin nəzərdə tutulan zibil qabının yanında, iş yerinin ətrafında her yerdə kameralar vardır. Yoxlanıldığı təqdirdə bunların hamısının yalan olduğu müəyyən olunacaqdır. Onun narkotiklə heç bir əlaqəsi yoxdur. O, heç bir narkotik vasitə istifadə etməmiş, onun qanında da narkotik olmamışdır. Nəyə görə tutulmasının səbəbləri ona aydın deyildir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə bir bükümdə narkotik onun sol cibinə qoyulmuş, həyat yoldaşı və uşaqları ilə hədələnmiş, hədələrlə boynuna götürmək tələb olunmuş, neyi necə demək ona tapşırılmış, o da deyilənləri, yəni zibil qabinin dibindən tapdığını demiş və bir bükümadə narkotiki çıxarıb onlara vermişdir. Polis tərəfindən qabağına şərt qoyulmuş, lakin ona qarşı fiziki zorakılıq olmamışdır. Başıma gələnləri müstəntiqə danışmış, lakin müstəntiq onun dediklərini komputerdə yazmamış, sadəcə özünü təqsirli bilib-bilmədiyini soruşmuş, ondan əməlli başlı ifadə belə almamışdır. Həbslə bağlı anksiyaya aparılarkən də hakimə özümü təqsirli bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onun istifadəsində ***-***-**- ** mobil nömrə olmuşdur, onun kontaktında 2 xarici nömrə olmuşdur. Ona votsapla tərəzinin üstündə nəşə şəkili atılmıhşdırp. Şəklə baxmış, adanın kimliyini xatırlaya bilməmişdir. Ona tərəzinin üstündə nəşə olan şəkili atılmasının səbəbini və kim tərəfindən atıldığını bilməmişdir. Kontaktında olan digər xarıcı nömrə Gürcüstandan olan tanışının nömrəsi olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək şübhəli şəxs qismində dindirildiyi xx.xx.2024-cü il tarixli və təqsirləndirilən şəxs qismində dindirildiyi xx.xx.2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o arada psixotrop maddə olan metamfetamindən, yəni “patı”dan istifadə etmişdir. 27 yanvar 2024-cü il tarixdə isə işlədiyi yerin yaxınlığında yolun kənarından 1 ədəd bükümdə psixotrop maddə metamfetamin tapmış və “patı” istifadə etdiyindən həmin maddəni üzərində saxlamışdır. O psixotrop maddə metamfetamin istifadə etsə də, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında göstərmişdir ki, 27 yanvar 2024-cü il tarixdə, saat təxminən 12:10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında olarkən bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polislər ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlaması və üzərində daşımaqda şübhəli olduğunu bildirilmişlər. O, yaşadığı ünvanda narkotik vasitə saxlamadığını demiş, lakin üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusunu, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 23 manat 40 qəpik pulu, həmin şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü, şalvarın sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və gödəkçənin sol iç cibindən beş qəpik pulu çıxararaq təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 02 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 23 manat 45 qəpik pul ona geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Suallara cavab olaraq o, üstündən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh yolunun kənarında yerdən tapdığını, şəxsi istifadə üçün üstündə gəzdirdiyini, yaşadığı ünvanda qanunsuz əşya və ya predmet saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında daha sonra göstərmişdir ki, həmin ünvanda arvadı X7 ilə yaşadığını, hazırda həmin ünvana Şəmkir rayonundan X5 da qonaq gəldiyini, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra 27 yanvar 2024-cü il tarixdə saat 12:53-də tədbir iştirakçıları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısına gəlmişlər. Baxış keçirilməzdən əvvəl ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirmişdir. Yaşadığı ünvana baxış məqsədi ilə yaxınlaşan zaman qapını Esmira Rəcəbova açmışdır. Polis əməkdaşları özlərini təqdim edən vaxt Pərvin Əsgərov polis əməkdaşlarının Pərvini tutmağa gəldiyini hesab edərək bıçaqla özünə xəsarət yetirmişdir. Polis əməkdaşları dərhal müdaxilə etmiş və Pərvin Əsgərov 103 məlumatı əsasında Təcili Yardım işçiləri tərəfindən Sabunçu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı ünvanda Pərvin Əsgərovun özünə xəsarət yetirdiyi üzərində qan ləkələri olan 01 ədəd bıçaq aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş Pərvin Əsgərovun özünə xəsarət yetirdiyi 01 ədəd bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda yaşadığı ünvandan Pərvin Əsgərova məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd “Bakcell” və “Azercell” abonentlərinə məxsus danışıq kartı, 01 ədəd plastik bank kartı, eləcə də ona məxsus 01 ədəd Azərbaycan Respublikası vətəndaşının pasportu aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında daha sonra göstərmişdir ki, proseslərin sonunda onlar BMCMİ-nə dəvət olunmuş, onlar BMCMİ-nə getmişlər. Orada müdafiəçi ilə təmin edilmiş, ünvana və üstünə baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokollar tərtib olunmuşdur. O üstündən psixotrop maddə metamfetaminin aşkar edilməsini və ona məxsus olmasını səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. X14 polis tərəfindən axtarışda olması barədə məlumatı olmamışdır. Pərvin Əsgərov onlara həmin günün səhəri qonaq gəlmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O bir müddətdir psixotrop maddə metamfetamin istifadə edirmiş. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (iş vərəqə: 70-72, 87-89). İfadələri arasında müəyyən olunan ziddiyyətlərlə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, savadsız adamdır, belə bir ifadə verməmişdir. Narkolojidə həkimlər tərəfindən təzyiqə məruz qalmamış, o, narpkoloji ekspertiza zamanı “marixuana istifadə etmişəm” sözünü deməmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə bağldı suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, o, narkotik vasitə olan mariuxana istifadə etmiş, lakin psixotrop maddə olan metafetamini tanımamış, onun istifadəçisi olmamışdır. O, narkoloji ekspert müayinəsindən keçərkən marixuana istifadəçisi olduğumu ekspertlərə bildirmişdir. Lakin hal hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, həmçinin 07 mart 2024-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu həmin ifadəsində özünü təqsirli bilməmiş və məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: 188-189,190-191). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BMCMİ-nin əməkdaşı, baş əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 27 yanvar 2024-ci il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş, müvafiq icazə alındıqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 yanvar 2024-cü il tarixli qərar qəbul edilmişdir. Tədbirin keçirilməsi üçün onun rəhbərliyi ilə BMCMİ-nin ş əməliyyat müvəkkilləri Fərid Kazımlı, Roman İsmayılov, kiçik əməliyyat müvəkkili Nazir Abdullayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. İdarənin baş təhqiqatçısı Babək Haqverdiyev də qrupda olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, onun Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yerləşdiyi ərazidə olduğu müəyyənləşdirilmiş və həmin əraziyə yollanmışlar. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat təqribən 11-12 radələrində “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş, saxlanılan həmin şəxs də özünün anket məlumatlarını bildirmiş, onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə bildiyi psixotrop maddə gizlədib saxladığını və həmin psixotrop maddəni təqdim edə biləcəyini bildirərək üstünə baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Elə oradaca, yəni saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvə təhqiqatçı Təqsirləndirilən şəxs bütün hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməyə başlanılmış, sonuncu təhqiqatçının təklifindən sonra üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd siqaret qutusunu, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 23 manat 40 qəpik pulu, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü, şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və gödəkçəsinin sol iç cibindən beş qəpik pulu çıxararaq təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 02 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 23 manat 45 qəpik pul Təqsirləndirilən şəxs geri qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şahid əməliyyat müvəkkili Şahid ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh yolunun kənarında yerdən tapdığını, şəxsi istifadə üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz əşya və ya predmet saxlamadığını, həmin ünvanda arvadı X7 ilə birlikdə yaşadığını, həmin ünvana Şəmkir rayonundan X5 da qonaq gəldiyini, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Bilgəh qəsəbəsindəki nömrəsiz fərdi evin qarşısına gedilmiş, videoçəkiliş vasitəsi ilə evə baxış aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs razılığından sonra evin qapısını bir nəfər qadın onlara açmışdır. Onlar polis əməkdaşları olduqlarını bildirdikdə evdə olan bir nəfər tanımadıqları kişi bıçaq tipli dəmir predmetlə özünə xəsarət yetirmişdir. Əvvəlcə onlar bunun səbəbini başa düşməmişlər. Onlar dərhal müdaxilə etmiş, zəng edib Təcili və X6 (TTTY) və həmin şəxs hadisə yerinə gələn TTTY-nin 14 saylı Bölməsinin işçiləri tərəfindən Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Həmin şəxsin Şəmkir Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan X9, mənzildəki qadının isə X7 olması sonra müəyyən edilmişdir. Pərvinin onları görən vaxt onu tutak biləcəklərindən ehtiyyatlanıb özünə xəsarət yetirməsini isə sonrakı proseslərdə öyrənib bilmişlər. Daha sonra Şahid ifadəsində göstərdi ki, X4 çatdırılması prosesindən sonra Eşqinin yaşadığı evə baxış davam etdirilmişdir. Baxış zamanı həmin ünvanda Pərvin Əsgərovun özünə xəsarət yetirdiyi 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilərək prosessual qaydada kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin ünvandan Pərvin Əsgərova məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd “Bakcell” və “Azercell” abonentlərinə məxsus danışıq kartı, 01 ədəd plastik bank kartı, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd Azərbaycan Respublikası vətəndaşının pasportu aşkar edilərək götürülmüşdür. Yekunda Təqsirləndirilən şəxs vıə Esmira Rəcəbova BMCMİ-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bütün proses qanuna müvafiq qaydada protokollaşdırılmışdır. Şahid ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış saxladığı Nardaran qəsəbəsindəki «Sea Breeze»nin ərazisində aparılmış, şəxsi axtarışda vəkil iştirak etməmiş, şəxsi axtarış təhqiqatçı tərəfindən keçirilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adları məhkəməyə dəvət olunmalı olan şəxslərin siyahısına əlavə edilməmiş BMCMİ-nin digər əməkdaşları, yəni Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirində əməliyyat qrupunun üzvü olaraq iştirak etmiş əməliyyat müvəkkilləri X2, X10 və X3 ifadələri cinayət prosesi tərəflərinin müzakirəsindən sonra elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, hər üç əməliyyat müvəkkili məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahidla oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: 110-113, 114-117, 118-121). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 12.10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında saxlanılmış, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış prosesində sonuncu əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəni çıxarıb təqdim etmişdir. Təqdim olunan bir bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəyə baxış keçirilmiş, sonra boş zərfdə qablaşdırılmış, imzalarla təsdiqlənmiş və götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində, həmçinin 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu, 23 manat 45 qəpik pul, 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, mobil telefon istisna olmaqla digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə şübhəli maddə ilə bağlı izah verib, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Sabunçu rayonu ərazisində Bilgəh yolunun kənarından tapdığını, həmin maddəni "şüşə" olaraq bildiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk həmin protokola əlavə edilmişdir(iş vərəqə: 31-33, 34). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə yüklənmiş videogörüntülərlə, hşəmin videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 27 yanvar 2024-cü il tarixli protokolunun məzmunu ilə üst-üstə düşdüyü, ziddiyyətlər müəyyən edilmədiyi müəyyən edilmişdir(iş materialları). İşdə olan, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 07 mart 2024-cü il tarixli qərarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur(iş vərəqə: 34, 163-174). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/681 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə olan şübhəlim maddə ağ rəngli kristallik hissəciklərdən ibarət olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və təmiz çəkisi 17,421 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, qeyd olunan psixotrop maddə metamfetaminin tədqiqat sərfiyyatından sonra 17,321 qram hissəsi qalıq qalmışdır(iş vərəqə: 52-56). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan daha bir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli, 457/K nömrəli rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir(iş vərəqə: 152-155). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2024-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəydən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, 1 ildir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir(iş vərəqə: 161-162). İşdə olan, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli qərarla müəyyən edildi ki, təqsiprləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 17,321 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: 103-105). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanarkən üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +**********59 və +**********43 saylı mobil nömrələrlə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə bağlı danışıqlarında və sms yazışmalarında «patı», «gül», «dərman» kimi şifrəli danışıqların, tez-tez İİR mobil operatorla aparılan danışıqlarda və yazışmalarda «ağa» deyə müraciətlər və çoxsaylı video materiallar və foto şəkillər olduğu müəyyən edilmişdir. Qeyd olunan foto şəkllər birbaşa mobil telefondan çəkilməklə iş materiallarına əlavə edilmişdir(iş vərəqə: 140-145). İşdə olan, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 07 mart 2024-cü il tarixli qərarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur(işvərəqə: 163-164). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 5(005)-302/2024 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 27 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir(işvərəqə: 122). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş xx.xx.2024cü il cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: 139). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda müvafiq material ayrılmışdır (iş vərəqə: 175-176, 177). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 17,421 qram psixotrop maddə metamfetaminin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən bir neçə dəfə artıq miqdarlarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində səmimi etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil danışıqların, sms əlaqələrinin, foto və video materialların olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların deyil, kannabinoidlərin qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində hər hansı miqdarda psixotrop maddə və ya narkotik vasitə olmaması, onu saxlayan polis əməkdaşları tərəfindən üzərinə bir bükümdə psixotrop maddə metamfetamin qoyulması və müxtəlif hədələrlə boynuna götürməyə məcbur edilməsi və bna görə etirafedici ifadələr verməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla (2013) iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən qeyd olunan bu hal təqsirləndirilən şəxsə cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi və əvvəllər məhkum olunmaması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın rəyi nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisələri ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 17,321 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, işüzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşüzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 17,421 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 17,321 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar