Məhkəmə qərarları › İş №1(101)-1614/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1614/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1614/2025 25.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X3 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 3 may 2025-ci il tarixdə, səhər saat 10 radələrində valideynləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında 1 otaqlı evdə yatarkən atası X7 ondan əvvəl yuxudan duraraq otaqda öskürüb var-gəl etməklə səs salaraq onu yuxudan oyatdığından əsəbiləşib aqressiv şəkildə nalayiq ifadələrlə müşayiət olunan yüksək səs tonu ilə sakit olmasını, ona yatmağa davam etməsinə imkan verməsini tələb etmiş, oğlunun ona qarşı qeyri-etik davranışlarından qeyzlənən Zərərçəkmiş şəxs evin ona məxsus olduğunu, ona görə də özü bildiyi kimi hərəkət edəcəyini dedikdə aralarında bu zəmində kəskin mübahisə yaranmış, bu zaman otaqda olan, onların arasında baş vermiş mübahisəni eşidən anası Şahid1 İbahim qızı ərini müdafiə edib Zərərçəkmiş şəxs qarşı edilən hərəkətlərə görə ona irad tutduqda onun da sifətindən şillə ilə vuraraq barəsində nalayiq ifadələr işlətməklə itələyərək fiziki zor tətbiq etmiş, belə olan halda atası onun valideynlərinə qarşı etmiş olduğu bu hərəkətlərdən əsəbləşərək çöldə pilləkən düzəldilən yerdə istifadə olunan küt əşya hesab edilən istintaqa məlum olmayan dəmir parçasını götürərək onun bel və baş nahiyəsinə bir neçə zərbə endirib ona başın ənsə nahiyəsinin 2 (iki) ədəd əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin, hər iki kürək nahiyəsinin qançırları kimi dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, valideynlərinin ona qarşı etdiyi bu kimi haqlı irad və zorakılıq hərəkətlərindən daha da coşaraq qisas almaq məqsədi ilə atasını öldürmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə mətbəx otağından götürdüyü ümumi uzunluğu 330 mm, tiyəsinin uzunluğu 200 mm olan, soyuq silah hesab edilməyən mətbəğ bıçağı ilə evdən ümumi həyətə çıxmış, onun əlində bıçaqla çölə çıxdığını görən anası Şahid1 əri Zərərçəkmiş şəxs ehtiyatlı olmaqla baş verə biləcək hadisədən yayınması üçün uca səslə bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs onun niyyətini anlayıb qaçaraq evdən pilləkənlərlə həyətə düşərkən arxası ilə gedib onu darvazanın qarşısında yaxalayaraq öldürmək məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin həyat üçün təhlükəli olan müxtəlif nahiyələrindən ardıcıl üç dəfə bıçaqla zərbələr endiririb ona 2 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə Vİİ qabırğa səviyyəsində və döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə X qövsü bərabərliyində deşilmişkəsilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, 1 ədəd qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin hər iki baldır nahiyəsinin və sol bayır topuq nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edərək sol ürəyi, sol ağciyəri və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə səbəbi ilə Zərərçəkmiş şəxs hadisə yerində ölməklə, sonuncunu qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək özünü CM-in 122.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, hadisə günü yəni 02 mart 2025-ci il tarixdə atası təhqiramiz ifadələrlə telefonla danışığı zamanı atasının doğru hərəkət etmədiyinə görə narazılığını bildirmişdir. Onu atası təhqiramiz ifadələrlə təhqir etmişdir. Atası dəmir parçası ilə ona xəsarət yetirmişdir. Bu zaman affekt, «panik-atak» vəziyyətə düşmüşdür və mətbəxdən bıçaq götürüb atasına xəsarət yetirmişdir. Daha sonra epilepsiyası tutmuş və özündən getmişdir. Başında xəsarətləri də var. Dəfələrlə atası münaqişələrə səbəb olmuşdur. Atası ailəsinin dağılmasına səbəb olmuşdur. O, 2 qızı ilə özünü çox xoşbəxt hiss edirdi. 2 qızının üzünə həsrət qalmışdır. Atası telefonla kiminləsə danışan zaman o, öz iradını bildirmişdir. Daha sonra onu təhqir etmişdir. Atasını öldürmək niyyəti olmamışdır. O, «panik-atak», affekt vəziyyətdə olduğuna görə hadisəni tam xatırlamır. 12 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir, nevroloji, psixoloji xəstəlikləri var. Onun yeri təcridxana deyil, xəstəxanadır. 23 ildir atası narkotik vasitələrdən hər cür formada istifadə edir. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı anası, gəlinləri evdə olmuşlar. Bıçağı mətbəxdən götürmüşdür. Bıçağı götürməyini xatırlayır, amma atasını necə vurduğunu xatırlamır. Mübahisəyə səbəb atasının onu təhqir etməsi olmuşdur. Hadisədən əvvəl yatmışdır. Atası telefonla narkotik vasitə ilə bağlı danışırdı. Həmin vaxtı telefonla danışdığı adam arasında narazılığı yaranmış və təhqiramiz sözlər səsləndirməyə başlamışdır. O da haya-abır baxımından yuxudan ayılmış və narazılığını bildirmişdir. Atası narkoloji dispanserdə olmuşdur, amma müalicə almamışdır. Hadisədən əvvəl evdəkilər ilə problemi olmamışdır. Epilepsiya xəstəliyinə ön cəbhədə müharibə vaxtı aldığı xəsarətlərdən sonra tutulmuşdur. Ayılanda artıq xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı anasının evdə olub-olmadığını xatırlamır. Anası hadisə baş verməzdən əvvəl evdə olmuşdur. Atasına xəsarəti evdə və ya çöldə yetirməyini xatırlamır. O, əməlinin CM-in 122ci maddəsinə tövsif olunmasını və ona həmin maddə ilə yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, atası, anası və qardaşı ilə birlikdə ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 1 otaqlı fərdi evdə yaşamışdır. Ailədə münasibətləri yaxşı olmuş, atası usta, anası isə Yasamal rayonunda yerləşən 68 saylı bağçada tərbiyəçi işləmiş, qardaşı Fuad taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Özü işləməmişdir. 2012-ci ildə Goranboy rayonunda hərbi xidmətdən gəldikdən sonra, 2013-cü ildə Mehriban Bağırova ilə evlənmiş, ailəsi ilə birlikdə yaşamağa davam etmiş, həmin evlilikdən 10 və 7 yaşlı 2 qızı olmuşdur. 2023-cü ildə boşanmış, arvadı və qızları qaynatasıgildə yaşamışdır. Əsgərlikdən gəldikdən sonra epilepsiyadan və əsəb xəstəliyindən əziyyət çəkmiş, dəfələrlə bununla bağlı müalicə almışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində atası evdə səs-küy salmış, o yuxudan oyanaraq atasına belə etməməsini, yatdığını demiş, atası isə ona əcəb etdiyini demişdir. Bundan sonra aralarında sözlü mübahisə olmuş, mübahisədən sonra əl-üzünü yumaq üçün durub otaqdan çıxan zaman anası “bu nə danışıqdı atanla danışırsan, utanmırsan” deyərək üstünə gəlmiş, anasını itələmiş, anasını itələdikdən sonra atası xatırlamadığı taxta və ya metal parçası ilə başının arxasından 2 dəfə vurmuş, 3-cü dəfə vurmaq istəyən zaman geri çəkilmiş və zərbə belinə dəymişdir. Zərbələrin təsirindən yerə yıxılmış, ayağa qalxdıqda başının qan olduğunu, atasının pilləkənlərlə həyətə düşdüyünü görmüş, mətbəxə gedərək mətbəxdə qaşıq, çəngəl olan birinci siyirmədən mətbəx bıçağını götürmüş və atasını bıçaqla vurmaq üçün həyətə çıxmışdır. Anası onun bıçağı götürüb evin həyətinə çıxdığını görüb “Əlində bıçaq var gəldi, qaç” deyə atasına tərəf qışqırmış, bu vaxt atası onu görüb evin darvazasından çölə qaçmış, o küçədə atasına çatmış, üzbəüz gəldikdə döş qəfəsinə və qarın nahiyyəsinə bıçaqla 3 ardıcıl zərbə vurmuş, epilepsiyası tutduğundan yıxılmış, əks halda daha çox zərbə yetirmək niyyəti olmuşdur. Yıxıldıqdan sonrasını xatırlamamış, təcili yardımla X12 aparılarkən özünə gəlmişdir. Əməlindən peşman olmuş, məqsədi atasını öldürmək yox, onu vurduğuna görə cəzalandırmaq olmuşdur. Hadisəni xatırlamamış, affekt vəziyyətində törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 göstərmişdir ki, ona hadisə barədə məlumat gec gəlib çatmışdır. O, birbaşa xəstəxanaya getmiş, ordan da mərhumu gətirib dəfn etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, qardaşının hər hansı pis vərdişləri olmasını bilməmişdir. Qardaşı ilə Muradın münasibətlərinin ecə olmasını bilmir, onlar nadir hallarda görüşürdülər. Təqsirləndirilən şəxslə barışmamışdır, lakin ona qarşı şikayəti yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun oğlu həm epilepsiya, həm də psixoloji xəstəlikdən əziyyət çəkir. Axırıncı dəfə 2 saylı psixatriya xəstəxanasında 90 gün müalicə almışdır, əlillikdən aldığı pulla uşaqlarını saxlaması, aliment verməsi üçün ona əlillik almaq istəmişdir. Atası Muradla yola getmirdi. Atasının pis vərdişləri var idi, spirtli içki və narkotik vasitədən istifadə edirdi. Həmin gün yoldaşı səhər yuxudan durmuş, axşam da hallı yatmışdır, evdə öskürə-öskürə get-gəl etmişdir. Oğlu da əsəb xəstəsi olduğuna görə səs olanda yata bilmirdi. Atasına səs salmamasını, yata bilmədiyini demişdir. Yoldaşı oğluna acıqlanmış və sonuncunu nalayiq söyüşlərlə söymüş, oğlu da ayağa durmuşdur. Yoldaşı necə olmuşsa pilləkəndən düşüb həyətə çıxmışdır. Onlar həyət evində yaşayırlar. Atası həyətdən dəmir parçası götürüb Muradın bədəninə və başına vurmağa başlamışdır. Muradın başı qanamış, ancaq yerə yıxılmamış, dəli kimi olmuşdur. Murad evdən bıçaq götürüb küçəyə çıxmış, qapının ağzında atasını vurmuşdur. Muradı atası və ailəsi bu vəziyyətə salmışdır. Murad həmişə atasının sonuncunun ailəsini dağıtdığını deyirdi. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə olan vaxtı evdə üçü yaşayırdılar. Atası Muradla yola getmirdi, bir təhər sonuncuları sakitləşdirirdi. Murad atasını bıçaqla vurmuşdur. Bıçaqla vurma anını görməmişdir. Səsə qonşular gəlmişdir. Təcili yardım xəstəxanaya aparmışdır. Həmin günü xəstəxanada həyat yoldaşı rəhmətə getmişdir. Həyat yoldaşı narkotik vasitələrdən istifadə edirdi. Həyat yoldaşı axşam istifadə edib gəlmişdi. Muradin xəstəliyi tutanda qıc olmaları olurdu, özündən gedirdi. Həyat yoldaşı həmin günü səs-küy edib Muradı yuxudan oyatmış, sonra Murada qışqırmış, sonuncunu söyüb təhqir etmişdir. Atası Muradı dəmir parçası ilə vurmağa başlamışdır. Bu hallar hadisənin baş verməsinə səbəb olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, “orqanını göstərərək atasını söymüş və atası bundan əsəbləşərək dəmir parçası ilə Muradı vurmuşdur” kimi ifadə verməmişdir, belə hal bir hal olmamışdır. “Mən həmin vaxt Muradı sakitləşdirmək istədim. Murad məni itələyərək mənə şillə vurdu, məni küçə söyüşləri ilə təhqir etdi” kimi ifadə verməmişdir, yazılanların bu hissəsi ilə razı deyil, qalan hissəsi ilə razıdır. Atası Muradı dəmir parçası ilə vurduqdan sonra, atası küçəyə çıxmışdır. Murad həyətdə qalmışdır, o, sonuncunu sakitləşdirməyə çalışmışdır. Murad gəlmiş, evdən bıçağı götürmüşdür, o, nə qədər qışqırmışdır ki, “Murad dayan”, sonuncu qulaq asmamışdır. Murad bıçağı götürüb küçəyə çıxmışdır, həmin vaxt o, evin pilləkənlərindən yavaş-yavaş düşürdü, o, küçəyə çıxanda artıq hadisə baş vermişdi. O, vurulma anını görməmişdir. İstintaqda ifadəni oxumamışdır, amma qol çəkmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, səhər saat 10 radələri olardı, öz həyətində işləyirdi. Uşaq səsinə oxşar səslər eşitmiş, uşaqlar olduğunu düşünmüşdür. Qapı çırpıltısı eşitmiş, həmişə uşaqlar futbol oynayanda topu qapıya vururlar, yenə də uşaqlar olduğunu düşünmüşdür. Küçəyə çıxıb nə olduğunu bilmək istəmiş, çölə çıxmış və ikisinin də yerdə olduğunu görmüşdür. Mərhum ağzı yerə uzanmış, Murad da onun üstündə olmuşdur. Təcili yardıma zəng etmişlər, təcili yardım gec gəldiyinə görə qonşulardan kimsə mərhumu maşına qoyub xəstəxanaya aparmışdır, onlar da Muradı 1 saylı Klinik tibbi Mərkəzə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, o, Muradgillə üzbəüz qalır. Mərhum altda olmuş, Murad üstə olmuşdur. O, Muradı atasının üstündən çəkmişdir. Muradın da boynu qan olmuşdur. Vurulma anını görməmişdir. Muradın anasını sonra görmüşdür. Mərhumun pis vərdişinin olmasını bilmir, görməmişdir. Evdə tez-tez mübahisələrinin olmasını bilmir. Muradı xəstəxanaya onlar aparmışlar. Təcili yardıma minəndə Muradın epilepsiyası buraxmamışdır, sonuncu ayılmamışdır. Muradın ayılma anını görməmişdir. 2002-2003-cü ildə mərhumun narkotik vasitə ilə bağlı ağır formada xəstəxanaya aparılmasının şahidi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Murad xəstə adamdır, bir gün belə olur, bir gün başqa cür olur. Sonuncu epilepsiya xəstəliyindən əziyyət çəkir. Atasıgillə evləri ayrıdır, amma bir həyətdə qalırlar. Muradın əvvəllər atasına və anasına qarşı aqressiv hərəkətləri olmuşdur. Murad atasına və anasına əl qaldırmışdır. Atasının da pis vərdişləri olmuşdur. Atası ilə Muradın münasibələri nomal olmamışdır. Hadisə günü o, evdə deyildi, qaydanda artıq hadisə baş vermişdi, Muradı polis evə ifadəsini almaq üçün gətirdi. O, suallara cavab olaraq bildirmişdir ki, atası da əsəbi idi, Murad da xəstə idi, aralarında bəzən mənasız sözlərə və hərəkətlərə görə söz-söhbət düşürdü. Atasının pis vərdişləri barədə eşitmişdi, amma görməmiş, araq içməyi var idi, o da toyda-bayramda edirdi. Hadisə baş verən günü evdə olmamışdır. Atası ilə Murad yola getmirdi, atası əsəbi idi, Murad da xəstə adam idi, aralarında münaqişə yaranırdı. Münaqişə sözlü olurdu. Atasının Muradı vurmasının şahidi olmamışdır. Muradın atası və anasını vurması bir il qabaq olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə çatanda Nizami artıq rəhmətə getmişdi, xəstəxanada idi, o, birbaşa evə gəlmişdir. Murad xəstə idi, əsgərlikdən gələndən sonra belə olmuşdu. Bacısı Arzu hər şeyi gizlədirdi, hər şeyin üstünü ört-basdır edirdi. Muradın atası ilə münasibəti normal idi. O, suallara cavab olaraq bildirmişdir ki, Nizaminin pis vərdişləri olmasını görməmişdir. Bacısından eşitmişdir ki, nəsə edir, amma hansı pis vərdişləri olmasını bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı onu deyə bilər ki, o, səs-küyə çölə çıxanda Murad yerə uzanmış, rəhmətlik əmisi oğlu da qan içərisində olmuşdur.Təcili yardıma tez zəng vurmuşlar, rəhmətliyə köməklik göstərmək istəyən zaman əmisioğlu rəhmətə getmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Muradın atası ilə münasibətlərindən məlumatlı deyil, o, Xaçmazda qalır. Muradın atası ilə münasibətləri barədə heç nə eşitməmişdir. Hadisə vaxtı da Muradın epilepsiyası tutmuşdur. Muradın psixi durumu yaxşı idi, amma həyəcanlanan kimi, epilepsiyası tuturdu. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, yoldaşı ilə Asan Xidmətdən gəlirdi, o, qaynanasının yanına qonaq gəlmişdi. Həmin ərazidən keçəndə bacısının səsini eşitmiş, Muradın epilepsiyasının tutduğunu düşünmüşdür. Tez həmin məhəlləyə getmişlər. Muradın başı qan içərisində yerdə uzandığını, atasının da bıçaqlanaraq yerə yıxıldığını görmüşlər. Muradı yoldaşı ilə İmran xəstəxanaya aparmış, atasını isə təcili yardım gəlib xəstəxanaya aparmışdır. Muradın atası xəstəxanada ölmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə anını görməmişdir. Muradın atası ilə münasibətlərindən məlumatlı deyil, bu barədə heç nə eşitməmiş, belə ki, o, Xaçmazda qalır. Hadisə vaxtı da Muradın epilepsiyası tutmuşdu. Muradın psixi durumu yaxşı idi, amma həyəcanlanan kimi, epilepsiyası tuturdu. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 nömrəli X1 xəstəsidir, ilk dəfə 2022-ci ildə onlara müraciət etmişlər, həmin ili diaqnozu qoyulmuş, bundan sonra 2023 və 2024-cü illərdə xəstəxanada yatmışdır. Onlara müraciət etməzdən əvvəl də epilepsiya xəstəsi olmuş, həmin xəstəliyə görə nevroloji müalicələr almışdır. Anasının deməsinə görə 2017 və 2018-ci illərdən psixi pozuntuları başlamış, əsəbi olmuşdur. Qıc olmaları və baş ağrıları davam etmişdir. Muradın özünün deməsinə görə atası ilə yola getməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, şəxs poliklinikada qeydiyyatda olanda poliklinika özü xəstəxanaya göndəriş verir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ögey dayısı oğlu Təqsirləndirilən şəxsla 2013-cü ilin oktyabr ayında evlənmiş, evləndikdən sonra Muradın ailəsi ilə yaşadığı ünvan 4 ünvanında yaşamışlar. Evlilikdən 10 və 7 yaşlı iki qızları vardır. Həmin ünvanda Muradın valideynlərindən hər hansı pislik görməmiş, hər hansı pis vərdişlərinin şahidi olmamışdır. 2023-cü ildə rəsmi boşanmışlar. Uşaqlar onun himayəsində yaşayırlar. Murad evləndikləri vaxtdan atası və anası ilə mübahisələr etmiş, onları vurmuşdur. Atası Nizami Təqsirləndirilən şəxs dəfələrlə bu mübahisələrə görə ya Muradın onu öldürəcəyini ya da onun Muradı öldürəcəyini demişdir. 10 il evli olduqları müddətdə Murad dəfələrlə əsəblərinə görə müalicə almış, heç bir işdə işləyə bilməmiş, daim mübahisə etmiş və işdən çıxarılmışdır. Murad həddindən artıq ərköyün böyüdülmüş, bütün gününü televizor önündə, telefonla oynayaraq keçirmiş, bütün tələblərini anası etmişdir. Murad dəfələrlə onu, kiçik qızını da döymüş, uşaqlar ondan çox qorxmuşlar. Murad qardaşını da qısqanmış, paxıllığını çəkmişdir. Ayrılmalarına səbəb onun yanında Muradın atasını vurması, onu da döyməsi olmuşdur. Murad uşaqlarını görməyə gəlməmiş, çünki uşaqlar da onu görmək istəməmişdir. Uşaqlarla əsasən atası Nizami maraqlanmışdır. Zərərçəkmiş şəxs hər hansı pis vərdişinin, narkotik və digər aludəçiliyinin şahidi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Muradın atası Nizamini bıçaqlayaraq öldürdüyü barədə ona məlumat verilmiş, hadisə barədə eşitdikdə pis olsa da təəccüblənməmiş, belə bir hadisənin olacağını gözləmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1-2) xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 5-16) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:30-da CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 18) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 58-59) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-357/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 87-91) Tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntu, anamnezində qıcolma tutmaları ilə F06.6, kompleks parsial epilepsiya, kəllədaxili hipertenziya, orta dərəcəli depressiv epizod, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş fokal simptomatik epilepsiya və epileptik sindromlar (6- 8 dəfə) situasiya ilə şərtlənmiş nevrotik reaksiyalar xəstəliklərindən əziyyət çəkir və həmin xəstəliklərlə bağlı stasionar müalicədə olmuşdur. (İ cild i.v. 96-105) Məhkəmə-tibbi ekspertizasının 49 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaralar və sıyrıqlar aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 2 (iki) ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər aşağıdakılardır: Döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə Vİİ qabırğa səviyyəsində olan yara. Yara diafraqmanı dəlib keçərək sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını, ürək kisəsini və ürəyin sağ mədəciyini zədələyir. Yaranın istiqaməti öndən-arxaya, soldan-sağa və aşağıdanyuxarıdan doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə X qövsü bərabərliyində olan yara. Yara periton boşluğuna nufuz edərək qaraciyərin kiçik payını dəlib keçərək mədəaltı vəzini zədələyir. Yaranın istiqaməti soldan-sağa, öndən-arxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalının ümumi uzunluğu 9-10 sm-dir. Deşilmiş-kəsilmiş yaralardan 1 (bir) ədədi daxilə nüfuz etmir. Qeyd edilən xəsarət aşağıdakıdır. Qarın nahiyəsinin deşilmiş-kəsilmiş yara. Yara kanalının istiqaməti öndən-arxaya, sağdan-sola və aşağıdan-yuxarıya doğrudur. Yara kanalının dərinliyi 7,0 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sıyrıqlar - Hər iki baldır nahiyəsinin və sol bayır topuq nahiyəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər. Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdilər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 3 (üç) ədəd deşilmiş- kəsilmiş yaraları iti kənara və uca malik əşyanın (alatin) təsirindən, sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər. Həmin xəsarətlərdən 2 (iki) ədəd (döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə Vİİ qabırğa səviyyəsidə və döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə X qövsü bərabərliyində) deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb-döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edərək ürəyi, sol ağciyəri və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nahiyəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2025-cü il tarixdə, saat 12:30-dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli əşyanın təsirindən, sıyrıqlar isə insan bədəninin hissəsinin (əl, əl dırnaqları və s) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraların xarakterinə və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarət alan zaman xəsarət yetirən şəxslə üzbəüz və ona yaxın qarşlıqlı vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlar (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin va metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İ cild, i.v. 150-159) Məhkəmə-tibbi ekspertizasının 359 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin 2 (iki) ədəd əzilmiş-cırılmış yaraları, hər iki kürək nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dəmir parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür. Bədən səthində aşkar edilmiş xəsarətlərdən; - başın ənsə nahiyəsinin 2 (iki) ədəd əzilmiş-cırılmış yaraları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Hər iki kürək nahiyəsinin qançıları isə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (İ cild, i.v. 162-165) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü Şahid1 Murad qızı adlı azyaşlı uşaqları vardır. (İ cild,i.v. 179-180) Kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 167-MTKŞ/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində solda bir ədəd, ön səthində sağda bir ədəd, arxa səthində bir qədər solda bir ədəd, uzunqol tünd göy rəngli köynəyin ön səthində sağda bir ədəd, ön səthində bir qədər solda iki ədəd və arxa səthində bir qədər solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, küpü və ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin yaxalığında bütün düymələrin (7 ədəd) və sol döş cibindəki düymənin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyyələrinə müxtəlif şəraitlərdə küt qüvvə tətbiq etməklə (dartmaqla) düymələrin qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus uzunqol tünd göy rəngli köynəyin ön səthində ortada bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabısı, trusik və şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı, qısaqol mayka və uzunqol köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (İ cild, i.v. 187-194) Məhkəmə-tibbi ekspertizasının 268/2025-TBŞ saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə göstəricisi: A beta\H\(ll), Təqsirləndirilən şəxs isə qan qrupu – AB (İV) (qərarda göstərilən qeydə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, köynək, boz rəngli mayka, kişi alt şalvarı, uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus boz rəngli idman şalvarı, zəncirbəndlə bağlanan köynək, yumruboğaz köynək, bir ədəd bıçaq və 05 ədəd çubuqlu pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, köynək, boz rəngli mayka, kişi alt şalvarı və uzunqol köynək üzərində olan ləkələrdə "A" və "H" antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus boz rəngli idman şalvarı, zəncirbəndlə bağlanan köynək, yumruboğaz köynək, 05 ədəd çubuqlu pambıq tamponlar və bir ədəd bıçaq üzərində isə A, B və H antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB/H/(İV) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə Abeta\H\(ll) qruplu Zərərçəkmiş şəxs qanının olması da inkar olunmur. (İ cild, i.v. 195-202) Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 85 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmişdir. Qeyd edilən psixi pozuntu əsasən təfəkkürünün torpid xarakterli və bir qədər ləng tempdə olması, şəxsin mülahizə və mühakimələrində bir qədər səthilik və ilişkənliyin müşahidə edilməsi, emosional labillik, sorğu-sual gedişatında bir qədər əsəbiliyinin özünü büruzə verməsi, söhbət edərkən tez yorulması, klinik mənzərəsinə koqnitiv və təfəkkür funksiyasının zəifləməsi, proqnozlaşdırma qabiliyyətinin zəif olması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin formal olması ilə və s. əlamətlərlə xarakterizə olunur. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu kimi psixi patologiyadan əziyyət çəkməsi və həmin patologiyanın natamam kompensasiya mərhələsində olması səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu”ndan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra da həmin psixi pozuntunun natamam kompensasiya vəziyyəti olduğundan, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hazırki hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkarlanan epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda da natamam remissiya vəziyyətindədir və buna görə də Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə CM-in 22.2-ci maddəsinin təsiri altına düşür. Hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti hal-hazırda da müəyyən edilir. Bununla belə, Təqsirləndirilən şəxs psixi vəziyyəti hazırda onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmur. Məhkəmə psixoloji ekspertizasının rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərini müəyyən edərkən - diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), yaddasaxlamasının emosional fonda bir qədər zəifləməsi, qavramasında lənglik, təfəkkürünün ləng və ilişkən olması, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmamaqla, koqnitiv imkanlarının çevik olmadığı, ümumilikdə əqli imkanlarının normaya uyğun olması aşkar olunmuşdur. Psixi-emosional vəziyyətində xarici qıcıqlara qarşı həssaslıq, davranışı üzərində iradi nəzarətin zəifləməsi, emosional labillik, həvəssizlik, ünsiyyətə meylli olmamaq; xarakterik xüsusiyyətlərində - kobudluq, konfliktə meyllilik, kinlilik, inadkarlıq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması baş vermiş situasiya fonunda xarakterik xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (İ cild, i.v. 206-214) xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 219) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd tünd boz rəngli cins şalvar, mavi-ağ rəngli alt paltarı, boz mayka, düz xətli köynək və qara uzunqol köynək, Təqsirləndirilən şəxs üzərində olmuş boz rəngli “Adidas” markalı idman şalvarı, əynində olan qara yumruboğaz köynək və yaxalıqlı-qara zəncirli köynək və hadisəni törətdiyi 1 ədəd qara dəstəkli, metal tiyəli mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (İİ cild, i.v. 1-13) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 20-22) X2 Sistemi məhkumluq məlumatlarından və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012ci il tarixli, 221/2012 saylı hökmündən görünür ki, Əmirov X8 Hərbi Məhkəməsinin hökmü ilə CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə 150 manat cərimə cəzasına məhkum edilmişdir. (İİ cild, i.v. 37-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 221/2012 nömrəli, xx.xx.2012-ci il tarixli hökmü ilə 150 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarının təsiri altına düşdüyündən xx.xx.2013-cü il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə görə CM-in 120.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 120.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 120.1-ci maddəsi (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, soyuq silah hesab edilməyən mətbəğ bıçağı ilə evdən ümumi həyətə çıxmış, onun əlində bıçaqla çölə çıxdığını görən anası Şahid1 əri olmaqla ona əziz olan Zərərçəkmiş şəxs ehtiyatlı olmaqla baş verə biləcək hadisədən yayınması üçün uca səslə bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs onun niyyətini anlayıb qaçaraq evdən pilləkənlərlə həyətə düşərkən arxası ilə gedib onu darvazanın qarşısında yaxalayaraq onu özünə əziz saymaqla dəyərli insan kimi qəbul etdiyi arvadı Şahid1 gözü qarşısında etdiyi hərəkətlərindən əzab çəkəcəyini dərk etməklə hərəkətlərinə davam edərək xüsusi amansızlıqda öldürmək məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin həyat üçün təhlükəli olan müxtəlif nahiyələrindən ardıcıl üç dəfə bıçaqla zərbələr endiririb ona 2 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə Vİİ qabırğa səviyyəsində və döş qəfəsinin ön səthinin sol yarısında döş yanı xətt üzrə X qövsü bərabərliyində deşilmişkəsilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, 1 ədəd qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin hər iki baldır nahiyəsinin və sol bayır topuq nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edərək sol ürəyi, sol ağciyəri və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə səbəbi ilə Zərərçəkmiş şəxs hadisə yerində ölməklə, sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni xüsusi amansızlıqla qəsdən öldürmüşdür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd edilən qərarın həmin müddəalarına və CM-in 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadələrdən görünür ki, hadisə günü yəni 02 mart 2025-ci il tarixdə atası təhqiramiz ifadələrlə telefonla danışığı zamanı atasının doğru hərəkət etmədiyinə görə narazılığını bildirmiş, atası təhqiramiz ifadələrlə onu təhqir etmişdir. Atası dəmir parçası ilə ona xəsarət yetirmişdir. Bu zaman affekt, panikatak vəziyyətə düşmüş və mətbəxdən bıçaq götürüb atasına xəsarət yetirmişdir. Daha sonra epilepsiyası tutmuş və özündən getmişdir. Atasını öldürmək niyyəti olmamışdır. Panik-atak, affekt vəziyyətdə olduğuna görə hadisəni tam xatırlamır. Hadisə zamanı anası, gəlinləri evdə olmuşlar. Bıçağı mətbəxdən götürmüşdür. Bıçağı götürməyini xatırlayır, amma atasını necə vurduğunu xatırlamır. Hadisəni törətməyini tam xatırlamır. Ayılanda artıq xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı anasının evdə olub-olmadığını xatırlamır. Anası hadisə baş verməzdən əvvəl evdə olmuşdur. Atasına xəsarəti evdə və ya çöldə yetirməyini xatırlamır. Məhkəmədə dindirilmiş Şahid1 verdiyi ifadələrdən görünür ki, oğlu həm epilepsiya, həm də psixoloji xəstəlikdən əziyyət çəkir. Atası Muradla yola getmirdi. Atasının pis vərdişləri var idi, spirtli içki və narkotik vasitədən istifadə edirdi. Həmin gün yoldaşı səhər yuxudan durmuş, evdə öskürə-öskürə get-gəl etmişdir. Oğlu da əsəb xəstəsi olduğuna görə səs olanda yata bilmirdi. Atasına səs salmamasını, yata bilmədiyini demişdir. Yoldaşı oğluna acıqlanmış və sonuncunu nalayiq söyüşlərlə söymüş, oğlu da ayağa durmuşdur. Yoldaşı necə olmuşsa pilləkəndən düşüb həyətə çıxmışdır. Atası həyətdən dəmir parçası götürüb Muradın bədəninə və başına vurmağa başlamışdır. Muradın başı qanamışdır, ancaq yerə yıxılmamışdır, dəli kimi olmuşdur. Murad evdən bıçaq götürüb küçəyə çıxmış, qapının ağzında atasını vurmuşdur. Murad atasını bıçaqla vurmuşdur. Bıçaqla vurma anını görməmişdir. Murad bıçağı götürüb küçəyə çıxmışdır, həmin vaxt o, evin pilləkənlərindən yavaş-yavaş düşürdü, o, küçəyə çıxanda artıq hadisə baş vermişdi. O, vurulma anını görməmişdir. Məhkəmədə dindirilmiş Şahid2 verdiyi ifadələrdən görünür ki, səhər saat 10 radələri olardı, öz həyətində işləyirdi. Uşaq səsinə oxşar səslər eşitmiş, uşaqlar olduğunu düşünmüşdür. Küçəyə çıxıb nə olduğunu bilmək istəmişdir, çölə çıxmış və ikisinin də yerdə olduğunu görmüşdür. Mərhum ağzı yerə uzanmış, Murad da onun üstündə olmuşdur. O, Muradı atasının üstündən çəkmişdir. Muradın da boynu qan olmuşdur. Vurulma anını görməmişdir. Muradın anasını sonra görmüşdür. Eyni zamanda məhkəmədək icraat zamanı Şahid1 verdiyi ifadələrində də Muradın mətbəxə keçib qara dəstəkli mətbəx bıçağını götürdüyünü, atasının arxası ilə həyətə düşdüyünü, Murada mane olmağa çalışsa da bacarmadığını, qışqıraraq Nizamiyə Muradın bıçaqla gəlməsini xəbər verdiyini, Nizami evdən küçəyə qaçdığını, lakin Muradın pilləkənləri qaçaraq düşüb Nizamiyə çatdığını, ona bıçaqla xəsarətlər yetirdiyini, o, özü küçəyə çıxdıqda Nizaminin yerdə uzanılı vəziyyətdə xırıldadığını gördüyünü və başını qucağına aldığını, Muradın isə bir qədər aralıda epilepsiyası tutmuş vəziyyədə uzandığını bildirmişdir. Məhkəmədək icraat zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrindən görünür ki, atası ilə aralarında sözlü mübahisə olmuş, mübahisədən sonra əl-üzünü yumaq üçün durub otaqdan çıxan zaman anası “bu nə danışıqdı atanla danışırsan, utanmırsan” deyərək üstünə gəlmiş, anasını itələmiş, anasını itələdikdən sonra atası xatırlamadığı taxta və ya metal parçası ilə başının arxasından 2 dəfə vurmuş, 3-cü dəfə vurmaq istəyən zaman geri çəkilmiş və zərbə belinə dəymişdir. Zərbələrin təsirindən yerə yıxılmış, ayağa qalxdıqda başının qan olduğunu, atasının pilləkənlərlə həyətə düşdüyünü görmüş, mətbəxə gedərək mətbəxdə qaşıq, çəngəl olan birinci siyirmədən mətbəx bıçağını götürmüş və atasını bıçaqla vurmaq üçün həyətə çıxmışdır. Anası onun bıçağı götürüb evin həyətinə çıxdığını görüb “Əlində bıçaq var gəldi, qaç” deyə atasına tərəf qışqırmış, bu vaxt atası onu görüb evin darvazasından çölə qaçmış, o küçədə atasına çatmış, üzbəüz gəldikdə döş qəfəsinə və qarın nahiyyəsinə bıçaqla 3 ardıcıl zərbə vurmuşdur. Eyni zamanda xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əlavə dindirilərkən suala verdiyi cavabında göstərmişdir ki, anası da hadisə yerində olmuşdur. O da hadisəni görmüş ola bilər, bunu dəqiq xatırlamır. O, bir daha bildirir ki, birinci atası ona vurmuşdur. Hadisə vaxtı o, özündə olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayətin bilavasitə törədilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə bıçaqla xəsarət yetirməsi zamanı sonuncunun arvadı Şahid1 yanında olmamış, cinayət başa çatdıqdan sonra hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid1 gözü qarşısında öldürməmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Belə ki, həm təqsirləndirilən şəxs ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində epilepsiyası tutduğundan anasını hadisə zamanı orda olub-olmaması barədə dəqiq bir fikir bildirməmişdir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Şahid qismində dindirilmiş Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı hadisənin şahidi olmadığını bildirmişdir. Bundan başqa hadisə yerinə baxış protokolundan da görünür ki, Təqsirləndirilən şəxs mətbəxdən bıçağı götürərkən anası Şahid1 bunu görərək mərhumu xəbərdar etmiş, Təqsirləndirilən şəxs şəkillərdən də göründüyü kimi pilləkənləri düşüb atasına həyətdə deyil, darvazanın qarşısında çataraq sonuncunu öldürmüşdür, ifadələrdən və hadisə yerindən də görünür ki, Şahid1 mərhumu xəbərdar etdiyindən ondan aralıda olması fikrini daha inandırıcı edir, eyni zamanda Şahid1 o vəziyyətdə qaçaraq onlara çatması da məntiqli və ağlabatan görünmür. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə əhatə olunur. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən CM-in 120.1-ci maddəsi ilə başlanılmış, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli CM-in 120.2.4-cü maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Yalnız sübutların qiymətləndirilməsi haqqında qərarda müstəntiq təqsirləndirilən şəxsin verdiyi ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs epilepsiyası tutmasa idi, daha çox zərbələr vuracağı və yuxarıda qeyd olunan Plenum qərarın yaxın adamların yanında onlara xüsusi əzab verdiyini dərk edərək öldürmək barədə müvafiq bəndi əlavə etməklə kifayətlənmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, qəsdən adamöldürmə cinayəti maddi tərkibli cinayət olduğundan belə bir ifadəyə, yəni niyyətə əsaslanmaqla əməlin tövsif edilməsi yolverilməzdir və qanunun tələblərinə ziddir. Həmin ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən sonrakı müddət ərzində toplanmış sübutlar əsasən ekspert rəylərindən ibarətdir ki, bu rəylərində heç biri Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsinin təsdiqinə yönəlməmişdir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməli “xüsusi amansızlıqla” törənməmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və ona 120.1-ci maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, atasını öldürmək niyyətinin olmaması, hadisəni affekt vəziyyətində törətməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 85 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun CM-in 120.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki nəfər az yaşlı uşağının olmasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, üzvi emosional-labil pozuntu, anamnezində qıcolma tutmaları ilə F06.6, kompleks parsial epilepsiya, kəllədaxili hipertenziya, orta dərəcəli depressiv epizod, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş fokal simptomatik epilepsiya və epileptik sindromlar (6- 8 dəfə) situasiya ilə şərtlənmiş nevrotik reaksiyalar xəstəliklərindən əziyyət çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 may 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 95.0.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd tünd boz rəngli cins şalvar, maviağ rəngli alt paltarı, boz mayka, düz xətli köynək və qara uzunqol köynək, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 1 ədəd qara dəstəkli, metal tiyəli mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, Təqsirləndirilən şəxs üzərində olmuş boz rəngli “Adidas” markalı idman şalvarı, əynində olan qara yumruboğaz köynək və yaxalıqlıqara zəncirli köynək hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 418 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd tünd boz rəngli cins şalvar, mavi-ağ rəngli alt paltarı, boz mayka, düz xətli köynək və qara uzunqol köynək, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 1 ədəd qara dəstəkli, metal tiyəli mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərində olmuş boz rəngli “Adidas” markalı idman şalvarı, əynində olan qara yumruboğaz köynək və yaxalıqlı-qara zəncirli köynək hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, ekspertiza xərci, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 418 (dörd yüz on səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar