Məhkəmə qərarları › İş №1(101)-1617/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1617/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1617/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, dalan 7, ev 5-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, 17 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən «Mərkəzi» parkda vətəndaşların istirahəti üçün quraşdırılmış oturacaqda əyləşən hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlində olan silah qismində istifadə etdikləri soyuq silah hesab edilməyən turist bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə hədələyərək basqın etməklə üzərindəki pul qabından 240 manat nağd pulunu, həmin pul qabında olan sonuncuya məxsus "xxxx" ASC-ə aid 5375-7337-6063-4123 nömrəli kart hesabından Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” supermarketinin qarşısında yerləşən «Kapital Banka» aid ATM vasitəsilə çıxardıqları 180 manat nağd pulu, o cümlədən həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsi hədəsini davam etdirərək Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə telefon əlaqəsi yaratdıraraq sonuncudan tanıdıqları Şahid1 adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına köçürülmüş 50 manat pulu çıxararaq ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 470 manat ziyan vurmaqla quldurluq etmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, 17 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən «Mərkəzi» parkda vətəndaşların istirahəti üçün quraşdırılmış oturacaqda əyləşən hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlində olan silah qismində istifadə etdikləri soyuq silah hesab edilməyən turist bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə hədələyərək basqın etməklə üzərindəki pul qabından 240 manat nağd pulunu, həmin pul qabında olan sonuncuya məxsus "xxxx" ASC-ə aid 5375-7337-6063-4123 nömrəli kart hesabından Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” supermarketinin qarşısında yerləşən «Kapital Banka» aid ATM vasitəsilə çıxardıqları 180 manat nağd pulu, o cümlədən həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsi hədəsini davam etdirərək Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə telefon əlaqəsi yaratdıraraq sonuncudan tanıdıqları Şahid1 adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına köçürülmüş 50 manat pulu çıxararaq ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 470 manat ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. Hadisə Ramazan ayında baş vermişdir. O, özü namaz qıldığından həmin gün oruc tutmuşdur. Belə ki, o, 17 aprel 2022-ci il tarixdə, axşam saat 20:00 radələrində Yasamal rayonu ərazisində olan parka getmişdir. Həmin vaxt onun dostu Təqsirləndirilən şəxs2 da həmin parka gəlmişdir. Həmin vaxt parkda adam çox olmuşdur. O, Səxavətlə parkda olan skamyaların birində oturmuşdur. Onlardan təxminən 100 metr aralıda olan skamyada bir nəfər oğlan qızla oturub öpüşmüşdür. Oğlanla qızın yanında olan skamyada isə onların qonşuları oturmuşlar. Həmin oğlanın qızla skamyada oturub öpüşməsi onları özlərindən çıxarmışdır. Çünki həmin parkda çoxlu sayda adam olmuş, həmçinin həmin vaxt Ramazan ayı olmuşdur. O, oğlanın bu hərəkətindən hirslənmiş və ona görə də oturduğu skamyadan qalxaraq həmin oğlanın oturub öpüşdüyü skamya tərəfə getmişdir. Həmin şəxslərə çatmağına təxminən 30 metr qalmış o, həmin oğlanı yanına çağırmışdır. Həmin vaxt onun dostu Səxavət onların oturduqları skamyada qalmışdır. Həmin oğlan onun yanına gələn vaxt o, oğlana demişdir ki, “burada belə şey etmək olmaz, ayıbdır, camaat var”. Həmin oğlan da ondan üzr istəmiş və sonra çıxıb getmək istəmişdir. O isə oğlanı cəzalandırmaq istəmişdir. Ona görə də o, oğlanı tənbeh etməyə davam etmişdir. Həmin oğlan da ona demişdir ki, “mən qızlayam, qızı yola salım, gəlirəm”. O da həmin oğlana demişdir ki, “qızı yola sal, gəl yanıma”. Bundan sonra o, Səxavətlə oturduğu skamya tərəfə getmişdir. Bir qədər sonra həmin oğlan yanındakı qızı yola salıb onların yanına gəlmişdir. Həmin vaxt o və Səxavət skamyada oturmuşlar. Skamyanın üstünə isə onun açılıb-qatlanan və şüşə qabların açılması üçün nəzərdə tutulmuş balaca bıçaq olmuşdur. Həmin şəxs onlara özünü Həbib kimi təqdim etmişdir. Həbib qızı yola salıb onların yanına gəldikdən sonra o və Səxavət oğlanı tənbeh etməyə başlamışlar və demişlər ki, “camaatın anası-bacısı olan yerdə, eləcə də Ramazan ayında camaat oruc tutan vaxt hamının gözü qarşısında belə hərəkət etmək olmaz”. Bundan sonra Həbib onlardan çəkinərək üzrxahlıq etmiş və ona demişdir ki, “sizə pul verim, məsələ həll olunsun”. O da Həbibə demişdir ki, “yaxşı, pul ver, məsələ bağlansın”. Sonra Həbib əlini cibinə ataraq pul qabını çıxarıb ona xatırlamadığı məbləğdə pul vermişdir. O da pulu Həbibdən almışdır. Sonra onlar mehribancasına üçü birlikdə 3 (üç) tin aşağıda fəaliyyət göstərən “Grandmart” marketinin yanına getmişlər. Orada Həbib marketə girmiş, onlar isə Həbibi çöldə gözləmişlər. Bir qədər sonra Həbib marketdən çıxaraq xatırlamadığı məbləğdə ona pul vermişdir. O da pulu Həbibdən alıb cibinə qoymuşdur. Sonra onlar oradan çıxıb üçü birlikdə “Nizami” metro stansiyasının yanında olan dönərxanaya gedərək orada adama bir dönər və bir dənə də ayran içmişlər. Onlar dönərxanada olarkən Həbib Səxavətin tanışı olan dönərçinin kart hesabına dostu vasitəsi ilə 50 manat pul atdırmışdır. Səxavət də həmin 50 manatı dönərçinin kartından çıxardıqdan sonra onlar Həbiblə sağollaşıb ayrılmışlar. O, Həbibdən pul aldığına görə çox peşmandır. O, namaz qılan, oruc tutan adamdır. O, hazırda həbsdə olduğundan çox peşmandır. O, heç kəsə bıçaq çıxarmamış, heç kimə basqın etməmişdir. Onun belə bir fikri də olmamışdır. Həbib həmin pulları onlara mehribancasına vermişdir. O, Həbibə qarşı quldurluq etməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla eyni məhəllədə yaşayır. Onlar məhəllədən tanışdırlar. Onlar qardaş kimi münasibət saxlamışlar. Hadisə günü onlar parkda oturacaqda oturub söhbət etmişlər. Onlardan bir qədər aralıda olan oturacaqda isə bir qızla bir oğlan oturmuşdur. Oğlanla qız həmin vaxt öpüşmüşlər. Həmin vaxt Ramazan ayı olduğundan və parkda çoxlu sayda adam olduğundan Nicat oturacaqdan qalxaraq həmin oğlan tərəfə gedərək oğlanı yanına çağırmışdır. Həmin oğlanın adı Həbib olmuşdur. Həbib də ayağa qalxaraq Nicata yaxınlaşmışdır. X11 birlikdə onun oturduğu oturacağa tərəf gəlmişlər. Onlar orada söhbət edərək Həbibə səhv etdiyini, parkda qızla öpüşməyin düzgün hərəkət olmadığını bildirmişlər. Onların arasında başqa söhbət olmamışdır. Onlar Həbibə təzyiq göstərməmişlər. Bundan sonra Həbib onlara demişdir ki, “düzdür, mən səhv etmişəm”. Həbib sonra onlara demişdir ki, “qızı yola salıb, gəlirəm”. Onlar Həbibə heç nə deməmişlər. Sonra Həbib qızı yola salıb onların yanına yenidən gəlmişdir. Həbib onların yanına yaxınlaşan zaman bir daha səhv etdiyini və öz səhvini başa düşdüyünü bildirib onlara pul təklif etmişdir. Onlar da Həbiblə razılaşmışlar. Sonra Həbib pul qabısını açaraq onlara pul vermişdir. Həmçinin Həbib bank kartında pul olduğunu bildirib onlara kartdakı puldan da vermək istədiyini bildirmişdir. Onlar da bununla razılaşmışlar. Sonra onlar birlikdə “Grandmart” marketinə tərəf getmişlər və orada Həbib kartdan pul çıxarıb onlara vermişdir. Eyni zamanda Həbib pulun bir hissəsini də dönərçinin bank kartına dostu vasitəsi ilə göndərtmişdir. Onlar dönərçinin yanında adama bir dönər və bir dənə də ayran içmişlər. Bundan sonra onlar ayrılmışlar, Həbib də çıxıb evinə getmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, habelə cinayət işinin materiallarında olan digər çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlərinin olmaması, zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətməmələri, habelə Zərərçəkmiş şəxs onlara könüllü şəkildə pul verməsi ilə bağlı hissədə verdikləri ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda o, hazırda müddətli həqiqi hərbi ximətdədir. O, 17 aprel 2022-ci il tarixdə yeni tanış olduğu, lakin hazırda adını xatırlamadığı qızla “Qış parkı” adlanan parkdan yuxarıda yerləşən parka getmişdir. Onlar orada biraz söhbət etmək üçün skamyaların birində oturmuşlar. Onlar orada təxminən bir saat oturduqdan sonra Nicat yanına gələrək uzaqdan onu yanına çağırmışdır. O, Nicatın yanına yaxınlaşan zaman Nicat ona bir qədər qabaqda oturan dostunun yanına getməyini bildirmişdir. O da Nicatın arxasınca bir qədər qabağa getmişdir. Onlar digər təqsirləndirilən şəxsin yanına çatdıqda, Nicat ondan niyə qızla skamyada səmimi oturduğunu soruşmuş və onun qızla hərəkətlərinin ətrafda olan insanlara narahatçılıq yaratdığını bildirmişdir. O, Nicatın arxasınca getdikdə və digər təqsirləndirilən şəxsin oturduğu skamyaya çatdıqda, skamyanın üstündə bıçaq olduğunu görmüşdür. O, bıçağı gördükdən sonra, eləcə də təqsirləndirilən şəxslərin iki nəfər olmasından və sonuncuların fiziki cəhətdən ondan daha güclü olmalarından çəkinərək üzrxahlıq etmiş və bir daha belə səhvə yol verməyəcəyini bildirmişdir. O, necə üzrxahlıq edə biləcəyini soruşduqda, Nicat ona demişdir ki, “pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik”. Bundan sonra o, başa düşmüşdür ki, təqsirləndirilən şəxslərə pul verməsə, bu məsələ pis qurtara bilər. O, Nicat və Səxavətdən, daha çox isə skamyanın üstündə olan bıçaqdan çəkinərək cibində olan pul qabını çıxarıb təqsirləndirilən şəxslərə 240 manat vermişdir. Lakin o, pul qabını açdıqda, təqsirləndirilən şəxslər bank kartını görmüşlər və kartda pulun olub-olmadığını soruşmuşlar. O da kartda 50 manat pul olduğunu bildirmişdir. Nicat və Səxavət həmin vaxt onun kartında olan 50 manat pulu onlara verməyini tələb etmişlər. O da etiraz etməyərək kartında olan pulu onlara verə biləcəyini bildirmişdir. Sonra o, təqsirləndirilən şəxslər ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” marketinin giriş hissəsində yerləşən “Kapital Bankın” bankomatına getmişlər. O, orada kartı bankomata daxil edərək 50 manat pul çıxarmışdır. O, pul çıxararkən səhv etmirsə Səxavət onun kartında 50 manat deyil, daha çox pul olduğunu görmüşdür. Ona görə də Səxavətgil ondan kartda olan 130 manatı da çıxarıb verməyini tələb etmişlər. O da kartını bankomata salıb kodu daxil edərək kartda olan 130 manat pulu da çıxarıb Nicat və Səxavətə vermişdir. Lakin sonuncular bu dəfə də ona demişlər ki, “bizi aldatdığına görə bizə əlavə pul verməlisən”. O, təqsirləndirilən şəxslərə üzərində pul olmadığını dedikdə, həmin şəxslər pulu hər hansı dostunun kartı vasitəsi ilə onlara göndərməyini tələb etmişlər. O da dostu Ayxana zəng edərək 50 manata ehtiyacının olduğunu, kart nömrəsi göndərəcəyini və 50 manat pulu həmin karta göndərməsini xahiş etmişdir. Sonra onlar birlikdə dönərxanaya gedərək orada dönər yemişlər. Sonra onun dostu dönərçinin bank kartı hesabına 50 manat pul göndərmişdir. Nicatgil 50 manat pulun karta göndərilməsini bildikdən sonra ondan əl çəkmişlər. O da oradan çıxıb getmişdir. Bu hadisə ona çox pis təsir etdiyindən o, bu hadisə barəsində əvvəlcə DİN-nin “102” xidmətinə məlumat vermiş, daha sonra isə Yasamal RPİ-nin 27-ci Polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Cinayət nəticəsində ona ümumilikdə 470 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı həmin şəxslər ona heç bir xəsarət yetirməmişlər. Sonradan təqsirləndirilən şəxslərin yaxın qohumları ona vurulmuş ziyanı tam şəkildə ona ödəmişlər. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, habelə hal-hazırda da barışığın qüvvədə olduğunu və hazırda da onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Əlibaba oğlu ifadəsində göstərdi ki, 17 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində o, işdə olarkən eyni həyətdə qaldığı Səxavət, Nicat və tanımadığı bir nəfər şəxs onun işlədiyi dönərxanaya gəlmişlər və sonuncular üç ədəd dönər sifariş vermişlər. O, dönəri hazırlayarkən Səxavət ondan “Kapital Banka” məxsus kartının olub-olmamasını soruşmuşdur. O da kartının olduğunu bildirmişdir. Sonra Səxavət ona məxsus kartın nömrəsini istəmiş və bildirmişdir ki, həmin karta təxminən 10 dəqiqə ərzində 50 manat pul göndəriləcək. Həmin pul onun kartına oturduqdan sonra pulu kartdan çıxarıb Səxavətə verməyi ondan xahiş etmişdir. O da kartının nömrəsini Səxavət və Nicatın yanında olan oğlana demişdir. Həmin şəxs isə telefonla kiməsə zəng edərək onun kart nömrəsini bildirib karta 50 manat göndərməsini xahiş etmişdir. Sonra Nicatgil kənara çəkilmişlər və pul onun kartına oturduqdan sonra Nicatgilə xəbər verməsini ona demişlər. Təxminən 10 dəqiqədən sonra onun mobil nömrəsinə bankdan karta 50 manat pul göndərilməsi barədə mesaj gəlmişdir. Bundan sonra o, bu barədə Səxavətə demiş və Səxavət də onun yanına gələrək ondan kartı alıb kodu soruşmuşdur. O da öz kartının kodunu Səxavətə bildirərək həmin kartı sonuncuya vermişdir. Səxavət pulu çıxardıqdan sonra kartı geri qaytaracağını bildirmişdir. O, kartı Səxavətə verdikdən sonra Səxavət digər şəxslərlə birlikdə sağollaşaraq çıxıb getmişdir. Təxminən bir saatdan sonra Səxavət onun işlədiyi dönərxanaya tək gələrək kartı ona geri qaytarmış və sonra çıxıb getmişdir. Bundan sonra, yəni 18 aprel 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Nicat və Səxavətin yanında bir gün əvvəl gəlmiş Həbib adlı şəxs polis əməkdaşları ilə birlikdə onun işlədiyi yerə gələrək Nicat və Səxavətin Həbibə qarşı quldurluq etdiklərini bildirmişlər və onun köməkliyi ilə Nicat və Səxavəti tapmağı istəmişlər. O, yalnız Səxavətin evini tanıdığından polis əməkdaşlarına Səxavətin yaşadığı ünvanı göstərmişdir. Hadisə barədə onun başqa məlumatı yoxdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 17 aprel 2022-cı il tarixdə dostu Zərərçəkmiş şəxs ona öz telefonu ilə zəng edərək pula ehtiyacı olduğunu bildirmişdir. O da Həbibdən hansı karta pul göndərmək lazım olduğunu soruşduqda, Həbib ona “Kapital” banka məxsus kart nömrəsini şifahi olaraq demişdir. O da yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən marketə gedərək orada olan “Million” aparatı vasitəsi ilə Həbibin ona dediyi kart nömrəsinə 50 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Həbibə zəng edərək pulu göndərdiyini bildirmişdir. Həbib də ona təşəkkür etmiş və bundan sonra onlar sağollaşmışlar. Həmin gün axşam saatlarında Həbib ona yenidən zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və ondan almış olduğu 50 manat pulu Həbibə qarşı quldurluq edən şəxslərə verdiyini bildirmiş, habelə onun borc olaraq göndərdiyi pulu geri qaytarmışdır. Söhbət zamanı Həbib ona bildirmişdir ki, yeni tanış olduğu xanımla parkda olduğu zaman Həbibə yaxınlaşan 2 (iki) nəfər şəxs Həbibdən pul tələb etmişlər, Həbib də bundan qorxaraq üstündə və kartında olan pulu həmin şəxslərə verməsinə baxmayaraq, sonuncular Həbibdən pul tələb etdiklərindən Həbib ona zəng edərək pul istəmişdir. Onun baş vermiş hadisə barədə heç bir məlumatı olmamışdır. O, sonradan Həbibin dediklərindən nə baş verdiyini bilmişdir. Onun Həbibə göndərdiyi 50 manat pul onun özünə məxsus olmuşdur. O, həmin pulu borc olaraq dostu Həbibə göndərmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Həbib ondan aldığı pulu tam olaraq ona qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, habelə istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün saat 01:20-də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək tanımadığı iki nəfər şəxsin “Nizami” metro stansiyasının yaxınlığında onun qarşısını kəsərək bıçaqla hədələyib pul almalarını və bank kartı hesabına pul göndərildikdən sonra oradan uzaqlaşmalarını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 6) görünür ki, Rəsulov X8 RPİ-nin 27-ci Polis bölməsinə ərizə ilə müraciət edərək 17 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mərkəzi” parkda olarkən 2 (iki) nəfər şəxsin ona bıçaqla hədə-qorxu gələrək pul tələb etməsini, əks halda onu döyəcəklərini və bıçaqla xəsarət yetirəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs da qorxduğundan həmin şəxslərə ümumilikdə 470 manat pul vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 10-16) görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Mərkəzi Park” istirahət parkıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş 1 (bir) ədəd bıçağı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bıçaq maddi sübut qismində götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 29-31) görünür ki, Zərərçəkmiş şəxs Rəza oğlu tanınmaya təqdim edilmiş şəxslərin arasından 1 nömrəli sırada dayanmış Təqsirləndirilən şəxs2 tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şühəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 52-54) görünür ki, Zərərçəkmiş şəxs Rəza oğlu tanınmaya təqdim edilmiş şəxslərin arasından 1 nömrəli sırada dayanmış Təqsirləndirilən şəxs1 tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şühəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 106-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 119-120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 154) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 181) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs1 27 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 dekabr 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 27 okyabr 2014-cü il tarixli məhkəmə hökmü dəyişdirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4cü maddəsi ilə ona 4.000 manat cərimə cəzası təyin edilməklə azad edilmişdir. 18 noyabr 2021-ci il tarixli Amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş qərarın 2.9-cu bəndinə əsasən o, cərimə cəzasından azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 182) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/702 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 191) görünür ki, 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malıik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilməyib. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 180) görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri anası X6, atası X4, bacısı X7 və sonuncunun qızı X2 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 179) görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam şəkildə ona ödənildiyini, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1679 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 193-194) görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs2 əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərini tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1680 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 195-196) görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs1 əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərini tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 209-214) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə yeni məzmunda itiham elan edilməsi, 1 (bir) ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd bıçaq soyuq silah hesab edilmədiyindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 224-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 236-237) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 276-278) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 279-281) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 49) görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam şəkildə ona ödənilmiş, nəticədə o, təqsirləndirilən şəxslərlə barışmış, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2014-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-436/2014 saylı hökmündən (cild 1, iş vərəqə 185-188) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş idman yarışları ilə bağlı diplomların surətlərindən (cild 2, iş vərəqə 76-83) görünür ki, Təqsirləndirilən şəxs1 müxtəlif idman yarışlarında iştirak edərək İ və İİ yerləri tutmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxslərə onların əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların seçdikləri müdafiəçilər ayrıayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, cinayət hadisəsi baş verməmişdən əvvəl təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. 17 aprel 2022-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən «Mərkəzi» parkda olmuşlar. Həmin vaxt həmin parkda təqsirləndirilən şəxslərdən bir qədər kənarda yerləşən oturacaqda Zərərçəkmiş şəxs şəxsiyyəti məlum olmayan bir nəfər qızla oturmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər iddia etmişlər ki, Zərərçəkmiş şəxs oturduğu oturacaqda qızla öpüşmüşdür. Zərərçəkmiş şəxs isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin iddia etdikləri dəlili təqzib edərək qızla sadəcə olaraq oturduğunu və həmin vaxt öpüşmədiyini bildirmişdir. Başqa sözlə, tərəflər cinayət hadisəsinin baş verməsi səbəbini ayrıayrılıqda mübahisələndirsələr də, məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələrinə, cinayət işinin materiallarına və zərərçəkmiş şəxsin sonraki hərəkətlərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Zərərçəkmiş şəxs həmin vaxt oturacaqda qızla oturub öpüşmüşdür. Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs bu hərəkətlərindən narazı qalmışlar və ibtidai istintaq zamanı ifadələrində göstərdikləri kimi zərərçəkmiş şəxsi yol verdiyi hərəkətlərinə görə “cəzalandırmaq” qərarına gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oturduğu oturacağa tərəf gələrək bir qədər kənardan sonuncunu yanına çağırmışdır. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs1 sözü ilə sonuncuya tərəf getmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman digər Təqsirləndirilən şəxs2 onların yanında olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yaxınlaşan kimi sonuncu onu hərəkətlərinə görə danlamağa başlamış, eləcə də iradını bildirmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs1 iradları qarşılığında tab gətirməyərək sonuncudan üzr istəmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əl çəkməmiş və sonuncunu danlamaqla, iradını bildirməyə davam etmişdir. Zərərçəkmiş şəxs bunu görüb Təqsirləndirilən şəxs1 müraciət edərək oturacaqda oturan qızı yola salıb yenidən yanına gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bunu yanında olduğu qızdan utandığına (kənar şəxsin, yəni Təqsirləndirilən şəxs1 həmin qızın gözü qarşısında onu danlaması və irad bildirməsinə) görə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxsla razılaşaraq qızı yola salmasına imkan vermiş, həmçinin qızı yola saldıqdan sonra onların yanına gəlməsini Zərərçəkmiş şəxs tələb etmişdir. Sonra Zərərçəkmiş şəxs bir qədər əvvəl oturduğu oturacağa yaxınlaşmış və daha sonra qızı yola salaraq yenidən Təqsirləndirilən şəxs1 yanına qayıtmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 olduğu yerə yaxınlaşan zaman, daha doğrusu sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə oturduğu oturacağa yaxınlaşan zaman həmin vaxt bıçaq görmüşdür. Məhkəmə istintaqında tərəflər ifadələrində bıçağın oturacağın üstündə olmasını, başqa sözlə, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə yaxınlaşan zaman sonuncuların əlində bıçağın olmamasını bildirmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin əlində həmin vaxt bıçağın olması nəticəsinə gəlmək mümkün olmamışdır. Ona görə də məhkəmə həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələrinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin oturduqları oturacağa yaxınlaşan zaman bıçaq oturacağın üstündə olmuşdur. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir əsas müəyyən edilmədi. Təqsirləndirilən şəxslər bu dəfə birlikdə Zərərçəkmiş şəxs danlamağa və irad bildirməyə başlamışlar. Bu dəfə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə məsələni bağlamaq məqsədi ilə yenidən yol verdiyi hərəkətlərinə görə üzr istəmişdir. Lakin təqsirləndirilən şəxslər ondan əl çəkməmişlər. Cinayət işi üzrə Zərərçəkmiş şəxs hadisə yerindən sülhlə ayrılmaq istəməsi, lakin təqsirləndirilən şəxslərin buna imkan verməmələri, nəticədə məsələni uzadaraq Zərərçəkmiş şəxs onlardan asılı vəziyyətdə, yəni öz nəzarətlərində saxlamaları kimi hallar çox əhəmiyyətlidir. Bu səbəbdən də məhkəmə bu halı aşağıda daha ətraflı şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs dəfələrlə təqsirləndirilən şəxslərdən üzr istəsə də, təqsirləndirilən şəxslər ondan əl çəkməmişlər. Zərərçəkmiş şəxs bunu görüb təqsirləndirilən şəxslərə müraciət edərək məsələni necə yoluna qoya biləcəyini soruşmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məsələni onlara pul verməklə yoluna qoya biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da vəziyyətin belə olduğunu, yəni təqsirləndirilən şəxslərin iki nəfər olduğunu, sonuncuların ondan yaşca böyük və fiziki cəhətdən güclü olduqlarını, həmçinin oturacağın üstündə nümayiş etdirilən bıçağın olduğunu görüb qorxaraq üstündə olan pulu təqsirləndirilən şəxslərin tələbi, başqa sözlə, hədəsi nəticəsində verməyə məcbur qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs cibindən pul qabını çıxarmış, Təqsirləndirilən şəxs1 isə həmin vaxt Zərərçəkmiş şəxs əlindən özgəyə məxsus pul qabını alıb pul qabının içində olan 240 manat pulu götürərək qanunsuz şəkildə özgənin pulunu ələ keçirmişdir. Məhkəmə bu hissədə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs hədələdikdən bilavasitə sonra Zərərçəkmiş şəxs 240 manat pulunu ələ keçirmişlər. Lakin təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin pulunu ələ keçirdikdən sonra da ondan əl çəkməyərək pul qabıda olan bank kartında pulun olub-olmamasını Zərərçəkmiş şəxs soruşmuşlar. Zərərçəkmiş şəxs da kartda 50 manat pulun olduğunu bildirmişdir. Bundan dərhal sonra təqsirləndirilən şəxslər bank kartında olan pulun da verilməsini Zərərçəkmiş şəxs hədələməklə tələb etmişlər. Təqsirləndirilən şəxslər bu hissədə 50 manat pulun Zərərçəkmiş şəxs könüllü şəkildə onlara verməsini təklif etdiyini iddia etsələr də, məhkəmə bu dəlili inandırıcı, məntiqli və ağlabatan hesab etmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər reallıqda Zərərçəkmiş şəxs bank kartında olan pulun verilməsini də tələb etmişlər, bu tələb isə bilavasitə hədələnməkdə ifadə olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs nəzarətlərində saxlamaqla, sonuncu ilə birlikdə sonuncuya məxsus bank kartı hesabından pul çıxarmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Grandmart” supermarketinin qarşısında yerləşən «Kapital Banka» aid ATM-ə getmişlər, orada Zərərçəkmiş şəxs bank kartından 50 manat çıxarıb təqsirləndirilən şəxslərə vermişdir. Lakin Təqsirləndirilən şəxs2 bank kartında daha çox pul vəsaitinin olduğunu görüb Zərərçəkmiş şəxs bank kartında olan pul vəsaitinin məbləği barədə yalan məlumat verdiyinə görə əlavə olaraq pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs2 sərgilədiyini real hədə nəticəsində bank kartından 130 manat çıxararaq təqsirləndirilən şəxslərə vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin nəzarətində qaldığından və sonuncuların qanunsuz hərəkətlərindən qorxaraq ümumilikdə 180 manat pulu təqsirləndirilən şəxslərə vermişdir. Bununla bağlı məhkəmə bir vacib məsələyə də toxunaraq qeyd edir ki, təqsirləndirilən şəxslər faktiki olaraq Zərərçəkmiş şəxs bank kartında olan pulu hədə vasitəsi ilə tələb etdikdən demək olar ki, bilavasitə sonra həmin pulları alaraq özgənin pul vəsaitini qanunsuz şəkildə ələ keçirmişlər. Lakin ən maraqlısı bundan ibarətdir ki, bundan sonra da təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin getməsinə imkan verməyərək və sonuncunu özlərinin nəzarətində saxlamağa davam edərək bank kartında olan pulun məbləği ilə bağlı yalan məlumat verdiyinə görə yenidən hədələməklə əlavə pul verməsini tələb etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs üzərində pul olmadığını bildirsə də, təqsirləndirilən şəxslər ondan əl çəkməyərək əlavə pulun ələ keçirilməsini üsulunu da bildirərək Zərərçəkmiş şəxs tanışları vasitəsi ilə onlara pul göndərməsini təmin etməsini tələb etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs canını təqsirləndirilən şəxslərdən qurtarmaq məqsədi ilə öz tanışı Şahid2 zəng edərək təqsirləndirilən şəxslərin tanıdığı şəxsin (dönərçi Şahid1) adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına 50 manat pul göndərməsini xahiş etmiş, Şahid2 da Zərərçəkmiş şəxsla razılaşaraq 50 manat pul göndərməyə öz razılığını bildirmişdir. Şahid2 50 manat pul göndərənədək Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin əhatəsində və nəzarətində qalmış, 50 manat pul Şahid1 adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına köçürüldükdən sonra təqsirləndirilən şəxslər nəhayət ki, Zərərçəkmiş şəxs əl çəkmişlər, daha sonra isə sonuncu həmin yerdən uzaqlaşmışdır. Nəticədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi hədələməklə onun ümumilikdə 470 manat məbləğində pulunu qanunsuz şəkildə ələ keçirmişlər (240 manat+50 manat+130 manat+50 manat=470 manat). Təqsirləndirilən şəxslər məhkəmə istintaqında zərərçəkmiş şəxsin dönərxanada olduqları vaxt sonuncuya dönər və ayran almalarını, birlikdə söhbət etdiklərini, başqa sözlə, zərərçəkmiş şəxsin onlardan asılı vəziyyətdə və nəzarətlərində olmamasını iddia etsələr də, məhkəmə bu dəlillər ilə də razılaşmayaraq hesab edir ki, bu dəlillər inandırıcı olmamaqla, yanaşı həmçinin ağlabatan deyillər. Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqında cinayət prosesi iştirakçılarının suallarına cavab verərkən açıq-aşkar bildirmişdir ki, o, təqsirləndirilən şəxslərin iki nəfər olmasından, sonuncuların ondan yaşca böyük və fiziki cəhətdən güclü olmasından, habelə oturacağın üstündə bıçaq olmasından, ilk dəfə hədə qorxunun həyata keçirildiyi yer, yəni parkın yerləşdiyi ərazi ona yad olmasından təqsirləndirilən şəxslərdən real şəkildə qorxaraq və təqsirləndirilən şəxslərin ona zorakılıq edəcəklərindən, habelə döyəcəklərindən və sair başqa cür zor tətbiq edəcəklərindən çəkinərək ilk dəfə pul qabıda olan pulu, daha sonra bank kartında olan pulları, daha sonra isə dönərçi Şahid1 adına olan «Kapital Banka» məxsus 6768-6771-7875-1487 nömrəli kart hesabına dostunun vasitəsi ilə pul göndərməsinə məcburiyyət qarşısında razılıq vermişdir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər üç halda, yəni təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi hədələməklə ondan pul tələb edərkən sonuncuya qarşı zor tətbiq etməmişlər. Qeyd edilən hal cinayət işinin mübahisəsi halıdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən hədələnməsi, pulun ondan tələb edilməsi və onun tərəfindən pulun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən bilavasitə yuxarıda sadalanan səbəblərdən çəkinməsi və məcbur qalması halları ilə izah etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin dəlillərini, habelə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi “cəzalandırmaq” arzusunda olmalarını, cinayətin baş verdiyi ərazinin zərərçəkmiş şəxs üçün yad yer (tanımadığı ərazi) olmasını, ilk dəfə hədənin tətbiq edildiyi andan sonuncu hədəyədək və pulun alınmasınadək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin daimi nəzarətində olmasını, başqa sözlə, təqsirləndirilən şəxslərin bütün mümkün vasitələrlə zərərçəkmiş şəxsin pulunu əldə etdikdən sonra ondan əl çəkmələrini məcmu halda nəzərə alaraq, belə hesab edir ki, zərərçəkmiş şəxs həqiqətən də təqsirləndirilən şəxslərin hücumuna məruz qalmaqla ona qarşı basqın edilmiş, həmin vaxt ciddi şəkildə hədələnmiş, bu hədə isə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyində ifadə olunmuşdur. Əks nəticəyə gəlmək üçün isə başqa hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən hissədə nəticəyə gələrkən, həmçinin zərərçəkmiş şəxsin cinayət hadisəsindən sonraki hərəkətlərini də nəzərə almışdır. Belə ki, cinayət işinə əlavə edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 18 aprel 2022-ci il tarixdə, saat 01:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək tanımadığı iki nəfər şəxsin “Nizami” metro stansiyasının yaxınlığında onun qarşısını kəsərək bıçaqla hədələyib pul almalarını və bank kartı hesabına pul göndərildikdən sonra oradan uzaqlaşmalarını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs 18 aprel 2022-ci il tarixdə ərizə ilə Yasamal RPİ-nin 27-ci Polis bölməsinə müraciət edərək 17 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mərkəzi” parkda olarkən 2 (iki) nəfər şəxsin ona bıçaqla hədə qorxu gələrək pul verməyini tələb etməsini, əks halda həmin şəxslərin onu döyəcəklərini və bıçaqla xəsarət yetirəcəklərini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin şəxslərin bu kimi hərəkətlərindən qorxduğundan həmin şəxslərə 470 manat pul vermişdir. Qeyd edilənlərin məcmusu ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında soyuq silah hesab edilməyən bıçaqdan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin, yəni Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərinin olması nəticəsinə gələrkən aşağıda xülasəsi verilən hallara istinad etmiş, bu hallar isə:  Cinayət hadisəsinin gecə vaxtı (saat 22:00 radələrində) baş verməsindən,  Təqsirləndirilən şəxslərin iki nəfər olmalarından, onların zərərçəkmiş şəxsdən yaşca xeyli böyük və fiziki cəhətdən güclü olmalarından,  Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi “cəzalandırmaq” niyyətində olmalarından,  Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə yaxınlaşaraq onu çağırmasından, zərərçəkmiş şəxs ona yaxınlaşdıqdan sonra etdiyi hərəkətə görə üzr istəməsindən, lakin təqsirləndirilən şəxsin ondan əl çəkməməsindən,  Zərərçəkmiş şəxsin yanında olan qızı yola saldıqdan sonra təqsirləndirilən şəxslərin yanına yaxınlaşan vaxt sonuncuların onunla aqressiv danışmaqla irad bildirmələrindən, zərərçəkmiş şəxsin bütün mümkün vasitələrlə təqsirləndirilən şəxslərin yanından getməsi arzusunda olmasına baxmayaraq, təqsirləndirilən şəxslərin ondan əl çəkmələlərindən və məsələni uzatmaqla zərərçəkmiş şəxsi öz nəzarətlərində saxlamalarından,  Soyuq silah hesab edilməyən bıçağın zərərçəkmiş şəxsə nümayiş etdirilməsindən,  Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsdən pul tələb etmələrindən, bundan dərhal sonra zərərçəkmiş şəxsin pul qabında olan pulun təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilməsindən,  Təqsirləndirilən şəxslərin bundan sonra da zərərçəkmiş şəxsdən əl çəkməyərək pul qabında olan bank kartındaki pulun da verilməsini tələb etmələrindən, zərərçəkmiş şəxsin bu tələbdən sonra bank kartından 50 manat çıxararaq onlara verməsindən, təqsirləndirilən şəxslərin ondan yenidən əl çəkməyərək bank kartında olan digər vəsaitin də verilməsini tələb etmələrindən, bu tələbdən sonra zərərçəkmiş şəxsin ümumilikdə 180 manat pulun ələ keçirilməsindən,  Bundan sanra təkrarən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsdən əlavə 50 manat pul tələb etmələrindən, zərərçəkmiş şəxsin dostu vasitəsi ilə 50 manat pulun bank kartına göndərilməsindən sonra zərərçəkmiş şəxsdən əl çəkmələrindən,  Təqsirləndirilən şəxslərin hər üç halda hədədən demək olar ki, dərhal sonra pul vəsaitini ələ keçirmələrindən, başqa sözlə, hədədən sonra qısa müddət ərzində qanunsuz şəkildə özgənin pulunu ələ keçirmələrindən,  Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi hədələmələri sonuncu üçün gözlənilməz olmasından, nəticədə zərərçəkmiş şəxsin şok vəziyyətində təqsirləndirilən şəxslərin tələblərini dərhal yerinə yetirməsindən,  Bütün bu müddət ərzində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin nəzarətində olmasından və qaçmaq imkanının olmamasından ibarətdir. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hər bir təqsirləndirilən şəxslə barışmış, cinayət əməlləri nəticəsində ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Bundan başqa, həmin qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onların törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişlər və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Həmin cinayət əməlləri başa çatmış cinayətlərdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Təqsirləndirilən şəxs1 evli olmasını, Təqsirləndirilən şəxs1 müxtəlif idman yarışlarında iştirak edib İ və İİ yerləri tutmaqla, həmin yarışların qalibi olmasını, hər ikisinin yaşadığı yer üzrə müsbət xarakterizə olunmalarını, cavan olmalarını, Zərərçəkmiş şəxs onlarla barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın hələ ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar