Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1611/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Rüstəmov Elmin iltizam oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 29 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsində işləmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 1(010)- 229/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 7(003)-1876/2023 nömrəli qərarı ilə həmin cəzasının çəkilməmiş 1(bir) il 7 (yeddi) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 dekabr 2025-ci il tarixdə, saat 11:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən, vaxtda və şəraitdə külli miqdarda 99,682 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 0,92 qram olan 23 (iyirmi üç) ədəd narkotik vasitə metadon həbini əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində o, 11 aprel 2025-ci il tarixdə, saat 11:35-də yaşadığı ünvanın qarşısında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə, saat 11:51-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına özünün razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən divanın içərisindən 1(bir) ədəd sellofan bağlamada külli miqdarda 99,682 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 0,92 qram olan 23 (iyirmi üç) ədəd narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 11 aprel 2025-ci il tarixdə, saat 10:53-də yaşadığı evdən çıxıb mağazaya gedərkən 3 nəfər ona yaxınlaşaraq özlərini BMCMİ-nin əməkdaşları kimi təqdim edərək ondan da özünü təqdim etməsini tələb etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları BMCMİ-yə getməli olduğunu bildirmiş, o da sonuncularla razılaşmışdır. Polis əməkdaşları avtomobildə olarkən üzərinə baxış keçirmiş, bu zaman üzərindən hər hansı qeyri-qanuni predmet aşkar olunmamışdır. 3 aprel 2025-ci il tarixdə sosial şəbəkədə tanımadığı İran İslam Respublikası vətəndaşı ona 550 manata 120 qram psixotrop maddə olan metamfetamin və 25 ədəd narkotik vasitə olan metadonu verə biləcəyini bildirdikdə o, maaşını yaxın günlərdə alacağını demiş və maaşını aldıqdan sonra 5 aprel 2025-ci il tarixdə həmin İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq 120 qram psixotrop maddə metamfetamin və 25 ədəd narkotik vasitə metadon almışdır. Ondan aşkar olunmuş tərəzini isə aldığı psixotrop maddənin çəkisini yoxlamaq üçün istifadə etmişdir. O hər gün 2-3 qram psixotrop maddə metamfetamini şüşə “lampada” hazırlayıb çəkərək istehlak etmiş, hazırkı iş üzrə tutulunadək 120 qram psixotrop maddə metamfetaminin 20 qramını, 20 ədəd narkotik vasitə metadon həbinin isə 2 ədədini istifadə etmişdir. O, narkomaniya xəstəliyindən müalicə almaq istəmiş, lakin işi ilə əlaqədar müalicəyə gedə bilməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və ya təzyiq olmamış, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittihamda qeyd olunan çəki və miqdardan da artıq miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmiş, lakin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, əvvəllər evli olmuş, həmin nikahdan bir övladı vardır. Lakin narkotik vasitə istifadəsinə görə sonradan arvadından boşanmışdır. Yaşadığı mənzildə tək yaşamış, həmçinin evinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən də evində tək olmuşdur. Polis əməkdaşları evə baxış keçirməmişdən əvvəl evə gəlib yoxlama aparmış, buna görə də evdə divanın üzəri dağınıq vəziyyətdə olmuşdur. O, narkotik vasitə metadon həbini 150 manata, psixotrop maddə metamfetamini isə 400 manata İran İslam Respublikası vətəndaşından almışdır. Anası vəfat etmiş, baxış keçirilən evi isə ona atası almışdır. O, ayda 780 manat maaş almış, sonuncu aldığı maaşının 550 manatını yuxarıda qeyd etdiyi qanunsuz maddələrə xərcləmişdir. ***-***-**-** mobil telefon nömrəsi ona məxsusdur. Tanışları ona “Vaska” deyə müraciət edir. Mobil telefon nömrəsindən aşkar olunmuş sms-mesajlarla bağlı qeyd etdi ki, o, avtomobil təkəri götürmüş, lakin pulunu ödəmədiyindən həmin şəxs SMS yazıb pulu atasından alacağını bildirmişdir. Həmçinin SMS yazışmalarında qeyd olunmuş “Təbiət” sözü sayğacla bağlı olan məsələyə aiddir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri öz şəxsi istehlakı üçün əldə etdiyini, hər hansı qanunsuz maddələrin satışı ilə məşğul olmadığını, özünü təqsirli bildiyi əmələ münasibətdə səmimi peşman olmasını və narkomaniya xəstəliyindən müalicə olunaraq sağlam həyat tərzinə geri qayıtmaq istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 11 aprel 2025-ci il tarixdə əlyazma ilə verdiyi izahatı, 11 aprel 2025-ci il tarixdə şübhəli, 12 aprel 2025 və 8 iyul 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr tərəflərin iştirakı ilə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, orta təhsilini Azərbaycan dilində almışdır. 2009-cu ildə X14 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2011-ci il təvəllüdlü Hüseyn Tahirli adlı övladı vardır. 2017-ci ildə Sara Tahirovadan boşanmış və sonradan ailə həyatı qurmamışdır. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsində işləyir. Təxminən 2021-ci ildən narkotik vasitələr qəbul edir. 2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2023-cü ilin dekabr ayında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitələr qəbul etməməklə normal həyat tərzi sürməyə başlamış və "xxxx" Açıq Səhmdar Cəmiyyətində nəzarətçi mühəndis vəzifəsinə işə düzəlmişdir. Hər gün vaxtında işə gedib gəlmiş və normal şəkildə yaşamışdır. Təxminən 5-6 ay əvvəl bir dəfə təsadüfən narkotik vasitə qəbul etmiş və bundan sonra yenidən daha çox narkotik vasitə qəbul etməyə başlamışdır. O, əvvəllər qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Təxminən 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün “patı” adı ilə tanıdığı psixotrop maddə və narkotik tərkibli metadon həbi almışdır. Belə ki, həmin şəxslə təxminən 4-5 gün əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışmış və narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs ona “patı” adı ilə tanıdığı psixotrop maddəni və narkotik tərkibli metadon həblərini çox ucuz qiymətə təklif etmişdir. Belə ki, iranlı şəxs 120 qram psixotrop maddəni ümumilikdə 400 manata və 25 ədəd metadon həbini isə ümumilikdə 150 manata satdığını bildirmişdir. İranlı şəxsin ona təklif etdiyi qiymət çox münasib olduğundan həmin şəxsin təklif etdiyi psixotrop maddəni və metadon həblərinin hamısını almağı qərara gəlmişdir. Çünki o, gün ərzində 2-3 qram psixotrop maddə qəbul etmişdir. Aylıq maaşını almaqla pulu olduğuna görə o həmin şəxsin təklifi ilə razılaşaraq verdiyi bank hesabına psixotrop maddənin və metadon həbinin ümumilikdə 550 manat pulunu ödəmiş, həmin şəxs sifariş verdiyi psixotrop maddəni və metadon həblərini Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində gizlədildiyi yeri ona bildirmiş və o da həmin gün gecə vaxtı gedib gizlədildiyi yerdən psixotrop maddəni və metadon həblərini götürmüşdür. Aldığı psixotrop maddəni və metadon həblərini üzərində daşıyaraq yaşadığı ünvana gətirib orada gizlədib saxlamışdır. Sonrakı müddətdə aldığı psixotrop maddənin və metadon həblərinin bir hissəsini özü qəbul etmişdir. 11 aprel 2025-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı mənzildən çıxıb mağazaya gedən zaman yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Ş.Quliyev küçəsi ev 23 ünvanının həyətində olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edildiyini qeyd etmişlər. Polis əməkdaşları üzərində və ya yaşadığı ünvanda narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb-saxlamaması barədə soruşduqda, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda yaşadığı ünvanda “patı” adı ilə tanıdığı psixotrop maddə və narkotik tərkibli metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirməli olduqlarını bildirdikdə o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmişlər. Həmin gün videoçəklişlə yaşadığı ünvana baxış keçirilməyə başlanmış, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış edilmiş və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun ərizəsi alınmışdır. Sonra o özündə olan açarla yaşadığı mənzilin giriş qapısını açıb polis əməkdaşlarını mənzilə dəvət etmişdir. Mənzilə daxil olduqdan sonra polis əməkdaşları mənzildə saxladığı narkotik vasitə və ya psixotrop maddəni təqdim etməsini təklif etmişlər. O isə mənzilin qonaq otağında yerləşən divanın alt hissəsində gizlətdiyi qara rəngli sellofan torbanın içərisində olan psixotrop maddəni və metadon həblərini, eləcə də divanın alt hissəsində saxladığı bir ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan torbaya baxış zamanı torbanın içərisindən bir ədəd şəffaf sellofan bağlamada “patı” adı ilə tanıdığı psixotrop maddə və ümumilikdə 23 ədəd metadon həbi aşkar edilmişdir. Polis əməkdaşları “patı” adı ilə tanıdığı maddəyə baxış keçirib həmin maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. O həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bilmiş, lakin istifadə edən şəxslər arasında həmin maddəyə çox vaxt “patı” və ya “şüşə” deyildiyi üçün o da polis əməkdaşları tərəfindən saxlanılan zaman yaşadığı mənzildə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş 1(bir) ədəd şəffaf sellofan bağlamada olan psixotrop maddə metamfetamin, metadon həbləri və 1 (bir) ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən 1(bir) ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənərək götürülmüşdür. Yaşadığı mənzilə baxış keçirilməsi davam etdirilmiş və mənzildən qanunla qadağan olunmuş digər əşya və ya maddələr aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən 15 manat pul, yaşadığı mənzilin açarları və 02 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş pul və mənzil açarı onun özünə qaytarılmış, lakin mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetamin və metadon həblərini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını, psixotrop maddə metamfetamini təxminən 4-5 gün əvvəl 400 manat, metadon adlı həbləri isə 1-2 ay əvvəl 150 manat pul müqabilində əldə etdiyini, həmin maddələri özü istifadə etmək üçün aldığını, heç kimə satmaq məqsədinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, elektron tərəzidən isə aldığı narkotik vasitələri və psxotrop maddələrin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi barədə protokolun tərtib edilməsi məqsədi ilə onu BMCMİ-yə dəvət etmişlər. O buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə gəlmiş, orada yaşadığı ünvana və üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən çox peşmandır. Yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik tərkibli metadon həblərini tutulmamışdan təxminən 4-5 gün əvvəl adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etmiş, həmin maddələri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində gizlədildiyi yerdən götürüb yaşadığı mənzilə apararaq orada gizlədib saxladığını, aldığı psixotrop maddə metamfetaminə ümumilikdə 400 manat və narkotik tərkibli metadon həblərinə isə ümumilikdə 150 manat pul verdiyini, yaşadığı mənzilə baxış keçirilən zaman həyəcanlı olduğu üçün səhvən psixotrop maddə metamfetamin iranlı şəxsdən 4-5 gün əvvəl və metadon həblərini isə 1-2 ay əvvəl aldığını bildirdiyini, əslində isə psixotrop maddə metamfetamini və metadon həblərini iranlı şəxsdən eyni gündə, yəni polis əməkdaşları tərəfindən tutulmamışdan 4-5 gün əvvəl aldığını, əldə etdiyi psixotrop maddə metamfetamini və narkotik tərkibli metadon həblərini heç kimə satmaq məqsədinin olmadığını, sadəcə olaraq iranlı şəxs ucuz qiymətə təklif etdiyi üçün sonuncu dəfə 120 qram psixotrop maddə metamfetamin və 25 ədəd narkotik tərkibli metadon həbi aldığını, elektron tərəzidən isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir (Cild 1, i.v. 36-40; 57-62; 76-82; 172-177;).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun yaşadığı ünvana və üzərinə keçirilən baxış prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 11 aprel 2025-ci il tarixdə işlədiyi baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O özü bu məlumatı baş idarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupuna işlədiyi baş idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və təhqiqatçı daxil edilmişlər. Onlar əldə etdikləri məlumat əsasında Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək 11 aprel 2025-ci il tarixdə onun yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Ş.Quliyev küçəsi ev 23 ünvanının qarşısına gəlmiş və həmin günü qeyd olunan ünvanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyi müəyyən edilmiş, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və barəsində “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərar qəbul edildiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı ünvanda narkotik vasitələr və ya psixotrop maddələr saxlayıb-saxlamaması barədə soruşduqda, o, səmimi olaraq etiraf edib hazırda yaşadığı ünvanda “patı” adı ilə tanıdığı psixotrop maddə və narkotik tərkibli metadon həbləri saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığı izah olunmuş, o da buna etiraz etmədiyini qeyd etmişdir. Sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısına gəlinmiş, həmin günü videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı təhqiqatçı tərəfindən onun ərizəsi alınmışdır. Sonra Təqsirləndirilən şəxs özündə olan açarla yaşadığı mənzilin giriş qapısını açıb polis əməkdaşlarını mənzilə dəvət etmiş, mənzilə daxil olduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik vasitə və ya psixotrop maddəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilən zaman torbanın içərisindən bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə və 23 ədəd metadon həbi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddə, narkotik tərkibli metadon həbləri və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmış və həmin predmet təhqiqatçı tərəfindən götürülmüşdür. Mənzildən əlavə olaraq heç bir qanunla qadağan olunmuş digər əşya və ya maddələr aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən 15 manat pul, yaşadığı mənzilin açarları və 02 ədəd “Samsung” markalı mobil telefonlar aşkar olunmuşdur. Aşkar edilmiş pul və mənzil açarlan onun özünə qaytarılmış, lakin mobil telefonlar isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetamini və metadon həblərini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını, heç kimə satmaq məqsədinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, elektron tərəzidən isə aldığı narkotik vasitələrin çəkisini ölçmək üçün istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, baş idarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş və belə hallar olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir.
7. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, 11 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən ona daxil olmuş dəqiq əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, yaşadığı mənzilin qarşısında zahiri görkəmini ona bənzətdikləri şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan da özünü təqdim etməsini istəmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın surəti ilə onu tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşduqda birinci olmadığını bildirmiş, yaşadığı mənzildə qanunsuz maddənin olub-olmadığını soruşduqda isə könüllü olaraq yaşadığı mənzildə psixotrop maddə metemfetamin və narkotik vasitə metadon həbi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən alınmış ərizəsi və öz razılığı ilə yaşadığı mənzilə baxış keçirilmiş və oradan psixotrop maddə metamfetaminə bənzər maddə və narkotik vasitə metadona bənzər həblər aşkar olunaraq götürülmüşdür. Özündən həmin qanunsuz predmetlər barədə soruşduqda İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş qanunsuz maddələr müvafiq qaydada qablaşdırılmaqla sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə sonradan hər hansı məlumatların əldə edilib-edilməməsinə dair məlumatı olmamışdır.
8. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 11 aprel 2025-ci il tarixdə, saat 11:35-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı mənzilindən bir bükümdə külli miqdarda təmiz çəkisi 99,682 qram olan psixotrop maddə metamfetaminin və təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 0,92 qram olan 23 ədəd narkotik vasitə metadon həbinin aşkar edilərək götürülməsi faktına görə BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X4 tərəfindən 11 aprel 2025-ci il tarixdə, saat 19:10-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən 29 avqust 1988-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə, həmçinin yaşadığı ünvan 4 ünvanında saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi polis generalmayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid3, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı X7 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə, saat 11:35-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmişdir (Cild 1, i.v. 3-8; 15).
12. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs müvafiq razılıq ərizəsi əsasında həmin gün BMCMİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı X12 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1, baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində həmin gün saat 11:35-dən 12:15-dək mənzilinə baxış əməliyyat-axtarış tədbiri, eləcə də üstünün yoxlanılması keçirilmişdir. Protokoldan görünür ki, 11 aprel 2025-ci il tarixdə, saat 11:35 radələrində BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən paltarında, əşyalarında və ya bədənində, yaşadığı mənzildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzəri yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet, həmçinin narkotik vasitə və psixotrop maddə olmadığını, lakin yaşadığı ünvan 2 ünvanında “patı” və “M-40” dərmanlarını təqdim edə biləcəyini bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış, sonuncu yaşadığı mənzilin qapısını açmışdır. Bu zaman ona saxladığı narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən divanın alt hissəsində gizlətdiyi qara rəngli sellofan torbanın içərisində olan psixotrop maddəni və metadon həblərini, eləcə də divanın alt hissəsində saxladığı bir ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan torbaya baxış zamanı torbanın içərisindən bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd konvalyutda üzərində “Methadone 40” yazılmış 17(on yeddi) ədəd dərman həbi və ayrılıqda 6 (altı) ədəd dərman həbi olması müəyyən edilmişdir. Təqdim edilmiş psixotrop maddə metamfetaminə oxşar maddə elektroin tərəzidə çəkilərkən onun sellofan torba ilə birlikdə çəkisinin 102,19 qram olması müəyyən edilmişdir. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofan bağlamada olan psixotrop maddə metamfetamin, metadon həbləri və 1 (bir) ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmaqla üzəri DİN “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı o, əynindəki köynəyin qabaq sağ cibindən 15 manat pulu, həmin köynəyin qabaq sol cibindən yaşadığı evin açarlarını, əynindəki idman şalvarının sol yan cibindən isə 2 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A30” markalı və içərisində mobil nömrə olmayan bir ədəd “Samsung J2” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 15 manat pul və yaşadığı mənzilin açarları onun özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan digər əşya və ya predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetamin və metadon həblərini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddə metamfetamini təxminən 4-5 gün əvvəl 400 manat, metadon adlı həbləri isə 1-2 ay əvvəl 150 manat pul müqabilində əldə etdiyini, həmin maddələri öz şəxsi istifadə etməsi üçün aldığını, heç kimə satmaq məqsədinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, elektron tərəzidən isə aldığı narkotik vasitələri və psxotrop maddələrin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 13:03-dən 13:25-dək BMCMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.9-14;).
13. “Şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı X12 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə həmin tarixdə, saat 13:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 aprel 2025-ci il tarixdə, saat 11:35-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 25;).
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizası”nın 6/1345 saylı, 11 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” qeydli kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 99,682 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərlərində “Methadone-40...Faran” yazıları olan 2 ədəd biisterdə ümumilikdə və ayrıca blister kəsiklərində ümumilikdə 23 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,92 qram narkotik vasitə-metadon müəyyən edilir. Gümüşü korpuslu elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Metamfetamin təmiz çəkisi - 99,682 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 99,582 qram. Metadon tabletlərinin ümumi sayı - 23 ədəd, tədqiqata sərf edildi - 2 tablet, qalıq - 21 tablet. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (cild 1 , i.v 44-48;).
15. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild 1, i.v. 65-66;).
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli, 4(005)- 453/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 aprel 2025-ci il tarixdən hesablanmaqa 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 93-97;).
17. “Maddi sübut hesab edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 99,582 qram qalmış psixotrop maddə metamfetamin, qalıq sayı 21 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri aşkar olunmuş gümüşü korpuslu elektron tərəzi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 98-99; 101;).
18. “Mobil telefona baxış keçirilməsi barədə” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, müstəntiq M.M.Seyidov tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung A30” və “Samsung J2” markalı mobil telefonlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 1, i.v. 102-103).
19. BMCMİ-nin 2 may 2025-ci il tarixli, 3-13-6/2-3742/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, ilkin əməliyyat məlumatında X6 aşkar edilən psixotrop maddə metamfetaminin və narkotik vasitə metadon həblərinin onun satış məqsədi ilə əldə edib saxlaması qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri və ya psixotrop maddələri, o cümlədən yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə metadon həblərinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin, həmin narkotik vasitələri aldığı şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamini və narkotik vasitə metadon həblərini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v. 128;).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 2 may 2025-ci il tarixli cavabı, müvafiq hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 1(010)-229/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, i.v 129-139;).
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.140;).
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 2 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v.141;).
23. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və 104 saylı MKİS-in 14 may 2025-ci il tarixli, X/42 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında 1988-ci il tarixdən qeydiyyatdadır. X10 ailəli olmuş, himayəsində 18 iyul 2010-cu il təvəllüdlü övladı X8 vardır, hal-hazırda subaydır. Qeyd olunan ərazidə yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır (Cild 1, i.v. 142-144; Cild 2;).
24. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, müstəntiq M.M.Seyidov tərəfindən "xxxx" MMC-nin 2 iyun 2025-ci il tarixli BKC/LGL-4984/25 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və protokolda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur (Cild 1, i.v. 145-147;). Halbuki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə qeyd olunan diskə baxış zamanı müxtəlif növdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair çoxsaylı sms-mesajların olması müəyyən edilmişdir. Belə ki, müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə aid aşağıdakı məzmunda sms-mesajların göndərilməsi aşkar edilmişdir: - Men midadayam gelende bir şey duz qoş elemek olar.İndi yoxumdu üstümde setdə tutmur normal 5411 2498 0378 8897 lEO ban tebbiet men hell edirem - Qaqa mən evden çıxmışam yavaş yavaş gelirem 25 manat puldu mende iki torpaq birazda o birsinen qaqam - Əmi 30 manat puldu 20 torpaq 10 daş alınır Sey duz qos pul problem deyil 5 dene olsun das goturub gelirem Həmçinin ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda mesajların göndərilməsi aşkar edilmişdir: - Noldu bayaqdan veziyyetden cixmamisan Telfona cavab ver - Qaqa kontur yox idi biraz olar emim oglu gonderdi.uzun sozun qisasi tebiin varsa ozuvin dasnan barter eliyerem.ama smertdise.oxuyan kimi msj sil - ELİ balalarivin canina and verirem temiz sekil at gedim goturum.vallah senin kimi insana yarasmir - **** das kola yoxdur otda 30 qr yoxdur.
25. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 7 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1(bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd “Samsung” markalı mobil telefon aparatlarının yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş qalıq çəkisi 99,582 qram qalmış metamfetamin, qalıq sayı 21 ədəd metadon həbinin və psixotrop maddə metamfetamin izləri aşkar olunmuş gümüşü korpuslu elektron tərəzinin maddi sübut hesab edilərək BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddənin və xeyli miqdarda narkotk vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması və "xxxx" MMCdən götürülmüş 1(bir) ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 148-160;).
26. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 8 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham olunmuşdur (Cild 1, i.v. 162-163;).
27. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 7 iyul 2025-ci il tarixli, 4000 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 182-183).
28. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddənin və xeyli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmaqla ona ********* nömrəsi verilərək müstəntiq tərəfindən icraata qəbul edilmişdir (cild 1, i.v. 184-185;).
29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Mirata Seyidov tərəfindən 21 iyul 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 23 iyul 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.201-211;).
30. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, hazırkı cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
33. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
34. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
35. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
37. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı təmiz çəkisi 99,682 qram psixotrop maddə metamfetaminin həmin növ psixotrop maddənin miqdarının xeyli miqdarından təxminən 664 dəfə, külli miqdarından isə təxminən 49 dəfədən artıq olması, habelə ümumilikdə 0,92 qram olmaqla 23 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından təxminən 46 dəfə artıq olması, istifadəsində olmuş mobil telefon nömrəsinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan sms yazışmalarının və yaşadığı mənzildən üzərində psixotrop maddə izləri olan elektron tərəzinin aşkar edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 5 aprel 2025-ci il tarixdə 120 qrama yaxın psixotrop maddə metamfetamin və 25 ədəd metadon həblərini əldə etdiyini, metamfetamindən təxminən 20 qramını və metadon həbinin isə iki ədədini istifadə etdiyini bildirmişdir. Cəmi altı gün ərzində 20 qramdan artıq metamfetamin istifadə edilməsi insanın fizioloji imkanları xaricində olmaqla təsadüfi deyildir ki, qanunverici orqan da həmin hallar nəzərə alınmaqla şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən müvafiq narkotik vasitə və psixotrop maddələrin miqdarına görə dəqiq siyahıları müəyyən etmişdir. Başqa sözlə məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməklə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli midarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə metodan həbləri əldə etmiş, həmin dövriyyəsi qadağan edilmiş predmetlərin bir qisminin satış məqsədi ilə şəxsiyyətləri müəyyən edilməyən şəxslərə münasibətdə qanunsuz dövriyyəsini həyata keçirmiş, bu baxımdan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən təhqiqat orqanının nəzər diqqətinə düşmüş və nəticədə ətrafında keçirilmiş tədbirlərlə satış məqsədi ilə əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin saxlanıldığı yer müəyyən edilərək götürülmüşdür.
38. Məhkəmədə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı təkidlə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi məqsədi ilə əldə etməsi, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması, eləcə də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilməmişdən əvvəl evinə baxış keçirilməsi ilə bağlı ifadəsində göstərdiyi işin faktiki halları ilə ziddiyyət təşkil edən xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə onu da nəzərə almağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar (CM-in 234.2-ci maddəsi) cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, habelə sonradan cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə dövründə məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş üzərindən qaydada götürülmədən yenidən oxşar xarakterli cinayət əməlini törətməklə islah olunmadığını bir daha sübut etmişdir.
39. Eyni zamanda, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olmuş və onun mobil nömrəsindən göndərilmiş “das”, “kola”, “sekil at gedim goturum”, “tebiin varsa ozuvin dasnan barter eliyerem”, “ama smertdise.oxuyan kimi msj sil” və “20 torpaq 10 daş alınır” kimi jarqon ifadələrlə onun narkotik vasitə və psixotrop maddə dövriyyəsi ilə məşğul olması bir daha obyektiv olaraq təsdiq edilir.
40. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
41. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
43. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
44. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
45. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
46. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
47. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
48. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş CD disklərlə, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
49. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
50. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
51. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
52. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
53. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
54. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
55. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
56. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1(bir) yetkinlik yaşına çatmayan uşağın olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsi, 37 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağlam həyat tərzinə geri qayıtmaq istəməsini bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
57. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 20, 54-55-ci bəndlərinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
58. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
59. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
60. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
61. Hökmün 1, 20, 57 və 59-60-cı bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini əvvəlki hökm üzrə şərti olaraq vaxtından əvvəl azad etmə dövründə törətdiyindən 1 (bir) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməklə ona CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir.
62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
63. CM-in 15-ci maddəsinə əsasən baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
64. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
66. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2025-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 11 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
67. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 aprel 2025-ci il tarixindən hesablanmalıdır.
68. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
70. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 99,582 qram olan psixotrop maddə metamfetamin, tədqiqatlardan sonra 21 ədəd qalmış narkotik vasitə metadon həbi və 1(bir) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (iki) ədəd disk, "xxxx" MMCyə məxsus 1 (bir) ədəd disk və mobil telefona baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd disk, habelə "xxxx" MMC-dən əldə edilmiş 1(bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
71. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
72. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
73. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
74. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
75. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
76. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 7(003)-1876/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 1(bir) il 7 (yeddi) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 1(010)-229/2022 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 1 (bir) il 7 (yeddi) ay 13 (on üç) gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 99,582 qram olan psixotrop maddə metamfetamin və 21 ədəd narkotik vasitə metadon tabletləri (həbləri) və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.