Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1616/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3, Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X28 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə 09 mart 1987-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi X22 istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 2,343 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin əldə edib özündə saxlayaraq daşımış, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 yanvar 2021-ci il tarixdə saat 21:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin gün polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 2,343 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 0.217 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 may 2021-ci il tarixdə saat 04:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin gün Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin sarı rəngli kağızma bükülmüş 0,217 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda təsadüfən tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan 'Rövşən" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, psixotrop maddənin satışından əldə edəcəkləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra 26 iyul 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan ərazidə "’Rövşən” adlı şəxsdən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 10,416 qram külli miqdarda ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib özündə saxlayaraq daşımış, Bakı şəhəri Nəsimi rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 iyul 2021-ci il tarixdə saat 08:45-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq həmin gün polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli üzərinə ""Vorlddidas" yazılmış qısa idman şortunun sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 10,416 qram külli miqdarda psixotrop maddə metamfetamin, sol yan cibindən isə metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X22 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu polis əmıəkdaşları ilk dəfə 2021-ci ilin yanvar ayıda tutmuşlar və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmışdır. Hakim onu zaldan açıb buraxmışdır. 2-ci dəfə 2021-ci ilin aprel ayında yenidən tutulmuş və bu dəfə də prokuror onu azad etmişdir. Məlum hadisə baş verən gün evdə yatdığı zaman polis əməkdaşları yaşadığı mənzilə daxil olmuş və onu bölməyə aparmışlar. Belə ki, orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, lakin, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona “10 qram narkotik vasitəni boynuna götürməsən, 200 qram narkotik vasitəni videoçəkiliş vasitəsilə evdən çıxaracağıq” deyərək onu təhdid etmişlər. O da məcburiyyətin qarşısında qalıb əslində ona məxsus olan narkotik vasitəni boynuna götürüşdür. Təqsirləndirilən şəxs X11 ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində gösərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkilidir, polis mayoru rütbəsini daşıyır. Bakı şəhərində yaşayan və Nəsimi rayon inzibati ərazisində “Vüqar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat 22 yanvar 2021-ci il tarixdə rəhbərliyə raportla məruzə edildikdən sonra yoxlanılması məqsədi ilə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili X26 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra ünvan 6 ünvanda “Vüqar" adlı şəxsin əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxsin həqiqətən də X22 olduğu onlara məlum olmudur. Bundan sonra onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, baxış zaman o, əynindəki şalvarın cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və onun narkotik vasitəsi heroin olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitəni “Məryəm” adlı şəxsdən aldığını bildirsə də sonradan inkar etmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmş və eskpertizaya göndərilmişdir. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin X1 əməkdaşları X15, X23, X41 və X16, şahid Səməd Mirzəyevin ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis mayoru X32 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X8 “Məryəm” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili X12 icraatına daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Səməd Mirzəyevin rəhbərliyi ilə Zaur Tağıyev, Ruslan Qurbanov və ondan ibarət əməliyyat qrupu yaradılmıdır. Bundan sonra 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında ünvan 7 ünvanda X13 yaxınlaşaraq özlərini təqdim etmişlər və onu idarəyə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, 02 ədəd siqaret gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb könüllü şəkildə təqdim etmiş və onun heroin olduğunu, həyətindən tapdığını, özü narkotik vasitə istifadəçisi olduğunu bildirmşdir. Bundan sonra Məryəmin razılıq ərizəsi əsasında ünvan 7 ünvana getmişlər. Orada metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Həmin kütlələr zərfə qoyularaq möhürlənmş və eskpertizaya göndərilmişdir. Bundan sonra 27 iyul 2021-ci il tarixdə “Vüqar” adlı şəxsin ünvan 8 ünvanın qarşısında narkotik vasitələrin əldə etməsi, istifadəsi saxlaması, gəzdirməsi və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqda sonra onun rəhbərliyi ilə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı X5 ibarət qrup yaradılmış, sonra birgə ünvan 9 ünvanın qarşısına gəlmişlər və orada X22 tərəflərindən saxlanılaraq onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmşlər. Orada üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman o, cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümü və metal rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddənin metmafetamin olduğunu və onu istifadəsi və satmaq üçün Papanindən “Aydın” adlı şəxsdən aldığını bildirmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və eskpertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı X19 şahid Rahim Axundovun ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Nəsimi RPİnin 20-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X6 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 may 2021-cİ il tarixdə saat 04:00-da Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Rahim Bəhmənovla birlikdə ünvan 10 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşmışlar, həmin şəxsə özlərini təqdim edərək həmin şəxsdən ad və soyadını soruşduqda həmin şəxs özünü X2 təqdim etmiş və narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Bundan sonra Vüqar İsmayılov onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gəlməsini təklif etmişlər və Vüqar İsmayılov buna etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. Polis bölməsində X17 narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış’" keçiriləcəyi bildirilmişdir. Vüqar İsmayılovda buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, X22 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin sarı rəngli kağızma bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra X9 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması, hər hansısa cinayət əməlini törədib-törətməməsi soruşulmuş, Vüqar İsmayılov başqa bir cinayəti törətmədiyini və üzərində aşkar olunmuş bükülünün narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Vüqar İsmayılovun üzərinə video çəkilişlə axtarış keçirilmişdir. X9 həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə Vüqar İsmayılov həmin bükülünü özünün istifadəsi üçün 18 may 2021-ci il tarixdə Papanin kimi tanınan ərazidən Natiq kimi tanıdığı şəxsdən 5 manata aldığını bildirmişdir. Bundan sonra Vüqar İsmayılovdan aşkar olunmuş büküm zərfə qoyub 188 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Vüqar İsmayılov və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsnin əməliyyat müvəkkili, polis leytenantı X24 şahid Həbbullah Bədəlovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 23 yanvar 2021-ci il tarixli, 6/288 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi olan adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,343 qram olan qahvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 may 2021-ci il tarixli, 6/1962 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «.... Şübhəli şəxs (imza) Vüqar İsmayılov....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 27 iyul 2021-ci il tarixli, 6/3118 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162» dairəvi möhür əksi, «vətəndaş X9....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan 1 ədəd bükümdə təmiz çəkisi 10,416 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu imlə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və vətəndaş X9 aşkar edilmiş metamfetamin ilə müqayisəli tədqiqat mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 05 iyun 2021-ci il tarixli, 1766 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, X14 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı X11 üzərinə 22 yanvar 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. İstintaq zamanı X11 üzərnə 19 may 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. İstintaq zamanı X11 üzərinə 27 iyul 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X22 əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə 27 iyul 2021-ci il tarixdə X11 üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 10,416 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 10.366 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd metal rəngli elektron tərəzi və 22 yanvar 2021-ci il tarixdə X11 üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 2,343 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 2,293 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tamnmış və saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Cinayət işi üzrə 19 may 2021-ci il tarixdə X11 üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 0,217 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla X11 cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, X11 törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X11 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən X11 himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsini təkrar törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. İş materiallarından görünür ki, X22 22 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 24 yanvar 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Eləcə də iş materiallarından görünür ki, X22 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 may 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda X11 22 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixə və 19 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixə qədər həbsdə saxlanıldığı 03 gün ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, X22 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, X17 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: Nəsimi Rayon Polis İdarəsində saxlanılan X11 üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 10,416 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 10,366 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd metal rəngli elektron tərəzi və 22 yanvar 2021-ci il tarixdə X11 üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 2,343 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 2,293 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,217 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 211 (iki yüz on bir) manat 82 (səksən iki) qəpik X9 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X25 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X17 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X11 22 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixə və 19 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixə qədər həbsdə saxlanıldığı 03 (üç) gün ona təyin olunmuş oğluna 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X22 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, X22 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X25 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: Nəsimi Rayon Polis İdarəsində saxlanılan X11 üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 10,366 qram psixotrop maddə metamfetamin, 1 ədəd metal rəngli elektron tərəzi və tədqiqatdan sonra ümumi xalis çəkisi 2,293 qram heroin, 0,167 qram heroin məhv edilsin. İş üzrə ekspertiza xərcləri 211 (iki yüz on bir) manat 82 (səksən iki) qəpik X9 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, X22 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1616/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1616/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver