Məhkəmə qərarları › İş №1(101)-1616/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1616/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1616/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroin və psixotrop maddə olan metamfetamini 120 (yüz iyirmi) manata əldə edərək üzərində daşımış və yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evində saxlamış, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2021-ci il tarixdə, saat 09:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2704 avtodəstə küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin sol ön cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,034 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,656 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evindən siqaret qutusunun içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,369 qram, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,451 qram, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,653 qram, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,098 qram, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,447 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə içərisində bir ədəd təmiz çəkisi 30,245 qram, 01 (bir) ədəd təmiz çəkisi 0,345 qram, 01 (bir) ədəd təmiz çəkisi 0,118 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə isə külli miqdarda təmiz çəkisi 2,674 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 30,742 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki il olar ki, şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin və heroindən istifadə edir. Üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Klinik xəstəxanasının yaxınlığında adını və soyadını bilmədiyi şəxdən öz istifadəsi üçün alaraq əynindəki köynəyinin cibində saxlamışdır. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evində siqaret qutusunun içərisində aşkar edilən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroin ona məxsus deyil, onlar polis əməkdaşları tərəfindən qoyulub. 22 aprel 2021-ci il tarixdə, saat 09:30 radələrində evinin qarşısında piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələri saxlamağında və üzərində daşımağında şübhəli olduğunu bildirib 32-ci Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 32-ci PB-nə getmiş, orada onu vəkillə təmin edib vəkilin iştirakı ilə polis əməkdaşlarının xidməti otaqlarının birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması deyildikdə, o, əynində olan köynəyinin sol ön cibində saxladığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmiş və bükümlər açıldıqda həmin maddələrin şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və zərf möhürlənmişdir. Sonra isə vəkilinin iştirakı ilə yaşadığı evinə baxış keçirilmiş və evində bir bükümün içərisində 3 ədəd psixotrop maddə olan metamfetamin, siqaret qutusunun içərisində 05 ədəd bükümdə olan narkotik vasitə olan heroin aşkar olunmuş və polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılaraq möhürlənmişdir. Həmin psixotrop maddə və narkotik vasitə ona məxsus deyil, hesab edir ki, onlar polis tərəfindən qoyulmuşdur. O, metamfetamin və heroinin satışı ilə məşğul olmamış, aldığı metamfetamin və heroindən istifadə etməmiş və heç kimə də satmamış, hissə-hissə özü üçün istifadə edəcəkdi. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili işləyir. 22 may 2021-ci il tarixdə "Vüqar” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, avtodəstə küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 09:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, avtodəstə küçəsində Təqsirləndirilən şəxs müəyyən edərək özlərini təqdim etmişlər və ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. 32ci Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, şübhəli şəxs qismində tutulmuş, sonra da Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan ağ göy rəngli damadama köynəyin sol döş cibindən 02 ədəd bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümlərdən birinin içərisində heroin, birinin içərisində isə metamfetamin vardır, onları 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Klinik xəstəxanasının yaxınlığında İİR-nın vətəndaşı olan “Baba"' adı ilə tanıdığı şəxsdən 120 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Bundan sonra aşkar edilmiş həmin bükümlər açılıb baxıldıqdan sonra qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra da Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs razılığı ilə onun və vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri. ünvan 3 ünvanında yerləşən mənzilə gedərək həmin mənzildə videoçəkilişlə axtarış keçirilmişlər. Mənzildə axtarış zamanı həmin evin mansarından 8 ədəd büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 3 ədəd bükümün içərisində metamfetamin, digər 5 ədəd bükümün içərisində isə heroin narkotik maddələri olduğunu, həmin narkotik maddələri də 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Klinik xəstəxanasının yaxınlığında İİR- nın vətəndaşı olan "Baba" adı ilə tanıdığı şəxsdən 120 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra həmin evdə axtarış davam etdirilmiş, lakin başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Axırda isə mənzildə axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 33-34-cü vərəqlərində olan 22 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan ağ göy rəngli dama-dama köynəyin sol döş cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin 36-cı vərəqində olan 22 may 2021-ci il tarixli mənzildə axtarış aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri. ünvan 5 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, axtarış zamanı həmin mənzilin mansarından 08 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin 77-ci vərəqində olan protokoldan görünür ki, DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində onun dövlət hesabına təyin edilmiş müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan ağ göy rəngli dama-dama köynəyin sol döş cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digərində isə metamfetamin tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 04 may 2021ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Klinik xəstəxanasının yaxınlığında İİR-nın vətəndaşı olan “Baba" adı ilə tanıdığı şəxsdən 120 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işinin 78-ci vərəqində olan protokoldan görünür ki, DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə dövlət hesabına təyin edilmiş müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzildə axtarış zamanı həmin mənzilin mansarından 08 ədəd büküm olan aşkar edilməsi, ondan həmin 8 ədəd bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adma Respublika Klinik xəstəxanasının yaxınlığında İİR-nın vətəndaşı olan “Baba" adı ilə tanıdığı şəxsdən 120 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarışın davam etdirilməsi, lakin evdən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı videoçəkilişlər nümayiş etdirilərkən də müəyyən olunur ki, qeyd edilən protokollarda göstərilənlər doğrudur, Təqsirləndirilən şəxs bütün hərəkətlərində sərbəstdir, üzərində aşkar olunanları könüllü şəkildə təqdim edir, mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs və əməliyyar işçiləri ilə birlikdə vəkil də iştirak edir. Cinayət işinin 44-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 22 may 2021-ci il tarixli, 6/2021 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs." yazısı olan 4 (dörd) ədəd zərfdəki 5 (beş) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,369 qram, 0.451 qram, 0.653 qram, 0,098 qram, 0,447 qram, ümumi təmiz çəkisi 2,018 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,656 qram qəhvəyi rəngli tozşəkillli maddə ksutar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,034 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə meiaımfetamindir, 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 30,245 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi və 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,118 qram və 0,345 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 2,674 qramdır və həmin heroinlər xarici əlamətlərin və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. X1 aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 30,742 qramdır, həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin 154-155-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 2397 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 156-158-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07.08 2021-ci il tarixli, 1739 saylı rəyindən görünür ki. müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayt işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 160-169-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 2.434 qram narkolik vasitə heroin və 30,542 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsin üzərində şəxsi axtarış və mənzilində axtarış və götürmə aparılması zamanı çəkilmiş 02 ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixatrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə məhkəmədəki ifadəsindən fərqli olaraq cinayət işinin 73-76-cı vərəqlərində olan və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, aldığı bir bükümdə 3 ədəd psixotrop maddə olan metamfetamini və 5 bükümdə olan narkotik vasitə olan heroini yaşadığı yaşadığı Bakı şəhəri. ünvan 3 ünvanında yerləşən evinin mansardında saxlamışdır. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə baxışı zamanı videoçəkilişlər nümayiş etdirilərkən də müəyyən olunur ki, üzərinə evə baxış keçirilərkən Təqsirləndirilən şəxs bütün hərəkətlərində sərbəstdir, üzərində aşkar olunanları könüllü şəkildə təqdim edir, mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs və əməliyyat işçiləri ilə birlikdə vəkil də iştirak edir. Hər hansı qanunsuzluğa yol verilsəydi, təbii ki, vəkil bununla əlaqədar fikrini və etirazını bildirərdi ki, hazırkı vəziyyətdə belə bir hal yoxdur. Odur ki, təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixatrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, aşkar olunan narkotik vasitə və psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan diğər sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-23 və 95-100-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 143-145-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 22.12.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 01 ay 20 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 04.12.2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83.3.2-ci maddəsinin tələbinə görə məhkumluğu ödənildiyindən həmin hökm Təqsirləndirilən şəxs münasibətdə heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən bvə ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmaqla ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfi- ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut- Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 2,434 qram narkotik vasitə heroin və 30,542 qram psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablansın, barəsində narkonaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi-ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut-Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 2,434 qram narkotik vasitə heroin və 30,542 qram psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar