Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1616/2025 27.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilənədək həmin qəsəbədə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ərazisində gizlətdikləri ümumi təmiz çəkisi 1 000 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1 000 qram olmaqla xüsusilə külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 194,001 qram olmaqla külli miqdarda narkotik vasitə asetilə edilmiş tiryəki, təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram olmaqla külli miqdarda narkotik vasitə metadon həblərini və təmiz çəkisi 10,136 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamini 31 mart 2025-ci il tarixdə qeyd edilən ünvandan satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla həmin tarixdə ünvan 1 ünvanının yaxınlığına daşımış, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 31 mart 2025-ci il tarixdə, saat 22:12-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərində videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əlində saxladığı qəhvəyi rəngli torbanın içərisindən qara rəngli polietilen bağlamada olan bir ədəd sellofanda, təmiz çəkisi 1000 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxana, 1 (bir) bağlamada təmiz çəkisi 1000 qram (1 kq) kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 194,001 qram kustar üsulla hazırlanmış asetilə edilmiş tiryək, üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qr metadon olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən üzərində “Methadone 40” əmtəə göstəricisi olan 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onlar rayondan Bakıya 3 nəfər gəlmişlər. O öz istifadəsi üçün 02 qram “kokos” və 01 qram “şüşə” götürməyə gəlmiş və pulunu da iranlı şəxsə göndərmişdir. Daha sonra üçü birlikdə atılan konuma gəlmişlər. Yanındakı şəxslər konumdan nə götürəcəyindən xəbərsiz olmuşlar. Konuma çatanda avtomobili saxlatdırıb düşmüşdür. O avtomobildən düşən kimi onun üstünə tökülüşmüşlər. Hadisə saat 18:30 radələrində baş vermişdir. Lakin ittiham aktında saat 22-də saxlandığı göstərilmişdir. Onu 2 saata yaxın saxlanılan yerdə saxlamışlar. Onun qarşısına torba qoyub qəbul etməyi üçün ona zor tətbiq etmişlər. Hətta videoçəkilişdən əvvəl başının qanı getsin deyə yumuşlar. O yenə qəbul etmədikdə, yanındakı şəxsləri də onunla əlbir kimi tutacağı ilə təhdid etmişlər. O həmin şəxsləri də tutmamaları üçün narkotik vasitələrin onun olduğunu qəbul etmişdir. Polis əməkdaşları ona nə deyiblərsə, o da videoçəkilişdə eyni şeyi təkrar etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, “kakos” istifadə edir. O kakos dalınca getmişdir, “patı”nı isə yanına məcbur qoymuşlar, iş prinsipi belə olmuşdur. Narkotik vasitələri 120 manata almış və pulu əvvəlcədən atmışdır. Həmin şəxsdən ilk dəfə imiş ki, narkotik vasitə almışdır. O, əvvəllər də narkotik vasitəni konumdan gedib götürürmüş. Hər dəfə fərqli-fərqli adamlardan narkotik vasitə alırmış. O, rayonda mal-qara saxlamaqla dolanır. O narkotik vasitəni hər gün istifadə edirmiş. Gün rəzində təxminən 10-15 manatlıq “kakos” istifadə edir. Pulu evdən alırmış. Əvvəllər o narkotikə görə tutulmuşdur. Onu elə birinci dəfə də, indi də Ruslan adlı əməkdaş tutmuşdur. Onunla birlikdə konuma gedən şəxsləri tanıyır, həmin şəxslər onun həmkəndliləri olmuşdur. Onlar Masallıdan Bakıya 5 nəfər gəlmişlər, 2 nəfər 20 Yanvar metrostansiyasında düşmüş, daha sonra isə sürücü ilə birlikdə 3 nəfər qalmışlar. Onlar konuma birlikdə getmişlər. Yanında olan şəxsləri ona əlbir qoşmasınlar deyə məcbur narkotik vasitənin onun olduğunu qəbul etmişdir. Onun başındakı xəsarətdən başqa xəsarəti olmamışdır. Onun başına tapancanın arxası ilə zərbə vurmuşlar. Onu Ruslan vurmamışdır. Onları ümumilikdə 9 nəfər əməkdaş saxlamışdır. O, əvvəllər marixuana və metadon həbləri istifadə etmiş, lakin tiryək istifadə etməmişdir. Onun yanında olan şəxslərin adı Rauf Qurbanov və Emin Məcidov olmuşdur. Onları birlikdə tutub bölməyə aparmışlar. Rauf və Emini o narkotik vasitələrin onun olduğunu qəbul etdiyinə görə buraxmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 31 mart 2025-ci il tarixdə o, sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə əlaqə yaradaraq ondan borc olaraq narkotik vasitə və psixotrop maddə verməsini xahiş etmişdir. İran vətəndaşı etiraz etməyərək ona hərəsindən 1 qram verəcəyini bildirmiş, bunun müqabilində isə ondan gizlətdiyi narkotik vasitə və psixotrop maddələri götürüb göstərilən ünvanlara çatdırmağı istəmişdir. O, bu təkliflə razılaşmışdır. Bundan sonra İran vətəndaşı ona istifadəsində olan +**********57 nömrəsi ilə mesajlar göndərmiş, daha sonra isə “Vatsap” proqramı vasitəsilə gizlətdiyi narkotik vasitələrin şəkillərini və ünvanını, eləcə də gizlədildiyi məkanın fotoşəklini göndərmişdir. Ona həmin maddələri götürməsi tapşırılmışdır. O, narkotik vasitələri götürdükdən sonra həmin maddələri dediyi ünvanlara çatdırmalı imiş.xx.xx.2025-ci il tarixdə saat 22 radələrində İran vətəndaşının göndərdiyi məkana, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsinə gəlmiş, orada narkotik vasitələrin gizləndiyi yeri tapmış və həmin yerdən qəhvəyi rəngli torbada olan bir ədəd qara rəngli sellofan bağlama, bir ədəd şəffaf rəngli sellofan bağlama, bir ədəd qara rəngli sellofan büküm, bir ədəd şəffaf rəngli sellofan büküm və içərisində metadon həbləri olan beş ədəd dərman vasitəsini götürərək özü ilə aparmışdır. Bir qədər piyada irəlilədikdən sonra ona 5 nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan özünü təqdim etməyi xahiş etmişlər. Bütün bu proseslər videoçəkilişlə qeydə alınmışdır. Həmin şəxs özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasında şübhəli bilindiyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da özündə olan qəhvəyi rəngli torbanı təqdim etmişdir. Daha sonra torbada olan və içərisində narkotik vasitələrin olduğu ehtimal edilən bir ədəd qara rəngli sellofan bağlama, bir ədəd şəffaf rəngli sellofan bağlama, bir ədəd qara rəngli sellofan büküm, bir ədəd şəffaf rəngli sellofan büküm və içərisində metadon həbləri olan beş ədəd dərman vasitəsinə baxış keçirilmiş, onlar tərəzidə çəkilmiş və ayrıayrı ağ zərflərə yerləşdirdərək möhürlənmiş və zərflər imzalanmışdır. Daha sonra özünə məxsus mobil telefonu təqdim etmiş və ona baxış keçirilmişdir. Üzərində aparılan axtarış zamanı başqa heç bir qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra polis şöbəsinə aparılmış və orada müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən nə inzibati binaya gətirilərkən, nə də orada olduğu müddətdə hər hansı qanunsuz hərəkət, fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. (cild 1, iş vərəqə 178-180, 64-66, 80-82) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o istintaq vaxtı bu cür ifadə verməmişdir. İzahata imza çəkməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdə polis əməkdaşları ona nə demişdirlərsə, onu demişdir. Onu bölməyə gətirdikdən sonra 1-2 sənədə imza çəkmişdir. Qeyd olunan iranlı nömrədən onun telefonuna daxil olan SMS ona məlum deyil, həmin vaxt telefonu polis əməkdaşlarında olmuşdur. Düşünür ki, narkotik vasitə aldığı şəxs iranlı yox, elə onu tutan polis əməkdaşlarıdır. Onu 2-3 saat elə tutduqları yerdə saxlamışlar, tutduqdan dərhal sonra bölməyə aparmamışlar. Məktublarda göstərilən sol təpə nahiyəsindəki xəsarəti saxlanılan zaman polis əməkdaşlarının ona yetirdiyi fiziki zor zamanı almışdır. Onu 4-5 nəfər saxlamışdır. Hava qaranlıq olduğundan Şahid4 onu saxlayan şəxslər arasında olubolmadığını dəqiq xatırlamır. Onun başında olan xəsarət silahın arxası ilə başına vurması nəticəsində yaranmışdır. Onu saxladıqdan sonra avtomobilə söykəyib başından vurmuşlar. O saxlanılan zaman əlində heç bir şey olmamışdır. Onu mart ayının 31-i, saat 19 radələrində saxlamışlar. Emin və Rauf onun məhlə uşaqlarıdır. O saxlanılan zaman Emin və Rauf ondan 10-15 metr aralıda olmuşlar. O həmin şəxslərlə birlikdə Masallıdan Bakıya gəlmişdir. O, konuma gəlmiş, həmin şəxslər də onun yanında olmuşlar. Rauf və Emin konuma getdiyini bilməmişlər. Rauf taksinin sürücüsüdür. O Raufa konumun olduğu yerdə avtomobili saxlamasını demişdir. Rauf avtomobili saxladıqdan sonra o düşmüş və konuma tərəf yaxınlaşmışdır. Konumda bir şey tapmamış, geri qayıdanda isə polis əməkdaşları onu saxlamışdır. Bundan başqa sürücü Raufu və Emini də saxlamışlar. Onları birlikdə bölməyə aparmışlar, bölmədə onları ayırmışlar. Hadisə yerində ona sellofan torbanı vermişlər. Onu saxlanıldığı yerdə bir neçə saat saxlamışlar. Polis əməkdaşı Şahid1 onu vurmuşdur. O, polis əməkdaşlarına ətrafda səs-küy salan şəxslərin ona heç bir aidiyyəti olmadığını demişdir. O videoçəkilişdə tək olduğunu demiş, çünki polislər ona yanında olan şəxsləri də əlbir qoşacaqlarını demişlər. Onu saxlayan polis əməkdaşlarının hamısı onu döymüşdür. Şahid2 o saxlanılan zaman orada olub-olmadığını xatırlamır. 2025-ci ilin mart ayının 31-də saat 21:47-də telefonuna gələn mesajla bağlı qeyd edə bilər ki, həmin vaxt telefon onun üstündə olmamışdır. O düşünür ki, həmin mesajı yazan elə onu saxlayan polis əməkdaşlarından Ruslan olmuşdur. Onlar danışan zaman yalnız heroin götürəcəyini danışmışlar. Onu saat 18:30 radələrində saxlamışlar. Üzərindən aşkar olunduğu qeyd olunan narkotik vasitələr ona məxsus deyil, həmin narkotik vasitələri ona əməliyyatçı vermişdir. Əməliyyatçının o qədər narkotik vasitəni hardan gətirməsi ona məlum deyil. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək bildirmişdir ki, 2025-ci ilin mart ayının 31-də Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əvvəlcədən müəyyən olunmuş Müzəffər Nərimanov küçəsində tərəflərindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid2, Şahid3, Şahid4 və o daxil edilmişdir. Müzəffər Nərimanov küçəsində axşam saat 22:00 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun zahiri görünüşcə həmin şəxsə bənzəyən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Tohidə İbrahimov üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişlər. Videoçəkilişdə də göründüyü kimi Təqsirləndirilən şəxs özü qəhvəyi rəngli torbanı təqdim etmiş və torbanın içərisində narkotik vasitə olduğunu qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqat çəkilişi ilə əlaqədar olaraq tərəflərindən 17-ci polis bölməsinə aparılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat tədbirində onlardan başqa xidmət növləri iştirak etməmişdir. Tohidə axşam saat 22 radələrində yaxınlaşmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri özü könüllü şəkildə təqdim etmişdir. Videoçəkiliş çöl şəraitində olmuşdur. Təqdim olunmuş narkotik vasitələri marixuana, metamfetamin, heroin və həblərdən ibarət olmuşdur. Tərəflərindən şəxsə qarşı heç biri fiziki və psixi təsir olmamışdır. Tədbir vaxtı onların üzərlərində tapanca olmamışdır. Onlar videoçəkiliş aparan zaman ətrafda səs-küy salan şəxslər olmuşdur. Bu səbəbdən həmin şəxslər şöbəyə təmin edilmiş və barələrində inzibatri qaydada protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs özündən həmin şəxslər barədə soruşduqda, həmin şəxslərlə heç bir əlaqəsinin olmadığını demişdir. O 2012-ci ildən daxili işlər orqanlarında işləyir. Təqsirləndirilən şəxs saxladıqdan sonra özlərini təqdim etmişlər və Tohidə də özünü təqdim etməsini bildirmişlər. Özünü təqdim etdikdə əməliyyat məlumatında qeyd olunan şəxslə üst-üstə düşdüyünü görmüşlər. O Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, sadəcə könüllü olaraq üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirmişdir. Tohidi saxlayan zaman kənarda başqa şəxslər mübahisə edirmişlər, bu səbəbdən həmin şəxslər saxlanılıb və barələrində inzibati cərimə yazılmışdır. Ola bilsin ki, bu hadisə ondan əvvəl ifadə verən əməkdaşın yadından çıxmışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxsin qeyd etdiyi kimi hadisə olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs saat 22:00 radələrində saxlamışlar. Əməliyyat vaxtı üzərində telefon olub-olmadığını xatırlamır. Onun nömrəsindən ancaq özü istifadə edir. Mobil telefonu şəxsi iş otağına qoyurlar. Şahid5 əməliyyat-axtarış tədbirində və əşyaya baxış keçirilməsində iştirak edərək çəkiliş aparmışdır. Şahid5 protokollara imza çəkməməsi texniki xətadır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 31 mart 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən Masallı rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, cinayət izlərinin və narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülmüş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri - polis mayoru Şahid2, polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili polis leytenantı Şahid4 və onun özü daxil olmaqla əməliyyat qrupu yaradılmış və qrupun rəhbərliyi ona həvalə olunmuşdur. Keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edəcəyi yer müəyyənləşdirilmiş və ünvan 3 ünvanının yaxınlığı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün - 31 mart 2025-ci il tarixdə saat 22:12 radələrində, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin qeyd olunan ünvana yaxınlaşdığı müşahidə olunmuş və ona yaxınlaşaraq polis əməkdaşları özlərini təqdim etmiş, şəxsiyyətini dəqiqləşdirmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığı və barəsində keçirilmiş əməliyyat tədbirləri barədə qərarla tanış olduğu izah edilmişdir. Saxlanılan şəxsə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Onun üzərində narkotik vasitələrin və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olması ehtimal edildiyindən, həmin yerdə Nərimanov RPİ-nin KTQ-nin baş inspektoru, polis mayoru Şahid5 iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Üzərinə baxış aparılmazdan əvvəl ona üzərində olan və qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qəhvəyi rəngli torbanı təqdim etmişdir. Torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bağlama, 1 ədəd şəffaf rəngli sellofan bağlama, 1 ədəd qara rəngli sellofan büküm, 1 ədəd şəffaf rəngli sellofan büküm, hər birində “M 40” yazısı həkk edilmiş 10 ədəd həb olan 5 ədəd konvolyut (cəmi 50 ədəd həb) aşkar edilmişdir. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından onun dediyi ünvanlara çatdırmaq müqabilində narkotik vasitə almaq məqsədilə əldə etdiyini bildirmişdir. Aparılmış baxış nəticəsində qara rəngli sellofan bağlama açıldıqda içərisində yaşımtıl rəngli kütlə aşkar edilmiş və elektron tərəzidə çəkisi 1065 qram müəyyən edilmiş, şəffaf rəngli sellofan bağlamanın içindən açıq qəhvəyi rəngli maddə çıxmış və çəkisi 1009 qram olmuş, qara rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli maddə olmuş və çəkisi 208 qram təşkil etmiş, şəffaf sellofan bükümdə ağ rəngli, kristallik şəkilli maddə olmuş və çəkisi 11 qram müəyyən edilmişdir. Aşkar edilmiş maddələr müvafiq qaydada qablaşdırılmış, bir ədəd qara rəngli sellofan bağlama möhürlənmiş, digər maddələr isə ayrı-ayrı ağ zərflərə yerləşdirdərək qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən çıxardığı “Honor” markalı mobil telefonu təqdim etmişdir. Telefondan baxış zamanı “Whatsapp” mobil tətbiqi vasitəsilə +**********57 nömrəsi ilə yazışmalar aparıldığı müəyyən edilmiş və bu nömrənin İran İR vətəndaşına məxsus olduğu bildirilmişdir. Telefon da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmiş və bu barədə müvafiq məruzə tərtib olunmuşdur. Faktla bağlı aparılan araşdırma Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Şahid6 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qablaşdırılmış 1 ədəd qara rəngli bağlama, 5 ədəd ağ rəngli kağız zərf, əməliyyat-axtarış tədbirinin və üstünün yoxlanılmasının videoqeydləri baxışla götürülmüşdür. (cild 1, iş vərəqə 116-119) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadə verərək bildirmişdir ki, 2025-ci ilin mart ayının 31-də gecə saat 22 radələrində Müzəffər ünvan 4 ünvanının yaxınlığında şəxs saxlamışlar. Saxlanıldıqdan sonra həmin şəxsin Tohid olduğunu bilmişlər. Təqsirləndirilən şəxs əlində 01 ədəd torba olmuşdur. Torbanın içində nə olduğunu soruşduqda, Tohid torbada narkotik vasitə olduğunu bildirmişdir. Həmin vaxt kriminalistin iştirakı ilə videoçəkiliş aparılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs bölməyə aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, əməliyyat qrupun 4 nəfərdən - Şahid1, Şahid3, Şahid2 və ondan ibarət olmuşdur. Qrup rəhbəri Şahid1 olmuşdur. Onlar şəxsə saat 22-23 radələrində Müzəffər ünvan 4 ünvanında yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman Tohidin yanında heç kəs olmamış, sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs yanında nəqliyyat vasitəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Əməliyyat tədbiri zamanı əlavə dəstək üçün qüvvə çağırmamışlar. Şəxsə yaxınlaşdıqdan sonra yerində üzərinə baxış keçirmişlər. Tohidin üzərindən narkotik vasitə marixuana, metamfetamin və heroinə bənzər maddələr aşkar edilmişdir. Tərəflərindən Tohidə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Tohidə yaxınlaşan zaman artıq onun əlində torba olmuşdur. Şəxsə yaxınlaşdıqdan sonra kriminalist dəvət olunmuş, daha sonra Tohidin üzərinə baxış keçirilmişdir. Həmin vaxt orada əməliyyat qrupunun üzvləri və kriminalist Şahid5 olmuşdur. Tohid saxlanılan zaman yanında heç kəs olmamışdır. Ətrafda Tohidin saxlanılmasına mane olacaq heç kəs olmamışdır. Hadisə yerində əlavə şəxslər olmamışdır. O, Tohidin başında xəsarət olmasını görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, digər şahid Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 128-131) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid4 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar yaxınlaşan zaman Tohid tək olmuş, yanında başqa şəxslər olmamışdır. O, Təqsirləndirilən şəxs qeyd etdiyi halların şahidi olmamışdır. Ətrafda səs-küy olduğuna görə post patrul əməkdaşları gəlib həmin şəxsləri aparmışdır. Tohid saxlanılan zaman ətrafda səs-küy olmuşdur. Onlar Tohidi saxladıqdan sonra post patrul əməkdaşları gəlib səs-küy salan şəxsləri aparmışlar. Həmin səs-küy yaradan şəxslər onlardan 200-300 metr aralıda olmuşlar. Həmin şəxslər bir-biriləri ilə mübahisə edirmişlər. Həmin şəxslər Tohidin yanında olmamışlar. Mübahisə edən şəxslər qışqırırmışlar, həmin şəxslərin səsi onların apardığı videoçəkilişə düşürmüş, bu səbəbdən həmin şəxslər onlara mane olurmuşlar. Belə bir hadisənin olması onun sonradan yadına düşmüşdür, belə ki, hadisələr 7-8 ay əvvəl baş vermişdir. O kənarda dava edən şəxsləri Tohidin yanında görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, 2025-ci ilin mart ayının 31-də Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Müzəffər Nərimanov küçəsi 20/1 ünvanında narkotik vasitələrin saxlanılmasında şübhəli olan şəxs tərəflərindən saxlanılmışdır. Əməliyyat qrupuna o, Şahid2, Şahid1 və Şahid4 daxil olmuşdur. Şəxs saxlanılan zaman kriminalist tərəfindən aparılan videoçəkilişdə təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupuna o, Şahid2, Şahid1 və Şahid4 daxil edilmişdir. X9 küçəsi 20/1 ünvanında köhnə zavoda bənzər yerdə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saat 22 radələrində saxlamışlar. Onlar Tohidə yaxınlaşan zaman Tohid tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun əlində torba olmuşdur. Baxışı saxladıqları yerdə keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən M-4 yazılan həblər, metamfetamin, heroin və marixuana aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra videoçəkiliş aparan zaman 100-120 metr aralıda iki nəfər şəxs mübahisə edirmişlər, həmin şəxslərin səsi onlara mane olurmuş. Bu səs-küyə görə onlar patrul xidmətini çağırmışlar. Təqsirləndirilən şəxs həmin şəxslər barədə heç bir şey soruşmamışlar. Tohid həmin şəxslərin tanışı olduğunu deməmişdir. Ətrafda səs-küy salan şəxslərin narkotik işi ilə heç bir əlaqəsi olmamış, bu səbəbdən həmin şəxslər barədə ifadəsində qeyd etməmişdir. Ola bilsin ki, həmin səs-küy salan şəxslərlə Təqsirləndirilən şəxs eyni vaxtda saxlanıldığı üçün Baş Polis İdarəsi şəxslərin eyni iş üzrə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra kriminalist tərəfindən videoçəkiliş aparılmış, sonra isə dərhal bölməyə gətirilmişdir. Kənarda səs-küy salan şəxslərin kim olduğunu bilmir. Təqsirləndirilən şəxs saxlanıldığı yer dağılmış bir zavod olmuş, orada çox adam olmaz. Təqsirləndirilən şəxs saxlanılan zaman zülmət qaranlıq olmuşdur. Səs-küy salan şəxsləri onlar görürmüş, bu səbəbdən post patrula məlumat vermişlər. Həmin şəxslər bir-biriləri ilə dava edərək söyüş söyürmüşlər. Ətrafda dava edən şəxslər barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin şəxslərin dava etdikləri yer yaşayış yeri olmamış, həmin ərazidən çox insan keçmir. Əməliyyat tədbiri vaxtı üzərində telefon olub-olmadığını xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər şahid Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 120-123) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 2025-ci ilin mart ayının 31-də daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində Ulduz metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Tohidin üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmiş və Tohidi şöbəyə aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda 4 nəfər olmuşlar. O, Şahid1, Şahid3 və Şahid4. Onlar şəxsə saat 22-23 radələrində Ulduz metrostansiyasının yaxınlığında yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman Tohidin yanında heç kəs olmamış, sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs yanında nəqliyyat vasitəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxladıqları yerdə video-kamera vasitəsilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən sellofan torbada marixuana, metamfetamin və həblər aşkar edilmişdir. Sorğu-sual zamanı Tohid narkotik vasitələri İran vətəndaşından götürdüyünü, iranlının dediyi yerlərə çatdıracağını demişdir. Tərəflərindən Tohidə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Onlar Tohidi saxlayan zaman Tohidin əlində sellofan torba olmuşdur. Tohidin yanında başqa şəxs görməmişdir. Tohid saxlanılan zaman ətrafda iki nəfər səs-küy saldığı üçün post-patrul əməkdaşları çağırılıb və həmin şəxslər barələrində protokol tərtib edilmişdir. Onlar Tohidi saxlayan zaman Tohid torbanı götürmüş və piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs axşam saat 22-23 radələrində saxlamışlar. Tohidi saxlayan zaman avtomobil görməmişdir. Tohidin üzərində olan xəsarəti o aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda səs-küy salan şəxslərin Tohidlə heç bir əlaqəsi olmamış, bu səbəbdən ifadələrində həmin şəxslər barədə deməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər şahid Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 124-127) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid6 ifadə verərək bildirmişdir ki, 01 aprel 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Şahid5 əməliyyat çəkilişlərinin hər ikisində iştirak etmiş və çəkilişi aparmışdır. Şahid5 protokolda imzasının olmamasının səbəbi texnikidir, ola bilsin ki, unudulmuşdur. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş Bakı Şəhəri Nərimanov RPİ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Şahid5 ifadə verərək bildirmişdir ki, cinayət işi materiallarında olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi və əşyaya baxış keçirilməsi barədə protokollara imza çəkməməyinin səbəbi bunu unutmağı olmuşdur. O həm əməliyyat-axtarış tədbiri keçirilməsi, həm də əşyaya baxış keçirilməsi zamanı iştirak etmiş və çəkilişi aparmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli, 50-2/Ə22/2025 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Nərimanov RPİ-nin 17-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 5-7, 9-10) xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis mayoru Şahid2, polis baş leytenantı Şahid3 və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu 31 mart 2025-ci il tarixdə, saat 22:12-də ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. Həmin şəxsdən saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldıqları yerdə Nərimanov RPİ-nin KTQ-nin baş inspektoru, polis mayoru Şahid5 tərəfindən videoçəkiliş aparılmaqla polis əməkdaşları üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxsə paltarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qəhvəyi rəngli torbanı təqdim etmişdir. Daha sonra həmin torba açılmış, içərisindən 01 ədəd qara rəngli sellofan bağlama, 01 ədəd şəffaf rəngli sellofan bağlama, 01 ədəd qara rəngli sellofan büküm, 01 ədəd şəffaf rəngli sellofan büküm və hər birinin içərisində üzərində “M40” yaıları həkk edilmiş 10 ədəd həb olan 05 ədəd konvolyutda dərman həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, həmin bağlamalarda və bükümlərdə olan maddələri, eləcə də dərman həblərini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından onun dediyi ünvanlara çatdırmaqla, bunun müqabilində sonuncudan narkotik vasitə almaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş bir ədəd qara rəngli sellofan bağlama açıldıqda içərisində yaşımtıl rəngli kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin 1065 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bağlama açıldıqda içərisində açıq qəhvəyi rəngli maddə aşkar olunmuş və elektron tərəzidə çəkildikdə çəkisinin 1009 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş 01 ədəd qara rəngli sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə aşkar olunmuş və həmin büküm tərəzidə çəkildikdə çəkisinin 208 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofanda olan büküm açıldıqda isə içərisində ağ rəngli kristallik şəkilli maddə olduğu aşkar edilmiş və həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 11 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd qara rəngli sellofan bağlama üzəri imzalanaraq möhürlənmiş və şəffaf rəngli izolentlə bağlanaraq qablaşdırılmış, aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bağlama, 01 ədəd qara rəngli sellofan büküm, 01 ədəd şəffaf rəngli sellofan büküm və hər birinin içərisində üzərində “M 40” yazıları həkk edilmiş 10 ədəd həb olan 05 ədəd konvolyutda dərman həbləri isə ayrıayrı ağ rəngli zərflərdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən başqa hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən çıxardığı özünə məxsus “Honor” markalı mobil telefonu təqdim etmiş, telefona baxış keçirilərkən sonuncunun mobil telefonda olan mesaj bölməsində və “Whatsapp” mobil tətbiqi vasitəsi ilə deməsinə görə İran İR vətəndaşına məxsus +**********57 saylı mobil nömrənin istifadəçi ilə yazışmalar apardığı müəyyən edildiyindən həmin mobil telefon da qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 11-12) Təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi haqqında 01 aprel 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis mayoru Şahid2, polis baş leytenantı Şahid3 və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə, saat 22:12-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərin qablaşdırıldığı 01 ədəd qara rəngli bağlama, 05 ədəd ağ rəngli kağız zərf və əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünin yoxlanılması zamanı qeydə alınmış videogörüntü Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Şahid6 təqdim edildiyindən sonuncu tərəfindən həmin predmetlərə baxış keçirilmişdir. Belə ki, əvvəlcə üzərində “Üzərində M40 yazısı olan dərman preparatları” yazısı olan zərfə baxış keçirilərək 5(beş) ədəd rezinlə bağlanmış, üzərlərində “M40” yazısı həkk olunmuş 10 ədəd həblərdən ibarət konvolyutlar aşkar edilmişdir. Daha sonra üzərində “narkotik vasitə metamfetamin” yazısı olan zərfə baxılaraq içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu 01 ədəd şəffaf rəngli büküm aşkar olunmuş və elektron tərəzidə çəkilərək həmin bükümün çəkisinin 11,3 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərində “narkotik vasitəyə bənzər” yazısı olan zərfə baxılaraq içərisində tünd qəhvəyi rəngli maddənin olduğu 01 ədəd qara rəngli sellofan büküm aşkar olunmuş və elektron tərəzidə çəkilərək həmin bükümün çəkisinin 208,6 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərində “narkotik vasitə heroinə bənzər” yazısı olan zərfə baxılaraq içərisində açıq qəhvəyi rəngli maddənin olduğu 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuş və elektron tərəzidə çəkilərək həmin bükümün çəkisinin 1014 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd bağlama, 02 ədəd büküm və dərman həbləri bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində yaşımtıl rəngli bitki kütləsi aşkar edilmişdir.Həmin bağlama elektron tərəzidə çəkilən zaman çəkisinin 1070 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bağlama qablaşdırılb möhürlənərək götürülmüşdür. Baxış zamanı verilmiş sualara cavab olaraq Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu İran İR-nin vətəndaşından sonradan pulunu ödəmək şərti ilə 1 qram “kakos” və 1 qram “metamfetamin” əldə etmək istədyini, həmin maddələri əldə etmək üçün ona deyilən yerə gəldikdə orada qeyd olunan büküm və bağlamaları aşkar etdiyini, sonuncunun həmin büküm və bağlamaları müəyyən yerlərə çatdırmalı olduğunu bildirdiyindən həmin maddələri özü İlə götürüb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış videogörüntüyə mobil telefon vasitəsi ilə baxış keçirilmişdir. (cild 1, iş vərəqə 15-17) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 01:35-də şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-cü il tarixdən, saat 22:12-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 27) Məhkəmə-bioloji ekspertizasının 01 aprel 2025-ci il tarixli 7/516 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bağlama” yazılar və imzalar olan qara rəngli polietilen bağlamada olan bir ədəd sellofanda təmiz çəkisi 1000 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş mariuxanadır. Qeyd: marixuananın ümumi çəkisi - 1000 qram, tədqiqata sərf edildi - 0,5 qram, qalıq - 999,95 qram. (cild 1, iş vərəqə 42-45) Məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2025-ci il tarixli, 6/1212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş.........” yazısı və imzalar olan paketdəki 1 (bir) bağlamada təmiz çəkisi 1000 qram (1 kq) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,136 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 194,001 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış asetilə edilmiş tiryəkdir, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı hək olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qr metadob olmaqla) Qeyd: heroinin təmiz çəkisi: 1000 qr, sərf edildi: 0,2 qr, qalıq: 999,8 qr, metamfetaminin təmiz çəkisi: 10,136 qr, sərf edildi: 0,1 qr, qalıq: 10,036, asetilə edilmiş tiryəkin təmiz çəkisi: 194,001 qr, sərf edildi: 0,2 qr, qalıq: 193,801 qr, metadon həbləri: 50 həb, sərf edildi: 5 həb, qalıq: 45 həb. (cild 1, iş vərəqə 47-52) Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 67-68) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 70-71) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-395/2025 saylı qərarından (hakim:H.E.Kamranov) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 mart 2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 93-98) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-729/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (cild 1, iş vərəqə 110-111, 160-163) Məhkəmə-narkoloji ekspertizasının 02 may 2025-ci il tarixli, 2569 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 150-151) Telefon danışıqlarına baxış keçirilməsi haqqında 05 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilən zaman sonuncunun istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitəni əldə etdiyini bildirdiyi İran İR vətəndaşı ilə əlaqə saxladığı nömrə kimi göstərdiyi +**********57 saylı xarici ölkənin mobil operatoruna məxsus nömrədən xx.xx.2025-ci il tarixdə, saat 21:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng daxil olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms mətinlərinə baxış zamanı sonuncunun istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitəni əldə etdiyini bildirdiyi İran İR vətəndaşı ilə əlaqə saxladığı nömrə kimi göstərdiyi +**********57 saylı xarici ölkənin mobil operatoruna məxsus nömrədən xx.xx.2025-ci il tarixdə, saat 21:47-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qardaş niye cavab vermirsen meim Birkin heroin bir kilo marixuanami goturdun niye cavab yazmirsan? Cavab vermene” məzmununda sms daxil olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı nömrənin qeydə alındığı anten əhatə dairələrinə dair məlumatlara baxış zamanı sonuncunun istifadəsində olan həmin nömrənin anten əhatə dairəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 153) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Honor” markalı mobil telefonun “Qalereya” bölməsinə baxış zamanı xüsusi işarələnmiş yerlərdə gizlədilmiş narkotik vasitə bükümlərinə bənzər bükümlərin şəkili müəyyən edilmişdir. Mobil telefonda olan digər bölmələrə baxış zamanı isə mobil telefonda olan mesaj bölməsində +**********57 saylı mobil nömrənin istifadəçisi ilə yazışmalar apardığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 154-156) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2025-ci il tarixli, 1129 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 157-159) Sübutların qiymətləndirilməsi haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni istintaqa məlum olmayan mənbədən əldə etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* sayla cinayət işi ayrılanıq aynca icraata qəbul edilmiş, aşkar edilərək götürülmüş ümumi çəkisi 1000 qram olan narkotik vaasitə qurudulmuş marixuana, təmiz çəkisi 1000 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 10,136 qram olan psixotrop maddə tnetaınfelamin, təmiz çəkisi 194,001 qram olan asctilə edilmiş tiryək, 50 ədəd metadon həbləri marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 999,95 qram narkotik vasitə qurudulmuş marixuana, 999,8 qram narkotik vasitə heroin, 10,036 qram psixotrop amddə metamfetamin, 193,801 qram asctilə edilmiş tiryək və 45 ədəd metadon həbləri saxlanılması üçün Nərimanov RPl-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünin yoxlanılması zamanı qeydə alınmış vidcogörüntünün əks olunduğu 01 ədəd disk, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış vidcogörüntünün əks olunduğu 01 ədəd disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayh nömrəyə daxil olan və çıxan zənglərin siyahısının, sms mətnlərinin açıqlamaları, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarının və qeyd olunan nömrənin hansı antenlər tərəfindən qeydiyyata ahnması ilə bağlı məlumatların əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Honor” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, cinayət işi materiallarına əlavə edilmələri nəzərə alınmışdır. (cild 1, ş vərəqə 181-193) 11 iyul 2025-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (cild 1, iş vərəqə 197-209) İttiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai araşdırmaya qaytarılması haqqında 12 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş, əlavə ibtidai araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə qaytarılmışdır. (cild 1, iş vərəqə 216-217) Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, aşkar edilərək götürülmüş ümumi çəkisi 1000 qram olan narkotik vaasitə qurudulmuş marixuana, təmiz çəkisi 1000 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 10,136 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 194,001 qram olan asetilə edilmiş tiryək, 50 ədəd metadon həbləri marixuananın iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 999,95 qram narkotik vasitə qurudulmuş marixuana, 999,8 qram narkotik vasitə heroin, 10,036 qram psixotrop amddə metamfetamin, 193,801 qram asetilə edilmiş tiryək və 45 ədəd metadon həbləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll olunanadək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısının, sms mətnlərinin açıqlamaları, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarının və qeyd olunan nömrənin hansı antenlər tərəfindən qeydiyyata alınması ilə bağlı məlumatların əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Honor” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi, cinayət işi materiallarına əlavə edilmələri nəzərə alınmışdır. (cild 1, iş vərəqə 225-237) Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 239-241) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 20 avqust 2025-ci il tarixədək uzadılmışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2009-cu ildə doğulmuş Leyli adlı uşağın atası Təqsirləndirilən şəxsdur. 268523 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 ümumi xəstəlikdən ikinci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin verdiyi epikrizdən görünür ki, Təqsirləndirilən şəxs anası X2 uşaqlıq boynu xərçəngi diaqnozu ilə xəstədir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-523 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı təpə nahiyəsinin sol yan səthində qərtməkli yara aşkar edilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli 50/2-24132 nömrəli məktubundan görünür ki, İbrahimov X6 RPİ-nin MSY-ə daxil olarkən bədəni üzərində baxış keçirilmiş, baxış zamanı heç-bir xəsarət aşkar olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 08 may 2025-ci il tarixli, 119M nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlərdən təpənin sol yan səthinin qərtməkli yarasının morfoloji xüsusiyyətləri qeyd edilmədiyindən xəsarətin yaranma tarixi və aləti barədə fikir söyləmək mümkün olmamışdır. Beləliklə, toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd olunmuş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və əməliyyat müvəkkili polis leytenantı Şahid4 ifadələrində 2025-ci ilin mart ayının 31-də Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əvvəlcədən müəyyən olunmuş Müzəffər Nərimanov küçəsində tərəflərindən əməliyyat qrupu yaradıldığını, Müzəffər Nərimanov küçəsində axşam saat 22:00 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun zahiri görünüşcə həmin şəxsə bənzəyən hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu, Tohidə üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdiklərini, Təqsirləndirilən şəxs özü əlində olan qəhvəyi rəngli torbanı təqdim etdiyini, torbanın içərisində narkotik vasitə marixuana, heroin və həblər olduğunu, tərəflərindən şəxsə qarşı heç biri fiziki və ya psixi təsir və təzyiq olunmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə baxış keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 21 may 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 08 may 2025-ci il tarixli, 119M nömrəli rəyi ilə, həmçinin, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 21 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin stünün yoxlanılmasının və təqdim edilmiş əşyalara baxış keçirilməsinin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitələrin və pixotrop maddələrin onun üzərində olmaması, həmin narkotik vasitə və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin stünün yoxlanılmasının və təqdim edilmiş əşyalara baxış keçirilməsinin qeydə alındığı videoçəkilişi əks etdirən 02 (iki) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin stünün yoxlanılması və təqdim edilmiş əşyalara baxış keçirilməsi Cinayət- Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və xx.xx.2025-ci il tarixli “təqdim edilmiş əşyalara baxış keçirilməsi” haqqında protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, narkotik vasitə heroinin xüsusilə külli miqdar, narkotik vasitə qurudulmuş marixuananın, metadon həblərinin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, əldə etdiyi narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsini, saxlanılan zaman mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı smsin aşkar edilməsini, 01 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində etiraf edici izahat verməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bundan başqa telefon danışıqlarına baxış keçirilməsi haqqında 05 iyul 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyini bildirdiyi İran İR vətəndaşı ilə əlaqə saxladığı nömrə kimi göstərdiyi +**********57 saylı xarici ölkənin mobil operatoruna məxsus nömrədən xx.xx.2025-ci il tarixdə, saat 21:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng daxil olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms mətinlərinə baxış zamanı sonuncunun bildirdiyi İran İR vətəndaşı ilə əlaqə saxladığı nömrə kimi göstərdiyi +**********57 saylı xarici ölkənin mobil operatoruna məxsus nömrədən xx.xx.2025-ci il tarixdə, saat 21:47-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qardaş niye cavab vermirsen meim Birkin heroin bir kilo marixuanami goturdun niye cavab yazmirsan? Cavab vermene” məzmununda sms daxil olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin qeydə alındığı anten əhatə dairələrinə dair məlumatlara baxış zamanı sonuncunun istifadəsində olan həmin nömrənin anten əhatə dairəsinin xx.xx.2025-ci il tarixdə, saat 21:04-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində olduğu müəyyən edilmişdir. Məhkəmə, yuxarıda göstərilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlinin törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün şübhəli şəxs qismində verdiyi etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokol, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında“ protokol, “telefon danışıqlarına baxış keçirilməsi” haqqında protokol və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də, Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin 01 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, qardaşının ikinci qrup əlil olmasını və anasının xəstə olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-729/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmədən, yəni xx.xx.2025-ci il tarixdə isə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Həmin Məcəllənin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə xüsusilə təhlükəli residiv sayılır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növlərini, çəkilərini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:35-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 22:12-dən tutulmuş hesab edilmiş, xx.xx.2025ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan 999,95 qram narkotik vasitə qurudulmuş marixuana, 999,8 qram narkotik vasitə heroin, 10,036 qram psixotrop maddə metamfetamin, 193,801 qram asetilə edilmiş tiryək və 45 ədəd metadon həbləri məhv edilməli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Honor» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 184 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 12 (on iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan 999,95 qram narkotik vasitə qurudulmuş marixuana, 999,8 qram narkotik vasitə heroin, 10,036 qram psixotrop maddə metamfetamin, 193,801 qram asetilə edilmiş tiryək və 45 ədəd metadon həbləri məhv edilsin, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Honor» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 184 (bir yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Mahirə Kərimova Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1616/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1616/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver