Məhkəmə qərarları › İş №1(101)-1618/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1618/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1618/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili X4 və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, tərcüməçi X5 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00-da ünvan 2 ünvanın yaxınlığında etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində həmin gün saat 15:05dən etibarən üzərində şəxsi axtarış və götürmə keçilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən onun qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,88 qram, 0,90 qram, 0,57 qram, 0,99 qram, 0,95 qram, 0,81 qram və 0,95 qram olmaqla ümumi təmiz çəkisi 6,05 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,414 qram, 1,256 qram və 1,238 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,908 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, özünü yalnız istifadəçi kimi təqsirli bilir və onun maşınında ittihamda qeyd edilən miqdarda narkotik vasitə və psixotrop maddə olmamışdır. Həmin maddələri Əli adlı tanışından şəxsi istifadəsi üçün almışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava küçəsi 62 ünvanının yaxınlığında olan mağazanın qabağında maşınını saxlayaraq, mağazaya daxil olmuş, oradan çıxanda 3 nəfər şəxsin onu gözlədiyini görmüşdür. Həmin şəxslər ondan vəsiqəsini istədikdən sonra onu maşına otuzduraraq üzərində narkotik vasitənin olub-olmamasını soruşmuş, o da, üzərində heç bir qanunsuz əşyanın olmadığını, lakin maşınında olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər onun maşınında olan maddələri götürərək birlikdə idarəyə getməli olduğunu demiş, o, da buna etiraz etməyərək idarəyə getmişdir. Orada olan zaman müstəntiq ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olubolmamasını, maşınında olan narkotik vasitələrin bir neçə bükümlərdə olmasının səbəbini soruşduqda o, müstəntiqə yalnız istifadəçi olduğunu, həmin maddələri kiməsə satmaq niyyətinin olmadığını və bükümlər şəklində aldığını, 7 bükümdə qurudulmuş marixuana, 3 bükümdə isə metamfetamin olduğunu və marixuanadan 1 qram istifadə etdiyini bildirmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş aparılmış, çəkilişdən sonra o, vəkil, tərcüməçi ilə təmin olunmuş və sonda o, ona təqdim edilmş sənədləri imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava küçəsi 62 ünvanının yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış edilmişdir. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bundan sonra polis əməkdaşları onu Baş Polis idarəsinə dəvət etmiş və o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə gəlmişdir. Orada o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi, eləcə də tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərindən narkotik vasitə, psixotrop maddə olduğu halda təqdim etməyi təklif edilmiş və o, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli və 1 ədəd boz rəngli parça bükümü, gödəkçənin sağ yan cibindən avtomobil açarını, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, göy rənli cins şalvarının sol yan cibindən 210 manat pulu, sağ yan cibindən 2 ədəd plastik bank kartlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi parça bağlamalara baxış zamanı bağlamalardan ümumilikdə 10 ədəd sellofan büküm aşkar edilmiş, baxış zamanı 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş 3 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş pul vəsaiti, 1 ədəd alışqan, 1 ədəd siqaret qutusu, 1 ədəd avtomobil açarı ona geri qaytarılmış, “Redmi” və “İphone” markalı mobil telefonlar, 2 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. O, aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı 1 gün əvvəl axşam saatlarında Bayıl qəsəbəsində “Bravo” marketin yanında anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən ümumilikdə 130 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin o, idarə etdiyi “Toyota Prius” markalı, **-HJ- *** qeydiyyat nişanlı avtomobildə hər hansı qanunsuz əşya və ya predmet saxlamadığını və həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışdan sonra protokol tərtib edilmiş, düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalara təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Toyota Prius” markalı, **-HJ- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı idarə etdiyi həmin avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri və psixotrop maddələrin çox, yəni 10 bükümdə olması onun şəxsi istifadəsi üçün birdəfəlik əldə etməsi ilə bağlıdır. Həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu xx.xx.2023-cü il tarixdə, saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı **-HJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq BMCMİ-nə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan BMCMİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli və 1 ədəd boz rəngli parça bükümü, gödəkçənin sağ yan cibindən avtomobil açarını, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, göy rəngli cins şalvarının sol yan cibindən 210 manat pulu, sağ yan cibindən plastik bank kartlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonuncunun təqdim etdiyi parça bağlamalara baxış zamanı bağlamalardan ümumilikdə 10 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin üçündə psixotrop maddə metamfetaminə oxşar maddə, yeddisində isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş 210 manat pul vəsaiti, 1 ədəd alışqan, 1 ədəd siqaret qutusu, 1 ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Eyni zamanda aşkar edilmiş “Redmi” və “İphone” markalı mobil telefon, 2 ədəd plastik bank kartı götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Sonuncu üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı dünən axşam saatlarında Bayıl qəsəbəsində “Bravo” marketin yanında anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən ümumilikdə 130 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan BMCMİ-nin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin heç bir iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Daha sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid H.Ş.Həsənov verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli və 1 ədəd boz rəngli parça bükümü, gödəkçənin sağ yan cibindən avtomobil açarını, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, göy rəngli cins şalvarının sol yan cibindən 210 manat pulu, sağ yan cibindən plastik bank kartlarını çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonuncunun təqdim etdiyi parça bağlamalara baxış zamanı bağlamalardan ümumilikdə 10 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərin üçündə psixotrop maddə metamfetaminə oxşar maddə, yeddisində isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bayıl qəsəbəsində “Bravo” marketin yanında anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən ümumilikdə 130 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin heç bir iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 5-6-cı vərəqələrində olan DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 140-cı vərəqəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-2152/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Ə.Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 127-131-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 248-250-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 59-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6498 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,414 qram, 1,256 qram, 1,238 qram ümumi təmiz çəkisi 3,908 qram kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 3,908 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 3,758 qram. Cinayət işinin 65-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1720 saylı ekspert rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...7 ədəd sellofan bükümdə...” yazısı və imzalar olan kağı paketdəki 7 ədəd torbacığlarda ayrı-ayrılıqda təmiz çəkiləri: 0,88 qram; 0,90 qram; 0,57 qram; 0,99 qram; 0,95 qram; 0,81 qram; 0,95 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 6,05 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 6,05 qram (1-7№li ob), tədqiqata istifadə olundu – 0,35 qram, (hər obyektdən 0,05 qram) qalıq- 5,7 qram. Cinayət işinin 60 və 66-cı vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat və 78 (yetmiş səkkiz) manat, ümumilikdə cəmi 143 (bir yüz qırx üç) manat müəyyən edilmişdir. Cinayət işinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1620 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuya müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 172-182-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” və 1 ədəd “İphone” markalı mobil telefonların sonuncunun ailə üzvlərinə qaytarılmış və iş üzrə digər maddi sübut sonuncunun üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış kustar üsulla hazırlanmış 3,758 qram psixotrop maddə olan metamfetamin və 5,7 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Rusiya Federasiyasının Omsk Ş.Kirov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi və 64-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 100.000 Rubl cərimə cəzasına məhkum olunmuş, Rusiya Federasiyasının Omsk Vilayət Məhkəməsinin xx.xx.2021-ci il tarixli apelyasiya qərarına əsasən Rusiya Federasiyasının Omsk Ş.Kirov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 90.000 Rubl cərimə cəzası təyin edilmiş; 2) Omsk Şəhər Kirov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 264.1-ci maddəsinin 1-ci hissəsi və 70 69-cu maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 43-cü vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 15:30-dan 16:00-dək DİN-nin BMCMİ-də qeydə alınmışdır. DİN-nin BMCMİ-nin baş təhqiqatçısı B.A.Haqverdiyev özünü, müdafiəçini, tərcüməçini və digər şəxsləri təqdim edir, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur. Sonuncu əynində olan qara rəngli gödəkçənin sol iç cibindən onun qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə saxladığı 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,88 qram, 0,90 qram, 0,57 qram, 0,99 qram, 0,95 qram, 0,81 qram və 0,95 qram olmaqla ümumi təmiz çəkisi 6,05 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,414 qram, 1,256 qram və 1,238 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,908 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim edərək həmin maddələri dünən axşam saatlarında Bayıl qəsəbəsində “Bravo” marketin yanında anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən ümumilikdə 130 manat ödəyərək aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 1 ildirki narkotik vasitə istifadə etdiyini və avtomobilində heç bir qanunsuz əşya olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri AR DİN-nin “zərflər üçün” 6 saylı möhürü ilə möhürlənir. Həmçinin təhqiqatçı sonuncudan polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis idarəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin edilibedilməməsini soruşduqda o, belə halın baş vermədiyini bildirir. Cinayət işinin 44-cü vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsinin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilə DİN-nin BMCMİ-nin baş təhqiqatçısı B.A.Haqverdiyevin, müdafiəçinin, tərcüməçinin və digər şəxslərin iştirakı ilə baxış keçirilir və hər hansı qanunsuz əşya və ya predmet aşkar edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, satma və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetaminin xeyli miqdarından təxminən 26 dəfə, külli miqdarından təxminən 2 dəfə artıq olması, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarından təxminən 1,2 dəfə artıq olması, həmçinin həmin maddələrin ayrı-ayrı bükümlərdə qramlara ayrılması, narkotik vasitənin növlərinin müxtəlifliyi onun psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini özünün şəxsi istifadəsi üçün birdəfəlik əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən onun qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə saxladığı 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,88 qram, 0,90 qram, 0,57 qram, 0,99 qram, 0,95 qram, 0,81 qram və 0,95 qram olmaqla ümumi təmiz çəkisi 6,05 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,414 qram, 1,256 qram və 1,238 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,908 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim edərək həmin maddələri dünən axşam saatlarında Bayıl qəsəbəsində “Bravo” marketin yanında anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən ümumilikdə 130 manat ödəyərək aldığını bildirir (i/v 40-43). Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetaminin xeyli miqdarından təxminən 26 dəfə, külli miqdarından təxminən 2 dəfə artıq olması, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarından təxminən 1,2 dəfə artıq olması, həmçinin həmin maddələrin ayrı-ayrı bükümlərdə qramlara ayrılması, narkotik vasitənin növlərinin müxtəlifliyi onun yalnız narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün deyil, həmçinin satış məqsədi ilə əldə etdiyi bir daha öz təsdiq tapır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1620 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs yalnız kannabinoidlərdən (qurudulmuş marixuana) istifadə etmə halları müəyyən olub (i/v 170-173). Ekspert rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs psixostimulyatorlardan (psixotrop maddə olan metamfetamin) istifadə etmə halları müəyyən olunmur. Bununla da məhkəmə iclasında bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin maddələri yalnız şəxsi istifadəsi üçün deyil, həmçinin satış məqsədilə əldə etməsi müəyyən edilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə olan metamfetaminin miqdarını (qurudulmuş marixuananın təmiz çəkisi – 6,05 qram, metamfetaminin təmiz çəkisi – 3,908 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1620 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” və 01 ədəd “İphone” markalı mobil telefonların sonuncunun ailə üzvlərinə qaytarılması nəzərə alınmalı, iş üzrə digər maddi sübut Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3,758 qram psixotrop maddə olan metamfetamin və 5,7 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərclərinin cəmi 143 (bir yüz qırx üç) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş şəhəri 14 saylı Vəkil Bürosunun vəkili H.Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3,758 qram psixotrop maddə olan metamfetamin və 5,7 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” və 01 ədəd “İphone” markalı mobil telefonların sonuncunun ailə üzvlərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar