Məhkəmə qərarları › İş №1(101)-1612/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1612/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1612/2024 12.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 və X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 10 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə əmisi oğlu X9, adı istintaqa “Baba” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 12 kq 450 qram çəkidə qurudulmuş marixuana, xüsusilə külli miqdarda 6 kq 952,755 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda 3 kq 502 qram çəkidə psixotrop maddə metamfetamini deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi özünə məxsus avtomobildə saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 77,755 qram çəkidə narkotik vasitə heroini ayırıb satış üçün qablaşdıraraq öz üzərində, qalan maddələri isə idarə etdiyi özünə məxsus “Volkswagen” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlətməklə daşıyaraq saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 22 dekabr 2023-cü il tarixdə, saat 19:25-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilərək orada xidməti otaqların birində həmin tarixdə saat 20:40-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə 77,755 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə saat 21:50-dən etibarən idarə etdiyi özünə moxsus “Volksvagen” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və icazəsi ilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən on üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 970 qram, 955 qram, 955 qram, 875 qram, 980 qram, 875 qram, 1005 qram, 965 qram, 1005 qram, 950 qram, 945 qram, 980 qram, 990 qram ümumi təmiz çəkisi 12 kq 450 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik konteynerin içərisində yeddi ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 980 qram, 1015 qram, 985 qram, 905 qram, 995 qram, 1010 qram, ümumi təmiz çəkisi 6 kq 875 qr olan həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd plastik konteynerin içərisində dörd ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 941 qram, 986 qram, 615 qram, 960 qram, ümumi təmiz çəkisi 3 kq 502 qr olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən dörd gün əvvəl Seyid adlı əmisi oğlundan ona narkotik vasitə tapmasını xahiş etmişdir. Sonuncu tanımadığı İran İslam Respublikası vətəndaşı ilə danışmış, bundan sonra Astara rayonundan 800 qram narkotik vasitə marixuana götürmüşdür. Həmin narkotik vasitə üçün 3000 manat verməli olsa da, həmin pulu verməmişdir. Saxlanılmazdan əvvəl avtomobilində 800 qrama yaxın narkotik vasitə marixuana olmuşdur. Üzərində başqa heç bir qanunsuz əşya olmamışdır. Tutulduğu gün 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşıb əl-qolunu bağlayaraq polis idarəsinə aparmışlar. Bölməyə polis əməkdaşlarının avtomobili ilə aparılmışdır. Yolda olarkən polislə avtomobili 244 nömrəli orta məktəbin yanında saxlatmış, 10-15 dəqiqə dayandıqdan sonra yenidən yola düşmüşlər. Onun avtomobili digər polis əməkdaşı tərəfindən bölməyə aparılmışdır. 800 qram marixuananadan başqa digər narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. Digər narkotik vasitə və psixotrop maddələri isə polis əməkdaşları tərəfindən məruz qaldığı təzyiqlər nəticəsində boynuna götürmüşdür. Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarət aşkar edilməsə də, üzünə yüngül sillə vurulmuşdur. Marixuananı şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni teztez almaqdan qorxduğu üçün birdəfəlik 800 qram almışdır. Asması olduğu üçün stres atmaq məqsədilə marixuana istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Heç kəs ondan narkotik vasitə istəməmişdir. Astaraya 1 kiloqram çəkidə marixuana almaq üçün getmişdir. İran vətəndaşı marixuananı onun avtomobilinə qoymuşdur. Bu zaman hava qaranlıq olduğundan sonuncunun onun avtomobilinə nə qədər narkotik vasitə qoyduğunu görməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə saat 19:25 radələrində Baş Naroktiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Asim Nəsirova əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı İmamverdi İsgəndərov adlı şəxsdə narkotik vasitələrin olması barədə olmuşdur. Əməliyyat qrupuna onunla birlikdə 3 nəfər iştirak etmişdir. Əməliyyat tədbiri nəticəsində X6 rayonu, Abay Kunanbayev küçəsində yaşadığı evin qapısının yaxınlığında avtomobilinin yanında duran zaman şübhəli olduğuna görə saxlanılaraq öz avtomobili ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Avtomobili polis əməkdaşlarından biri idarə etmiş, İmamverdi arxada əyləşmişdir. Baş İdarədə təhqiqatçı İmamverdiyə üzərində hər hansı bir qeyri-qanuni əşya olduğu halda təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra İmamverdi əynində olan boz şalvarının sol yan cibindən 1 ədəd içərisində heroinə bənzər kütlə olan büküm təqdim etmişdir. İmamverdidən bükümü haradan əldə etdiyini soruşduqda sonuncu əmisi oğlunun vasitəsi ilə tanış olduğu “Baba” adlı şəxslə əlaqə quraraq Astara rayonu ərazisindən götürdüyünü demişdir. Təhqiqatçı İmamverdidən başqa qanunsuz əşyanı saxladığını soruşduqda İmamverdi avtomobilində də qanunsuz əşya olduğunu demişdir. İmamverdinin avtomobilinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən sonuncu avtomobilin yük yerində 13 ədəd içərisində marixuanaya bənzər kütlə olan bağlama, plastik qabın içərisində 4 ədəd sellofanda metamfetamin və 5 ədəd sellofanda isə heroinə bənzər kütləni təqdim etmişdir. İmamverdi suallara cavab olaraq həmin narkotik vasitələri də əmisi oğlu Seyidin vasitəsi ilə tanıdığı “Baba” adlı şəxslə əlaqə quraraq Astara rayon ərazisindən götürmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə saat 19:25 radələrində Baş Naroktiklərlə Mübarizə İdarəsinə İmamverdi adlı şəxsin külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı əsasında onunla birlikdə 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində saxlayaraq şəxsi avtomobili ilə birlikdə Baş Naroktiklərlə Mübarizə İdarəsinə aparmışlar. İmamverdinin üzərinə baxış zamanı heroin aşkar edilmişdir. İmamverdi avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Sonuncunun avtomobilinə müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı metamfetamin, heroin və marixuana aşkar edilmişdir. İmamverdi narkotik vasitələri əmisi oğlu Seyid vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxslə əlaqə quraraq Astara rayonu ərazisindən götürüb, sonuncunun göstərişi ilə müəyyən yerlərə qoyacaqları barədə razılığa gələcəklərini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə saat 19:25 radələrində Baş Naroktiklərlə Mübarizə İdarəsinə İmamverdi adlı şəxsin külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İmamverdini Binəqədi rayonu, Abay Kunanbayev küçəsində avtomobilinin yanında duran zaman saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmşlar. Sonuncu Baş İdarəyə öz avtomobili ilə aparılmışdır. Baş İdarədə Təhqiqatçı İmamverdinin üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı İmamverdinin üzərindən heroin aşkar edilmişdir. Şəxsi axtarış zamanı İmamverdi idarə etdiyi avtomobildə narkotik vasitə olduöunu etiraf etmişdir. Sonuncunun avtomobilinə keçirilən baxış zamanı marixuana, heroin və metamfetamin aşkar edilmişdir. İmamverdi narkotik vasitələri deyilən yerə qoyacağı halda 3000 manat pul alacağını demişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq edilməmişdir. 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ümumilikdə 12450 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, xüsusilə külli miqdarda 6952,755 qram çəkidə narkotik vasitə heroin və 3502 qram çəkidə psixtrop naddə metamfetamin aşkar edilərək götürülmüşdür. (i.v. 3) 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 10 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğu bildirilir. (i.v. 5) 22 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:20də (faktiki saxlanılma saat 19:25-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklorlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X12 tərəfindən Azərbaycan Respublikası CM-in 234.4-1-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) 23 dekabr 2023-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 90-95) 22 dekabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq qəhvəyi rəngli, spesifik iyli, nakrotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd ***-***-**-** sim kart nömrəsi olan “iPhone” markalı mobil telefon, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və 22 (iyirmi iki) manat aşkar edilərək götürüldü. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, heroinə bənzər kütlənin çəkisi 79 (yetmiş doqquz) qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl Astara rayonunda gizlədilmiş yerdən başqa yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 3000 (üç min) manat pul veəcəyini, İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə əmisi oğlu X10 vaistəsilə tanış olduğunu, bundan başqa Seyid İskəndərov “baba” adlı şəxslə işləyərək pul qazanmağı təklif etdyini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi “Volksvagen” markalı **-MJ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə axtarış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. (İ.v 31-32) 22 dekabr 2023-cü il tarixli avtomobilə axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında İmamverdi İslcəndərov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 22 dekabr 2023-cü il tarixdə saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı idarə etdiyi “Volkswagen” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən on üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 970 qram, 955 qram, 955 qram, 875 qram, 980 qram, 875 qram, 1005 qram, 965 qram, 1005 qram, 950 qram, 945 qram, 980 qram, 990 qram ümumi təmiz çəkisi 12 kq 450 qram külli miqdarda eyni tərkibli çətənə (lcannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik konteynerin içərisində yeddi ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 980 qram, 1015 qram, 985 qram, 905 qram, 995 qram, 1010 qram, ümumi təmiz çəkisi 6 kq 875 qr olan kimyəvi komponent tərkiblərinə görə eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd plastik konteynerin içərisində dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 941 qram, 986 qram, 615 qram, 960 qram, ümumi təmiz çəkisi 3 kq 502 qr olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. (İ.v 38- 39) Məhkəmə bioloji ekspertizasının 23 dekabr 2023-cü il tarixli, 3-16-16-2-7/1733 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs idarə etdiyi “VOLKSVAGEN” markalı **-MJ- *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş və tədqiqata təqdim edilmiş ağ rəngli sintetik torbadakı 06(altı) ədəd polietilen torbada bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 970 qram, 955 qram, 955 qram, 875 qram, 980 qram, 875 qram və ağ rəngli sintetik torbadakı 07(yeddi) ədəd polietilen torbada bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1005 qram, 965 qram, 1005 qram, 950 qram, 945 qram, 980 qram, 990 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 12450 qramdır. (İ.v 48-49) Məhkəmə kimyəvi ekspertizasının 23 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 77,755 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...avtomobildən...” və s. yazılar, imzalar olan kisədəki 07 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 985 qram, 980 qram, 1015 qram, 985 qram, 905 qram, 995 qram, 1010 qram, ümumi təmiz çəkiləri 6875 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, paket və kisədəki ümumi təmiz çəkiləri 6952,755 qram heroin ketlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 941 qram, 986 qram, 615 qram, 960 qram, ümumi təmiz çəkiləri 3502 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 04 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (İ.v 100-101) Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli tarixli, 44 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub, lakin hal- hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ.v 155-156) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd iPhone markalı mobil telefonda olmuş mesajlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, +**********1 saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin istifadəçiyə 19 dekabr 2023-cü il tarixdə saat 00:12-də “sən bir dənə 3-4 günlük maşın işini həll elə də...açarı götürüb gedim...sən maşın işini danış” göndərdiyi səsli mesaja həmin istifadəçi cavab olaraq “yaxşı qardaşım sən bunu həll et mən sənə maşın verəcəm...bunu həll et tez...maşın verirəm də sənə, get mənim optimamı götür sür...açarı da bizdədi, qaz vur sür optimanı...sənə hələlik etibarnamə verərəm..get birinci bunu həll et gizlət sonra götür optimanı sür də qardaşım...götürən kimi get bunları gizlət, öz maşınını da elə yerə qoy ki, adam insan görməsin, optimanın da yerini sənə deyəcəm hardadı...malları da bomba paketləmişəm...qəşəng iki dənə meşokdu, meşoku da keçirmişəm göy yekə sellofanlara, bilinmir də nədi, iki dənə də konteynerdi də görəcəksən özün, at maşına, apar gizlət, bir dənə oradan çıxsın İmaş anamın canı rahatlaşacam” bildirmiş, Təqsirləndirilən şəxs da həmin şəxsə “Arxayın ol abi, arxayın ol mənim qardaşım” bildirmiş və həmin tarixdə saat 23:13-də əlavə olaraq “Hazırdı...gedirəm öz maşınıma qoyum” sözünü yazmış, həmin abunəçi də cavab olaraq “sənin başıva dönərəm Allah köməyin olsun, maşınını elə yerə qoy ki, İmaş, maşını görən olmasın başa düşdün? baqaja qoy nəm çəkməsin olar nəm çəkdi var haa-zay oldu...başa düşdün?sonra sənə deyəcəm optima hardadı götür sür” mətnli səsli mesaj yollamışdır. 22 dekabr 2023-cü il tarixdə həmin abunəçi Təqsirləndirilən şəxs “qardaşım neynirsən? işdən çıxdın mənimlə əlaqə saxla da İmamverdi...daha başqa işlərini otmenit elə qardaşım bir dənə bunu həll edək sənin başına dönərəm İmaş çıxıb getməliyəme mən rayona...mənim qardaşım mən Kürdəxanıdayam gələcəm bura..gələcəksən bura bizim yolumuz üzü Xırdalana tərəfdi...bir dənə bunu rədd edim başımdan bunu həll edək, indi evə getmə...mən çıxıb gedim də İman...söhbətlər var, gələrsən söhbət edərik...sən, qardaşım, götür gəl, başa düşdün? götür, çıx gəl...buradan iki maşın çıxacağıq...vaxt getməsin bir dənə bunu rədd edək mən çıxıb getməliyəm...gəl indi biləcəksən də nə var nə yox” səsli mesaj yollayaraq “Men baki dan cixmaliyam veziyet yaxsi deyil...bunu hell edim cixim” mətnli qısa mesaj yazmışdır. Bundan başqa, adı kontaktlar siyahısında “Emin Mehle” kimi qeyd olunmuş +**********8 saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə “Şeytanı daşlamağa nəsə var? Guya gizlin yazdım da” göndərdiyi mesaja Təqsirləndirilən şəxs cavab olaraq “Birazdan gedəcəm gələndə olacaq...gələndə yığaram” mətnli, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə “Yetim nağd onun birini götürmək olar? 20 atım” göndərdiyi mesaja Təqsirləndirilən şəxs cavab olaraq “Terminaldan ödə...xəbər edəcəm” mətnli, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə “7 manat pulum var, bir dənə, ya yarım dənə təşkil edə bilərsən ? sıxılıram bayaqdan, bilirəm gedib yata bilməyəcəm” göndərdiyi mesaja Təqsirləndirilən şəxs cavab olaraq “Varınıdı gəl verim...” mətnli, adı kontaktlar siyahısında qeyd olunmamış +**********3 saylı nömrədən qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin abunəçiyə 19 dekabr 2023-cü il tarixdə “Salam axşamın xeyir...danışdın sən Seyitlə? mənim dediyimi ona dedin? yoluna qoyacaq?” göndərdiyi mesaja həmin abunəçi cavab olaraq “dedim Seyitə...yoluna qoyacaq, yarım dənə verəcək sənə, yarım dənə qoyacaq, narahat olma...düzələr hər şey...yaxşı olar” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa 31 yanvar 2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokola baxış keçirilmiş və müəyyən edilmişdir Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı göndərilən SMS-lərin içərisində Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2023-cü il tarixdə “Abi ekistezi var tabletka omrunde gormediyin kayf 3saat heyatin bir ani atirsan yasay'ırsan...Ama 25 manatdi...Necedene isteyirsenki biri besdide...Tam abi deyecem sene...Yazdiglarimida sil...Ot yoxdu tuxdadi...Bu birisi... Eladi onuda istemirsen” mətnli mesajlar, habelə həmin GSM nömrə istifadəçisinin Təqsirləndirilən şəxs müvafiq tarixlərdə “Bahadida onnansa şey olsa çox düşür...Nə məsləhətdi elə brat...Ehtiyatdi ol”, ***-***-**-** GSM nömrə istifadəçisinin müvafiq tarixdə “Üsdündə birsey yoxdu qardaşım?”, ***-***-**-** GSM nömrə istifadəçisinin müvafiq tarixdə “Qaqa ankarani kecennen sora yolun solunda market var dus ordan skalad al falqa men girmirem ora. Falqa yoxdu dusub alarsan” mətnli qısa mesaj yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair ələ keçirilmiş anten məlumatlarına keçirilmiş baxışdan məlum olmuşdur ki, istifadəsində olan GSM mobil nömrəyə dair dairələri 17 dekabr 2023-cü il tarixdə saat 22:39-dan 18 dekabr 2023-cü il tarix saat 00:31dən Astara rayonunun müvafiq olaraq Telman, Siyaku, Şiyəkəran, Ojakəran və Pensər kəndlərində qeydiyyatdan keçmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq qəhvəyi rəngli, spesifik iyli, nakrotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd ***-***-**-** sim kart nömrəsi olan “iPhone” markalı mobil telefon, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və 22 (iyirmi iki) manat aşkar edilərək götürüldü. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi, heroinə bənzər kütlənin çəkisi 79 (yetmiş doqquz) qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl Astara rayonunda gizlədilmiş yerdən başqa yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 3000 (üç min) manat pul veəcəyini, İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə əmisi oğlu X10 vaistəsilə tanış olduğunu, bundan başqa Seyid İskəndərov “baba” adlı şəxslə işləyərək pul qazanmağı təklif etdyini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi “Volksvagen” markalı **-MJ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə axtarış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs avtomobilinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, idarə etdiyi “Volkswagen” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən on üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 970 qram, 955 qram, 955 qram, 875 qram, 980 qram, 875 qram, 1005 qram, 965 qram, 1005 qram, 950 qram, 945 qram, 980 qram, 990 qram ümumi təmiz çəkisi 12 kq 450 qram külli miqdarda eyni tərkibli çətənə (lcannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik konteynerin içərisində yeddi ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 980 qram, 1015 qram, 985 qram, 905 qram, 995 qram, 1010 qram, ümumi təmiz çəkisi 6 kq 875 qr olan kimyəvi komponent tərkiblərinə görə eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd plastik konteynerin içərisində dörd ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 941 qram, 986 qram, 615 qram, 960 qram, ümumi təmiz çəkisi 3 kq 502 qr olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eyni olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. 12 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1-ci və 234.4-1-cü maddələrindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12448,7 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 6952,405 qram heroin və 3501,8 qram psixotrop maddə metamfetaminin DİN-in BMCMİ-nin maddi sübutlara kamerasına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş “iPhone” markalı mobil telefon saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 196-225) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 fevral 2012-ci il tarixdən “Brontxial astma qarışıq variant orta ağır gedişli ağciyər emfizası tənəffüs çatışmazlığı İ mərhələ” diaqnozu ilə 25 nömrəli şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən 2021-ci ilə qədər İİİ qrup əlil olub. 2021-ci ildə əlillik ləğv edilib. Xəstənin poliklinikaya son müraciəti 14 iyul 2022-ci il tarixdə olub. (i.v. 190) Cinayət işinin materiallarına əlavə edilmiş 80 saylı MKİS -in rəisi V.B.Balayev tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon 7-ci mikrorayon, A.Kunanbayev küçəsi bina 3a mənzil 47-də qeydiyyatda olduğu müddətdə onun barəsində MKİS-ə şikayət daxil olmamışdır. (i.v. 170) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 adına bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar, 2-ci Siyahısının 118-ci bəndinə əsasən - 400 (dörd yüz) qramdan artıq psixotrop maddə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə, eləcə də, baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitə və psixotrop maddələri könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilində olan marixuananın 800 qram çəkidə olan hissəsinin ona məxsus olduğunu, həmin marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini, digər narkotik vasitə və psixotrop maddələrə aidiyyətinin olmamasını, həmin narkotik vasitələrə və psixotrop maddələri polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində etiraf etdiyini bildirmişdir. Odur ki, məhkəmə narkotik vasitə və psixotrop maddənin çəkisinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilənədək polis əməkdaşları tərəfindən artırılıbartırılmamasını, həmçinin satış məqsədilə əldə edib-etməməsinin sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ifadəsinə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirsə də, təcridxana daxil olarkən üzərində xəsarətin olmadığını bildirmiş, polis əməkdaşları da ona heç bir təzyiq göstərmədiklərini qeyd etmişlər. Bundan başqa, istər şəxsi axtarış, istər baxış protokolları, həmçinin onları dəstləyən Votsap yazışma və danışıqlarından, həmçinin digər sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs dediyi kimi 800 qram maruxuana deyil, ittiham da göstərilən çəkidə narkotik vasitə və psixotrop maddə olmuşdur. Bu da polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddənin çəkisinin artırılmadığına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs marixuana, heroin və metamfetamini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xüsusilə külli miqdarda, eləcə də, qurudulmuş marixuananı külli miqdarda əldə etmişdir. Həmin narkotik vasitə və psixotrop maddənin çəkisi şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olması onun həm narkotik vasitəni, həm də metamfetamini satış məqsədilə əldə etməsinə dəlalət edir. Həmçinin Təqsirləndirilən şəxs 2 növ narkotik vasitə və 1 növ psixotrop maddə aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən müəyyən edilmiş SMSlərdən də aydın olur ki, o, narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmişdir. Belə ki, onun mobil telefonunda kontaktlar siyahısına “Emin mehle” kimi qeyd edilmiş, bundan başqa adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-**, ***-***-**-**, +**********3 saylı mobil nömərələrin istifadəçiləri ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajlar yazılmışdır. Həmin mesajların məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs öz “müştəri”lərinə bir neçə dəfə narkotik vasitələrin satmış və ya satacağına söz vermişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi ilə bağlı onu qeyd edir ki, o, ifadəsində Seyid adlı əmisi oğlunun vasitəsilə İran İslam Respublikası vətndaşı ilə tanış olmuş, sonuncunun narkotik vasitələri qeyd etdiyi yerə qoyacağı halda 3000 manat alacağını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilən zaman telefonun “Whatsapp” tətbiqində +**********1 saylı mobil nömrə ilə narkotik vasitələrin əldə edilməsi bağlı mütəmadi danışıqlar apararaq narkotik vasitə və psixotrop maddələr əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, brontxial astma xəstəliyinin olmasını, himayəsində 1 azyaşlı övladının olmasını əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 12448,7 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 6952,405 qram heroin və 3501,8 qram psixotrop maddə metamfetaminin məhv edilməli, cinayət işinin materiallarında olan 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “iPhone” markalı mobil telefon onun özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmaması nəzərə alınmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 12448,7 qram narkotik vasitə qurudulmuş marixuana, 6952,405 qram heroin və 3501,8 qram psixotrop maddə metamfetaminin məhv edilsin, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “iPhone” markalı mobil telefon onun özünə qaytarılsın. İş üzrə məhkmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizalarına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar