Məhkəmə qərarları › İş №1(101)-1614/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1614/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1614/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən onlayn qaydada külli miqdarda, yəni 13,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,518 qram xaş-xaş bitkisindən kustarü sulla hazırlanmış narkotik vasitə tiryək alaraq əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 15 aprel 2022-ci il tarixdə saat 17:00-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15V ünvanında yerləşən binanın həyətində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ- nə gətirilərək, üzərində şəxsi axtrarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,173 qram və 0,186 qram olmaqla, ümumi təmiz çəkisi 0,530 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,151 qram, 0,583 qram, 0,563 qram və 0,221 qram olmaqla, ümumi təmiz çəkisi 2,518 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış aparılan zaman yataq otağında olan yataq dəstinin altından 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,682 qram və 6,876 qram olmaqla, ümumi təmiz çəkisi 12,558 qram qəhvəyi rəngli tozşəkilli maddələr, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisdir, heç vaxt satışla məşğul olmamışdır. Hadisə günü gecə saat 01 radələrində evdə olan vaxt polis əməkdaşları evinə basqın edib onu götürmüşlər. Həmin vaxt evində 5 qram heroin, 2 qram tiryək olmuşdur, üzərində isə heç nə olmamışdır. Onu xəstə anasının gözü qarşısında dəmir dəyənəklə döyə-döyə evdən çıxarmışlar və bölməyə aparmışlar. Bölmədə də onu döymüşlər, cibində narkotik vasitə olmamışdır, yalnız evində olmuşdur. Özünü istifadəyə görə təqsirli bilir, ancaq satışla yox. Heroinlə tiryəki onlayn yolla, Whatsapp vasitəsilə tanımadığı şəxsdən əldə etmişdir, həmin şəxsin nömrəsi yadında deyil. Bölmədə baxış və axtarış videoçəkilişlə həyata keçirilmişdir, ona təzyiq olunduğu üçün çəkiliş zamanı fərqli ifadə vermişdir. Narkotik vasitədən istifadə etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində yaşadığı Hövsan qəsəbəsində sakinlər tərəfindən də çoxsaylı şikayətlər olunuruş. Şikayətlər də məhz onun mütəmadi olaraq narkotik vasitə istifadə etməsi və narkotik istifadəçisi olan şəxslərlə biryerə toplaşmağı barədə imiş, onun barəsində əməliyyat məlumatı daxil olmuşdur, bununla əlaqədar olaraq onun bölməyə gətirilməsi zərurəti yarandığından, rəhbərliyə raportla müraciət olunmuşdur və əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 15 aprel 2022-ci il tarixdə saat 17 radələrində əməliyyat qrupunun üzvü Şahid2la birlikdə Hövsan qəsəbəsi E.Qasımov küçəsinə getmişlər. Yaşadığı ünvanın həyətində Təqsirləndirilən şəxs saxlamışlar və 30-cu polis şöbəsinə dəvət etmişlər, ona qarşı heç bir təzyiq olunmamışdır, prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və eyni zamanda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 15 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon prokurorluğundan tələb olunan 184-C-22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər ekspertiza rəyi ilə 1-2 həftə əvvələ uyğun gəlmişdir, prokurorluğun müstəntiqi Murad Əlişanovun xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığı üçün, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqqiatçısı, polis kapitanı Zaur Eyvazov tərəfindən tərtib edilmiş baxış və götürmə aparılması haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15V, mənzil 60 saylı ünvana baxış keçirilmişdir. Həmin mənzildəki yataq otağına baxış keçirildikdə Təqsirləndirilən şəxs otaqda olan yataq dəstinin altından 2 ədəd selofana bükülmüş qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyulub bağlanmış, zərfin üstü iştirakçılar tərəfindən o, cümldən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işində olan Bakı şəhər Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqqiatçısı, polis kapitanı Zaur Eyvazov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, birlikdə Hövsan qəsəbəsi E.Qasımov küçəsinə getmişlər. 15V salı ünavanın həyətində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs Ciimşüd oğlunun üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən cibindən 4 ədəd selofan bükümü və 3 ədəd siqaretin qızılı və göy rəngli kaığızında olan bükümləri çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə olan narkotik maddələri onlayn vasitəsi ilə tanımadığı şəxsdən 50 manata almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 7 bükümdə olan həmin maddələr kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 30-ci PŞ-nin 194 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə saxlayır. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2022-ci il tarixli 6/2178 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazı və imzalar olan zərfdəki 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,173 qram, 0,186 qram ümumi təmiz çəkisi 0,530 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,151 qram, 0,583 qram, 0,563 qram, 0,221 qram ümumi təmiz çəkisi 2,518 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Heroinin təmiz çəkisi 0,530 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 0,440 qram, tiryəkin təmiz çəkisi 2,518 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2,318 qram.(ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin16 aprel 2022-ci il tarixli 6/2179 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilmiş» yazı və imzalar olan zərfdəki 2 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 5,682 qram, 6,876 qram ümumi təmiz çəkisi 12,558 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs evindən 2 ədəd bükümdə və üzərindən götürülmüş 3 ədəd bükümdə heroinlərin ümumi təmiz çəkisi 13,088 qramdır və həmin heroinlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 12,558 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 12,358 qram. (ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasında xidməti otaqda və onun yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntiiləri əks etdirən DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 15 aprel 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu əynində olan tünj göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd sellofanlara bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasətəyə bənzər maddələri və 3 ədəd siqaretin qızılı və göy rəngli kağızlarına bükülmüş bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bildirir ki, həmin maddələri 13 apreldə onlayn vasitəsi ilə 50 manat göndərməklə tanımadığı şəxsdən almışdır. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin 194 nömrəli möhürü ilə möhürlənərək götürülür. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, yaşadığı evdə də narkotik vasitələr saxlayır. Bundan sonra 2-ci diskə baxış keçirmiş, diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 15 aprel 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Hövsaır qəsəbəsi E.Qasımov küçsəsi 15A mənzil 60 saylı ünvana baxış keçirilir. Həmin mənzildə yataq dəstinin altından 2 ədəd selofana bükülmüş kütlələri Təqsirləndirilən şəxs özü çıxarıb təqdim edir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyulub bağlanır. Zərfin üstü iştirakçılar tərəfindən o, cümldən Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin verdiyi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1698 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq (12,358 və 0,440 qram) ümumi 12,798 qram heroin və qalıq 2,318 qram tiryək məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 12,798 qram heroin və qalıq 2,318 qram tiryək məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar