Məhkəmə qərarları › İş №1(101)-1612/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1612/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1612/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək ünvan 2-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan sosial şəbəkədə tanış olduğu “Fəyyaz” adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi - 509,802 qram olan psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 19,671 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 7,88 qram olan narkotik vasitə metadon tərkibli, ümumilikdə 197 ədəd dərman preparatını, ümumi çəkisi 35,012 qram olan kustar üsulla hazırlannmış narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 325,799 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına, narkotik vasitə heroinin 0,965 qram və psixotrop maddə metamfetaminin 0,252 qram hissəsini isə anasının yaşadığı ünvan 1 ünvanına daşıyaraq gizlətməklə saxlamış, 16 aprel 2021-ci il tarixdə, saat 19:17-də Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə etdikləri əməliyyat məlumatına əsasən keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Modul” tipli xəstəxananın arxa hissəsində şübhəli şəxs qismində tutularaq, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə aparılmışdır. Tədbir keçirilən zaman Təqsirləndirilən şəxs heç kimin görmədiyi şəraitdə yaşadığı evdə saxladığı narkotik vasitə heroindən 8 (səkkiz) ədəd xırda bükümlərə böldüyü və 1 (bir) ədəd sellofan torbaya yerləşdirdiyi 0,701 qramını udaraq gizlətmişdir. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,057 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,078 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 19:44-də onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı mənzilin mətbəxində olan «Svidze» markalı soyuducunun içərisində 1 (bir) ədəd plastik qutuda 13 (on üç) ədəd şəffaf polietilen bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,950 qram, 1,895 qram, 6,946 qram, 0,887 qram, 0,883 qram, 0,350 qram, 0,898 qram, 0,378 qram, 0,350 qram, 0,362 qram, 0,364 qram, 0,812 qram, 0,873 qram, ümumi təmiz çəkisi 16,948 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, mətbəxdə olan masanın üzərindən 1 (bir) ədəd gümüşü rəngli QC PASS 6 markalı elektron tərəzi, mənzilin eyvanındakı kiçik ölçülü boz rəngli dolabın içərisindən 1 (bir) ədəd qırmızı rəngli, muncuqlarla bəzədilmiş qutuda 8 (səkkiz) ədəd şəffaf polietilen bükümdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,475 qram, 0,411 qram, 0,899 qram, 0,901 qram, 0,895 qram, 0,407 qram, 0,474 qram, 0,480 qram, ümumi təmiz çəkisi 5,942 qram təşkil edən külli miqdarda ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin dolabın gözlüyündən 1 (bir) ədəd karton qutunun içərisindən tərkibində 7,88 qram çəkidə külli miqdarda narkotik vasitə metadon maddəsi olan, üzərində “Methadone 40” yazısı həkk edilmiş konvalyutda, ümumilikdə 197 (yüz doxsan yeddi) ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan metadon tərkibli dərman preparatları, mənzilin eyvanındakı digər böyük ölçülü dolabın içərisindən 1 (bir) ədəd polietilen torbada 2 (iki) ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 320 qram və 5,799 qram, ümumi təmiz çəkisi 325,799 qram olan bitki mənşəli, tərkibinə görə eyni, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, kiçik ölçülü dolabla eyvanın divarının arasından üzərində «tataluks» yazısı olan karton qutunun içərisində 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ayrı ayrılıqda təmiz çəkisi 445,0 qram və 58,530 qram, ümumi təmiz çəkisi 503,53 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 (iki) ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkisi 32,999 qram və 2,013 qram, ümumi təmiz çəkisi 35,012 qram təşkil edən tünd qəhvəyi rəngli, qətranabənzər, komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə aparılmış istintaq zamanı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs qətimkan tədbiri seçildikdən sonra bədəninin daxilində gizlətdiyi narkotik vasitə heroini 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirməklə daşımış, əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında 24 aprel 2021-ci il tarixdə, saat 18:00 radələrində 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan gödəkçənin üst sol cibində 1 (bir) ədəd siqaret qutusuna qoyduğu, ayrı-ayrılıqda təmiz çəkisi 0,122 qram, 0,065 qram, 0,114 qram, 0,083 qram, 0,073 qram, 0,073 qram, 0,080 qram, 0,091 qram, 8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,701 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tapşırığı əsasında 04 may 2021-ci il tarixdə, saat 13:40 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında onunla görüşə gələn qardaşı Şahid1 gətirdiyi sovqata 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilən zaman sovqatın içərisində olan idman şalvarının bel hissəsinə xüsusi üsulla yerləşdirilmiş 1 (bir) ədəd sellofan bükümdə 0,965 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə 0,252 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş və hazırda narkomaniya xəstəliyindən əziyyət çəkir. Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edərkən o, dövlət ittihamçısına diqqətlə qulaq asmışdır. İttiham aktında hər şey düzdür, bircə haldan başqa. Belə ki, həqiqətən də o, tutulduqda və sonradan İstintaq Təcridxanasına yerləşdirildikdə onun üzərindən narkotik vasitələr aşkar edilmişdir. O, ittiham aktında göstərilmiş və üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkisi və növləri ilə razıdır. Bu məsələlər ittiham aktında düzgün yazılmış və bu səbəbdən də o, həmin narkotik vasitələrin çəkisini və növünü mübahisələndirməmişdir. Lakin o, həmin narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. O, həmin narkotik vasitələri tapmış və narkomaniya xəstəliyindən əziyyət çəksə də, tapdığı narkotik vasitələri hüquq mühafizə orqanlarına təhvil verməyi düşünmüşdür. Lakin o, tapdığı narkotik vasitələri polisə təhvil verməyə macal tapmadan polis əməkdaşları tərəfindən tutulmuşdur. O, Sumqayıt şəhərində tutulduqdan sonra 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. O, 3 saylı İstintaq Təcridxanasına aparıldığı zaman orada üzərinə baxış keçirilmişdir. Lakin həmin vaxt onun üzərindən qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. O, Sumqayıt şəhərində tutulduqdan sonra üzərində gizlətdiyi az miqdarda narkotik vasitə olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən həmin narkotik vasitələr çıxmasın deyə, o, həmin narkotik vasitələri udmuşdur. O, İstintaq Təcridxanasına yerləşdirilməmişdən əvvəl onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin onun üzərində qadağan edilmiş heç bir əşya olmamışdır. O, İstintaq Təcridxanasına yerləşdirildikdən bir neçə gündən sonra udduğu narkotik vasitələri öz istifadəsi üçün hazır vəziyyətə gətirmişdir. X5 da onun udduğu və sonradan hazır vəziyyətə gətirdiyi narkotik vasitələr İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar edilmişdir. İstintaq Təcridxanasında onun üzərindən aşkar edilmiş narkotik vasitələri o, udaraq mədəsində keçirdiyinə görə X1 daxil olduğu zaman həmin narkotik vasitələr onun üzərindən aşkar edilməmişdir. O, İstintaq Təcridxanasına mədəsində gizlədərək keçirdiyi narkotik vasitələri tutulduğu gün udmuşdur. X7 mədəsində gizlədərək keçirdiyi narkotik vasitələrin çəkisi təxminən 0,5 qram olmuşdur. Həmin narkotik vasitələr o, İstintaq Təcridxanasında olarkən 4 gündən sonra onun bədənindən çıxmışdır. O, 4-cü dəfədir ki, cinayət törətməyə görə məhkum olunur. O, İstintaq Təcridxanasına gizli yolla keçirdiyi narkotik vasitələri istifadə edə bilməmişdir. Çünki həmin narkotik vasitələr oranın əməkdaşları tərəfindən aşkarlanmışdır. O, İstintaq Təcridxanasına gizli yolla keçirdiyi narkotik vasitələrin hər hansı bir hissəsini heç kimə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və aşkarlanmış külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X6- Nəzarət Şöbəsində nəzarətçi vəzifəsində işləyir. 18 aprel 2021-ci il tarixdə onun işlədiyi təcridxanaya qəbul olunmuş, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə, təxminən saat 13:40 radələrində qardaşı Şahid1 sovqat gətirmişdir. Şahid1 gətirdiyi sovqata əvvəlcədən alınmış əməliyyat məlumatına əsasən baxış keçirilmişdir. Baxış zamanı sovqatda olan idman şalvarının bel hissəsinə xüsusi üsulla gizlədilmiş 2 (iki) ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə oxşar maddələrlə bağlı Şahid1 izahat alınmış və sonuncu öz izahatında sovqatı həbsdə saxlanılan qardaşı Təqsirləndirilən şəxs sifarişi ilə gətirdiyini, həmin idman şalvarının qardaşı ilə əvvəllər yaşamış qadın tərəfindən evlərinə verildiyini bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitəyə oxşar maddələrin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədi ilə hal şahidləri və vətəndaş Şahid1 iştirakı ilə həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndərilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4, Şahid8 və Şahid7 oxşar məzmunlu ifadələr verməklə dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları ətraflı təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X2 Bölməsinin rəisi vəzifəsində işləyir. Onun işlədiyi təcridxanaya qəbul olumuş, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə 19 aprel 2021-ci il tarixdə əvvəlcədən alınmış əməliyyat məlumatına əsasən xüsusi ayrılmış otaqda baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl iki nəfər hal şahidi dəvət olunmuş və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan gödəkçənin sol üst cibindən siqaret qutusunun içərisində gizlədilmiş 8 (səkkiz) ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə oxşar maddələrlə bağlı Təqsirləndirilən şəxs yazdığı izahatda həmin maddələrin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitələri udma yolu ilə təcridxanaya keçirdiyini və həmin bükümlər ifraz olunduqdan sonra orada həmin narkotik vasitə heroini əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş 8 (səkkiz) ədəd sellofan bükümdə olan narkotik vasitəyə oxşar maddələrin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədi ilə hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndərildi. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanıldığı İstintaq Təcridxanasına 04 may 2021-ci il tarixdə, təxminən saat 13:40 radələrində qardaşı Şahid1 sovqat gətirmişdir. Alınmış əməliyyat məlumatına əsasən sovqata baxış keçirilmiş və baxış zamanı sovqatda olan idman şalvarının bel hissəsinə xüsusi üsulla gizlədilmiş 2 (iki) ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə oxşar maddələrlə bağlı Şahid1 yazdığı izahatda sovqatı həbsdə saxlanılan qardaşı Təqsirləndirilən şəxs sifarişi ilə gətirdiyini, həmin idman şalvarının qardaşının gəzdiyi xanım tərəfindən evlərinə verildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitəyə oxşar maddələrin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədi ilə hal şahdiləri və Şahid1 iştirakı ilə həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndərilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2010-cu ildən polis orqanlarında xidmət edir. 2019-cu ildən isə o, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsində əməliyyat müvvəkkili vəzifəsində xidmət aparır. 16 aprel 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatında “Malik” adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması bildirilmişdir. Ona görə də “Malik” adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və qeyd edilən şəxsin narkotik tərkibli maddələri əldə etməsi, saxlaması, qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Malik adlı şəxs – 07 avqust 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olan və ünvan 2-də yaşayan Təqsirləndirilən şəxsdur. Sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və 16 aprel 2021-ci il tarixdə, saat 19:17-də o, Şahin Vəliyev, Şahid12, Şahid13 və inspektor-kriminalist Şahid14lə birlikdə Sumqayıt şəhəri, 40cı məhəllə ərazisində yerləşən “Modul” tipli xəstəxananın arxa hissəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu tutmuşdur. Təqsirləndirilən şəxs tutularkən inspektorkriminalist Şahid14 tərəfindən video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra onlar özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, qəbulunda, üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəli olduğundan tutduqlarını izah etmişlər. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün həmin ərazidə əlverişli şərait olmadığından onlar Təqsirləndirilən şəxs 3-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs Polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə video kameradan istifadə edilməklə çəkiliş aparılacağı barədə təhqiqatçı tərəfindən məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Zoya Hüseynova da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əlini əynində olan qara rəngli şalvarın sağ yan cibinə salaraq əvvəlcə 1 (bir) ədəd mobil telefonu, sonra əynində olan şalvarın sol yan cibindən pulları, sonra 1 (bir) ədəd bükümü, bundan sonra əynində olan şalvarın sağ yan cibindən pulları, sonra isə əynində olan şalvarın sol yan cibindən başqa 1 (bir) ədəd bükümü və 1 (bir) ədəd üzüyü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli tozşəkilli maddə, gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda isə içərisindən ağ rəngli, kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ağ rəngli maddənin “şüşə”, qəhvəyi rəngli maddənin isə “kakos” olduğunu və bu vasitələri iki gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “Razin” qəsəbəsində “Fəyyaz” adlı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Fəyyaz” adlı şəxsdən aldığı psixotrop maddə və narkotik vasitənin bir hissəsini də kirayədə yaşadığı ünvan 2 ünvanında saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs razılığı və Təqsirləndirilən şəxs vəkili X8, digər polis əməkdaşlarının iştirakı ilə video kamera vasitəsilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və baxış keçirilərkən mənzilin mətbəxində olan soyuducunun üzərindən 1 (bir) ədəd elektron tərəzi, soyuducunun içərisindən 1 (bir) ədəd plastik qutuda 13 (on üç) ədəd şəffaf və qırmızı rəngli sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Mənzilin eyvanındakı kiçik ölçülü boz rəngli dolabın içərisinə baxış keçirilərkən oradan 1 (bir) ədəd qırmızı rəngli, muncuqlarla bəzədilmiş qutuda 8 (səkkiz) ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qutudakı bükümlərin içərisində psixotrop maddə metamfetaminin olduğunu, mənzilin mətbəxindən aşkar edilərək götürülmüş maddələrin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə, oradaki kiçik ölçülü boz rəngli dolabın gözlüyündən 1 (bir) ədəd karton qutunun içərisindən sarı rəngli yapışqan lentlə bir birinə yapışdırılmış vəziyyətdə ümumilikdə 20 (iyrimi) ədəd içərisində dairəvi dərman həbləri olan blisterlər, 1 (bir) ədəd bir hissəsi kəsilmiş dairəvi dərman həbləri olan blister kəsiyi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik tərkibli МЛ0 adlanan metadon dərman həbləri olduğunu bildirmişdir. Mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə, eyvandakı digər böyük ölçülü dolabın içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellofan torbada 2 (iki) ədəd şəffaf rəngli sellofan bükümlərdə olan bitki mənşəli, yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitki tərkibli, yaşıl rəngli kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə, eyvandakı kiçik ölçülü dolabla eyvanın divarının arasından 1 (bir) ədəd karton qutu aşkar edilmişdir. Karton qutunun içərisinə baxış keçirildikdə, içərisindən digərlərinə nisbətən böyük ölçülü 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm, 2 (iki) ədəd üzəri sarı rəngli yapışqan lentlə yapışdırılmış bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra mənzilə baxış keçirilməsi davam etdirildikdə, mənzilin mətbəxində olan masanın yan hissəsindən 1 (bir) ədəd ov tüfənginin patronuna oxşar əşya, mənzilin qonaq otağındakı divanın alt hissəsindən isə 1 (bir) ədəd içərisində müxtəlif yazılar olan dəftər və qara rəngli pul kisəsi aşkar edilmişdir. Pul kisəsinin içərisinə baxış keçirildikdə, içərisindən Şahid2 Mirzalı qızına məxsus şəxsiyyət vəsiqəsi və ümumilikdə 4.000 manat məbləğində pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ov tüfənginin patronuna oxşar əşyanı tapdığını və yaşadığı mənzildə saxladığını, pul kisəsinin, həmin pul kisəsinin içərisində olan pul vəsaitinin və şəxsiyyət vəsiqəsinin anasına məxsus olduğunu, götürülmüş dəftərin isə hansı məqsədlə istifadə edilməsi barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra sənədləşmənin davam etdirilməsi üçün yenidən onlar Təqsirləndirilən şəxslə birlikdə Polis bölməsinə qayıtmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş və həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. O da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2018-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hökmündən (cild 2, iş vərəqə 45-49) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 194) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/358 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 239) görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş bitki kütləsi” yazılar olan üzəri skoçla bağlanmış polietilen bağlamada 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkisi 320,0 qram və 5,799 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 325,799 qram təşkil etmişdir. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 8-10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 34-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2021-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 117) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol üst cibindən siqaret qutusunun içərisində gizlədilmiş 8 (səkkiz) ədəd siqaret kağızına bükülmüş büküm aşkar edilmiş və həmin bükümlərin içərisində narkotik vasitəyə oxşar maddələrin olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1629 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 127-128) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs 8 ədəd narkotik vasitəyə bənzər” yazısı olan zərfdə üzərində “Sobranie” göstəricisi olan siqaret qutusundakı 8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,461 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin tədqiqat zamanı 8 (səkkiz) ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 0,701 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 (üç) dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1809 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 18-19) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Şahid1” yazısı olan zərfdəki 1 (bir) ədəd sarı rəngli polietilen bükülüdə təmiz çəkisi 0,965 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,252 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Şahid1 qardaşı Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına sovqat aparmış və həmin sovqata baxış keçirilərkən sovqatın içərisindən 2 (iki) ədəd sellofana bükülmüş narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1844 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 82-84) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Şahid1” sözləri və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,915 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,202 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1845 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 154-156) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs 8 (səkkiz) ədəd narkotik vasitəyə bənzər” yazısı olan zərfdə üzərində “Sobranie” göstəricisi olan siqaret qutusundakı 8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,461 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin tədqiqat zamanı 8 (səkkiz) ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 0,701 qram olmuşdur (25 aprel 2021-ci il tarixli, 6/1629 saylı ekspert arayışına əsasən). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 102-106) görünür ki, diskin yaddaşında 2 (iki) ədəd, birincisi “00887” adlı, 16 aprel 2021-ci il tarixdə çəkilmiş, 998382 kb həcmində, 11 dəqiqə 13 saniyə davam edən, ikincisi “00888” adlı, 16 aprel 2021-ci il tarixdə çəkilmiş, ******* kb həcmində, 21 dəqiqə 16 saniyə davam edən faylların olduğu müəyyən olunmuşdur. Birinci faylın yaddaşında rəngli formatda, işıqlı, aydın hava və çöl şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Faylda olan videogörüntüyə baxış keçirilməsi davam etdirildikdə, videogörüntünün Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Modul” tipli xəstəxananın arxa hissəsi ilə həmin ərazidə yerləşən hündürmərtəbəli yaşayış binasının arasından keçən asfalt örtüklü yolu və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində asfalt örtüklü yolla əynində qara rəngli şalvar və zolaqlı qısaqol köynək olan şəxsin piyada, sərbəst addımlarla videoçəkiliş aparan şəxs istiqamətində hərəkət etdiyi, həmin şəxsin bir qədər hərəkət etdikdən sonra ona hərəkət istiqamətinin sol, sağ və qarşı tərəflərindən mülki geyimli şəxslərin yaxınlaşaraq onu saxladıqları, bundan sonra həmin şəxslərə polis əməkdaşının gündəlik geyim formasında olan başqa bir şəxsin yaxınlaşaraq saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin məlumat verərək onun narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirdiyi, daha sonra digər şəxslərdən də özlərini təqdim etmələrini xahiş etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək əməliyyat müvvəkkili, polis kapitanı Vəliyev, ikinci özünü təqdim edən şəxsin əməliyyat müvvəkkili, polis kapitanı Məmiyev, üçüncü özünü təqdim edən şəxsin kiçik əməliyyat müvvəkkili, polis serjantı Əliyev, dördüncü özünü təqdim edən şəxsin əməliyyat müvvəkkili, polis leytenantı Ağayev olduğunu bildirdikləri, bundan sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin də özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Radii Əsədov olduğunu bildirdiyi, daha sonra həmin şəxsin saxlanılmış şəxsə təkrar olaraq narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığı barədə məlumat verdiyi, həmçinin həmin ərazidə mövcud olan şəraitin saxlanılmış şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə imkan vermədiyindən aparılan video çəklişin dayandırılmadan araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə getmələrini təklif etdiyi, saxlanılmış şəxsdən hər hansı etirazının olub olmadığını soruşduğu, saxlanılmış şəxsin etirazının olmadığını bildirdikdən sonra orda olan şəxslərin hərəkətə başlayaraq yol kənarında dayanmış ağ rəngli avtomobilə doğru hərəkət etdikləri və atomobilə əyləşdiklərinin göründüyü, bu müddət ərzində video görüntünün dayandırılmadan davam etdirildiyi, özünü əməliyyat müvvəkkili Məmiyev kimi təqdim edən şəxsin avtomobilin sürücü oturacağında, özünü kiçik əməliyyat müvvəkkili Əliyev kimi təqdim edən şəxsin sürücü oturacağının arxasındakı oturacaqda, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən saxlanılmış şəxsin onun yanında əyləşdikləri, bundan sonra avtomobilin hərəkətə başladığı, bu cür görüntünün 04 dəqiqə 05 saniyyə davam etdikdən sonra avtomobilin dayandığı, avtomobildə olan şəxslərin avtomobildən enərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına, daha sonra isə inzibati binanın içərisində yerləşən xidməti otaqların birinə daxil olduqları, xidməti otaqda özünü təhqiqatçı Radii Əsədov kimi təqdim edən şəxsin otaqdakı mülki geyimdə olan şəxsi özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə təqdim edərək, həmin şəxsin Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X11 olduğunu bildirdiyi, müdafiəçinin onun hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün iştirak edəcəyi barədə məlumat verdiyi, saxlanılmış şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bir daha xatırladılaraq, şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet, yaxud narkotik maddə varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində narkotik maddə olduğunu təsdiq etdiyi və əlini əynində olan qara rəngli şalvarın sağ yan cibinə salaraq ilk əvvəl bir ədəd mobil telefonu, daha sonra şalvarın sol yan cibindən pul əskinazlarını, bir ədəd bükümü, daha sonra əynində olan şalvarın sağ yan cibindən pul əskinazlarını, sonda əynində olan şalvarın sol yan cibindən başqa bir bükümü və bir ədəd üzüyü çıxarıb təqdim etdiyi, təqdim edilmiş sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli tozşəkilli maddənin, gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda isə içərisindən ağ rəngli, kristal şəkilli maddənin olunduğu, özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə həmin maddələrin nə olması, kimdən, harda, nə vaxt, nə məqsədlə və neçəyə əldə etməsi barədə sual verildikdə isə, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin suallara cavab verərək ağ rəngli maddənin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, digər qəhvəyi rəngli maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, narkotik vasitə və psixotrop maddəni iki gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “Razin” qəsəbəsində “Fəyyaz” adlı şəxsdən, şəxsi istifadəsi üçün 200 manat pul verərək aldığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin “Fəyyaz” adlı şəxsdən aldığı psixotrop maddə və narkotik vasitənin bir hissəsi olduğunu bildirdiyi, bundan sonra müdafiəçinin suallarla saxlanılmış şəxsə müraciət etdiyi, saxlanılarkən ona qarşı hər hansı formada təzyiq göstərilib göstərilmədiyini, narkotik tərkibli maddələri və psixotrop maddələrinin qəbulu ilə məşğul olub olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin ona məxsus olub-olmadığını soruşduğu, saxlanılmış şəxsin suallara cavab verərək saxlanılarkən ona qarşı hər hansı formada təzyiq göstərilmədiyini, narkotik tərkibli maddələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olduğunu, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş maddələrin ona məxsus olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin saxlanılmış şəxsə müraciət edərək yaşadığı mənzilədə baxış keçiriləcəyi barədə məlumat verilərək, yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olub-olmadığını soruşduğu, saxlanılmış şəxsin yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyi, daha sonra isə aparılan video çəkilişin dayandırıldığı müəyyən olunmuşdur. Diskin yaddaşında olan ikinci “00888” adlı, 16 aprel 2021-ci il tarixdə çəkilmiş, ******* kb həcmində, 21 dəqiqə 16 saniyə davam edən faylın yaddaşında rəngli formatda, işıqlı və çöl şəraitində çəkilmiş videogörüntünün olduğu müəyyən olundu. Faylda olan videogörüntüyə baxış keçirilməsi davam etdirildikdə videogörüntünün Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 12/19 ünvanında yerləşən yaşayış binasının qarşısım və ətraf əraziləri əks etdirdiyi, videogörüntünün əvvəlində ilk videogörüntüdə iştirak edən şəxslərin bir yerə toplandıqlarının göründüyü, ilk videogörüntüdə özünü Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Radii Əsədov kimi təqdim edən şəxsin saxlanılmış şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçiriləcəyi barədə məlumat verdiyi, bundan sonra onun ilk video görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə müraciət edərək mənzildə kiminlə yaşadığım, mənzildə hazırda kimin olmasını, mənzilin açarlarının harda olduğunu soruşduğu, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin suallara cavab verərək mənzildə anası ilə birlikdə yaşaması, mənzildə hazırda heç kimin olmadığını və mənzilin açarlarının yuxarıda olmasını bildirdiyi, bundan sonra orda olan şəxslərin hərəkətə başlayaraq yaşayış binasının dəhlizinə daxil olduqları və pilləkənlərlə yuxarı mərtəbələrə doğru hərəkət etdikləri, bir qədər hərəkət etdikdən sonra isə qara rəngli giriş qapısı olan mənzilin qarşısında dayandıqları, bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin mənzilin açarının divarda olan boşluqda olduğunu bildirərək, həmin boşluqdan mənzilin açarım götürərək mənzilin qapısını açdığı, daha sonra orda olan şəxslərin mənzilə daxil olduqları və dəhlizlə keçib mənzilin otaqlarından birində dayandıqları, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə suallarla müraciət edərək mənzilin neçə otaqdan ibarət olmasını, mənzildə kiminlə yaşaması və mənzildə narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşduğu, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin suallara cavab verərək mənzildə anası ilə birlikdə yaşamasını, mənzilin iki otaqdan ibarət olmasını və mənzildə narkotik vasitə olmasını bildirdiyi, bundan sonra orda olan şəxslərin ilk əvvəl mənzilin mətbəxinə getdikləri, mətbəxə baxış keçirildikdə mətbəxdə olan soyuducunun üzərindən bir ədəd elektron tərəzinin, soyuducunun içərisindən bir ədəd plastik qutuda on üç ədəd şəffaf və qırmızı rəngli sellofan bükümlərin aşkar edilərək götürüldüyü, daha sonra baxışda iştirak edən şəxslərin mənzilin eyvanına getdikləri, eyvandakı kiçik ölçülü boz rəngli dolabın içərisindən bir ədəd qırmızı rəngli, muncuqlarla bəzədilmiş qutuda səkkiz ədəd şəffav rəngli sellofan bükümün aşkar edilərək götürüldüyü, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin suallara cavab verərək həmin qutudakı bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, mənzilin mətbəxindən aşkar edilərək götürülmüş maddələrin isə narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu bildirdiyi, eyvana baxış keçirilməsi davam etdirildikdə kiçik ölçülü boz rəngli dolabın gözlüyündən bir ədəd karton qutunun içərisində sarı rəngli yapışqan lentlə bir birinə sarınmış vəziyyətdə ümumilikdə iyrimi ədəd içərisində dairəvi dərman həbləri olan blister, bir ədəd bir hissəsi kəsilmiş üzərində yeddi ədəd dairəvi dərman həbləri olan bilster kəsiyinin aşkar edilərək götürüldüyü, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin məlumat verərək həmin maddələrin narkotik tərkibli M- 40 adlanan metodon dərman həbləri olduğunu bildirdiyi, mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə eyvandakı digər böyük ölçülü dolabın içərisindən bir ədəd şəffav rəngli sellofan torbada, iki ədəd şəffav rəngli sellofan bükümlərdə bitki mənşəli, yaşıl rəngli kütlənin aşkar edilərək götürüldüyü, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin məlumat verərək həmin bitki tərkibli, yaşıl rəngli kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirdiyi, mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə eyvandakı kiçik ölçülü dolabın içərisindən bir ədəd kitabın aşkar edildiyi, kitabın üzlüyü qaldırıldıqda kitabın iç tərəfində dəmir üzlüyü olan qutunun olduğunun müəyyən edildiyi, həmin qutu açıldıqda isə qutunun içərisindən müxtəlif nominallarda pul vəsaitlərinin aşkar edildiyi və götürüldüyü, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin aşkar edilmiş pul əskinazlarmın özünə məxsus olduğunu bildirdiyi, mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə eyvandakı kiçik ölçülü dolabla eyvanın divarının arasından bir ədəd karton qutunun aşkar edildiyi, karton qutunun içərisinə baxış keçirildikdə içərisindən digərlərinə nisbətən böyük ölçülü bir ədəd şəffaf rəngli sellofan bükümün, iki ədəd isə üzəri sarı rəngli yapışqan lentlə sarınmış bükümlərin aşkar edildiyi, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin məlumat verərək həmin bükümlərdəki maddələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan tiryək olduğunu bildirdiyi, mənzilin eyvanına baxış keçirilməsi davam etdirildikdə eyvandan başqa saxlanması qadağan edilmiş əşya və pridmet aşkar edilmədiyi, bundan sonra baxışda iştirak edən şəxslərin mənzilin qonaq otağına qayıtdıqları, ilk video görüntüdə özünü əməliyyat müvvəkkili Məmiyev kimi təqdim edən şəxsin bir ədəd göy rəngli gövdəsi olan ilk baxışdan ov tüfənginin patronuna axşar əşyanı təqdim edərək, həmin əşyanın mənzilin mətbəxindəki masanın yan hissəsindən aşkar edildiyini bildirdiyi, özünü Təqsirləndirilən şəxs.kimi təqdim edən şəxsin məlumat verərək həmin əşyanın nə olması barədə məlumatı olmadığını bildirib, həmin əşyanı tapdığını və yaşadığı mənzildə saxladığını bildirdiyi, bundan sonra baxışda iştirak edən şəxslərin mənzilin mətbəxinə qayıtdıqları və patrona oxşar əşyanın aşkar edildiyi yeri dəqiqləşdirdikləri, sonradan yenidən mənzilin qonaq otağına gəldikləri, mənzilin qonaq otağında olan divanın üz hissəsi qaldırılıb baxış keçirildikdə ordan bir ədəd dəftərin və qara rəngli pul kisəsinin aşkar edildiyi, pul kisəsinin içərisinə baxış keçirildikdə pul kisəsinin içərisindən X4 məxsus şəxsiyyət vəsiqəsi, əlli iki ədəd 20 manatlıq, iyrimi bir ədəd ədəd 100 manatlıq, on yeddi ədəd 50 manatlıq, bir ədəd 10 manatlıq pul əskinazlarından ibarət, ümumilikdə 4.000 manat məbləğində pul vəsaitləri olduğu müəyyən edildiyi, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən saxlanılmış şəxsin məlumat verərək, pul kisəsinin, pul kisəsinin içərisində olan pul vəsaitlərinin və şəxsiyyət vəsiqəsinin anasına məxsus olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin mənzildən aşkar edilərək götürülmüş maddi sübutlar barədə, sənədləşmənin aparılması üçün polis bölməsinə qayıdacaqları barədə məlumat verdiyi, bundan sonra isə aparılan video çəkilişin dayandırıldığı müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3380 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 148-151) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində AR ƏN-nin MEM-nin Tədqiqat Obyekti № 59 və Tədqiqat Obyekti № 65 ştamp əksləri olan paketlərdəki - Vət.Şahid1 üzərindən, yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlər, eləcə də onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasmda üzərindən və daha qardaşının vasitəsilə ora keçirilən zaman aşkar edilmiş narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Vət.Şahid1 üzərindən, yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminlər, eləcə də onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında üzərindən və qardaşının vasitəsilə ora keçirilən zaman aşkar edilmiş psixotrop maddə olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 1934 nömrəli rəyindən (cild 2, iş vərəqə 144) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannnabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 139-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 04 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 153-175) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, habelə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,812 qram təşkil edən narkotik vasitə heroinin, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı qalıq sayı 192 olan həbin, qalıq çəkisi 325,799 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, qalıq çəkisi 325,754 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 17,645 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 509,15 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,855 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,142 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,301 qram təşkil edən narkotik vasitə heroinin, 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin, zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə - atəşə yararlı 1 (bir) ədəd patronun maddi sübut kimi tanınması və saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 194-196) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi (sadə residiv) müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və cəzasını çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş 2 (iki) il müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Başqa sözlə, o, az ağır cinayət törətməyə görə üzərində ödənilməmiş məhkumluğu olduğu halda yenidən qəsdər ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasına əsasən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də həmcins cinayət əməllərini törətmişdir. O, törətdiyi cinayət əməllərinə görə aşağı həddə cəzalandırılmışdır. Onun barəsində məhkəmələr tərəfindən humanist qərarlar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımdan və ona göstərilmiş güzəştdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, o, törətdiyi əməllərdən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Belə olduğu halda, Cinayət Məcəlləsinə əsasən Təqsirləndirilən şəxs daha sərt (ağır) cəza təyin edilməlidir. Məhkəmə qeyd edilənləri bir daha məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannnabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,812 qram təşkil edən narkotik vasitə heroin, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı qalıq sayı 192 olan həb, qalıq çəkisi 325,799 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 325,754 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 17,645 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 509,15 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,855 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,142 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,301 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə - atəşə yararlı 1 (bir) ədəd patron isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 473,46 (dörd yüz yetmiş üç manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 473,46 (dörd yüz yetmiş üç manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,812 qram təşkil edən narkotik vasitə heroin, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı qalıq sayı 192 olan həb, qalıq çəkisi 325,799 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 325,754 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 17,645 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 509,15 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,855 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,142 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,301 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə - atəşə yararlı 1 (bir) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 473,46 (dörd yüz yetmiş üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar