Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1614/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1989-cu il tarixdə Laçın rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Binəqədi rayon məhkəməsinin 4 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 9 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 71-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 38-ci korpus, ev 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı İran İR-nin vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayının sonlarında axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş ünvan 1 ünvanda yerləşən parkın yaxınlığındakı ağacın dibindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 55 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 5 may 2021-ci il tarixdə saat 1:15-də DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki bənövşəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 55 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il heroini gündə 2-3 dəfə şpris vasitəsilə əzələyə vuraraq qəbul etmişdir. 5 may 2021-ci il tarixdə saat 2 radələrində ünvan 2 yaşadığı evə 20 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evə daxil olmaq istədikdə o həmin şəxslərdən icazə sənədini göstərmələrini tələb etmiş, polis əməkdaşlarından biri icazə sənədini göstərdikdən sonra qapını açmışdır. Həmin vaxt ailə üzvləri də evdə olmuşdur. Polis əməkdaşları içəri daxil olduqdan sonra o, üzərində olan 1 qrama yaxın narkotik vasitə heroini və 1 ədəd metadon həbini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Polis əməkdaşları onu evdə tutmuşlar. Üzərində olan narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 il narkotik vasitə olan heroini gündə 2-3 dəfə şpris vasitəsilə əzələyə vurmaqla qəbul etmişdir. Təxminən 2021-ci ilin aprel ayında “Odnoklassniki” sosial şəbəkəsində şəxsi hesabında olan profilinə “İlqar” adlı tanımadığı şəxs mesaj yazaraq onunla tanışlıq münasibətləri qurmağa başlamışdır. O da qeyd olunan sosial şəbəkədə İran vətəndaşı olan “İlqar” kimi adını bildiyi şəxslə yazışmağa başlamışdır. Təxminən bir neçə gün keçdikdən sonra “İlqar” kimi adını bildiyi şəxs “Odnoklassniki” sosial şəbəkəsində ondan narkotik vasitə qəbul edibetməmədiyini maraqlanan zaman o, sonuncuya narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Belə ki, “İlqar” narkotik vasitə olan heroini onun tanımadığı tanışlarına dəqiq bilmədiyi üsulla Bakıya göndərəcəyini və göndərmiş olduğu narkotik vasitənin qramını 16 manata ona verəcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Aralarında olan şifahi sövdələşməyə əsasən “İlqar” adlı şəxsin ona qeyd etmiş olduğu qiymətə verəcəyi narkotik vasitəni hissə-hissə olmaqla tanışlarına sataraq əldə edəcəyi pulu göndərmiş olduğu “Kapital Bank”a məxsus olan kartlardan birinə pulu köçürməli olduğunu bildirmişdir. Belə ki, o, narkotik vasitənin qiymətini maraqlanan zaman “İlqar” ona narkotik vasitənin 1 qramını 16 manat satış qiyməti olaraq təklif etmiş, qiymət ucuz olduğundan və ona sərf etdiyindən “İlqar”la razılaşmış və həmin vaxtdan etibarən “İlqar” adlı şəxsdən 1 qram narkotik vasitə olan heroini 16 manata almağa başlamışdır. Əsasən, “İlqar” adlı şəxslə “WhatsApp” vasitəsilə ona hər dəfəsində müxtəlif bank kartları ataraq oraya alacağı narkotik vasitənin pulunu köçürməsini bildirmişdir. O həmin bank hesablarına pul köçürdükdən sonra köçürdüyü məbləğin çekinin şəklini çəkərək “İlqar” adlı şəxsə göndərmişdir. Bundan sonra axşam saatlarında ona xəbər gəldikdən sonra hər dəfəsində müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni götürüb dediyi ünvanlara çatdırmışdır. 5 may 2021-ci il tarixdə saat 1 radələrində ünvan 2 yaşadığı evin yaxınlığında piyada gəzən zaman 2 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirərək onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada ona müdafiəçi qismində Xəyalə Babayeva təyin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan bənövşəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 büküm qəhvəyi rəngli tozşəkilli maddə olan heroini, 1 ədəd elektron tərəzini və boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Kgtel” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və əynində olan bənövşəyi rəngli gödəkcəsinin sol yan cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan gödəkcəsinin digər ciblərini açmaq tələb olunmuş, şalvar və gödəkcəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış və heç bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən çıxan siqaret qutusunu açmaq tələb olunmuşdur. O, siqaret qutusunu açaraq içərisini boşaltmışdır. Siqaret qutusunda siqaretdən başqa heç nə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün nə olduğu soruşulduqda o həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirərək “Odnoklassniki” sosial şəbəkəsindən İran vətəndaşı kimi tanıdığı, özünü “İlqar” kimi təqdim edən şəxsdən aldığını bildirmişdir. Belə ki, o, əvvəlcə həmin “İlqar” adlı şəxsin istifadəsində olan mobil nömrəsinə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng etmiş, həmin “İlqar” adlı şəxs “WhatsApp” vasitəsilə ona hər dəfəsində müxtəlif bank kartları ataraq oraya alacağı narkotik vasitənin pulu köçürməsini bildirmişdir. O həmin bank hesablarına pul köçürdükdən sonra köçürdüyü məbləğin çekinin şəklini çəkərək həmin “İlqar” adlı şəxsə göndərmişdir. Bundan sonra axşam saatlarında ona xəbər gəldikdən sonra hər dəfəsində müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə tutulmazdan 5 gün bundan əvvəl eyni qaydada “İlqar” adlı şəxsə pul göndərərək axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkın yaxınlığında gizlədilmiş yerdən ümumi çəkisi 55 qram olmaqla narkotik vasitə olan heroini qramını 16 manatdan götürmüş, həmçinin elektron tərəzidən isə narkotik vasitədən istifadə edən zaman onun çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 47-50, 63-66). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 4 may 2021 -ci il tarixdə Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 71-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 -ci mədən, 38-ci korpus, ev 1-də yaşayan “Zamin” adlı şəxsin üzərində narkotik vasitələri gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Zamin” adlı şəxsin cinayət əməlini digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 4 may 2021-ci il tarixli qərar qəbul edilməklə BNMİ-nin rəisi İslam Hümbətov tərəfindən həmin tarixdə təsdiq edilmiş əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Qeyd olunan tədbirin o və BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həyata keçirilməsinə qərar verilmişdir. Sonra onlar birlikdə 5 may 2021-ci il tarixdə saat 1:15 radələrində ünvan 5 ünvanın yaxınlığında olarkən “Zamin” adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona üzərində narkotik vasitələri gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 43-cü Polis Bölməsinə aparmışlar. Bu barədə BNMİ-nin rəisinin adına raport tərtib edərək rəisin göstərişi əsasında Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşuya təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan bənövşəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 büküm qəhvəyi rəngli tozşəkilli maddə olan heroini, 1 ədəd elektron tərəzini və boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Kgtel” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və əynində olan bənövşəyi rəngli gödəkcəsinin sol yan cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda o, bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək tutulmazdan 5 gün əvvəl “İlqar” adlı şəxsə pul göndərərək axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkın yaxınlığında gizlədilmiş yerdən ümumi çəkisi 55 qram olmaqla heroinin qramını 16 manatdan götürdüyünü, həmçinin elektron tərəzidən isə narkotik vasitədən istifadə edən zaman onun çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm və 1 ədəd elektron tərəzi boş zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin üzərindən 1 büküm narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 149-151). Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 224-228). Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 229-233). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən istintaqa verdiyi ifadəsini təsdiq edərək hadisənin yerini göstərib hadisələrin necə baş verməsini əyani təsvir etmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 97- 99). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 5 may 2021-ci il tarixdə saat 1:15 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan bənövşəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 büküm qəhvəyi rəngli tozşəkilli maddə olan heroini, 1 ədəd elektron tərəzini və boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Catel” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və əynində olan bənövşəyi rəngli gödəkcəsinin sol yan cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ondan şalvarın ciblərini, əynində olan gödəkcəsinin digər ciblərini açmaq tələb olunmuş, şalvar və gödəkcəsinin ciblərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içərisinə baxılmış, heç bir əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan bükümü açmaq təklif olunmuşdur. O həmin bükümü açaraq içərisində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək narkotik vasitə heroin olduğunu bildirərək həmin maddəni tutulmazdan 5 gün bundan əvvəl eyni qaydada “İlqar” adlı şəxsə pul göndərərək axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkın yaxınlığında gizlədilmiş yerdən ümumi çəkisi 55 qram olmaqla heroini qramını 16 manatdan götürdüyünü, həmçinin elektron tərəzidən isə narkotik vasitədən istifadə edən zaman çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddə və elektron tərəzi müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videoçəkiliş aparılmış və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 5 may 2021-ci il tarixdə saat 2:45-də lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda özünü BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşu kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan bənövşəyi rəngli gödəkcəsinin sağ yan cibindən 1 büküm qəhvəyi rəngli tozşəkilli maddə olan heroin, 1 ədəd elektron tərəzi və boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli “Kgtel” markalı mobil telefon, həmin şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan bənövşəyi rəngli gödəkcənin sol yan cibindən siqaret qutusunu çıxararaq masanın üzərinə qoyur. Daha sonra təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs həmin bükülünü açdıqda isə içərisindən maddə aşkar olunaraq götürülür. Sonra Təqsirləndirilən şəxs həmin büküm ilə bağlı təhqiqatçı tərəfindən şifahi sorğu-sual edilir və o təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni sonuncu dəfə tutulmamışdan 5 gün bundan əvvəl eyni qaydada “İlqar” adlı şəxsə pul göndərərək axşam saatlarında Bakı şəhəri Nərimanov rayonunda yerləşən parkın yaxınlığında gizlədilmiş yerdən ümumi çəkisi 55 qram olmaqla narkotik vasitə olan heroini qramını 16 manatdan götürdüyünü, həmçinin elektron tərəzidən isə narkotik vasitədən istifadə edən zaman onun çəkisini müəyyən etmək üçün istifadə etdiyini qeyd edir. Bundan sonra büküm və elektron tərəzi olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır (cild 1, iş vərəqə 125). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “Samsung Galaxy A32” markalı mobii telefon aparatı nisbi dördbucaqlı formalı olmaqla uzunluğu 12,3 sm, eni 7 sm-dir, hər iki səthi qara rəngli piastmastandır, bir səthi sensorlu (həssas) ekran, ekranda çat yoxdur, digər səthi qapalıdır. Mobil telefon aparatının **********33643/01 və **********33641/01 İMEİ kodlu olması qeyd olunan fabrik etiket yapışdırılmışdır. “Samsung Galaxy A32” markalı mobil telefon aparatının yan tərəfində söndürüb-yandırma və səs tuşları, aşağı tərəfində enerji doldurma yarığı, arxa tərəfində isə 4 ədəd kamera müşahidə olunur. 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon aparatının üzərində işlənmə izləri müşahidə olunur, telefon aparatı 1 ədəd futlara keçirilmişdir. “Samsung Galaxy A32” markalı mobil telefon aparatı açıldıqda içərisindən çox saylı nömrələrlə zəngləşmələr, oxunulmuş və oxunulmamış ismarıc mətnlərinin qutusu, həmçinin müxtəlif mobil əlavələrin mövcud olduğu müşayiət olunur. Bundan başqa “Kgtel” markalı “B310” modelli mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd “Kgtel” markalı “B310” modelli mobil telefon aparatı nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 9,4 sm, eni 6 sm-dir, hər iki səthi ağ rəngli piastmastandır, ekranda çat yoxdur və hər iki səthi qapalıdır. Mobil telefon aparatının **********11927 və **********11935 İMEİ kodlu olması qeyd olunan fabrik etiket yapışdırılmışdır. “Kgtel” markalı “B310” modelli mobil telefon aparatının ön tərəfində düymələr və səs tuşları, aşağı tərfində enerji doldurma yarığı, arxa tərəfində isə 1 ədəd kamera müşahidə olunur. 1 ədəd “Kgtel” markalı “B310” modelli mobil telefon aparatının üzərində işlənmə izləri müşahidə olunur, telefon aparatı 1 ədəd futlara keçirilmişdir. “Kgtel” markalı “B310” modelli mobil telefon aparatı açıldıqda içərisindən çoxsaylı nömrələrlə zəngləşmələr, oxunulmuş və oxunulmamış ismarıc mətnlərin qutusu, həmçinin müxtəlif mobil əlavələrinin mövcud olduğu müşayiət olunur (cild 1, iş vərəqə 122- 124). Cinayət işinin materiallarında olan CD diskə baxış keçirilməsi protokolundan görünür ki, bir ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 5 ədəd “SMS_Tarixçəsi_**********0942_707569187”; “SMS_Tarixçəsi_202106240 **********9187”; “Zənglərin_Detallaşması **********5927 707569187”; “Zənglərin_Məxsusluq_Tarixçələri **********0012 707569187_NAR” adlı fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. İkinci fayl açıldıqda ekranda ***-***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinin “gülafət Hüseynova məmmədxan qizina” məxsus olması göstərilsə də, qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etmişdir. Üçüncü fayl açıldıqda faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. Dördüncü və beşinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur” (cild 1, iş vərəqə 128-148). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 5 ədəd “Nömrənin__Məxsusluq_Tarixçəsi********************900»;«SMS_Tarixçəsi_**********1425_70 9333900”;SMS_Tarİxçəsİ_**********1428_709333 900”, «ZənglərinJDetallaşması **********4711 709333900» və «Zənglərin_Məxsusluq_Tarixçələri **********4742 709333900_NAR»adlı fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda ekranda qeyd olunan mobil nörmənin “şahin Zülfüqarov tahir oğlu və ilkin nuruyev iNQiLAB oğlu” məxsus olması göstərilsə də, qeyd olunan mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etmişdir. İkinci və üçüncü fayl açıldıqda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda və müxtəlif mobil nömrələrdən daxil olan müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur (cild 1, iş vərəqə 153-170). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2021-ci il tarixli 6/1813 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-7 dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 55,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır (Qeyd: heroinin ümumi təmiz çəkisi 55 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 54,95 qram, cild 1, iş vərəqə 36-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/658 saylı, 17 iyul 2021-ci il tarixli rəyində göstərilmişdir ki:
1. Təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32” markalı "SM-A325F/DS" modelli "**********33643/01 və **********33641/01" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; Təqdim edilmiş bir ədəd “Kgtel” markalı "B310" modelli "**********11927 və **********11935" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; 2.Təqdim olunan “Samsung Galaxy A32” markalı "SM-A325F/DS" modelli smartfonun yaddaşında mövcud olan (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video və sairə fayllar) məlumatlar müəyyən olundu;
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbələrə görə tədqiq olunan “Samsung Galaxy A32" markalı "SM-A325F/DS" modelli smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış hər hansı bir məlumat (çat seansı, foto, video, audio və sairə) mübadiləsinin olub- olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
4. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbələrə görə tədqiq olunan “Samsung Galaxy A32” markalı "SM-A325F/DS" modelli smartfonun yaddaşından hər hansı bir (zənglər, “SMS” mesaj, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış hər hansı bir məlumat (çat seansı, foto, video, audio və sairə fayllar) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
5. Təqdim edilmiş “Kgtel” markalı “B310” modelli mobil telefonun “Kontakt” bölməsində yeddi ədəd müxtəlif ad və nömrələr, “SMS” bölməsində müxtəlif məzmunlu qəbul (iyirmi səkkiz ədəd) olunmuş “SMS” mesajlar, “Zənglər siyahısı” bölməsində yığılmış ( on bir ədəd) zənglər, qəbul ( üç ədəd) olunmuş zənglər və buraxılmış (qırx ədəd) zənglər müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
6. Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbələrə görə tədqiq edilmiş “Kgtel” markalı “B310” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
7. Təqdim edilmiş “Kgtel” markalı “B310” modelli mobil telefonun yaddaşında “WhatsApp” proqram təminatı və “Multimedia” bölməsində foto, video, audio və fayllar müəyyən olunmadı (cild 1, iş vərəqə 186-189). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 7 avqust 2021-ci il tarixli 2733 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 193-194). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 30 iyun 2021-ci il tarixli 1412 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 191- 192). Cinayət işinin materiallarında olan 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 55 qram (qalıq 54,95 qram) narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 5 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 195-208). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Şükürov X4 rayon məhkəməsinin 4 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 9 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 174-184). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 6 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 may 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 125 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qalıq çəkisi 54,95 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 125 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qalıq çəkisi 54,95 qram olan narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.