Məhkəmə qərarları › İş №1(101)-1614/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1614/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1614/2024 07.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, xx.xx.1999-cu ildə Biləsuvar şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar şəhəri, Seyfəddin Rufullayev küçəsi, ev 12də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 11 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 172 nömrəli ünvanda yerləşən “Bravo” marketin yaxınlığında üzü metronun “Koroğlu” stansiyası istiqamətində piyada hərəkət edən, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs arxasınca gedib aralarında olan cinayətkar razılığa əsasən birlikdə Zərərçəkmiş şəxs çiyinləri ilə sıxışdırıb həmin yol istiqamətində sol tərəfdə yerləşən yaşıllıq ərazisinə apardıqdan sonra orada sonuncuya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib qrup üzvü Təqsirləndirilən şəxs2 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq və Zərərçəkmiş şəxs hərəkətinə mane olmaq məqsədilə sonuncunun sağ tərəfində dayanıb çiyni ilə Zərərçəkmiş şəxs sıxıb saxlamış, o, isə Zərərçəkmiş şəxs əynində olan gödəkcənin sağ iç cibindən 10 manat dəyərində ***- ***-**-** nömrə ilə işləyən, üzərində 10 manat dəyərində ekran qoruyucusu, 15 manat dəyərində bir ədəd mobil telefon koburu olan 679 manat 99 qəpik məbləğində bir ədəd “HONOR” markal “X-9a” modelli mobil telefonu götürüb Zərərçəkmiş şəxs məxsus ümumilikdə 714 manat 99 qəpik məbləğində əmlakı ələ keçirdikdən sonra hücuma məruz qalmış Zərərçəkmiş şəxs qəsdən üz nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxmaqla sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid hər iki dodağın şişkinlik halında əzilməsi, hər iki dodağın genişsahəli qansızması ilə müşayiət olunan xəsarət yetirib qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq quldurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 11 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 172 nömrəli ünvanda yerləşən “Bravo” marketin yaxınlığında üzü metronun “Koroğlu” stansiyası istiqamətində piyada hərəkət edən, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs arxasınca gedib aralarında olan cinayətkar razılığa əsasən birlikdə Zərərçəkmiş şəxs çiyinləri ilə sıxışdırıb həmin yol istiqamətində sol tərəfdə yerləşən yaşıllıq ərazisinə apardıqdan sonra orada sonuncuya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib o, cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq və Zərərçəkmiş şəxs hərəkətinə mane olmaq məqsədilə sonuncunun sağ tərəfində dayanıb çiyni ilə Zərərçəkmiş şəxs sıxıb saxlamış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs əynində olan gödəkcənin sağ iç cibindən 10 manat dəyərində ***-***-**- ** nömrə ilə işləyən, üzərində 10 manat dəyərində ekran qoruyucusu, 15 manat dəyərində bir ədəd mobil telefon koburu olan 679 manat 99 qəpik məbləğində bir ədəd “HONOR” markalı “X-9a” modelli mobil telefonu götürüb Zərərçəkmiş şəxs məxsus ümumilikdə 714 manat 99 qəpik məbləğində əmlakı ələ keçirdikdən sonra hücuma məruz qalmış Zərərçəkmiş şəxs qəsdən üz nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxmaqla sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid hər iki dodağın şişkinlik halında əzilməsi, hər iki dodağın genişsahəli qansızması ilə müşayiət olunan xəsarət yetirib birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq quldurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ittiham aktında göstərilənlərlə razı deyil. Ağamoğlanla 2-3 aydır ki, yoldaşlıq edir. Küçə ticarəti ilə məşğul olmuş, bazardan kəklikotu almış, aparıb çayxanalarda satmış, 3-5 manat evlərinə aparmış, belə işlərlə məşğul olmuşlar. Hadisə günü Ağamoğlanla axşam saat təxminən 09:00-09:30-da görüşmüşlər. Yeyib-içəndən sonra aşağı düşmüşlər ki, bir az da işləyib sonra evə getsinlər. “Bravo” marketin həyətində al-ver etmişlər. İkisi də içkili olmuşdur. Zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onunla təsadüfən rastlaşmış, zərərçəkmiş şəxsə o yaxınlaşmışdır. Bu zaman Ağamoğlan “Bravo” marketin həyətində olmuşdur. O, zərərçəkmişə hara getdiyini, nə axtardığını soruşmuş, “deyəsən taksi axtarırsan” demişdir. Zərərçəkmiş şəxs Gəncliyə getdiyini demişdir. O, zərərçəkmişə taksilərin arxada olduğunu demiş, kömək etməyi təklif etmişdir. O, zərərçəkmiş şəxsi aparanda Ağamoğlan 20-30 metr aralıda olduğu üçün çağıranda eşitmək mümkün olmamış, buna görə də telefonla zəng vurmuşdur ki, gəlsin, evə getsinlər. Zərərçəkmiş şəxsi apararkən Ağamoğlan arxadan nə olduğunu soruşmuş, o Ağamoğlana ağsaqqalın taksi istədiyini demişdir. Zərərçəkmiş şəxsi yola saldıqları ərəfədə Ağamoğlan demişdir ki, 5 manat versin, ona Bolt taksisi çağırsınlar. Zərərçəkmiş şəxs içkili olmuş, söymüşdür, lakin onlar ağsaqqalı vurmamışlar. Ağamoğlan birdən kişiyə söz deyə bilər deyə, söz-söhbət düşməməsi üçün o, zərərçəkmiş şəxsi “Bravo” marketin sağ tərəfində olan otlaq sahəyə çəkmişdir. İkisi də içkili olduğuna görə zərərçəkmiş şəxslə o, bir-birlərinə dəyib yerə yıxılmışlar. Hadisə zamanı Ağamoğlan yerə yıxılmamışdır. Ola bilsin ki, o, içkili olduğuna görə kişiyə əl atmışdır. Amma onu küt alətlə vurmamışdır, əgər vursa idi içəridən partladığı kimi üz nahiyəsindən də zədə alardı. Zərərçəkmiş şəxs müstəntiq soruşanda da ona hər hansı əşya ilə vurmalarını, ondan nə isə tələb etmələrini bildirməmiş, sadəcə olaraq telefonu cibindən götürmələrini bildirmişdir. Bir daha vurğulayır ki, o, zərərçəkmiş şəxsdən heç nə tələb etməmiş, onunla əlbəyaxa olmamış, ona hədəqorxu gəlməmiş, onu hər hansı əşya ilə vurmamışdır. İçkili olduğu üçün onu bir dəfə əli ilə vurmuş ola bilər, buna görə də ondan üzr istəyir. Telefon məsələsinə gəldikdə isə, o, telefonu yerdən təsadüfən tapmış, ətraf çox qaranlıq olmadığı üçün diqqətini çəkmiş və telefonun Ağamoğlanın telefonu olduğunu düşündüyü üçün götürmüşdür. Ağamoğlanın həmin vaxt üç telefonu olduğu üçün yerdəki telefonun onun olub-olmamasını bilməmişdir. Onun məqsədi başqa cür olsa idi, həmin vaxt telefonun nömrəsini sındırardı. Yolda Ağamoğlandan həmin telefonun onun olub-olmamasını soruşduq da onun telefonu olmadığını bildirmişdir. Bundan sonra o, telefonu zərərçəkmiş şəxsə qaytarmaq üçün qayıdanda onun başına adamların toplanmasını görüb həyəcandan geri qayıtmışdır. Daha sonra evə gəlmişdir. Evdə həmin telefona zəng gəldiyini görmüş, həmin nömrəyə yığmışdır. Zəng edən zərərçəkmiş şəxsin oğlu olmuş, o, zərərçəkmiş şəxsin oğluna görüşüb telefonu qaytarmaq istədiyini bildirmişdir. Telefonu zərərçəkmiş şəxsin oğluna qaytaran zaman yaşadığı məhəllənin həyətində Nizami RPİ-nin 22-ci Polis Bölməsinin əməkdaşları onu bölməyə gətirmiş, orada da onu döymüş, buna görə də həmin gecə təcili tibbi yardım əməkdaşları bölməyə gəlmişlər. Onu dekabrın 12-si tutmuşlar. İstintaq zamanı yazıb-oxuya bilmədiyi üçün ifadəyə imza atmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, nömərsiz evdə tək kirayə yaşayır. 2006-cı il tarixdə o, Salyan rayonu, Kərimbəyli kənd orta məktəbini bitirmiş və 2007-2009-cu illərdə həqiqi hərbi xidmət etmişdir. 2020-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin oktyabr ayında cəzanın sonu ilə azad olunmuşdur. O, Bakı şəhəri, Nizami rayonu metronun “Koroğlu” stansiyasının ətrafında xırdavat satışı ilə məşğul olur. 2023-cü ilin noyabr ayından o, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 metronun “Koroğlu” stansiyasının ətrafında limon satışı ilə məşğul olur. Onun Təqsirləndirilən şəxs2la normal münasibəti vardır. 10 dekabr 2023-cü il tarixdə saat 23 radələrində o, Təqsirləndirilən şəxs2la qərara gəlmişlər ki, pul qoyub metronun “Koroğlu” stansiyasının yaxınlığında olan “Bravo” marketdən araq, siqaret və yemək alsınlar və yeyib-içsinlər. O və Təqsirləndirilən şəxs2la birlikdə “Bravo” marketə girmiş, bir ədəd 1,5 litr “Tema” adlı araq, bir qutu göy rəngli “Prima” siqareti, iki ədəd dovğa, iki pors plov, bir pors “memoza” salatı almış və “Bravo” marketin arxa hissəsində açıq havada yemək yemiş və 1,5 litr arağı ikisi içmişlər. Bundan sonra o, “Bravo” marketin qarşısında xırdavat satmağa davam etmiş, Təqsirləndirilən şəxs2 isə limon satmağa başlamışdır. 11 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində o, “Bravo” marketin qarşısında xırdavat satan zaman bir Toyota markalı Prius modelli avtomobil gəlib dayanmış və avtomobildən bir yaşlı kişi düşmüşdür. O, həmin kişiyə yaxınlaşmış və ona təklif etmişdir ki, salfet istəyirsiniz? Yaşlı kişi demişdir ki, yox istəmir. Həmin vaxtı görmüşdür ki, yaşlı kişi taksi axtarır. O, yaşlı kişiyə demişdir ki, taksi lazımdır? Yaşlı kişi demişdir ki, bəli, metronun “Gənclik” stansiyasının yaxınlığına gedəcək. Həmin vaxtı görmüşdür ki, yaşlı kişi “Bravo” marketin arxa tərəfi ilə piyada gedir. Həmin vaxtı o, tanışı Təqsirləndirilən şəxs2 zəng vurub demişdir ki, bir nəfər yaşlı kişi taksi axtarır, bura gəl kişini taksi dayanacağına aparaq. Həmin vaxtı yaşlı kişi piyada gedirmiş və o, da yaşlı kişinin yanı ilə piyada getməyə başlamışdır. O, görmüşdür ki, həmin yaşlı kişi sərxoşdur və yanı ilə gedirmiş ki, taksiyə yola salsın. Həmin vaxtı Təqsirləndirilən şəxs2 onların yanına gəlmiş və görmüşdür ki, yaşlı kişi Heydər Əliyev prospekti ilə üzü metronun “Koroğlu” stansiyasının istiqamətində gedir. O, görmüşdür ki, yaşlı kişi səndələyir və otluq olan tərəfə gedir. Təqsirləndirilən şəxs2 həmin yaşlı kişiyə demişdir ki, onlara 5 manat verər, sənə taksi çağıraq. Həmin yaşlı kişi otluq olan yerə getmiş və sürüşüb yıxılmışdır. Həmin yaşlı kişi söyüş söymüşdür. Təqsirləndirilən şəxs2 ona arxadan işarət etmişdir ki, həmin yaşlı kişini vur. O, həmin yaşlı kişiyə kömək edib yerdən qaldırmağa çalışmış və Təqsirləndirilən şəxs2 həmin yaşlı kişiyə yaxınlaşıb yerdə olan yaşlı kişinin sifət nahiyəsinə təpiklə vurmuşdur. O, Təqsirləndirilən şəxs2 geri itələmişdir ki, yaşlı kişini vurmasın. Həmin vaxtı Təqsirləndirilən şəxs2 qaçmış və o, yaşlı kişinin yanında yerdə bir ədəd mobil telefonu görmüş və elə bilmişdir ki, Təqsirləndirilən şəxs2dur, o, həmin mobil telefonu götürmüş və qaçaraq Təqsirləndirilən şəxs2 arxasınca getmişdir. Yolda olan zaman Təqsirləndirilən şəxs2 demişdir ki, metronun “Nərimanov” stansiyasının yaxınlığında görüşərik. O, Təqsirləndirilən şəxs2 demişdir ki, sənin telefonu yerə düşdüyü üçün götürmüşdür. Təqsirləndirilən şəxs2 demişdir ki, onun telefonu özündədir. Yaşlı kişi qışqır-bağır etdiyi üçün onun yanına bir neçə nəfər yığışdığı üçün yaşlı kişinin yanına gedə bilməmişdir. Bundan sonra o, taksi ilə metronun “Nərimanov” stansiyasına getmiş və taksidən düşən zaman o, Təqsirləndirilən şəxs2 demişdir ki, hardasan? o, metronun “Nərimanov” stansiyasına çatıbdır. Təqsirləndirilən şəxs2 demişdir ki, başqa yerdədir, telefon zəngini bitirmişdir. Bundan sonra o, evə getmiş və həmin günü saat 18:30 radələrində mobil telefonu açandan görmüşdür ki, “Anar” adlı şəxsdən WhatsApp proqramında “?” işarəsi mesaj gəlmişdir. O, da salam yazmış və həmin şəxsdən salam yazmışdır. O, həmin şəxsə yazmışdır ki, ikimizdə içkili olmuşuq, səhvlik etmişik, telefonu hara istəyirsən gətirib versin. Həmin şəxs mesaj yazmışdır ki, Şağan Olimpiya kompleksinin yanı. O, həmin şəxsə yazmışdır ki, sabah gətirib verəcək. Səhəri günü mobil telefonun batareyasının elektrik cəryanı qutarmış və həmin şəxslə əlaqə saxlaya bilməmişdir. O, Təqsirləndirilən şəxs2 yanında olmağına və ya yaşlı kişiyə köməlik göstərmədiyi üçün çox peşmandır. Təqsirləndirilən şəxs1 istintaq zamanı əlavə ifadəsində bildirmişdir ki, məlum hadisə zaman ağ rəngli şalvarı və sarımtıl rəngli gödəkcəni o, qara rəngli şalvar və boz rəngli plaşı Təqsirləndirilən şəxs2 geyinmişdir. O, yaşlı kişini Təqsirləndirilən şəxs2la çiyininlə sıxmamış. Onu Təqsirləndirilən şəxs2 itələyib yıxmış və yerdədə vurmuşdur. O, Təqsirləndirilən şəxs2 yanında olsa da, yaşlı kişini vurmamış, o, Təqsirləndirilən şəxs2 yaşlı kişidən ayırmış və birlikdə qaçıb getmişlər. Təqsirləndirilən şəxs2 yaşlı kişini vurmağını görmüş, o, yaşlı kişinin mobil telefonunu cibindən götürməmişdir. Yerə düşən mobil telefonun yaşlı kişiyə aid olduğunu bilməmişdir. O, elə bilmişdir ki, Təqsirləndirilən şəxs2dur. Ona görə yerdən mobil telefonu götürmüşdür. Məlum hadisə zaman o, yaşlı kişini vurmamış, yaşlı kişi də onu vurmamış və ona xəsarət yetirməmişdir. Məlum hadisə zamanı onun və ya Təqsirləndirilən şəxs2 əlində heç bir şey yox imiş və yaşlı kişidən nəsə tələb etməmişlər. O, yaşlı kişini tanımır və əvvəllər də görməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Talehin ifadəsində dediyi kimi zərərçəkmiş şəxslə birinci dəfə Taleh görüşmüş, həmin ərəfədə o, “Bravo” marketin içərisində olmuşdur. O, aşağı düşərkən Taleh ona zəng etmişdir ki, yanında ağsaqqal var. Amma zərərçəkmiş şəxslə Taleh yuxarı gedərkən o onlardan arxada olmuş, hadisə baş verən zaman da o onlardan 5-10 metr aralıda olmuşdur. O, zərərçəkmiş şəxslə Talehin arasında olan mübahisəni, dava-dalaşı, Talehin telefonu götürməsini, onun zərərçəkmiş şəxsə qarşı hər hansı bir hərəkətini görməmişdir. Taleh ağaclıqdan çıxıb Koroğlu istiqamətində gedən zaman o, onların arxasınca getmiş, hətta orada zərərçəkmiş şəxsdən hər şeyin yaxşı olmasını soruşmuş, hər şeyin qaydasında olduğunu görüb Talehin arxasınca çıxıb getmişdir. Taleh yolda ondan telefonunun düşüb-düşməməsini soruşmuş, o, telefonunun cibində olduğunu demişdir. Daha sonra o, Talehdən ayrılmış, taksiyə oturub evinə getmişdir. Polis bölməsinə gətirilən zaman əməliyyatçı onları səhərə qədər döymüş, ondan sonra müstəntiqə təzyiq altında ifadə vermişlər. Əməliyyatçı ona zərərçəkmiş şəxsi küt alətlə vurmasına dair Talehin üzünə durmasını söyləmiş, onun bunun etməyəcəyini gördüyü üçün səhərə qədər onu döymüşdür. İfadəyə qol çəkməmişdir, vəkili olmuşdur. Onların birinci müstəntiqi Gündüz müəllim olmuş, Gündüz müəllimin işi onların dediyi kimi aparmasını görüb işi sonradan ondan alıb Səbuhi Hüseynova vermişdirlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, Biləsuvar şəhəri, Seyfəddin Rufulayev küçəsi, ev 12-də qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayonu, Binəq qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində nömrəsiz evdə anası Arzu Abdalova, bacısı Sevinc Abdallı və arvadı Ləyaqət Abdalova ilə birlikdə yaşayır. 2016-cı il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbini Azərbaycan dilində bitirmişdir. 2019-cu il tarixdə o, 16 yaşına çatmayan Ləyaqət Muradova ailə həyatı qurmuşdur. 11 mart 2021-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə şərti sınaq müddəti təyin edilmiş, 02 noyabr 2021-ci il tarixdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 30 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, Bakı şəhəri, Nizami rayonu metronun “Koroğlu” stansiyasının ətrafında limon satışı ilə məşğul olur. 2023-cü ilin noyabr ayından o, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 metronun “Koroğlu” stansiyasının ətrafında salfetlərin satışı ilə məşğul olur. Onun Təqsirləndirilən şəxs1la normal münasibəti vardır. 10 dekabr 2023-cü il tarixdə saat 23 radələrində o, Təqsirləndirilən şəxs1la qərara gəlmişdir ki, “Bravo” marketdən pul qoyub araq, siqaret və yemək alaq və yeyib-içək. O və Təqsirləndirilən şəxs1 birlikdə “Bravo” marketə girmiş, bir ədəd 1,5 litr “Tema” adlı araq, bir qutu göy rəngli “Prima” siqareti, iki ədəd dovğa, iki pors plov, bir pors “memoza” salatı almış və “Bravo” marketin arxa hissəsində açıq havada yemək yemiş və 1,5 litr arağı ikiis içmişlər. Bundan sonra o, “Bravo” marketin qarşısında limon satmağa davam etmiş, Təqsirləndirilən şəxs1 isə salfet satmağa başlamışdır. Həmin günü saat 01 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsində onun istifadəsində olan ***-***-**-** nömərsinə zəng vurmuş və demişdir ki, bir nəfər kişi onun ünvanına nəlayiq söyüşlər söymüş, o, həmin kişi ilə “Bravo” marketin arxa tərəfi ilə yuxarı qalxır, həmin kişidən onu niyə söydüyünü soruşacaq, təz dalınca gəlsin. O, “Bravo” marketin arxa tərəfinə keçəndə görmüşdür ki, Telah Mürsəlov 65-67 yaşlarında bir yaşlı kişi ilə piyada “Bravo” marketin arxa tərəfi ilə metronun “Koroğlu” istiqamətində gedir. O, Taleh və yaşlı kişiyə yaxınlaşmış və Təqsirləndirilən şəxs1 demişdir ki, bu kişi onun ünvanına söyüş söymüşdür, üzr istəməsə onu vuracaq. O, Təqsirləndirilən şəxs1 söyüşlə demişdir ki, bu kişini burax getsin. Təqsirləndirilən şəxs1 demişdir ki, bu kişi söyüşə görə üzr istəməlidir. Bu söhbəti edə-edə o, Təqsirləndirilən şəxs1 və tanımadığı yaşlı kişinin arxasınca gedirmiş. Təqsirləndirilən şəxs1 demişdir ki, bu kişi üzr istəməsə onu vuracam. O, arxadan Təqsirləndirilən şəxs1 yumuruqla vurma işarəsi etmişdir ki, vurursan vur. Təqsirləndirilən şəxs1 yaşlı kişiyə demişdir ki, söyüşə görə üzr istə! Yaşlı kişi Təqsirləndirilən şəxs1 ünvanına nəlayiq söyüş söymüşdür. Bu zaman “Bravo” marketin yaxınlığında olan Heydər Əliyev prospektində üzü metronun “Koroğlu” stansiyası istiqamətində getdiyi yerdə Təqsirləndirilən şəxs1 yaşlı kişini yaxasında tutub itələmişdir. Yaşlı kişi yerə yıxılmış və söyüş söymüşdür. Təqsirləndirilən şəxs1 yaşlı kişinin yerdə əli ilə vurmuş və o, tez Təqsirləndirilən şəxs1 və yaşlı kişinin yanına gəlib Təqsirləndirilən şəxs1 geri çəkmişdir. Yaşlı kişi yerdən duran zaman o və Təqsirləndirilən şəxs1 üzü metronun “Koroğlu” stansiyası istiqamətinə qaçmış və yolda olan zaman Təqsirləndirilən şəxs1 demişdir ki, metronun “Nərimanov" stansiyasının yaxınlığında görüşərik. O, Təqsirləndirilən şəxs1 razılıq versə də bir taksiyə əyləşib evə gedən zaman Təqsirləndirilən şəxs1 ona zəng vurub demişdir ki, onda olan mobil telefon sənin deyil? O, demişdir ki, yox. Təqsirləndirilən şəxs1 demişdir ki, yaşlı kişinin mobil telefonunu götürüb və soruşmuşdur ki, hardasan? O, Təqsirləndirilən şəxs1 yalandan demişdir ki, metronun “Nərimanov” stansiyasına tərəf gəlir. Ancaq o, taksi ilə evə gedirmiş. O, evə çatmış və Taleh Müsrəlov ona nə qədər zəng vursa da onun zənglərinə cavab verməmişdir. Səhəri günü Təqsirləndirilən şəxs1 WhatsApp vasitəsi ilə səsli mesaj göndərmişdir ki, yaşlı kişinin pul qabını sən götürməyibsən? O, Təqsirləndirilən şəxs1 cavab vermişdir ki, yox, onun xəbəri yoxdur. 14 dekabr 2023-cü il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan evdən çıxıb mağazaya gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cvü Polis bölməsinin polis işçiləri kimi təqdim edib onu 23-cü Polis bölməsinə dəvət etmişlər. O, razılaşıb polis işçiləri ilə birlikdə 23-cü Polis bölməsinə getmiş və polis bölməsində 11 dekabr 2023-cü il tarixdə saat 01 radələrində “Bravo” marketin yaxınlığında Heydər Əliyev propektində yaşlı kişinin xəsarət alması və mobil telefonun ələ keçirilməsi ilə bağlı sual vermişlər. O, olan hadisə barədə danışmış və hadisə barədə izahat yazmışdır. O, Təqsirləndirilən şəxs1 yanında olmağına və yaşlı kişiyə köməlik göstərmədiyi üçün çox peşmandır. Təqsirləndirilən şəxs2 istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, məlum hadisə zaman ağ rəngli şalvarı və sarımtıl rəngli gödəcəni Təqsirləndirilən şəxs1, o, isə qara rəngli şalvar və boz rəngli plaş geyinmişdir. O, yaşlı kişini Təqsirləndirilən şəxs1la çiyini ilə sıxmamış, yaşlı kişini Təqsirləndirilən şəxs1 itələyib yıxmış və yerdə vurmuşdur. O, Təqsirləndirilən şəxs1 yanında olsa da, yaşlı kişini vurmamışdır. O, Təqsirləndirilən şəxs1 yaşlı kişidən ayırmış və birlikdə qaçıb getmişlər. Təqsirləndirilən şəxs1 yaşlı kişini vurmağını görsə də, mobil telefonu onun gödəkcəsinin cibindən götürdüyünü görməmişdir. Məlum hadisə zaman o, yaşlı kişini vurmamış, yaşlı kişi də onu vurmamış və ona xəsarət yetirməmişdir. Məlum hadisə zamanı onun və Təqsirləndirilən şəxs1 əlində heç bir şey yox imiş və yaşlı kişidən nəsə tələb etməmişlər. O, yaşlı kişini tanımır və əvvəllərdə görməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 10 dekabr 2023-cü ildə gecə saat 12 radələrində toydan çıxmış, taksi axtararkən bir cavan oğlan ona yaxınlaşaraq ağsaqqal hara gedirsən deyərək ona sual ünvanlamlışdır. Aralarında qısa söhbət olduqdan sonra oğlan onu itələyərək əsas yola şıxmağına mane yaratmağa başlamışdır. Sonra isə həmin oğlan kiməsə zəng etnmiş və ikinci oğlan da onların yanına gəlmişdir. Bir mddət sonra isə Taleh onu yenə sıxışdırmış o isə dizi üstə yıxılmış və yerdən duranda görmüşdür ki, oğlanlar uzaqlaşıblar. Sonra isə evə gəlmiş və hadisəni ailəsinə danışmış və 102 sixmətinə zəng edilmiş və bütün olnaları bildirmişdir. İfadəsinə əlavə olaarq bildirmişdir ki, hadisə zamanı xəsarət almış və ağzı da qanamışdır. O, hadisə vaxtı həmin cavan oğlanlara qarşı söyüş söyməmişdir. Yıxılan zaman hiss etmişdir ki, telefonun götürüblər. Telefonu qoltuq cibində olmuşdur. Hadisə vaxtı onu Taleh vurmuşdur. İstintaq zamanı verdiyi ifadəsin bir daha tam təsdiq edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 01, mənzil 04-də arvadı Sevil Novrozuva, oğlu Anar Novrozuv və oğlu Anarın arvadı Lalə Novruzova ilə birlikdə yaşayır. 1975-ci il tarixdə o, Şamaxı rayou, Məlhəm kənd orta məktəbini Azərbaycan dilində bitirmiş və 1976-1978-ci illərdə həqəqi hərbi xidmət etmişdir. 1979-1982-ci illərdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sənaye Pedaqoji tenikomunu Azərbayca dilində bitirmişdir. 2008-ci il tarxdən o, "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyir. 03 dekabr 2023-cü il tarixdə iş yoldaşı Oqtay oğlunun 10 dekabr 2023-cü il tarixdə olacaq böyük toy ziyafətinə çağırmışdır. 05 noyabr 2023-cü il tarixdə onun 66 yaşı tam olacaqmış və oğlu Şahid 04 noyabr 2023-cü il tarixdə “İrşad” mağazasından 679 manat 99 qəpiyə bir ədəd HONOR markalı X9a modelli mobil telefonu və 15 manata bir ədəd mobil telefon koburu alıb ona vermiş və doğum günü münasibəti ilə təbrik etmişdir. O, həmin mobil telefonun üzərinə 10 manat dəyərində ***-***-**-** nömrəsini yerləşdirmiş və həmin mobil telefonun ekranın üzərində 10 manata ekran qoruyucusu çəkdirmişdir. 09 dekabr 2023-cü il tarixdə oğlu Anar və gəlini Lalə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan qudası Sabirgilə getmişlər. 10 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o, toya getmək üçün evdən çıxmış, avtobusla metronun “Koroğlu” stasiyasmın yaxınlığına gəlmiş və keçidin qarşısında iş yoldaşı Elmanla görüşmüşdür. Elman demişdir ki, digər iş yoldaşı Məşədi gəlir və onu 10-15 dəqiqə gözləmişlər. Məşədi gəlmiş və üçü birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayına getmiş və o, həmin toy ziyafətində nisbətən çox spirtli içki qəbul etmişdir. 11 dekabr 2023-cü il tarixdə saat 00:05 radələrində “Madonna” şadlıq sarayından tək çıxmış və piyada Mikayıl Əliyev küçəsi ilə hərəkət edib “Lukoil” yanacaq doldurma məntəqəsinə tərəf gəlib taksi gözləməyə başlamışdır. 1-2 taksi yaxınlaşmış və onu götürməyib getmişdir. Bir taksi onun yanında saxlamış və sürücü ona demişdir ki, hara gedirsən? O, həmin sürücüyə demişdir ki, metronun “Nərimanov” stansiyasına ya da metronun “Gənclik” stansiyasının yaxınlığına gedir. Həmin sürücü demişdir ki, gəl əyləş, aparım. O, Toyota markalı Prius modelli avtomobilə əyləşmiş və sürücü onu metronun “Koroğlu” stansiyasında olan “Bravo” marketin yaxınlığına gətirmiş və sürücü ona demişdir ki, sifariş var. O, həmin avtomobildən düşmüş və taksi gözləyən zaman bir nəfər üzü saqqalı, arıq bədən quruluşlu, ağ şalvar, boz gödəkcə geyinmiş cavan oğlan ona yaxınlaşmış və ona demişdir ki, ağsaqqal hara gedirsən? O, həmin cavan oğlana demişdir ki, metronun “Gənclik” stansiyasının yaxınlığına gedir. O, metronun “Koroğlu” stansiyasına tərəf getmək istəyən zaman həmin cavan oğlan onun yanınca gedirmiş və onunla ünsiyyət qurmaq istəyirmiş. Həmin cavan oğlan kiməsə zəng vurmuş və bir nəfər qara gödəkcə geyinmiş, arıq bədən quruluşlu, cavan oğlan gəlmişdir. Həmin vaxtı iki nəfər cavan oğlan “Bravo” marketin yaxınlığında onun yanma gəlmiş və o, həmin iki cavan oğlandan uzaqlaşmaq istəyirmiş. Həmin vaxtı onların yanından tanımadığı şəxslər keçdiyi üçün həmin iki cavan oğlan ondan bir az uzaqlaşmışlar. Bundan sonra o, üzü metronun “Koroğlu” stansiyası istiqamətində “Bravo” marketin qarşısı ilə Heydər Əliyev prospektində piyada hərəkət edən zaman həmin iki nəfər cavan oğlan çiyinləri ilə onu sıxıb ağacların yanında saxlamışlar. Bu zaman əynində ağ şalvar olan cavan oğlan onun gödəkcəsinin iç cibinə əlini salmış və gödəkcənin sağ iç cibindən bir ədəd HONOR markalı X9a modelli mobil telefonu götürmüşdür. Həmin iki cavan oğlan onun yanında durduqları üçün o, həmin iki cavan oğlandan uzaqlaşa bilmirmiş və onlara demişdir ki, insafınız olsun, nə edirsiniz? Bu zaman ağ rəngli şalvar geyinmiş cavan oğlan onun üz nahiyəsindən əli ilə vurmuşdur. O, əlləri ilə üz nahiyəsini tutmuşdur ki, birdə vurmasınlar. Bu zaman görmüşdür ki, həmin iki cavan oğlan qaçıb getdilər. O, qışqırmışdır ki, onu iki nəfər vurub mobil telefonunu aldılar. Həmin vaxtı onun dodaqlarından qan gəlirmiş. Bu zaman tanımadığı bir taksi saxlamış və o, sürücüyə demişdir ki, onu Bakı şəhəri, Nərimanov rayonunda olan 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının yanına apara bilərsən? Sürücü razılıq vermiş və onu həmin xəstəxananın qarşısına gətirmişdir. Bundan sonra o, yaxınlıqda olan evə getmiş və qapını arvadı Sevil Novruzova açmışdır. Sevil Novruzova ona baxıb demişdir ki, nə olubdur? üzün qan içindədir. O, arvadı Sevil Novruzovaya demişdir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında olan “Bravo” marketin qarşısında tanımadığı iki cavan oğlan onu tutmuş, mobil telefonu gödəkcənin iç cibindən götürmüşlər və onu vurub qaçıb getmişlər. Bundan sonra o, hamama keçib əlini və üzünü yuyan zaman arvadı Sevil Novruzova mobil telefonunu ona verib demişdir ki, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vurub, olan hadisə barədə məlumat ver. O, da mobil telefonda olan hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etmişlər. O, arvadı Sevil Novruzova ilə birlikdə taksi ilə 23-cü Polis bölməsinə gələn zaman görmüşdür ki, oğlu Şahid polis bölməsinin qarşısındadır. O, spirtli içki qəbul etməyi ilə bağlı müayinədən keçmiş və səhəri günü o, yenə 23-cü Polis bölməsinə gedib olan hadisə barədə ərizə və izahat yazmış və hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, 11 dekabr 2023cü il tarixdə saat 02:36-da Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vurub iki nəfər şəxsin döyüb 100 manat pul və 700 manat dəyərində mobil telefonu alıb uzaqlaşdığını bildirmiş, o, 100 manat pulu tapa bilmədiyi üçün elə demiş, sonradan həmin pulun üzərində olduğunu görmüşdür. Həmin iki cavan oğlan ondan bir ədəd mobil telefondan başqa heç nə götürməmişlər. Həmin mobil telefonu gödəkcənin sağ iç cibindən ağ şalvar geyinmiş şəxs götürmüş, əli ilə üz nahiyəsinə zərbə vurmuşdur. O, həmin iki cavan oğlanı tanımır və əvvəllərdə görməmişdir. Qara gödəkcə geyinmiş şəxs ağ rəngli şalvar geyinmiş şəxslə birlikdə çiyinləri ilə onu sıxıb saxlamışlar. Ağ rəngli şalvar geyinmiş şəxs gödəcənin iç cibinə yoxlayan zaman qara gödəkcə geyinmiş şəxs onun yanında durmuş və o, həmin şəxslərdən uzaqlaşa bilməmişdir. Qara gödəkcə geyinmiş şəxs onu vurmamış, ancaq ağ rəngli şalvar geyinmiş şəxslə çiyinləri ilə sıxıb saxlamışlar. Ağ rəngli şalvar geyinmiş şəxs onun gödəkcənin iç ciblərinə baxan zaman qara rəngli gödəkcə geyinmiş şəxs yanında durmuşdur ki, o, həmin şəxslərdən uzaqlaşa bilməmişdir. Məlum hadisə zamanı həmin iki nəfər cavan oğlanın əllərində heç bir şey yox imiş və həmin iki cavan oğlan ondan heç bir şey tələb etməmişlər. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən birinin hadisədən sonra onunla yazışması olub. O dəfələrlə atasının telefonuna zəng vurmuş, lakin həmin şəxs ona mesaj yazaraq konum atılan yerə telefonu göndərmək istədiyini bildirsə də, buna əməl etməmişdir. Hadisədən sonra anası ona demişdir ki, atasını vurub telefonunu aparıblar. Həmin günü atasının üz nahiyələrində qızartıları da olmuşdur. İbtidai araşdırma zamanı Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 01, mənzil 04-də atası Zərərçəkmiş şəxs, anası Sevil Novrozuva və arvadı Lalə Novruzova ilə birlikdə yaşayır. 2006-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 202 nömrəli orta məktəbi, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini Azərbaycan dilində bitirmiş və 2010-2011-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 05 noyabr 2023-cü il tarixdə atası Gülbar Novrozovun 66 yaşı tam olacaqmış və o, 04 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “İrşad” mağazasından 679 manat 99 qəpiyə bir ədəd HONOR markalı X9a modelli mobil telefonu və 15 manata bir ədəd mobil telefon koburu almış və həmin günü aldığı əşyaları atası Gülbar Novrozova vermiş və doğum günü münasibəti ilə təbrik etmişdir. 09 dekabr 2023-cü il tarixdə o, arvadı Lalə Novruzova ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan qayınatası Sabirgilə getmişlər. O, bilirmiş ki, 10 dekabr 2023-cü il tarixdə atası Gülbar Novrozov toy ziyafətinə gedəcək. 11 dekabr 2023-cü il tarixdə saat 02:15 radələrində anası Sevil Novruzova ona zəng vurub demişdir ki, atası Zərərçəkmiş şəxs evə gəlib, dodağı qanayıb, metronun “Koroğlu” stansiyasının yaxınlığında olan “Bravo” marketin qarşısında iki nəfər naməlum şəxs qarşısını kəsib üzərində olan mobil telefonu götürüb və atası Gülbarı dodaq nahiyəsindən vurub qaçıb getmişlər. Həmin günü saat 02:40 radələrində anası Sevil Novruzova ona demişdir ki, atası Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin 102 Xidməti zəng mərkəzinə zəng vurub başına gələn hadisə barədə məlumat vermiş və atası Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə çağırıblar. Bundan sonra o, idarə etdiyi Toyota markalı Avalon modelli Az **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək 23-cü Polis bölməsinə gəlmişdir. Təxminən 5 dəqiqədən sonra atası Zərərçəkmiş şəxs və anası Sevil Novruzova taksi ilə 23-cü Polis bölməsinə gəlmişlər. Atası Zərərçəkmiş şəxs ərizə və izahat yazmaq üçün 23-cü Polis bölməsinin inzibati binasına keçmişdir. O, atası Zərərçəkmiş şəxs mobil telefonun üzərində olan ***-***-**-** nömrəsinə nə qədər zəng vurmuş, mobil telefon açıq olsa da, cavab verən olmamışdır. Həmin günü saat 05 radələrində atası Zərərçəkmiş şəxs məxsus mobil telefon söndürüldüyü üçün zəng çatmamışdır. Atası Zərərçəkmiş şəxs spirtli içki qəbul etməsi ilə bağlı müayinədən keçmiş, sonra ərizə və izahat yazmışdır. 11 dekabr 2023-cü il tarixdə saat 12:05-də o, mobil telefonunda olan WhatsApp proqramı vasitəsi ilə atası Gülbar Novrozovun mobil telefonunda olan WhatsApp proqramına “?” işarəsi göndərmiş və görmüşdür ki, mobil telefon aktiv deyil. Həmin günü saat 18:31-də atası Zərərçəkmiş şəxs mobil telefon nömrəsindən zəng gəlmiş və dərhal kəsilmişdir. O, öz mobil telefonundan atası Gülbar Novrozunun mobil telefonuna zəng vursa da cavab verən olmamışdır. 11 dekabr 2023-cü il tarixdə saat 18:38-də o, mobil telefonunda olan WhatsApp proqramı vasitəsi ilə “?” işarəsi göndərmiş və görmüşdür ki, mobil telefon aktivdir. Həmin vaxtı o, qayınatası Sabirin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində olan evində imiş. O, atası Gülbar Novrozunun mobil telefonuna WhatsApp proqramı vasitəsi ilə zəng vursa da cavab verən olmamışdır. Həmin günü saat 18:39-da atası Zərərçəkmiş şəxs mobil telefonun WhatsApp proqramında “Salam” sözü göndərilmişdir. O, da cavab olaraq “Salam” sözü yazıb göndərmişdir. Həmin günü saat 18:40-da atası Zərərçəkmiş şəxs mobil telefonun WhatsApp proqramında “Qardaş ünvanı deyin göndərək telefonu sizə. Olar? Amma həqiqətən çox pis bir iş görmüşük biz”, “Çox utanıram Vallah”, “Sadəcə içkili idik o üzdən hərəkətlərimizə fikir verməmiş” sözləri göndərilmişdir. O, cavab olaraq yazmışdır ki, “Şağan”, “Olimpiya kompleksi”, “Göndərin”. Həmin günü saat 18:42- də atası Zərərçəkmiş şəxs mobil telefonunun WhatsApp proqramında “Qardaş utanıram sizinlə danışmağa. Qorxuram söyərsiniz məni. O üzdən açmıram Telefonu” sözləri göndərilmişdir. O, cavab olaraq yazmışdır ki, “Söyməyəcək”. Həmin günü saat 18:42-də atası Zərərçəkmiş şəxs mobil telefonun WhatsApp proqramında “Tamam” sözü göndərilmişdir. Həmin günü saat 18:43-də atası Zərərçəkmiş şəxs mobil telefonun WhatsApp proqramında zəng gəlmiş və o, zəng cavab verən zaman bir cavan oğlan ona demişdir ki, “utanıram, allah şeytana nələt etsin”. O, həmin şəxsə demişdir ki, “ünvan deyim, mobil telefonu göndər”. Həmin cavan oğlan demişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsindədir, sabah saat 11-də hara desən mobil telefonu gətirib verəcək. Sabahısı günü saat 11 -də o, atası Gülbar Novrozunun mobil telefonuna zəng vurmuş və görmüşdür ki, mobil telefon bağlıdır. Şahid ifadəsinə əlavə olunması üçün atası Zərərçəkmiş şəxs mobil telefonu ələ keçirmiş şəxslə WhatsApp proqramında yazışmasım və 04 noyabr 2023-cü il tarixdə “İrşad” mağazasının zəmanət talonunu təqdim etmişdir. Həmin zəmanət talonundan görünür ki, HONOR markalı X9a modelli **********31456 imei kodlu mobil telefon 04 noyabr 2023-cü il tarixdə 679 manat 99 qəpiyə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək Koroğlu metrostansiyasının yaxınlığında 2 nəfər şəxsin (kişi) ona yaxınlaşması, əvvəlcə söhbət etmələri, daha sonra vətəndaşı döyərək 100 manat pulunu və 700 manat dəyərində olan mobil telefonunu əlindən alıb ünvandan uzaqlaşmaları barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material (raport, protokol, əriazə, izahat və digər sənədlər) Polis Bölməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raportlardan” görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişlər. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və xx.xx.2024-cü il tarixli “Diskə əlavə baxış keçirilməsi haqqında” protokollardan müəyyən olunur ki, 11 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşıb onun arxasınca getmiş, Təqsirləndirilən şəxs1 mobil telefonla zəng vurub tanışı Təqsirləndirilən şəxs2 yanına çağırmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs arxasınca düşmüş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmasına dair Təqsirləndirilən şəxs1 işarə etmişdir. Hadisənin görüntülərini əks etdirən 1 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. “Könüllü təqdim etmə və götürmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən könüllü təqdim olunmuş 01 ədəd Honor X-9 A markalı İmei 1- **********31456, İmei 2-**********46462 İmei kodlu mobil telefon Nizami RPİ-nin 23-cü PBnin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd Honor markalı X-9 A modelli mobil telefon maddi sübut qismində tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci maddəsindən, həmin məcəllənin 181.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2023-cü il tarixli 1207 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki dodağın şişkinlik halında əzilməsi, hər iki dodağın genişsahəli qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 dekabr 2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması nəricəsində, eləcədə özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər hadisə zamanı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmədiklərini, telefonunu bu yolla ələ keçirmədiklərini, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən onlara psixoloji və fiziki təzyiqlər edildiyini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdiyi bu dəlillər özlərinin ibtidai araşdırma zamanı verdikləri ilkin ifadələri, zərərçəkmişin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, diskə baxış keçirilməsi protokolları (video görüntülər), ekspertiza rəyi habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə ifadə vermişlər və buna dair müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular vermiş və məhkəməyə ünvanlanmış Nizami Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli və 22.06 2024-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslərin tutulan zaman və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq sənədlər nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokollarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər ilkin ifadələri ilə oxşar məzmunlu ifadə verərək (müdafiəçinin iştirakı ilə) hadisə zamanı zərərçəkmiş şəxsə zor tətbiq etdiklərini və telefonunu bu yolla ələ keçirdiklərini bir daha təsdiq etmişlər. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, onları bağışladığını, həmçinin onlarla arasında heç bir ədavətinin qalmadığını bildirərək onların barələrində azadlıqdan məhrum etmə ilə bağlı omayan cəza təyin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrinə dair ifadələrinə, həmçinin hadisə zamanı zərərçəkmiş şəxsə zor tətbiq etmədiklərini, ona yumruq atmadıqlarını, onun telefonunu bu yolla ələ keçirmədiklərini, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdikləri ifadələrini), zərərçəkmiş şəxsin, şahidin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən digər sənədləri (məlumatları) də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilindikləri (ittiham olunduqları) Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 09 ay müddətinə şərti sınaq müddəti təyin edilmişdir. 01 yanvar 2022-ci il tarixdə cəzanın müddəti başa çatmış. Bundan başqa, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin 27 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 333.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 mart 2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 - 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, 18 dekabr 2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 oktyabr 2022-ci il tarixdə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdi (cəzasının sonu xx.xx.2022-ci il). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxslərin əməlində cinayətin residivinin olmasını onun cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin təqsirlərini qismən etiraf etmələrini, dəymiş ziyanı aradan qaldırılmalarını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və onları tam bağışlamasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “Raportlardan” görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilərək tutulmuşlar. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmiş və sonra da həmin məhkəmənin digər qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan baş vermiş hadisəyə aid video görüntülərin bir qismini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd Honor markalı X-9a modelli mobil telefonun Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 50 saat vaxt sərf etmişdirlər. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan baş vermiş hadisəyə aid video görüntülərin bir qismini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd Honor markalı X-9a modelli mobil telefonun Zərərçəkmiş şəxs qəbz əsasında təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə (şəxslərə) göstərdiyi hüquqi yardıma görə 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına hərbirinə ayrl-ayrılıqda 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar