Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1613/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Elşad» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə gəlir əldə etmək müqabilində “Elşad” adlı şəxsə məxsus psixotrop maddənin satışını həyata keçirəcəyi barədə sonuncu ilə razılığa gəlib istintaqa məlum olmayan vaxtda və məkanda “Elşad” adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,591 qram psixotrop maddəni üzərində saxlamaqla daşımış, 17 noyabr 2023-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,591 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, narkotik vasitə istifadəçisidir. Heç bir zaman narkotik satışı ilə məşğul olmamışdır. Polislər tərəfindən saxlanılan zaman da o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulub rəsmiləşdirilmişdir. Daha sonra isə ona satışla ittiham verilmişdir. Sonra onun barəsində axtarış verilmiş, axtarışda onun evinə nə məktub, nə də çağırış gəlməmişdir. O, iki gün axtarışda olmuşdur. Onu ayın 18-i gecə saaat ikiyə işləmiş Sabunçu rayonu, Zabrat ərazisində evdən götürmüşlər, onu evindən səkkiz nəfər aparmışdır. Əməliyyatçılar hasara dırmaşıb evə girmək istəmişlər, qoymayaraq qapını açmış, içəriyə keçərək onu həyətdən götürmüşlər və onu aparmağa gəldiklərini demişlər. Bölməyə gətirib istifadəçi kimi rəsmiləşdirmişlər. Üzərində şəxsi istifadəsi üçün 1,59 qram metamfetamin olmuş, özü təqdim etmişdir. O, adları çəkilən digər şəxslərə narkotikləri narkoman olduğu üçün satış məqsədi ilə olmadan pulla vermiş, özü də pulla almışdır. Saxlayarkən ona hansısa zor tətbiq edilməmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 noyabr 2023-cü il tarixdə saat təxminən 12 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində piyada gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşları onun üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması məqsədilə onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci polis şöbəsinə getmişdir. Polis bölməsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları və vəzifələri ona izah edilmiş, həmçinin hüquqlarını müdafiə etmək üçün pulsuz olaraq dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun da olması ona bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Üzərində narkotik vasitə olduğundan istəməmişdir ki, hüquqlarını müdafiə edən vəkil bunu öz gözü ilə görsün, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Ona görə də təhqiqatçı onun ərizəsini çap etmiş və o, imzalamışdır. Bundan sonra üzərinə müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmışdır. Şəxsi axtarış aparılmazdan qabaq təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən şəffaf siqaret sellofanına bükülmüş psixotrop maddə metamfetamini çıxarmış və təhqiqatçıya təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Təhqiqatçının suallarına cavab olaraq həmin psixotrop maddəni 16 noyabr 2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Buzovna qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərində qanunla qadağan edilmiş digər hər hansı əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən psixotrop maddə bir ədəd içərisi boş olan ağ rəngli zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və iştirak edən şəxslər protokolu imzalamışlar. İstifadəsində olmuş Realme C21 markalı mobil telefonun Whatsapp Business mobil tətbiqində aparılan yazışmalar ona təqdim edilmişdir. “Boba” adı ilə qeydə alınmış +994 77 *** ** ** saylı mobil nömrənin sahibi qonşusu olan Baba adlı şəxsdir. Onunla aparılan yazışmaların məzmunu barədə qeyd etmişdir ki, Baba həmin vaxt ondan psixotrop maddə olan metamfetamin almaq istəmiş, bu barədə söhbət etmişlər, o da sonuncuya psixotrop maddə olan metamfetamin satmışdır. **********115026 saylı bank kartı psixotrop maddəni əldə etdiyi Elşən adlı şəxsə məxsusdur. +994 55 *** ** ** saylı mobil nömrənin sahibi Maqa adı ilə tanıdığı şəxsdir. Həmin şəxs hal-hazırda Balaxanı qəsəbəsində yaşayır. Onunla aparılan yazışmaların məzmunu barədə qeyd etmişdir sonuncu ondan psixotrop maddə olan metamfetamin almaq istəmiş, danışıqlar bu məzmunda olmuş, ona metamfetamin satmamış, çünki Maqa gəlib çıxmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. “Aska” adı ilə qeydə alınmış +994 55 *** ** ** saylı mobil nömrənin sahibi qonşuluqda yaşayan Asif adlı şəxsdir. Onunla aparılan yazışmaların məzmunu barədə qeyd etmişdir ki, Asif adlı şəxs ondan psixotrop maddə metamfetamin almaq istəmiş, həmin yazışmaların məzmunu bununla bağlı olmuş, lakin onu həmin vaxt polis əməkdaşları saxladığından ona heç nə sata bilməmişdir. “Dinka” adı ilə qeydə alınmış +994 77 *** ** ** saylı mobil nömrənin sahibi Dinka adı ilə tanıdığı qadındır. Onunla aparılan yazışmaların məzmunu barədə qeyd etmişdir ki, Dinka adı ilə tanıdığı şəxs ondan “nəşə” almaq istəmiş, o da sonuncuya pulsuz verəcəyini bildirmişdir. Lakin, onda həmin vaxt nəşə olmadığından və tutulduğu üçün Dinkaya nəşə verməmişdir. “Mellim” adı ilə qeydə alınmış +994 70 *** ** ** saylı mobil nömrənin sahibi Ələsgər adlı dostudur. Onunla aparılan yazışmaların məzmunu barədə qeyd etmişdir ki, Ələsgərə pul borcu olmuş, psixotrop maddə satmadığı üçün ona pulunun olmadığını bildirmişdir. Ona narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Başqa heç yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Başqa cinayət əməli törətməmişdir (İ cild, səh. 236-241). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuş və onlar bu barədə raportla rəhbərliyə məruzə etmişlər. Əməliyyat qrupu yaradıldıqdan sonra iş yoldaşı Elvinlə birlikdə Dəryanuru Zabrat-2 qəsəbəsində, evinin yaxınlığında günorta vaxtlarında saxlamışlar və saxlayan zaman özlərini təqdim etmişlər. Onlara daxil olmuş məlumat üzərində narkotik daşınması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 15-ci Polis Bölməsinə gətirmişlər, bölmədə təhqiqatçıların otağında videoçəkilişlə üzərinə baxış keçirilmiş və özü baxışın vəkilin iştirakı olmadan aparılmasını bildirmişdir. Videoçəkilişdə özü narkotik vasitəni təqdim etmiş və Buzovna qəsəbəsində 40 manata aldığını bildirmişdir. Səhv etmirsə üzərindən “patı” çıxmışdır. Üzərindən aşkar edilən narkotik az miqdarda olmuş, çəkisini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin evində gecə vaxtı saxlanılması barədə dedikləri səhvdir. Təqsirləndirilən şəxs saxlayarkən səs çıxardığı üçün qonşular yığılmışdır. Saxlanıldığı zaman harasa tək gedirdi. Saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı hansısa zor tətbiq edilməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 17 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsəbəsi ərazisində alqı satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumat barədə həmin tarixdə tərəfindən bölmənin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək rəhbərliyi altında Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 noyabr 2023- cü il tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşmışlar. Saxlanılan şəxs Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci polis bölməsiə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, bölməyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilərək təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Xiaomi” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq o, həmin psixotrop maddəni Buzovna qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən götürülmüş bir ədəd sellofan büküm ekspertizaya göndərilməsi üçün içərisi boş olan kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir (İ cild, səh. 128-130). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Dəryanur adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi, alqı-satqısı barədə əməliyyat məlumatı daxil olmuş və Şahid1 tərəfindən raportla məruzə olunmuşdur. Həmin şəxsi 17 noyabr tarixində Zabrat qəsəbəsi ərazisində, Cəfərov küçəsində, evinin yaxınlığında saat 12-1 arasında saxlamışlar, narkotik vasitələrin alqı-satqısı ilə bağlı saxlanıldığı barədə məlumat verərək bölməyə dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı tərəfindən üzərinə baxış aparılmış, üzərindən aşkar edilən metamfetamini Buzovna qəsəbəsində tanımadığı şəxsdən qırx manata istifadəsi üçün aldığını özü səmimi olaraq etiraf etmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı hansısa zor tətbiq edilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 131-133). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6050 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,591 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasınm ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 34-37). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 31 yanvar 2024-cü il tarixli, 597 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 151-152). 11.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 noyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axfarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada, psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, 16 noyabr 2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Buzovna qəsəbəsində.üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 40 (qırx) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf selofana bükülmüş xırda kristal formada, psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 29-30). 12.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,591 qram psixtrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,541 qram psixtrop maddə metamfetamin, bundan əlavə içərisində müvafiq yazışmalar olan ***- ***-**-** saylı abonent nömrəsi ilə istifadə olunmuş «Realme C21» markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild, səh. 220). 13.«Sübutların qiymətləndirilməsi haqqında» 13 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 210-218). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, başın təpə nahiyyəsində, sol saidin ön səthində, qarnın ön divarının sol səthində, sol qasıq nahiyyəsində və sol dizin ön səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 15.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 16). 16.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 75-76). 17.«Axtarışda olan şəxsin tutulması haqqında» 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir (İ cild, səh. 145). 18.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 4(008)- 66/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 yanvar 2024-cü il tarixdən hesablamaqla 01 ay 05 gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 171-176). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(008)-503/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 111- 112, 113-120). 20.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-503/2023 nömrəli, 23 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə məhkum cəzasının 11 gününü çəkmiş, çəkilməmiş 2 il 11 ay 15 gün cəzası qalmışdır. 21.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2013-cü il il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən yuxarı həddi 0,15 qram olan psixotrop maddə olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. 33.Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə etməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 34.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, başın təpə nahiyyəsində, sol saidin ön səthində, qarnın ön divarının sol səthində, sol qasıq nahiyyəsində və sol dizin ön səthində köhnə çapıq toxuması aşkar edilmiş, təzə xəsarət izi aşkar olunmamışdır. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 36.Məhkəmə təqsirləndirilən şəxsin üzərinə keçirilmiş şəxsi axtarışa dair videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 noyabr 2023-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 37.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, məhkəmə istintaqı zamanı «Mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə» 20 noyabr 2023-cü il tarixli protokol tədqiq edilmiş, baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın yazışmalarının olması, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 38.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 39.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 40.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 41.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 42.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 45.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 47.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 48.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 49.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 51.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 53.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 56.Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 57.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(008)-503/2023 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 59.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(008)- 503/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 62.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 63.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 64.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 66.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının - 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 67.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 68.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 70.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,541 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Realme C21» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 71.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 72.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 73.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 74.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 75.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 76.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 77.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(008)-503/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,541 qram çəkidə psixtrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Realme C21» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev